Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ailə psixologiyası"

Nəqliyyat vasitələrində olarkən yaranan ürək bulanma və qusma refleksi

El arasında “Maşın məni tutur” olaraq bilinən bir ifadə vardır.Statistik məlumatlara əsasən dünya əhalisinin təxminən 25-30% bu problemdən əziyyət çəkir.Bu problem əsasən maşında,avtobusda,qatarda bəzənsə təyyarədə səyahət edərkən qarşıya çıxır.Ürək bulanma,qusma,baş gicəllənmə kimi əlamətlərlə özünü biruzə verir.Xüsusilə nəqliyyat vasitələrində kitab oxuyarkən,telefona və.s baxarkən daha da şiddətlənir.Bu problemdən əziyyət çəkmə dərəcəsi insandan asılı olaraq dəyişə bilər.Məsələn yola çıxmazdan əvvəl qəbul edilən qida,insanın sinir sitemi,genomu buna təsir edir.

Bəs səbəbləri nədir?-Bildiyimiz kimi bədən tarazlığının saxlanılması üçün gözlər və daxili qulaqdan Mərkəzi Sinir Sisteminə müəyyən siqnallar göndərilir.Bu siqnallar beyinə insanın hərəkət halındamı yoxsa durğun vəziyyətimi olması haqqında məlumat verir.Məhz bu prosesdə olan uyğunsuzluq nəticəsində  Mərkəzi Sinir Sistemi  beyinə səhv məlumatlar ötürür.Yəni beyinə bədənin hərəkət etdiyi siqnalı ötürülsə də göz bunu təsdiqləmir.Eləcə də Vestibulyar aparat başın hərəkətliliyində rol oynadığından zəif olduqda başın sabit saxlama problemi yaranır.Bir çox insana bu problem genetik kodlarla ötürülür.Məsələn anada bu problem varsa gələcək övladları da bu problemlə qarşılaşırlar.

Əsas əlamət aşağıdakılardır:

-Mədə bulantısı

-Baş gicəllənmə

-Qusma refleksi

-Görmənin toranlaşması

-Nəbizin artması

-Stress

Bəs bu problemin qarşısını qismən də olsa necə almaq olar?

Praktik olaraq qarşılaşdığım “doğru bilinən”əslində isə tamamilə yanlış olan 1 yanaşma.”Ac qarına çıxsan ürəyin bulanmayacaq”,”Yemək yemə,qaytaracaqsan” vəs.Əslində isə yola çıxmazdan əvvəl mütləq yüngül bir şeylər qəbul olunmalıdır.Çünki mədə boş olduqda ürək bulanma daha artır.Yolda olarkən isə ürək bulanmanın qarşısın almaq üçün duzlu krekerlər,cipslər,duzlu peçenyelər və bu kimi atıştırmalıqlar qəbul olunarsa vəziyyət daha sabit olar.Maye qəbulunə gəldikdə isə yol boyu adi su içilməsi ürək bulanma,qaytarma hallarını daha da artırır.Bunun əvəzinə albalı şirəsi,portağal şirəsə və.s bu kimi bulantı,mədədə turşluq yaratmaq mayelərin qəbulu məqsədə uyğundur.Amma istənilən alda bu üsullar hər insanda fərqli ola bilər.Məsələn bəziləri bunun qarşısını hər hansı nanəli saqqız çeynəməklə alırlar.

Bu problemin aradan qaldırılmasında Meditasiya,Yoqa kimi vasitələrdən də istifadə olunur.Nəzərə alsaq ki,problemin əsasını bədən və göz tarazlığındaki disharmoniya təşkil edir,o zaman yuxarıda adını qeyd etdiyim vasitələr ideal seçim ola bilər.Yola çıxmazda 1 gün əvvəl,uzun səyahətlər zamanı isə 1 həftə əvvəl Meditasiya və ya Yoqa ilə məşğul olmaq məsləhət bilinir.

Son çarə olaraq isə müəyyən təyinatlı dərman preparatlarıdır.

                                    Nuray Lətifzadə

 

Go Back

Rett sindromunun mərhələləri və əlamətləri

Mərhələ 1 : Fasilə

Rett sindromlu uşaqlarda 6-12aya qədər normal və ya normala yaxın inkişaf gedir. Daha sonra inkişafin dayandığı uzun bir fadilə dövrü başlayır. Bu fadilə mərhələsində ( 6 aydan 1.5 yaşa qədər) körpələr çox az göz kontaktı qururlar və ouuncaqlara qarşı maraqları azalır.

Mərhələ 2 : Sürətli təxrib edici

Bu mərhələdə (1-4 yaş arası) isə funksiyalarda sürətli itkilər meydana gəlir . Məqsədyönlü əl bacarıqlarının itməsi ilə birlikdə, nitqi anlamaqda və istifadə etməkdə itkilər yaşanar. Hərəkətlər əsasən əli ağıza götürmə, əl bükmə və ya əl yumma kimi əl hərəkətləri şəklindədir. Bəzi rett sindromlu uşaqlarda ictimai cəhətdən ünsiyyəti və qarşılıqlı təsiri itirmək kimi xarakterik xüsusiyyətlərə malik autizmə bənzəyərlər. Üç ay ilə 4 yaş arasında ümumiyyətlə baş böyüməsində yavaşlama nəzərə çarpandır.

Mərhələ 3 : Durğunluq

Bu mərhələdə ( məktəbəqədər dövürdən mərkət illərinə qədər) rett sindromlu uşaqlarda koordinasiya pozuntusu, moyor problemlər, epileptik tutmalar müşahidə olunar. Bu mərhılədi rett sindromlu uşaq ətragına daha çox maraq göstərər və ünsiyyət bacarıqları qismən inkişaf edər. Bir çox xəstə həyatının çoxunu bu mərhələdə qalaraq keçirər

Mərhələ 4 : Motor sistemin pisləşməsi

10 yaşından sonra başlayır və hərəkət qabiliyyətinin itməsi ilə özünü göstərir. Skalioz, əzələlərdə sərtləşmə və distoniya bj mərhələ üçün xarakterikdir.

 Tərcümə etdi: Firuzə Qənizadə (Narınc Könüllü Qrupunun Üzvü)

Go Back

Sosial fobiya

Sosial fobiya əsasən sosiallaşma qorxusudur. Sosial fobiyası olan insan sıxlıq bir mühitdə olma, ictimailəşmə, kütlədə danışmaqdan qorxur. Hər kəs ona baxanda rahat hərəkət edə bilmir. Sosial fobiya bəzi mənbələrdə sosial narahatlıq pozuqluğu olaraq da adlandırılır.

Sosial fobiya müalicə oluna bilən xəstəlikdir.  Ancaq bu müalicə dərmanlarla baş vermir. Sosial fobiyası olan insan həm ətrafındakı insanlardan, dostlarından, həm də psixoloqundan kömək almalıdır.  Bundan başqa, sosial fobiyanın müalicəsində ən böyük maneələrindən biri də sosial fobiyanın xalq arasında  bir xəstəlik olaraq görülməməsidir.  Sosial fobiyası olan insanlar adətən utanqac xarakterli olaraq qəbul edilirlər və bəzən bir ömür boyu narahat ,rahatsız yaşamaq durumunda qala bilirlər.Bəli, bir insanın az danışması, səssiz,sakit olması və ya özünü rahat ifadə edəməməsi şəxsiyyətin xarakterindən qaynaqlana bilər. Ancaq sosial fobiyanı utanqac şəxsiyyətlə qarışdırmaq olmaz. İnsanın sosial fobiyası olub-olmadığını anlamaq üçün bezi spesifik xüsusiyyətlərə baxılmalıdır :

  • Gözləndiyi sırada bir işi görə bilməmək
  • İzdihamlı ortamda rahat davrana bilməmək
  • Ümumi yerlərdə yemək yeyə bilməmək
  • Narazı qaldığı hallarda narazılığını dilə gətirə bilməmək
  • Qonaqları qəbul edəməmək və ya qonaq gedə bilməmək və s.

Sosial fobiyanın səbəblərini araşdırdıqda onun adətən uşaqlıq dövründə və ya erkən yaşlarda yaşanan bəzi hadisələrin şüuraltına işləməsi görülür. Məsələn, sosial fobiyası olan bir şəxs uşaqlıqda etdiyi bir səvdən dolayı ailəsindən şiddət görmüş ola bilir. Ya da bənzər səvhlər səbəbi ilə dostları, ətrafındakı insanlar tərəfindən lağa qoyulmuş ola bilərlər.  İnsanın kiçik yaşlarda bu cür davranışlara məruz qalması, onun yetkin yaşda göstərəcəyi davranış baxımından çox vacibdir. Bunlardan başqa, sosial fobiya genetik olaraq nəsildən-nəsilə ötürülə bilir. Sosial fobiya əsasən, beynin kimyəvi, elektrokimyəvi fəaliyyətində və ya hormonal xəstəliklərdə baş verə biləcək bir vəziyyətdir.

Sosial fobiyası olan şəxs öz utanqaclığını, lazımsız qorxusunu atmağa qadir olduğunu düşünməlidir. Belə şəxslər daha həssasdırlar. Kimsənin hazırladığı bir zarafat və ya niyyətsiz bir zarafatdan dərhal təsirlənə bilər və yenidən özünə qapana bilər.Ətrafındakı insanlar bu məsələyə həssas yanaşmalı, onlardakı bu problemin aradan qalxmasına yardımçı olmalıdırlar.

