Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Kitab klubu"

Evdən işləyənlərin nəzərinə - Mütləq Əməl edin!

1 - Mütləq masanızda işləyin

Evinizdə yerdə, yataqda və ya kresloda deyil, məhz masada işləyin. Və uyğun stulda oturmağa diqqət edin. Əks halda, onurğa, qollar, dizlər və ayaqlarınızda ağrılar olacaq.

2 - Bütün ehtiyaclarınız masanın üzərində olsun

Masanız elə ölçüdə olmalıdır ki, onun üzərinə telefon, qələmləriniz, bloknot, dosyalar, kalkulyator cihazı və s yerləşə bilsin. Belə olmadıqda siz hər dəfə bir lazımlı əşya üçün çevriləcəksiniz və ya əyilib yerdən götürməli olacaqsız. Bu zaman isə sizdə bel yırtığı, əzələ ağrıları yarana bilər.

3 - Stulunuz ideal yüksəklikdə olsun

Çox yaxşı olar ki, iş zamanı oturduğunuz stulun hündürlüyünü yüksəldib, alçada biləsiniz və onun qolları da olsun. Diqqət edin ki, alçaq stullar diz ağrılarına, ayağınızın yerə dəyməyəcəyi qədər hündür stullar isə onurğa ağrılarına gətirib çıxara bilər.

4 - Kompüterin ekranı çox aşağıda olmasın

Kompüterin monitorunu gözünüzdən 50-75 sm. uzaqda tutun. Kompüterinizin ekranı gözlə təmasın bir balaca aşağısında olmalıdır. Düz üstü kompüterdə işləyirsinizsə adında olduğu kimi, bunu diz üstünə qoyub çalışmayın. Bu zaman əlavə dəstəklərdən - klaviatura, monitor, maus-dan istifadə edin. Əks halda, boyun yırtığı, əzələ ağrıları və skalyozlara səbəb ola bilər.

5 - Dirsəklərinizi çox bükməyin

Diqqət edin ki, işlədiyiniz zaman dirsəkləriniz nə çox bükülü, nə də çox açıq olmasın. Çalışın yerə paralel vəziyyətdə olsun. Belə olmadıqda dirsək və bilək hissələrdə sinir sıxılması olur. Və bel, boyun hissədə ağrılar başlayır.

6 - Danışan zaman bu xətaya əsla yol verməyin

Çoxumuz işlədiyimiz zaman telefon zəng gələndə onu qulağımızla çiynimiz arasında saxlayıb söhbətə davam edirik. Bu əsla olmaz. İşdən heç cür ayrıla bilmirsinizsə, telefonun səsini açın və ya qulaqcıqlardan istifadə edin. Əks halda boyun yırtığı və onurğa ətrafında əzələ ağrılarına səbəb olur.

7 - Ən geci bir saatdan bir pauza edin

Masa arxasında işləyən zaman ən geci bir saatdan bir 10-15 dəqiqə pauza verməlisiniz. Bu zaman ayağa qalxın və hərəkət etməyə başlayın. Bu həm də bir çox yanlışları qismən düzəltmiş olacaq.

lent.az

Go Back

Günün ağılasığmaz faktları

  • Xəstəliklərin 90%-i stresdən əmələ gəlir
  • Mandarin qocalmanın qarşısını alır
  • Qədim Misirin varlı insanlarının ev heyvanı timsah idi
  • XVI XVII əsrlərdən insan həyatının davamlılığı orta hesabla 39 il idi
  • Bu günədək kosmosa 556 insan səyahət etmişdir
  • Bir tualet kağızının istehsal edilməsi üçün 27 000 ağac kəsilir
  • Yer kürəsində ağaclardan öncə göbələklər mövcud idi
  • Süd sərxoşluğu aradan qaldırmaq üçün ən effektiv vasitədir
  • 1 addım atdığımız zaman 200 əzələ işə düşür
  • Səhər ayılmaq üçün alma qəhvədən daha effektiv vasitə sayılır
 

Go Back

Mandela effekti

İnternet istifadəçiləri arasında son illərdə məşhurlaşan bir teoriya var. Bu Mandela effekti və ya bəzən də Berenstein nəzəriyyəsi kimi adlanır. Bu nəzəriyyə haqqında internetdə ilk dəfə 2010-cu ildə Fiona Broome adlı bir bloqqer yazıb. O, bloq yazısında qeyd edib ki, Nelson Mandelanın 1980-ci illərdə həbsdə olarkən öldüyünü çox əminliklə xatırlayırmış, daha sonra isə əslində belə olmadığını öyrənib(bloq yazılan dövrdə Mandela sağ idi, 2013-cü ildə vəfat edib) [1]. 
Bunu heç cürə qəbul edə bilmir və bu hadisəni internetdə paylaşaraq digər insanların da belə düşünüb-düşünmədiyi barədə öyrənmək istəyir. Qəribə şəkildə, həmin yazıya gələn rəylərdə bir çox insan da Mandelanın həbsdə olduğu dövrdə öldüyünü xatırladığını yazır. 
Daha sonra, 2012-ci ildə Reece adlı başqa bir bloqqer də buna bənzər bir hadisə haqqında yazır [2]. 
O isə «The Berenstain Bears» adlı uşaq kitabının adının Berenstein(«e» ilə) olduğunu əminliklə xatırladığını deyir. Həmçinin bu xatirəni də fərqli internet istifadəçiləri təsdiq edirlər. Reece özü fizikdir və bu məsələyə fizika ilə açıqlama verməyə çalışır. O belə yazır: «Mən düşünürəm ki, kainat 4 ölçülü kompleks bir manifolddur. Əgər riyazi dili başa düşmürsünüzsə belə izah edim, kainatdakı 3 fəza və 1 zaman ölçüsünün öz içlərində kompleks olduğunu düşünürəm. Bu o deməkdir ki, onlar a + ib (riyaziyyatdan bildiyimiz kompleks ədədlər) formasında „həqiqi“ və „xəyali“ dəyərlər alırlar. 4 ölçülü manifold daxilində 16 heksadektant mövcuddur(kvadrantlar kimi, ancaq onların 16 dənəsi) və bizim hansı 4 ölçü içində olduğumuzu müəyyən edirlər. Bizim yerləşdiyimiz heksadektantda 3 fəza ölçüsü həqiqi, 1 zaman ölçüsü isə xəyalidir.» Bundan sonra 2013-cü ildə reddit istifadəçiləri /r/MandelaEffect subreddit-ni açırlar. [3] 
Burada insanlar yanlış xatırladıqları hadisələri paylaşırlar. Hazırda bu subreddit-in 22.510 izləyicisi var.
Mandela effektini yaşadığını deyən insanlar iddia edirlər ki, Mandela effekti paralel kainatlar nəzəriyyəsinin bir nəticəsidir. Bu nəticəyə görə, bir qrup insan keçmiş hadisələr haqqında alternativ xatirələrə sahibdirlər. Nəzəriyyənin dəstəkçiləri həmçinin iddia edirlər ki, kainatdakı reallıq anlayışı keçmişdə bir nöqtədə forma dəyişdirib və bizim kainat başqa bir kainatla «dolaşıb» və insanlar bu fərqli reallıqlar arasında keçid edirlər. Nəzərriyənin(əslində buna nəzəriyyə demək düzgün deyil, hipotez demək olar) nə qədər həqiqətə uyğun olması barədə qəti bir şey demək mümkün deyil. Lakin bu qədər çox sayda insanın oxşar hadisələri yaşaması qəribədir. Ola bilsin ki, sadəcə reallığa asan cavab tapmaq üçün beynimizin bizi aldadaraq atdığı bir addımdır. 

[1] — mandelaeffect.com/nelson-mandela-died-in-prison/ 
[2] — www.woodbetween.world/…/the-berenstein-bears-we-are-… 
[3] — www.reddit.com/r/MandelaEffect

 

https://www.youtube.com/watch?v=uF2HZsinHTQ

 

Go Back

Göy qurşağı

Dünyanın bütün rəngləri bir araya toplaşır və hansı rəngin ən əhəmiyyətli, ən xüsusi olduğunu müzakirəyə etməyə başlayırlar:

Yaşıl sözə başlayır: “Əlbəttə mən ən əhəmiyyətli rəngəm. Mən həyatın və ümidin rəngiyəm! Çəmənlər, yarpaqlar, ağaclar üçün seçilmişəm. Yer üzünə bir baxın, hər tərəf mənim rəngimlə əhatə olunub.”

Mavi əlavə edir: “Sən yalnız yer üzünün rəngisən, bəs mən? Mən həm dənizin, həm də səmanın rəngiyəm. Səmadakı mavi insanlara dinclik verər və dinclik olmadan da siz heç bir şey edə bilməzsiniz!”

Sarı sözə qarışdı :” Siz zarafat edirsiniz? Mən günəşin rəngiyəm, bu dünyaya istilik verirəm. Mən olmasam hamınız soyuqdan donardınız!… "

Narıncı onun sözünü kəsdi: 'Bəs mən? Mən müqavimətin və sağlamlığın rəngiyəm. İnsanın yaşaması üçün lazımlı vitaminlər mənim rəngimdə tapılır. Portağalı, kökü düşünün. Ortalıqda görünməyə bilərəm amma günəş doğularkən və batarkən səmaya o gözəl rəngi verən mənəm unutmayın! ..

