Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Aforizmlər"

Vətən haqqında atalar sözləri

Abadan kənd tüstüsündən bilinər. 

Ağac dibindən su içər.

Ağacı içindən qurd yeyər.

Ağac meyvəni dəyənə qədər böyüdər.

Ağac olan yerdə budaq sınar.

Ağac səmtinə yıxılar.

Ağac sınanda budaq nəyə gərəkdir?! 

Ana kimi yar olmaz, 
Vətən kimi diyar.

Anasından ayrı düşən quzunu qurd yeyər.

Asılsan da uca budaqdan asıl.

Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.

Bu dünyada şirin şey bir anadır, bir Vətən.

Bülbülü saldılar qəfəsə dedi: “Ay Vətən, ay Vətən”. 
Buraxdılar, qondu tikan koluna, dedi: “Can Vətən, can Vətən” 

Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.

Vətəndən ayrı düşsəm viran ollam, talannam.

Vətənə gəldim, imana gəldim.

Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.

Qoçun buynuzu qoça ağırliq eləməz.

Qürbətdə xan olunca,Vətənində dilən, gəz.

Dağ yeri – duman yeri, yurd yeri – guman yeri.

Dam dirək üstə durar.

Doğma yurd şirin olar.

Dünyada Vətəndən əziz nə var? 

Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.

El ağzını bağlamaq olmaz.

El ağzı faldır.

El arxası çəmən olar.

El atan daş dağdan aşar.

El atan daşa güc düşməz.

El tutanı ər tutar, ər atanı el atar.

El qapısı həm gec, həm güc açılar.

El bir olsa zərbi kərən sındırar.

El dəlisini çölə atmaz.

El elə sığışar, ev evə sığışmaz.

El elin aynasıdır.

Elə arxalanan igidin, arxası yerə dəyməz. 

Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz.

Elimə qalsın, günümə qalmasın.

Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.

Elin gözü sərraf olar.

Elin gücü bir olsa, düşməni dara çəkər.

Elin oğlu yumurtaya qulp taxar.

El keçən körpüdən qorxma, sən də keç.

El köçdü, oba qaldı.

El gözündən düşən boy atmaz.

El gözündən düşən gözsüz qalar.

El gücü, sel gücü.

El gücü, yel gücü, sel gücü.

Ellərə gülən canım – indi olub el gülüncü.

El oğrusuz, çöl qurdsuz olmaz.

El öz dəlisini tanıyar.

El sevəni aləm sevər.

Elsiz dağ viranədir.

El tikəni yel yıxa bilməz.

El harda, sən də orda.

El çalan zurnanın səsi uzağa gedər.

Yerlərdir haman yerlər, görünməz oldu illər.

Yer, oturan adamla şərəflənər.

Yersiz gəldi, yerli qaç.

Yurddan çıxsan da, eldən çıxma.

Köçən yurdun qədrini, düşən yurdda bilərlər.

Lələ köçüb, yurdu qalıb..
Lələ var, yurdu yox .

Oba bizə, biz obaya hayanıq.

Oba köçüb, yurdu qalıb.

Ölər Koroğlu getməz bu yurddan.

Sular hərəkətlidir, torpaq bərəkətlidir.

Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.

Uçan damın böyüklüyü binövrəsindən bilinər.

Hər ağac öz dibinə kölgə salar.

Hər quşa öz yuvası doğmadır.

Hər kəsə öz Vətəni əzizdir.

Hər kəsi el istəsə, bülənd olar, ucalar.

