Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Elmi araşdırma"

36 suala cavab ver, aşiq ol

Əvvəllər bir-birini tanımayan adamların sonradan necə çox az vaxt ərzində qarşılıqlı sevgi hissləri ilə bağlandıqları ilə bağlı maraqlı araşdırma var.

20 il əvvəl psixoloq Artur Aron bir eksperiment həyata keçirib. Bir-birini tanımayan qadınlar və kişilər öz partnyorları ilə 36 sual-cavab edirlər. Sonra isə susaraq 4 dəqiqə bir-birlərinə baxırlar. Yarım il sonra bu cütlüklərin əksəriyyəti evlənir.

Suallar isə sadədir.

1. Bütün dünyadan bir nəfəri nahar üçün dəvət etməli olsaydın bu kim olardı?

2. Məşhur olmaq istərdinizmi? Hansı sahədə?

3. Telefonla danışmazdan əvvəl nə deyəcəyinizi məşq edirsiniz? Niyə?

4. Mükəmməl bir günü izah edərsiniz?

5. Ən son nə vaxt öz-özünə mahnı oxumusan? Birinə mahnı oxumusan ?

6. Əgər 90 il yaşasaydınız, ömrünüzün son 60 ilini də 30 yaşınızdakı ya ağlınız, ya da bədəniniz ilə keçirtmək imkanınız olsaydı, hansını seçərdiniz? 

7. Necə öləcəyiniz haqqında şüuraltı hissləriniz varmı?

8. Sizdə və sizin partnyorunuzda olan 3 ortaq xüsusiyyət nədir?

9. Həyatında ən böyük minnətdarlıq hissi nəyə görədir?

10. Yetişmə tərzinizdə nəyi dəyişmək istəyərdiniz?

11. 4 dəqiqə ərzində öz partnyorunuza həyatınızı mümkün qədər ətraflı danışın.

12. Növbəti günə yeni bir özəllik və qabiliyyətlə başlamaq imkanınız olsaydı, nəyi seçərdiniz?

13. Əgər haqqınızda hər şeyi düz deyə bilən kristal şarınız olsaydı, nəyi bilmək istəyərdiniz?

14. Uzun zamandır xəyalını qurduğun, amma etmədiyin bir şey varmı? Etməmə səbəbin nədir?

15. Həyatda ən böyük nailiyyətiniz nədir?

16. Dostlarınızda ən çox nəyi qiymətləndirirsiniz?

17. Ən gözəl xatirəniz hansıdır?

18. Ən qorxulu xatirəniz hansıdır?

19. Əgər bir il ərzində öləcəyinizi bilsəz indiki həyatınızda nəyi dəyişmək istəyərdiniz? Niyə?

20. Dostluq sizin üçün nə deməkdir?

21. Sevgi və məhəbbət sizin həyatınızda necə rol oynayır?

22. Partnyorunuzun müsbət xüsusiyyətlərini sıra ilə 5 maddədə sayın.

23. Ailə üzvləriniz bir-birinə nə qədər yaxındır? Başqa insanlara nisbətən daha xoşbəxt uşaqlıq keçirdiyinizi fikirləşirsiniz?

24. Ananızla münasibətləriniz haqqında nə düşünürsünüz?

25. Biz sözü ilə başlayan üç doğru cümlə qurun. Məsələn, " Biz bu otaqda hiss edirik ki,...".

26. Bu frazanı tamamlayın: " Mən kimləsə bölüşmək istəyirəm, ...".

27. Əgər partnyorunuzun ən yaxın dostu olmaq istəsəniz, o sizin haqqınızda ən əsas nəyi bilməlidir ?

28. Partnyorunuzda bəyəndiyiniz bir xüsusiyyəti deyin. Çox dürüst olun və onu az tanıyan insanın deyə bilməyəcəyi bir şeyi deyin.

29. Partnyorunuzla yaşadığınız ən xoşagəlməz anı paylaşın.

30. Axırıncı dəfə nə vaxt və nə səbəbə ağlamısınız?

31. Öz partnyorunuzda artıq bəyəndiyiniz şeyləri danışın.

32. Nə hədsiz ciddidir və zarafatlar niyə uğursuzdur?

33. Əgər siz, heç kəslə daha əvvəl danışmadığınız nəsə haqqında ünsiyyət qurmaq imkanı olmadan bir gecə ölsəydiniz daha çox heyfslənərdiniz? Nəyə görə hələ də ona bunu deməmisiniz?

34. Sizin bütün əmlakınız olan eviniz yandı.Yaxınların və ev heyvanlarının xilasından sonra sizin yenə də evə qayıdıb hansısa əşyanı çıxartmaq üçün vaxtınız olarsa, bu nə olardı? Nə üçün?

35. Ailə üzvlərinizdən kimin ölümü sizi daha çox üzərdi? Nə üçün?

36. Şəxsi problemlərinizi paylaşın və partnyorlarınızdan məsləhətlər alın. Onlar bu vəziyyətdə necə davranardılar.

Məntiq ondadır ki, insanlar bu suallarla digərinin həyatının həssas sahələrinə baxış əldə edirlər.

​kayzen.az

Go Back

ABŞ prezidentləri Linkoln və Kennedinin inanılmaz bənzərlikləri

ABŞ prezidentləri Linkoln və Kennedinin inanılmaz bənzərlikləri:

Avram Linkoln 1846-cı ildə Konqresə üzv seçilib.

Con Kennedi 1946-cı ildə Konqresə üzv seçilib.

Avram Linkoln 1860-cı ildə ABŞ-ın prezidenti seçilib.

Con Kennedi 1960-cı ildə ABŞ-ın prezidenti seçilib.

Hər iki prezidentin adı – Linkoln və Kennedi yeddi hərflidir.

Hər iki prezident vətəndaş hüquqlarını müdafiə edirdilər.

Hər iki prezidentin xanımı Ağ Evdə yaşayan zaman uşaqlarını itirmişdilər.

Hər iki prezident cümə günü qətlə yetirilib.

Hər iki prezident başından güllələnmişdi.

Hər ikisinin qatili cənublu idi.

Hər ikisinin varisi də cənublu olmuşdur.

Hər ikisinin varisinin adı Conson olmuşdur.

A.Linkolnun varisi olan Endru Conson 1808-ci ildə anadan olmuşdur.

C. Kennedinin varisi olan Lindon Conson 1908-ci ildə anadan olmuşdur.

Linkolnun köməkçisinin adı Kennedi olmuşdur.

Kennedinin köməkçisinin adı Linkoln olmuşdur.

Linkolnu qətlə yetirən Con Uaylks But 1838-ci ildə anadan olmuşdur.

Kennedini qətlə yetirən Li Harvey Osvald 1938-ci ildə anadan olmuşdur.

Hər iki qatil 3 adıyla tanınırdı.

Hər iki qatilin adı 15 hərfdən ibarət olmuşdur.

Linkoln öldürülən teatrın adı “Kennedi” idi

Kennedi qətlə yetirilən maşın “Linkoln” adlanırdı.

But A. Linkolnu qətlə yetirdikdən sonra teatrdan qaçdı və fermada tutuldu.

Osvald C. Kennedini qətlə yetirdikdən sonra fermadan qaçdı və teatrda tutuldu.

elm və həqiqət/facebbok.com

Go Back

Yunqun arxetipləri

Arxetip - fransız dilində köhnə tip, ilkin nümunə mənalarını verir. Karl Qustav Yunqa görə arxetiplər kollektiv şüursuzluğun nəticəsidir və davranışlarımızın səbəbidir. Yunqa görə, hər bir arxetip uyğun obyekt yaxud situаsiya ilə münasibətdə hissləri və fikirləri əks etdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tez yuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rast gəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər. Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə və özəlliklərə ayrılır.Arxetiplər – insanları hadisələri müəyyən bir tərzdə qəbul etməyə, duymağa və onlara reaksiya verməyə yönəldən anadangəlmə ideya, yaxud xatirələrdir. Həqiqətən bu özü-özlüyündəki xatirə yaxud obraz deyil, daha dəqiq desək bu – yönəldici amillərdir ki, onların təsiri altında insan hansısa bir obyektə yaxud hadisəyə cavab olaraq öz davranışında universal dərketmə modelini reallaşdırır. Burada anadangəlmə olan – konkret vəziyyətdə məhz emosional, koqnitiv və davranış olaraq reaksiya vermək meylidir. Arxetip öz-özlüyündə təsvir oluna bilməz, o – şüurda özünün nəticəsi olaraq, arxetipik obraz və ideya şəklində aşkarlanır.Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt, yaxud vəziyyətlə əlaqədar ifadə olunma meyli ilə bağlıdır. O cümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas olan rəmzlər arasında çox vaxt inanılmayacaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi olan arxetiplərə köklənmişdir. “Mən”nin dərin bütövlüyünü, müxtəlif mifoloji ənənələrdə kişi və qadın başlanğıclarının bir şəxsdə mövcudluğunu, yaxud cinsə görə və mənəvi istiqamətlərə görə ziddiyətli olan başlanğıcların mənşə birliyi kimi qəbul edilən genişliyini, öz lazımlığını əsas götürən Yunq insan düşüncəsinin dərinliklərində onların mövcudluğunu aşkar etdi. Yunq kişilərdə Animanı, qadınlarda isə Animusu müəyyənləşdirdi. Yunqun fikrincə, kişinin təhtəl şüurunda zahiri həyatda sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın elementi, qadının təhtəl-şüurunda isə kişi elementi vardır. Özünün qeyri-şüuri tamamlayıcısını kişi qadın obrazı vasitəsi ilə qadın isə - kişi obrazı vasitəsilə qəbul edir. Yunq yazırdı: “Kişinin şüurunda kollektiv qadın obrazı mövcuddur ki, onun köməyi ilə kişi qadın təbiətini dərk edir”, “hər bir ana və hər bir sevgili insanın ən dərin reallığına müvafiq gələn bu əbədi və yaşı olmayan obrazın təcəssümünə çevrilir”. Bu obrazlar insanın şüuri və qeyri-şüuri təbiəti arasında bənd rolunda çıxış edir. Yunq burada müəyyən dərəcədə müəllimi Freydin ardınça gedir: insan üçün daha əlçatan olan qəlbin qeyri-şüuri ideyaları çox vaxt əks cinsin obrazı ilə bağlı olur.

