Düşüncə Jurnalı

header photo

Cinsi istəklərini üz cizgisindən anla

İngiltərədə aparılan araşdırma nəticəsində məlum olub ki, bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Yəni, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq.
Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.
İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə hansısa mesajlar ötürmək istəyir. Bunun üçün sadəcə onun xarici görünüşünə, üz cizgilərinə diqqətlə fikir vermək lazımdır.
Araşdırma nəticəsində həmçinin o da bilinib ki, qadınlar sərt cizgiləri, dairəvi çənəsi, büyük burnu, normaldan daha kiçik gözləri olan kişilərin uzunmüddətli, qalın dodaqları, iri gözləri olanların isə tək gecəlik münasibət tərəfdarı olduğunu düşünürlər.
 Təcrübədə iştirak edən insanların 80%-i onlara təqdim edilən şəkillərə 10 dəqiqə içində düzgün diaqnoz qoymağı bacarıblar. (kishi.az)

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.