Qırmızı dözə bilməyib söhbətə qoşuldu: “ Mən hamınızdan üstünəm! Mən qan rəngindəyəm! Qan olmadan həyat olarmı? Mən həm də cəsarət və təhlükənin rəngiyəm! Döyüş və atəş rəngindəyəm! Eşq ve ehtiras mənimlədir! Mənsiz bu dünya bomboş qalardı!”

Bənövşəyi ayağa qalxdı: “Hamınızdan üstün olan mənəm! Mən gücün və nəslin rəngiyəm. Bütün liderlər və krallar məni seçiblər. Nüfuz və müdrikliyin rəngi mənəm. İnsanlar məni sorğu-sual etməzlər. Onun yerinə qulaq asır və itaət edirlər. Və bütün rənglər bir ağızdan danışmağa davam edib dalaşırlar. Hər biri digərini itələyir və — “ Ən üstün mənəm”-, deyirmişlər.

Bir anda şimşəklər çaxmağa başlayır və yağış damlaları göydən enir. Bütün rənglər çaşıb qorxuyla bir-birlərini qucaqlayır. Və yağışın səsi eşidilir.

Ehh biçarə rənglər, bu davanızı mənası nədir? Siz bilmirsinizmi ki, hər biriniz fərqli bir vəzifə üçün yaradılmısınız, bir-birinizdən fərqlənirsiniz və hər biriniz çox xüsusisiniz. İndi əl-ələ tutub yanıma gəlin! “ Rənglər bu sözlərdən çox utandılar. Əl-ələ tutub səmaya doğru qalxdılar və bir ox şəklində orada məskunlaşdılar.

Yağış: ”Bundan sonra hər yağış yağanda siz birləşib bir rənglər aləmi olaraq səmadan yer üzünə doğru uzanacaqsınız. İnsanlar sizi gördükcə rahatlıq hissi tapacaqlar. İnsanlara, sabahlar üçün bir ümid olacaqsınız. Göyü bir qurşaq kimi dolayacaqsınız və sizə GÖY QURŞAĞI deyəcəklər Razılaşdıqmı?

Buna görə nə zaman dünyamıza yağış yağsa ardından GÖY QURŞAĞI meydana çıxır. Biz də göyqurşağındakı o rənglər kimi bir-birimizdən fərqli və çox xüsusiyik. Bunu anlamalı və uyğunlaşaraq yaşamalıyıq. 

 

Go Back

Həyata təkcə öz pəncərənizdən baxmayın

-Aygünə nə olub? Sanki küsüb,əvvəlki kimi deyib gülmür... -Yeniyetməlik problemləridir.Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək.Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?.. -Nərgiz xala,Aygünlə tez-tez söhbət edirsinizmi? -Bu necə sualdır,əlbəttə edirik. -Yox,elə demək istmədim.Yəni,o hisslərini sizinlə bölüşürmü? -Mən belə şeyləri başa düşmürəm,ancaq onu bilirəm ki,atası son vaxtlar onu tez-tez danlayır.Aygün də bəzi işləri bizdən xəbərsiz görür.Atası xəbər tutsa,heç bilmirəm necə olacaq. Aygün orta məktəbin onuncu sinifində oxuyur.Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir.Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir.Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir.Bir tərəfdən yeniyetməlik problemləri,bir tərəfdən də stress onu rahat buraxmır.Tez-tez əsəbiləşir,bəzən də yoldaşlarının təsiri altına düşür.Atası onu kursa göndərdiyi üçün çox sevinir.Ancaq atası bir ata kimi öz işini yalnız kursun pulunu ödəməkdə görür. Artıq üç həftədir ki,nə məktəbdəki,nə də kursdakı dərsləri ilə məşğul ola bilir.Sevginin nə olduğunu bilməsə də,rəfiqələri tez-tez bu mövzudan danışırlar.Özünü yelkəni qopmiş bir qayıq kimi hiss edir.Dənizdə təkbaşına “dalğalarla mübarizə aparır”. “Nə etməliyəm?” sualına heç cür cavab tapa bilmir... Birdən Aygünün qapısı döyüldü.Bir anlıq çaşıb qaldı.Uzun müddət idi ki,heç kim onun qapısını döyməmişdir.Tez qalxıb qapını açdı: -Doğrusu çox təəccübləndim.Bizim evdə qapını heç kim döymür. -Yenə nə olub,dərin xəyallara qərq olmusan? -Hansını deyim ki?Ürəyim sıxılır.Özünü uşaq kimi hiss edirəm.Həyata nikbin baxa bilmirəm... Sevinc Aygündən 5 yaş böyük idi.Bir anlıq beş il əvvəl yaşadıqları ağlına gəldi: -Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım.Odur ki,səni yaxşı başa düşürəm.Məktəb,universitet mənə boş şey kimi gəlirdi.Bir neçə il sonra evlənəvək,oğul-uşaq sahibi olacaqdım.Həyat mənim üçün dörd divardan ibarət bir otaq idi.Ancaq bir yaz günü pəncərədən həyətə baxanda harada səhv etdiyimi anladım.O avxt evimiz dördüncü mərtəbədə idi.Otağımdan salona qaçdım.Salonun pəncərəsini açıb küçəyə boylandım.İnsanlar hara isə axışır,hər tərəfdə həyat qaynayırdı.Halbuki mənim otağımın pəncərəsi kiçik bir daşlığa açılırdı.Mətbəxə qaçdım.Eyvana çıxıb pəncərələri açdım.Uzaqdan dənizin mavi ləpələri parıldayırdı.Bir az uzaqda isə adalar var idi.Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə təəssüfləndim.Hər şey çox gözəl idi,ancaq mən bu gözəlliyi ilk dəfə idi ki, “kəşf etdim”.Düşündüm ki,evimiz bir olsa da,pəncərələrinin hərəsi bir tərəfə açılır.Deməli,biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq... Həmin gün Aygünlə Sevinc evin otaqlarını gəzib pəncərələrdən çölə baxanda Nərgiz xala heç nə başa düşmədi.Ancaq bildiyi bir şey var idi ki,o gündən Aygün tamam başqa bir qız oldu...

kayzen.az

Go Back

Bir atanın etirafı

Bütün bunları sən yatandan sonra yazıram.Bir az əvvəl oturub qəzet oxuyurdum. Birdən özümü çox günahkar hiss etdim. Qalxıb sənin otağına getdim. Balaca əlini yanağına söykəmişdin. Tərdən saçların islanıb alnına yapışmışdı. Səhər məktəbə gedəndə yenə üstünə qışqırmışdım. Üzünü yaxşı yumamışdın, ayaqqabıların da kir-pas içində idi. Hələ bu azmış kimi, səhər yeməyində süfrənin üstünə çay da dağıtmışdın. Bütün bunlar məni əməlli-başlı hövsələdən çıxarmışdı. Mən işə, sən məktəbə getmək üçün evdən çıxdıq. Sən mənə«Yaxşı yol ata»-dedin.Mən isə«Sağ ol» demək əvəzinə :«Düz yeri,belini əymə»-deyə üstünə qışqırdım.
Axşam işdən qayıdanda səni küçədə gördüm. Toz-torpaq içində uşaqlarla oynayırdın. Ayaqqabılarını da bulamışdın. Bu dəfə də yoldaşlarının yanında səni utandırdım.
Axşam yeməkdən sonra otağıma çəkiləndə ürkə-ürkə yanıma gəldin.Mən isə sərt bir şəkildə:«Nə var,nə istəyirsən?»-deyə soruşdum. Heç bir şey deməyib yanıma gəldin, qollarını boynuma dolayıb məni öpdün. Mənim «soyuqluğum» Allahın sənin o kiçik ürəyinə verdiyi sevgini dondura bilməmişdi.
Hə, oğlum! Sən yatandan bir qədər sonra qəzet əllərimdən sürüşüb düşdü. Sanki yuxuda idim, oyandım. Deyəsən yerli-yersiz qışqırmağa artıq adət etmişdim.Səni sevirdim, ancaq uşaq olduğunu unutmuşdum. Həmişə sənə böyük gözüylə baxmışdım. Ancaq  indi sənə baxıram və nə qədər balaca olduğunu görürəm. Halbuki mən səndən çox şey istəmişdim, həm də lazım olandan çox şey…

kayzen.az

 

Go Back

Uşaq və tac

Bir dövlətin əhalisi təzə padşah seçdi və hər qaydasıyla tacqoyma mərasimi keçirildi. Padşah üçün təzə tac da düzəltdilər və tacı daş-qaşla bəzəmək qərarına gəldilər, amma belə bacarığa malik adam yox idi – bütün ustalar tacı korlamaqdan qorxduqları üçün, bu işə qol qoymaq istəmirdilər.
Nəhayət bir sənətkar tapıldı və tacı bir aya düzəldəcəyini dedi. Tacı ona verdilər və o bir ayı daş-qaşı tacın üstündə necə yerləşdirmək barədə fikirləşməklə keçirtdi. Amma qorxudan müddət bitənə qədər taca əl vurmadı. Vaxtın tamam olmağına iki gün qalmış işə başladı, amma əlləri elə əsdi ki, tacı yerə saldı.
Belə olduqda tac haqqında anlayışı belə olmayan balaca oğlanı çağırdı və nə etmək lazım olduğunu başa saldı. Özü elə həyəcanlı idi ki, işin gedişatını görməmək üçün bayıra çıxdı. Uşaqsa işi başdansovdu gördü və daşları taca çox yaxşı yapışdırdı. Padşah da razı qaldı.