 

Anima və animus arxetipi

Anima və Animus iki bir biri ilə bağlı arxetipdir. Faktiki olaraq fərd tərəfindən dərk olunmurlar. Anima - latın dilində "qəlb", animus isə "ruh" deməkdir. Anima kişidə qadın başlanğıcı, animus isə qadında kişi başlanğıcı obrazında çıxış edən şüursuz təsəvvürlərdir. Məhəbbət və nifrət hissləri bu əsasda yaranır. Düşünmək, hiss etmək, həyatı və dünyanı, allahı və insanı dərk etmək anima və animusun fəaliyyət üsuludur. Təbiət etibarilə anima erotik və emosional, animus isə düşünən və tənqididir. Real həyatda anima və animus kişi ilə qadın arasındakı münasibətlərin formalaşmasına yardım edir. Anima kişidə qadınlığın, animus qadında kişiliyin təzahürüdür, çünki junga görə elə bir kişi yoxdur ki onda qadından nəsə olmasın, eyni zamanda da əksinə. Tamamilə animusun təsirinə düşən qadın qadınlığını itirmək təhlükəsindədir və animanın göstərişlərinə sözsüz əməl edən kişi "qadınlaşa" bilər. Animanın inkişafının 4 mərhələsi mövcuddur: bioloji qadın- həvva, romantik və estetik səviyyəli seksual və erotik qadın - troyalı yelena, dini pərəstiş obyekti olan ruhi ana- məryəm və müdrikliyi təcəssüm edən sofiya. Animus da öz növbəsində 4 mərhələdən keçir: yüksək enerji və fiziki qüvvəyə sahib kişi - herkules, dərrakəli, məqsədyönıü, qadını öz işgüzarlığı ilə cəzb edən- yupiter, böyük həyat təcrübəsi olan, bilikli kişi - alim, professor və s. və dindar və yaradıcı kişi –hermes. Bir çoxları tərəfindən qəbul olunmuşdur ki, insan həqiqətdə heyvani bioseksualdır. Fizioloji səviyyədə biz görürük ki, həm qadında, həm də kişidə kişi və qadın hormonları ayrılır. Psixoloji səviyyədə baxdıqda isə hər iki cinsdə həm maskulin, həm də feminin xarakteri mövcuddur. Homoseksuallıq – daha aydın görünən belə hadisələrdən biridir, hansı ki, insan bioseksuallığı haqqında təssəvürlərə başlanğıc verdi. Kişi şəxsiyyətinin feminin və qadın şəxsiyyətin maskulin tərəfinə Yunq arxetiplər şəklində baxır. Kişidə feminin arxetipi anima, qadında maskulin arxetipi isə animus adlanır. Bu arxetiplər xromosomlar və cinsi maddələrlə şərtlənsələr də kişilərin qadınlarla bağlı olaraq və qadınların kişilərlə bağlı olaraq keçirdikləri təəsüratlаrın nəticəsidir.

 

Kölgə arxetipi

İnsan həyatının qaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins -"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. bir tərəfdən fərdi, digər tərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var və onsuz keçinə bilməz. kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkar meyllərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özünün şüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgə tərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlar ortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqi dəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgə fasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır. bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.

 

Mən arxetipi

Yungun kollektiv şüursuzluq üzərindəki çalışmalarının ən vacib məhsuludur. "mən"the self özünü təstiqləməyə meyllidir. "mən" sistemdəki ən vacib arxetipdir. şüuraltının bütün yönlərini tarazlayır, hər zaman bütünləşməyə çalışır. "mən" kainatı birləşdirməyə yönəlmişdir və onun bir parçasıdır. "mən" fərdiləşmənin, eyni zamanda şəxsiyyətin müxtəlif aspektlərinin inteqrasiyası nəticəsində yaranır. Bu arxetip ətrafında digər elementləri birləşdirən şəxsiyyətin özəyini təşkil edir. Ruhun hərtərəfli inteqrasiyasına nail olunduqda insan birlik, tamlıq və harmoniya hiss edir.

 

odin.az

Go Back

Əbdül Əlizadə: Elmin yolları heç vaxt hamar olmur,o qədər çətinliklə üzləşmişəmki...

Əbdül Əli oğlu Əlizadə ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib. Həyatda elə insanlar var ki, onların adları çəkilən kimi işıqlı əməlləri göz önündə dayanır. Əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktoru, professor Əbdül Əli oğlu Əlizadə kimi. Təsadüfi deyil ki, o, ömrünün 60 ilini məhz psixologiya elminin inkişafına həsr edib. Psixologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Səməd Seyidova məxsus fikirdir: "Əbdül Əlizadə sağlığında öz heykəlini yaratmış insandır. Hazırda ömrünün müdrik çağını yaşayır. Bilirəm ki, beynində Azərbaycan psixologiyasını şöhrətləndirəcək yeni orijinal əsərlərin cizgiləri yaranıb. Qoy o cizgilər tezliklə həqiqətə çevrilsin".

Professor Əbdül Əlizadə respublikamızın görkəmli psixoloqlarından biridir. Bütün həyatını elmə həsr edən bu qocaman alim üçün psixologiya sehirli bir dünyadır. Onu tanıyanlar təsdiqləyirlər ki, bu alim heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilmir. Əbdül müəllimin tələbələri, həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar. Kimi onu qürurlu bir insan, kimi də möhkəm xarakterə malik şəxsiyyət kimi xarakterizə edir. Sadəlik, ziyalılıq, mənəviyyat qanunlarına əməl etmək onun üçün hər şeydən üstündür. Əbdül Əlizadə hələ sovet dövründə ittifaqın müttəfiq respublikalarında məşhur idi. Onun elmi fəaliyyətinin ən çox diqqət çəkən məsələlərdən biri ümumtəhsil məktəbləri və ali məktəblər üçün dərslik və tədris vəsaitlərinin hazırlanmasında yaxından iştirak etməsi olmuşdur. Pedaqoji psixologiya mövzusunda təxminən 200-ə qədər elmi məqalənin və 50-yə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti və kitabçaların müəllifidir.

O, 1932-ci il avqust ayının 16-da Şuşanın Malıbəyli kəndində anadan olub. Nəsil şəcərəsi adlı-sanlı, nüfuzlu Qarabağ bəylərinin kökünə söykənir. Babası Səlim bəy Malıbəyli nahiyəsinin yüzbaşısı olub. Orta məktəbi Bakıda bitirən Əbdül Əlizadə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsində təhsil alıb. Hələ tələbəlik illərindən psixologiya elminə maraq göstərən, onun tədqiqatı ilə məşğul olan Əbdül Əlizadənin üçüncü kursda psixologiya mövzusunda yazdığı məqaləsi onu həm müəllimlərinə, həm də bu sahənin alimlərinə yaxından tanıtdı. Tələbənin istedadlı olması, maraqlı və orijinal fikirləri ilə diqqət çəkməsi hələ o vaxt psixologiya elminə töhfə verəcək böyük bir alimin

gələcəyindən xəbər verirdi. 

Əbdül Əlizadə pedaqoji fəaliyyətinə 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində başlayıb. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun psixologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasını bitirib. İstedadlı psixoloq "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Cinsi dimerfizm və şəxsi qarşılıqlı münasibətlərin psixoloji problemləri" doktorluq dissertasiyalarını müdafiə edib. Bir psixoloq kimi onun elmi yaradıcılığında şagirdlərin yaradıcı təxəyyül mövzusu xüsusi yer tuturdu. Gənc alim bu mövzunu müxtəlif aspektlərdən tədqiq edərək orijinal elmi-praktik nəticələrə gəlmişdir. 

Ötən əsrin əvvəllərində psixologiya və pedaqogika müstəqil elm kimi inkişaf etməyə başlamışdır. Ali məktəblərdə bu fənn geniş tədris edilir, yeni pedaqoji psixoloqların yetişməsinə ehtiyac duyulurdu. Əbdül Əlizadənin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutundakı (ETPEİ) fəaliyyəti həmin dövrlərdə digər respublikaların elmi mərkəzləri ilə əlaqələri baxımından da zəngin olub. Belə ki, Azərbaycan psixoloqları Rusiya, Orta Asiya, eləcə də Cənubi Qafqaz elmləri ilə əməkdaşlığa başladılar. 

Fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov: "Böyük insanlar kainatın sonsuz ənginlliklərində parlayan ulduz kimidir. Bu işıqdan hər kəsə pay düşür. Onlar adları və əməlləri ilə yaddaşa əbədi həkk olur, ürəklərdə sevinc, ümid qaynağına çevrilir. Uca Tanrı belə insanlara iti düşüncə, böyük təfəkkür, geniş ürək və sonsuz istedad bəxş edir. Psixologiya elmləri doktoru, professor Əbdül Əlizadənin anadan olmasının 80 illiyini məhəbbət və ehtiramla qeyd etdiyimiz bu günlərdə demək vacibdir ki, o, psixologiya elmi, mədəniyyəti - pedaqoji fikir tarixində ən layiqli yerlərdən birini tutur. Professor Əbdül Əlizadənin yaratdığı "Psixologiya səhifələri" fəlsəfi, pedaqoji, elmi ideyaları ilə psixologiya tariximizdə ən aktual problemlərin həlli yollarına bir cığırdır". Həmkarlarının da qeyd etdiyi kimi, Əbdül Əlizadə öyrədənlərin öyrədəni şərəfini daşımaqla bərabər, milli-mənəvi dəyərlərə söykənərək yeniliyə səy göstərmiş və "yeniləşək" prinsipindən düzgün bəhrələnmək yollarını dəqiq müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, bu gün də əhəmiyyətini itirməyən müəyyən məsələlərə aydınlıq gətirməklə tarixilik, varislik və müasirlik triadasına ağılla, hissin vəhdətindən ən ali olan mədəniyyət meyarına xüsusi diqqət vermişdir. Alimin fəaliyyətinin elmi zirvəsi bugünümüzün ən bariz nümunəsi və gələcəyin uğurlu göstəricisidir. Qeyd etmək yerinə düşər ki, dünya təcrübəsində üç komponentli taksonomiya yaradılmayıb. Fəxr edirik ki, bu sahədə ilk uğurlu addım Azərbaycan psixologiyasında atılıb. Bu, böyük alim Əbdül Əlizadənin əvəzolunmaz nailiyyətidir. Həmkarlarının fikrincə, Əbdül Əlizadə fenomeni sözün əsl mənasında "Öyrədənlərin öyrədəni" ilə bahəm, psixologiya tarixində "öyrənənlər" və "öyrədənlər" üçün ən maraqlı sahə, axtarışlar səhifəsində isə dərin məna kəsb edən varlıqdır.

Əbdül müəllim həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən el ağsaqqalıdır. Psixologiya elmləri doktoru Ramiz Əliyev söyləyir: "Alimin yaradıcılığı bir insan ömrünə sığmayan möhtəşəm bir məktəbdir və biz ondan həmişə yararlanırıq. Əbdül müəllim təkcə tanınmış alim-psixoloq deyil, o, həm də mənəviyyat sahibidir". Elə bunun nəticəsidir ki, gözəl ailə başçısı kimi xalqımız üçün çox dəyərli övladlar tərbiyə edərək yetişdirib. Böyük oğlu Hikmət Əlizadə pedaqoji elmləri doktoru, professordur. İkinci oğlu Səlim Əlizadə rəssamdır, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Nəvəsi Safurə Səlim qızı Əlizadə müğənnidir. 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən "Eurovision" Beynəlxalq mahnı festivalında iştirak edərək beşinci yer tutmuş və həmin ildən başlayaraq müxtəlif musiqi festivallarının iştirakçısıdır. Səfurə Əlizadə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alır. Əbdül Əlizadənin bacısı Məryəm Əlizadə respublikanın tanınmış teatrşünas alimi və sənətşünaslıq doktorudur. Nəsildən gələn bir nəciblik Əlizadələr ailəsinin Azərbaycan mədəniyyətində, elmində öz yerini əbədiləşdirib. 

Əbdül Əlizadə olduqca təvazökar bir insandır. Ömrünün bu yaşında da elmi araşdırmalarla məşğuldur. Çox təsadüfi hallarda mətbuata müsahibələr verər, ekranda görünər. Onun bir amalı var - sən sənətinin ləyaqətli təmsilçisi olmağa borclusan. Bunun üçün kiməsə minnət vurmağa ehtiyac yoxdur. Hazırda bu görkəmli alim "Məhəbbətin elegiyası" kontekstində "Qadın psixologiyasına giriş" monoqrafiyası üzərində işləyir. Son vaxtlar tez-tez xəstələnməsi, özü demişkən, dərmanlarla "dostluq" etməsi onun müntəzəm işləməsinə mane olsa da, işini sonadək davam etdirəcəyinə əmindir. O, bir məsələni də özünəməxsus sadəlik və razılıqla qeyd edir ki, Pedaqoji Universitetin 90 illik yubileyində Prezident İlham Əliyevin sərəncamı ilə mənə "Əməkdar elm xadimi" adı verildi. Dövlət tərəfindən mənə göstərilən bu diqqət, əslində həyatımda yeni parlaq səhifələr açdı.

Bir alim kimi Əbdül Əlizadə fərəhlə bildirir ki, Azərbaycan psixologiyasının uğurları böyükdür: "Bu gün Azərbaycan psixologiyası XX əsrə 20-30-cu, hətta 40-50-ci illərdə nağıl kimi görünən, sanballı, psixologiya elmində önəmli rol oynayan kafedralarla, ən başlıcası isə sayılıb-seçilən qüdrətli professorları ilə daxil olmuşdur. XX əsrdə Azərbaycan psixologiyası üç maraqlı mərhələ yaşadı. Bu mərhələlərin hər birinin öz xüsusiyyəti və uğurları olub. Fikrimcə, bu elmi sahə indi dördüncü mərhələyə daxil olub. Əlbəttə, Azərbaycan psixologiyası ötən əsrin 70-90-cı illərində sosial, hüquq, pedaqoji psixologiya problemləri ilə müəyyən uğurlar qazandı. Bu, əlamətdar hadisədir, amma hələ də bizim dünya miqyasında səsimiz yetərincə eşidilməyib. İnanıram ki, dördüncü mərhələdə bizim psixoloqlar bu məsələni qətiyyətlə həll edəcəklər".

...Dərin təfəkkürə, elmi biliyə malik olan Əbdül Əlizadə həm də həssas təbiətli, vətənini ürəkdən sevən, torpağına bağlı bir insandır. Oğlu, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə söyləyir: "Mən onu həmişə işləyən görmüşəm. Hətta... xəstə olanda da. İstirahət nədir bilmir. Hamı Əbdül müəllimi qürurlu bir insan kimi tanıyır. Heç mən də onun nə vaxtsa əyildiyinin şahidi olmamışam. Təkcə üç dəfə ağladığını görmüşəm - atasını itirəndə, nənəm dünyasını dəyişəndə, bir də Qarabağ torpaqları işğal olunanda...".

Özünün də fikirləri maraqlıdır: "Elmin yolları heç vaxt hamar olmur. O qədər çətinliklə üzləşmişəm ki... Saçlarım bəyazlaşanda heç 35 yaşım da yox idi. Nə qədər müqavimətlərlə üzləşmişəm, nə qədər ağrı dolu dağlar aşmışam. Buna baxmayaraq mən həmişə qələbə əzmində olmuşam. Nailiyyət qazandıqca o ağrı-acıları heç yada salmaq istəməmişəm. Amma doğma torpağın itkisi tamam başqa bir şeydir. O, sənin bütün varlığında gəzir. Gecə yuxunda, gündüz xəyallarında olur. Az yaşım yoxdur. Qarabağı azad görmək, bircə dəfə də olsa doğma Şuşaya getmək istəyərdim. İndi ən böyük arzum budur".

Yaradıcılığı və elmi fəaliyyəti ilə Azərbaycan psixoloqları üçün nümunə olan Əbdül Əlizadə həmişə qarşısına qoyduğu məqsədə nail olub, istər elmi sahə olsun, istərsə də həyatda şəxsi arzuları. İnanırıq ki, bu ağsaqqal alimimizin yurdla, vətənlə, torpaqla bağlı arzuları da çin olacaq. Günlərin birində Əlizadələrin səsi doğma Şuşadan eşidiləcək!

"Azərbaycan"

news.day.az

Go Back

Qısqanclıq hissindәn necә qurtulmalı?

Qısqanclıq – bizim üçün önәm li olan insanlar tәrәfindәn lazımi diqqәt, qayğı vә sevgi görmәdikdә yaranır. Sevdiyimiz şәxsin diqqәti, hörmәti vә sevgisi başqa obyektlәrә yönәldikdә biz bunu ağrı vә kәdәr hissi ilә qarşılayırıq. Qısqanclıq yalnız emosional әlaqә vә bağllıq olan insanlar arasında baş verir. Hәmin әlaqәlәrin kәsilmәsi qorxusu qısqanclıq hissinin peydә olmasına sәbәb olur.

Әksәr hallarda insanla nәyisә itirdikdәn sonra onun dәyәrini anlamağa başlayırlar. Bu ifadәni işlәdәnlәr dә hәyatlarında vacib olanların dәyәrini onları itirdikdәn sonra analayan insanlardır. Buna görә dә bәzi cütlüklәrdә partnyorlardan biri bilәrәkdәn çәtin situasiyaların yaranmasına şәrait yaradır ki, qarşı tәrәf münasibәtlәri dәyәrlәndirmәyә başlasın. Hәmçinin bu cür metodlar münasibәtlәrin möhkәmliyini vә partnyor üzәrindә hakimiyyәtin gücünü yoxlamaq üçün istifadә edilir. Unutmaq lazım deyil ki, ifrat qısqanclıq tezliklә partnyorları bezdirәcәk, yoracaq vә onun münasibәtlәri tәrk etmәsinә sәbәb olacaq.

Aşağıda qeyd olunmuş siyahımızda qısqanclığın әn geniş yayılmış sәbәblәrini vә onlardan qurtulmaq yollarını sizә tәqdim edirik:

1. Özünü aşağı qiymәtlәndirmә. İnsan özünü, şәxsi keyfiyyәtlәrini düzgün qiymәtlәndirmәyәndә, özünü başqaları ilә müqayisә etmәyә başlayır. Müqayisә zamanı insan avtomatik olaraqbaşqalarında ancaq müsbәt keyfiyyәtlәri görür vә özündә olan mәnfi cәhәtlәrlә müqayisә etmәyә başlayır.

2. Başqası üzәrindә sahibkarlıq hissi. İnsanlar münasibәtlәrә başlayanda partnyoru üzәrindә müstәsna hüquqlara malik olduğunu düşünürlәr vә parntyorun istәnilәn tәkbaşına atılmış addımı, qәrarı, şәxsi maraq vә şәxsi sirrlәri qәbul olunmaz olmağa başlayır. Bu hal düzgün deyil. Çünki istәnilәn insanın daxili “mәn”­nә hörmәt etmәk lazımdır.

3.Tәnhalıq qorxusu.

