Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Elmi araşdırma"

Tarixin ən dəhşətli adətləri,hadisələri, kəşfləri

1. Yapon Mimizukası 
Qədimlərdə Yaponiyada döyüşçülər iştirak etdiyi müharibələrdə öldürdükləri düşmənin başını kəsib, geriyə – öz ölkələrinə gətirirdilər, bu, adət idi. 1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi.
Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərinin başını mükafat kimi geri gətirmək, hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti, əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq və burnunu götürmək imkanı yaradırdı. Müharibə zamanı nə qədər adamın öldürüldüyü tam məlum olmasa da, bu rəqəmin bir milyona yaxın olduğu güman edilir.
Yaponiyaya gətirilən qulaqlar və burunlar iri binaların tikintisində istifadə edilirdi. Belə tikintilərdən ən böyüyü Mimizukadır. Bu binanın tikintisində 38000 koreyalının bədən üzvlərindən istifadə edilib. Ancaq indi bu tikilinin əsl tarixindən demək olar ki, yaponların əksəriyyətinin xəbəri yoxdur. Amma koreyalılar bu haqda məlumatlıdırlar.
Bugünlərdə Mimizukanı ziyarət edənlərin çoxu da koreyalılardır. Qara keçmişinə görə, bu abidə turist bələdçi kitablarında göstərilmir.
 
2. Qadın isteriyası
Qadın isteriyası bir zamanlar geniş yayılmış xəstəliklərdən biri sayılırdı. Bu xəstəliyin diaqnozu və müalicəsi Qərbi Avropada və Amerikada yüz illər boyu mütamadi hal halmışdı. Bu xəstəlikdən Vikrotiya əsrinin tibbi ədəbiyyatında geniş bəhs edilir.
Bu xəstəlikdən əziyyət çəkən qadınlarda huşsuzluq, maye çatışmazlığı, sinədə olan ağırlıq, əzələ ağrısı, nəfəs çatışmazlığı, əsəbilik, qidaya və seksə olan həvəsin ölməsi kimi simptomlar var idi. O zamanlar isə bu xəstəliyin əsas səbəbi kimi, cinsi istəksizlik göstərilirdi. Buna görə də, bu “xəstəlik”dən əziyyət çəkənlərə çanaq masajı edirdilər. Bu müalicə zamanı, həkimlər qadınların cinsi orqanlarını orqazma çatana qədər, isteriyadan xilas olana qədər masaj edirdilər.
1870-ci illərdə həkimlər yeni elektrik cihazın vaginal masaj texnikasına kömək edəcəyini düşündülər. 1873-cü ildə ilk elektromexaniki vibratorlar kəşf edildi və Fransada qadınların isteriyasını müalicə etmək üçün ruhi dispanserlərdə istidafəyə verildi. Onilliklər boyu bu mexaniki cihazlar ancaq həkimlər tərəfindən çanaq masajı üçün istifadə edilirdi.
Əsrin sonunda vibratorlar müştəri bazarına da çıxarıldı. 1900-cü illərin əvvəllərindən etibarən qadın isteriyası ilə diaqnoz olunanların sayı getdikcə azaldı və hal-hazırda o artıq xəstəlik hesab edilmir.
 
3. Kralların ilahi hüquqları
Kralların ilahi hüquqları monarxın insanlar üzərində mütləq hakimiyyətini dəstəkləyən və bunun Tanrının istəyi olduğunu əsaslandıran dini və siyasi doktrina idi. Doktrində deyilirdi ki, krala qarşı olan istənilən hərəkət Tanrıya qarşıdır və kafirlik hesab edilməlidir. Bu nəzəriyyə Şotlandiyada VI Ceyms və İngiltərədə I Ceymsin hakimiyyəti vaxtında meydana çıxıb.
18-ci əsrdəki Amerika və Fransa inqilabları bu nəzəriyyəni zəiflətdi və 20-ci əsrin əvvəllərində dünyada bu fərziyyə rədd edildi. Kralların ilahi hüquqlarına görə, onları özlərindən başqa heç kim cəzalandıra bilməzdi. Bu, şahzadələrin tərbiyəçiləri üçün böyük problemlər yaradırdı. Ona görə də hər şahzadənin yanında qamçılanmaq üçün xüsusi oğlan saxlanılırdı. Şahzadə dərs zamanı özünü yaxşı aparmasa, onun əvəzinə, tərbiyəçi oğlanı cəzalandırırdı.
Bu oğlanlar adətən yüksək səviyyəli ailədən gəlirdi və şahzadə ilə bir yerdə böyümüş olurdu. Ona görə də onlar arasında bir bağlılıq olurdu. Bu da həmin qamçılanma texnikasını faydalı edirdi, çünki şahzadə dostunun cəzalanmasını görməmək üçün, özünü yaxşı aparmaq məcburiyyətində qalırdı.
Buna baxmayaraq, tarixdən də gördüyümüz kimi bəzi hökmdarların digərləri üçün heç bir mərhəmət hissi yoxdur. Bu halda, qamçılanan oğlanlar şahzadələrin hərəkətlərinə görə işgəncələrə məruz qalırdılar.
 
4. Dreyptomaniya 
Amerikada və Avropda quldarlığın geniş yayıldığı dövrlərdə alimlər irqlər arasındakı fərqləri araşdırırdılar. Tarixdə bu tip tədqiqatlardan fərdləri sıxışdırmaq üçün geniş istifadə olunub. Bu, yeni imperializm dövründə istifadə edilən ən geniş yayılmış tədqiqat idi. Bu vaxtlar bir sıra alimlər Avropa imperializminə haqq qazandırmaq üçün bir sıra fərziyyələr irəli sürürdülər. İkinci dünya müharibəsindən və yəhudi soyqırımından sonra elmi irqçilik rəsmi olaraq rədd edildi.
Elmi irqçiliyin bir nümunəsi də dreyptomaniya idi. Dreyptomaniya Amerika fiziki Samuel Kartrayt tərəfindən 1851-ci ildə irəli sürülən qondarma xəstəlik idi. Onun dediyinə görə, dreyptomaniya qaradərili qulların əsirlikdən qaçmasına səbəb olan ruhi xəstəlik idi.
Kartrayt bu “xəstəlik” haqqında tədqiqatını Luiziana Tibb Assossasiyasına təqdim etmişdi və onun bu hesabatı Amerika koloniyalarında geniş şəkildə öz əksini tapırdı.
Kartraytın dediyinə görə, bu xəstəliyin meydana çıxmasına səbəb, sahiblərin qulları ilə yaxın olması, onlara sanki bərabərmişlərmiş kimi davranması idi. Kartrayt bu “xəstəliyə” çarə də tapmışdı. “Əgər qullar səbəbi olmadan nədənsə narazıdırlarsa və ya küsürlərsə, onları ölənə kimi qamçılamaq lazımdır”.
 
5. Yekəburun Corc 
1800-cü illərin sonlarına yaxın Amerikanın qərbində cinayətkarların sayı çoxalmışdı. Bu cinayətkarladan birinin adı da YekəburunCorc Parrot idi. 1878-ci ildə Parrot və dəstəsi iki hüquq mühafizə məmurunu qətlə yetirir. 1880-ci ildə Parrotun dəstəsi nəhayət ki, həbs edilir. Yekəburun Corc asılaraq ölüm cəzasına məhkum edilir, ancaq hələ həbsdə olarkən, o qaçmağa cəhd edir. Onun qaçmaq xəbəri əyalət əhalisinin qulağına çatan zaman, 200 adamdan ibarət bir dəstə onu silah gücünə həbsxanadan çıxardır və onu teleqraf dirəyindən asır.
Corc öldükdən sonra həkimlər onun cəsədini götürür və cinayətkarlıq izlərini öyrənmək üçün beyni üzərində araşdırma aparır. Prosedur zamanı Parrotun kəllə dərisi tamamilə soyulur və 15 yaşlı Lilian Heltə verilir. Helt gələcəkdə Vayominqin ilk qadın həkimi olur və Parrotun kəllə dərisindən külqabı, qələm qabı və s. kimi istifadə etməyiylə tanınır.
Corcun sinəsindən, üzündən və budlarından da dərisi soyulur və bundan bir cüt ayaqqabı və tibbi çanta hazırlanmasında istifadə edilir. Hal- hazırda Yekəburun Corcun dərisindən hazırlanan ayaqqabılar Roulinqsdəki “Carbon County” muzeyində nümayiş etdirilir.
 
6. Lobotomiya
20-ci əsrin birinci yarısı Avropada və Şimali Amerikada yaranan radikal və qəddar fiziki terapiya vasitələriylə yadda qalacaq. 1900-cü illərdə tibbi icma çox qəribə müalicə vasitələri üzərində işləyirdi. Bunlardan biri də 1920-ci ildə yaradılan dərin yuxu terapiyası idi. Bu terapiyanın mahiyyəti həblər vasitəsilə xəstələri bir neçə gün və ya həftə ərzində dərin yuxuya salmaq idi. Deməyə ehtiyac yoxdur ki, bəzi xəstələr bu koma vəziyyətindən heç vaxt ayılmırdılar.
1960-70-ci illərdə Çelmsford Özəl xəstəxanasında bu terapiyanın nəticəsində 26 nəfər ölür. 1935-ci ildə portuqaliyalı neuroloq Antonio Eqaz Moniz lobotomiya adlanan yeni psixoloji müalicə vasitəsini təqdim edir. Lobotomiya prefrontal korteksə gedən və gələn bağlantıları kəsməkdən ibarət idi. Prosedura zamanı xəstənin başına deşik açılır, beynin ön dilimlərində olan hüceyrələr məvh edilirdi.
Ciddi yan təsirlərinin olmasına baxmayaraq, lobotomiya bütün dünyada yayılır. 1949-cu ildə Antonio Eqas Monis Tibb üzrə Nobel mükafatına layiq görülür. 1940, 1950-ci illərdə ABŞ-da 40.000-ə yaxın insan bu terepiyadan istifadə edir. İndi lobotomiyaya nadir hallarda rast gəlinir və dünyanın bir sıra yerlərində bu əməliyyat qadağan olunub.
 
7. Xanım Vinslounun sakitləşdirici şərbəti 
19-20-ci əsrlərdə dünya əhalisi çoxalmağa başladıqca, bir çox fabriklər müxtəlif növ dərmanlar üzərində işləyirdi. İnsan beyninəbirbaşa təsir göstərən müxtəlif yeni həblər kəşf edilirdi. Bəzi hallarda, beynəlxalq şirkətlər sərbəst bazar standartlarından istifadə edərək, potensial təhlükəli məhsullardan istifadə edirdilər.
Bunlardan biri də Xanım Vinslounun sakitləşdirivi şərbəti idi. Bu şərbət ilk dəfə 1849-cu ildə bazara çıxarılıb. Məhsulun reklamında “istənilən insanı və heyvanı sakitləşdirə bilər” deyilirdi və bundan əsasən balaca uşaqları sakitləşdirmək üçün istifadə edirdilər.
Şərbətin tərkibi çoxlu miqdarda morfin sulfat, tiryək tozu, sodium karbonat və akva amoniyakdan ibarət idi. Bu məhsuldan 19-cu əsrdə geniş istifadə olunurdu. 20-ci əsrdə Vinslounun şərbəti körpə uşaqların ölümünə səbəb olan bir məhsul kimi ad çıxardı. Britaniyada şərbət 1930-cu illərə kimi hələ də rəflərdən yığışdırılmamışdı.
 