Kayzen.az

Go Back

Bilik haqqında aforizmlər

  • Adamlar öz ixtisaslarına aid mövzuda ehtiyatla danışır. Bilmədikləri mövzularda isə daha ürəkli olurlar və onlara elə gəlir ki, bu – fəlsəfədir. (Əbu Turxan)
  • Ağıl-kamal verdi sənə yaradan, 
    Çalışıb hər sirri öyrən hər zaman. (Əvhədi Marağayi)
  • Anlamadığın şeyə sahib ola bilməzsən. (İohann Volfqanq Göte)
  • Başqasından alınan biliyin ancaq özünü istifadə etmək olar; toxumluğa yaramaz. Cücərə bilməsi üçün biliklər hər dəfə yenidən kəşf olunmalıdır. (Əbu Turxan)
  • Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • Bildiyin şeydən qorxma, bilmədiklərindən qorx. (Əbu Turxan)
  • Bildiyini bilənin arxasınca gedin, 
    Bildiyini bilməyəni oyandırın, 
    Bilmədiyini bilənə öyrədin, 
    Bilmədiyini bilməyəndən qaçın. (Konfutsi)
  • Bilik alimlərin ümumi sərvətidir. (İbn Xəldun)
  • Bilik ancaq o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (Lev Tolstoy)
  • Bilik düz tətbiq olunanda xeyir, səhv tətbiq olunanda ziyan verir. (Sokrat)
  • Bilik gücdür. (Frensis Bekon)
  • Bilik iradənin quludur. (Əbu Turxan)
  • Bilik məqsəd deyil, alətdir. (Lev Tolstoy)
  •  
  • Bilik o vaxt bilikdir ki, o hafizə gücünə deyil, ağıl gücünə qazanılmışdır. (Lev Tolstoy)
  • Bilik öyrənməyi ar bilən hər kəs
    Dünyada mərifət qazana bilməz. (Nizami Gəncəvi)
  • Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. (Konfutsi)
  • Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq lazımdır. (Onore de Balzak)
  • Biliyin iç üzü biliklər sisteminə daxil olanda məlum olur. (Əbu Turxan)
  • Bilmədiklərimi onsuz da bilmirəm, bildiklərimə də şübhə ilə yanaşıram. (Sekst Empirik)
  • Bir elm öyrənmək istədikdə sən
    Çalış ki, hər şeyi kamil biləsən
    Kamil bir palançı olsa da insan
    Yaxşıdır yarımçıq papaqçılıqdan. (Nizami Gəncəvi)
  • Bir neçə prinsipi bilmək yüzlərlə faktı bilməməyi əvəz edə bilir. (Helvetsi)
  • Bir şeyi dərk etmək – sadəcə onun özünü deyil, həm də bu şeydə təcəlli edən Mütləqi görməkdir. (Mənsur Həllac)
  • Bir şeyi olmadığı yerdə axtarmaq onu axtarmamaq deməkdir. (Cəlaləddin Rumi)
  • Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)
  • Biz çiçək əkirik, amma içərisində alaq otları da bitir. Ən çətini alaqlarsız əkə bilməkdir. (Əbu Turxan)
  • Biz işığı görmürük, işıq qaranlığın bətnindəkiləri görməkdə bizə yardımçı olur. (Əbu Turxan)
  • Bunların (yəni, canlı varlıqların) hərəsi də ona görə belə kamil yaradılmışdır ki, bütün ağıllı adamları heyran qoysun və onlar öz yaradıcılarının hikmət və qüdrətinə əhsən desinlər (Nəsirəddin Tusi)
  • Bütün dünya bədəndir; bilik candır. (Cəlaləddin Rumi)
  • Bütün hissələri mənimsəyib bütövdən xəbərsiz qalmaq mümkündür. (Əbu Turxan)
  • Bütün insanların mənşəyi eynidir; onları ancaq bilik fərqləndirir. (Balasaqunlu Yusif)
  • Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
  • Çox pulu olan, lakin ondan istifadə etməyi bacarmayan adamlar olduğu kimi, çox biliyi olan, lakin onu düzgün yönəldə bilməyənlər də var. (Əbu Turxan)
  • Çox şey öyrənə bilməyin sirri – əvvəlcə az şey öyrənməkdən başlamaqdır. (Con Lokk)
  • Çox şeyi bilmək ağıl öyrətmir. (Heraklit)
  • Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz. (Əbül Fərəc)
  • Dünyada məqamı bilməyən bir kəs 
    Pərdəli yolları düz gedə bilməz. (Nizami Gəncəvi)
  • Əgər biliklər qaydaya salınmayıbsa, nə qədər çox bilsən, təfəkkür o qədər zəif olacaqdır. (Herbert Spenser)
  • Ehtiyac əməyi, əmək biliyi doğurmuşdur. (Onore de Balzak)
  • Elə əks biliklər var ki, bir-biri ilə qarşılaşdırılanda çaxmaq daşı kimi qığılcım yaradır və bu qığılcımın işığında tamamilə yeni biliklər görünür. (Əbu Turxan)
  • Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. (Sədi Şirazi)
  • Əsl bilik – bildiyin şeyi bildiyini, bilmədiyin şeyi isə bilmədiyini bilməkdir. (Konfutsi)
  • Əsli-nəcabəti bəlli olmayan yeni biliyi heç bir nüfuzlu elmi təlim öz ailəsinə qəbul etmək istəmir. (Əbu Turxan)
  • Fəlsəfi diskussiyada daha çox qazanan məğlub olandır, çünki o, biliklərini artırmış olur. (Epikür)
  • Formal məntiq fəlsəfi daltonizmdir. (Tur Xander)
  • Hafizə iki cür olur: hadisələrin ayrı-ayrılıqda yadda saxlanması və ancaq qaydaların, ümumi prinsiplərin yadda saxlanması. İkinci olanda birinciyə ehtiyac qalmır. (Əbu Turxan)
  • Hamı bilir ki, bu şey ola bilməz. Amma bu şeyin ola bilmədiyini bilməyən bir nəfər tapılır və həmin şeyi kəşf edir. (Albert Eynşteyn)
  • Hər dəfə biz hadisələrə təkcə başqa tərəfdən yox, həm də başqa gözlə baxırıq – buna görə də bizə elə gəlir ki, onlar dəyişiblər. (Blez Paskal)
  • Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır. (Abdulla Şaiq)
  • Hər qaranlıqda çırpınır bir nur, 
    Hər həqiqətdə bir xəyal uyuyur. (Hüseyn Cavid)
  • Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
  • İdrak – dünyanın mübhəmlərini əqlin işığında görmək cəhdidir. (Əbu Turxan)
  • İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
  • İki cür qaranlıq var: artıq yanıb külə dönmüşlərin qaranlığı, bir də hələ heç yanmağa başlamayanların qaranlığı! İkinci qaranlıq əslində potensial işıqdır. (Əbu Turxan)
  • İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır. (Məmməd Səid Ordubadi)
  • İnsanın bildiyi və öyrəndiyi şeylər bilmədiyinin müqabilində heç dərəcəsindədir. (M. T. Sidqi)
  • İnsanın biliyi artdıqca, narahatlığı da artır. (İohann Volfqanq Göte)
  • İnsanın zülmət gecədə gizlicə gördüyü bir iş gün işığında onu ələ verir. (Cübran)
  • İnsanlar adətən onlara məlum olan şeylərin təbiəti haqqında düşünmürlər. Həddindən artıq orijinal zəka tələb olunur ki, özlüyündə aydın olan şeyi təhlil etməyə başlasın. (Uaythed)
  • İnsanların ən çox inandıqlarışeylər ən az anladıqlarıdır. (Mişel de Monten)
  • Kim ki bilir, axtarmasına ehtiyac yoxdur, çünki o artıq bilir. 
    Amma kim ki, bilmir, onun da axtarması mümkün deyil, çünki nə axtardığını bilmir. (Sokrat)
  • Kimin ki, həm zikri, həm biliyi var, o, həqiqətən, Nirvanaya yaxındır. (Dhammapada)
  • Kişi bir sənəti bilər xalis,
    Çoxuna meyl edən qalar naqis. (Seyid Əzim)
  • Lazım olanı bilmək çox bilməkdən daha vacibdir. (Jan Jak Russo)
  • Mən bir çox şeyi müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
  • Mən-ə gedən yolu göstər, 
    Mən-dən gedən yolu özüm seçərəm. (Əbu Turxan)
  • Məni onun ayağı altında basdırın, onun ayağı bildiyini mənim başım bilmir. (Hacı Zeynalabdin Tağıyev)
  • Məntiq ancaq strukturu açır, daxili məzmuna tətbiq oluna bilmir. (Əbu Turxan)
  • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar. (Mirzə Şəfi Vazeh)
  • Nə haqda isə heç nə bilməmək qəbahət deyil, pis mənimsənilmiş bilik daha pisdir. (Platon)
  • Nursuz göz kimidir elmsiz ürək,
    Nadan insanlıqdan uzaqdır gerçək. (Əvhədi Marağayi)
  • O şey ki, bizlərə lap aşikardır 
    Orda gizli bir xəzinə vardır. (Nizami Gəncəvi)
  • Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. (Sədi Şirazi)
  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. (Frensis Bekon)
  • Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
  • Qabınız kiçikdirsə, dəryanı günahlandırmağa haqqınız yoxdur. (Cəlaləddin Rumi)
  • Qoy kül olum yana-yana... 
    Mən yanmasam, sən yanmasan, biz yanmasaq, 
    Necə çıxar qaranlıqlar aydınlığa?! (Nazim Hikmət)
  • Qüvvət elmdədir, başqa cür heç kəs,
    Heç kəsə üstünlük eyləyə bilməz.
    Hər uca rütbədən biliniz, fəqət,
    Alimin rütbəsi ucadır əlbət. (Nizami Gəncəvi)
  • Sən ancaq öyrənməklə ucalarsan. (Əvhədi Marağayi)
  • Səth xarici mühitlə təmasda cilalanır, işıqlanır; iç qat içəridə – qaranlıqda qalır, ta-a o vaxta qədər ki, güclü bir şüa səthdən keçib dərin qatlara nüfuz etsin. (Əbu Turxan)
  • Şeylərin faktiki necə olduğunu bilənlər təcrübəli, şeylərin əslində necə olmalı olduğunu bilənlər ağıllı, bu dəyişikliyi həyata keçirməyin yollarını bilənlər isə müdrikdirlər. (Deni Didro)
  • Sonlu olan heç vaxt sonsuz olanı qavraya bilməyəcəkdir. (Yunq)
  • Sual da, cavab da bilikdən doğulur. (Cəlaləddin Rumi)
  • Şübhə mənə bilik qədər həzz verir. (Dante Aligyeri)
  • Tamı mənimsəmək heç də o demək deyil ki, hissəni də mənimsəmişik. (Aristotel)
  • Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
  • Yaddaş da anbar kimidir; qoyduğunu sonra tapmaq istəyirsənsə, gərək müəyyən qayda əsasında qoyasan. (Əbu Turxan)
  • Yarımçıq bilinən hər nə ki var, bilgiyə əngəl olur. (İohann Volfqanq Göte)
  • Yeməyi bölüşəndə azalır, biliyi bölüşəndə – artır. (Əbu Turxan)
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. (Tur Xander)
     