4. Valideynlәrimizdәn aldığımız mәnfi örnәk. Uşaqlıqda tez­tez valideynlәrimizin qısqanclıq münasibәtlәrinin şahidi olduqda, bizdә dә bu hiss tәrbiyyә olunur, xarakterimizә aşılanır.

Qısqanclıqdan azad olma üsulları:

1. Sevdiyiniz şәxsi qısqandığınızı etiraf edin vә bu hissdәn uzaqlaşmaq qәrarına gәlin.

2. Etiraf edin ki, sevdiyiniz şәxs sizin şәxsi mülkiyyәtiniz deyil vә onun azad seçim etmәk hüququ vardır.

3. Özünüzün unikallığınızı qәbul edin vә özünüzü başqa insanlarla müqayisә etmәyi dayandırın.

4. Özünüzün güclü keyfiyyәtlәrinizi inkişaf etdirәrәk özünüzdә әminlik hissini güclәndirin.

bildirchin.az
Daha ətraflı:http://atvxeber.az/news/interesting/15473-qisqancliq-hissindn-nec-qurtulmali
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Go Back

Ötən əsrin ən böyük pedaqoqundan məsləhətlər

                                 

XX əsrdə uşaq tərbiyəsində 4 pedaqoq inqilab etmiş sayılır: amerikalı Con Dyui, alman Qeorq Kerşteyner, italiyan Mariya Montessori və sovet pedaqoqu Anton Makarenko.

Onlardan biri olan Mariya Montessorinin məsləhətlərini təqdim edirik. Bu məsləhətləri hər bir valideyn əzbər bilməlidir.

 

1.    Uşaqlar onları əhatə edən şeyləri öyrənirlər.

 

2.    Uşaq tez-tez tənqid olunursa, o qınamağı öyrənir.

 

3.    Uşaq tez-tez təriflənirsə, o qiymətləndirməyi öyrənir.

 

4.    Uşağa düşmənçilik göstərilirsə, o döyüşməyi öyrənir.

 

5.    Uşaqla vicdanlısansa, o ədalətli olmağı öyrənir.

 

6.    Uşaq tez-tez lağa qoyulursa, o utancaq olmağı öyrənir.

 

7.    Uşaq güvən içində yaşayırsa, o inanmağı öyrənir.

 

8.    Uşaq tez-tez rüsvay edilirsə, o özünü günahkar hiss etməyi öyrənir.

 

9.    Uşaq tez-tez təqdir olunursa, o özü haqqında yaxşı düşünməyi öyrənir.

 

10.  Uşağa qarşı mərhəmətli olursansa, o səbirli olmağı öyrənir.

 

11.  Uşaq ürəkləndirilirsə, o özünə inam qazanmağı öyrənir.

 

12.  Uşaq dostluq mühitində yaşayır və özünü lazımlı hesab edirsə, o bu dünyada sevgi tapmağı öyrənir.

 

13.  Uşaq haqqında onun yanında və o olmadan, pis danışmayın.

 

14.  Uşaqda yaxşı şeylərin inkişafına diqqət ayırın, bundan sonra pislərə yer qalmayacaq.

 

15.  Sizə müraciət edən uşağı dinləyin və ona cavab verin.

 

16.  Səhv etmiş uşağa da anlayışla davranın ki, indi, yaxud sonra öz səhvini düzəldə bilsin.

 

17.  Axtarışda olan uşağa kömək etməyə hazır olun və artıq hər şeyi tapmış uşağa mane olmamağa çalışın.

 

18.  Uşaqla ünsiyyəti ən yaxşı tərzdə qurmaq lazımdır – ona sizdə olanın ən yaxşısını təqdim edin.

 

ailem.az

Go Back

Bir çoxlarımızın bilmədiyi elmi gerçəklər

                                 

Kosmosa baxdığınızda gördüyünüz yalnız kosmos deyil, əslində bir zaman tunelidir. Məsələn, bu an dünyadan 65 milyon işıq ili uzaqda olan bir yadplanetli dünyanı seyr etsə idi, o, böyük ehtimalla dinozavrları görmüş olardı.

Dünya əhalisinin ən çox sıxlaşdığı bölgələr sıxlıq dərəcəsinə görə ağdan qırmızıya doğru rənglənmişdir.

İki gözümüz var və hər biri 130 milyon görmə siniri hüceyrəsindən meydana gəlir. Hər bir hüceyrənin içində 100 trilyon atom olduğunu düşünsək, bu sayı kainatdakı bütün ulduzların sayından belə daha çoxdur .

Dünyada hər şeyin sonu vardır. Ancaq Pi sayısından başqa… 3.14159265......

Dünyanın yaranmasından bu yana keçən zamanı 24 saata sığdırmağa çalışsaq insanlar bu müddətin yalnız 1 dəqiqə 17 saniyəsini doldura bilər.

Əgər bir sözü xatırlamaqda çətinlik çəkirsinizsə yumruğunuzu sıxın. Bu beyin fəaliyyətinizi artırmağa və yaddaşınızı inkişaf etdirməyə kömək edir.

Ağırlığı 600 kiloqram olan bir göy balinanın ürək damarlarının içinə bir insan sığa bilər.

Bir bala qütb ayısı doğulduğunda yalnız 450 qram ağırlığında olar. Yetkin olduqlarında isə ağırlığıkları 750 kiloqrama çata bilir.

1901-ci ildə Dr.Duncan MacDougall ruhun varlığını isbat etmək üçün bir insanın ağırlığını ölmədən dərhal əvvəl və sonrasında ölçməyə qərar verdi. Aradakı fərq isə 21 qram idi.

1981-ci ildə 1 GB-lıq yaddaş kartının dəyəri i 300 min dolları keçirdisə, bu rəqəm ildən ilə azaldı. 2000-ci ildə 10 dollara və 2012-ci ildə 1 dolların belə altına düşdü.

İnanılması çətindir, amma Helicoprion adlı bu köpək balığının 270 milyon il əvvəl yaşadığı güman edilir. Bu heyvanların maraqlı xüsusiyyəti isə mişar şəklində yumru çənəyə malik olmalarıdır.

Bir yetkin göy balinanın dili Afrikada yaşayan ortalama bir filin ağırlığı ilə eynidir.

2011-ci ildə Yaponiyada meydana gələn 8.9 böyüklüyündəki zəlzələnin təsirli ilə Dünyada günlər 1.8 mikrosaniyə qısaldı.

kayzen.az

Go Back

Yuxuda kəşf olunan elmi kəşflər

                                     

1. Dekart yuxuda açıq kitab görmüşdü. Dekartını sözlərinə əsasən yuxuda ruh onu inandırırdı ki, riyaziyyat ona uğur gətirəcək.

2. Alman kimyaçısı Fridrix Kekule yuxuda öz quyruğunu dişləyən ilan görmüşdü. Bu yuxudan sonra Kekle benzolun molekulyar formulunu kəşf etmişdir.

3. Fridrix Burdax qanın dövr etməsini yuxuda görmüşdür və yalnız yuxudan sonra onu təsdiq edə bilmişdir.

4. Nobel mükafatı laureatı Otto Levi ürək impulslarının sinir ötürücülərin yuxuda görüb kəşf etmişdir.

5. Nils Bor atomun quruluşunu gördüyü yuxudan sonra kəşf etmişdir. Beləki, o, günəş və ətrafında fırlanan planetləri yuxuda görərək atomun quruluşunu ona bənzətmişdir. Yuxu atomun quluşun kəşf etməkdə açar rolunu oynamışdır.

6. Fredrik Bating həyata keçirdiyi təcrübə-eksperimentləri tez-tez yuxuda görərdi və məh yuxuda insulini kəşf etmişdir.

7. Hindistanın dahi riyaziyyatçısı Srinivasa Ramanucan həmişə vurğulayırdı ki, o, bütün riyazi kəşflərini yuxuda kəşf edib və bu kəşfləri ona hindistan ilahəsi Namaqiri diktə edib.

atvxeber.az
Daha ətraflı:http://atvxeber.az/news/science/9552-yuxuda-kesf-olunan-elmi-kesfler
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.

Go Back

Bunu oxumasanız, illər sonra çox peşman ola bilərsiniz

"Quora” saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşa çatanda təəssüflənməmək üçün gənc yaşlarında insanlar aşağıdakılara diqqət etməlidirlər:
 
1. Siqaret çəkməyin. "Siz indi məni görəydiniz kaş... imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!” - siqaret istifadəçilərdən biri belə deyir.
Bəlkə, tərgidəsiniz?
 
2. Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.
 
3. İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.
 
8. Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın.  Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. "Bu məsələyə sonra bir də qayıdaram” deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.
 
9. Doyunca yatın. Çalışın eyni saaatda yatıb, eyni saatda oyanmağı adət halına salasınız.
 
10. Dişlərinizə qulluq edin. Yaş artdıqca dişlərdəki problemlər də artır. Müalicə sizin vaxtınızı və pulunuzu aparacaq. Ona görə müalicəni gecikdirməyin.
 
5. İdmanla məşğul olun. Bu, çox vacibdir. İndi aktiv həyat tərzi keçirin ki, 50 yaşınızda da sağlam olasınız. Çəkinizi normada saxlayın.
 
6. Çox çətin olsa da, pulunuza qənaət edin. Düzdür, bu yorucu məsləhətdir. Ancaq çox vacibdir. 30 yaşında insanın az da olsa, qənaət edəcək pulu həmişə olur. İndidən qənaət edin ki, bir müddət sonra nəticəsini görə biləsiniz.
 
7. Əlinizdə olanlardan həzz almağı bacarın. Şikayət etməkdənsə, olanlara şükür etməyi öyrənin. İnanın, bu sizi çox xoşbəxt edəcək.
 
11. Xatirələrinizi qoruyun, əşyaları yox. 50 yaşda əşyalardan başqa heç nə əldə etmədiyinizin fərqinə varanda təəssüfləncəksiniz.
 