Məqalə müəllifi: Məcidli Aygün (Narınc Könüllü Qrupunun Üzvü)

Go Back

İkinci evlilik

İnsanlar adətən, evlənərkən bunun bir ömür davam edəcəyini düşünərək evlənir.Böyük xəyallarla və ümidlərlə qurulan ilk evliliklər bəzən çox tez bitə bilir.İkinci dəfə ailə quran şəxslərdə yenə ayrılıq yaşaya biləcəyi qorxusu olur.

İkinci evliliklərin ilk evliliklərdən nə kimi fərqləndiyi üzrə bir çox araşdırmalar aparılmışdır.2007-ci ildə Falke tərəfindən aparılan araşdırmada, uğurlu alınan ikinci evliliklərdə aşağıdakı xüsusiyyətlər mövcuddur:

- Cütlüklər arasında xüsusən, önəmli mövzularda fikir birliyinə sahib olmaq;

- Ailələrindən və dostlarından sosial dəstək almaq;

- Maddi vəziyyətin yaxşı olması.

Uğursuz alınan ikinci evliliklərdə isə ən çox aşağıdakı hallar nəzərə çarpır:

- Uşaqların ögey ana və ata ilə yaşadığı problemlər:

- Əvvəlki həyat yoldaşı ilə bağlantının tamamilə itməməsi:

- Maddi sıxıntılar

İlk evliliyi uğursuz alınan və boşanan insanlarda bu bəzən travma almağa səbəb olur.Boşanan qadın və ya kişi ikinci dəfə xoşbəxt ola biləcəyinə inanmır, hər şeyin uğursuzluqla nəticələnəcəyini düşünür.Boşanan insan bəzən bunların əksinə olaraq tələsik addım atır, mövcud vəziyyətdən çıxmaq istəyir, tezliklə xoşbəxt olmağa çalışır.Bu zaman da insan səhv addımlar ata bilər, yanıla bilər.

Boşandıqdan sonra istər qadın, istərsə də kişi özünə zaman verməlidir.6 aydan az olmayan bu müddətdə yaşadıqlarını həzm etməli, etdiyi səhvləri analiz etməlidir.Bu dövr 6 – 18 ay arası davam edə bilər.Daha çox boşanma sonrası qadınlar uzunmüddətli yas tutar, kişilər isə vəziyyətdən daha tez çıxar.Təbii ki, bu hallar kənardan belə görünür.Boşanma vəziyyətinə gəlib çıxana qədər ailə mənəvi cəhətdən çox yorulmuş, uşaqlar varsa problemlər daha da artmışdır.Boşandıqdan dərhal sonra bütün problemlərin həll olunacağını düşünən cütlüklər, bu dövrdə asanlıqla depressiyaya düşə bilər.

Müasir dövrümüzdə psixologiya elmi sürətlə inkişaf etsə də, cəmiyyətimizdə ailə psixoloqundan yararlanan çox az insan vardır.Münasibətlərin düzəldilməsi üçün psixoloqa müraciət etmək vacibdir.Qadın və ya kişi İlk evliliyi boşanma ilə nəticələnmişsə ikinci evlilik üçün daha sakit olmalı, ilk evliliyi düzgün analiz etməlidir.Dağılan ailədə uşaqlar varsa bu dövrdə psixoloqdan dəstək almalı, itirmə qorxusunun qarşısı alınmalıdır.Bu zaman ailə üzvlərindən dəstək görmək, yaxın adamların dəstəyi vacibdir.Günümüzdə cəmiyyətimiz ikinci evliliklərə birmənalı yanaşmır və bu mövzuda ictimai qınaq yüksəkdir.

  Ülfət Abbaszadə ( Narınc könüllü qrupunun üzvü)

Go Back

Loqopedik masaj haqqında

Son illər cəmiyyətdə, xüsusilə uşaqlar arasında yayılan problemlərdən biri də nitq qüsurudur. Bir qayda olaraq nitq qüsurundan əziyyət çəkən uşaqların vaxtında həkimə göstərilməsi, həmin uşaqlarla xüsusi məşğul olmaq zərurəti meydana çıxsa da, lakin bəzi hallarda valideynlər məsuliyyətsizlik edərək bu probleminin həllini zamanın öhdəsinə buraxırlar. Bu isə uşaqda olan nitq problemi, danışıq qabiliyyətini getdikcə daha da çətinləşdirir.  Vaxtinda müdaxilə edilərsə qarşısı alına bilər. Bunun üçün loqopedə müraciət etmək lazımdır. Loqopedin işi isə masajdan başlanır. Loqopedik masaj loqopedik işin bir hissəsi sayılır. Hər bir loqoped masajın teoriyasını və texnikasını bilməlidir. Valideyinlər loqoped adı eşidən zaman ilk növbədə loqopedik masajın olub olmayacağını düşünürlər. Onu da nəzərə almaq lazımdır ki, loqoped masaj zamanı həm loqoped, həm də valideyin bunları nəzərə almalıdır. İlk növbədə loqopedin əlləri təmiz, uzun dırnaqsız, üzük və ya qolbaqsız olmalıdır. Masaj zamanı istifadə olunacaq vəsaitlər antiallergen ( yağ, pudra, salfet və s) olmalıdır.

Masajdan öncə əzələ tonusunu yoxlamaq və ona uyğun masaj proqramı tərtib etmək vacibdir. Masaj zamanı uşağın vəziyyətinə fikir vermək lazımdır ki, əzələləri gərgin olmasın. Masaj hərəkətlərinin ardıcıllığına fikir vermək lazımdır. Uşağı yavaş-yavaş masaja uyğunlaşdırmaq lazımdır. Həmçinin masaj ağrı verməməlidir. Onu da qeyd etmək lazımdır ki, loqopedin psixoloji vəziyyəti nəzərə alınmalıdır. Əgər loqoped yorğun və ya əsəbidirsə masajı etməmək məsləhətdir. Dezinfeksiya qaydalarına əməl etmək vacibdir. Burun-boğaz, virus infeksiyalı, limfa vəzilərinin xəstəlikləri zamanı, üz ağız, dodaq və ya burunda qıcıqlanma və irinli yaralar zamanı qəti masaj qadağandır".

Masaj etmənin yaş hədləri və zamanı da fərqlidir. Adətən 3-12 aylıq uşaqlar üçün. masaj 1 dəqiqədən başlayaraq 15 dəqiqəyə qədər davam edir. Süd əmər uşaqlarda bunu ana özü etməlidir. 4-7 yaşlı uşaqlarda bu proses 5-25 dəqiqə arası davam edir. Böyüklərdə 25-40 dəqiqə arası masaj edilir. Nəzər almaq lazımdır ki, I və V seans proflaktik sayılmalıdır. 10-12 masajdan sonra bir və ya iki həftə fasilə vermək düzgün olar.

Loqopedik masajın fizioloji təsiri;
Loqopedik masaj bədənin üz, əllər, boyun və.s bunlar ilə bərabər qan və limfatik damarlara da təsir edir. Masaj orqanizmə fizioloji təsirindən əlavə, mərkəzi sinir sisteminə də təsir göstərir. Masaj dərinin sekresiya funksiyasını yaxşılaşdırır, limfa və qan dövranını aktivləşdirir, qidalanmanı və mübadilə prosesini yüksəldir. Sizin uşağa bu diaqnozlardan biri qoyularsa: nitq inkişafın ləngiməsi, dislaliya, dizartriya, psixi inkişafın ləngiməsi, USİ və.s bu zaman korreksiyanın bu metodundan istifadə etmək olar.

Loqopedik masaja əks göstərişlər.

- Uşaqda dərinin irinli və göbələk şəkilli xəstəlikləri

- Bədənin masaj edilən sahəsində hematomalar

- Vərəmin aktiv forması

- Qan və kapilyarların xəstəlikləri

- Damarların trombozu

- Onkoloji xəstəliklər

- Yoluxucu yaralar

- Epilepsiya

- Əgər uşaq yaxın vaxtlarda angina keçiribsə, sağalmadan 10 gün ötübsədə zərərlidir.

                      Defektoloq-loqoped Bəhmənzadə İlahə

                 Narınc Uşaq Psixologiya Mərkəzi Gəncə filialı 

Go Back

Uşaq depressiyası

İnanmaq istəməsək də uşaqlar da depressiya keçirə bilir.Valideynlərin gözündə uşaqlar hər zaman oyun oynamaq istəyən, sevinən və hər kiçik bir şeydən xoşbəxt olan varlıqlardır.Çünki, bir uşaq incidikdə, daxili sıxıntılar keçirdikdə bunu dilə gətiə bilməz və “özümü pis hiss edirəm” deyə bilməz.Ailədə olan problemləri, xüsusən də ananın keçirdiyi narahatlıqları uşaq hiss edər.Lakin ifadə forması fərqli olduğundan valideynlər anlamaz yaxud anlamaq istəməz.Yetkin insanlar sıxıntılar keçirdikdə bunun həlli yollarını axtarmağa başlayır.Uşaqlarda isə bu özünü davranış pozuntusu, yuxu pozuntuları, iştahsızlıq və s. kimi göstərə bilər.

Kiçik yaşlı uşaqlar daha çox anadan ayrı düşdükdə depressiya halları özünü göstərir.Hər şey üçün ağlama, davamlı narazılıq getdikcə artar.Belə uşaqlar oyun oynamaqda çətinlik çəkir, digər uşaqlarla dil tapa bilmirlər.Yeniyetmələr isə bu vəziyyəti “həyat mənasızdır, boşdur” kimi ifadələrlə biruzə verir.

