Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "KİŞİ VƏ QADIN"

Kişilər bunları bilməlidir!

Ciddi bir münasibət qurmaq istəyən, ancaq hələ də bacarmayan subay kişilər bunlara diqqət etsin.


Əgər bir qadınla ilk görüşünüz gözəl keçibsə, ona zəng edib yenidən görüşə dəvət edin. Əgər görüşünüz pis keçdisə, ürəyinizcə olmadısa, zəng edib onu tanıdığınıza şad olduğunuzu və gələcək həyatında ona şans dilədiyinizi deyin. Səssiz yoxa çıxmayın. Sağollaşıb getdikdən sonra heç bir əlaqə saxlmasanız, mesaj yazmasanız, bu, sizin qorxaqlığınız kimi başa düşüləcək. Sonrakı münasibətinizdə etdiyiniz bu hərəkət eynisiylə sizə qarşı ediləcək. Bu, həm də xoşagəlməz bir hərəkətdir.


Bir qadına özü ilə bağlı 3 sual verin. Və cavablarını dinləyin, ya da dinləyirmiş kimi davranın.


Əgər yaxın bir dostunuz subay qadındırsa, bir şeylər düşünün.


Əgər əvvəl evli olmusunuzsa, ya hələ də evlisinizsə, bu, ilk görüşdə heç bir detallara girmədən deyilməsi lazım olan məsələdir. Və əgər hələ də evlisinizsə, boşanma niyyətindəsinizsə, bilin ki, sevgilinizin rəfiqələri boşandıqdan sonra sizi xoşlayacaqlar.


İlk görüşdə hesabı siz ödəyin. Bu, incə və xoş bir davranışdır. Yadda saxlayın ki, comərd bir adam simic adamdan daha yaraşıqlı görünür.


İlk görüşə getmədən əvvəl çəngəl, bıçaq istifadəsini öyrənin. Salfet kağızdan istifadə edin, yemək yeyərkən ağzınızı bağlayın.


Gülümsəyin. Qəhqəhə çəkin. Çoxlu gülün. Belə daha yaxşı görünəcəksiniz və ikinizin də gərginliyinizi aradan götürəcək.


Əgər evinizdə çoxlu pişiyiniz, ya heyvanlarnız varsa, ilk görüşdə onları gizlədin. Qız sizi sevdikdən sonra bunu qəbul edəcək.


Bacı və ananızla yaxın bir münasibətdə olmanız yaxşı, şəfqətli bir haldır. Yox, əgər qıza ananızla dost olduğunuzu desəniz, heç bir qız sizinlə sevgili olmaq istəməz. Bu, bir az qorxuducu haldır. Sizin dostunuz sizinlə yaşıd olan kişilər olmalıdır.


 İlk görüşdən sonra ona mütləq zəng edin. Deyəcəyiniz mənfi, ya müsbət olsa da, fərq etməz. Heç kim yarı yolda tərk edib gedənlərdən xoşlanmaz. 

ailem.az

 

Go Back

Gözlənilən məşhur 10 nigah

Bred Pitt və Coli

Bred Pitlə Ancelina Colinin evli olduğunu sananlar kifayət qədər olsa da, onlar hələ ki, subaydır. Məşhur cütlük bu yaxınlarda nigah mərasimini planlaşdırır. 

 

Kristina Agilera və Mett Ratler

Robin Rayt və Ben Foster

Adam Levayn və Bexati Prislu

Aliviya Uayld və Ceyson Sudeykis

Skarlet Yohanson və Romen Doriak

Devid Lukado və Britni Spirs 

Barri Ceyms və Lana Del Rey

Mila Kunis və Eşton Katçer

 

 

Go Back

Sevən kişi necə olur?

Bir qadını, xoşladığı kişiylə bağlı ən çox maraqlandıran "Məndən doğrudan xoşu gəlirmi?", "Məni sevir, yoxsa sadəcə vaxt keçirmək üçün danışır?" kimi suallardır.

Ailəm.az qadınların bu narahatlığına az da son qoymaq üçün sevən kişinin xüsusiyyətlərini təqdim edir.

Əgər bir kişi sizin xəbəriniz olmadan sizi sevirsə, ya sizdən xoşu gəlirsə, hər zaman sizə utancaq baxışlarla baxacaq. Əgər düz onun gözlərinə baxsanız, baxışlarını tez-tez sizdən yayındıracaq və yanaqları qızaracaq.

 Sizə aşıq olan bir kişi sizi tanımağa çalışacaq. Tez-tez suallar verəcək. Söylədiyiniz hər kəlmə ona zövq verəcək. Buna görə hər fürsət düşəndə sizi danışdırmağa, suallar verməyə başlayacaq.