  • testbook.az

Go Back

Dahilərdən müdrik aforizmlər

Napoleon Bonapart
İnsanlar rəqəmlərə bənzər, vəziyyətlərinə görə dəyər qazanarlar.
 
Sokrates
Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var " dəyə bilən insandır.
 
Sofokles
Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir.
 
Oscar Wilde
Kişilər qadınların ilk eşqi, qadınlar kişilərin son eşqi olmaq istər.
 
Dekart
Ağıllı olmaq da bir şey deyil, mühüm olan o ağılı yerində istifadə etməkdir.
 
Honore de Balzac
Bu günki qanunlar böyük ağcaqanadların deşib keçdiyi, kiçiklərin isə ilişib qaldığı bir hörümçək toru kimidir.
 
Goethe
Mal itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cesarətini itirən hər şeyini itirmişdir.
 
Phyllis Bottome
Çətinlikləri qarşılamanın iki yolu vardır; ya çətinlikləri dəyişdirisiniz, ya da çətinlikləri həll etmək üçün özünüzü.
 
Friedrich Holderlin
Heç bir şey insan qədər yüksələ bilməz ve onun qədər de alçala bilməz.
 
Axel Munthe
Müvəffəqiyyətin dörd şərti; bilmək, istəmək, cəsarət etmək ve susmaqdır.
 
E. Raux
Çatmaq istədikləri bir hədəfi olmayanlar işləmekdən da zövq almazlar.
 
Frost
Meşədə iki ayrı cığır vardı və mən ən az ayaq izi olanını seçdim. Budur fərqlilik.
 
Dekart
Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tutaram.
 
Honore de Balzac
Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan həç bəhs etməyin.
 
Benjamin Franklin
Kiçik xərcləmələri gözdən qaçırmayın. Bəzən kiçik bir dəlik böyük bir gəmini batırar.
 
Guy Hunter
Əhəmiyyətli olan, deyilənin nə olduğu, ya da necə deyildiyi deyil, nece aydın olduğudur.
 
Etienne Gilson
Uşağına kiçik şeylərdən zövq almasını öyrədən ona böyük bir sərvət buraxmış olar.
 
Cucong
Böyük adamların səhvləri güneş tutulmasına bənzər, onları hərkəs görər.
 
Bertrand Russell
İnsanın duyğuları bildikləri ilə tərs mütənasibdir. Nə qədər az bilsən, o qədər çox hirslənərsən.
 
Jean Jacques Rousseau
Çətin iş zamanında etməmiz lazım olan, lakin etmədiyimiz asan işlərin yığılmasıyla meydana gəlir.
 
Benjamin Franklin
Düşmənlərinizi sevin çünki qüsurlarınızı tek onlar açıqca söyləyəbilər.
 
Anonim
Həyat nərdivanlarını çıxarkən, insanlara yaxşı davranaq. Çünki, enərkən yenə eyni insanlara rast gələcəyik.
 
Anonim
Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər. Çay əsla dayanmaz.
 
Anonim 
Xoşbəxtlik əkiz olaraq doğular. Onu dadmağın tək bir yolu vardır, o da paylaşmaqdır.
 
Volter
Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidi.
 
Kayzen.az

Go Back

Şekspirdən dəyərli sözlər..

 

Özümü hər zaman xoşbəxt hiss edirəm. Niyə bilirsinizmi? Çünki kimsədən bir şey ümid etmirəm. Gözləmələr daim yaralar insanı.

Bəyəndiyiniz bədənlərə, xəyallarınızdakı ruhları qoyub, eşq sanırsınız.
 
Göründükləri kimi olmalıdır insanlar. Əgər deyillərsə; heç görünməsə daha yaxşıdır.
 
Sevinc və qəhqəhə olduqdan sonra qoy qırışlar gəlsin.
 
Güvən ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.
 
Cəhənnəm boş; bütün şeytanlar burada...
 
Bir axmaq özünü ağıllı hesab edir, ancaq ağıllı biri özünün axmaq olduğunu bilər.
 
Ən yaxşını tapmaq üçün məşğul olarkən yaxşını itirirsiniz.
 
İgidlik intiqam almaq deyil, dözüm etməkdir.
 
Əvvəlki qədər düşünmürəm artıq səni, Beynim yorulur. Səni gündə bir dəfə düşünürəm o da 24 saat davam edir.
 
Kiminə keşik, kiminə yuxu nəsib.
 
Dost yarası yaraların ən dərinidir.
 
Hansı yara birdən yaxşı olmuşdur?
 
Yaşamaqmı, yoxsa ölməkmi, məsələ bundadır.
 
Yüksəkdəkilər, aşağıdakılardan daha az təhlükəsizlikdir.
 
Bəzi yıxılışlar daha parlaq ucalmaların dəstəkləyicisidir.
 
Allah sizə bir üz vermiş, siz özünüzə bir dənə daha edirsiniz.
 
Zamanın, kimə dost, kimə düşmən olacağı naməlum.
 
Şiddətli zövqlərin şiddətli nəticələri olur.
 
Gəzən bir kölgədir həyat.
 
Qar kimi olsan yenə böhtandan xilas ola bilməzsən.
 
Bədənimiz bizim bağçamızdı, iradəmiz isə onun bağbanıdır.
 
İnsanların etdikləri pisliklər arxalarından yaşar, yaxşılıqlar çox zaman sümüklərilə birlikdə basdırılar.
 
Optimist adam, yaranın üstündə artıq qabıq, pessimist adam isə qabığın altında yenə yara görər.
 
Kişilərə sevgilərini söyləyən qadınlar ən az sevən qadınlardır.
 
Nankor bir övlada sahib olmaq, ilan dişindən daha acı verir.
 
Ən yetkin meyvə ilk əvvəl düşər.
 