Depressiyada olan uşaq bəzən krizlər keçirə bilər.Heç nədən xoşbəxt olmayan uşaq valideynlərini tez-tez əsəbləşdirər, ağladıqca ağlayar və vəziyyəti daha da ağırlaşar.Çölə çıxmaq istəməz, çıxdıqda da tez evə dönmək istəyər.Əsəbi, gərgin olmaları ilk növbədə valideynlərin diqqətini çəkər.

Depressiyaya bədən də fiziki olaraq reaksiya verər.Bu bir növ diqqət çəkmək, vəziyyətin düzəldilməsi üçün kömək istəməkdir.Belə ki, yeniyetmələrdə tez-tez başağrıları, halsızlıq, iştahsızlıq, yuxu pozuntuları və hətta bayılmalar da ola bilər.

İstər kiçik yaşlı uşaqlarda, istərsə də yeniyetmələrdə özgüvənin aşağı düşməsi diqqəti cəlb edir.Sosial fobyalar, uğursuz olmaq qorxusu, “mən bacarmaram”, “mən heç kimə lazım deyiləm” kimi düşüncələr özünü göstərməyə başlayır.Tez-tez ağlama halları, ölümdən bəhs etmək, hər sözdən küsmək depressiyanın əlamətlərindən sayılır.

Kiçik yaşlı uşaqların nitq inkişafına, qavrayışına, diqqətini cəmləməsinə mənfi təsir göstərir.Aradan qaldırılmadıqda irəlidə məktəb fobyası, özünəqapalılıq, həyat eşqinin olmaması və s. bu kimi halların yaranmasına səbəb olur.Depressiya əlamətlərini hiss edən valideyn mütəxəssisə müraciət etməlidir.Uşağı danlamaq, günahlandırmaq düzgün deyildir.

Depressiya önəmli psixoloji vəziyyətdir.Yeniyetmələrdə bu hal terapiya olunmazsa daha böyük fəsadlara gətirib çıxarır.Belə ki, getdikcə xroniki bir hal alır.İntihara meyllilik, zərərli vərdişlərə bağımlılıq formasında təzahür edir.Radikal qruplara qoşulma halları  yeniyetmələrdə müşahidə olunur.Psixoloq dəstəyi almaq vacibdir.

                               Ülfət Abbaszadə

                 Narınc könüllü qrupunun üzvü

Go Back

UŞAQLARDA ASPERGER SİNDROMU

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir. 

Asperger sindromu nədir?

Asperger sindromu autizm qrupunun bir növüdür. Bu sindrom hər şeyə təsir göstərən inkişaf pozuntusu hesab olunur.
Asperger sindromu olan insanlarda nə kimi problemler müşahidə olunur.
Asperger sindromu naməlum bir sindrom olduğu üçün bəziləri tərəfindən yanlış anlaşılır. Təyin olunması da çətindir,üçlü bir pozuntu olaraq adlandırılır.Aşağıdakı pozğunluqlar müşahidə olunur.

1.İctimai münasibətlərdə çətinliklər
2.Ünsiyyətdə çətinliklər
3.Təxəyyüldə çətinliklər

İctimai münasibətlərdə çətinliklər - Təşkilatçılıq qabiliyyətləri çox zəifdir.Nəsə bir plan ağıllarına gələndə onu necə təşkil edəcəklərini bilməzlər. Dostlar tapmaqda çətinlik çəkirlər.İnsanlarla münasibət yarada bilmirlər. Bəzən hər şeyi səhv anlayırlar.Sanki görünməz bir divarın arxasındadırlar.Bir söhbəti sona qədər davam etdirməkdə çətinlik çəkirlər

Ünsiyyətdə çətinliklər - Başqalarının dediyi sözləri anlaya bilmirlər. Göz təması qurmaqda çətinlik çəkirlər və hətta göz təması qurmaq onlara ağrı verir .Asperger sindromu olan şəxslərin digərlərini anlamasında problemlər yaşanır. Səbrsiz olurlar.

Təxəyyüldə çətinliklər - Digərlərinin nə hiss etdiyini anlamaqda çətinlik çəkirlər. Duyğuların,mimikaların nə ifadə etdiyini başa düşməzlər.Hekayələrin,nağılların mənasını anlamaqda problemləri var.

Asperger sindromunun səbəbləri olaraq ekoloji faktorlar,beyin zədələnməsi,çətin doguş göstərilir.Lakin insanların genetik quruluşunun asperger sindromunda böyük rolu olduğu müəyyən edilmişdir. Asperger sindromu uşaqlarda 3-4 yaş arası müşahidə edilir,daha çox oğlanlarda bu sindroma rast gəlinir .Bu uşaqlarda təhsil çox önəmlidir həmçinin onların davranışlarında yaranan problemlər üçün dəstəyə ehtiyacları vardır. Asperger sindromunda təkrar olunan davranışlar edilir,onlar özlərinə qapanırlar. Suallara uyğun cavab verməkdə çətinlik çəkirlər.Bu sindromlu usaqlara psixoterapiya,özəl təhsil,davranışı dəyişdirmək üçün müalicə lazımdır.

            PSİXO – PEDAQOQ : Tağıyeva Nərgiz

       NARİNC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ

Go Back

Konversiyon pozuntu

Konversiyon pozuntu bir ruhi xəstəlikdir.Konversiya pozuntusu müxtəlif psixoloji problemlərin  ( kədər, qorxu, utanc, qəzəb ) fiziki problemlərə çevrildiyini (məsələn, danışmama, zəiflik,iflic, gücsüzlük, və s.) ifadə edir. Bu xəstələrdə edilən müayinələrə baxmayaraq, bu göstəriciyə səbəb ola biləcək heç bir fiziki bir xəstəlik yoxdur. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox olur. Hər yaşda, nadir hallarda uşaqlarda görülür, tez-tez yeniyetməlik və gənclik zamanı baş verir.10 yaşdan kiçik və 35 yaşdan yuxarı nadir hallarda görülür. Ən çox görülən simptom ve həkimə müraciət səbəbi huşunu itirmədir. Bu cür hal ən çox başqa insanlarla birlikdə olduqları zaman  ortaya çıxır, xəstə yerə yavaş düşür və az şüur itkisi olur. Ətrafda danışalınanları eşidə bilir, ancaq cavab verəməz və bu hal uzun müddət davam edir.Bəzi xəstələr huşunu itirdikdən sonra yüksək səslə ağlayırlar. Özlərinə gələrkən saçlarını, üzünü yolurlar. Həmin şəxs huşunu itirməsini və sonradan olanları ve etdiklərini xatırlamırsa buna dissosativ (özündən keçmə) adı verilir.

Huşunu itirməkdən əlavə ən çox rast gəlinən əlamətlərdən biridə  bədənin hər hansı bir bölgəsində (əsasən qolda və ayaqda) uyuşma, hissizlik, hərəkətsizlik və ya güc itkisi , danışa bilməmək, səs batıqlığı,korluq; bədənin hər hansı bir yerində  titrəmə, istəmsiz bədən hərəkətləri görülə bilir.Simptomlar əsasən bədənin sol tərəfindədir.

Konversiyon pozuntu bəzi fərdlərin çətin situasiyaya reaksiya vermə formasıdır.Yəni şəxsin həll edə bilmədiyi promlemlərə, digər sosial problemlərə ( ailə daxilində münaqişlərə, ailəvi problemlərə, şiddətə məruz qalmaya, özünə yaraşdırmadığı bir hərəkətdən özünü günahlandırmaq və ya başqaları tərəfindən günahlandırılmaq, narahatçılığa, peşmançılığa) verdiyi reaksiyasıdır. Bayılma, özündən getmə şəxsin yorğun duyğulardan ötücü olaraq uzaqlaşmasını təmin edən bir qorunmadır.

Fiziki cəhətdən müayinə edilən və fiziki xəstəlik müşahidə edilməyən xəstlərdə psixiatrik müayinə ilə konversiyon pozuntusu diaqnozu qoyulur və müalicəyə başlanılır. Şəxsin fiziki xəstəliyi olmadığından müalicə təcili deyildir. Təcili xidmət şəraitində psixiatrik müalicə aparmaqda olmaz.  Bu şəxslər psixiatra  söhbət edərək özlərini izah edə bildikləri dönəmdə, buna hazır olduqda getmələri daha məqsəduyğundur.

                                      Məcidli Aygün  

                       Narınc Könüllü Qrupunun Üzvü

                                   ADPU, magistr, 1 kurs

Go Back

Övladımıza necə adlar seçməliyik?

       

Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətimizdə yaxşı, mənasız və hətta pis adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan öyünüb qürrələnən və ya xəcalət hissi keçirən adamlar var. Insanın bəzən gündə yüz dəfə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq çətin olmaz.

       Körpəsi doğulan  ailələrdə mühüm məsələlərdən biri ona ad qoymaqdır. BMT – nin Uşaq Haqları Konvensiyasının 7 – ci maddəsində uşağın doğulduqdan dərhal sonra ad almaq hüququna malik olduğu bildirilirsə, hələ 14 – cü əsrdə dinimizdə onun yalnız ad deyil, üstəlik yaxşı ad almaq haqqı qeyd olunmuşdur.

     Ad seçiminin əhəmiyyəti nədir?

    Insanın şəxsiyyətinin formalaşmasında onun adının böyük rolu var. Uşaq böyüyəndən sonra öz adı haqda düşünməyə başlayır. Valideynlərinin məhz nə üçün ona bu adı seçdikləri maraq doğurur. Ad yaxşı olarsa, uşaqda onun mənasına və ya sahibinə simpatiya yaranma ehtimalı yüksək olar. Adı Abdullah  - yəni Allahın qulu olan insana uşaqlıqdan yeniyetməlik çağından bu böyük həqiqəti dərk  etmək, özünü Uca Yaradana qul sayıb onun sonsuz qüdrətinə sığınmaq imkanı yaranır.

