Düşüncə Jurnalı

header photo

Depressiya yaşayan ananın uşağı tez kökəlir

Ana stress keçirdiyində uşağı ilə maraqlanma müddəti azalır. Ananın yalnız öz kontekstinə deyil, evə və həyata olan marağı da azaldığı üçün uşaq tək qalır.
 
Ananın depressiyada olması uşağa necə təsir edir?
 
Depressiya səbəbindən kifayət qədər qayğı görməyən uşaqda, daha nizamsız qidalanma saatları, nizamsız yuxu saatları, daha çox çərəz və paketli məhsullar istehlak etmə vərdişləri, daha az hərəkət etmə və televiziya ya da kompyuter arxasında daha uzun müddət keçirmək kimi hallar görünür.
 
Ananın ailə üçün yemək hazırlamasından tutmuş, yuxu və ya yuxusuzluq müddəti də uşağa birbaşa təsir edir. Daha az qayğı, daha az yemək bişirən, daha çox yatan və ya yuxusuzluq çəkən anadan ən çox təsirlənən, onun yanında həyatı yaşayan, onun pəncərəsindən həyata baxan övladları olur.
 
Bəzən hamımız sıxıntılı günlər keçiririk, sıxıntıya, stressə, kədərə düşdüyümüz günlər olur. Hər nə yaşasaq da bunu övladlarımıza mümkün olduğu qədər hiss etdirməyək. Bir dostumuzla, həyat yoldaşımızla ya da ki, bir psixoloqa gedərək dərdimizi bölüşə  bilərik.
 
Yaşadığınız məşəqqəti uşaqlarınıza hiss etdirməmək üçün onların qəhqəhə ilə güldüyü, xoşbəxt olduqları zamanları gözünüzün qarşısına gətirin. Onların xoşbəxtliyi bir müddət də olsa sizi rahatlayar və öz bədbəxtliyinizi ən azından onlara əks etdirməyinizə mane olar.
 
qadin.az

Go Back

Sorğu göndər