Etdiyini tərifləyən, etdiyini yox edər.
 
Qiymətli adam üçün şərəf, həyatdan çox daha üstünlük təşkil edər.
 
İnsanın yaxşısı, taleyin pisində müəyyən olar.
 
Nə kimsədən borc al, nə kimsəyə borc ver. Çünki borc pul verən, həmişə, həm pulundan olar, həm dostundan.
 
Heç bir miras, düzgünlük qədər zəngin deyil.
 
Fəlakət, qabarıq dost sayını sıfıra endirir.
 
Hər bulud fırtına qoparmaz.
 
Sevinc nə qəribədir, daha doğulmadan ölər.
 
Motivasiya.com

Go Back

Hikmətli hekayələr

 
 
1. Təcrübə


Məhşur həkim Pol Raskin tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misalla başladı:
"Xəstə” nə danışır, nə deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz şeylər söyləyir. Zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecə yarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır.”
Bu misaldan sonra Raskin tələbələrindən bu "xəstəyə” baxmaq istəyib istəmədiklərini soruşdu. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söylədilər. Raskin isə hər gün bu işi böyük zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini öyrənəndə tələbələr təəccübləndilər. Daha sonra Raskin "xəstənin” fotoşəkilini göstərdi. Bu həkiminin 6 aylıq qızı idi....

P.S. Əsas məsələ sözü necə demək deyil, necə başa düşməkdir.


2. HİKMƏT DAMLALARI

QƏTİYYƏT və SƏBİR
"Alicənab insan özündən çox şey, başqalarından az şey gözləyər” (Konfutsi )
Səbir çətinliklərə qalib gəlmək üçün ən böyük silahdır. Əslinə baxsaq, insanların ən böyük dostu da çətinliklərdir. Çünki insan çətinliklərin köməyi ilə təcrübə qazanır. İLk baxışda zəhmət kimi görünən şeylərin altında rəhmət yatır. Əgər getdiyimiz yolda heç bir çətinlik yoxdursa, bilin ki, o yolun sonu da yoxdur. Həyat hərəkətdir, hərəkətsizlik isə ölüm. İngilis şairi və yazıçısı Milton (1608-1674) gözlərini itirsə də ruhdan düşməmiş, əksinə ən böyük əsərlərini, xüsusilə də yaradıcılığının ən parlaq nümunələrindən sayılan "İtirilmiş Cənnət” və "Yenidən Qazanılmış Cənnət” əsərlərini ömrünün bu çətin dövründə yazmışdır.
Çox problemlə qarşılaşan insan ən təcrübəli insandır. Əsas məsələ problemdən qaçmaq yox, onu həll etməyə çalışmaqdır. Unutmayın! Müharibədə ən çox yara alanlar cəbhədən qaçanlardır!


3. DİBSİZ QUYU
Quranın ifadəsi ilə bir oyun və əyləncə olan həyat Peyğəmbərimizə (s.av) görə göz açıb yummaq qədər qısadır. Və bu qısa həyatın 15-20 ilini yatmaqla , 5-10 ilini yeməklə, 10-15 ilini oxumaqla, 5-10 ilini də televizora baxmaqla keçiririk. Yerdə nə qalırsa, ona "Həyat” deyirik....
Bütün axşamlarımızı heç bir iş görmədən televizor qarşısında keçiririksə, deməli həyatımızın böyük bir hissəsini "havaya sovurururq”. Beləliklə həyatdan uzaqlaşır, həm də tanımadığımız ölkələrin tanımadığımız aktyorlarının şux qəhqəhələrinə, dedektivlərin "şıltaqlıqlarına”, qanlı cinayətkarların heç bir sərhəd tanımayan cinayətlərinə "ortaq oluruq”. Bəlkə də elə buna görə televizoru son illərin ən dəhşətli "zaman qayçısı” adlandırırlar. Halbuki, bu "zaman Qayçısı”ndan xilas olmaq da, vaxtımızı daha qiymətli şeylərə sərf etmək də öz iradəmizdən asılıdır!

pan.az

Go Back

Şəms Təbrizi - AFORİZMLƏRİ

Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..

Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..


Bağışla Allahım ..

Ruhumda Sən varkən, mən bu bədəndə qalmışam ..


Qızıl olsam, dəyərimi hər kəs bilər.

Mən sadə bir dəmir olum ...

Dəyərimi yalnız anlayan bilsin!


Mən eşqə kölə olanın deyil də, eşqi özünə kölə edənin qulu köləsi olmuşam ..


Əgər çox danışmaq faydalı olsaydı Allah iki ağız, bir qulaq verərdi. Onun üçün, çox dinləyib az danışmaq lazımdır..


Ey mənim yetim könlüm, burax qəmli düşünməyi .. Sus və səbr et..

Gözyaşının hesabını Rəbbim soruşsun; Sən haqqını halal et ...


Üç şey seçildi cənnətdən: sözlər, eşq, analıq duyğusu. Sözləri Adəm aldı, analıq duyğusu Havvaya qaldı;

Amma eşq çox ağır idi ...


Bir insan Allahdan başqa heç kimə ehtiyacı olmadığına inansa, Allah da onu başqasına möhtac etməz ...


Həyata yuxarıdan baxsan insanların yalnız təpəsini görərsən. Həyata daim insanlarla eyni məsafədən bax, o zaman insanların həm üzünü, həm ürəyini görərsən..


Hər şey çox olunca ucuzlaşar..

Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar ..

 


Yolun ucunun hara çatacağını düşünmək boş bir səydən ibarətdir. Sən yalnız atacağın ilk addımı düşünməklə hökümlüsən.

Gerisi onsuz da özbaşına gələr ...


Əgər Allah səni mənə yazmışsa, məndən qaçışın yoxdur!

Lakin taleh səni məndən almışsa, ağlamağa gərək yoxdur..

El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq..


Aşiq odur ki, Allahdan aldığı eşq əmanətini Allaha verər. Eşk məzhəbində hər şey uca Eşqə qurbandır.


Hər insan üçün bir aşiq olma zamanı vardır, bir də ölmək zamanı..

 


Haqqın qarşına çıxardığı dəyişikliklərə müqavimət göstərmək yerinə, təslim ol. Burax həyat sənə baxmayaraq deyil, səninlə birlikdə axsın..


Ürəkmi insana sev deyən yoxsa təklikmi?

Nədir sevmək; bir şama od olmaqmı yoxsa yanan oda toxunmaqmı?

 


Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar?

Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda göre bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz.