8. Dovşan testləri
Qadınlar üçün hamilə olduğunu qabaqcadan bilmək bir üstünlükdür. Bu onu ruhən doğuşa hazırlayır və narkotik vasitələrdən, spirtdən uzaq durmasına səbəb olur. Tarix qadınların hamiləliyini müəyyən etmək üçün istifadə edilən müxtəlif və çox qəribə texnikalarla doludur.
1927-ci ildə Zondek və Aşçem dovşan testini kəşf edib. Test qadının sidiyini dişi dovşana vurulmasındna ibarət idi. Bundan sonra dovşanı bir neçə gün ərzində müşahidə edirdilər. Əgər dovşanın yumurtalıqları qadının sidiyinə reaksiya verirdisə, qadının hamilə olduğu hesab edilirdi.
Bu test uğurlu bir yenilik idi və hamiləliyə tamamilə düzgün diaqnoz qoyurdu.Dovşan testi 1930-50-ci illərdə geniş istifadə edilirdi. Prosedura zamanı istifadə olunan bütün dovşanlar cərrahiyə əməliyyatı olunmalı və daha sonra öldürülməli idi. Bunu dovşanları öldürməmiş də etmək olardı, ancaq çoxu bunu vecinə də almırdı.
 
9. Tütün tüstüsü imaləsi 
Tütün tüstüsü imaləsi 19-cu əsrdə qərb təbabətində geniş yayılmış tibbi prosedurlardan biri idi. Müalicə tütün tüstüsünün xəstənin düz bağırsağına imalə vasitəsilə daxil edilməsindən ibarət idi. Tütün hələ yenicə istehsal edilirdi. “Yeni dünya”dan idxalı zamanı onu birçoxları müalicə vasitəsi hesab edirdi. Bu zaman tütün tüstüsü Qərbdə bir çox tibb adamları tərəfindən başağrısı, nəfəs çatışmazlığı, mədə spazmı, soyuqdəymə və huşsuzluq kimi xəstəliklərin müalicəsində istifadə edilirdi. Tütün tüstünü imalə etmək texnikası şimali Amerika hindularından qalma bir adət idi.
O vaxt inanırdılar ki, bu vasitəylə güllə yarasını da sağaltmaq mümkün idi və bu üsuldan suda boğulanlara süni nəfəs vermək üçün tez-tez istifadə olunurdu.
1835-ci ilə aid bir hesabata görə, tütün imaləsi ilə vəbanın müvəffəqiyyətlə müalicəsinə nail olunub. Bu üsula olan hücumlar isə 18-ci əsrdən başlayıb. 1811-ci ildə ingilis alimi Benjamin Brodi tütün tüstüsünün tərkində olan nikotinin ürək üçün zərərli olduğunu və heyvanlarda qan dövranının dayanmasına səbəb olduğunu aşkar edib. Bu hesabatdan sonra tütün imaləsindən istifadə etmə halları azalmışdı.
 
10. Həyat yoldaşını satmaq 
Orta əsrlər dövründə Qərbdə qadınlar tamamilə kişilərdən asılı vəziyyətdə idilər. Tarix boyu qadınlar mülkiyyət sahibi ola bilmirdi, hətta onlar ərlərinin mülkiyyəti hesab olunurdu. Ərinin boşadığı qadınların auksionda satılması adətinə nə vaxt başlanılması məlum olmasa da, yazılı mənbələr bunun 17-ci əsrin sonlarında başladığını göstərir.
Bir çox hallarda, qadının satışa çıxarılması haqda yerli qəzetlərdə qabaqcadan məlumat verilirdi. Bu hadisə adətən auksion halında baş verir, qadın boynuna və ya qoluna kəndir keçirilərək meydana gətirilirdi.
Bundan sonra qadın ona ən yüksək məbləğdə qiymət verən adama satılardı. Həyat yoldaşını satmaq 18-ci və 19-cu əsrdə mütəmadi hal almışdı və uğursuz bir evliliyi sonlandırmaq yollarından biri idi.
19-cu əsrdə bəzi qadınlar satılmağına etiraz edirdi, 18-ci əsrdə isə belə bir hala rast gəlinməyib.
 
carci.az

Go Back

Beyin ağrımaz

Bundan əvvəl beynimizlə bağlı bir çox maraqlı faktla üzləşsək də, insan beyni hələ də öz sirrini qorumaqdadır.

Məsələn, insan beyninin ağırlığı təxminən 1.5 kiloqramdır. Ancaq bu ağırlığın hamısını hiss etmirik, çünki beynimiz onurğa iliyi mayesinin içində üzür. Bu da beynin ağırlığını təxminən 1 kiloqram qədər hiss etməmizi təmin edir.

Bir insanın beynindən gündə orta hesabla 70 min fikir keçir.

Lazım olan enerjini təmin etmək üçün beyinə dəqiqədə 3 kola qutusu qədər qan gəlir. Bədənin çıxardığı oksigen və enerjinin 20%-i beynimiz tərəfindən istehlak edilir.

Bir çox orqan yetkinlik dövrü bitdiyində son halını alır. Ancaq beynimiz 40 yaşına gələnə qədər inkişafa davam edir.

İnsan beynində ağrı hissini təmin edən alıcılar yoxdur. Bir başqa deyişlə, beyin ağrımaz. Bu səbəblə də beyin əməliyyatları xəstə oyaq ola-ola da edilə bilər.

Bədənimizdəki bütün orqanlar kimi beyin də bəslənmədən təsirlənir. Beyin sağlamlığınız üçün indi sayacağımız yeməkləri istehlak etməniz yaxşı olar: yağlı balıqlar, pomidor, balqabaq tumu, zeytun, avokado, brokkoli, tam taxıllı çörək, bitter şokoladı, yumurta, adaçayı, qoz.

Beynimiz bədənimizdəki ən yağlı orqandır. Yüzdə altmışı yağdan ibarətdir.

Elm hələ də yuxunu necə gördüyümüzü tam açıqlaya bilmir. Nəzəriyyələr arasında ən məşhuru budur ki, beyin oyanıqkən əldə etdiyi məlumatları bir yerə yığır. Yuxu əsnasında isə bu məlumatları olması lazım olan yerlərə qoyaraq tənzimləmə edir. Bu məlumatlar köçürülərkən biz də onlardan təsirlənərək ümumiyyətlə şərhi olmayan yuxular görürük.

İnsan ən çox beyin hüceyrəsinə 2 yaşındaykən sahib olur. Daim yenilənmə getsə də, heç vaxt bu rəqəmi tuta bilmirik.

Keçmiş dövrlərdə beynin əhəmiyyətsiz bir orqan olduğu düşünülürdü. Mədə və ürəyə daha çox əhəmiyyət verilirdi. Hətta qədim Misirdə insanlar mumiyalanarkən beyinləri burunlarından çəkilərək çıxarılırdı.

Qadınlar hamiləykən beyinləri büzülərək bir miqdar kiçilər. Körpə doğulduqdan altı ay sonra beyin yenə köhnə böyüklüyünə qovuşar.

İnsanın daha ağıllı olması ilə beyin böyüklüyü arasında bir əlaqə olmadığı tam sübut olunub.

Araşdırmalara görə, beyin, bütün həyatımız boyunca 1 kvadrilyon məlumat yığır. 1 kvadrilyon nə qədər edir desəniz, 1-in yanına 15 sıfır qoyaraq bilərsiniz.

anspress

Go Back

Bir Kərə Yüksələn Bayraq, Bir Daha Enməz

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. 

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. 

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. 

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.  

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

anl.az

 

Go Back

Pis adamı uzaqdan tanımaq olur

Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər. 
Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola bilərsiniz. 
Amerikalıların nəticələri frenalogiya haqqında (XIX əsrin ortalarında insanın psixologiyası ilə onun kəllə quruluşu arasında əlaqə haqqında məşhur olan elm) düşünməyə məcbur etsə də, tədqiqatın müəllifləri əmindirlər ki, onların əldə etdikləri nəticəyə inanmaq olar. Tədqiqat qrupunun rəhbəri doktor Maykl Xazelxan bildirmişdir: "Biz aydınlaşdırdıq ki, enlisifət kişilər ünsiyyətdə özlərini daha rahat hiss edirlər və hakimlik hissi onları istər-istəməz etik qaydalara az əməl etməyə, yalan və müxtəlif hiylələrə əl atmağa məcbur edir”. 
 
Amma doktor Xazelxan bu nöqteyi-nəzərlə tam razı deyil. Onun sözlərinə görə cazibəli, bacarıqlı və yumor hissi olan qadınlar belə fiziki əlamətlərə fikir vermirlər. 
Öz ehtimallarını yoxlamaq üçün tədqiqatçılar iki təcrübə aparmışlar. Biznes-kollecin 192 tələbəsinə rollu oyunda iştirak etməyi təklif etmişlər. İki yerə bölünərək onlar daşınmaz əmlakın satıcıları və alıcıları qismində çıxış etmişlər. Oyun zamanı iştirakçılar elektron poçt ilə razılaşma əldə olunana qədər danışıqlar aparmalı idilər. Bu yazışmanın tədqiqi göstərmişdir ki, enlisifət kişilər naziküzlülərə nisbətən öz məqsədlərinə çatmaq üçün aldatmağa daha çox meyillidirlər. Eyni vaxtda müəyyən olunmuşdur ki, bu hal qadınlara şamil deyildir. 
 
Başqa bir tədqiqatın gedişatında 103 tələbəyə lotereyada 50 dollar udmaq imkanı verilmişdir. Təcrübədən keçənləri xəbərdar etmişlər ki, onlar bu lotereyada bir neçə dəfə oynaya bilərlər. Oyunun miqdarını zaman göstərəcək. Onlara oyun zərləri atmaq və alınmış nəticəni kompyuterə yerləşdirmək təklif olunmuşdur.
 
Təəcüblüdür ki, naziküzlülərə nisbətən enliüzlü kişilərin oyunda daha çox "bəxti” gətirmişdi. Bununla, psixoloqlar birmənalı nəticəyə gəlmişlər ki, üzü enli olan kişilər aldatmağa daha çox meyllidirlər. Yekun rəyə iştirakçıların eksperimentdən əvvəl doldurduqları anketlər də kömək etmişdir. Enliüzlü kişilərdə ümumi xüsusiyyət, yəni öz hökmünə və gücünə inam aşkar olunmuşdur. Alimlər qərara gəlmişlər ki, bu hakimlilik hissi bilavasitə onların etik baxışlarını və davranışını müəyyənləşdirir.
 
populyar.az

Go Back

Steve Jobs beyni

Jobs-un məşhurluq qazanmış keyfiyyətlərindən biri də – digərlərinin görə bilmədiklərini görməyi bacarması idi. Onun bunu necə bacardığı və beynini hansı texnikalar ilə inkişaf etdirdiyi haqqında aşağıda söhbət açacağıq.

Bu  yaxınlarda  Steve Jobs haqqında yeni “Becoming Steve Jobs” adlı kitab çıxdı. Bu kitabda müəlliflər Jobsun həyatı haqqında bəlkə də ilk dəfə eşədəcəyiniz faktları təqdim etmişlər.

Walter Isaacson kitabda Jobsdan belə bir sitat gətirmişdir:

“Yalnızca otursan və müşahidə etsən, təxəyyülünün nə dərəcədə sonsuz olduğunu görəcəksən. Onu sakitləşdirməyə çalışsan, vəziyyət daha da pis olacaq. Lakin zamanla fikirlərin özü sakitləşir və sən onları nəzarət altına alırsan.

Bu zaman intuisiya oyanır və ətrafdakı hər şeyi daha aydın görməyə başlayırsan”.

Jobs bu sitatla dzen-buddistlər və taoistlərin sınaqdan keçirdiyi meditasiya növünü təsvir edir. O uzun illər boyu onunla məşğul olub. Bundan əlavə, o bu təcrübəni o qədər populyaşdırmışdır ki, Target, Google və Ford kimi şirkətlər öz əməkdaşlarını daimi əsasla bu istiqamətdə meditasiya ilə motivasiya etməyə başlamışlar. Bu korporativ meditasiya nə qədər qəribə səslənsə də, yenə də mövcuddur.

