Düşüncə Jurnalı

header photo

Kişi ilə qadın arasında bu fərq də tapıldı

Kişilər və qadınlar, sanki, fərqli planetlərdəndir. Və bu fakt heç kimə sirr deyil. Qadınla kişinin yuxularının da fərqlənməsi isə artıq xəbərdir. 

Böyük Britaniyanın Suonsi Universitetinin alimləri bu faktı aşkar ediblər. 

Məlum olub ki, qadınların yuxuları çoxsaylı kiçik detallar və emosional rənglərlə zəngindir. Kişilərin yuxuları isə aqressiya və hadisələrin dinamik inkişafı ilə bol olur. 

Alimlərin bu kəşfi iri miqyaslı araşdırmaya əsaslanır. Onlar yüz mindən çox insanın yuxularını analiz ediblər. Məlum olub ki, kişilərin yuxularında avtomobil, silah, zorakılıq tanımadığı adamlarla alovlu sevgi mövzusu daha çox yer alır. Qadınlar isə adətən yuxularında yaxın tanışlarını görürlər. Qadın yuxuları, zəriflik, romantika ilə dolu olduğu halda kişilərin yuxularında kobudluq daha çox yer tutur. 

Araşdırma qadın yuxuları ilə bağlı daha bir maraqlı faktı ortaya çıxarıb. Qadınların yuxularındakı hadisələr adətən qapalı məkanlarda baş verir. Kişilər isə yuxularında küçədə, çöldə, bayırda olurlar. 

Oqranizmdəki testosteron maddəsinin miqdarı da kişilərin yuxularına təsir edir. Əgər bu maddə çoxdursa, yuxular sərt intim səhnələrlə zəngin olur. 

 

milli.az

Go Back

Sorğu göndər