12. Yaxşılıq edin. Yaxşılıq etməyi öyrənin. Başqalarını xoşbəxt edəcək şeylər edin. Amma bunu ürəkdən edin. Əvəz gözləməyin.
 

13. Sizi qorxudan şeyləri edin. Evdən çıxın və bir dəlilik edin. Yaxın bir adamınızı da götürüb, çoxlu şəkillər çəkin. Qocalanda belə günləri yada salıb, gözlərinizdə ancaq xoş xatirələri canlandıracaqsınız. 

14. Ziyanlı qidalardan uzaq durun. Yaşadığınız illər boyu istədiyiniz əşyanı ala bilərsiniz. Ancaq sağlamlığı pulla almaq mümkün deyil. Alkoqol və "fastfood”lardan uzaq durun.
 
15. İldə heç olmasa, 10 kitab oxuyun. Beynimizin daima inkişafa ehtiyacı var. Ona görə də televizora az baxın, kompüter oyunlarından uzaq olun, bir az da kitab oxuyun.
 
16. Səyahət edin. Nə qədər bacarırsınız səyahət edin. Səyahətlər bizi dəyişir. Onlar çox suala cavabdır. Səyahət bizə həqiqətən insan kimi yaşadığımızı hiss etdirən əyləncədir.
 
17. Meditasiya edin. Bu sizin bir neçə dəqiqənizi alsa da, əvəzində sizə müsbət dəyişikliklər yaşadacaq. Araşdırmalar bunu sübut edir.

 

18. Özünüz olun. Özününüzü kimləsə müqayisə etməkdən uzaq tutun. İnanın, 50 yaşa çatanda başqalarının sizin haqda nə düşündüyü vecinizə də olmayacaq. Özünüz olun.

 
19. Gündəlik tutun. Siz həyatınızda baş verən çox önəmli hadisələri unuda bilərsiniz. Bu, normaldır. Ona görə gündəlik tutun və fotolarınızı saxlayın.
 
20. Dostlarınızı qoruyun. Sizə müsbət aura yaşadan insanları qoruyun. Onlarla birgə gülün, dəliliklər edin. Həyatdan həzz alın.

joy.az

Go Back

Xəstəliklərin səbəbi yetəri qədər özünü sevməməkdədir

Bəzən insan dünya işlərinə o qədər aludə olur ki, özünü bir canlı varlıq kimi deyil, bir robot kimi görməyə başlayır. Belə halda o öz bədənini, ruhunu və təəssüf ki mənəvi aləmini də unudur.İnsan başqa insanlar kimi yaxşı yaşamaq üçün, karyera üçün və s. dünya işləri üçün yaşamağa başlayır. Bu da öz növbəsində müxtəlif faciəvi sonluqlara gətirir. Ən böyük faciyə isə insanın qəfil səhhətinin pozulmasıdır. Insan bunu qəfil hesab edir, amma bədəni onu dəfələrlə xəbərdarlıq etmişdir: qızdırmalar, tez-tez qripə tutulmalar, baş ağrıları, ürək sancıları, baş gicələnmələri və s. Sadəcə o hər şeyi qulaq ardına salmış və səhhətinin bərpasını hər zaman arxa plana atmışdır.

Bizim bədənimiz bizimlə xəstəliklərin, müəyyən fiziki narahatçılıqların vasitəsilə danışmağa başlayır. Bu zaman ən gözəl addım bizim öz təfəkkür tərzimizi, özümüzə qarşı hərəkətlərimizi, diqqətimizi dəyişdirmək olardı. Acı çəkərək bədənimiz bizə fiziki, emosional və ya əqli yorğunluq limitinə çatdığımızı xəbər verir. 

Hər hansı bir xəstəlik – bu təkcə xəbərdarlıq deyil, bu həm də ruhun tarazlığını bərpa etmək üçün bir imkandır. Xəstəliyin səbəbin fiziki orqanda axtarmaq lazım deyil, çünki heç də xəstəliklərin yaranmasında təkcə fiziki orqan böyük rol oynamır. Fiziki orqandakı həyat ruhdan,candan bəhrələnir. O, yalnızca canda olanları əks etdirir. Hər hansı bir xəstəlik orqanın tarazlığının pozulmasından xəbər verir.Yuxarıda deyilənlərin hamısı emosional və psixi durumlara da xas edilir. Daha çox xəstəliklərin səbəbi neqativ fikirlər və emosiyalar, günah hissi, ətrafdakıların diqqətinə ehtiyac hissi və xoşagəlməz vəziyyətdən qurtulmamaq qorxusu və s. mənfi hallardır. Tez təsir altına düşən insanlar çox zaman yanlış inancların təsiri altında bir çox xəstəliylərinin qurbanları olurlar. 

Əslində hər bir xəstəlik insanın özünü olduğu kimi necə sevməsindən asılıdır. Necə? Belə ki, insan özünü sevdiyi zaman, onunla onun ürəyi rəhbətlik edir, təkcə əqli deyil.

Özünü sevmək – özünə tam həyatla yaşamaq hüqüqunu vermək deməkdir. Tam həyatla yaşamaq hüqüqu – mənəvi azadlığa sahib olmaq, müstəqil özünü sınamaq imkanı, yəni təcrübə yaşamaq, qorxuların və yasaqların səbəbini şəxsi təcrübə ilə dərk etmək, dünyaya baxış tərzini və ümüdlərini vicdanın süzgəcindən keçirərək yoxlamaq, nəhayət necə özünü görmək istəyirsənsə elə də olmaq imkanıdır. 

Bütün bunları tam yaşa bilmirsinizsə özünüzü günahlandırmayın, yalnizca çalışın fiziki bədəninizə sağlamlığı, xoşbəxtliyi, sevgini və harmoniyanı qaytarasız. Siz özünüzə qarşı müsbət, xoş fikirlərinizi blok edən və xəstəliylərin səbəbi sayılan yanlış əqli münasibəti aşkar edən kimi, o zaman birincici mərhəliyə — “Necə var elədə qəbul et ”mə mərhələsinə keçirsiniz. Bu mərhələni keçmək üçün belə edə bilərsiz: kağız parçası götürüb bütün həyatınızda, uşaqlıq çağlarından indiki dövrünüzə kimi olan neqativ anları, kiməsə qarşı ürəyinizdə olan hirsi və kini, uşaqlıqda keçirtdiyiniz və unuda bilmədiyiniz bir xatirəni kağıza yazıb diqqətlə oxuyun. İstədiyiniz kimi olmağınıza mane olan neqativ fakt aydınlaşandan sonra siz onu dəyişəcəksiniz. İlk öncə həmin faktı pozitiv bir tərəfə yönləndirin. Bunun üçün isə özünüzə o fikrin daxilinə girmə hüququ verin, yəni daxilinizdəki psixoloji travma nəticəsində yaralanan uşaq ilə kontakta girin. Ondan sonra özünüzdən soruşun: Dəyərmi ki buna görə özümü xoşbəxtlikdən, sağlam həyatdan məhrum edim?! Əgər “Hə” cavabını verməli olsanız, o zaman bu fikir həmişə sizinlə olacaq və siz bunu saxlaya da bilərsiz, amma unutmayın ki, sizin həyatınızda hər şey olduğu kimi qalacaq, o cümlədəndə ağrı da .

Yox, əgər bu fikri özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, sizə tək bir yol qalır, arzularınızı gerçəkləşdirmək üçün əlinizdən gələni etmək, həyata tamam başqa tərəfdən baxmaq və özünüzü necə görmək istəyirsizsə elə də olmaq.

İnsan özün bağışlamadan sağala bilməz. Bu prinsipli mərhələ insanın qarşısında təkcə özünə qarşı olan sevgini yox, həm də bədəninə, qanına qarşı sevgi hissini açacaq. Bu sevgidən bəhrələnən qan bütün orqanlarınızı yuyacaq və qarşısına cixan hüceyrələri təzələyəcək. Bu sizin üçün inanılmaz səslənsə də, bunu tətbiq etməklə heç nə itirməzsiniz – sadəcə cəhd edin.


Mənbə: «PCC» jurnalı

Go Back

Xəstəliyin insan psixikasına təsiri

Qərb psixoloqları bir çox allergik xəstəliklərin səbəbini psixoloji pozuntularda axtarırlar. Allergiyanın müalicəsi üçün ayrılan xərclər öz bəhrəsini vermir. Hələ ki, tam olaraq bu xəstəliyin səbəbini və sağalmasını təmin edən mütəxəssis yoxdur.Hal-hazırda “Bu nədir, niyə mövcuddur?”sualı da cavabsız qalın.Avstrayalı psixiatrlar, psixoanalizin 100 illik ənənələrinə əsaslanaraq iddia edirlər ki, “allergiya” sadəcə nəticədir. Səbəbi isə ucun 300 allergiyalı xəstə üzərində eksperimetn aparılır.

Nəticədə, müəyyən olundu ki, ən çox allergiyadan əziyyət çəkən insanlar konservabtdırlar və həyatdakı istənilən yeniliyə və dəyişikliyə qarşı qorxu hissi ilə yanaşırlar.Bu tip insanlar böyük ailələrdə, yüksək himayə və diqqət altında böyüyüblər.Onların tərbiyəsi ilə daha çox narahat təbiətli ana və nənələri məşğul olub.İstənilən dəyişikliklər və yeniliklər bu ailədə böyük səsküylü hadisə kimi qəbul edilib.Hətta bu yeniliklər xoş olsa belə böyüklər bunu çox müzakirə edirlər.Nəticədə,uşaqda istənilən yeniliyə,bilinməzliyə qarşı neqativ həssaslıq formalaşıb. Tədricən bu vərdiş halına gəlib. Yazın gəlməsi, çiçəklər, yeni yataq dəsti, tanış olmayan ətir və s bu kimi yeniliklərə allergik reaksiya somatik, bədəni müqavimət yaradırş

Eyni zamanda qeyd olunur ki, allergik insanlar karyerada pillələlərində daha çox çətinliklərə qarşılaşır, uyğunsuzluğa düçar olurlar. 

