Düşüncə Jurnalı

header photo

Steve Jobs beyni

Jobs-un məşhurluq qazanmış keyfiyyətlərindən biri də – digərlərinin görə bilmədiklərini görməyi bacarması idi. Onun bunu necə bacardığı və beynini hansı texnikalar ilə inkişaf etdirdiyi haqqında aşağıda söhbət açacağıq.

Bu  yaxınlarda  Steve Jobs haqqında yeni “Becoming Steve Jobs” adlı kitab çıxdı. Bu kitabda müəlliflər Jobsun həyatı haqqında bəlkə də ilk dəfə eşədəcəyiniz faktları təqdim etmişlər.

Walter Isaacson kitabda Jobsdan belə bir sitat gətirmişdir:

“Yalnızca otursan və müşahidə etsən, təxəyyülünün nə dərəcədə sonsuz olduğunu görəcəksən. Onu sakitləşdirməyə çalışsan, vəziyyət daha da pis olacaq. Lakin zamanla fikirlərin özü sakitləşir və sən onları nəzarət altına alırsan.

Bu zaman intuisiya oyanır və ətrafdakı hər şeyi daha aydın görməyə başlayırsan”.

Jobs bu sitatla dzen-buddistlər və taoistlərin sınaqdan keçirdiyi meditasiya növünü təsvir edir. O uzun illər boyu onunla məşğul olub. Bundan əlavə, o bu təcrübəni o qədər populyaşdırmışdır ki, Target, Google və Ford kimi şirkətlər öz əməkdaşlarını daimi əsasla bu istiqamətdə meditasiya ilə motivasiya etməyə başlamışlar. Bu korporativ meditasiya nə qədər qəribə səslənsə də, yenə də mövcuddur.

Inc.com saytının redaktoru və jurnalisti Geoffrey James Steve Jobs-la hələ ölümündən uzun müddət əvvəl bu meditasiya mövzusu ilə bağlı söhbət edə bilmişdi. Onun dediklərinə əsasən, Jobs-un sınaqdan keçirdiyi texnika aşağıdakı kimi idi:

  • Sakit bir yerdə əyləşin. Daha rahat olması üçün bir döşəkçə üzərində əyləşin. Bir neçə dəfə dərindən nəfəs alın.
  • Gözlərinizi yumun və daxili monoloqunuza qulaq asın. Beyniniz bu yaxınlarda baş vermiş əlaqəsiz hadisələri yadınıza salacaq: televizorda izlədiyiniz hər hansı proqram, oxuduğunuz kitab, dostlarınızla söhbət. Buna mane olmağa çalışmayın.
  • Bunun əvəzində sakit şəkildə bir fikirdən digərinə keçin. Bunu rituala çevirin və hər gün 5 dəqiqə ərzində təkrar edin.
  • Zamanla (iki həftədən sonra) öz daxili monoloqunuzu idarə etməyi öyrənəcəksiniz və bu zaman daha inkişaf etmiş fəaliyyətə keçmək olar.
  • Beləliklə, beyninizdə əlaqəsiz fikirləri eşitməyə başladıqda, onları susdurmağa və yavaş-yavaş uzaqlaşmağa çalışın.
  • Beyninizi azad edərkən, onun əsas diqqətini ətrafınızdakı səslərə, qoxulara, bədəninizdəki hissiyyatlara yönəldin. Ola bilsin, dərinizə toxunan küləyi və soyuducunun səsini artıq başqa cür hiss edəcəksiniz. Bu hər şeyi düzgün etdiyinizin əlamətidir.
  • Hər şeyi düzgün etdiyinizin digər bir əlaməti isə meditasiya zamanı vaxtın necə keçdiyini hiss etməməyinizdir.

banker.az

Go Back

Sorğu göndər