Inc.com saytının redaktoru və jurnalisti Geoffrey James Steve Jobs-la hələ ölümündən uzun müddət əvvəl bu meditasiya mövzusu ilə bağlı söhbət edə bilmişdi. Onun dediklərinə əsasən, Jobs-un sınaqdan keçirdiyi texnika aşağıdakı kimi idi:

  • Sakit bir yerdə əyləşin. Daha rahat olması üçün bir döşəkçə üzərində əyləşin. Bir neçə dəfə dərindən nəfəs alın.
  • Gözlərinizi yumun və daxili monoloqunuza qulaq asın. Beyniniz bu yaxınlarda baş vermiş əlaqəsiz hadisələri yadınıza salacaq: televizorda izlədiyiniz hər hansı proqram, oxuduğunuz kitab, dostlarınızla söhbət. Buna mane olmağa çalışmayın.
  • Bunun əvəzində sakit şəkildə bir fikirdən digərinə keçin. Bunu rituala çevirin və hər gün 5 dəqiqə ərzində təkrar edin.
  • Zamanla (iki həftədən sonra) öz daxili monoloqunuzu idarə etməyi öyrənəcəksiniz və bu zaman daha inkişaf etmiş fəaliyyətə keçmək olar.
  • Beləliklə, beyninizdə əlaqəsiz fikirləri eşitməyə başladıqda, onları susdurmağa və yavaş-yavaş uzaqlaşmağa çalışın.
  • Beyninizi azad edərkən, onun əsas diqqətini ətrafınızdakı səslərə, qoxulara, bədəninizdəki hissiyyatlara yönəldin. Ola bilsin, dərinizə toxunan küləyi və soyuducunun səsini artıq başqa cür hiss edəcəksiniz. Bu hər şeyi düzgün etdiyinizin əlamətidir.
  • Hər şeyi düzgün etdiyinizin digər bir əlaməti isə meditasiya zamanı vaxtın necə keçdiyini hiss etməməyinizdir.

banker.az

Go Back

Ölümünə qol çəkənlər

Düşüncə tərzindən, yaşadığı ölkənin qanunvericiliyindən, inam göstərdiyi dinindən asılı olaraq insanlar tərəfindən “mərhəmətli ölüm”, “xoş ölüm”, “intihara yardım” və ya sadəcə “intihar” kimi adlandırılan evtanaizya tibbi bir anlayış olaraq, sağalmaz bir xəstəlik səbəbi ilə, dözülməz ağrılar çəkən xəstəyə tətbiq edilən ağrısız ölüm mənasını ifadə edir.

Qədim yunan dilindən «eu» (yaxşı) və «thanatos» (ölüm) deməkdir. Tarixdə isə bu söz ilk dəfə ingilis alim və filosofu Francis Bacon tərəfindən 17-ci əsrdə istifadə edilib.

Həmçinin tarixdə daha çox yalnız bəzi xüsusi şərtlər altında qədim Yunan və Romada fərdlərin ölümünə icazə verildiyini müşahidə etmiş olur. Belə ki, həmin dövrlərdə sözügedən şəhərlərdə həkimin sağalmaz bir xəstəliyi müalicə etməsi və buna çox böyük vaxtını sərf etməsi həkimin imicini korlayan fəaliyyət kimi qiymətləndirilmişdir. Bu səbəbdən həkimlər ya xəstənin müalicəsindən imtina edir, ya da evtanaziya üsulunu tətbiq edirdilər.

Qədim yunan şəhər dövləti Spartada fiziki cəhətdən sağlamlıqları və güclərindən əksik doğulan uşaqlara qarşı da bu üsulun istifadəsi geniş yayılmışdır.

Babil və Assuriyada isə xəstənin öləcəyi və ya yaxşılaşa bilməyəcəyi təqdirdə həkim müdaxiləsi qadağan edilmişdir.

Mesopotamiyada müalicəsi mümkün olmayan xəstələrin çaya atılaraq öldürüldüyü bilinir.

Qədim Romada böyüklərə qarşı müxtəlif üsulların istifadə edilməsinə baxmayaraq uşaqları təbii hallarına buraxılaraq öldürüldüyü qeyd edilir.

Afinada həkimlər ölmək arzusu ilə müraciət edən xəstələrə müxtəlif zəhərlərin hazırlanması ilə evtanaziyanın ilkin üsullarını icra etmişlər. Bunun üçün xəstənin senata bir səbəb göstərməsi və icazə sənədi alması kifayət idi. Bütün bunlarla yanaşı dini cəhətdən düzgün qəbul edilməyən bu fəaliyyət cəmiyyətdə çox da xoş qarşılanmamışdır.

Bütün bunlarla yanaşı qədim dövrlərdə evtanaziyanın fəaliyyəti ilə bağlı bir-birinə zidd olan bəzi fikirlər də mövcuddur. Belə ki, bəziləri Hippokrat andına sadiq olaraq evtanaziyanın fəaliyyətinin yalnız orta əsrlərdə başladığını iddia etdiyi halda, digər bir qrup tədqiqatçılar tərəfindən Aristotel və ya Zenon kimi filosofların müalicəsi olmayan xəstələrə bir başa ölümə və ya sadəcə öz halına buraxılmasını təklif etdiklərini iddia edilir. Sokrat və Platon da bəzi xüsusi hallarda evtanaziyanın bir sıra formalarını təsdiqlədiyi bildirilir.

 

Xristianlığın inkişaf mərhələsində daha çox Tanrının verdiyi canı almaq kimi qiymətləndirilən bu üsul çoxlu halda psilənir və qəbul edilmirdi. Lakin bununla yanaşı evtanaziyanın və ya insanların ölüm seçmə hüququnun olduğunu müdafiə edən insanlar da olmuşdur. Həmçinin dövrün tanınmış yazarlarından olan Michel de Montaigne fərqli bir düşüncə tərziylə “yaşamağın bizi ölümdən daha ağır vəziyyətə salması ilə Tanrı özü könüllü ölümə icazə vermiş və könüllü şəkildə reallaşan ölüm ən yaxşısıdır” deyə qeyd etmişdir.

Evtanaziya sözündən ilk istifadə edən ingilis filosofu Francais Bacon həmçinin həkimlərin ölümü rahatlaşdıracaq bilgi və bacarığa sahib olmaqlarının lazımlılığından da yazmışdır.

Bunlardan əlavə John Dryden ve Charles Blount kimi ingilis yazarları da məhəbbət ağrısı, qürur, namus və ya səfalətdən dolayı intiharı dəstəkləyənlər sırasındadırlar.

Bu mövzuda ən gözə çarpan isimlərdən biri də məşhur filosof David Hume olmuşdur. Araşdırmaları nəticəsində insanların səfil bir həyatı məhz yaradıcısını xoşbəxt etmək üçün davam etdirməyə məcbur olan dini düşüncələrə qarşı çıxmış və insanların iradə azadlıqlarına xüsusi önəm vermişdir.

David Humenin fikirlərinin böyük dəstəkçiləri olmasına baxmayaraq İmmanuel Kant kimi filosoflar da mövcud olmuşdur ki, onlar intiharın bütün şərtlərdə düzgün olmadığını vurğulamış və əxlaq teoriyasına görə bunu rədd etmişdir.

Bundan əlavə Darvinizmin 19-cu əsrdə inkişafı ilə birlikdə “müqəddəs yaşam” anlamı böyük bir zərbə almış, həkimlər tərəfindən həyata keçirilən evtanaziyanın tərəfdarlarının sayı artmışdır. Eyni zaman da, arzu edilməyən və sağalma şansı az olan müəyyən xəstə qruplarına da evtanaziyanın tətbiq edilməsi mövzusu da Darvinizmin inkişafı ilə bərabər yüksək səviyyəyə qalxmışdır.

1868-ci ildə Ernst Haeckel Almaniyada fiziki və əqli olaraq müalicə edilə bilməyəcək insanların ağrısız bir halda öldürülməyini müdafiə etmişdir.

 

 

Evtanaziyanın icra üsulları

 

Evtnaziya üçün müraciət edən xəstənin mövcud vəziyyətindən asılı olaraq bu proses, ağrısız və ya az ağrılı iynə, yüksək dozada dərman verərək və ya xəstəni süni tənəffüs aparatından ayıraraq həyata keçirilə bilir. Bununla yanaşı evtanaziyanın reallaşmasının digər formaları da mövcuddur. Bu sinifləndirməyə əsasən evtanaziyanın icrası aktiv və passiv olaraq iki qrupa bölünür.

Aktif evtanaziya - bir başa olaraq, xəstənin müraciəti və ya xüsusi istəyi ilə yuxarıda qeyd etdiyimiz vasitələrlə ölümün reallaşdırılmasıdır. 

Passiv evtanaziya - xəstənin ağrılarının azaldılmasından ziyadə heç bir müalicə üsulunun istifadə edilməməsidir. Bu, yalnız xəstənin yaşamını uzadan müalicənin tətbiqidir.

Haqqında danışdığımız evtanaziyanın bu iki fəaliyyət üsulu məqsəd və nəticə baxımından eyni olsa da müxtəlif cəmiyyətlərdə və müxtəlif hüquq sistemlərində onlara yanaşma da müxtəlifdir. Belə ki, bu iki evtanaziya üsulu arasında həqiqətən fərqlərin mövcudluğu, onların yaxşılıq dərəcələri və əgər biri digərindən daha yaxşıdırsa bunun passiv yoxsa aktiv evtanaziya olub-olmaması etnik və fəlsəfi nöqteyi nəzərdən müzakirəyə çıxarıla vacib suallardan biridir. Hazırda passiv evtanaziya daha yaxşı olduğu iddiası ilə bir çox ölkə və cəmiyyətlərdə xoş qarşılanır və hətta bəzi dinlərdə istifadəsi qəbul edilir. Lakin fəlsəfi nöqteyi nəzərdən isə passiv evtanaziyanın aktiv evtanaziyadan sadəcə hüquqi cəhətdən daha yaxşı ola biləcəyinə, praktikada isə əksinə olacağı iddia edilir. Eyni zamanda bəzi fikirlərə görə əxlaq çərçivəsində müzakirə edildikdə vacib olan evtanaziyanın necə deyil, hansı səbəbdən istifadə edilməsidir. Bu fikirə əsasən həkimin aktiv və ya passiv evtanaziya həyata keçirməsi arasında heç bir fərq yoxdur. Belə ki, passiv evtanaziya zamanı həkimin xəstəyə heç bir müalicə tətbiq etməməsinin özü də bir onu ölümə tərk etmək kimi qiymətləndirildiyindən, bununla  xəstəni öldürmək qərarı arasında heç bir fərq görülmür.

 

Bir xəstənin ağrılarının dindirilməsi cəhdi belə, eyni məqsədlə yerinə yetirilməsə belə, yaşam müddətini qısaltma riski daşıdığı halda “dolayı evtanaziya” adlanır. Belə ki, həkimin yalnız ağrını azalmaq məqsədilə tətbiq etdiyi müalicə zamanı xəstənin həyatına son qoyularsa bu artıq “dolayı evtanaziya” kimi qiymətləndirilir.

Həmçinin evtanaziya ilə yanaşı işlədilən başqa bir ifadə isə həkim dəstəyi ilə ölümdür. Bu üsulun evtanaziyadan əsas fərqi isə ondan ibarətdir ki, bu proses zamanı ölümü reallaşdıracaq şəxs xəstənin özü olur. Belə ki, həkim xəstənin müraciəti və ya istəyi üzrə lazımı şəraiti yaradır. Lakin son mərhələdə ölümün icrası xəstənin öz üzərinə düşür. Bu üsulun evtanaziyadan ziyadə intihara daha yaxın olduğu düşüncəsi dünya ölkələrində bu üsul pislənərək daha az istifadə edilir.

Bütün bunlarla yanaşı evtanaziya xəstənin istəyindən və mövcud vəziyyətindən də asılı olaraq könüllü və məcburi olaraq da iki qrupa bölünür.

Könüllü eftanaziya zamanı xəstə -

- Dözülməz ağrılardan əziyyət çəkdiyi səbəbilə yaxın günlərdə həyatına son verilməsi üçün müraciət edir.

