Düşüncə Jurnalı

header photo

Hamilə qadının psixologiyası

 

Hamiləlik hər qadın həyatının mühüm mərhələsidir. Bu mərhələni yaşayan hər qadın fizioloji dəyişikliklərə məruz qaldığı kimi psixoloji dəyişiklərə də uğrayır. Hamilə qadın bu duyğuları eyni anda yaşadığına görə özünə dəstək axtarır. Nəticədə onun özünə olan güvəni aşağı düşür. Nəticədə onların bir qismində paranoidal hallar ortaya çıxır. Sevinc və narahatlığı eyni anda yaşayırlar. Yoldaşından yetəri qədər qayğı, sevgi görməyən hamilə bir qadın özünü boşluqda hiss edir.

Hamilə qadınların 80%-i çox həssas olurlar. Hormonal dəyişiklik hamilə qadında psixoloji narahatlığa səbəb olur. Bu səbəblə, onlar daha həssas, daha əsəbi və onları narahat edən fikirlər ortaya çıxır. Normalda önəmsəmədiyi mövzuları böyüdərək daha drammatik hala gətirir. Bu səbəbdən yoldaşlarına onlara dəstək olmağı məsləhət görür və eləcə də bu dönəmin qısa bir zamanda keçəcəyi ona xatırladır. Ümumiyyətlə hamiləlik dövründə qadın 3 mərhələdən keçir:

  • 0-3 ay – onlar uşağı hiss edə bilmədiyindən çox narahat olub, stress keçirirlər. Düşüklərin çoxu əsasən bu aylarda görülür və təcrübəsiz ana daha narahat olur.
  • 3-6 ay – uşaqda zehni mərhələnin inkişafının başladığı bir dönəmdir. Doğum öncəsi ana xarici dil öyrənmək, rəssamlıq və özfəaliyyətlə məşğul olsa uşaq o sənətə daha meyilli olar. Və həzin musiqiyə qulaq assa, təbiət qoynunda zaman keçirib, quşların  səsini dinləsə uşaq dünyaya gələndən sonra rahat yatacaq. Əks təqdirdə ana uşağa yaxşı böyüməsi üçün lazım olan protein, vitamin, mineral, karbohidratı yetəri qədər verə bilməz. Və uşağın bunları kənardan almağı mümkün olmadığından, sağlam inkişafı çətinləşər. Bunun üçün hamilə qadın ürək bulantıya rəğmən bol protein, meyvə, taxıl və s. yararlı qidalar qəbul etməlidir. Ana həyəcanlandıqda və qorxduqda vücudda olan hormonlar qana qarışaraq uşağa təsir göstərir.
  • 6-9 ay – Uşaq suda olduğundan 7ci aydan sonra xaricdən daxil olan səsi eşidir və dünyaya gəldikdən sonra səsini eşitdiyi şəxsləri tanıyır. Ananın bədənindəki dəyişikliklər və doğumun yaxınlaşdığı dönəm gəlib çatır. Qadın özünü artıq qadın kimi yox bir ana kimi hiss edir. Evlilikdə ər-arvad rolları ana-ata rolları ilə əvəzlənir. Bu dövr çox önəmli və həssas dövrdür. Özəlliklə, ana qorxularını, narahatlıqlarını, təşvişini yoldaşı ilə paylaşmalıdır. Ana və ata ailə olaraq məsuliyyətlərini birlikdə öz üzərlərinə götürməlidirlər. Yoldaşının dəstəyini hiss edən qadın duyğusal olaraq özünəgüvəni yaranacaq. Ananın sağlam psixoloji durumu övladında əks olunacaq. Yoldaşının dəstəyi ilə birlikdə qadına anası, rəfiqəsi də dəstək olmalıdır. Bu mövzuda daha təcrübəli olan birindən dəstək almalıdır.

Ana bu duyğuları yaşarkən sakitləşmək üçün idman və ya müəyyən bir hobbi ilə məşğul olmalıdır. Bunlar: üzmək, şəkil çəkmək, gitara çalmaq, toxumaq və ya yeni yeməklər bişirməyi öyrənmək, özünə məşğuliyyət tapmaq hamiləliyin çətinliyini ona unutduracaq.

Hamilə qadınının özünə baxması bir qadın olaraq onu ruhlandıracaq. Bunun xaricində isə vaxtında yatmaq, normal qidalanmaq, ilıq düş qəbul etməklə özünə səmərəli zaman ayırmalıdır.

Fəridə Ağaverdiyeva

pcc.az

Go Back

Sorğu göndər