 

 

Go Back

Dünyanın ən qəribə boşanma səbəbləri

Bəziləri evliliyi sevginin bitdiyi gün kimi qiymətləndirsələr də, psixoloqların sözlərinə görə cütlüklər arasında əsil sevgi evləndikdən sonra başlayır. Ümumiyyətlə, evlilik çox çətin qəbul edilən qərar hesab edilsə də, təəssüflər olsun ki, bəzən tərəflər “onu” tapana qədər nə qədər əziyyət çəkdiklərini unudub ən xırda bir səbəbə görə ayrılmağa qərar verirlər.
İndi sizə tarixə ən qəribə boşanma səbəbləri kimi yazılan bir neçə hadisə barədə məlumat vermək istəyirik. Oxuyun və ayrılmaq üçün bu səbəblərin nə dərəcə yetərli olduğuna özünüz qərar verin.
Qadını təmizlik düşkünü olduğu üçün hər cür ev işləri görməyə öyrəşən kişi evliliklərinin 15-ci ildönümündə həyat yoldaşı ondan mənzillərinin çirkli görünən divarını söküb yenisini tikməyini istədiyi gün boşanmaq haqqında ərizəylə məhkəməyə müraciət edib.
Ailə həyatı qurarkən həyat yoldaşına 24 yaşı olduğunu deyən qadının sirri 10 ildən sonra açılıb. Onunla evlənərkən əslində xanımının 30 yaşı olduğunu öyrənən kişi elə həmin gün onunla yollarını ayırmaq qərarına gəlib. 
Tutuquşusunun hər gün ona “boşan”, “səbirli ol” deməyi qadında elə təsəvvür yaradıb ki, əri onu aldadır. Bu “faktı” əlində bayraq tutan qadın həyat yoldaşından ayrılmaq üçün məhkəməyə müraciət edib.
60 illik evlilik həyatından sonra boşanma qərarı alan cütlüyün hekayəsi də olduqca maraqlıdır. 99 yaşlı kişi 1940-ci ildə köhnə sevgilisinin 96 yaşlı həyat yoldaşına yazdığı məktubu tapıb, məktubu oxuyub bitirdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etdi. Onlar ən gec boşanan cütlük kimi tarixə düşüb.
Fransız bir qadın isə gün ərzində həyat yoldaşı onunla 20 dəfə cinsi əlaqədə olduğuna görə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmənin nəticəsində isə ərindən 14.000 dollar təzminat almağa nail olub.
Heç vaxt anasının yanından ayrılmayan bəy bal ayına da anası ilə birgə getmək qərarına gəlincə təzə gəlin evlilikərinin üçüncü həftəsində boşanmaq üçün məhkəməyə müraciət edib.

kayzen.az

 

Go Back

Milyonçular haqqında maraqlı faktlar

Harri Potter kitabının müəllifi Coan Roulinq bir müddət Böyük Britaniya kraliçasından da varlı olub. Yeri gəlmişkən bu qadın yazıçı kimi ilk varlanan şəxsdir. Lakin o milyarder «statusunu» xərcləyib. Pulunun yarısını xeyriyyə məqsədilə bağışlayıb.
Keçmiş milyarder Çak Fini (Duty Free-nin yaradıcısı) sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.
Milyarder Pol Qetii İtaliya mafiyası tərəfindən qaçırılan 16 yaşlı nəvəsi üçün tələb olunan 17 milyon dolları ödəməkdən imtina edib. 3 ay sonra nəvəsinin kəsilmiş qulağını poçt zərfində alan milyarder 3 milyon dollar ödəməyə razı olur. Lakin yenə də puluna qıymayıb oğrulara 2,2 milyon dollar verir. Bundan başqa, oğluna illik 4 fazilə 800 min dollar borc verib. 
Siyahıda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da yer alır. D.Tramp jurnalistə qarşı 5 milyon dollar həcmində iddia qaldırıb. Buna səbəb isə jurnalistin onu milyarder deyil, milyoner adlandırması olub.
Kolumbiya narkobaronlarından olan Pablo Eskobar «karyera»sının pik dövründə pullarını bağlamaq üçün hər ay rezin iplərə 2500 dollar xərcləyirmiş. Bu milyarderin pulu hər il 10 faiz azalırdı. Çünki siçovullar pulları yeyirdi.
Telekommunikasıya sahəsi üzrə milyarder Henri Nikolas evinin altında gizli seks məkanı düzəltmişdi. Bundan başqa, milyarder təyyarədə o qədər marixuana çəkirmiş ki, pilot ayıq qalmaq üçün əleyhqaz taxırmış.
Professor Deyvid Çeriton öz şagirdlərinin ideyasını investisiya (Google) edərək milyarder olub. Dünyada ilk rəsmi milyarder Con Rokfellerin ölümündə sahib olduğu sərvətin həcmi 1,4 milyard dollar 2007-ci ilin dollar ekvivalenti ilə 663,4 milyard dollara bərabər olub.
Milyarder şeyx Həmid bin Xəlifə Əl Tani Ərəbistan səhrasındakı qeydiyyatını ləğv etdirərək kosmosda qeydiyyata düşüb.

kayzen.az

Go Back

İzlə və nəticə çıxar

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək. 
Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
— Bu quşu tanıyırsanmı?
— Yox, tanımıram
— Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur. 
Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi. Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını.  Amma Feynmanın atası həmişə deyərdi: Bir quşun adını bütün dillərdə bilə bilərsən, başqa ölkələrdə adamların bu quşa nə dediklərini və necə yaşadıqlarını. Amma yenə də o quş haqqında heç bir şey bilməyəcəksən oğul. Gəl bərabər bu quşa baxaq və onun nə etdiyi izləyək. Qısası — bir gəzintidə gördüyün quşun adını əzbərləməkdənsə, quşun necə davrandığını və niyə elə davrandığını izlə və nəticə çıxar. 
Çıxarılan Dərs: Bir nəsnənin adını bilməklə özünü bilmək arasında böyük fərq var.
Sonralara isə Feynman bildi ki, bu quşun adı fərqliymiş. Heç çin və portuqal dillərində də atası quşun adını düz deməmişdi. Amma Feynman uşaqlıqda izləməyi və nəticə çıxarmağı öyrənmişdi.

 

Kənan Kərimzadə

kayzen.az 

 

Go Back

Çəkdiyiniz cızma-qaraların mənaları...

 

Söhbət zamanı, mühazirələrdə, görüşlərdə və ya sadəcə düşünərkən əlimizdə qələm varsa mütləq vərəqdə nəsə cızma-qara edəcəyik.
Fərqinə varmadan çəkdiyimiz müxtəlif cızma-qaraların mənalarını araşdırdıq. Sən demə, çəkdiyimiz balaca nöqtənin belə bizim psixoloji vəziyyətimizlə və yaşadıqlarımızla birbaşa əlaqəsi var. Bəs çəkdiyimiz bu rəsmlər nəyin işarəsidir?

Rəqəmlər:

Hər dəfə yeni günün doğmasına baxmayaraq ürəyiniz sevinmir. Sizin daha çox qayğıya və diqqətə ehtiyacınız var.

Həndəsi fiqurlar:

Kvadrat, romb, üçbucaq fiqurlarını çəkən insanlar dəqiq məqsədi olan insanlardır. Onlar praktik zəkaya, məntiqli düşüncə tərzinə malikdirlər. Yaxşı lider ola bilərlər. Bundan başqa, həndəsi fiqurlar çəkən insanlar dəqiqliyə sadiqdirlər, ağıllıdırlar və hər şeyi çox gözəl planlamaq xüsusiyyətinə malikdirlər. Əgər fiqurların çox iti ucları varsa, bu aqressivlikdən xəbər verir. Belə insanların zəif yeri həddindən artıq diqqətcil olmalarıdır. Arada istirahət etsələr, yaxşı olar.

Xaç:

Xaçlar günah hissinin olduğunu göstərir.

Spiral, dalğa və dairə:

Başqalarının problemləri səni narahat etmir. Belə insanlar özünə çox qapanıq olur və başqalarının onun işlərinə müdaxilə etməsini sevmir.

Ulduz:

Optimist xarakterdən xəbər verir. Belə insanlar çətinliklərdən qorxmur və onu tez həll etməyə çalışır. Bu fiqur özünə diqqəti cəlb etmək istəyini göstərir.