  Uşaqlara gözəl bir ad qoymaq, hər ata – anaya düşən əhəmiyyətli bir vəzifədir. Biz hər hansı bir şeyi bir – birindən ayırmaq, tanımaq və yaxud zehinə gətirmək üçün canlı – cansız hər şeyə bir ad qoyarıq. Bu şəkildə əşya və hadisələri həm tanımış həm də bir – birindən ayırmış olarıq. Ilk insan Adəm və Həvva nümunəsində olduğu kimi insanlar, bir – birilərini tanımaq üçün də bir – birilərinə adlar qoymuşlar.

   Cəmiyyətdə, məktəbdə - hər bir yerdə insanın özündə və əməllərindən qabaq adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır. Adın yaxşı olması güclü özünəinam hissinə və bunun ardınca uğurlu perspektivə səbəb ola bilər.

    Bu arada müasir yapon alimi Masaru Emotonun su kristalları üzərində apardığı tədqiqat yada düşür. Alim özünün “ suyun gizli mesajları” kitabında yazır ki, sözlərin şifahi və ya yazılı ifadəsi suyun molekullarına təsir edib kristalların gözəl və ya xoşagəlməz şəklə düşməsinə səbəb olur, sevgi, dua və təşəkkür sözlərinin səsləndiyi yerdə su kristalları xüsusi estetik gözəlliyi ilə seçilir.

   Unutmamalıyıq ki, Məhəmməd Peyğəmbərin bir hədisində deyirlirki, “ Övladınıza ilk hədiyyəniz onlara yaxşı adlar qoymanızdır ”

  Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Sevgisizlik

Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"...

Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.

Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, Yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar".

Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət.

Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, bezginlik, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də.

Səbəb təkcə maddi durumun çətin olmasıdır?

Xeyr.

Sevgilisinin onu tərk etməsidir?

Xeyr.

Öz ruh halının pessimist olmasıdır?

Xeyr.

Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil.

Bəs nədir səbəb?

Sevgisizlik...

Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir.

Yaxud başqa misal:

Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam" hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar.

Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur.

Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün "Ehtiyaclar piramidası" haqqındakı əsərində xüsusi bölməni "sevgiyə tələbat və mənsubiyyət"ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var.

XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da "Sevmək sənəti" əsərində yazıb: "sevgi haqqında danışmaq "mocüzə etmək" deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil".

Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır?

Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək.

Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər.

Atılmalı birinci ad--dım – sev-ginin yaşamaq kimi, sənət olduğunu dərk et-məkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xar--rat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi et-mə-liyik (Erix From).

Sevgiyə dərin ehti-yaca baxmayaraq ondan başqa hər şey daha va-cib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. De-mək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olun-mur.

Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təc-rid-olunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kö-mək edir, özü olaraq qalmağa, bütöv-lü-yü-nü qorumağa kömək edir.

Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur.

Sevgisiz zəka, bizi lovğa edər.

Sevgisiz ədalət bizi amansız edər.

Sevgisiz diplomatiya bizi ikiüzlü edər.

Sevgisiz uğur bizi təkəbbürlü edər.

Sevgisiz zənginlik bizi həris edər.

Sevgisiz itaətkarlıq bizi xidmətçi edər.

Sevgisiz kasıblıq bizi deyingən edər.

Sevgisiz gözəllik bizi gülünc edər.

Sevgisiz qüdrət bizi despot edər.

Sevgisiz işləmək bizi kölə edər.

Sevgisiz sadəlik bizi dəyərsiz edər.

Sevgisiz qanun bizi dustaq edər.

Sevgisiz siyasət bizi eqoist edər.

Sevgisiz inanc bizi fanatik edər.

Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski "Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir" fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir. 

                                         Ceylan Mumoğlu

Go Back

Daun xəstəlik deyil sindromdur

Daun sindromlu diaqnoz ən dəhşətli diaqnozlardan biridir. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib.

Bu xəstələrdə görmə pozğunluğu da müşahidə olunur. Qulaqları zəif inkişaf edir. Skeletin normal inkişafı pozulduğu üçün daun sindromlu körpələr oturmağı və yeriməyi gec öyrənir. Həzm və qan-damar sistemində ciddi patalogiyalara rast gəlinsə də, ifrazat sistemində elə də kənaraçıxma çox olmur.

İmmun sistemi zəif olur, xəstəliklərə daha tez tutulur, xüsusi ilə də bədxassəli şişlərə tutulma riski çox böyükdür. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib yadda saxlayırlar.

Daun irsi xəstəlikdir

Daun irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir. Bu sindroma əsasən 35 aşından sonra hamilə qalan və irsi genetik xromosom dəyişiklikləri olan qadınların körpələrində rast gəlinir. Daun sindromu ilə uşaq doğma ehtimalı 35-40 yaşlı qadınlarda 10 dəfə, 40 yaşdan yuxarı olanlarda 100 dəfə çoxdur. Yəni burada atanın yaşının heç bir fərqi yoxdur. Çox vaxt irsi xəstəlik dedikdə elə hesab edirlər ki, daun nəsildən keçir: əgər nəsildə kimdəsə daun sindromu olubsa, nəvə, nəticə bu xəstəliyə tutulacaq. Ancaq bu, belə deyil. Xəstəlik yalnız ananın orqanizmindəki xromosomlardan asılıdır. Son vaxtlar gənc qızların qanlarında çox sayda mikroblar aşkar edilir. Valideynlər elə başa düşürlər ki, daun xəstəliyinə səbəb də elə bu mikroblardır. Onlar elə hesab edirlər ki, mikroba qarşı müalicə aparıldıqdan sonra körpə sağlam doğulacaq. Ancaq mikrobların bu xəstəliyin yaranmasında heç bir rolu yoxdur.

Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Daha dəqiq meyozun (qametogenezin) normal gedişinin pozulması ilə əlaqədardır. Yumurtahüceyrə və spermatazoid mutasiyalara həssas olduğundan bu sindromla dünyaya gələn uşaqların sayı kifayət qədərdir. Daun sindromunun başqa bir səbəbi də xromosom traslokasiyasıdır. Belə ki, 15-ci cüt autosom xromosomlardan biri olduğu kimi qalır, lakin ikinci xromosomun bir hissəsi delesiyaya uğrayır və onun itirilmiş hissəsi 21-ci cüt xromosomların birinin tərkib hissəsinə keçir. Genotipdə 46 xromosom olmasına baxmayaraq Daun sindromunun əlamətləri özünü biruzə verir. Daun sindromunu törədən səbəblərdən biri də tərkibində purin alkaloidləri - kofein, teobromin, teofillin olan maddələrin çox qəbul edilməsidir.

Yaşlı qadınları izləyən qorxu

Yuxarıda da dediyimiz kimi, daun sindromlu körpə doğmaq ehtimalı qadınlarda yaş artdıqca artır. Çünki həm yumurtahüceyrə, həm də spermatazoid haploid olduğundan mutasiyalara daha həssasdırlar. Bu səbəbdən 40-45 yaşlı qadınların daun sindromlu uşaq dünyaya gətirmələrinə daha tez-tez rast gəlinir. Bu da ananın yumurtazüceyrəsinin fizioloji qocalması ilə əlaqədardır. Burada atanın heç bir günahı yoxdur. Çünki oğlanlarda spermatazoid həddi buluğa çatdıqdan sonra yaranırsa, qızlarda yumurtahüceyrənin bünövrəsi ana bətnində olarkən qoyulur. Qız uşağı yumurtahüceyrə ilə doğulur. Onun yumurtahüceyrəsi qızın yaşından çox olur. Yəni qız 35 yaşında olanda yumurtahüceyrə 36 yaş yarım olur. Ona görə də Daun sindromlu körpənin doğulması ananın yaşı ilə bir başa əlaqəlidir.

Yumurtahüceyrənin yaşı çox olanda, yəni normal reproduktiv yaş həddindən çox olduqda genetik aparatda səhvlər olur. Buna hüceyrənin parçalanmasında olan səhvlər də deyilir. Bunlar təbii səhvlərdir. Burda günah nə atada, nə də anada yoxdur. Əsas səbəb yaşın çox olmasındadır. Amma bəzən cavan qadınlarda da bu sindroma rast gəlinir, o da yenə hüceyrənin bölüməsində baş verən səhvlərdir. Qadındakı üçüncü 21-ci xromosomun yaranmasına hamiləliyin ilk həftələrində çirkli hava şəraiti, stres və normal qidalanmamaq da səbəb olur.

Qeyd edək ki, uşaqda daun olduğu müəyyən edildikdə aborta üstünlük verilir. Qadınların 35 yaşdan sonra ana olmamağa üstünlük vermələri də məsləhətdir. Qohum evlilikləri də bəzi həkimlər səbəblər sırasında göstərirlər. Hamilə xanımların təmiz havada tez-tez gəzdirilməsi, stresdən uzaq tutulması gərəkdir.

Daun sindromu olan uşaqlara gəlincə, onlar da adi körpələr kimi qidalanırlar. Ancaq belə xəstələr piylənməyə meyilli olduqları üçün yağlı qidalardan uzaq olmaları məsləhətdir. Vitaminli qidalar daha məsləhətdir. Daun xəstələrinin dişlərində də daim problemlər olur. Buna görə də onlar daha çox kalsiumlu qidalar qəbul etməlidirlər. Ən əsası isə daun sindromlu uşaqların ayaqları və əlləri tez-tez masaj olunmalıdır.

