Düşüncə Jurnalı

header photo

SİNESTEZİYA

Sinesteziya- bu rənglərin, səsin, formaların, iybilmə, dadbilmə və duyğu orqanlarının psixoloji əlaqələndirilməsidir. İlk dəfə bu hadisəyə yaradıcı şəxsiyyətlər - rəssamlar və yazıçılar diqqət yetirmişdir. 
Qöte həndəsi fiqurları müəyyən edilmiş rənglərlə qeyd edirdi (dairə - göy, ücbucaq - sarı). 
Artur Rembo yazırdı ki, “A” səsi - qara, “E” - ağ, “İ” – qırmızı, “U” – yaşıl, “O” - mavi rənglərdədir. 
İvan Bunin daha dərinə gedərək rus elifbasının bütün hərflərinin rəngötürücüsünü şərh etmişdir. 
XX əsrin ortalarında sinesteziyanı ətraflı şəkildə həmçinin psixoloqlar da öyrənməyə başladı. Onlar sübut etdilər ki, sinesteziya bütün insanlar üçün xarakterikdir, lakin o əksər vaxtlar özünü şüursuzluq halında göstərir. Rəngin səs və ya dad duyğusu spontan meydana gəlir. Sinesteziya effektini qablaşdırma reklamlarında istifadə etmək olar, belə ki, rəng reklamda istehlakçıya düzgün istiqamətə yönəlməyə kömek edir, onun mala olan münasibetini müsbət tərəfə yönəldir. Praktikada rəngin funksional faydalılığı böyük rol oynayır. Şəraitdən asılı olaraq bu və ya digər rəng müəyyən psixoloji hiss əmələ gətirir.
Qırmızı: isti, fəal, xoş, şən. Qida məhsullarının, alkoqollu və alkoqolsuz içkilərin, siqaret reklamlarının tərtibatında məsləhət görülür. Şirniyyat məmulatlarının qablaşdırılmasında ehtiyatlı olmağı tələb edir, belə ki, şirniyyatda qırmızı rəng doyma və ya ürək bulanma hissi yarada bilər. Zəif qırmızı dekorativ kosmetika cərgəsi tərtibatında idealdır.
Göy: soyuq, dinc, xoş, sakit. Sevimli rəngler siyahısında sabit ikinci yeri tutur. Qida məhsullarə, mineral sular, məişət texnikaları (əsasən soyuducu ve kondisioner), santexnika avadanlıqlarının reklam tərtibatında məsləhət görülür.
Yaşıl: sabit, soyuq, səssiz, turş. Təbiət anlayışı ilə əlaqələndirilən təbii rəng, müalicə əhəmiyyətli, ekoloji cəhətdən təmiz məhsullar, dərman preparatlarə, müalicevi kosmetika və pivə (turş dadlı) üçün məsləhət görülür.
Sarı: ilıq, ince, yüngül, təlaşlı. Rəng olaraq ziddiyətli olması xarakterikdir.Buna görə də ondan müxtəlif qida reklamı tərtibatında istifadə etmek olar. (uşaq qidalarında, cürbəcür xörək yağlarında, dərman preparatlarə və turistik xidmətlərdə)
Bənövşəyi: çətin, səssiz, özbaşına. Hər hansı gözlənilməz aspekti, mürəkkəbliyi, özünə məxsusluğu ilə seçilən məhsullarla yaxşı uyğunlaşır.
Qəhvəyi: torpaq, təbii, rahat. Təcrübəliliyi və ənənəçiliyi ifadə edir. Ənənəyə sadiq qalan məhsullara uyğun gəlir. Qəhvəyi – zamanla sınanmanı və ağır təbiətliliyi nəzərə çatdırır.
Qara: çətin, səssiz, özünəçəkən. Cüt rənglərlə psixoloji təsiri müəyyənləşdirir. Rəng kimi reklamda təntənəni, məhsulun vacibliyini və ekskluziv məhsulun yüksək qiymətini “özünü doğrultmasını” ifadə edir.
Ağ: yüngül, işıqlı, musiqili, açılan. Qara rəng kimi cütlükdə dəyərli deyil. Soyuq rənglərlə birgə məhsulun “təravətli”, “təmiz”, “steril” olmasını ifadə edir.
Qeyd: Bu və ya digər məqsədlər üçün rənglərin istifadəsinə dair bütün tövsiyyələr yalnız sinesteziya effekti bazasında əsaslaşır. Rənglərin seçimində digər faktları da nəzərə almaq, onların cəmini qiymətləndirmək və prioritetləri seçmək lazımdır. Reklamda rəng əsas amillərdən biridir, onalar sizin şəxsi istəyiniz, seçiminiz və yaxud birmənalı şəkildə ədəbiyyatlarda tövsiyyə olunduğu kimi olmamalıdır.

psixomer.com

Go Back

Sorğu göndər