- Xəstəliyin son mərhələsində müalicədən imtina edir.

- Ağrıları kəsməklə bərabər ölümü tezləşdirən başqa bir müalicə üsuluna müraciət edir.

Məcburi eftanaziya zamanı isə xəstə

- Fiziki və əqli  bacarıqsızlığı səbəbilə könüllü evtanaziyaya müraciət edə bilmir.

- Onun üçün faydalı hesab edilən müalicədən imtina edərək, təbii ölümünü gözləyir.

Həmçinin bir sıra hallarda xəstənin əqli və ya fiziki vəziyyətinin imkan vermədiyi təqdirdə yaxınları və ya müalicə edən həkimi tərəfindən xəstənin razılığı olmadan həyata keçirilən ölüm fəaliyyəti də məcburi evtanaziya olaraq qiymətləndirilir. Lakin mövcud vəziyyətin suiqəsd və ya həqiqətən evtanaziya olması isə hələ də müzakirəyə açıq bir məsələ olaraq qalmaqdadır.

 

Evtanaziya nə zaman həyata keçirilə bilər

 

Ümumi olaraq evtanaziyanın icrası üçün bir çox müxtəlif səbəblər ola biləcəyi halda müəyyən bir qrup halında əsas şərtlərini müəyyənləşdirmək mümkündür.

-     Əvvəla, evtanaziyadan bəhs etmək üçün ilkin olaraq xəstənin olması gərəklidir. Burada xəstəlik anlayışı geniş mənada götürülmüşdür. Belə ki, əsas olaraq xəstəliyin növünü, müəyyənləşdirmək gərəklidir.

- Xəstəlik müalicəsi olmayan bir vəziyyətdə olmalıdır.

- Xəstəlik əzab verici dərəcədə olmalıdır.

- Qəsdli ölüm olaraq həyata keçirilməli, qəza olaraq reallaşmamalıdır. 

- 3-cü bir şəxs tərəfindən həyata keçirilməlidir. Evtanaziya deyildikdə əsas icraçı kimi hüquqi nöqteyindən həkim nəzərdə tutulur.

- Ölüm məhz xəstənin mənfəətini nəzərə alınaraq icra edilməlidir.

- Evtanaziyanın icrası ağrısız şərtlər alrında həyata keçirilməlidir.

 

- Bütün hallarda xəstə evtanaziya istəmədiyi təqdirdə fəaliyyət icra edilməməlidir. Ən ağır xəstələrin belə yaşama arzularına hörmət edilməlidir.

 

lent.az

Go Back

Anton Çexovdan qardaşına ibrətamiz məktub

 
Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir. Həmin məktubdan çıxarışlar:
 
_________________________
Moskva, 1886.
 
 
 
... Tez-tez şikayət edirsən ki, səni “başa düşmürlər!”. Unutma, hətta Qöte və Nyuton kimi dahilər ağır həyata rəğmən heç vaxt şikayətçi olmayıblar. Şikayətçi bir tək Məsih idi, o da, öz “mən”indən deyil, təliminin diqqətdən kənar qalmasından... Səni yaxşı başa düşürlər... Əgər sən özün özünü başa düşmürsənsə, bu, başqalarının günahı deyil...
 
İnan ki, doğma qardaşın və yaxın adamın olaraq səni çox yaxşı başa düşürəm, bütün qəlbimlə halına acıyıram... Sənin bütün yaxşı cəhətlərini beş barmağım kimi bilirəm, onlara yüksək dəyər verirəm, dərin hörmətlə yanaşıram. İstəsən, yaxşı cəhətlərini bir-bir sadalayıb səni başa düşdüyümü isbat edərəm. Məncə, sən çox xeyirxahsan, geniş ürəklisən, eqoist deyilsən, son qəpiyini də bölüşməyə hazırsan, səmimisən; paxıllıq və nifrət sənə yaddır, qəlbin safdır, insanlara və heyvanlara qarşı rəhmdilsən,  acıdil deyilsən, ürəyində kin saxlamırsan, insanlara inanırsan... Bunlardan əlavə, sənin çoxlarında olmayan istedadın var. Bu istedad səni ətrafında olan minlərlə insandan yüksəyə qaldırır, çünki böyük rəssam istedadı iki milyon insandan yalnız birinə qismət olur...  
 
İstedad insanı yüksək mənsəb sahibi edir: pis adam da olsan, yenə hörmət edəcəklər, çünki insanlar istedada görə çox şeyi bağışlayırlar. Sənin yalnız bir qüsurun var. Məhz bu qüsur sənin yanlış tərzinin, kədərinin və səni bürümüş xoranın kökündə dayanır. Bu, sənin tərbiyəsizliyindir. Başğıla, lütfən, amma bunu deməyə məcburam. Veritas magis amicitiae [həqiqət dostluqdan daha yüksəkdir]... Məsələ ondadır ki, həyatın öz şərtləri var... İntelligentlər mühitində öz layiqli yerini tutmaq, onlar arasında özünü yad hiss etməmək, onun ağırlığından əzilməmək üçün gərək məlum qədəri ilə tərbiyəli olasan... İstedad səni bu mühitə salıb, sən bu mühitə məxsussan, amma... bu mühit səni əzir, çünki mədəni publika və öz məşum tərzin, öz çevrən arasında balans yaratmaq lazım gəlir... Bu, çox çətindir, son dərəcə çətindir.    
    
Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı keyfiyyətlərə sahibdilər:
 
1. Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar... Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər...
 
2.  Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır...
 
3. Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar.
 
4. Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar... Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar... Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir.
 
5. Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər...
 
6.   Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur.    
 
7. Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla yanaşırlar. İstedada həyat vermək naminə dinclikdən, qadınlardan, içkidən, fanilikdən imtina etməy hazırdılar...  
 
8. Onlar özlərini estetik tərbiyə edirlər. Onlar paltarlı yatmazlar, otaqda taxtabitilərin məskən salmasına yol verməzlər, üfunətli hava ilə nəfəs almazlar, nimdaş döşəməyə ayaq basmazlar, kerosin sobada bişmiş xörəkdən yeməzlər... Onlar cinsi instinkti mümkün qədər ram etməyə və nəcibləşdirməyə çalışırlar... Onlar mətbəxdən ötrü sinov getmirlər... Onlar qadına şəhvət oyuncağı və ya əl buyruqçusu kimi baxmırlar... Hiylə-kələklə tora salmağa çalışan, yalançılıqdan usanmayan qadınlardan uzaq gəzirlər... Onlar, xüsusən rəssamlar təravətə, zərifliyə,  insaniyyətə möhtacdılar... Onlar ayaqüstü araq içməzlər,  dolablarda qoxu axtarmazlar, çünki donuz olmadıqlarını fərq edirlər... İçirlər, fəqət sərbəst olanda, yeri düşəndə...   Çünki bilirlər: mens sana in corpore sano [sağlam bədəndə sağlam ruh olar]... 
 
Bəli, tərbiyəli adamlar belədir... Özünü tərbiyə etmək və düşdüyün mühitdə səviyyəni saxlamaq üçün yalnız Pikviki oxumaq və Faustdan monoloq əzbərləmək yetərli deyil. Faytona oturub Yakimankaya bir həftəlik səfərə çıxmaq yetərli deyil... Bunun üçün gecə-gündüz çalışmaq, daim oxumaq,  dərin biliklər qazanmaq, iradəli olmaq lazımdır... Hər saatının qədrini bilməlisən... Səni məhv edən hər şeyə tüpürməyi bacarmalısan... Sındır araq şüşələrini, otur oxu... Heç olmasa Turgenevi oxu. 

 

_________________________
 
 

 

Mənbə: Kultura.az

Go Back

DAHİ ŞİZOFREN RƏSSAM

“Balıqçılar dənizin təhlükəli, fırtınaların qorxunc olduğunu bilirlər. Amma bu təhlükələr onları sahildə qalmağa məcbur edə bilməz.”  Vinsent van Qoq

Dahi rəssam Vinsent van Qoq 1853-cü il 30 martda Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert kəndində rahib Teodor van Qoqun ailəsində dünyaya gəlib. Həyatının müxtəlif dövrlərində rəsm əsərlərinin satıcısı, müəllim və rahib kimi fəaliyyət göstərsə də onu məşhurluğa aparan məhz rəssamlıq bacarığı olmuşdur. Həyatı boyu müxtəlif şəhərlərdə yaşamış Van Qoq 1880-1881-ci illərdə Brüssel, 1885-1886-cı illərdə Antverpendə ressamlıq akademiyalarında təhsil alır və bu dövrdə baş verənlər onun sonrakı həyatında önəmli rol oynayır. 1888-ci ildə Arla köçən Van Qoq ən məşhur əsərlərini ömrünün son dövrlərində çəkib. 27 yaşına qədər rəsm əsəri çəkməyən və bütün rəssamlıq kariyerası həyatının son 10 ilində olan Van Qoq sağlığında heç bir əsərini sata bilməyib. Bunun əsas səbəbi isə yaşadığı dövrdə heç də məşhur olmayan postimpressionizm janrında rəsm əsərləri çəkməsi olub. Belə ki, qardaşı Teo ilə məktublaşdıqda şəkillərinin satıla bilməməsinin əsas səbəbi kimi əksər insanların bu tərz rəsm əsərlərinə müsbət yanaşmamasını görmək olar. Demək olar ki, bütün məşhur əsərlərini çəkdiyi Arla köçdükdən sonra bir çox rəssamlara birgə çalışmaqla bağlı təklif göndərsə də, sadəcə Pol Qogen bu təkliflə razılaşıb. Birlikdə yaşadıqları müddət ərzində aralarında kifayət qədər gərginlik yaşansa da Qoqun dostuna qarşı böyük məhəbbətlə bağlı olması ilə bağlı şayələr gəzməyə başlamışdı. Belə ki, Qogen heteroseksual olsa da, Qoq biseksual idi. Nəhayət Qogen artan gərginlik nəticəsində ondan ayrılmaq qərarına gəlir, mübahisə daha da qızışır və bu hadisə olan gün Van Qoqun qulağı kəsilir. Bu hadisədən sonra Qoqun qulağının kəsilməsi ilə bağlı müxtəlif versiyalar ortaya çıxdı. Bəzi versiyalara görə Qoq özü qulağını kəsmiş, digərlərinə görə isə bu mübahisə nəticəsində Qogen özünü müdafiə etmək üçün onun qulağını kəsmişdi.

Bu hadisə baş verən gün Qoq kəsilmiş qulağını yaylığa bükərək evlilik təklifi etdiyi və rədd cavabı aldığı Raşel adlı fahişəyə verərək “Bu xəzinəni qoru” deyir. Onun həyatı haqqında araşdırma aparıldığı zaman onun fahişələrə qarşı xüsusi bağlılığının olduğu ortaya çıxır. Belə ki, müxtəlif vaxtlarda bir neçə fahişəyə evlilik təklifi etmiş və onlara köməklik etmişdi. Ümumiyyətlə isə Qoq həyatı boyu səfil həyat tərzi keçirən insanlara köməklik etməyə çalışmış, onların həyatını rəsm əsərlərində dəfələrlə canlandırmışdı. Məhz buna görə də onun əsərlərindəki mənəvi iztirabları görməmək mümkün deyil. Ömrünün son illərində öz istəyi ilə dəfələrlə ruhi dispanserlərdə yatan Van Qoqun xəstəliyi günümüzün psixiyatrları tərəfindən adətən şizofreniya olaraq qiymətləndirilir. 1890-ci il 29 iyulda özünə sui-qəsd edir və ölüm ayağında qardaşı Teoya “səfalət heç vaxt bitməyəcək” deyir. Van Qoq ölümündən bir müddət sonra məşhurlaşmağa başladı. Ən acı həqiqət isə odur ki, bu gün milyonlarla dollara satılan və dünyanın ən bahalı rəsm əsərlərindən hesab olunan əsərlərin müəllifi olsa da, Van Qoq sağlığında səfil həyat tərzi keçirmişdi.