Tək fərq sənsən.

mix.az

Go Back

QADINLAR HAQQINDA AFORİZMLƏR

* Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (F.Bixter)

* Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)

* Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)

* Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. (Seneka)

* Qadın hər şeyi fitrədən bilir, kişi kitablardan öyrənir. (Budda)

* Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. (Z.Freyd )

* Qadın, insanın kölgəsi kimidir; qovsanız qaçar, qaçsanız qovar. (Chamfort)

* Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)

* Hələ təsdiq olunmamış və qadın ruhuyla bağlı 30 il davam edən araşdırmalarıma qarşı, mənim də təsdiq etməyi bacarmadığım çox vacib bir sual var: Qadın nə istər? (Z.Freyd )

* Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır». (XVI Ludovik)

* Bir qadının üzü güləndə bir kişinin cibi aglayır. (Oskar Vilde)

* Qadın, hər şeyi görən gözü belə aldadar. (F. Dostoyevski)

* Mən xoşbəxtəm ki, mən kişi deyiləm, yoxsa qadınla evlənməli olardım. (Madam De Stall)

* Yaxşı bir qadın bir kişini təsirləndirər, ağıllı bir qadın onda maraq yaradar, gözəl bir qadın ovsunlayar, anlayışlı bir qadın isə ona sahib olar. (Helen Rowland)

* Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır.
(Viktor Hüqo)

* Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər…
(Paulo Coelho)

*Qadını danışmağa məcbur etmək üçün min üsul var, ancaq onu susmağa məcbur edən üsul yoxdur.
(Giyom de Buşe)

* Sevən qadının fədakarlığı ölçüyə gəlmir. (Alfons Dode)

* Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. (Corc Herbetr)

* Qadın hökmdarlıq edir, amma idarə etmir. (D.Jirarden)

* Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram. (Uilyam Şekspir)

*Qadının sizdən məsləhət istəməsi o demək deyil ki, sizin məsləhətinizə ehtiyacı var, o, sadəcə, özünə həmsöhbət axtarır. (Onore de Balzak)

*Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç.
(Çin atalar sözü)

*Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. (Migel de Servantes)

* Qadınla bağlı faciəli olan şey nə onlarla, nə də onlarsız yaşana bilinməməsidir.(L. Bayron)

* Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar, bir qadına sahib olan adam hər qadını özünə heyran buraxar. (Goldinq )

* Hıçqıraraq ağlayan bir qadının göz yaşları, ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. (Ç. Bukovski )

* Qadın bilməyənə nəfs, bilənə nəfəs kimidir. (Şəms Təbrizi )

* Gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür. Birincisi briliyant, ikincisi xəzinədir

* Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (Aleksandr Duma)

* Qadına hərdən itaət etmək lazımdır ki, onun üzərində hökümranlıq edəsən. (Viktor Hüqo)

*Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. (Anton Pavlovic Çexov)

* Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. (F. Dostoyevski )

* Qadınlar onları güldürən kişilərdən xoşlanır sözü yalandır, unutma. Çünki, qadınları sadəcə xoşlandıqları kişilər güldürə bilir əslində. (Can Dündar)

* Qadın hər ehtiyacını qarşılayacaq tək kişi istər, kişi tək ehtiyacını qarşılayacaq hər qadını. (F. Dostayevski)

* Bir qadın söyləyəcək çox şeyi olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir. (P. Neruda)

* Kar bir kişiylə kor bir qadın ən xoşbəxt cütlükdür. (Danimarka atalar sözü)

* Bir qadın sevdiyi kişinin başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can çəkişərkən görməyi tərcih edər. (Q.Q.Markez)

* Qadın heç getməyəcəkmiş kimi sevər, amma yeri gələr heç sevməmiş kimi gedər.
( J. Crange)

* Bir qadın sizi milyoner edə bilər, təbii ki siz triliyonersinizsə. (Bob Dylan)

* Ağlamaq qadının tələsidir. (C. Rumi)

* Aldadan kişi yoxdur, göz yuman qadın var.

* Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. ( A.Huxley)

* Kişi qadına şillə vurarsa kişi günahkardır, qadın kişiyə şillə vurarsa yenə kişi günahkardır. (Ç.Bukovski )

* Kişilər önəm verdikləri qadından heç kimə danışmaz, qadınlar isə əksinə önəm vermədikləri kişilərdən.

* Qadının təxmin etdiyi şey, kişinin əmin olduğu şeydən daha doğrudur. (R.Kiplinq)

* Əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı bütün kişilər tam olaraq anlamını itirər. (Oskar Vilde)

* Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də, kişi isə sevişmək uğruna hər şeyi fəda etməyə hazırdır, hətta sevməyi də ! (P. Koelho)

Hazırladı :  Psixoloq Rübabə

 
 
fitret.az

Go Back

Sadəcə başla

 

Sadəcə, başla! Sadə və bayağı səslənir və bunu dəfələrlə eşitmişik, amma əslində bu elə belədir.

 Başlamış olanlardan kiçik məsləhət: “Bloknotdan başla. İdeyanı yaz və özünə bir yığın sual ver: “Bu nədir? Bu necə işləyir? Bununla necə pul qazanmaq olar? Görəsən bu lazımdır? Necə başlamaq lazımdır? Nə lazımdır? Kim lazımdır? Hansı problemi həll edir? Bir suala cavab yazana kimi, başında ikinci sual yaranacaq”.

 Sonra da get dostlarına danış, onların fikrini soruş. İdeyanı nə qədər sadə təsvir edərsən, o qədər yaxşıdır. Çox vaxt dostlar ağıllı ideyalar verirlər. Hər şeyi bloknotuna yaz. Bu andan o sənin dostundur, ağlına gələn her şeyi yaz, hətta ən mənasız və gülünc ideyaları”.

 Artıq sənin ideyanın necə işlədiyini və qazandığını başa düşəndən sonra,  həmfikirlər axtarmağa başla. İdeyanı paylaşıb başa düşəcəksən, kimə sənin ideyan  maraqlıdır və kim səninlə bir istiqamətdə getməyə hazırdır.

 Sanki elə çox bir iş görülməyib: İdeya düşünülüb və həmfikir tapılıb. Amma sən artıq başlayıbsan!

 Sonra gərgin iş, tədqiqat, bazarın öyrənilməsi, yuxusuz gecələr, qəhvə, müzakirələr, beyin fırtınası zənglər və məktublar. Sənin bloknotun “bugün/sabah/bu həftə nə etmək lazımdır “ bəndləri ilə tam dolacaq.

 Addım-addım nəticəyə gələcəksən. Əsas yadda saxla ki, nəticə özü sənin yanına gəlməyəcək, ona ancaq sən özün gələcəksən”!

dialoq.info

Go Back

Dahilərin uğur haqda aforizmləri

Hər birimiz istənilən bir işə uğur qazanmaq məqsədilə başlayırıq. 

Uğur haqda dahilərin aforizmlərini təqdim edirik. 

Teodor Ruzvelt - harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin. 

Sartr - insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir. 

Ben Svitland - uğur gedilən yoldur, çatdığın məkan deyil. 

Mark Tven - insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir. 

Tomas Edisson - edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik. 