Həmçinin bəlli olmuşdur ki, qıdaya allergiyası olan insanlar yaxınlıqdan, bağlanmaqdan daha çox qorxurlar, baxmayaraq bunu çox istəyirlər.

Toza və suvağa alergiyası olanlarda itə kloustrofobiya elementləri (qapalı yerdən qorxmaq) müşahidə olunur. Sual doğrulur: niyə? 

Məsələni belə izah edək: pişiyə qarşı alergiyası olan insan. Bu tip insanlar mümkün qədər bu heyvanlardan uzaq durmağa çalışsın, daim üzərlərin anfigiftanin həbləri gəzdirirlər.Əslində onlarl qorxudan pişik, onun tükü və ya cirmaqlanmaq qorxusu deyil. Bu cür alergiyadan eziyyəət çəkən insanlar müstəqil, dəyişən insanları sevmirlər onlardan qorxurlar.

İtlərə alergiyası olan insanlar isə heç kəsə güvənməyən, hər kəsdən şüpəli olurlar.

Elə isə nə etmək lazımdır?!

Əvvəlcə dərmanlara üz tutmadan əvvəl özünüzdə axtarışlar edin. Həyatında nə baş verir, nə yeniliklər,gözlənilməzliklər baş verdi. Allergiya hər zaman hansı məqamda baş verir. Her halda sınaqdan keçirdin və aşağıdakı tədbirləri edin

— Qorxduqlarınız hər bir obyektlərin siyahısını tutun

— Hansi meqamda bu qorxu ən yüksək səviyyədə olur

— Qorxduqlarınızdan qaçmağa tələsməyin,onları izləyin, müşahidə edin,öyrənin. Onlar4a xoş və gözəl tərəflərini aşkarlamağa çalışın.

Həyatınızı bu qorxulardan asılı etməyin. Qorxulardan azad olun və böyük ehtimal ki, allergiyada sizi qoyacaq.

Mənbə: PCC jurnalı

Go Back

Rahat həyat ömrü qısaldır

Hər kəsə bəllidir ki, aktiv həyat tərzi sürən insanların sağlamlıq göstəriciləri oturaq həyat keçirənlərlə müqayisə olunmayacaq qədər fərqlidir. Son illər Azərbaycan da oturaq həyata meylli insanların yaşadığı ölkəyə çevrilmək üzrədir. Günün müəyyən saatlarını işdə oturaraq keçirən insanların, demək olar ki, sosial həyatı və davamlı olaraq bir məşğuliyyəti yoxdur. Hətta gündəlik hərəkət tələb edən işlər üçün belə daha asan yollardan istifadə etmək imkanı varkən, hərəkət üçün çalışan çox az insana rast gəlmək mümkündür.

Fiziki aktivliyin çatışmazlığı artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən, Britaniyada yalnız kişilərin 35%-i, qadınların isə 25%-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. Bristol Universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək-damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur.

Əksər ölkələrdə velosiped sürmək, daim qaçışla məşğul olmaq, tenis kortlarına yazılmaq normal hal kimi qəbul edildiyi halda nədənsə Azərbaycanda yaşı 30-u keçmiş insanlar üçün bu, bir növ ayıb hesab olunur. Elə bu səbəbdən çox nadir hallarda velosiped sürən orta yaşlı insanlara rast gəlmək mümkündür. Üstəlik, son zamanlar mağazalarda belə "alo" servislərinin olması insanları daha oturaq həyata alışdırır. Bu isə insan ömrünün öz əli ilə kəsilməsi deməkdir. Maraqlı haldır ki, şəhər sakinləri bu cür həyat tərzini "rahat həyat" adlandırır və bu cür xidmətlərin olmasını heç də pis qəbul etmirlər. Tənbəl həyat tərzinin əslində xəstəlik olduğunu dərk edənlər belə rahat həyatdan əl çəkmək istəmir, bunu isə yorğunluğa bağlayırlar. 

Həkimlər isə hər gün yalnız yarım saat gəzintinin insan ömrünə ömür qatacağı fikrindədirlər. Həkim-kardioloq Maqsud Mirzəyevin sözlərinə görə, ən sağlam olanlar 3-20 yaş arasında olan insanlardır. Çünki bu yaş həddində olanların aktiv həyata meyli daha çoxdur və onlar daim gəzərək müəyyən məsafələri qət edirlər. Bu yaş həddindən sonra insanda baş qaldıran tənbəllik onu avtomobildən istifadəyə sövq edir: "Fiziki hərəkətlər çox gözəl müalicə vasitəsidir. İntensiv fiziki fəaliyyət zamanı orqanizmdə endorfin və ya "xoşbəxtlik hormonu" yaranır. Streslərə davamlığı artırır, fiziki fəaliyyət zamanı stress hormonu olan adrenalinin səviyyəsi aşağı düşür. "Pis" xolesterinin, triqliseridlərin səviyyəsi enir, "yaxşı" xolesterinin miqdarı artır ki, bu da aterosklerozdan müdafiədir. Arterial təzyiqi normalaşdırır və nəticədə insult, ürək tutmaları riskini azaldır. Kalori sərfi iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəkisinin aşağı düşməsinə kömək edir. Sümük və oynaqların davamlılığını artırır. Orqanizmin adaptasiya imkanlarını, insanın iradəsini inkişaf etdirir".

Kardioloq deyir ki, insanlar arasında yaranan bir sıra diaqnozu hec cür qoyula bilməyən yalançı xəstəliklərin ən başlıca səbəbi oturaq həyatdır. İnsanın ağrımayan yerlərinin belə ağrıması oturaq həyatın insanlara verdiyi əvəzdir. Hansı işdə çalışılmasından asılı olmayaraq gün ərzində mütləq yarım saat gəzintiyə vaxt ayırmaq həm var olan narahatlıqların azalmasına, həm də əlavə xəstəliklərin baş qaldırmamasına səbəb olar: 

"Gündəlik gəzinti vacibdir. Xüsusən yemək yedikdən sonra televizor qarşısında əyləşməkdənsə, təmiz havada gəzmək həm yeyiləni həzm etməyə, həm beynin və bədənin oksigenlə təmin olunmasına, bədənin dincəlməsinə, stressin azalmasına, xolesterolun azalmasına, əzələ və sümük sisteminin möhkəmlənməsinə və bir çox sağlamlıq göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olur".

ailem.az

Go Back

Xoşbəxtliyin əsas parametrləri

Xoşbəxtlik haradadır və onu necə tapmaq olar? Uzun əsrlər boyu filosoflar bu sualın cavabını axtarmağa çalışıblar. Lakin 21-ci əsrin alimləri buna nail olublar. Xoşbəxtliyin parametrlərini rəqəmlər və faktlarla göstəriblər.

Harvard universitetinin "İnsanın inkişafının araşdırılması” layihəsi çərçivəsində 90 illik məlumatlar araşdırılıb. Alimlər 814 nəfərin doğuşundan ölümünə qədər dövrü araşdırıblar. Onların ailələrini, valideyinlərini və dostlarını qiymətləndiriblər. Bütün şəxslər cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri olub. Hətta onlardan biri ABŞ-ın sabiq prezidenti Con Kennedi olub.

Nəticələr heç də bəşəriyyəti təəccübləndirəcək səviyyədə olmayıb. Hər kəsin bildiyi, lakin əhəmiyyət vermədiyi şeylər, sən demə, xoşbəxtliyin əsas parametrləri imiş.

Harvard Universitetinin alimləri hesab edirlər ki, xoşbəxt olmaq üçün insan aşağıdakı mərhələlərdən keçməlidir:

1. Valideyn ailəsindən getmək (tək fiziki formada deyil, həm də emosional şəkildə);

2. İndividual bacarıqlarına uyğun peşə seçmək;

3. Ən azı 10 il müddətində həyat yoldaşı ilə münasibətləri qoruya bilmək;

4. Övlad dünyaya gətirmək, ona bilik və həyat təcrübəsi öyrətmək;

5. Həyatı olduğu kimi qəbul etmək.

Əgər insan hansısa mərhələni keçə bilmirsə, növbəti mərhələdən tam olaraq yararlanmalıdır.

Siqaret çəkməmək, içki içməmək və sağlam qidalanmaq da xoşbəxtliyin əlavə parametrlərindəndir. Nikotin və alkoqol tək insanın illərini əlindən almır, həm də orqanizmdə xoşbəxtlik üçün cavabdeh olan endorfinin miqdarını azaldır. Həyat siqaretin tüstüsü kimi boz olur.

İdmanla məşğul olmaq; Ali təhsil almaq; Uzun müddətli nikahda olmaq; Həyatdakı böhranlara rasional yanaşmaq da insanı xoşbəxt edən cəhətlərdir.

milli.az

Go Back

Bədbin düşüncə tərzinin mənfi nəticələri

Donacağına inanaraq ölən insan

Bu hadisə psixologiya ədəbiyyatında ən çox danışılan hadisələrdəndir. Nik adlı birisi əyalətlərarası tez xarab olan məhsullar daşıyan qatarda işləyirdi. Bir gün soyuq hava deposu olan vaqonlardan birinə təmizlik işi üçün girmişdi. İşinin bitməsinə yaxın elektrik qəzası olur və qapılar kilidlənir. Nik içəridə nə qədər bağırsa da, iş yoldaşları onun orda olmasından xəbərsiz olurlar və Nik kilidli qapı arxasında soyuq vaqonda qalır. Çarəsiz qalan və ömrü boyu pessimist düşüncəyə adət etmiş Nik bu hadisə ilə sarsılır və yaşadığı bütün hisslərini bir kağıza yazır.