Kökü bilinən ağac:

Ağac çəkən insanlar özünü itirmiş və məyus olmuş insandır. Amma yarpaqları və qalın gövdəsi olan ağaclar energetik, şən insan olduğunuzu və heç nəyin rahatlığınızı pozmadığından xəbər verir.

Ürək:

Özünü əzilmiş hiss edir. Bütün kainatı qucaqlamaq istəyirlər, amma hisslərini gizlədirlər.

Arı şanı:

İtirilmiş həyatın, dünyanın və özünün axtarışındadır. Bu cızma-qara özünün belə etiraf etmədiyi, ailə qurmaq istəyinin olduğunu göstərir.

Gül və ləçək:

Əxlaqdan xəbər verir. Belə insanlar xoş və yardımsevər olurlar. Hissiyyatlı və emosionaldırlar.

Şahmat:

Xoşagəlməz və çətin situasiya içərisindəsiniz. Şahmatda olduğu kimi problemlərinizi taktika işlədərək həll etmək haqda düşünürsüz.

Xətt və ştrix:

Xətt nə qədər qalındısa, çəkənin içindəki təzyiq bir o qədər çoxdur. O, tezliklə çıxmaq istədiyi söz-söhbətin içindədir.

Cızma-qara (qarışıq, dolaşıq xətlər):

Xaosdan və daxili nizamsızlıqdan xəbər verir. Bunu çəkən insanlar ciddi qərarın bir addımlığındadır.

Ev:

Düzgün simmetrik xətlər insanın hər şeydə nizam-intizamı sevdiyini göstərir. Bu rəsmi çəkən insanın önündə dəqiq məqsədlər var.

Dodaq:

Bunu daha çox qızlar çəkir. Bu, insanın həssas və istedadlı olmasını göstərir. Belə insanlar incəsənəti sevir. Ancaq dodaqda kəsik var, insanın aqressiv olmasına işarədir.

İnsan üzü və başı:

Bunu adətən ətraf mühitə və özünə gülən şən, istehzalı insanlar çəkir.

Gözlər:

Bu rəsmi çəkənlər müşahidəçi insanlardır. Əgər göz bəbəkləri başqa tərəfə baxırsa, insan demək özünü axtarışındadır

Facebook/Eleqant.Maraqlı Məlumatlar və Fərqli paylaşımlar qrupu.

Go Back

Frederik Şopen

Paris. 1831-ci il... Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Və elə ilk konsertlərdən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar - List, Berlioz, Bellini, yazıçılar -Heyne, Balzak, rəssam Delakrua ilə bir sırada çəkilir, musiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi.Taleyin acı hökmü ilə Friderik Şopen (1810 - 1849) elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu doğma Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə - fortepianoya həsr etmiş yeganə bəstəkardır. Bu səbəbdən onu çox zaman "fortepianonun şairi" adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeknəsəq, darıxdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir.
Etüdlər, prelüdlər, noktürnlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar... Gördüyünüz kimi, bəstəkarın yaradıcılıq irsində ən müxtəlif janrlara rast gəlmək mümkündür. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmişdir - belə ki, skerso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə, ümumiyyətlə, musiqidən kənar, ədəbiyyatda tətbiq olunan janr idi. Bəstəkar artıq məlum olan janrlara da mühüm yeniliklər gətirmişdir. Məsələn, adətən yalnız texniki məşğələ üçün nəzərdə tutulan etüdü Şopen yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşəli polonez rəqsini isə Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən irihəcmli, sanballı əsər kimi təqdim etmişdir. Şopen musiqisinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir! Məhz səmimilik, hisslərin bilavasitə ifadəsi Şopen musiqisinin möcüzəsini, onun dinləyicilərin könlünə asanlıqla yol tapmasını şərtləndirən cəhətdir. Bu səbəbdən Şopen dünyada ən çox ifa olunan və sevilən bəstəkarlardan biridir. Yenə Paris. 1848-ci il... Şopen artıq Avropanın görkəmli sənətkarı və ən məharətli virtuoz-pianoçulardan biridir. Dostları, pərəstişkarları saysız-hesabsızdır. Onların sırasında bəstəkarçün uzun illər boyu çox əziz olmuş bir insan - Jorj Sand təxəllüsü ilə tanınmış məşhur fransız yazıçısı Avrora Düdevan da var. Elə bu vaxt ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır. 
ŞOPENİN MƏHƏBBƏTİ
Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.

Bu əsərlərlə tanış olun:

 

  1. Vals do diyez minor (or. 64 N 2)
  2. Mazurka lya minor (or. 68 N 2)
  3. Noktürnlər: mi bemol major (or. 9 N 2), fa minor (or. 15 N 1), do diyez minor
  4. Polonez lya bemol major (or. 53)
  5. 7 və 20 N-li prelüdlər
  6. 2 N-li sonata: üçüncü hissə ("Matəm marşı")
  7. 3, 12və24N-lietüdlər

 

https://www.youtube.com/watch?v=rzXqjcOASG0

kayzen.az

Go Back

Xoşbəxt olmağa səbrimiz çatmir

İnsan  ruhunun ən az səbr etdiyi xoşbəxtlikdi. Balaca düşünsək açıq şəkildə görə bilərik ki, kədəri uzun müddət sanki bizə xoş təsir bağışlayırmış kimi çiyinlərimizdə daşıya bilirik, nifrəti, kini hətta illərlə zehnimizin dərinliyində saxlaya bilirik, yoxsulluğa, amansız zərbələrə səbr edirik, hətta məyus halda saatlarla tək qalıb özümüzə qapana bilirik. Bəs xoşbəxt anlara necə? Bu qədər vaxt sərf edirikmi? Əlbəttə ki, yox. Ona səbrimiz çatmır. Elə bir anlıq gəlir və keçib gedir.

Baxırsan ki, insanlar daima elə nəsə axtarırlar. Maşın, ev, uşaq, iş, dost, şan, şöhrət, sevgi və ya sevgili… Maraqlı olan isə, insanların əksəriyyətinin bütün bu özəlliklərə sahib olmasıdır, amma gəl ki, xoşbəxt deyillər. Çünki illər boyu beynimizdə mühitin təsirilə bir proqram qurulur. Və bu proqramın sonu xoşbəxtliklə nəticələnir. Proqramı reallaşdırmağa gəldikdə isə heç də gözlənildiyi kimi olmur. İstədiklərimizi zaman-zaman əldə edərik, əldə etdikcə də gözümüzdə dəyəri azalır. O, maşını, evi, sevgilini tapdıqdan sonra insanlar xoşbəxt olacaqlarına inandırır özlərini. Evə sahib olmaq nəticədir. Zaman isə evə sahib olmaq üçün keçirilən hər an, hər addımdır. Yəni xoşbəxtlik əslində çatdığımız yer deyil, elə getdiyimiz yolun özüdür.

Nəyisə gizlətmək istəyəndə göz önünə qoymaq lazımdır, deyirlər. Çünki insanların ən az baxdığı yer göz önündə olanlardı. Çətin, labirint yollarla axtarmağa çalışdığımız xoşbəxtlik də elə məhz əlimizin altında bizi sevindirə biləcəyi o xoşbəxt anı gözləyir.

Balaca uşaqların gizlənpaç oyununu xatırlayaq. Ən əsas da 3-4 yaşında olan uşaqlar bu oyunu oynayarkən gizləndikləri yerlərdə bütün bədənlərini gizlətməzlər. Gizləndikləri yerdən görünərlər, gözünü yuman qaçıb onu tapar və birlikdə böyük həyəcanla qışqıraraq digər gizlənənlərin dalınca qaçarlar. Əslində sevinc, xoşbəxtlik də bu uşaqlar qədər saf və təmizdir.

Əgər xoşbəxtlik həyatımızın hədəfi yox, elə özü olsaydı, sahib olduğumuzu axtarmaq məcburiyyə-tində qalmazdıq.

Go Back

Sevgi həyatından xəbər verən adınız ...

Sən demə insanın adının ilk hərfi onun sevgi həyatından danışırmış. Bəli bəli. Bunu biz yox, Amerikalı alimlərin araşdırmaları deyir. Toplayıb əldə etdiyimiz fakt yəqin ki, sizin üçün də maraqlı olacaq.


A – Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir.

B – Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin.

C – Olduqca sosial bir insansınız. Sevgilinizin hər an yanınızda olmağıni istəyirsiniz. Hər şeydən qabaq özünüzü fikirləşirsiniz. Sizin üçün xasiyyət uyğunluğu çox vacibdir. Sədaqət isə sizin üçün hər şeydən üstündür. Uzun müddət davam edən sevgilərin adamısınız.

D – Siz hər şeyi böyük problemə çevirə bilmə qabiliyyətinə maliksiniz. Əgər birini çox bəyənirsinizsə, onu mütləq tanımalı və əldə etməlisiniz. Qeyri-mümkün olsa belə sizi heç nə qərarınızdan döndərə bilməz. Kömək etməyi sevən bir insansınız. Sizin hamı tərəfindən sevilən xasiyyətiniz də elə budur. Sadiq, amma qisqancsınız.