“Rəsmlərimin satılmadığı həqiqətini dəyişdirə bilmərəm. Amma bir gün insanlar rəsmlərimin, üzərində istifadə olunan boyadan daha dəyərli olduğunu anlayacaq…” Vinsent van Qoq

Hazırladı: Murad Xəlilli

fitret.az

Go Back

PSİXOLOGİYADAN MARAQLI FAKTLAR

* İnsan üçün onun adının tələffüz edilməsindən daha yaxşı səs yoxdur. Tanışlıq zamanı ilk növbədə adamın adını yadda saxlamaq lazımdır. Vəzifəsini, ixtisasını yox, məhz adını. Yaxşı münasibət qurmaq istəyənlər üçün bu, çox vacibdir.

* Tez yuxuya getmək üçün kürəyi üstə uzanmaq, ayaqları uzatmaq, bədəni rahatlandırmaq lazımdır. Gözləri bağlamaq və bağlı göz qapaqları altında göz bəbəklərini yuxarıya doğru yönəltmək. Bu, yuxu zamanı gözlərin normal vəziyyətidir. Viktor Suvorovun dediklərinə inansaq, bu metodikanı onilliklərlə Baş Kəşfiyyat İdarəsinin işçilərinə öyrədirdilər.

* Psixoloqlar müəyyən ediblər ki, tanış olmayan kişini qiymətləndirmək üçün qadına 45 saniyə kifayətdir. Bunlardan 10 saniyəsini o, kişinin bədəni haqqında ümumi təəssürat yaratmağa sərf edir, 8 saniyəyə gözlərini qiymətləndirir, 7 saniyə saçlara, 10 saniyə dodaq və çənəyə, 5 saniyə çiyinlərə baxır. Son 5 saniyəsini isə əgər varsa, evlilik üzüyünə baxır.

* Oksford universitetinin alimləri qayğı, narahatlıq və stressdən qurtulmaq üçün ən yaxşı metodun mütaliə olduğunu qeyd edrilər. Bu məşğuliyyət orqanizmə daha tez təsir edir. Təəccüblüdür, amma bu üsul alkoqol qəbul etməkdən, gəzintidən, çay içməkdən və ya musiqi dinləməkdən daha effektivdir.

* Bəzən qarşılıqsız sevgi anormal bağlılığa çevrilir və hətta psixi problemlərə səbəb olur. Bunlardan biri Adel sindromudur. Adel sindromu –qarşılıqsız olaraq başqa adama uzunmüddətli xəstə sevgi ilə bağlanmaqdır.

* İrimiqyaslı idman müsabiqələri zamanı dərc edilmiş tvitləri analiz edən alimlər müəyyən etmişlər ki, mübahisə edənin iddiaları nə qədər “gur” və əmin səslənirsə, o da qalib gəlir.

* Əgər insan nəyisə yadına salmağa çalışarkən sizin gözlərinizin içinə baxmağa davam edirsə, əmin olun, sizi aldadırlar.

* Qadınlar öz partnyorları ilə üz-üzə ünsiyyətdə olarkən özlərini xoşbəxt hiss edirlər, kişilər isə, əksinə qadınlarla birgə işləyərkən, oynayarkən və ya sadəcə yanında oturub söhbət edərkən ünsiyyətdən emosional yaxınlıq duyurlar.

* Psixologiya bilmək həyatı mürəkkəbləşdirir, tətbiqini isə asanlaşdırır.

Hazırladı: Vüsaləddin Rüstəmov

fitret.az

 

Go Back

Mətn oxumaqla bağlı maraqlı məlumatlar

1. Mətn oxuyan zaman hər bir hərf beyniə ayrıca siqnal vahidi kimi göndərilir. Özü də, tərsinə çevrilmiş şəkildə. Beyin bunları düz üzünə çevirir. Gördüyümüz hər şeydə belədi. Bu proses “invertation” adlanır.
 
2. Düzgün oxuma üçün əsas şərt: cümlədə sözlərin baş və son hərflərinin düz olmasıdır. Söz ortası hərf səhvlərini (yaxud tire ilə əvəzlənməklə ixtisar olunmuş hərfləri) beyin avtomatik düzəldir. Burda həmçinin, konkret sözdən əvvəlki və sonrakı sözlərin təsiri var.
 
3. Sürətli oxuma zamanı gözlər ləng oxumaya nisbətən az yorulur. Digər fakt: orta sürətlə oxuma zamanı mətnin başa düşülməsi təxminən 60 faiz, sürətli oxumada 80 faiz olur.
 
4. Mətn oxuyan zaman gözlər əksərən fərqli nöqtələrə fokuslanır, yəni sağ göz bir hərflərə, sol göz başqalarına.      
5. Orta oxuma qabiliyyətli adamın gözləri kitabın hər sətrində 12-16 dəfə fokus dəyişir. Sürətli oxu qabiliyyətli adamda cəmi 2-4 fokus dəyişimi olur. O deməkdir ki, gözlər hər sətiri müvafiq sayda (3, 5 və s.) seqmentə bölüb bunları ayrıca “skan” edirlər. Yeni oxumağa başlayan adamlarda (yaxud, yeni öyrəndiyi dildə oxuyanda) bu rəqəmlər daha çox olur.  
 
6. Bir saat mətn oxunuşunda gözlər maksimum 57 dəqiqə iş rejimində olur. 3 dəqiqəni istirahət edirlər. Biz bunu adətən hiss etmirik.
 
7. Oxumağı bacaran adamların 95  faizi hər dəqiqədə 180-220 söz oxuya bilirlər. Başqa sözlə, normal kitab səhifəsini oxumaq 1,5-2 dəqiqə vaxt aparır.  
 
8. Qısa sətirlər (məs., mətnin qəzetdə qısa sətirli sütunlara bölünməsi) adamlar üçün cəlbedicidir, amma bununla oxuma sürəti azalır. Başqa sözlə, maksimal sürətlə oxumaq üçün sətirin optimal uzunluğu var. Bu, orta ölçülü kitabın sətiridir.
 
9. Eyni mətni kağızdan oxumaqla müqayisədə, monitordan oxumaq beyindən 25 faiz artıq enerji sərfiyyatı tələb edir. Çünki bu zaman beyin monitordan qəbul etdiyi işıq şüalanmasını da təhlil edir. Buna görə, kağızdan oxumaq daha sürətli başa gəlir, nisbətən az yorucudur.
 
Fenomenal oxu bacarığı olmuş məhşur adamlar:
 
10. Napaleon bir dəqiqədə 2 min söz oxuya bilirdi.
 
11. T. Edison 2-3 sətri eyni zamanda oxuyur, mətni bütünlüklə əzbər yadda saxlayırdı.
 
12. M.Qorki dəqiqədə 4 min söz oxuya bilirdi.
 
13. O.Balzak 200 səhifəlik romanı 30 dəqiqəyə oxuya bilirdi.
 
14. E.Qaon oxumuş olduğu 2500 kitabı demək olar əzbər bilirdi.
 
15. Kim Peek kitabın qoşa səhifəsini eyni anda oxuyurdu. Sol gözlə sol səhifəni, sağ gözlə sağ səhifəni. Orta həcmli qoşa səhifələri oxumaq üçün ona 12-13 saniyə vaxt kifayət idi. Oxuduğu kitabları 95 faiz əzbər yadda saxlayırdı, səhifəsinədək.
 
rasional.info

Go Back

ƏN MARAQLI PSİXOLOJİ TƏDQİQATLAR

Psixologiya elmini sürətli şəkildə irəlilədən tədqiqatlar, əsasən ingilis dilində “case study” deyə təbir edilən hadisələrdir. Xüsusilə, aşağıdakı nümunələrdə bəhs edəcəyimiz ilk proseslər, elm adamlarının beyin və insan psixologiyasının fəaliyyəti ilə bağlı öncədən bilinməyən məlumatları əldə etməyə kömək etmiş, bu ekstrimal vəziyyətlər psixologiya elminə böyük töhvələr vermişdir. Bu yazıda psixoloji tədqiqatlarda önəmli faktorlara zəmin yaradan ən maraqlı psixoloji hadisələri nümunələr şəklində ifadə edəcəm.

phineas-gage-2

1.Phineas Gage – Kəllə qutusundan dəmir çubuq keçən şəxs 1948-ci ildə yaşamış Phineas Gage, son dərəcə təmkinli bir dəmiryol işçisidir. Bir gün Phineas Gage barıtı daşa tətbiq edərkən dəmir çubuq istifadə edir. Lakin barıt anidən partlayır və dəmir çubuq Phineas Gage`in sol yanağından girib, kəllə qutusunun sağ nahiyəsindən çıxır. Bu ağır qəzadan dərhal sonra

phineas_gage_kafatasi

Phineas Gage heç bir fiziki narahatlıqdan şikayətlənmir. Hətta dərhal ayağa qalxıb, danışmağa başlayır. Buna baxmayaraq, Gage`in şəxsiyyət strukturu tamamilə dəyişir: beynin ön bölgəsini (prefrontal cortex) zədələyən dəmir vasitəsilə Gage artıq planlama, strateji düşünmə və özünə nəzarət kimi davranışlardan məhrum olmuşdu. Davamlı vulqar sözlərdən istifadə edir, dava salır və çox impulsiv hərəkətlər edirdi. Gage, dəmiryolundakı işindən çıxıb, sirkdə tamaşalara qatılır, artıq qəzibə fiziki görünüşü və şəxsiyyətindən dolayı sirk aktyoruna çevrilmişdi. Phineas Gage, Dr. Harlow ilə çalışıb və Harlow beynin ön payının (prefrontal cortex) insanda hansı səlahiyyətləri ehtiva etdiyini Gage sayəsində araşdırıb və sübut etmişdir.

Genie_(feral_child)

2.Genie – Vəhşi uşaq - Genie, dünyada nadir hallarda rast gəlinən “vəhşi uşaq” nümunələrinin ən yaxın zamana aid olan və ən çox araşdırılan formasıdır. “Vəhşi uşaq” termini, mədəniyyətdən uzaqda, təbiətdə və ya insan faktorunun çox az olduğu bir mühitdə böyüdülmüş və uşaqlıqda otağa salınaraq istismar görmüş uşaqlar üçün istifadə edilir.

Genie, 1970-ci ildə 13 yaşında olarkən tapılıb. Genie`nin başına gələnlər olduqca qorxulu və uşaq istismarının ən neqativ nümunələrindəndir: atası, Genie`də zəka geriliyi olduğuna inanaraq onu otağa əşya şəklində salıb və Genie nə zaman səs salsa onu vururmuş. Genie ilk tapıldığı zamanlarda, motor funksiyaları son dərəcə aşağı olan, qeyri-sağlam və danışmayan bir uşaq olub. Psixoloqlar dərhal bu prosesin maraqlı olmasının fərqinə varıb, onu tətqiqatlarında istifadə ediblər. Genie, tədqiqatçıların nəzarəti altında zamanla müəyyən qədər sağalmış və müəyyən qədər danışmağa başlamışdır. Lakin tədqiqat müddəti bitdikdən sonra Genie yenidən baxım evlərinə göndərilir və öncəki danışmayan vəziyyətinə geri qayıdır…

Genie_Vahsi_Cocuk_EgitimilkCom

Hazırda 57 yaşı olan Genie`nin vəziyyəti olduqca ağırdır. Psixoloji olaraq bitkindir və insanlarla qətiyyən danışmır, ünsiyyət qurmur. Psixoloqlar isə Genie sayəsində uşaqların zəka inkişafında gedən proseslərin və dil öyrənmək üçün olan kritik mərhələlərin əhəmiyyətini tapıblar. Genie özünə gəldikcə ondan olan sevimliliyin fərqinə varan bəzi psixoloqlar onu övladlığa götürmək istəyib, lakin heç biri buna tam olaraq cəsarət edə bilməyib.