İlk mesajı belə başlayır: "Bir az sonra burada donaraq öləcəyəm." və davam edir: "Qızlarım məni bir daha əsla görməyəcək, bir azdan iş saatı da bitəcək və kimsə burada olduğumu anlamayacaq. Kimsənin məni qurtarmasına imkan yoxdur. Yavaş-yavaş barmaq uclarımın donmasını hiss edirəm, qanım donur, çox üşüyürəm."

Cümlələr bu cür bitir. Nik soyuqdan donaraq ölür. Cəsədi tam iki gün sonra tapılır. Bu yerə qədər  hadisəni eşidənlər üçün hər şey normal görünür. Amma əsas məsələ cəsəd həkimlər tərəfindən yarılarkən meydana çıxır.

Nik, doğurdan da, soyuqdan ölmüşdür. Ancaq hadisəni incələməyə gələn mütəxəssislər aşkar edirlər ki, elektrik qəzası ilə birlikdə soyuducu vaqonların hamısında elektrik kəsilibmiş və vaqonların xaricində də isti hava şəraiti olmuşdur. Bu fakt hər kəsi təəccübləndirir. Vaqon soyuducularının elektrik kəsintisindən işləməsinin dayanmasından sonra orada müəyyən qədər buzlu hava qalsa da, bir insanı öldürəcək gücdə olmaması təsdiqlənir. Amma bu təsdiq Nikin həyatda qalmasına kömək etməmişdir. Düşüncə gücünə inanmayanlar hadisədən nəticə çıxara bilərlər. Bədbinlik yerinə müsbət düşünün. Ümidi sona qədər kəsməyin.

qadin.net

Go Back

İnsanların qəribə asılılıqları

Telefon və kompüterinizdə gündə neçə saat oyun oynayırsınız? Ləzzətli hesab etdiyi yeməyi hər gün yeməkdən bezməyən, hər gün alış-veriş mərkəzlərini gəzən insanlar artıq asılıya çevriliblər. Olduqca sevimli qəbul etdiyiniz bu fəaliyyətlərin altında bir asılılıq gizlənə bilərmi? Maraqlandığınız şeylərin sizdə aludəçiliyə dönüşməməsi üçün lazım olan davranış tiplərini öyrənməlisiniz.
 
Cinsi asılılıq: Cinsi aktivliyə olan asılılığın müalicəsi narkotik maddələrə olan asılılığın müalicəsi kimi aparılır. Bu asılılığın əlaməti vəziyyətin riskli və pis nəticələnə bilməsindən qorxmayaraq nəzarətin itirilməsidir.
 
İnternet asılılığı: Psixoloqlar internet asılılığını həqiqi asılılıq hesab etməsələr də, bu hal bir çox insanlar üçün həqiqətən ciddi bir problemə dönüb. Bu asılılıq həm iş yerində, həm evdə mənfi hallarla nəticələnə bilər. Araşdırmalar insanların gün ərzində 6-14  saatını internetdə keçirdiyini ortaya çıxarıb. Bu da insanlarda internet asılılığına yol aça bilər.
 
Alış-veriş asılılığı: Nəzarətdən çıxan bir davranış tipidir. Məhsulları almadığınızda üzülür və aldığınızda peşmanlıq hissi keçirirsiniz.  Şkafınızda hələ də geyinmədiyiniz, üzərində qiyməti olan geyimləriniz qalıbsa, siz də alış-veriş asılısı ola bilərsiniz. Bu, ən çox qadınlarda rastlanır və psixoloqla məsləhətləşməklə həlli mümkündür. 
 
Video oyun asılılığı: Araşadırmalara görə, video asılılığının kişilərdə daha çox rastlandığı müəyyən olunub. 8-18 yaş arasında olan hər 10 kişidən biri video oyunu asılısıdır. Psixoloq dəstəyi almaları vacibdir.  
 
Estetik əməliyyat asılılığı: İnsanlar dəyişmək üçün dəfələrlə bıçaq altına yatırlar. İstədiyi nəticəni əldə etmək üçün xəstəxanaları gəzirlər. Bu cür insanlar bədənlərini bəyənmədikləri üçün əməliyyat ağrısı deyil, psixoloji bir ağrı çəkirlər.
 
Qida asılılığı: ABŞ da yetişkin insanların yüzdə üçü yemək pozğunluğu yaşayırlar. Bunun əlamətləri - hissləri sakitləşdirmək üçün, özünü yalnız hiss etdiyində yemək yemək və sonra günahkar hiss etməkdir. Bu asılılıq depressiyayla əlaqələndirilir.
 
Adrenalin asılılığı: Həyəcan axtaran insanların çoxu narkotik maddə aludəçiləri kimi eyni əlamətləri daşıyırlar. Onlar daha həyəcanlı, təhlükəli macəralar axtarırlar və araşdırmalara görə, onların beynində narkotik maddə aludəçilərinin beynində olduğu kimi eyni oyanma əlamətləri yaşanır.
 
Qumar asılılığı narkotik maddə asılılığına yaxındır və mütəxəssislər bunu ciddi davranış pozğunluğu adlandırır. Araşdırmalar bu asılılığın narkotik maddə asılılığı kimi beynin eyni bölgələrini oyandırdığını göstərib. Bu davranış pozğunluğunun müalicəsi də, narkotik maddə asılılığı müalicəsi kimi eyni mərhələlərlə aparılır.  
joy.az

Go Back

Kədərə qalib gəlmək mümkün deyil?

İtki, münasibətlərin pozulması, yaxın insanın ölümü insanda dəhşətli bir kədər duyğusu yaradır. Həmin duyğu bəzən həyatın sonuna qədər də qalır. Belə hallarla rastlaşan adamlar iddia edirlər ki, kədər ömür boyu davam edir.

Alimlər kədərin nəyə görə belə uzun çəkdiyini araşdırmağa çalışıblar. Tədqiqatlar zamanı məlum olub ki, kədər bütün digər duyğulardan yüzlərlə dəfə çox davam edir. heç bir duyğu - nə sevinmək, nə qıcıqlaşmaq, nə darıxmaq, nə heyrətlənmək, nə də utanmaq hissi kədər qədər uzun sürmür. Əgər rəqəmlərlə göstərilərsə, kədər hissi sevinc hissindən 240 dəfə çox davam edir.

Belçikalı alimlər Saskiya Lavrisen və Filipp Verdyun 223 nəfər Levena Universitetinin tələbəsini tədqiqata cəlb ediblər. Respondentlərdən xahiş ediblər ki, həyatlarında olan ən güclü emosiyaları haqda danışsınlar. Bundan başqa, tələbələr çətin vəziyyətlərdən necə çıxdıqlarını danışıblar.

Tələbələrin cavablarından məlum olub ki, hamısının həyatında ən uzun sürən duyğu kədər olub. Ən xırda kədər duyğusundan xilas olmaq üçün insana 120 saat vaxt lazım olub. Utanc və digər hisslərdən yaxa qurtarmaq bir qədər tez başa gəlib.

Nifrət hissi ən azı 60 saat davam edir. Ən böyük sevinc hissinin ömrü 35 saatdır. Darıxmaq hissinin də ömrü qısadır. Ancaq insanlar darıxan zaman onlara elə gəlir ki, zaman getmir.

milli.az

Go Back

Yeməkdən sonra gələn yuxunun səbəbi

Yemək sonrasında bəzi insanlar özünü yorğun hiss edir və yatmaq istəyir. Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır. 

Türkiyəli mütəxəssisin sözlərinə görə bu proses həzm prosesi ilə əlaqəlidir. Belə ki,  həzm metobalizmi yemək yedikdən sonra həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə nə qədər çoxlu qida qəbul edilərsə bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.

Bu baxımdan qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə düzgün qidalanmaq lazımdır. Çünki, yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır. 

Karbohidratlı qidalar da yuxu yaradır. Bu cür qidalanmadan sonra qanda şəkər artır. Qanda olan şəkərin bütün hüceyrələrə girməsi «pankreas» adlı  vəzidən ifraz olunur. İnsulin daha sonra triptofan aminoazidi çıxarmağa kömək edir. Triptofan, serotonin hormonunun istehsalında  aktivdir. Serotonin hormonu da yuxudan məsul olan hormondur. Çox  karbohidratlı qidalar istifadə etdikdə serotonin istehsalı artır və buda yuxulamalara səbəb olur.

İnsulin miqdarını artırmaq da bu prosesə yaxşı təsir edir.  Çünki, insulinin təsiri ilə triptofan salınır. Nə qədər karbonhidrat ağırlıqlı qidalansanız qan şəkəri o qədər sürətli olaraq yüksələr. Ani insulin yüksəlməsi eyni zamanda daha tez acımağımızı  təmin edir. Bu da heç istəmədiyimiz başqa təsirlərə səbəb olur. Bu baxımdan qidalanmaya diqqət göstərmək vacibdir.

Yemək yedikdən sonra yuxunuzun gəlməsini istəmirsinizsə bol karbohidratlı qidaların yerinə tərəvəz, çərəz, balıq və toyuq kimi qan şəkərinə təsir etməyən qidalar qəbul edə bilərsiniz. Çünki, düzgün qidalanmaq insanı həm ac olmaqdan, həm də yemək sonrası yaranan yuxulamalardan qoruyur.

kayzen.az

Go Back

KEÇMİŞDƏ XİDMƏT GÖSTƏRƏN RUHİ XƏSTƏXANLARDAN 19 ÜRKÜDÜCÜ VƏ NARAHATLIQ YARADAN GÖRÜNTÜLƏR

  1. Sırbistan'da Bir Akıl Hastahanesi, 1989

Texnologiyanın və tibbin inkişafına şükr etməyimizi təmin edən şəkillər. Bir də işin daxilində pis niyyətli, xəstələri təcrübə materialı kimi istifadə edən həkimlər var ki, onlara nə desək mənasız olar.Ruhi xəstəxanalar bir çox qorxu filminin çəkildiyi yerlərdir. Səbəbini rəsimlərə baxdıqda Siz də anlayacaqsınız.