 Tez-tez zarafatlar etməsi, danışığıyla sizdə maraq oyatmağa çalışması sevən kişinin ən mühüm xüsusiyyətlərindəndir. Əlbəttə, bəzi kişilər ağıllı danışmaqla yanaşı, hətta xoş sözlər söyləməklə qadının sevgisini qazanmağa çalışarlar.

 Sevən kişi sizin yanınızda olarkən davranışlarıyla yanaşı, jest və mimikalarında da nəzakətli olmağa çalışacaq.

 Sizi sevən bir kişi təsadüfləri gözləməz. Özü təsadüflər yaradar. Harda olduğunuzu bildiyi an sizdən xəbərsiz, guya sizin orda olduğunuzu bilmirmiş kimi həmin yerə gələr.

 Yanınızdaykən südü dağıtmış pişik kimi sakit, yazıq davranar.

 Çiçəkləri hər bir qadın sevir . Kişilər bunu hər zaman nəzərə alar.

 Sizin yanınızda çəkindiyi bir hal olarkən əliylə başına, ağzına, ya çənəsinə toxunar.

 Sevgiliniz  əlinizdən sanki qaçacaqmış kimi möhkəm tutursa, deməli, sizə qarşı sevgisi çox güclüdür. Bu, eyni zamanda həqiqi bir münasibət yaşadığınıza bir işarədir.

 Sevən kişi harda olursunuz olun,  maşını olmasa belə, taksi, avtobus, ya dostunun maşınıyla gəlib sizi həmin yerdən özü götürəcək.

 Unutmayın, göz qəlbindəkini hər zaman görmək istəyər.

 

Go Back

Qırmızı alov, qara ehtiras, yaşıl sədaqət

Sevdiyiniz rənglərin sizin necə bir insan olduğunuzdan xəbər verdiyini bilirdinizmi? Ailəm.az rənglərin insanların sevgi, cinsi həyatı haqqında nələri xəbərlədiyni təqdim edir.

 Qırmızı sevgi və arzunun rəngidir. Sevdiyi rəng qırmızı olan insan həyəcanvericidir. Ehtiraslı sevgi yaşasa da, eyni zamanda başqa bir sevgi yaşamağa da hazırdır. Qırmızı sevənlər alovlu cinsi həyata sahibdirlər.

 Qara rəngi sevənlər olduqca ehtiraslı və əzmli insanlardır. Monotonluq onlar üçün deyil.

 Ağ rəngi sevənlər nəcib, təvazökar olurlar. Ağ sevən insanlar cinsi həyatda fərqlilikdən utanarlar.

 Sarı sevgi, ehtirasdan uzaq bir rəngdir. Sevgi məsələsində eqoist ola bilərlər. İntellektual, zəkalı, özünə güvənən insan olurlar.

 Çəhrayı insanı sakitləşdirən bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən, həyəcanlı və əyləncəli insanlardır.

 Yaşıl güvən və rahatlığı təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdirici təsir göstərir. Bu rəngi sevənlərin cinsi həyatı məsum olur və yaşıl sədaqət rəngidir.

 Üsyankar və özünə inamın rəngi bənövşəyidir. Bənövşəyi sevənlərin xəyal dünyası geniş olur. Sevgidə ruh əkizlərini axtararlar.

 Narıncı sevənlər həssas və duyğusal olurlar. Canlı və həyəcanlı münasibətlər onlara görədir. Cinsi münasibətdə fantaziyaları güclü olur və ehtiraslıdırlar.

 Qəhvəyi rəngi sevənlər paylaşmağı da sevərlər. İntizamsızlığı xoşlamazlar və sevgi həyatında düz irəliləyərlər, enişli-yoxuşlu deyillər.

 Sakitliyin rəngi mavidir. Onlar üçün inam və sədaqət çox əhəmiyyətlidir. Ehtirası sevirlər. Sevgi doludurlar və qarşı tərəfi xoşbəxt edərlər. Cinsi həyatda yaxşıdırlar. 

Ailem.az

Go Back

Toydan öncə

 

Evlilikdən öncə diqqət yetirilməsi vacib olan məqamlar.

Hər evlilik yeni bir başlanğıcdır. Ancaq bu başlanğıcın uğurlu olması üçün, gələcək həyat yoldaşınızla bəzi mövzuları öncədən danışmalısınız.