E – Məhəbbəti və bəyənilməyi çox sevirsiniz. İş stresi və pul kimi problemlər sizi tez yorur. Amma heç nəyə baxmayaraq sevgizis yaşaya bilmirsiniz. Sədaqət hissi sizin üçün də vacibdir. Hər zaman qayğıya ehtiyacınız var.

F- Siz qisaca ideal sevgili, ideal romantik insansınız. Sizin üçün sevgi ilahi bir hissdir. Kənardan başqalarının sözlərinə tez inanırsınız, bu da sizin sevginizi təhlükəyə atır.

G – Sizin üçün deyiləcək iki söz var –xirdaçı və çürükçüsünüz. Hər sözün ucundan tutub ucuzluğa gedirsiniz. Bu bəzən sizin şəxsi həyatınıza pis təsir edir. Özünüzdən üstün insanları tanımağı sevirsiniz.

H – Həmişə bir axtarış içindəsiniz. Üstəlik nə axtardığınızı bilmirsiniz. Amma siz sevdiyiniz, dəyər verdiyiniz insan üçün hər şey etməyə hazırsınız. Ancaq bunu edərkən bəzən əvəzini, qarşılığıni gözləyirsiniz.

İ – Sevilmək üçün yaradılmış bir insansınız. Amma hər şeyi qarşı tərəfdən gözləyirsiniz. Tez- tez küsməyinizin səbəbi budur. Sizin üçün əsas olan inamdır.

J – Sizin üçün sevgi elə bil qarşı cinsi duelə dəvət etmək kimi bir şeydir. Bir az romantiksiniz, amma sizin üçün ən əsası ideal sevgi və sevgilidir. İşiniz çox çətindir.

K- Çox ciddi gprünümlü bir insansınız. İnsanlar sizin bu görünüşünüzdən bie az şəkinir. Aldatmaq və aldanılçağa nifrət edirsiniz.

L – Sevgi sizin üçün daha çox istək deməkdir. Sevilməkdən çox sevməyə üstünlük veririsiniz. Birinə bağlanmaq sizin üçün çox dəyərlidir. Sevgi mövzusunda hər cəhətdən bacarıqlısınız.

M – Çox emosionalsınız. Siz sevdikdə bütün varlığınızla sevirsiniz. Sevdiyiniz insanin üstündə uşaq kimi əsir və qoruyursunuz. Amma onun bundan bezə biləcəyini fikirləşmirsiniz.

N – Sizi yaxından tanıyanlaın heç vaxt inanmadığı iki üzünüz var – saf və utancaq. Bu sadəcə xarici görünüşünüzdür. Aldadilmağa dözə bilmirsiniz. Çox seçicisiniz və mükəmməllik axtarırsınız. Elə buna görə də standartlarınıza uyğun birini tapmağınız çox çətindir.

O – Bir az çəkingənsiniz. Pul və güc sizin üçün çıxış yoludur. Bir az da hisslərinizlə hərəkət edin.

P – Sizin üçün həyatın mənası sosial statusdur, yəni cəmiyyətdəki yeriniz. Sizin uzunmüddətli bir sevgi yaşamağınız mümkün deyil. Həm ağıllı, həm də ideal birisi olmalıdır. Belə olmadığı halda sizin statusunuza zərər gələ bilər.

R – Sevginizin uzun müddət davam etməsi üçün qarşı cins sizin daxili aləminizin kopyası olmalıdır. Çünki sizin ancaq özünüz kimi birinə ehtiyacınız var. Daha çox ağıllı olmalıdır, bu sizin üçün xarici görünüşdən daha vacibdir.

S – Ən böyük zövqünüz danışmaqdır. Qarşınızdakı insan qulaq asmağı sevmirsə vay halınıza... Həyatda hər şey sizin üçün yerli-yerində və planlı olmalıdır. Uyğunsuzluq və qarışıqlığa nifrət edirsiniz. Siz hər şeyi özünüz idarə etmək istəyirsiniz. Tez-tez sevgili dəyişdirsəniz də, bir insanı səmimi qəlbdən sevdikdə tam başqa bir insan olursunuz.

T – Həqiqətən sevirsinizsə, romantiksiniz və tez inciyənsiniz. Qarşınızdakı insanın ən kiçik bir səhvi sizin özünüzə dönməyinizə səbəb olur. Bu isə çox sərt bir insandır.

U – Tam bir paradoks. Aşiq olduğunuzda son dərəcə gerçəkçi, aşiq olmadığınızda isə məhəbbətə aşiq bir insansınız. Hər zaman dəyər verə biləcəyiniz bir insan axtarırısınız. Siz sevmək üçün yaradılmısınız.

V – Hər zaman azadlıq və həyəcan axtarırsınız. Tam bir qapalı qutu və sirli insanlar sizi çox cəlb edir. Belə bir insan tapıb, onu kəşf etmək ən böyük xəyallaınızdandır.

Y – Heç kəsdən asılı qalmağı sevmirsiniz. Hər zaman özünüzü isbat etmək məcburiyyəti hiss edirsiniz, ən çox da sevgilinizə qarşı. Olduqca aşıq sözlü insansınız.

Z – Sevginin sadəcə əzab çəkmək olduğunu artıq bilirsiniz. Səmimi, həssas, emosional və xəyalpərəstsiniz. Köməyə möhtac insanlar üçün ən ideal insansınız.
cazibe.info

Go Back

Dəhşətli xəstəliklər

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.
Progeriya

1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.
Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz
nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

Limfatik filariya
 

 

 

 

 

 

 

 

2. Fil xəstəliyi. 
Bədənin hər hansı bir hissəsinin həddən artıq böyüməsi.
Bu xəstəlik parazitar xəstəliklərə aiddir. Onu törədən qurdlar maralların orqanizmində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar.
Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və onlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır.



Hipertrixoz

3. Hipertrixoz, yaxud qulyabanı: həddən artıq tüklənmə.
Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insan bədəninin müxtəlif nahiyələrinin həddən artıq tüklənməsi ilə müşayiət olunur.



Akantokeratodermiya
4. Göy dəri sindromu və yaxud akantokeratodermiya: “göy” insanlar
1960-cı illərdə əksər göy insanların ailələri Kentukki ştatının yaşayıblar. Onlar “göy fyuqeytlər” kimi tanınıblar. Onlardan çoxları hər hansı bir ciddi xəstəlik ilə xəstələnməyib. Dərilərinin rənginin göy olmasına baxmayaraq, onların bəziləri 80 yaşına kimi yaşayıblar. İrsi xəstəlik sayılır. Bu diaqnozlu insanlar göy və yaxud bənövşəyi rən

gli dəri ilə başqalarından fərqlənirlər.
5. Blaşko xətləri.

Blashko

Bədənin hər yerində müxtəlif xətlər müşahidə olunur. 
Blaşko xətləri 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən tapılan nadir xəstəliklərdəndir. Anatomiya bu fenomeni hələ də izah edə bilmir. DNT-də genetik dəyişiklik nəticəsində yaranan bu xəstəlik, insanın bədəninin müxtəlif yerlərində görünən xətlərin olması ilə özünü göstərir.

6. Porfiriya.
Vampir xəstəliyi. Günəşə qarşı ağrıların artması. 
Elə adamlar var ki, onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Onlar günəş şüaları altında olarkən, tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüşüklərin əmələ gəlməsi ilə müşahidə olunur. Dəri “yanmağa” başlayır, ağrı hiss olunur.

kayzen.az

Go Back

Mobil telefonda bakteriyaların sayı ayaqyolundan 18 dəfə çoxdur

Britaniya tabloidi “Daily Mail” Surrey Universitetinin mobil telefonlarla bağlı bir araşdırması haqqında yazı dərc edib.

Yazıda qeyd olunur ki, mobil telefonlar çox təhlükəli bakteriyaların məskəni ola bilər.

Günümüzdə çoxlarımız mobil telefonlarımızı əlimizdən yerə qoymuruq. Həmçinin smartfona qədər olan  dövrdə bu telefonlar vasitəsilə nəinki digər insanlarla əlaqə saxlamaq, həmçinin İnternetə çıxış əldə etmək və onun media imkanlarından faydalanmaq mümkün idi. Müasir və günü-gündən yenilənən proqramlar sayəsində mobil telefonlar naviqasiya, sohbət, müxtəlif oyunlar üçün əvəzolunmaz amilə çevrilir.

Müntəzəm olaraq istifadə olunan əşyalar, məsələn, açar, qəpik pullar, əskinaslar istifadə edildikcə öz üzərinə xeyli miqdarda çirk yığır. Telefon dəstəyi də bu yöndə istisna deyil. Bir çox hallarda toplanan mikroorqanizmlər nisbətən təhlükəsizdir, onlar sadəcə yaxşı yuyulmamiş əllərin və ya çirkili səthlərə toxunmanın verdiyi nəticələrdir. Ancaq elə hallar da var ki, onlar dəridə səpgi, qanın və qidanın zəhərlənməsi kimi təhlükə daşıyır.

Britaniya alimləri 30 telefon korpusunu mikroorqanizmlər üçün əlverişli mühit təşkil edən Petri qabına salıblar. Fotoda telefonun təcrübəyə başlanılan gündəki tərkibi yox, üç günlük inkişafın nəticələri göstərilib.

