Düşüncə Jurnalı

header photo

Yüksək riskli hamiləliklər

Yüksək riskli hamiləlikləri iki hissəyə  ayıra bilərik. Bəzi hamiləliklər hamiləliyin əvvəlində, yəni hamilə qalmamışdan  qabaq  risk  daşıyıcısı olurlar.  Amma bir çox hamiləlikdə  sonradan bir sıra problemlər ortaya  çıxır. Və bu problemlərə görə hamiləlik yüksək riskli hamiləliyə çevrilir. Riskli  hamiləliklər  ümumi hamiləliklərin yüzdə 5-i və yüzdə 10-nu təşkil edir.  

Zəmin   yaradan faktorlar

Riskli hamiləliyə səbəb  olan bəzi irsi xəstəliklər var.  Bu irsi  xəstəliklər, irsən keçən bir sıra təhlükələr yaradır. İrsi xəstəlik irsən  keçdiyi üçün  gələcək nəsillərə də ötürülə  bilər. Bəzi hamilə xanımlarda  sistemik xəstəliklər olur. Buna ən sadə  nümunə olaraq şəkər xəstəliyini göstərmək olar. Şəkər xəstəliyi hamiləlik dövründə də yarana bilər. Belə sistemik xəstəliklərin bir çox növü vardır. Hamiləlikdə  yaranan bir sıra infeksiyalar  da hamiləliyi  riskli formaya gətirib çıxarır. Ümumiyyətlə  bir çox faktorlar hamiləlikdə problemlər  yarada bilər. 

Hamiləlikdə dərmandan istifadə

Miqrenə qarşı dərman  istifadəsinin hamiləlik baxımından heç bir qorxusu yoxdur. Bu tip suallar  bizə də çox verilir. Çünki analıq fərqli bir duyğudur. Uşaq, ana üçün  özündən daha dəyərli bir varlıqdır. Elə bu səbədən analar  öz xəstəliklərindən daha çox uşaqlarını  düşünürlər, öz sağlamlıqları üçün istifadə etdikləri dərmanları istifadə etməmək  fikrinə düşürlər.  Amma biz xüsusilə sistematik xəstəlikləri olan , yəni əvvəlcədən  bir xəstəliyi olan, dərman istifadə edən və hamilə qalan xanımlara həkimlərilə  danışıb müalicələrini davam etdirməyi məsləhət görürük. Məsələn əgər hamilə  xanımın revmatizması varsa, o,  bu sahə  üzrə mütəxəssisə, epilepsiyası varsa  bir nevropatoloqa müraciət edib dərmanlarını  davam etdirməlidir. Yəni, demək istəyirik ki  analar hamiləlikdə öz sağlamlıqlarının da  qayğısına  qalmalı, etdirməli olduqları  bir müalicə  varsa bunu həkimlərlə məsləhətləşərək  davam etdirməlidirlər. Uşaqlarına zərərli olmasın deyə müalicələrini  dayandırmaları  həm özləri, həm də körpələri  üçün problemlər yarada bilər.
Təbii ki, bu məsələdə   dərman firmalarının üzərinə  çox böyük məsuliyyət düşür. Belə ki, hamilə  xanım hər hansı bir dərmandan  istifadə  etsə və bu dərmana görə uşağında hər hansı bir problem yaranarsa həmin dərman  firmaları üçün də çox böyük problemlər yarana bilər. Ona görə də demək  olar ki  bütün dərmanların içində “hamiləlikdə  istifadə edilməsi təhlükəlidir” deyə bir yazı var. Bu yazı bir ümumiləşdirmədir  və daha çox firmaları qorumaq üçün nəzərdə tutulub. Amma elmi olaraq bir sübütu yoxdur. Ümumiyyətlə bu fəaliyyətlərin  əsasında heyvan üzərində aparılan təcrübələr durur.

bebe.az

Go Back

Sorğu göndər