Lev Tolstoy - Uğurun asılı olduğu yeganə şərt səbrdir. 

Lao Szı - min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır. 

Şarlotta Bronte - xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır. 

Zərdüşt - Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır. 

Çin atalar sözü - Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. 

German Martin - məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır. 

Sent Ekzüperi - Uğursuzluqlar güclülərə daha da güc verir. 

Andre Jid - yaxşı başlanğıc uğurun yarısıdır. 

Jül Renar - bəxtəvər o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirib. 

Benjamin Dizraeli - hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik olmaz.

big.az

Go Back

Dəyərli sözlər

1. Səni sevənlərlə səndən istifadə edənləri yaxşı ayırd et.

2. Səni dinləyib anlamağa niyyəti olmayanlarla mübahisə etmə.

3. Məcburi yaradılan dostluqları qəbul etmə.

4. Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!

5. Sülh belə, böyük pulla alınır.

6. Tez yatıb tez qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.

7. Mən həyatda yalnız üç şeyə arxalanmışam: Yaradanıma, zəhmətimə və xalqıma

8. İki dəfə köçmək bir yanğına bərabərdir.

9. Mənim həyat fəlsəfəm sadədir: mən hər zaman kimisə sevməli, nəyisə gözləməli və nəsə etməliyəm.(E. Presli)

10. Neçə həyat yaşayınca yorular insan..?neçə ildən sonra yaşlı...neçə məğlubiyyətdən sonra bezgin...neçə sevdadan sonra ürəksiz...neçə sözdən sonra lal olar insan..? (Elif Şafak)

11. Həyatımı daha az duyğulanmağı öyrənməyə sərf etdim. Hər gün daha az duyğulandım. Böyüməkdirmi bu..? Yoxsa daha betər bir şeymi ? (Jonathan Safran Foer)

12. İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

13. Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

14. Özünü sev.

15. Gözyaşlarının dəyərini bil. Onları layiq olmayanlar üçün axıtma

16. İnsanları itirirsən deyə ağlayıb sızlama, amma qazandığın insanların da dəyərini bil.

17. Kimsəyə daşıya biləcəyindən çox dəyər verib bununla öyünməsinə imkan vermə.

18. Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.

19. Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

20. Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.

joy.az

Go Back

Hikmətli sözlər

1. Güvənmədiyin birisinə sənin əleyhinə istifadə edilə biləcəyi heç bir fürsət vermə.

2. Bir əlaqəni beynində bitirdikdən sonra iki şirin söz, iki damla gözyaşı üçün əsla yumşalma.

3. İnsanlara doğru dəyər ver, layiq olmayanları sil.

4. Kimsəyə yalvarma.

5. Sirr tutmağı bil.

6. Əgər verdiyin sirr o adamda qalmırsa ikinci bir sirr şansı vermə.

7. Özünü tərifləyən insanlardan uzaqlaş...

8. Özünə hörməti itirməyinə səbəb olacaq heç bir şey etmə.

9. Sənin zəkana inanan insanları xəyal qırıqlığına uğratma.

 

 

10. İstədiyini almaq üçün əsla duyğusallıq etmə.
11. Dəyər ver dəyərli olmağı öyrən.

12. İnsan həyatı bir kibrit qutusuna bənzəyir. Onunla ciddi davranmaq gülməli gələr. Ciddi davranmarsan təhlükəli olar. 

13.Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir.

14. Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.

15. Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.

16. Dəlilik eyni şeyi təkrar təkrar etmək və fərqli nəticə gözləməkdir.

 

 

17. Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.

18. Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.

19. Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

20. Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

joy.az

Go Back

Məşhur filmlərin məşhur sitatları

İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. (Kosmopolis)

Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir.(Pianist)

Ən önəmlisi ümidini heç vaxt itirmə. (Pinin həyatı)

Uzun müddət maska taxsanız, maskanın altındakı kimliyinizi unudarsınız. (V for Vendetta)

Paris həmişə var olacaq. (Casablanca)

Bir damla və bir damla böyük bir damla yaradar, iki dənə yox. (Nostalgia)
 

Nankor insan-hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insandır. (Yerdəki ulduzlar)


Güvən- əlimizdə sübutu olmayan şeylərə qarşı duyulan inancdır. (Filadelfiya)

Həyatın verdiyi ən yaxşı dərslərdən biri bacardıqlarını və bacarmadıqlarının fərqində olmağına şərait yaratmasıdır. (Hötenin ilk sevgisi) 

Nə qədər yaxından baxsan, o qədər az görərsən həqiqəti. (Aldatma İlluziyası)
 
İnsanlar hökumətlərindən qorxmamalıdır, hökumətlər insanlarından qorxmalıdır (V for Vendetta)

Bir xəyalın varsa, onu qorumalısan. İnsanlar hər zaman özləri edə bilmədiklərini sənin də edə bilməyəcəyini deyirlər. Əgər nəyisə istəyirsənsə, onu əldə etməlisən. Nöqtə! (Ümidini itirmə)

joy.az

Go Back

Aristoteldən qiymətli kəlamlar

 

Aristotellə iki sual verirlər. Birinci sual:
- Siz insanların hansı hərəkətlərindən təəccüblənirsiniz?
Aristotel bir-bir sadalayır:
• Uşaq olanda darıxırlar, böyüməkçün tələsirlər. Ancaq sonradan da uşaqlıq dövrünün xiffətini çəkirlər
• Pul qazanmaq üçün sağlamlıqlarını itirirlər. Sonra sağalmaq üçün pul xərcləyirlər.
• Gələcək necə olacaq deyə narahatlıq keçirirlər və bu günü unudurlar. Nəticədə, nə bu günü, nə də gələcəyi normal yaşayırlar.
• Elə yaşayırlar ki, elə bil heç ölməyəcəklər. Elə ölürlər ki, elə bil heç yaşamayıblar.
Növbə ikinci suala çatır: – Yaxşı bəs, siz nə məsləhət verirsiniz? 
Aristotel yenə sadalayır:
Özünüzü kiminsə gözündə ucaltmağa çalışmayın. Sadəcə imkan verin ki, sizi sevsinlər, əziz tuta bilsinlər. İnsan ömründə ən vacib olan həyatda çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

Go Back

90 yaşlı qadından həyat dərsləri

Sosial şəbəklərdə yayılmış "90 yaşlı qadının həyatdan öyrəndikləri" adlı yazını təqdim edirik.

1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.

2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.

3. Heç kim özünü ciddi hesab etməməlidir.

4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.

5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.

6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.

7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.

8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.

9. Keçmişinlə barış ki, gələcəyini zəhərə döndərməsin.

10. Uşaqlarının səni ağlayarkən görməyində problem yoxdur.

11. Həyatını başqalarının həyatı ilə müqayisə etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını bilmirsən.

12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə, o münasibətin içində olmamalısan.