Təcrübədə bəzi hallarda qızılı stofilokokkun təzahürlərinə rast gəlinib. Hesab olunur ki, əhalinin təxminən beşdə bir hissəsi bu bakteriyanın daşıyıcısıdır.  Bu bakteriya dəridə  və yuxarı tənəffüs orqanlarının selikli qişasında məskən salır və insan xəstə sayılmır. Ancaq dəri qatının hər hansı zədələnməsi zamanı bu mikroblar yaraya düşə və infeksion xəstəliklər əmələ gətirə bilər. Təhlükənin ciddiliyi sızanaqlardan tutmuş impetiqo, pnevmoniya, meningit, sepsis, infeksion-toksik şoka qədər özünü göstərə bilər. Bakteriya zədələnmiş səthlərdə insana insana da keçmə xüsusiyyətinə malikdir.

Telefon faunasının digər təhlükəli nümayəndəsi Bacillus mycoides adlı bakteriyadır . Adətən bu bakteriyaya torpaqda rast gəlinir, yəni böyük ehtimalla, telefon aparatı və ya onun sahibi bir müddət əvvəl torpaqla təmasda olub.

Testlər göstərib ki, mobil telefonda orta hesabla kişi ayaqyolundakı suaxıdıcı dəstəkdə olan bakteriyalardan 18 dəfə çox bakteriya mövcuddur. Sınaqdan keçirilən telefonlardan təxminən dörddə birində yoluxma səviyyəsi qəbul olunan normanı on qat keçib.  Bir nümunə isə o qədər çirkili olub ki, hətta onunla adi danışıq belə mədə-bağırsağın pozulmasına gətirib çıxara bilərdi.

Bu səbəbdən heç olmasa həftədə bir dəfə öz “cib dostunuzun” təmizlənməsinə vaxt ayırın , belə olduğu təqdirdə xəstələnmək, hər hansı infeksiyaya yoluxmaq riski də azalacaq.

Telefonun təmizlənməsi elə də asan iş deyil, bu zaman olduqca ehtiyatlı olmaq lazımdır. Telefonu təmizləmədən əvvəl onu söndürün. Mikrofiber bez götürün (onu məişə əşyaları və optik mağazalardan əldə etmək olar), bir küncünü birazca su ilə isladın və ekranı silin. Sonra bir daha bezin digər quru küncü ilə silin. Pambıq çoplə toz və çətin əl çatılan yerlərdə yığılan qırıntıları təmizləyin.

Bəzi texniki avadanlıq məhsulları istehsalçıları mobil telefonların təmizlənməsi üçün spirt tərkibli və kimyəvi maddələrin istifadəsini məsləhət görmürlər, ancaq buna baxmayaraq özləri telefon təmizliyi üçün xüsusi spirtli salfetlər satışa çıxarırlar. Belə salfeti ev şəraitində də əldə etmək mümkündür. Etil və ya 70 faizli izopropil spirtini 1:1 nisbətində su ilə qarışdırın. Xov buraxmayan yumşaq bezi bu suda isladın və yüngülcə ekranı silin. Heç bir halda kağız salfetdən istifadə etməyin.

Telefonunuzu ölçüsündə və ağılla təmizləyin, bu zaman sizin mobil telefonunuz keyfiyyətli şəkildə çalışacaq və onun səthi bakteriyalardan qorunmuş olacaq.

b_306_548_16777215_0___images_stories_BUMARAQLIDIR_mobil2.jpeg

b_306_548_16777215_0___images_stories_BUMARAQLIDIR_mobil3.jpeg

Go Back

Pulu qənaətlə necə xərcləməli?

Maaşa hələ çox var, pulunuz isə artıq qurtarıb. Anlamağa çalışırsınız ki, pulları hara xərcləmisiniz və daha qənaətcil olmağınız barədə növbəti dəfə söz verirsiniz.

Hər dəfə bu proses təkrarlanır. Bəs bu nədir? Maaşın azlığı, yoxsa bədxərc olmağınız? Bəlkə də düzgün olmayan planlaşdırma? Bunların hər üçü ola bilər. Bəs bu problemin öhdəsindən necə gəlmək olar?

İlk növbədə bütün izafi xərclər haqqında məlumat toplayaq. Təbii ki, bu bir günün işi deyil. Ona görə də dəftərçə götürüb yazmalı olacaqsınız. Rahat olması üçün bütün xərcləri qruplara ayıraq. Elə aşağıdakı kimi...

Mənzil

Kommunal, kirayə xərcləri. Əgər kreditiniz varsa, bura əlavə edin. O cümlədən internet və telefon pulu.

Nəqliyyat

Yanacaq, avtomobil təmiri, taksi pulu. Şəxsi avtomobili olmayanlar, avtobus və metro xərclərini bura əlavə etməyi unutmamısınız ki? Belə götürəndə o qədər də böyük məbləğ deyil-30 qəpik. Altı iş günü hesablasaq-90 qəpik. Hələ avtobusa yaxın qohumunuzu, sinif yoldaşınızı görüb, onun əvəzinə pul verməyi də bura əlavə edəndə.

Geyim və ayaqqabı

Kifayət qədər xərclər tələb edir. Dolabınız koftalar, şalvarlar, ətəklərlə dolu olsa da, ayın axırı bu qrafa çətin boş qalsın. Hələ ayaqqabı və çantaları demirəm. Yeni mağaza açılıb, rəfiqəniz təcili zəng edib deyir ki, inanılmaz endirim var. Təbii ki, özünüzü saxlaya bilmirsiniz. amma sizə yenə elə gəlirki, geyinməyə heç nə yoxdur.

Yemək

Heç kəsə sirr deyil ki, yeməyə daha çox pul xərclənir. Götürək hələ naharı. İşdə yüngülvari nahar-dönər (1 manat) və sizə elə gəlir ki, pula qənaət edirsiniz? 6 iş gününü nəzərə alsaq, 6 manat. Hələ dönərin yanındakı içkini yazmamışıq. Bəs çay və şokolad? Artıq bir nahar-2 manata başa gəldi. Həftəlik nahara siz 12 manat xərcləyirsiniz. Necədir?

Gözəllik və sağlamlıq

Bu xüsusi olaraq qadınlar üçündür. Kosmetik vasitələr, gözəllik salonları, fitness klublar, vitaminlər və daha nələr, nələr. Belə çixir ki, qadınların izafi xərcləri daha çoxdur.

Təhsil

Müxtəlif kurslar-dil, kompüter, mühasibat kursları. Mütaliəni sevirsiniz? Aldığınız kitab, qəzet və jurnalların qiymətini yazmağı unutmayın.

İstirahət

Konsertə, teatrlara getməkdən, tanışlarınla kafedə oturmaqdan həzz alırsan? Çoxları "ayda, ildə bir dəfə gedirəm də" deyib bu xərcləri hesablamırlar.

qadin.net

Go Back

Nərmin Hacıyeva - L.Tolstoyun “Kreysler sonatası” povestinin təhlili

L.Tolstoyun “Kreysler sonatası”- bir tərəfdən povestin qəhrəmanı Pozdnışevin xəyanətə uğraması səbəbi ilə həyat yoldaşını qətlə yetirməsindən, bunun ucbatından sevgiyə, ailəyə qərəzli münasibətindən bəhs edirsə də, digər tərəfdən özülündə yüksək mənəvi-əxlaqi dəyərlərin aşılanması, cəmiyyətdə mövcud kişi-qadın münasibətlərinin təhlili, qadın mənafeyinin qorunması kimi məqamlar durur. Qatardakı söhbət əsnasında Pozdnışev bütün problemlərin kökündə əxlaqi nöqteyi-nəzərdən qeyri-mümkünü, qeyri-normalı adi kimi qələmə verməklə hətta onun vacib olduğunu təlqin edən, övladlarına həqiqi PİS anlayışının nə olduğunu aşılamayan cəmiyyətdə gördüyünü bildirir. Dolayı yolla özünün də bu dar düşüncəli ictimaiyyətin cinayət qanunlarını onsuz əsər-əlaməti qalmayan vicdan adlandıran, baş qaldıran zərrə qədər vicdan işartılarını isə betər yaramazlıqları nümunə çəkməklə susduran, özünə bəraət axtarmayacaq qədər alçalan fərdlərindən olduğunu, hamı kimi heç nəyi yoluna qoymağa cəhd etmədiyini etiraf edir..”