Onunla eynilə eyni olmağınınz mümkün deyil. İllərdir müəyyən vərdişlərlə yaşamış bir insandan birdən birə dəyişməsini, sizin istədiyiniz kimi hərəkət etməsini gözləməyiniz doğru deyil. Bu həqiqəti evlənmədən əvvəl qəbul edin. Buna görə qarşınızdakı insanı yaxşıca araşdırın və ancaq onun sizə uyğun olmayan xüsusiyyətlərini qəbul edib, bunlarla yaşayabiləcəyinizi düşünürsünüzsə “bəli” deyin. Digər tərəfdən, onunla digər mövzuları da müzakirə edin:

Pul: Evləndikdən sonra artıq ortaq bir büdcəniz olacaq. Ancaq pul xərcləmə vərdişləriniz bir-birinizinkinə uyğun gəlməyə bilər. Buna görə diqqət yetirməniz lazım olan nöqtələr vardır. Əgər işləməyəcəksinizsə, həyat yoldaşınız sizə gündəlik ev xərclərinin xaricində də pul verməlidir. Bundan başqa işləməmək pulun idarəsinin yoldaşınızda olmasını tələb etmir. Sonraki planlarınız üçün, məsələn ev almaq, kredit ödəmək və s. kimi planlar olduqda sizin də pulunuzun nə vəziyyətdə olduğundan xəbərdar olmağınız lazımdır. Əgər siz də işləyəcəksinizsə, hər ikiniz də qazandığınız pulu ortaq bir hesaba keçirə bilərsiniz. Ancaq özünüz üçün pul yığmaq kimi bir niyyətiniz varsa, hər ikiniz üçün xüsusi bir hesab açdırıb hər ay bura müəyyən bir miqdarda pul köçürə bilər və qalanını ortaq hesaba köçürə bilərsiniz. Ortaq hesabdan xərcləyəcəyiniz pul barədə bir-birinizə xəbər verməyinizdə fayda vardır.

Ev işləri: Bütün kişilər ev işlərində analarına nə qədər köməkçi olduqlarını, hər zaman öz işlərini boynuna götürdüklərini söyləyirlər. Ancaq həqiqətdə isə vəziyyətin heç də elə olmadığını görürük . Bu mövzunu əvvəldən danışmalı, sizin ütü, yemək və s. kimi ev işləri üçün deyil, bir yuva qurmaq üçün onunla evləndiyinizi mütləq bildirməlisiniz. Şübhəsiz işləməyib ev qadını olmağı üstün tutduğunuz təqdirdə ev işlərinin böyük məsuliyyəti sizdə olacaq. Lakin, bu, gələcək həyat yoldaşınızın sizə qətiliklə kömək etməyəcəyi mənasını vermir.
Uşaqlar: Bu da evlilikdə əhəmiyyətli problemlərdən biridir. Hələ uşaq doğmağa hazır olmadığınızı düşünə bilər və bunu daha sonraya saxlaya bilərsiniz. Digər tərəfdən yoldaşınız sizinlə həmfikir olmaya bilər. Bu vəziyyəti də əvvəldən həll etməyiniz lazımdır. Uşaq üçün əlverişli zamanı birlikdə qərarlaşdırmalı, bu mövzuda sizə təzyiq etməməsini əvvəldən bildirməlisiniz.

Ailə: Ailələr və çevrədəkilər münasibətlərin davamlı olmasında ən böyük faktordur. Əgər tərəflərdən biri ailəsinə- valideynlərinə çox bağlıdırsa, digəri bu vəziyyətdən narahat ola bilər. Məsələn yoldaşınızın anası davamlı gəlib, sizin ortaq həyatınıza müdaxilə edərsə, ikili vəziyyət yaranacaq. Buna görə evlənmədən əvvəl bu mövzuya toxunmalı, ikinizin də xoşlanacağı bir yol tapmalısınız. Bunu əvvəldən danışmağınız irəlidəki əyrilikləri də aradan qaldiracaq.
İşləmək: Bu ölkəmizdəki qadınların ən böyük problemidir. Bir çox qadın, həyat yoldaşı icazə vermədiyi üçün istədiyi halda işləyə bilmir. Buna görə bu məsələni də evlənmədən əvvəl dəqiqləşdirməlisiniz. Əgər işləyirsinizsə, evləndikdən və uşaqlarınız doğulduqdan sonra da iş həyatınızı davam etdirəcəyinizi yoldaşınıza dəqiq bir şəkildə izah etməlisiniz. İş həyatınız yoxsa belə, ona istədiyiniz zaman işləyəcəyinizi qəti bildirməlisiniz. Bu şərtlər sizə əhəmiyyətsiz kimi gələ bilər, lakin unutmayın ki, irəlidəki həyatda nələrlə qarşılaşacağınızı bilmirsiniz.

Psixoloq Həbibova Gülnar 

Go Back

Ərə getmək çətin deyil...

Kişi və qadın münasibətləri 

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.

Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.

 Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.

Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər. 

Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhdetməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.

Qadınlara məsləhətlər

Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.

Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, yeri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.

Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.

Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.

Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq 

1. Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.

2. Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.


3. Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.


4. Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.


5. Kişilərin xoşagəlməz, kobud rəftarını normal qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).


6. Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar. 

Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürəm. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.

Psixologiya və Konsultasiya Mərkəzi (PCC)-nin psixoloqu 

Aygün Ağabalayeva 

 

Go Back

6 nəticə göstərilir