13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil. Yenidən uşaqlığını yaşamaq tamamilə səndən asılı olan şeydi və heç kim qarışa bilməz.

14. Həyatda nəyə marağın varsa, arxasınca getməli və bu yolda "yox" sözünü bir cavab olaraq qəbul etməməlisən.

15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək qablarından istifadə et, onları özəl günlərə saxlama. Özəl gün bu gündür.

16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş dövrünün gəlməyini gözləmə.

17. Çox pis hadisələr baş verəndə belə düşün: "5 il sonra bu hadisənin heç bir əhəmiyyəti olmayacaq"

18. Hamını və hər ediləni bağışla.

19. Başqalarının sənin haqqında nə düşündüyündən sənə nə?

20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana burax.

21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa olsun, dəyişəcək.

22. Xəstə olanda işin sənə baxmayacaq, dostların baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.

23. Möcüzələrə inan.

24. Unutma, səni öldürməyən şey, seni daha da güclü edir.

25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini bil, unudulmaz elə.

26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər yerdədir.

27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və lazım olanı indi et.

28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir, ümidini itirmə.

29. Nə etmək lazım olduğunu bilməyəndə dərindən nəfəs al, xeyri dəyəcək.

30. Gözəl bağlanmış qutuda olmasa da, həyat yenə də bir hədiyyədir.
 

Go Back

Fyodor Qriqoryeviç Uqlovun 12 həyat qanunu

 

Fyodor Qriqoryeviç Uqlovun 12 həyat qanunu ilə tanış olaq.

1) Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır.

2) İşini sev. Fiziki işi də həmçinin.

3) Özünü idarə etməyi bacar. Heç bir halda ruhdan düşmə.

4) Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq.

5) Ailəni sev. Onu müdafiə etməyi bacar.

6) Nəyin bahasına olursa-olsun öz normal çəkini saxla. Çox yemə!

7) Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir.

8) Həkimə vaxtında getməkdən qorxma.

9) Uşaqlarını sağlamlığı pozan musiqilərdən qoru.

10) Əmək və istirahət rejimi sizin öz bədəninizin əsas işidir. Bədəninizi sevin, ona mərhəmət göstərin.

11) Fərdi ölümsüzlük əlçatmazdır, lakin həyatının uzun olması sənin özündən asılıdır.

12) Yaxşılıq et. Pislik, təəssüf ki, öz-özünə yaranacaqdır.

Go Back

Bernard Şoudan ən gözəl sitatlar

Bernard Şou həm ədəbiyyat üzrə Nobel mükafatına, həm də "Piqmalion" filminin ssenarisinə görə Oskar mükafatına layiq görülən yeganə insandır. Yazıçı məktəblərdə aldığı təhsildən heç nə öyrənmədiyini etiraf etmiş, Dikkensin, Şekspirin, Benyanın kitablarından, "İncil"dən, "Min bir gecə" nağıllarından və anasının ifa etdiyi operalardan isə çox şey öyrəndiyini demişdi. Ədibin həyat təcrübəsi və müdrikliyi onun dahiyanə pyeslərində və iti aforizmlərində öz əksini tapıb. dushunce.az ann.az-a istinadən Bernard Şounun ən gözəl sitatlarını təqdim edir.

Dünya - işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir.

Rəqs - horizontal arzunun vertikal ifadəsidir.

Nifrət - kimlərəsə görə qorxuya düşən qorxağın intiqamıdır.

Biz özümüz xoşbəxtlik yaratmırıqsa, onu istəməyə haqqımız yoxdur.

İdeal kişi - ideal həyat yoldaşının olduğunu düşünən kişidir.

Tənhalığa tab gətirmək və ondan zövq almaq böyük vergidir.

Səmimi olmaq elə də çətin olmamalıdır, xüsusilə əgər siz həm də səfehsinizsə.

İnsanları sizi asmaq istəyindən yayındırmaq üçün hərdən onları güldürmək lazımdır.

Ən yaxınına qarşı ən böyük günah - nifrət deyil, biganəlikdir, biganəlik qeyri-insanlığın ən yüksək zirvəsidir.

Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl.

"Hələlik" sözünü 30 sözdən az kəlməylə ifadə eləməyə müvəffəq olan qadın dünyaya gəlməyib.

Darıxdırıcı qadınla yaşamaqdansa, qocasıyla yaşamaq daha asandır. Düzdür, bəzən onları boğub öldürürlər, amma nadir hallarda tərk edirlər.

Alkoqol - həyat adlanan şey üzərində əməliyyat aparmağa imkan yaradan anesteziyadır.

Bir şeyi bacaran kimsə iş görür, bacarmayanlar isə başqalarına dərs keçirlər.

Çalışın çox sevdiyiniz şeyi əldə edəsiniz, yoxsa əldə etdiyiniz şeyi sevməli olacaqsınız.

Qocalmaq darıxdırıcıdır, amma uzun yaşamaq üçün yeganə metoddur.

Tarixdən götürüləcək yeganə dərs odur ki, insanlar tarixdən heç vaxt dərs götürmürlər.

Qəzet - velosipeddən yıxılmaqla sivilizasiyanın çökməsi arasındakı fərqi görməyən yayım orqanıdır.

Demokratiya - sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır.

Sizdə bir alma var, məndə də bir alma var, əgər biz almaları dəyişsək, hərəmizdə bir alma olacaq. Amma əgər sizdə bir ideya, məndə də bir ideya varsa və biz onları dəyişdirsək, onda hərəmizdə iki ideya olacaq.

Sağlam düşüncə və əməksevərlik sizdəki istedad çatışmazlığını kompensasiya edəcək, onda siz dahilərin dahisi ola bilərsiniz, ancaq axmaqlıqla bütün həyatınızı məhv edə bilərsiniz.

Ad və titullar o şəxslər üçündür ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdur.

İnsan - kərpic kimidir, bişdikcə bərkiyir.

Reputasiya - maskadır, insan necə şalvar və pencək geyinir, eynilə onu da geyinir.

Heç nəyə inanmayan insan hər şeydən qorxur.

Təbiətin boşluqlara dözümü yoxdur, haradakı insanlar həqiqətləri bilmirlər, onlar o boşluğu mövhumatla doldururlar.

Ağıllı insan dünyaya uyğunlaşmağa çalışır, ağılsız isə dünyanı özünə uyğunlaşdırmağa çalışır. Ona görə də proqres hər zaman kütbeyinlərdən asılıdır.

Müasir cəmiyyətdə heç nəyə inanmayan varlı adamlar əxlaqdan məhrum yoxsul qadınlardan daha təhlükəlidirlər.

Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz var, yerdə insan kimi yaşamağı öyrənmək.

Go Back

Uşaqlar üçün sevgi nədir? - MÖHTƏŞƏM CAVABLAR

 

4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

 Uşaqların dünyasında sevgi nədir?