Əlavə məlumat

Uşaqlarınızın Daun sindromlu olduğunu öyrəndikdə onlardan imtina etməyin. Uşaqlarınızı yaxşı tərbiyə edəcəyinizə, onunla hər şeyin yolunda olacağına özünüzü inandırın. Heç vaxt unutmayın : Onlar xəstə deyil, sadəcə fərqlidirlər. Onların böyüdülməsi, tərbiyə edilməsi qeyri-mümkün deyil. Bəli bir qədər çətindir, amma mümkünatsız deyildir. Onların da digər uşaqlar kimi sevilməyə,dəyər verilməyə haqları var.Uşaqlarınızı sevin.Onların immunitetləri digər uşaqlardakından zəif ola bilər, amma bu o demək deyil ki,onlar tez ölür.Onları həyata gəlməmiş öldürməyin, imtina etməyin! Axı onlar da bizim kimi canlıdırlar,insandırlar və ən əsası onların da yaşamağa haqları vardır.

                      Psixoloq : Məmmədova Nurlana 

                      Narınc uşaq psixologiya mərkəzi

Go Back

UŞAQLARDA QƏBİZLİK PROBLEMİ

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?

- Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması

- Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 

- Bağırsağın natamam boşalma hissi,

- Quru, bərk nəcisin xaric olunması. 

Əgər bu simptomların ən azı ikisi minimum üç ay müddətində müşahidə olunursa, deməli, uşağınızda xroniki qəbizlik sindromu var.

Defekasiyanın yaş normativləri: 

0-4 ay – gündə 1-7 dəfə

4 ay - 2 yaş – gündə 1-3 dəfə

2 yaşdan böyük - gündə 2 dəfədən iki gündə 1 dəfəyə qədər

Qəbizliyin əsas yaranma səbəbləri:

1) Rasionda bitki liflərin və suyun miqdarının az olması ilə qeyri-rasional qidalanma, 

2) Antibiotiklərin qəbulu nəticəsində disbakretiozun yaranması

3) Qida allergiyası

4) Qurd-parazit xəstəlikləri

5) Mədə-bağırsaq xəstəlikləri zamanı yaranan ferment defisiti

6) Yoğun bağırsağın anadangəlmə inkişaf qüsurları (dolixosiqma, meqakolon, Hirşprung xəstəliyi) və sairə.

Qəbizliyi necə müalicə etmək lazımdır?
Qəbizlik - diaqnoz deyil, hər hansı bir səbəbdən yaranan sindromdur. Müalicənin effektivliyi üçün qəbizliyi yaradan səbəbi aşkar edib, aradan qaldırmaq lazımdır.

Xroniki qəbizliyin müalicə prinsipləri:

1) Rasionda lifli meyvə-tərəvəzlərin (qara gavalı, əncir, alma, mandarin, apelsin, kələm, yerkökü, köbələk, çuğundur, pomidor, xiyar və s.) bol olması. 

2) Qəbul olunan mayenin miqdarının artırılması. Gün ərzində qəbulan olunan suyun miqdarı uşağın yaşından asılı olaraq 1,1-2 litr təşkil etməlidir.

3) Bir sıra ərzaqların və meyvələrin rasiondan çıxarılması (əzgil, nar, heyva, zoğal, un məmulatları, düyü və sairə)

4) Fiziki aktivliyin artırılması. Müalicəvi idman, massaj, gimnastika, üzgüçülük, piyada gəzinti xroniki gəbizliyin müalicəsinin ayrılmaz hissəsidir.

                                      Nərmin Əliyeva

                                      Klinik refleksoloq

Go Back

ASPERGER SİNDROMU

Autizm son illərdə çox duymağa başladığımız bir əngəl formasıdır. Çəkilən filmlər (Yağış adam, Mənim adım Sam, Yüksələn Merkuri), yazılan kitablar,  qəzetlər və jurnallar vasitəsilə autizmə olan maraq gün keçdikcə artır. Texnologiyanın ünsiyyəti artırmaq üçün hər gün təzə bir layihəyə imza atdığı günümüzdə bu əlaqədən yararlanmayan və özlərini daxili dünyalarına bağlayan uşaqlar müşahidə edilir və bu uşaqların özlərinə aid dünyalarının olduğu müəyyənləşdirilmişdir.

      Autizmin daha çox maraq doğuran pozğunluqlarından biri də Asperger sindromudur.  Bu pozğunluq üçün inkişafda gecikmələr, əlaqə qurmaq çətinliyi sosiallaşmada çatışmamazlıqlar xarakterikdir. Asperger sindromu, digər autizm pozğunluqlarından dil və fərdi inkişafa təsir etməməsi ilə ayrılır. Avstriyalı uşaq həkimi Hans Asperger, uşaqlarda bu sindromu göstərən ilk adam oldu. Bu uşaqların empatik bacarıqlarının az olduğunu, sözsüz ünsiyyətdə  çətinlik çəkdiklərini və öz yaşıdlarına görə daha bacarıqsız olduqlarını müəyyənləşdirdi. Asperger sindromunun əlamətləri digər autizm pozğunluqlarınının əksinə, əksər hallarda daha böyük uşaqlarda özünü göstərir.

       Asperger sindromu sosial bacarıqsızlıq və ünsiyyət qurmaq problemlərinə səbəb olan bir inkişaf pozğunluğudur. Bu sosial bacarıqlar, əlaqə qurmaq bacarıqları və xəyal gücü inkişafında gecikməyi yaradan bir pozğunluqdur. Aperger sindromu olanların zəkaları və dil inkişafları  normaldır. Bəzi uşaqlarda yüngül simptomlara yol açarkən, bəzilərinin yaşayışlarına ciddi şəkildə təsir edən simptomlara yol aça bilir.

       Asperger sindromu bir çox uşaqda əlamətlərini gec biruzə verir. Bir çox vəziyyətdə 5 ilə 9 yaş arasında müəyyənləşdirilir. Bəzi uşaqlarda isə 3 yaşından sonra diaqnoz qoyulmuşdur.

       Asperger sindromu simptomları  əksərən uşaqları özləri ilə əlaqə qurmayan ailələr tərəfindən müəyyən edilir. Sosial davranışları digər uşaqlardan fərqlidir. Uşaq məktəbə getməyə başladığında problemlər daha böyük olamağa başlayır. Bunun səbəbi əsəbi unsiyyət əlaqələri olduğundan digər uşaqlarla problem yaşamalarıdır. Bir çox valideyn uşaqlarını davranış problemlərinin müəyyənləşdirilməsi üçün həkimə aparır. Uşaqlarda Asperger sindromu simptomları aşağıdakılardır.

    -Üz ifadələri,bədən hərəkətləri, göz təması kimi sözsüz ünsiyyət və jestlər ilə bağlı problemlər.

    -Dostları və bacı-qardaşları ilə əlaqələrində problemlər.

    -Bu uşaqlar tək başına oynamaq istəyir və qrup oyunlarında iştirak etmir.

   -Ematiya azlığı göstərirlər və duyğuları qarşılıqlı başa düşə bilmirlər. Məsələn: başqa bir uşaq ağlayanda ona təsəlli vermir və niyə ağladığını başa düşə bilmir.

   -Başqalarına reaksiya vermirlər.

   -Danışıqlarında vurğu yoxdur.

   -Zarafat və ya gərçək mənadan kənara çıxan bir şeyi göstərən danışıqları başa düşmürlər.

     -Bəzi uşaqlarda dildə gerilik görsənir. Məsələn, təzə bir söz və ya cümlə öyrəndiyində onu yadından çıxara bilər və təkrar işlədə bilmir.

      Bu göstərdiklərim Asperger sindromlu uşaqlardakı ünsiyyət və psixolji problemlərdən bəziləridir. Bu uşaqlar Asperger sindromunun  davranış və fiziki özəlliklərini də göstərirlər. Unutmamalıyıq ki, bütün Asperger sindromlu uşaqların hamısı eyni əlamətləri göstərmirlər. Bəziləri buradakı bütün simptomları göstərərkən, bəzilərində simptomlar çox yüngüldür.

       Asperger sindromunda müəyyən olunan bəzi davranışlar aşağıdakılardır:

      -Təkrarlanan və əsəbi davranışlar.

      -İşıq, səs, qoxu, dad və toxunmaya həssasdırlar.

      -Qəzəb bu uşaqlarda ortaq müəyyənləşdirilib.

      Yetkinlərdə Asperger sindromu:

        Yetkinliyə çatana qədər Asperger sindromu əlaməti almamış bir çox adam vardır. Bu adamlar çox vaxt göz təması yaratmadıqlarından qəribə olduqları fikirləşilir. Ünsiyyətlərini  davam etdirməkdə problemlər yaşayırlar və buna baxmayaraq olduqca bacarıqlı və zəkalıdırlar. Yetkinlərdə Asperger sindromu onların gündəlik yaşantılarına təsir edir, alış-verişə getmək kimi sadə şeylərdə belə bəzən problem yaşaya bilirlər. Yetkinlərdə Asperger sindromu əlamətləri aşağıdakılardır.

           -Epilepsiyadan şikayətlənirlər.

           -Depressiya, əsəbilik kimi pozğunluqlar.

       -Yemək tsiklinin pozulması ilə əlaqədar yemək yeməmə.

           -Sosial əlaqə qura bilməmək, cinsi problemlər.