Albert-and-rabbit-1024x718

3. Little Albert – Klassik şərtləndirmənin ilk qurbanı

Little Albert nümunəsini psixologiyada etikaya verilən əhəmiyyətin artmasını təmin edən ən əhəmiyyətli araşdırmalardan biri olaraq qeyd edə bilərik. Bihevioral psixoloq James Watson, bu sahədə apardığı tədqiqatlarda insanın qorxularının sonradan qazanıldığına dair müşahidə apardıqda, bu tezisini tədqiqat laboratoriyalarında aparmağa qərar verdi. Sağlam uşaq olan Albert`i bir çox psixoloji testə tabe edir və heç bir qorxusunun olmadığını müşahidə edir. Bundan sonra Watson, etikanın bütün tələblərindən uzaq tədqiqatına başlayır: Albert`də sonradan qazanılmış qorxular yaratmaq məqsədiylə Alber`in daha əvvəllər varlığından qorxmadığı siçan, dovşan və bəzi oyuncaqlarını, onun arxasında yüksək səslə çalınan “Gong!” səsi ilə birləşdirir (bu klasik şərtləndirmə üsuludur). Gong səsi və oyuncaqların eyniləşdirilməsi artdıqca, artıq Albert adi oyuncaqların sadəcə varlığından belə qorxaraq ağlamağa, titrəməyə və müəyyən fizioloji simptomlar göstərməyə başlayır. Bu tədqiqat Albert`in psixologiyası üçün son dərəcə yorucu idi. Uşaq artıq yalnız qalanda belə vahimədə olurdu. Mənfi hallardan biri ondan ibarət idi ki, tədqiqatı aparan psixoloqlar, Albert`in ruh sağlamlığı üçün reabilitasiya müddətinə başlamırdılar.

Anna_O_Kimdir_EgitimilkCom

4. Breyer`in İsteriyası – Anna O

Anna O, əsl adı ilə Bertha Pappenheim, Freyd`in da müəllimi olmuş Joseph Breuer`in xəstəsidir. Anna O, əslində tibb doktoru olan Breuer`ə bədənində olan paraliclər, öskürmə, görmə və nitq pozuntusu, hallüsinasiya və şüur itkisi kimi narahatlıqlarla müraciət etmişdi. Breuer, Anna O`ya “histeriya” diaqnozu qoyur. İsteriya, konversion xəstəliyidir. Yəni, zehni narahatlıqların, basdırılan duyğuların domatik xəstəliklərə və reaksiyalara səbəb olan psixoloji narahatlıqdır. Anna O`nun terapiyasında ilk əvvəl hipnoz tətbiq edən Breuer, xəstəsinin öz-özünə danışdığını anladıqda, hipnozdan vaz keçib onu “nitq terapevti” ilə malicə etməyə qərar verir. Hazırda bildiyimiz kimi psixoanalizin ilk nümunəsinin təməlini qoyur.Anna O, terapiya seanslarında Breuer`ə ağlına nə gəlirsə danışaraq zaman keçdikcə vəziyyətində böyük irəliləyişlərə nail olur. Lakin, psixoanalizdə xəstənin, ən dərin arzularını terapevtinə əks etdirdiyi perenos (transfer) , Anna O ilə Breuer arasında da baş verdikdə Anna O Breuer`dən hamilə olduğunu düşünməyə başlayır və ürək bulantıları hiss edir. Bu nöqtədə Breuer, ailə başçısı olaraq reputasiyası üçün Anna O`nu müalicə etməyi buraxır. Bu andan sonra Anna O`kı bütün klinik göstəricilər geri inkişaf edir və əvvəlkindən daha ağır bir vəziyyətə düşür. Sonda isə psixiatrik klinikaya göndərilir.

Bütün bu etik prinsiplərdən uzaq tədqiqatlara baxmayaraq, hazırda bütün psixoloq və konsultantlar “Zərər vermə” (Do no harm) prinsipi ilə terapiyalar və tədqiqatlar aparırlar.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Qadın və kişi ürəkləri arasındakı fərqlər

Qadın ürəyi deyərkən həmişə ağıllara həssaslığı və kövrəkliyi gəlir. Ancaq bu, elmi olaraq da təsdiqlənmiş bir həqiqətdir. Qadınlarda ürəyin damarları daha incə, həssas və büzüşməyə meylli olur.

Qadınla kişi ürəyi ölçü olaraq da bir-birlərindən çox fərqlidir. Qadın ürəyi kişi ürəyindən fərqli olaraq daha kiçikdir. İnfarkta belə daha dözümsüzdür. 40 yaşdan yuxarı qadınların əksəriyyəti ürək-damar xəstəliklərindən həyatını itirir.
 
Qadın ürəyinin damarları daha incədir. Kişilərdən fərqli olaraq qadın ürəyinin damarları 1 mm daha incə olduğundan damara müdaxiləni daha da çətinləşdirir.
 
Qadınlarda qapaq quruluşu daha elastikdir. Buna görə qapaq xəstəliyi və ürək döyüntüləri daha çoxdur.
 
Qadınlarda ürək damarları daha həssas olduğundan büzüşməyə daha meyllidir. Büzüşən ürək damarlarının diaqnozu çətin olduğundan sinə ağrılarına səbəb olur.
 
Qadınlarda ürək xəstəlikləri çətin tapılır.
 
Qadın ürəyi infarkt sonrası fəsada daha dözümsüz olur. İnfarkt sonrası ölüm kişilərə nisbətən daha yüksəkdir.
 
Kişilərdə ürəklə bağlı sinə ağrısı daha çox yaşanarkən, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq, şişkinlik hissi ön plana çıxır. Bu da diaqnozda çətinlik yaradır.
 
Qadın ürəyi kişilərə nisbətən daha çox döyünür. Ürək döyüntüsü kişilərdə bir dəqiqədə 70-72, qadınlarda 78-82 arasında dəyişir. Bu da döyünmə və nəfəs darlığı şikayətlərinin qadınlarda daha çox görülməsinə səbəb olur.
 
Qadın ürəyinin damarları laxta yaratmağa daha meyllidir. Doğum həbi istifadə edən, siqaret çəkən qadınlarda bu risk daha çox görülür.
 
Qadın ürəyində damarların xəstəliklərə həssaslığı menopuauzadan sonra daha çox artır.
 
Qadın ürəyinin problemləri testlərdə çətin müəyyən edilir.
 
Ürəyinizi qorumaq üçün ideal çəkini qorumalı, yüksək təzyiq və şəkər xəstəliyini həmişə nəzarətdə saxlamalı, siqaretdən uzaq durmalı, müntəzəm idman etməli, düzgün qidalanmalı və stressdən uzaq durmalısız.
 
lent.az

Go Back

Hansı peşələr intihara meyli artırır

Bəzi peşələr stressli çalışma şərtlərinə görə, intihara meyli artırır. Araşdırma zamanı xəstəxana işçilərinin 22%-nin intihara meylli olduğu ortaya çıxıb.

Bəs başqa hansı peşələr risk altındadır?

Siz də bu peşələrdən birinə yiyələnmisinizsə, əqli sağlamlığınıza diqqət edin.
 
Həkimlər xəstələnəndə başqa həkimin yanına müayinəyə getməz, öləri özlərini müalicə edərlər. Stress, dərmanlala ünsiyyət, rəqabət, uzun iş saatına malik olan bu peşədə intihar sıx görülür.
 
Stomatoloq. Millətin ağız qoxusuna dözməyə məcbur olan diş həkimlərinin də işi heç bitməz. Ağız cərrahları ağız içində xərçəng əlamətlərini axtarmağa çalışır. Yanlış müalicə, ya da bu riskdən ötrü başı ağrıyan tibb işçilərinin dərmanlara qucaq açması intihara meyli artırır.
 
Cərrah. Ömrünün yarısını təhsilə sərf edən cərrahların bütün həyatı stressdir. Hər kəsi xilas etmək imkansızlığı, bunu qəbul etmək bir çətinlikdir. Tibb dünyasında daha çox cərrahlarda intihar rastlanır. Bir insanın həyatını iki əli arasında tutan cərrahlar qürurlu olduğunda çox zaman başqalarından kömək istəməz.
 
Baytar. İnsanların ev heyvanlarını itirməsinə şahid olmaq insanın yaxınını itirməyə şahid olmaq kimi bir şeydir. Baytarlar peşələrində çox çətin qərarlarla qarşı-qarşıya dura bilirlər. Təhsil müddəti uzun və çətin olan insanlar özlərindən nələrisə başqalarına qurban vermək kimi düşüncəyə sahib olurlar.
 
Tikinti müdiri. Planlı iş və hər zaman ehtiyatlı olmaq. Hər şeyin planlaşdırılmış kimi getməsi onun işidir. Hətta maaşlar gecikəndə, böhran zamanı hər şeyi həll etmək onun öhdəsinə düşür.
 
Aptek işçiləri. Bütün günü antidepressantlar, dərmanlar içində olan aptek işçilərinin intihar düşüncəsində olması riski də yüksəkdir. Bu işçilər özlərini pis hiss etdiyində reseptsiz də olsa, dərman istifadə edir. Bu da intihara qədər gedən dərman asılılıqlarına yol açır.
 
Gəmi mühəndisliyi. Mühəndislər özlərini stressə salırlar. İş saatları çox olan mühəndislər xüsusən də əgər öz layihələri üzərində çalışırsa, boş saatlarını da işə həsr etməli olurlar.
 
Maliyyə işi. Başqalarının pulunu idarə etməkdə məsuliyyət daşıyır, buna görə çox təzyiq və stress altında olurlar. Pulun çox asan qazanılıb itirildiyi bu sektorda iqtisadi böhran yaşandığında intiharlar artır.
 
Həmişə yeni bir kəşf axtarışında olan elm adamlarının özlərindən gözlədikləri daha çox olur.
 
Əkinçilər səhərdən gecəyə qədər işləməli olurlar. Günləri düşüncələrlə keçir.
 
Bundan başqa şəhər bələdiyyəsi, rəqabətin çox olduğu əmlak sektoru, insan talelərini müəyyən edən vəkillər, təhlükəli və olduqca stressli bir peşəsi olan polislər də intihara meylli olurlar.
 
lent.az

Go Back

Kişi ilə qadın arasında bu fərq də tapıldı

Kişilər və qadınlar, sanki, fərqli planetlərdəndir. Və bu fakt heç kimə sirr deyil. Qadınla kişinin yuxularının da fərqlənməsi isə artıq xəbərdir. 

Böyük Britaniyanın Suonsi Universitetinin alimləri bu faktı aşkar ediblər. 

Məlum olub ki, qadınların yuxuları çoxsaylı kiçik detallar və emosional rənglərlə zəngindir. Kişilərin yuxuları isə aqressiya və hadisələrin dinamik inkişafı ilə bol olur. 

Alimlərin bu kəşfi iri miqyaslı araşdırmaya əsaslanır. Onlar yüz mindən çox insanın yuxularını analiz ediblər. Məlum olub ki, kişilərin yuxularında avtomobil, silah, zorakılıq tanımadığı adamlarla alovlu sevgi mövzusu daha çox yer alır. Qadınlar isə adətən yuxularında yaxın tanışlarını görürlər. Qadın yuxuları, zəriflik, romantika ilə dolu olduğu halda kişilərin yuxularında kobudluq daha çox yer tutur. 

Araşdırma qadın yuxuları ilə bağlı daha bir maraqlı faktı ortaya çıxarıb. Qadınların yuxularındakı hadisələr adətən qapalı məkanlarda baş verir. Kişilər isə yuxularında küçədə, çöldə, bayırda olurlar. 

Oqranizmdəki testosteron maddəsinin miqdarı da kişilərin yuxularına təsir edir. Əgər bu maddə çoxdursa, yuxular sərt intim səhnələrlə zəngin olur. 

