Düşüncə Jurnalı

header photo

Yuxu pozanıza görə evliliyinizin təhlükədə olub-olmadığını müəyyənləşdirin

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yuxu-poza.jpeg

Bu günə kimi “Ailə dostu” layihəsində bir-birindən maraqlı mövzulara toxunmuşuq.

Bu dəfə isə yuxu pozalarından, daha doğrusu, cütlüklər arasındakı münasibətin yuxu pozalarında öz əksini necə tapmasından danışacağıq.

Araşdırmalar göstərib ki, cütlüklərin yuxu pozasından onların bir-birini həqiqətən sevdikləri və ya ayrılmaq üzrə olduqlarını anlamaq mümkündür. “Goodbye Insomia” və “Hello Sleep” adlı kitabların yazarı psixiatr Samuel Dunkell düz 25 ildir ki, yuxu pozalarının mənalarını araşdırır. Onun məqsədi insanların eşq həyatı ilə yuxu pozaları arasındakı əlaqəni öyrənməkdir.

Siz də son günlər partnyorunuzun soyuq davranışlarından şikayət edir və artıq sizi əvvəlki qədər sevmədiyini düşünürsünüzsə, mütləq yazımızı oxuyun.

Qaşıq pozası

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu2.jpeg

Bu pozada yuxuya gedən cütlüklərin evlilikləri, adətən, uzunmüddətli olur. Onlar bir-birini çox sevir, biri olmayanda o birinin gözünə yuxu getmir. Onlar sevgilərini dilə gətirməkdən çəkinmirlər.

Yastıq söhbəti

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu2.2.jpeg

Belə cütlüklərdə dostluq eşqi üstələyib. Bu pozada yatan cütlüklər bir-birinin ən yaxşı sirdaşıdırlar. Onlar üçün səmimiyyət hər şeydən önəmlidir. Aralarında heç bir sirr yoxdur. Onlar gün ərzində tez-tez söhbətləşməkdən, dərdləşməkdən zövq alırlar. Belə cütlüklərin də münasibətləri uzunmüddətli olur.

Romantik poza

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu3.jpeg

Adətən filmlərdə dillərə dastan eşq yaşayan cütlüklər bu pozada yuxuya gedirlər. Adından da məlum olduğu kimi, bu poza cütlük arasında güclü romantik hisslərin olduğundan xəbər verir. Yeni evlənənlər, əsasən, bu yuxu pozasına üstünlük verirlər. Belə yatan cütlüklər arasında sevgi və hörmət hissləri güclü olur. Araşdırmalar göstərib ki, qarşı tərəfin çiyninə söykənərək yuxuya getmək həm kişi, həm də qadın üçün faydalıdır. Çünki  sevdiyi şəxsin ürək döyüntülərini eşitmək hər bir insanın əsəb sisteminə yaxşı təsir edir, gün ərzində keçirdiyi əsəb, stres, gərginlik hisslərini unutdurur.

Kürək-kürəyə

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu4.jpeg

İllərdir ki, evli olan cütlüklər çox vaxt bu pozada yatırlar. Bu bir-birinə öyrəşmiş, artıq qarşı tərəfə olan marağını itirmiş cütlüklərin yuxu pozasıdır. Tərəflər bir-birini yaxşı tanıyır, bir-birinə inanır. Eşq bitsə də, sevgiləri hələ də onları tərk etməyib. Bu poza bir-birinizin yanında olduğunuzu hiss etdirir. Eyni zamanda da, rahat yatmağa imkan yaradır. Ancaq onu da qeyd edək ki, belə cütlüklərin 1-2 il ərzində ayrılmaq ehtimalı var. Çünki  müəyyən mərhələdən sonra bezib eşqin çılğınlığını dadmaq istəyəcəklər.

Çarpayının ucunda yatanlar

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu5.jpeg

Evli cütlüklər çarpayının əks qütblərində, bir-birinə kürəyini çevirərək yatırlarsa, deməli, bu ailə dağılacaq. Çünki araşdırmalar şüuraltında toplanan fikirlərin, əsasən, gecə saatlarında insanların davranışlarında öz əksini tapdığını bildirirlər. Əgər isti yay aylarında tərləməmək və rahat yuxuya getmək üçün bu pozada yatırsınızsa, problem yoxdur. Ancaq hər gecə eyni şey təkrarlanırsa, deməli, diqqətli olmaq lazımdır. Çünki bu qarşı tərəflə aranızda münasibətin soyuduğunu, məsafəli olduğunuzu göstərir. Qeyd edək ki, sevərək evlənməyən, ailənin və ya qohumların məsləhəti ilə ailə quranlar adətən, bu yuxu pozasında yatırlar.

Qanadlarının altında

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu6.jpeg

Psixoloq Samuel Dunkell bu pozanın çox səmimi olduğunu vurğulayır. Hətta dediyinə görə, xərçəng xəstəliyinə yaxalanan pasienti bir dəfə ona əri ilə bu pozada yuxuya getdiklərini və bunun ona mənəvi cəhətdən çox yaxşı təsir etdiyini bildirib. Bir sözlə, bu poza əsl sevgidən və mərhəmətdən xəbər verir. Əgər partnyorunuz sizi belə qucaqlayıb yatırsa, onu xoşbəxt etmək üçün əlinizdən gələni edin. Çünki dünyada sevməyi bacaran nadir insanlardan biri ilə birlikdəsiniz. Bunun qiymətini bilin.

Rahat, amma birlikdə

b_420_0_16777215_0___images_stories_BUMARAQLIDIR_yu7.jpeg

Bəzi cütlüklər rahat yatmaq üçün çarpayıda uzaqlaşdıqlarını, qucaqlaşmağın, yaxın təmasın yuxunu qaçırdığını bəhanə edirlər. Ancaq illər keçsə belə, sevgiləri azalmayan, hələ də bir-birlərinə yaxın olmaqdan zövq alanlar rahat pozada yatsalar belə, mütləq əl, qol, ayaqlar qarşı tərəflə təmasda olur. Belə cütlüklər arasında qısqanclıq, dava-dalaş olmur. Onlar evli olsalar belə, hələ də sevgili və dost qala bilənlərdir.

Publika.az

Go Back

Sorğu göndər