        Asperger sindromunun diaqnozunun qoyulması üçün hazırlanmış xüsusi bir Asperger sindromu testi yoxdur. Ancaq, bu vəziyyətin diaqnozunda  bəzi köməkçi vasitələr vardır. Bu diaqnoz vasitələri valideynlər və müəllimlər tərəfindən cavablandırılması lazım olur. Bu testlər vasitəsi ilə xəstəliyin şiddətini də müəyyən etmək olar.

   Asperger sindromunun  dəqiq bir müalicəsi yoxdur. Ancaq  uşaqların mümkün olduğu qədər normal bir yaşayış keçirə bilmələri üçün xeyli terapiyalar vardır. Bu terapiyalar ünsiyyət və sosial bacarıqlar, şüurlu davranış terapiyası kimi Asperger sindromu əlamətlərinin düzəldilməsinə köməkçi olur.

        Asperger sindromu olan bir çox məhşur vardır. Albert Einstein 9 yaşına kimi axıcı danışa bilmirdi. Dil gecikmələri Asperger sindromlu uşaqlarda çox yayılmışdır. Qəribə davranışlar göstərdiyi və sosial uyğunluğu olmadğı üçün məktəbdən atıldı. Ancaq vəziyyəti ilə mübarizə apardı və kəşflər edərək Fizika  üzrə Nobel Mükafatına layiq görüldü.

   Dünyanın ən varlı iş adamlarından biri,  Microsoftun yaradıcısı olan Bill Gatesin uzun vaxtdır Aperger sindromu olduğundan şübhələnilmişdir. Onun tez qurtaran əlaqələri, tək fikirli izləyiciliyi, geyim və ya moda azlığı onu Asperger sindromlu olduğunu düşündürən əlamətlərdir. Benjamin Franklin, Isaac Newton, Woody Allen, Michelangelo kimi bir çox tanınmışın Asperger sindromlu olduğu fikirləşilir.

                                             Nərmin Əliyeva

                                             Klinik refleksoloq

Go Back

UŞAQ SEREBRAL İFLİCİ

Uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik  Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan  simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran  zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün  qısalmasına gətirib çıxara bilər.

Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından  sonra əmələ gələ bilər.

 

  • Serebral iflicin yaranma səbəbləri

Uşaq serebral iflicinin səbəbləri haqqında hələ viktorian dövrdə* (Viktorian dövr  (18371901) — Böyük Britaniyanın və İrlandiyanın kraliçası, Hindistanın imperiatriçası Viktoriyanın hakimiyyətdə olduğu və ölkənin hərtərəfli inkişafı  dövrü) 2 əsas nəzəriyyə mövcud idi. Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur.

Lakin məlumdur ki, yenidoğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən  beynin zədələnməsinə səbəb olmur.

Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:

1.Hamiləlik dövründə:

– Hamiləlik zamanı ananın infeksion xəstəliklərə  tutulması (məs. məxmərək, herpes,sitomeqalovirus, toksoplazmoz və s)

– Rezus  konflikt

– Anada problemlər (şəkərli diabet, hamiləlik  toksikozu, preeklampsiya, qanaxmalar,anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )

– Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)

– Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Doğuş zamanı:

– Dölün asfiksiyası

– Doğuş travması

– Vaxtından  əvvəl  doğuşlar

– Gec doguşlar

3. Doğuşdan sonra

– İnfeksiya və ya susuzlaşma nəticəsində  yüksək bədən hərarəti

–  Beyin infeksiyaları

– Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı

– Beyin travmaları. Beyinə qansızma

– Məişət zəhərlənmələri

– Beyində şişlərin olması.

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil

  • Serebral iflicin formaları

USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları  ayırd edilir:

  • Spastiklik – əzələ tonusunun yüksəlməsi

– monoplegiya– bir ətrafda təzahür olunan zədələnmə

– hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.

– diplegiya (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.

– tetraplegiya – yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəifgörmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur .

70-80%  hallarda spastik formaya rast gəlinir.

  • Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.

        Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması

           Qarışıq forma

Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda  təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər,  şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər.

“  Serebral iflic uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən və proqressivləşməyən  bir haldır”

  • Serebral iflicə rast gəlmə tezliyi

İnkişaf etmiş ölkələrdə son 30-40 ildə serebral ifliclə doğulan uşaqların sayı praktiki olaraq dəyişməz olub. 1970-1980-cı illərdə bir qədər azalma qeyd olunsa da, hal-hazırda çoxalmaya tendensiya müşahidə olunur: 1000  yeni doğulmuş uşaqdan  2-5-də serebral iflic aşkarlanır.

  • Diaqnostika:

Laborator diaqnostikanın  (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.

Şübhə doğuran əlamətlər

  • Qidalanmada çətinlik
  • Oyanıqlıq ,əsəbilik
  • 1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir
  • Hərəki bacarıqların inkişafında ləngimə
  • Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi
  • Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra)
  • Müəyyən vaxt çərçivəsindəuşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi
  • Ana ilə kontakta  girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi

Bütün bunlar  USİ-nin   göstəricisi hesab oluna bilər .Uşaqda bu əlamətlər müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır !

 

Erkən diaqnoz

  • Spastik  tetraplegiya

6 aylıgında  yüksək əzələ tonusu, baş  barmağın bükülməsi

1-2 ay sonra ayaqların çarpazlaşması

9 aylığında  diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması

  • Diskinetik USi

8 ayına qədər  müəyyən olunmur

  • Ataksik USi

gec müəyyən oluna bilir

  • Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur
  • Diaqnozun qoyulmasına kömək edir :

– Hamilələiyin qeyri- normal keçməsi,doğuşun gedişi, neonatal period  haqqında məlumatlar

– Bir sira xəstəliklər və travmaların olması

– Uşağın erkən şərtsiz reflekslərinin yoxlanması (məs:avtomatik yerimə,ovuc-agız refleksi

və s.)

  • Müalicə

Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və  gərgin, davamlı  reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.

Erkən müdaxilə

 Məqsəd:

–  əlilliyin qarşısının alınması / əlillik dərəcəsinin azalması

–  Multidissiplinar yanaşma – ən yaxşı effekt ancaq o zaman əldə etmək olar ki, əgər pediatr, nevropatoloq, ortoped, fizioterapevt, oftalmoloq, pedaqoq, psixoloq, loqoped və digər mütəxəssislər birgə çalışırlar.

                         PSİXO-PEDAQOQ:MƏMMƏDOVA TÜRKAN

                          NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİ

Go Back

Səs yaranma

Səslənən nitq 4 artikulyasiya prosesinin ardıcıl əlaqəsindən yaranır;

1. Ağciyərlərdən havanın təzyiqlə kənar edilməsi zamanı yaranan hava axını.

2. Fonasiya – hava axını səs tellərindən keçərək vibrasiya edir.

3. Xüsusi artikulyasiya – hava axını artikulyasiya orqanlarından xüsusi forma alır.

4. Xüsusi hava dalğasının ətrafa yayılması.

         Nitq prosesi tənəffüs ilə sıx əlaqədardır. Nitq nəfəs vermə prosesində yaranır. Bu zaman hava axını həm səs yaradan həm də, artikulyasiya funksiyasını yerinə yetirir. Nitq zamanı verilən və alınan havanın miqdarı susqunluq halından 3 dəfə artıq olur. Danışıq zamanı insanın nəfəs alması qısa nəfəs verməsi sürətli olur. Danışıq zamanı nəfəsvermədə qarın boşluğu və qabırğaarası daxili əzələlər iştirak edir.

     Səs keçidi adi tənəffüsdə geniş bərabəryanlı üçbucaq forması alır. Bu zaman alınan və verilən hava səssiz həmin geniş səs keçidindən keçir. Səsin yaranması zamanı səs telləri yumulmuç vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuş səs tellərinin büküşləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklədə yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf aləmə ötürülərək danışıq səsi kimi qavranılır.

  Səs eyni zamanda rezanatorlarda yaranır. Rezanatorlar qırtlaqdan bir qədər yuxarıda nəfəs – qida şöbəsində olan borunun içərisində boğaz, ağız və burun boşluqlarında yerləşir. Səsin gücü səs tellərinin rəqslənməsinin ampilitudasından yəni, nəfəsvermənin gücündən aslıdır.

     Rezanator boşluqlarının forma və böyüklüyündən eləcə də, qırtlağın quruluşundan asılı olaraq səs müəyyən fərdi çalar qazanır. Buna səsin tembri deyilir. Və insanlar bir – birilərindən səsin tembri ilə fərqlənirlər.

     Səs vibratoru rolunu qırtlaqda yerləşən səs telləri oynayır. Küy vibratorları dodaqlar arasındakı kəsik, dil və dişlər arasındakı kəsik, dil və sərt damaq arasındakı kəsik, dil və alveollar arasındakı kəsiklər ola bilər. Küy vibratorunun köməyi ilə kar samitlər yaranır. Cingiltili samitlər həm küy həm səs vibratorları iştirakı ilə yaranır. Sonor səslərin yaranması zamanı səs vibratorları çox, küy vibratorları az iştirak edir.

      Beləliklə, periferik nitq aparatının birinci şöbəsi hava vermə aktına, ikinci şöbəsi səs yaranmada, üçüncü şöbəsi isə rezanator olaraq səsə xüsusi güc və çalar vermədə iştirak edir.

   Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupun üzvü) 

Go Back

ƏLLƏRDƏKİNƏ DEYİL, ƏLİNDƏKİNƏ BAX VƏ DƏYƏR VER….