Pozdnışev israrla təkid edir ki, “ Pozğunluq fiziki hal deyil,axı heç cür fiziki eybəcərlik əxlaqsızlıq deyil. Əxlaqsızlıq, əsl pozğunluq özünü bütün mənəvi-əxlaqlardan özünü azad etməkdir” O, yaşadığı çevrədə gənclərin tərbiyəsi istiqamətdə düzgün yönümün olmamasını, əxlaqsızlığın bariz mücəssəmələrinin ən adlı-sanlı, gözün üstə qaşın var deyilməyən, hüzurlarında az qala yeddi qat təzim edilən şəxslər olduğunu, onlarla ünsiyyətın hətta özlərinə qarşı sonsuz iltifat kimi qəbul edildiyini danmır. “Belə ki, bir məclisdə həmin o təmizlik emblemi sayılan cənablardan birisi bacıma yaxınlaşır, həmin anda onu kənara çəkib deməliyəm: “Bura bax, əzizim, axı mən səni tanıyıram, bilirəm necə yaşayırsan. Çıx get! “ əslində bunun tərsi olur. Əgər həmin cənab varlıdırsa, qohum-əqrabası çoxdursa sevinirik. Yəni, mənim qızımı mərhəmət sahibi eləyəcək.” Əsas obraz nigahı yalan, hiylə adlandırır. Bunun səbəbini zahirən kişilərlə bərabər hüquqları əldə etsə də qadının şəxsiyyətinə hörmət edilməməsində, yalnız bir zövq mənbəyi olaraq görülməsində, bununla da ən alçaq səviyyəyə endirilməsində, onun sərbəst seçim etmək hüququndan məhrumdur. O, bu ehtimalı biabırçı hesab edənlərə “Onda qoy kişilərin də o hüquqları olmasın.” fikri ilə qarşı çıxır. O, hesab edir ki, qadının bu məhrumiyyət boşluğunu doldurmaq istəyi onu daha məkrli yollara sövq edir: “Necə ki, yəhudilər özlərinin istismar olunmalarının əvəzini “Ticarətçi olaq, yaxşı olarıq və biz tacirlər pulla alarıq sizi.” deyərək öz pulları ilə ödəyirlər, qadınlar da “Hə,siz istəyirsiniz ki, biz ancaq şəhvət predmeti olaq, neynək biz elə şəhvət predmeti kimi də sizi əsarət altına alacağıq.” deyə düşünürlər. Kişilər hər zaman onları gözləyən onlarla seçimin olduğunu düşünüb özündən müştəbeh dolanırlar, lakin qadın seçim imkanı itkisinin yerini doldurmaq üçün dəhşətli hakimiyyətinin bariz nümunəsi olan özlərinə xidmət edən dəbdəbə iləkişinin hissiyatına təsir göstərir və bu cənablar qətiyyən şübhələnmirlər ki, özləri də bilmədən aldana bilərlər.“

Qəribə işdir,gözəl adamın gözəl olduğu qədər də xeyirxah olması necə böyük xülya, illuziya imiş. Dinib-danışmayanda, səfeh, rəzil sözlər söyləməyəndə, bütün gözəlliyi ilə dayanıb duranda, o saat qət eləyirsən ki, o, son dərəcə ağıllı və əxlaqlıdır.” Bu isə kişilərin yanılmasına səbəb ola bilir. Nəticədə kişi ancaq formal olaraq seçir, əslində seçən qadın olur. Sadəcə, daha xəbis yolla. Bu cür şəraitdə ani soyuqqanlılığını itirən kişi “tələ”yə düşür. Bəli, Pozdnışevin nəzərlərində NİGAH-TƏLƏDİR. O, vaqondakı qadının “Məhəbbətsiz nigah- nigah deyil, nigahı yalnız məhəbbət müqəddəsləşdirir.” Fikri ilə razılaşmır, bununla belə Allahın qarşısında borc yerinə yetirdiyini düşünən, yaxud ailəvi ittifaqı əsrarəngiz hesab edənlər arasında mövcud ola bilmə ehtimalını inkar etmir. Baş qəhrəman mülahizələrində irəli sürdüyü bəzi aspektlərdə mövcud dünyada ali məhəbbətin qeyri-mümkünlüyünü əsaslandırmağa çalışır: “ Heç bir məqsədimiz yoxdursa, əgər həyat bircə ancaq yaşamaq üçün verilibsə, onda yaşamağa dəyməz.Yox, əgər həyatın məqsədi varsa, o, əldə ediləndən sonra həyat dayanmalıdır. Pozdnışev bəşəriyyətin məqsədini Peyğəmbərlərin dediyi kimi insanların məhəbbətlə birləşməsində görür, lakin hədəfə gedən yolda maneə heyvanı hissləri hesab edir. Düşünür ki, insan öz daxilindəki bu duyğuları məhv etsə, hər kəs yüksək məhəbbətlə birləşər, bəşəriyyət istəyinə nail olar və onun yaşamasına ehtiyac olmaz.

Bu günki gün üçün də çağdaş nəsil amalına ona görə çatmayıb ki, doğulacaq yeni nəsil və təbii ki, həmin nəslin məqsədə çatma ehtimalı da var. Bir növ Tanrı hər növbəti nəslin timsalında insaniyyətə məqsədini həyata keçirmək üçün daha bir şans yaradır.Əgər o, bəndələrini bu hisslərdən məhrum yaratsa bir çox minilliklər sonra onlar məqsədə çatmadan ölər, yaxud ölümsüz olsalar belə məqsədlərinə çatarlar və qarmaqarışıqlıq yaranar. Podnışev demiş: “Bəs bundan sonra Tanrı insanları neyləsin? Hara qoysun onları? Ən yaxşısı hər şeyin elə indiki kimi olmasıdır” Hərçənd əsərin qəhrəmanı şərhində daha uyğun, ağlabatan nəticəyə gələ bilmədiyindən məcburən bu qaçılmaz, dəyişilməsi müşkül olan reallığın üzərində durur. Ətalətin elə ən doğru qərar olduğunu səsləndirsə də, bir müddətlik olsa belə heyvanı hisslərə təslim olmanın ağlın sonrakı üsyanı ilə sonlanaraq qəzəbə çevrildiyini və bu hirsin öz cinayət ortağına- həyat yoldaşına yönəldiyini, bununla da məhəbbətin əsl qaranlıq üzünün aşkar edildiyi həqiqətini öz nigahından kəskin narazılıqları, davaları nümunə gətirməklə sübut etməyə çalışır. Pozdnışev murdar həyatın yeganə bəraəti olaraq övladlarını hesab edir, ancaq xəyanətin alçaltdığı qüruru hədsiz idealizmə qapılmasına, ali valideyn övlad sevgisinin belə onun nəzərlərində nigaha bəraət qazandıra bilməməsinə başlıca səbəb olur.

Pozdnışev həmsöhbətinə danışıq əsnasında onu tədricən dolayı yolla cinayətə sövq edən amillər siyahısından bəhs edir. ” Bədbəxt adamlar iri şəhərlərdə yaxşı yaşayırlar” deyən qəhrəman bu ardıcıllığa şəhərin mövcud problemləri aşkar görməyə imkan verməyən baş dumanlandıran yaşayış şəraitini, həyat yoldaşına növbəti dəfə ana olmağı qadağan edən, bununla da onun gənclik cazibəsini qaytarmasına səbəb olan həkimləri, ədalarında saxta, zahiri nikbinlik olan Truxaçovla yoldaşına təhlükəli dərəcədə yaxınlaşmağa imkan yaradan incəsənəti, bu skripkaçının ailəsinin bünövrəsini silkələyəcəyini intuitiv olaraq hiss edib, buna baxmayaraq onu uzaqlaşdırmağı özünə yaraşdırmayan, əksinə onu evlərinə qonaq çağırmağa təhrik edən qürürunu əsas arqument kimi daxil edir. Şəksiz, Betxovenin piano və skripka ifası üçün nəzərdə tutulan “ Kreysler sonatası” da cinayəti şərtləndirənlər siyahısına daxil idi. “Musiqi insanın qəlbini nə yüksəldir, nə də alçaqlara endirir, adamın ürəyini yerindən qoparıb oyadır.” Pozdnışev məhz bu cümləsi ilə ziyafətdə Trukaçev və həyat yoldaşı tərəfindən səsləndirilən sonatasının onun daxili enerjisini çuğladığını, ehtizaza gətirərək daxilindəki potensial cinayətkarı oyatdığını təsdiqləməyə çalışır. Düşüncəsinə hakim kəsilmiş, daxilini qurd kimi yeyən fikirlər onun səyahətini yarıda qoymasına səbəb olur. Nəhayət, qayıdanda gecə saatlarında xanımı ilə musiqiçinin qonaq otağında bir süfrə başında şam etməsi onun hiddətini pik həddə çatdırır. Truxaçov qaçmağı bacarır, Pozdnışev isə ayaqyalın- ayaqqabısız onun arxasınca qaçmağı mənliyi qarşısında cılızlıq hesab edir.

Qadının sözlərinə, yalvarışlarına əhəmiyyət verməyən Pozdnışev iş otağından götürdüyü xəncər ilə qadına ölümcül xəsarət yetirir. Qulluqçuların çevrəsində, ölüm ayağında olan qadını görəndə Pozdnışevin fikrindən keçən bir cümlə onun özünün nanəcib düşüncələri ilə bağlı qatardakı müsahibinə dediklərini möhür tək təsdiqləyir: “Onu bu vəziyyətdə görəndə mən başa düşdüm ki, o da insandır.” Bu mənə başqa romandan bir sitatı xatırlatdı. : “ Aşiq olmuş kişi üçün bütün qadınlar – sadəcə qadındır. Bircə aşiq olduğundan başqa: O, kişi üçün insandır. “ Həqiqətən sevirdimi Pozdnışev ? Eyni zamanda qadını əcəl haqlayanda, ölüm ayağında Pozdnışev ağlında dolanan bu fikir həm də onun qəlbinin dərinliyindəki peşmançılıqdan xəbər verirdi. Qatarda yol yoldaşı ilə dialoqunda övladlarının xalalarının himayəsinə verilməsini söyləyərkən bu aşkar sezilir.