 

milli.az

Go Back

31 MART Azərbaycanlıların Soyqırım Günüdür

Erməni millətçilərin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir.

Çar 1-ci Aleksandr isə 1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: "Ermənilər nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".

Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri C.Şaumyan olmuşdur. Xatırladaq ki, hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır.

Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşmüşdür. Belə ki, 1918-ci ilin mart ayında Brest - Litovsk-Sürix müqaviləsinin bağlanması ilə əlaqədar İran və Türkiyə cəbhəsindən geri dönən rus və erməni əsgərlərinin bir qismi Bakıda yerləşdirilmişdir. 12 minlik bu ordunun 75 faizi erməni idi. Şəhərdə müsəlman əsgərləri isə son dərəcə az idi. Bu zaman Lənkəranda könüllü Azərbaycan əsgərləri çətin vəziyyətdə qalmışdılar. Bakıdan əsgərlərimiz onlara silah göndərmək təşəbbüsü ilə çıxış etmişdilər. Bu təşəbbüs Şaumyana millətçi siyasətini reallaşdırmaq üçün əlverişli bəhanə olmuşdu.

O, Lənkərana silah göndərilməsi əmri vermişdi. 1918-ci il martın 30-da Azərbaycan könüllü ordusunun zabitləri silahları "Evelin" gəmisinə yüklədikləri zaman fürsəti əldən verməyən Şaumyan gəmi ilə Lənkərana getmək istəyən müsəlman zabitlərinin Muğanda rus-malokan kəndlərini məhv etmək tapşırığı aldıqları haqqında şayiə yayır və bu məsələ ilə əlaqədar təcili tədbirlər görür. O, hər şeydən əvvəl rus-malokanlara canıyanan bir insan kimi riyakarlıq edərək rusları qızışdırır və onları əmin edir ki, bu işdə ermənilər ruslara lazımi dəstək verəcəkdir.

Beləliklə, 1918-ci il martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır.

1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu haraya çatmasa idi bu qırğının miqyası daha dəhşətli olardı. Daşnak quldur dəstələrinə qarşı vuruşlarda 5 min azərbaycanlı və min nəfərədək türk həlak olmuşdur. Onların məzarları dağüstü parkdadır, onlara ehtiram simvolu olaraq abidə ucaldılmışdır.

1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından qovulması, 1987-1989-cu illərdə Ermənistandan son deportasiya və nəhayət erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü onların mənfur siyasətinin - uydurma, qondarma "Böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə bağlıdır. Təəssüf ki, ermənilərin yeritdikləri mənfur siyasət vaxtında beynəlxalq aləmdə lazımi səviyyədə ifşa olunmamış, xalqımıza qarşı törədilən bu soyqırıma siyasi, hüquqi qiymət verilməmişdir.

Doğrudur, Azərbaycan Demokratik Respublikası 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, fransız, rus,

Azərbaycan dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi. Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində də ümummilli liderimiz Heydər Əliyev öz dahiliyini və müdrikliyini göstərdi. Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi - siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu.

    rly.az           

Go Back

Adam yeyən bakteriya - SİNTİYA


Bu bakteriya təbii deyil. Süni yolla yaradılıb. BP neft korporasiyasının Meksika Körfezindeki neft platformasının partlamasından ve okean sularına neft yayılmasından sonra yaradılmış "Sintiya" adlı bu bakteriya nefti "yemeli" idi. Lakin 2011-ci ilden beri mutasiya etmiş hemin bakteriya körfezdeki bütün canlıları mehv etmeye başlamaqla yanaşı, insanları da öldürür.


32 yaşlı Robert Voun qorxunc xesteliye nece yoluxduğunu bilmir.


"Qarnımın aşağısı ağrıyır. Oturanda, uzananda, gezende ağrıdan az qalıram huşumu itirim", - Voun deyib. Hekimlerin dediyine göre, Voun et yeyen bakteriyaya yoluxub.


Corciya ştatının Tallapussi şeherinde sintiya bakteriyasına yoluxmuş Eymi Kouplend cerrahiyye emeliyyatına meruz qalandan ve ayağından 72 sm deri kesilib götürülenden, axırda ise amputasiyadan sonra ölümden qurtulub. Lakin sintiya bakteriyası ondan el çekmeyib, yanaqlarını da yemeye başlayıb. Yoluxucu xestelikler üzre mütexessis, doktor Robin Dretlerin dediyine göre, "adamyeyen" adlandırılan bakteriyalar derinin mühafize tebeqesini delerek keçir ve letal sonluqla biten xestelik yaradır..

 

Go Back

Novruz bayramının tarixi və adət-ənənələri

Novruz bayramının bütöv mifoloji semantikasında xalq meydan tamaşalarından tutmuş, ayrı-ayrı mövsüm atributlarına, kulinar atributlarına qədər bu "mifoloji yol"un izləri özünü qoruyub saxlayır. Bu yolun bayramaqədərki dörd ilaxır çərşənbələr üzrə nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Məlumdur ki, Novruz bayramına qədər dörd çərşənbə geniş şəkildə qeyd edilir:

1.Su çərşənbəsi
2.Od çərşənbəsi
3.Yel çərşənbəsi
4.Torpaq çərşənbəsi

Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir. Bu aspektlərə ayrı-ayrılıqda diqqət edək.

Su çərşənbəsi

Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən dominant komponentdir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Ümumiyyətlə, dünyanın əksər xalqlarında su ilə bağlı miflərdə süyün bu keyfiyyəti-od, torpaq, hava ilə bərabər yaradılışın əsas komponentlərindən olması daha qabarıqdır. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaradılış prosesinin ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir. Su çərşənbəsində suyun qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir sakral inam obyekti kimi çıxış edir. Məsələn, Azad Nəbiyevin şərti olaraq "Qurd və su" adlandırdığı mifdə qurdun yaralanmış balası buz bulağın suyunun sakral-mifik gücü ilə yenidən həyata qayıdır. Mifik planda suyun bu yaradıcılıq, həyatvericilik funksiyası onun daha dərin mifoloji qatlarda insanın yaranmasında iştirak edən dörd ünsürdən biri olması ilə əlaqədardır. Azərbaycan folklorunda, eləcə də türk xalqlarının folklorunda suyla bağlı sakral görüşlər, inam və sınamlar da bununla əlaqədardır.

Novruz çərşənbəsi

Od çərşənbəsi

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezesinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan "Qodu xan" oyunu, onunla bağlı mətnlər bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir. Od kultunun yaradılışla əlaqəsi isə ilk dəfə olaraq epizodik də olsa Mirəli Seyidovun tədqiqatlarında əksini tapıb. Qam-Şaman mərasimindən söhbət açan alim yazır: "Törəndə, ocağın çevrəsində oturanlar dəfi gündoğan yöndən günbatana dığırlayırdılar. Dəfin gündoğandan günbatana doğru hərəkəti sözsüz ki, günəşə inamla ilişgilidir. Qamlar dəfə yaranışın bəlgəsi kimi baxırdılar. Yaradılış kosmoqoniya ilə ilişgili bu görüş öz əksini qam-şaman dəfində tapmışdır".

Göründüyü kimi, alim şaman dəfini günəşin və yaradılışın simvolu kimi izah edir. Odun türk-mifik görüşlərində dünya ağacı ilə əlaqəsi də son dərəcə maraq doğuran mifoloji görüşlərdəndir. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə etmişdildər. Odla bağlı türk-mifik görüşləri müəyyən mənada atəşpərəstliklə birləşərək, Novruz bayramının ritual semantikasına trasfomasiya olunmuşdur. Lakin diqqətlə baxıldıqda odun novruz bayramının mərasim sistemində oynadığı funksiyanın genetik kökləri etibarilə yaradılışa gedib çıxdığının şahidi oluruq. Onun nəsil və coyun qoruyucusu olması sistemi bunu daha bariz göstərir: "Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqlardan biridir. Əski düşüncəyə görə, atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. Atəş tanrısı atəşi və ocağı qoruyur. Atəşə su tökülməz, ona pis söz deyilməz".

Yel çərşənbəsi

Novruz bayramı ərəfəsində keçirilən yel çərşənbəsi də yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir. Belə ki, yaradılışla bağlı dörd ünsür mifində yaradılışın maddi əsası olaraq torpaqla su binar oppozisiyadırsa, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadır. Yaradılış mifologiyasında torpaqla suya daha çox statiklik, donuqluq, yellə oda isə dinamiklik, hərəkət xasdır. Bu mənada yel, hava birbaşa ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Əski türk mifoloji mətnlərində bu mifin məntiqdən irəli gələrək yel daha çox antropomorflaşdırılmış, canlı, çevik bir varlıq kimi təsəvvür edilmişdir. Bu təsəvvürlər daha çox "yel baba" mifik obrazında konsentrasiya olunmuşdur. Bəzi hallarda mənfi semantemdə də xatırlanan yel baba əksərən müsbət obrazda özünü göstərir.

Torpaq çərşənbəsi

Sonuncu ilaxır çərşənbə torpaq çərşənbəsidir. Yuxarıda da qeyd etdiyimiz kimi, torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.

Novruzun tarixi kökləri

Novruz təqvimi ən qədim təqvimlərdən biri hesab edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır. Novruzla bağlı bizə məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa edilmiş "Yeni Avesta" təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər. Elə buradaca qeyd edək ki, ən qədim "Avesta" haqqında verilən məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim "Avesta" təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir. Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.

İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür. Cəlali adıyla məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən, Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.

1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm "Sultan Novruz", həm də "Təzə paltar bayramı" adlandırırlar. Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini , 6-cı günü öz valideynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.

XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir. Yenidən illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il bayramın 7-ci günü-martın 27-də qəflətən vəfat edir. Və ən nəhayət Azərbaycan milli müstəqillik dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir. Ümummili liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, ümumi mədəni siyasətin tərkib hissəsi və davamı olaraq Novruz bayramı, sözün həqiqi mənasında, yenidən xalqımıza qaytarıldı.

 

Müəllif: Aygün Telmanqızı

kayzen.az

Go Back

Biz niyə qorxuruq

Əcdadlarımıza baxdıqda bizim həyat daha təhlükəsiz və stabildir. Bizlərə vəhşi heyvaların hücum təhlükəsi yoxdur, aclıq və xəstəliklərin bir çoxları həblərin vasitəsi ilə müalicə olunur.

 Bəs niyə bizdə qorxu hissi var, qorxu hissi təhlükələrlə birlikdə getməməliydimi?

Sizə müasir zamanda insanların çoxusunun niyə fobiyadan əziyyət çəkdiklərini və bu qorxularla necə mübarizə aparmağın yollarını açıqlayacayıq:

Qədim insanlar təbiət hadisələrinin elmi izahını verə bilmirdi, onları ildırım, göy gurultusu və vəhşi heyvanlar qorxudurdu. Əjdadlarımızın qorxusu real təhlükə ilə izah olunurdu, gündəlik həyatda sağ qalma sualı hər an aktual idi, amma bununla bərabər qidanın tapılması üçün  hər an qorxu hissinə qalib gəlməsi gərəkirdi. Bu hissləri siz ancaq Sibirdə tayqa meşələrində əli yalın vəhşi ayı ilə rastlaşdığınızda keçirə bilərsiniz. Müasir zamanda insanların əksər həyatı belə bir təhlükədən tam uzaqdır.

Müasir insanın fobiyası obyektiv deyil, yanı əcdadlarımız bilirdi ki, canavar qorxuludur, çünki canavar onu yeyə bilərdi. Müasir insanın fobiyasının nədən doğması çox hallarda sual altında olur. O qorxur amma bilmir, nədən və hansı səbəbdən.  Belə qorxular getdikcə əsəbi qorxuya çevrilir və belə fobiya ilə mübarizə aparmaq çox çətindir.

Qorxu qadağadır!