Keçdim aynanın qarşısına. Diqqətlə baxdım. Biraz qorxularıyla əlləşən , biraz yorulmuş, biraz tənha, biraz cəsarətsiz insan gördüm qarşımda. Bəs hara getdi illər? Bəs daha güclü olacaqdım? Bəs bir çox şeyi bacaracqdım? Noldu bəs? “Hər şey gözəl olacaq” deyirdilər axı… Qandırdılar məni?! Düşünürəm ki, bəziləri çox gözəl yalan danışır, bu barədə bəzilərinin məharətinə “heyranam”. Olmur, həmişə hər şey yaxşı olmur, həmişə ayaqüstə olmursan, bəzən yıxılırsan. Qalxmaq istəyirsən, tutunacaq insan görmürsən, axı yıxıldın sən, axı səni qoyub qaçdılar. Olmur, həmişə sevinmək olmur, hərdən acı çəkirsən, hətta hönkürtüylə ağlamaq istəyirsən, boğma göz yaşlarını, nə də yalandan özünü güclü tutmağa çalışma, ağla, gözlərin dolubsa ağla, əgər buludlar dolmuşsa, yağış yağacaq mütləq. Ağlamaqdan qorxma, amma gözünün içinə baxıb kədərinə güləcək, səni yazıq yerinə qoyub, təsəlli verəcək insanların yanında ağlama. Olmur, sən həmişə güclü olmursan, bəzən həyat elə bir anda elə bir zərbəni vurur ki, paramparça olursan və o parçaları toplamaq zaman istəyir səndən. Tam xoşbəxtlik arzulayırsan? Olmur, əzizim, kim bütünlüklə xoşbəxtdir ki? Xoşbəxt həyat yoxdur, xoşbəxt anlar var, kədəri unutduracaq sevinclər var, səni xoşbəxt edəcək insanlar var, amma təəssüf ki, onlar da həmişə yanımızda olmur. Amma həyat sənə elə bir xoşbəxtlik yaşatsın ki, ömrə bədəl olsun, sən yaşadıqca qəlbini fərah tutsun. Bilirsən nədir xoşbəxt olmaq? Ən gözəllərin axtarışından əl çəkməkdir xoşbəxt olmaq, qədir bilməkdir xoşbəxt olmaq, əlindəkilərin, sahib olduqlarının qədrini bilməkdir. Yaxınlardır xoşbəxtlik, uzaqlarda xoşbəxtlik yoxdur. Burnunun dibində, ovucunun içindədir xoşbəxtlik. İndi bildin niyə xoşbəxtliyi inkar edirdim? Uzaqların eşqindəyik, ən gözəllərin axtarışındayıq, gözümüzə eynək taxıb görmədiyimiz, amma görmək istədiklərimizə baxırıq. Yanında həmişə yaxşı insanlar olmayacaq. Elə insanlar çıxacaq ki, qarşına sən insanlığa nifrət edəcəksən, “bir də heç kəsə güvənmərəm” deyib qapanacaqsan özünə, o “insan”ların sayəsində bir gün tək olduğunu görəcəksən, nə onları, nə də onlara inandığın üçün özünü bağışlamayacaqsan, yeyib bitirəcəksən içini. … Qorxutdum yazdıqlarımla??? Yoox, mən əslində reallığı deyirəm, mən “həyat həmişə gözəldir” kimi absurt, yalan cümlələr qurmaq istəmirəm.. “İnsanlar gözəldir” deyə bilmirəm. “Hər şey yaxşı olacaq” kimi axmaq cümləyə səni inandırmaq istəmirəm. Xeyr, hər şey yaxşı olmayacaq, amma çox şey yaxşı ola bilər və bu sənin əlindədir. Yuxarıda oxuduqca səni sıxan cümlələrdə yazdıqlarım ki vardı, əslində onlara borcluyuq, qorxularımıza borcluyuq, bu gün sağlam bir insanamsa bəzi qorxularıma minnətdaram. Bu gün sevinirəmsə bəzi kədərlərimə təşəkkür borcluyam, onların sayəsində sevincin qədrini bilir insan, ağlamasan gülməyin nə olduğunu, nə daddığını bilə bilməzsən. Tənhalıqdan yazmışdım, qorxma, bəzən tənhalığın sənə ən böyük cəsarətləri yaşadacaq, təkbaşına etdiklərini görüb özünü kəşf edəcəksən, qürur duyacaqsan özünlə. Səni əzən insanlardan danışdım, onlara bir təşəkkür borcun var, sənə dərs verdilər, gözünü açdılar, sağını-solunu sənə göstərdilər, dostunu- düşmənini sənin üçün ayırd etdilər. Bəlkə də buna görədir ki, güldürənlərə yox, ağladanlara ehtiyacı var insanın…

Yaxşısıyla-pisiylə, əyrisiylə düzüylə həyat öz axarında davam edir və bu axarda boğulmaq istəmirsənsə bəzi gerçəkləri qəbul etməyi bacar, əllərdəkinə deyil, əlindəkinə bax və dəyər ver….

Sevinc Abuşova

Narınc Uşaq Psixologiya Mərkəzinin “Təhsil və tədqiqat” şöbəsinin mütəxəssisi

Go Back

Xromosom pozuntuları - Fragile- X sindromu

 

Fragile X sindromu en geniş yayılmış, irsi ikinci zəka geriliyi sindromudur.

FMR1 geni beynimizin ehtiyac duyduğu məlumatları ehtiva edir. Fragile X sindromu DNT repliksdiyası nəticəsində yaranan bit səhvdən FMR1 geninin mutasiyasından qaynaqlanır. Fragile X sindromlu insanlarda genin yenilənən hissəsi normadan daha böyükdür bə bu genişlənmə çox böyük olduğundan normal genetik göştərişlərə müdaxilə edir və Fragile X-ə səbəb olur. Fragile X skndromu qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.

Əlamətləri:

• Sindroma sahib uşaqlarda əzələlərdə hipotoniya, autizm, anormal fiziki quruluşlar ( boyük qulaqlar, uzun üz qurluşu) müşahidə olunur. Lakin bu xüsusiyyətlər nadir olaraq nəzərə çarpan olduğu üçün gec diaqnozun qoyulmasına səbəb olur.

• Fragile X sindromlu uşaqlarda gec danışma, nitq və dil inkişafında ləngimələr əmələ gəlir

• Bəzi uşaqlarda davranış pozuntuları, diqqət defisiti və hiperaktivlik müşahidə olunur

• Bir çox uşaq zəif göz kontaktı, əl çırpma, anormal utancaqlıq, ictimai təşviş kimi autizm əlamətləri sərgiləyirlər

• Fragile X sindromlu oğlan uşaqlarının demək olar ki, hamısında fərqli dərəcələrdə öyrənmə çətinliklərinə rast gəlinir. Qız uşaqlarında isə bu 1:3 misbətindədir.

• Zəka səviyyələri sadə öyrənmə çətinliyindən ağır koqnitiv pozuntuya qədər geniş aralıqdadır. Ən çox rastlanan problemlər inkişaf mərhələlərində gerilik ( yerimə, danışma , tualet vərdişi), diqqət əskikliyi, hiperaktivlik, və riyazi bilikləri mənimsəmədə çətinlikdir.

Fragile X sindromunun koqnitiv əlamətləri:

• Nitq və danışma problemi,  gecikmiş nitq

• Sürətli nitq

• Sözləri təkrarlama, hecalama problemi

• Emosional ifadələri anlamaqda və müvafiq cavab vermədə çətinlik

• Sadə və mürəkkəb motor hərəkətlərdə çətinlik

Bihevioral əlamətlər:

• Sosial əlaqə qura bilən, dostcanlı insanlardan əlavə autistik davramış göstərənlər də var

• Bəziləri aqressiv olur

• Kütlə arasında sıxlığa, səs küyə və ya toxunmalara qarşı həssas reaksiyalar göstərirlər

Tərcümə etdi: Firuzə Qənizadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Geyimlərin psixologiyamıza təsiri

Geyimlərimizin qarşı tərəfə mənfi və ya müsbət təsir etdiyini hər kəs bilir.Geyimdə seçilən rənglərin, tərzin və modanın insanın psixologiyasına təsiri böyükdür.”İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar” deyimi bizlərə tanışdır.Xüsusən də qadınlar üçün önəm təşkil edən bu mövzuda qadınlar çox həssasdırlar.Bir qadın münasibətlərini, özgüvənini, depressiyada olub olmamağını asanlıqla geyimlə yaxud dəb ilə əlaqələndirə bilər.

Daha çox insanlar öz geyim tərzinə uyğun geyimlərə pul xərcləsə də, 10 qadından 9-u heç vaxt geyinməyəcəyini bildiyi ən azı bir geyim almışdır.Depressiyada olarkən çıxış yolunu alış-verişdə axtaran, saatlarla alış-veriş edən inanlar az deyildir.Bu mövzuda aparılan araşdırmalardan məlum olmuşdur ki, insanlar xoşbəxt hiss etmədiklərində daha çox cins şalvar geyinməyə meyllidir.

Klassik geyim insan psixologiyasına müsbət təsir göstərir.Belə ki, klassik geyimli insan daha çox güvən və ciddilik təsiri bağışlayır.Buna görə də iş görüşməsinə gedərkən qadınlar da daha çox maskulin tərzdə geyinir.Saat taxan insanların isə daha dəqiq insan olduğu düşünülür.

Rənglərin insan psixologiyasına təsiri böyükdür.Bildiyimiz kimi parlaq rənglər insanı daha çox cəlb edir və ünsiyyətə meylliliyi artırır.Araşdırmalara əsasən, insanlar qırmızı geyinən birinə, mavi geyinən biriylə müqayisədə daha rahat yaxınlaşa bilir.