1. Serbiyada ruhi xəstəxana, 1989

1. Sırbistan'da Bir Akıl Hastahanesi, 1989

2. 17-ci əsrdə ruhi xəstəxanalarda taxılan bir maska

2. 17. Yüzyılda Akıl Hastalarına Takılan Bir Maske

 

3. Lobotomiya ləvazimatları

3. Lobotomi Edevatları

4. Hidroterapiya alan bir xəstə, 1936

4. Hidroterapi Gören Bir Hasta, 1936

5. Yorkshire ruhi xəstəxanası, 1869

5. Yorkshire Akıl Hastahanesi, 1869

6. Xəstələri zombiyə çevirən həkim Freeman. Lobotomiyanın ixtiraçısı

6. Hastaları Zombiye Çeviren Doktor Freeman. Lobotominin mucidi

7. Philadelphia əyalət xəstəxanası, 1945

7. Philadelphia Eyalet Hastahanesi, 1945

8. Yorshiredə müalicə alan bir xəstə, 1869

8. Yorkshire'da Tedavi Gören Bir Hasta, 1869

9. Radium müalicəsi alan xəstələr, 1904

9. Radyum Terapisi Gören Hastalar, 1904

10. 5 Nömrəli otaq

10. 5 Numaralı Oda

11. Çarpayısından qalxmadan həyətə çıxan bir qadın

11. Yatağından Kalkmadan Dışarıya Çıkan Bir Kadın

12. Elektriklə müalicə alan bir xəstə, 1920

12. Elektrikle Tedavi Gören Bir Hasta, 1920

13. Şizofren bir xəstənin çəkdiyi əsər

13. Şizofren Bir Hastanın Yaptığı Eser

14. Kalamazoo ruhi xəstəxanası, ABŞ, 1870

14. Kalamazoo Akıl Hastahanesi, ABD, 1870

15. Cuenca ruhi xəstəxanası, İspaniya, 1961

15. Cuenca Akıl Hastahanesi, İspanya, 1961

16. Həkimlərin xəstələri bilərək həddindən artıq dozada dərman verib öldürdükləri Pilgram ruhi xəstəxanası, ABŞ

16. Doktorların Hastaları Bilerek Aşırı Doz İlaç Verip Öldürdükleri Pilgram Akıl Hastahanesi, ABD

17. Washington uşaq ruhi xəstəxanası, 1921

17. Washington Çocuk Akıl Hastahanesi, 1921

18. Özünə zərər verən bir xəstə, 1964

18. Kendine Zarar Veren Bir Hasta, 1964

19. Limbiate xəstəxanası, İtaliya

19. Limbiate Hastahanesi, İtalya

http://www.haberself.com/h/7480/

pcc.az

Go Back

Vizual, audial, kinestik və diskrit

İnsanlar ətraf aləmdə baş verən hadisələri fəqli cür qavrayır, analiz edirlər. Baş verənlərə bir qrup insanlar daha çox dinamikliyə, formaya, məkana görə, başqa qrup insanlar səslərə, digərləri isə ətrlərə, hisslərə əsasən yanaşırlar. Bunlara əsasəsən insanları aşağıdakı qruplara bölürlər:


— Vizual
— Audial
— Kinestik
— Diskrit

Vizual tip insanlar daha çox təsvirlərə, obrazlara, formalara diqqət verir. Dünyanı görmə analizatorlarının vasitəsilə daha rahat dərk edirlər. Onlar öz nitqlərində daha çox görmə ilə hiss edələn fel, sifət, zərfliklər işlədəcəklər. ( gördüm ki, ilk baxışdan, al-əlvan və s.) Vizualların adətən baxışları yuxarıya yönəlmiş olmur. Səs-küy onlara mane olmur. 

Vizuallar gördükləri hər bir şeyi yadda saxlamağa qadirdirlər, onlar kadrlarla yadda saxlayırlar. Vizuallar hər hansı məlumatı birbaşa mənbədən qeyd etməyi xoşlayırlar. Onlar bir yerdə durub insanları müşahidə etməyi üstün tutacaqlar. Onların diqqətini yayındırmaq daha çətin olur. Vizuallar yad məkana tez uyğunlaşırlar.Onlara verilən çətin tapşırıqları tez həll edirlər. düşünərkən mütləq nəyi isə cızacaq, əl altında qələm olarsa mütlər ondan kağız üzərində yazmaq üçün istifadə edəcəklər. Vizuallar danışarkən və ya eşidərkən deyilən sözləri obrazlaşdırırlar. 

Audial tip insanlar ətraf aləmdə baş verənləri eşitmə analizatorı vasitəsilə daha rahat dərk edirlər. Nitqində daha çox eşitmə hissi ilə bağlı fel, sifət, zərfliklər işlədirlər. (dedi, məlahətlə, cikkildəşərək və s.). Onlar nitqlərində: — ”Bu inandırıcı səslənir.”, “Mənilə bu tərzdə danışma.” və s. Baxışları daha çox orta xəttə yönələcək. Hər hansı qıcıq səs onun diqqətini asanlıqla yayındıra bilər. Səslərin monotonluğu bu tip insanları tez yorur.Səsli hipnoza asanlıqla məruz qala bilərlər. 

Onlar müzakirə etdikləri məlumatları daha rahat yadda saxlayırlar. Eşidərək münasibət bildirir, qeyd etməyə -məlumatı yazıya almağı tələsmirlər. Yüksək səslə danışmağı xoşlayırlar. Eşitdiklərini asanlıqla təkrar edə bilərlər. daha çox səsli düşünəcəklər.Bu zaman onları səsləmək, danlamaq pis təsir edə bilər. Audialların diqqəti təkcə deyilən sözlərə deyil, həmçinin danışıq tərzinə də mərkəzləşmiş olur. Onlar üçün nə deməyin vacib deyil, necə deməyin vacibdir.

Kinestik tip insanlar toxunma və iybilmə analizatorları vasitəsilə dünyanı daha rahat dərk edə bilirlər. Nitqindəki sözlər də bu hisslərə uyğun olur, məsələn: hiss etdim, yumşaq, isti, ətirli və s. Danışıq vaxtı eeee.., hmmm.., mmm… kimi səsli fasilələrdən çox istifadə edirlər, həmçinin, həmsöhbətlərinə, əl altında olan əşyalara toxunmağı sevirlər ki, bu da dinləyiciləri çox vaxt bezdirir. Kinestiklərin baxışları adətən aşağıya yönəlmiş olur. Onların yaddaşlarında daha çox ümumi təəssüratlar həkk olunur. Diqqətlərini bir obyektdə saxlamaq isə kinestetiklər üçün çox çətin olur. Kinestetiklər üçün qavrama prosesi daha çətin olur. Düşünərkən onlar daim hərəkətdə olacaq, əlləri ya qulaqlarında, ya burunlarında, ya da saçlarında olacaq.

Diskrit tip insanlar məntiqi qavrama və dərketmə prosesinə üstünlük verən bu tip insanlar həyata daha çox rasional yanaşırlar. Faktlara üstünlük verirlər. Analizatorlardan beyinə gələn siqnalları mövcud təcrübələrə əsaslandırır və buna əsasən davranış tərzini seçirlər. Nitqlərində düşünürəm, fərz, nə qədər faydalı və s. kəlmələrdən daha çox istifadə edirlər. 

Eləcə də “Fikrini anladım.”, “Əla ideyadır.”, “Məntiqlidir.” və s. kimi cümlələrdən istifadə edirlər. Onlar düşünərkən uzun müddət səssiz oturacaq və bir müddət hansısa nöqtəyə baxacaqlar. Əgər qarşıdakı obyekt onda maraq oyatmırsa, o onu nə görəcək, nə eşidəcək, nə də hiss edəcək. Əks halda bu obyekt hər tərəfli şəkildə öyrəniləcək, yadda saxlanılacaq.

Beləliklə, deyə bilərik ki, vizuallar dünyanı görür, audiallar eşidir, kinestiklər hiss edir, diskritlər isə dəyişir.

Go Back

Sən demə oğlan uşaqları

Müasir tədqiqatlar nəticəsində qadın və kişilərin ömrünü uzada və yaxud azalda biləcək maraqlı məlumatlar əldə edilib. Demə, bir neçə oğlan uşağı dünyaya gətirmək qadınların ömrünün azalmasına səbəb olacaq amillər sırasında önəmli yer tutur. 

Britaniya alimləri aşkarlayıb ki, qadın növbəti oğlan uşağını dünyaya gətirməklə ölüm riskini 11 faiz artırır. Amma kişilərin bu sarıdan bəxti daha çox gətirib. Belə ki, övladı oğlan doğulan kişilərin ömrünü uzadır. Konkret olaraq oğlan uşağının ananın orqanizminə mənfi təsirinin onunla bağlayırlar ki, adətən oğlanların çəkisi qızlara nisbətən çox olur. Bu faktor isə qadın orqanizminin böyük ağırlığa düşməsinə səbəb olur. Bundan başqa, ana bətnində oğlan uşağı olan qadında immun sistemini zəiflədən testosteronun (qan hüceyrələrinin tərkibindəki maddə) səviyyəsi yüksəlir.

Oğlanların anaların həyatını qısaltmasının digər səbəbi odur ki, onların qayğısına daha çox qalmaq gərəkdir. Əksinə, qızlar anaların həyatının uzadılmasında əhəmiyyətli rol oynayırlar. Belə ki, onlar ev işlərində, balaca qardaş və ya bacılarına qulluq etməkdə analarına yardımçı olurlar. 

Oğlan uşaqlarının ataların həyatına müsbət təsiri isə bioloji və mənəvi rahatlıq hissləri ilə izah edilir.

sia.az

Go Back

20 nəticə göstərilir