Bu tip qorxular arxaikdir, bizim əcdadlarımız vəhşi təbiətdə yaşayaraq sürətli olmaları tələb olunurdu, ona görə "vur ya qaç" şüuraltı reaksiyası yaranmışdır və indi bu qorxu tipi evalutsiya edərək əsəbi qorxu halına gəlmişdir.

Freydə görə şüuraltı olaraq  hər hansı qarşımıza qoyduğumuz məqsədə doğru hərəkət ediriksə və bu yolda hər hansı manelərlə rastlaşırıqsa o zaman daxili genetik mədəniyyətimizdə narazılıq yaranır, nəticədə bu işin bizə görə olmadığını anlayırıq və qorxu vasitəsi ilə qadağa formalaşır.

Müasir zamanda qorxmaq utancvericidir!

Müasir insanın ən böyük səhvlərindən biri proqres nəticəsindən insani hislərdən uzaq düşə biləcəyi düşüncəsidir. İndiki zamanda insanlar qorxu hissi nəticəsində affekt halındadırlar, nəticədə daha çox narahat və həyəcanlı olurlar. Çox hallarda insanlar hər şeydən danışırlar: işıq pulundan, müğənilərdən, siyasətdən,  amma nəticədə heç nə danışmırlar şəxsi hissləri, düşüncələrindən bir kəlmə belə dilə gətirməkdən çəkinirlər. Zəif tərəfləri göstərməkdən qorxuruq. Bu da təsadüfi deyil, yaxınlarımız ən yaxşı halda bizə məsləhətlər verəcək, nəyisə səhv etdiyimiz üçün qınayacaq, amma çıxış yolunu göstərməyəcək, vəziyyətdən çıxmamız üçün yardım etməyəcək. Daha dəhşətlisi isə bizim zəif tərəflərimizi bilərək özümüzə qarşı istifadə edə bilmələri olacaq.

Müasir zamanda hislərimizi idarə etmə kimi qəribə illüziya mövcuddur. Çox maraqlıdır insanlar hisslərini niyə idarə etmək istəyirlər?  İnsan qorxduqda özünü gücsüz hiss edir. Müasir dünyamız isə bizdən güclü olmağımızı tələb edir. Müasir insan ilkin olaraq öz qorxusunu etiraf etməlidir və daha sonra qorxunun səbəbini aradan qaldırmalıdır.

İnsanlar necə özlərindən qaçırlar və qorxunu aldatmağa çalışırlar?

İnsanların ən böyük qorxularından biri özlərini tanıması ilə bağlıdır. Bizlər o qədər sosial, iş və ailə qayğıları ilə başımızı doldururuq ki, özümüzlə daxili eqomuzla söhbət etməyək. Boş qaldığımız zamanda isə telefonda ya oyun oynayırıq ya da sosial saytlarda yenə kiməsə fikir bildiririk. Bizə elə gəlir ki sakitlikdənsə səs-küy yaxşıdır. Daima nə isə baş verməlidir ki, biz özümüzü unudaq, amma unudurq ki, özümüzü tanımadan, bizi narahat edən qayğılardan, hislərdən nə qədər qaçacağıqsa, problemlərimiz o qədər böyüyəcək və artıq öhtəsindən gələ bilməyəcək bir fobiyaya çevriləcək.

Qorxuya qalib gəlmək olarmı?

Hamı qorxu hissindən can qurtarmaq istəyir, amma sizi məyus edəcəyik: bu mümükün deyil

Mənə kimsə deyəndə ki, heç nədən qorxmuram, mən o insandan çəkinirəm. Çünki manyaklar heç nədən qorxmurlar və ağılarına gələn fikri həyata keçirərək insanları qətlə yetirə bilərlər.

Ona görə qorxduğunuza görə narahat olmağ lazım deyil. Bəzi anlarda qorxu sizi təhlükədən qorumaq üçün şüraltı yeganə sərhəddir. Sadəcə çox qorxuya da qapılmaq lazım deyil, hər şeyə şüurla yanaşmaq lazımdır, məsələnin nəticəsini aradan qaldırmaq istəyirsizsə səbəbi araşdırın. Səbəb aradan qalxdıqda isə qorxu da olmayacaq.

atv.az

Go Back

Bütün işlərini təxirə salanlar oxusun

Arada çoxumuz görməli olduğumuz işləri təxirə salaraq, başqa bir günə və ya saata saxlayırıq. Ancaq bu hal sıx rastlanırsa və hər gün təkrarlanıb işlərinizi əngəlləyirsə, təhlükə siqnalları çalır demək. Tibbdə “procrastination” adlanan, dilimizdə “təxirəsalma” xəstəliyi olaraq bilinən bu problemlə bağlı psixoloqlar mühüm məlumatlar veriblər.

 

Əgər hər işinizi təxirə salmağa başlamısınızsa və bu hal gündəlik işlərinizi əngəlləyirsə, artıq hərəkət keçməyiniz lazımdır.

 

Bu xəstəliyin başlıca əlamətləri nələrdir?

- Mükəmməliyyətçilik

- Motivasiya əskikliyi

- Uyğun olmayan iş, imtahan, layihə seçimi

- Bacarıqsızlıq duyğusu, yəni “onsuzda bacarmayacağam” düşüncəsi

 

Bu xəstəliyi olanlara tövsiyələr

 

Qısa yürüşlər edin: Bayırda qısa da olsa vaxt keçirmək zehninizə və bədəninizə enerji verəcək.

Ən yaxşı vaxtınızı tapın: Gün ərzində daha da enerjili, daha məhsuldar olduğunuz bir vaxtı seçin.

Hər gün bir işi görün: Başlamadan əvvəl “bu gün edəcəyim bircə işim olsa, nəyi etsəm daha yaxşı olardı?” - deyə, düşünün.

İşləri hissələrə ayırın: Bu halda iş böyük dağ kimi deyil, balaca parçalar şəklində görünəcək.

Qısa aralar verin: 25 dəqiqə işləyin və 3 dəqiqəlik fasilə edin ki, beyniniz rahatlasın. 

 

lent.az

Go Back

Pul üçün SİRR

“İnsan beyni təsəvvür etməyə qadir olduğu hər bir şeyi, əldə etməyə də qadirdir”.

U. Klement Stoun (1902 -2002)

Pulu cəzb etmək üçün fikrinizi varlı həyata yönəltməlisiniz. Əgər siz həmişə pul çatışmazlığından şikayət edirsinizsə, varlı ola bilməyəcəksiniz. Çünki, siz ancaq pulun azlığı haqda düşünürsünüz. Fikrinizi pul çatışmazlığında cəmləməklə pulunuzun kifayət etmədiyi hallarla daha çox rastlaşacaqsınız. Bu haqda arzunuza çatmaq üçün yalnız varlı olmaq haqqında düşünmək lazımdır.

Siz öz fikirlərinizlə yeni bir siqnal verməlisiniz və bu fikirlər təsdiq etməlidir ki, sizin hal – hazırda kifayət qədər pulunuz var. Təsəvvürlərinizə müraciət etmək və kifayət qədər pulunuzun olduğunu düşünmək mütləqdir. Bu, belə bir maraqlı məşğuliyyətdir! Çoxlu pula malik olduğunuzu təsəvvür etmək belə, özünüzü yaxşı hiss etməyinizə səbəb olacaq. Əhvalınız da yüksəldiyi üçün pul sanki, həyatınıza axmağa başlayacaq.

Cekin çox gözəl bir hekayəsi “Sirr” komandasına ilham verdi və onlar belə bir addım atdılar. Boş çek şəkli çəkdilər və onu sayta yerləşdirdilər: Sizin üçün boş çek – bu çek Kainat bankındandır  . Siz bu çekin üzərinə adınızı və görmək istədiyiniz məbləği yaza bilərsiniz. Sonra bu çeki göz önündə saxlayın. Hər gün bu çekə baxın və elə hiss edin ki, bu məbləğ artıq sizindir. Təsəvvür edin ki, bu pulları artıq xərcləyirsiniz, nə alacağınızı, bu məbləğin köməkliyi ilə nə edə biləcəyinizi düşünün. Bu prosesdən zövq alın! Bilin ki, siz istədiyiniz andan pullar artıq sizindir. Bir müddət sonra elektron ünvanımızda bu çekin vasitəsilə böyük məbləğdə pul qazanmış milyonlarla insandan məktub aldıq. Bu əyləncəli oyun sizin üçün də çalışır!

Var-dövləti cəzb edin. İnsanların istədikləri məbləğə sahib ola bilməməklərinin yalnız bir səbəbi var: onlar öz fikirləri ilə pul axınına mane olurlar. Hər bir neqativ fikir, hiss və ya emosiya pul da daxil olmaqla, hər bir yaxşı hadisənin baş verməsinə mane olur. Bu o demək deyil ki, Kainat onları sizdən gizlədir çünki, sizə lazım olan bütün pullar görünməz bir şəkildə artıq sizə məxsusdur. Bu proses üçün sizin kifayət qədər şəraitinizin olmamasına səbəb odur ki, siz pulların yolunu kəsirsiniz. Siz bunu öz fikirlərinizlə edirsiniz. Fikirlərinizin balansını çatışmazlıqdan bolluğa doğru dəyişməlisiniz. Pul çatışmazlığı haqqında düşünməkdənsə, var – dövlətli həyat haqqında düşünün və hər şey bu istiqamətdə yönələcək.

Əgər sizə pul lazımdırsa, bu güclü bir hisdir – və əlbəttə ki, cazibə qanununa görə, siz pula olan ehtiyacı cəzb etməyə davam edəcəksiniz.

Mən sizə öz pul haqqındakı təcrübəmdən danışa bilərəm. Sirri özüm üçün müəyyən etməmişdən az öncə mühasibatçılar mənə dedilər ki, mənim firmam ağır itkilərə yol verib və belə davam etsə üç ay ərzində bankrot ola bilərik. On il müddətində əziyyətlə qurduğum kompaniya əldən gedirdi və kompaniyanı xilas etmək üçün pula ehtiyac duyduqca, işlər daha da pisləşirdi. Mənə elə gəlirdi ki, artıq heç bir çıxış yolu yoxdur.

Sonra mən Sirri öyrəndim və bütün həyatım, eləcə də şirkətlə bağlı işlərim – tamamilə dəyişdi. Çünki, mən düşüncə tərzimi dəyişdim. Mən Kainatın məni düşdüyüm bu çətin vəziyyətdən xilas edəcəyinə və kifayət qədər pul yetirəcəyinə inanmağa başladım. Və Kainat arzumu elə bir şəkildə həyata keçirdi ki, mən bu çıxış yolunu yatsam heç yuxumda da görə bilməzdim. Bəzən bu işin uğurla başa çatacağına şübhə etdiyim zamanlar da olurdu, lakin həmin anlarda mən dərhal fikrimi başqa istiqamətə yönəldir və əldə etmək istədiyim məbləğ haqqında düşünürdüm.Mən bu məbləği əldə edəcəyimə inanır, bunun üçün sevinir və minnətdarlıq (şükr) edirdim.

Mən sizə yalnız Sirri izah etmək istəyirəm. Həyatda istəyinizə çatmağın ən qısa yolu bu andaca xoşbəxt olmaq və özünü xoşbəxt hiss etməkdir! Bu yol sizə lazım olan pulu və istədiklərinizi əldə etməyin ən qısa yoludur. Kainata xoşbəxtlik və sevinc hissi ilə dolu dalğalar yayın. Bu üsulla siz daha çox sevinc və xoşbəxtlik cəzb edəcəksiniz. Əgər siz sevinc və xoşbəxlik siqnalları yaysanız, onlar sizə həqiqət və həyat təcrübəsi olaraq geri dönəcək. Cazibə qanunu sizin ən gizli fikir və hisslərinizi əks etdirərək, onları sizin həyat tərzinizə çevirir.

Ronda Bern “Sirr”kitabı

Go Back

20 nəticə göstərilir