Bunun əksinə olaraq cansız rəngli geyimlərdən istifadə edən insanların sosial olmadığı, içinə qapanıq olduğu düşünülür.İnsanlar köhnə dəblə geyinən insanlardan uzaq durmağa meyllidir.

Bütün bu bilinən və çox adam tərəfindən qəbul olunan gərçəklərə baxmayaraq, hər bir insanın psixologiyası fərdidir.İstisnalar da vardır.Belə ki, bir qadın və ya kişi geyindikləri içərisində özünü özgüvənli, rahat hiss edirsə, bu ətrafdakılar tərəfindən də bele qəbul olunur.İnsanın özünü gözəl və ya yaraşıqlı hiss etməsi heç bir rəng və dəblə bağlı deyildir.Özgüvəni yerində olan, geyimlə əlaqədar əhvalı dəyişməyən insanlar üçün dəbin heç bir əhəmiyyəti yoxdur.”Mən belə xoşdur” deyib, istədikləri rəngləri, geyimləri rahatlıqla geyinən insanlar vardır.

Yuxarıda qeyd etdiyim halların şahidi oluruq, lakin estetik baxımın, gözəl geyimin insanın əhval-ruhiyyəsinə müsbət təsiri danılmaz faktdır.Xüsusən qadın psixologiyasında, gözəlliyini göstərmək, daha çox ətrafdakı qadınlara nümayiş etdirmək nəinki özgüvənin artmasına, hətta özgüvən patlamalarına belə səbəb ola bilər.Hər zaman baxımlı olmaq diləyiylə...

Məqalə müəlifi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

Go Back

Səhnə qorxusu

 

Toplum qarşısında danışmaqdan,özünü təqdim  etməkdən və ya mahnı oxumaq, nümayiş etmək kimi müxtəlif performansları sərgiləməkdən qorxu yaşayan kəslər, "performans qayğısı" dediyimiz qorxuya sahibdirlər. Səhnə qorxusu adıyla da bilinən bu anlayışı idmançılar, musiqiçilər, aktyorlar da sıxlıqla yaşayırlar. Səhnə qorxusu adamın etdiyi işdən aldığı zövqü azaltmaqla qalmaz eyni zamanda onun karyerasına da mənfi istiqamətdə təsir edə bilər. Ayrıca adamda öz-kafilik və özünə inam ilə əlaqədar problemlərə də yol aça bilər.

Hansı işlə məşğul olursunuz  olun, izdiham qarşısında bir performans sərgiləmək məcburedici bir təcrübədir. Səhnə qorxusu, dərhal hər peşə  sahəsindəki adamda görülə bilər. Səhnəyə ilk çıxma təcrübələrində görülə biləcəyi kimi, uzun illərdir birlik qarşısında böyük bir rahatla performans sərgiləyən insanlarda da görülə bilər. Oyunçular, siyasətçilər, musiqiçilər, dərman mütəxəssisləri… Saysız peşə sahəsindəki insanlarda görülə bilən bu problem, adamın performansına son dərəcə mənfi şəkildə təsir etməkdədir.

İndi də səhnə qorxunuzu yenmək üçün nələr etməlisiniz:

• Təqdim etdiyiniz şeyi yaxşı bilin. Yaxşı çalışın və performansınıza tamamilə hakim olun. Səhnə qorxusunun əhəmiyyətli bir qisimi kifayət qədər hazır hiss etməməkdən, səhv etmə narahatlığı daşımaqdan, tamaşaçının səhvi anlamasından qaynaqlanar. Təqdim edəcəyiniz şeyə tamamilə hakim olduğunuzda, bu narahatlıqları yenə bilərsiniz.

• İlk 5 dəqiqəni keçirməyə fokuslanın. Hər performans üçün çətinlik yaradan qisim bu ilk 5 dəqiqədir. Böyük səhnə fobisi problemi yaşayan kəslər belə, bu qorxunu performans müddətində deyil, yalnız ilk dəqiqələrdə yaşayarlar.

• Nəfəs alın! Qorxu fiziki olaraq yaşanan bir duyğudur və fiziki olaraq da öhdəsindən gəlinə bilər. Qorxduğumuzda qısa və sürətli nəfəslər almağa başlamalıyıq. Səhnəyə çıxmadan əvvəl, sakitləşərək, oturaraq, yavaş və dərin nəfəslər aldığınızdan əmin olun.

• Xatırlayın və özünüzə xatırladın. Qorxunc bir performans sərgiləsəniz belə, dünya tək parça halında yerli yerində dayanır, parçalara ayrılmamış olacaq. İstədiyinizin xaricində bir performans sərgiləsəniz belə, insanlar yenə verdiyiniz əmək üçün sizi təqdir edir, təşəkkür edir olacaqlar.

• Bilin ki, ən böyük tənqidçiniz özünüzsünüz. Sizi parçalara ayırmaq üçün deyil, dinləmək üçün gələn bir qrup tamaşaçı ilə qarşı-qarşıya olacaqsınız. Lütfən siz də özünüzü parça parça etmək üçün deyil, daha tərəfsiz qiymətləndirmək üçün hazır olun.

• Davamlı təkrarlayan, şiddəti gedərək artmaqda olan bir qorxuyla baş-başa qalmayın; dəstək alın.

 Məqalə müəllifi:Ququ Sultanlı (Narınc könüllü qrupun üzvü)

Go Back

Məhəbbət psixologiyası

   

 Məhəbbət – emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Məhəbbət – müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın  meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın  qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır.

     Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın  meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi...) və emosional  xüsusiyyətlərinin kontrastlılığı ; intellektual (dünyagörüş, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı...) və iradi  xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə  isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin  rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir. Burada, həmçinin ilkin təəssüratda formalaşan gələcək rəftar modeli də, münasibətin sonrakı inkişafına aktiv təsir göstərən amillərdəndir.

     Təbabətdə məhəbbət – xüsusi psixi sindrom növü kimi qəbul edilməsə də onun yaranması və inkişafı istənilən digər psixi sindromdan heç nə ilə fərqlənmir və beyində olduğu müddətdə subyektin davranış və düşüncəsinə, ətraf aləmə münasibətinə və s. aktiv təsir göstərir.

    Beyində olan "məhəbbət sindromunu", yəni, fərdin "sevib-sevmədiyini" aşağıdakı zahiri əlamətlər vasitəsilə müəyyənləşdirmək mümkündür:

  • Fərd məhəbbət  bəslədiyi şəxslə daha tez-tez görüşməyə can atır;
  • Onunla görüş zamanı (və ya onunla bağlı söhbətlərdə) emosional aktivləşir, göz bəbəkləri böyüyür, parlaqlaşır (qanda adrenalinin miqdarının artması səbəbindən); nəbzi, göz qırpması, tənəffüsü sürətlənir (qanda cinsi hormonlar olan testosteronun miqdarının artması səbəbindən); danışığında (eləcə də, davranışında) məntiqi forma və məzmun azalır, buna müvafiq olaraq nitqi və davranışı oynaq, obrazlı və rabitəsiz forma alır (qanda həzz hormonu olan endorfinin miqdarının artımı səbəbindən); görüş zamanı Ona daha yaxın məsafədə durmağa can atır;
  • Onun emosional halı ona daha tez sirayət edir (məsələn; onun şən halında sevinir, kədərlənəndə qəmlənir);
  • Onun yanında özünün yalnız yaxşı cəhətlərini büruzə verməyə cəhd edir (o cümlədən, səs tonu, davranışı, ətraf aləmə münasibəti və s. dəyişir); eləcə də onda yalnız yaxşı cəhətləri görür, mənfiləri sezmir, sezsə də dərhal rasionallaşdırır;
  • Onun yanında "açıq tipli" jestlərdən daha çox istifadə edir (məsələn; söhbət əsnasında hərdən qeyri-şüuri olaraq başmaqlarını çıxarıb ayağının ucunda oynatması kimi);
  • Fikirlərinin çox hissəsini o məşğul edir, o cümlədən, onunla bağlı mövzular (taleyi, bioqrafiyası, həyat yolu və s.) onu daha çox maraqlandırır, bu barədə daha çox sual verir (istər onun özünə və istərsə də ətrafdakılara);
  • Görüş zamanı diqqəti başqalarına nisbətən ən çox onun danışdıqları və ya mimikaları üzərində cəmlənir;
  • Onun fikirlərinə avtoritet kimi inanır və ona etimad göstərir, onun hər hansı adi cəhətində də bir qeyri-adilik, təkrarsızlıq görür, valeh olur;
  • Uzun müddət xəyalında canlandırdığından, onu özünün lap uşaqlıqdan tanıdığı bir dostu kimi qəbul edir;
  • Onunla öz arasında günü-gündən daha çox ümumiliklər axtarıb tapır, məsələn; zövqləri, baxışları, dünyagörüşləri, həyat yolları və s. arasında; münasibətlərin korlanmaması xatirinə mübahisədə güzəştə gedir, ona qarşı olan kompaniyalarda, xarakterindən asılı olaraq, ya onun müdafiəçisi kimi çıxış edir ya da kompaniyadan təcrid olur;
  • Ona qarşı onda himayəçilik hissi yaranır, eləcə də, onun yanında özünü daha qorxusuz, inamlı və arxayın hesab edir;
  • Müəyyən səbəbdən hissini ətrafdakılardan gizlətmək məcburiyyətində qaldıqda zahirən dalğın, emosional süst, yuxu və iştah rejimi pozulmuş, qeyri-aktiv, sosial izolyasiyalı, diqqətsiz olur.

     Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupun üzvü) 

Go Back

20 nəticə göstərilir