 Rebeka (6 yaş) - Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əlləri etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

 Krissi (6 yaş) - Sevgi - bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən  qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

 Terri (4 yaş) - Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.

 Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

 Emili (8 yaş) - Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

 Noel (7 yaş) - Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

 Kris (7 yaş) - Sevgi - anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

 Meri Enn (4 yaş) - Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.

 Cesika (8 yaş) - Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

ailem.az

Go Back

Naməlum qoca...

Sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu:
— Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi,

— «Düşünürəm ki, sizə yardım edə bilərəm». 
O, sahibkardan adını soruşdu, bir çek imzaladı və:
- «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» - deyərək, onu sahibkarın əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.  "Mən problemlərimə bir anda son verə bilərəm! "— deyə o düşündü. Amma buna
baxmayaraq, sahibkar nağd olmayan çeki seyfinə qoymağı qərara aldı. Hətta onun varlığı barədə düşüncə belə, ona şəxsi biznesini qorumaq üçün çıxış yolu düşünməyə qüvvə verirdi. O, bir daha yüksək nikbinliklə (optimizmlə) sərfəli sazişlər bağladı və ödəmənin şərtlərini genişlətdi. Ona bir neçə böyük satış icra etmək müvəffəq oldu. Bir neçə ay
müddətində o, borclardan yaxa qurtardı və yenidən pul qazanmağa başladı.  

Düz bir il keçdikdən sonra o, həmin nağdlaşdırılmamış çeklə yenidən parka qayıtdı. Razılaşılmış vaxtda qoca yenidən peyda oldu. Və o zaman ki, sahibkar çeki qaytarmaq və uğuru haqqında hekayəsini bölüşmək istəyirdi, qaça-qaça bir tibb bacısı gəldi və qocanı saxladı:
- Onu tutduğuma elə şadam ki!- deyə, yüksəkdən dedi.

—Ümidvaram ki, o sizi narahat etməyib. O, həmişə evdən qaçır və Con Rokfeller olduğunu danışır. 

Sahibkar təəccüb edərək, sadəcə karıxmış halda durmuşdu. Bütün il ərzində biznes qurdu, yarım milyon dolları olduğuna əmin olaraq yaşadı. Qəfildən anladı ki, onun həyatını alt-üst edən real və ya xəyali olan pullar olmayıb. Onu xilas edən İnam hissi idi.

Go Back

Ağıla və Qəlbə Nur Saçan Sözlər....

~Sevgiliyə veriləcək ən gözəl hədiyyə, sədaqətdir!
Hz. Əli

~Kişinin də, qadının da tərbiyəsi bir-birləriylə mübahisə etdikləri zaman müəyyən olar…

© Bernard SHAW

~Gözlərimiz nə rəng olursa olsun, gözyaşlarımız həmişə eyni rəngdədir.

~Gözəl olan sevgili deyildir, sevgili olan gözəldir. - Lev Tolstoy

~'Hamımızın içində, ortaya çıxmaq üçün uyğun şəraiti gözləyən gizlənmiş möcüzələr vardır.'

Charles Dickens
 ~Sanma ki dərd sadəcə səndə var, Səndəki o dərdi nemət sayanlar da var
- Mövlanə Cəlaləddin Rumi –

~Əgər bir qadına eşitmək istədiklərini söyləmirsənsə,
Danışdıqlarınınheç bir əhəmiyyəti yoxdur..."
 
~Bir qadına nə versəniz verin, onu daha da böyük hala gətirər. Ona bir ev verərsiniz, sizə bir yuva verər. Ona tərəvəz verərsiniz, sizə yemək verər. Ona bir gülümsəsəniz , sizə ürəyini verir. Özünə veriləni, vurub çoxaldaraq geri verər ... Buna görə ona heç vaxt ləkə atmayın , Atarsanız əgər bir bataqlıqda boğulmağa hazır olun ...
 
~« Hər şey həmişə yaxşı qurtarır. Əgər hər şey pis qurtarıbsa, deməli hələ son deyil. » 
- Paulo Coelho -
 
~"Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla..." 

- Anton Çexov -

 ~« Mükəmməl qadın istəyirsənmi?
Sən o qadını sev, dəyər verdiyini 
hiss etdir,bax gör onda o qadın 
necə mükəmməl bir qadın olur...»

~« Cəhənnəm, insan ürəyində sevginin bitdiyi yerdir... »

- Dostoyevski-
 


~"Dünəndən öyrənin, bu gün üçün yaşayın, sabah üçün ümid edin ..!"

-Albert Eynşteyn
 
~Batan adamı xilas etmək üçün, təkcə sənin əlivi ona uzatmağın kifayət deyil, o da gərək sənə əlini uzatsın. 
- Viktor Pelevin.
 
~" Yaxşı insan, gözəl söz söyləyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən adamdır. "

- Konfutsi –

~İstər kral, istər kəndçi olsun, dünyada ən xoşbəxt insan evində dinclik alandır.
Goethe

~" Baxın indi! Bir adam varmış. Biri daha varmış. Bir dənə də daha varmış. Və biri daha. Zarafat etdim zarafat. nə gəzir bu dövrdə bu qədər adam...? "

~Yuxuları reallaşdırmağın ən yaxşı yolu oyanmaqdır.
S. M. Power
 
~" Heç vaxt gülümsəməkdən vaz keçmə, hətta sən qəmgin ikən belə, kimsə sənin təbəssümünə aşiq ola bilər."
- Qabriel Qarsiya Markes – 

~" Həyatda üç insanı unutmayın: Pis vəziyyətinizdə sizə kömək edəni, pis vəziyyətinizdə sizi tərk edib gedəni və sizi o pis vəziyyətə salanı! "

Go Back

Bir Neçə Sözdən İbarət Hekayələr....

Çox maraqlı romanlar və hekayələr müəllifi olan dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər.


O, bir neçə sözdən ibarət : “ Uşaq çəkmələri satılır. Geyinilməmişdir” ( “For sale: baby shoes, never worn”) tərcümədən asılı olaraq, 1 söz artıq və ya əskik ola bilər. Ən qısa bir hekayə yazmaqla, mübahisəni udur.

O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər. Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirən 18-ini sizə təqdim edirik:

1. Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.

2. “Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.

3. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.

4. Üzümü qırxmağı anam mənə öyrədib.

5. Mən doğma qəlb gördüm – O isə məni görmədi...

6. Mənim əksim indicə mənə göz vurdu.

7. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.

8. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.

9. Bu gün mən yenidən özümü anama təqdim elədim.

10. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox...

11. Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi.

12. Sınıq pəncərənin üzərində yazılmışdı: “Yeni evlənənlər”

13. Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm...

14. Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.

15. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.

16. Əsgər, biz çəkmələri cüt satırıq...

17. O, arvadının qatilinə butulka ilə süd verirdi.

18. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.

Go Back

20 nəticə göstərilir