Bəli, Pozdnışev üçün ailəsinin namusu əziz idi, lakin azadlıqda qalmış, heç nədən məhrum olmamış, canını cəld tərpənib qaçmaqla qurtarmış qorxaq Trukaçova, yoxsa skripkaçının “cinayət ortağı” qadınamı görə dəyərdimi? Günlər keçmək bilməyən qazamatda 11 il çürütmək. Yeni arzulara, məqsədlərə, ailəyə, cəmiyyətə həsr oluna biləcək sonsuz 11 il.

 

Go Back

Lalə Əhmədova - TERRİ KOENİN “BUNU SƏNİN ÜÇÜN EDƏCƏYƏM” ROMANININ TƏHLİLİ

Sən dünyaya gələndə hamı gülür, özün isə ağlayırdın.Elə yaşa ki, dünyadan gedərdə hamı ağlayarkən sən özün gülümsəyəsən …

Yazıma bu cümlə ilə başlamağım onu oxuyacaq şəxsi istər depressiyaya uğramış, istərsə də pozitiv ruhlu olmasından asılı olmayaraq fəaliyyətə həvəsləndirmək məqsədi daşıyır. İlk növbədə o diqqət mərkəzində saxlanmalıdır ki, həm fiziki, həm də zehni cəhətdən məşğul olan insan sarsılmaz. İnsanları depressiyaya sürükləyən nədir? Tənbəllik,gələcəyə inamsızlıq,istəksizlik və sair bu kimi neqativ məhfumlar. Bunları yaradan nədir? Haqsızlıq və Uğursuzluq- fərqi yoxdur, sevgidə olsun, ailə daxili məsələlərdə olsun, məhkəmə prosesləri olsun,lap elə məqsədə çatmaq yolunda qarşıya çıxan əvvəlcədən nəzərə alınmamış problemlər. Bəs bunlardan qorunmaq mümkündürmü? Xeyr, əlbəttə ki yox.Heç kim nə haqsızlıqdan sığortalanmayıb, nə də gördüyü işin onu haraya aparacağını əvvəlcədən bilə bilməz. Amma depressiyadan qorunmaq üçün tənbəllikdən, ruh düşkünlüyündən, həvəssizlik və ya tamamilə istəksizlikdən qorunmaq mümkündür, hətta hal-hazırda Sizi irəliləməyə qoymayan bu neqativ məhfumlardan hansısa biri varsa,ondan xilas olmaq da mümkündür.

Suisid ,basqa sözlə özünəqəsd isə depressiyanın ən ağır nəticəsidir.Ölmək ölməkdi bəs xırıldamaq nədi deyərək artıq hər saniyəsində şəxsə yaşatdığı ağır anlara görə həm insanlardan, həm həyatdan, hətta bəzən Tanrının özündən intiqam almaq, “Bax belə. Səbrim çatmadı sizə daha çox dözməyə. O siz, o da problemləriniz, o da istəkləriniz, əl çəkin məndən” sözlərini müxtəlif formatda çatdırmaq məqsədi daşıyır.

Terri Koenin “Bunu sənin üçün edəcəyəm” romanında baş verən hadisələr fonunda həyatın depressiya üzünü nəzərdən keçirək.Kitab bu sözlərlə başlayır:”Sanki Daniellə Bettinin xoşbəxtliyinin sonu olmayacaqdı. Bir gün hər şey dəyişdi;terror aktında oğulları Jerom həlak oldu.” Ailə 4 nəfərdən ibarətdir: ata, ana və 2 qardaş. Böyük mübarizə nəticəsində hal-haırda belə bir ailə mövcuddur. Daniel əsasən sərgərdan həyat tərzi sürən, dostları ilə gecə-gündüz içib orda burda dava salan gənc ikən Betti ilə tanış olur, bir-birində işıq görən gənclər tez bir zamanda dostlaşır və nəhayət qarşılıqlı sevgi yaşadıqlarını dərk edirlər…Bettinin ailəsi belə bir münasibətə qətiyyən razı olmayacağından Daniel öz üzərində işləyir,pis vərdişlərindən uzaqlaşır,özünə daimi və öz pulunu qazandıracaq iş axtarmağa başlayır……

Ilk fasiləni burada verək, nə Betti nə də Daniel yaranmış vəziyyət qarşısında qorxuya düşmədi. Heç biri digərinə yuxarıdan aşağı baxmadı, bir-birlərini sevdilər və nəticə xoşbəxt ailə oldu.

… Daniel dostlarından ayrı düşdü, amma uşaqlığından bəri həsrət olduğu isti yuva qazandı: “Sevdiyin qadının bütün fikir və arzularının sənə yönəldiyini hiss etmək çox xoşdur. Əvvəllər məni xoşbəxt edəcək ehtiyaclarım haqqında düşünən belə yox idi. O, mənim dostum idi.Sevgilim,müəllimim və sirdaşım idi. Və anam idi.O mənim atam idi. “ Bir müddət sonra Daniel ata olur, ailələrinin tərkibi Jerom, daha sonra isə Pyerin gəlişi ilə böyüyür. Və bir gün Jeromu dərsdən götürməli ikən Daniel başqa cür hərəkət edir,onun məşqçisinə zəng vurub onu avtobusa mindirməyi xahiş edir. Və məhz o gün acı təsadüf xoşbəxt ailənin sevinc dolu günlərini Jeromla birgə aparır…. Ailə üzvlərinin matəmi fərqli şəkildə özünü göstərir, hətta bu matəm yox depressiyadır: Betti tamamilə isterik olub, həyatdan küsüb, nə özünə nə evinə əvvəlkı qayğını göstərmir. Pyer öz uşaq düşüncəsi ilə valideynlərinin qarşısında oynayır, sevinir, lakin yalnız qaldıqda qardaşının nə günahı vardı ki,indi buradan gedib sualına cavab tapmadıqca topu var qüvvəsi ilə divara çırpır.Daniel isə intiqam planı cızmaqdadır,üzdən sakit,vəziyyətə qəbullanmış kimi görünən gənc ata bir yandan oğlunun ölümündə özünü günahkar bilir,bir yandan isə cinayətkarın heç nə ilə oğlunun ölümünə bəraət qazandıra bilməyəcəyini düşünərək əzab çəkir…

Haşiyəyə çıxaq.Hər kəs həyatında yuxarıda qeyd edilən hallardan heç olmasa birini yaşayıb. Hər kəsin depressiyası müxtəlif olur, bir daha qeyd edirəm,hər kəs. Yəni ədalətsizlik, itki, uğursuzluq və sair bu kimi hisslər yaşayarkən elə bilməyin ki, Tanrının ya da insanların sizlə qəsdi-qərəzliyi var, hər kəs öz həyatını yaşayır və Tanrı necə səhvlər edib onları necə düzəldəcəyinizi gözləyəcə qədər səbrlidir. Danielə əzab verən nə idi ? Vicdan əzabı, övlad sevgisi, onunla bağlı arzularının heç vaxt reallaşmayacağını bilmək. Adətən sevgilisindən ayrılmış gənclərin ən yaralı yeri də bu olur, xəyalların reallaşmayacağını qəbul edə bilməmək. Lakin yaranmış vəziyyəti başqa cür də şərh etmək olar: Bəli bu hal uğursuz idi heyf ki uğurlu olmadı, amma mən axı necə cəmi bir dəfə olacağım həyatı xoş olmayan hisslərə xərcləyim. Budur əsas məsələ, həyata 4 əllə sarılan adam ondan asanlıqla əl çəkməz. Həyatı başa düşən adam, bu gərdişi-aləmi dərk edən adam həyata 4 əllə sarılar.

Roman barədə ətraflı bəhs edərək öz həvəskar yazı qabiliyyətimlə yazıçının əziyyətlə qələmə aldığı sətirləri gözünüzdə bayağılaşdırmaq istəmirəm. Diqqəti romanın razvyazkasına çəkmək istəyirəm. İllər öncə dalbadal iki böyük zərbə almış Pyer əvvəl qardaşı, ilk dostu,ilk sirdaşı, həyatının böyük parşası Jeromu terror aktında itirir, sonra isə atası qardaşının ölümündə baiskarları cəzalandırmaq, yer üzündən silmək məqsədi ilə evdən çıxır, məqsədinə çatır, lakin növbəti haqsızlıq səbəbiylə evinə qayıtmır. Bütün bu hayhəşir balaca Pyeri həyatdan küsməyə yox, onu öyrənməyə çağırır, o, istedadlı psixoloq olur, atasını tapır və onu depressiyadan azad etmək üçün əlində olanların qədrini bilməyi üçün bütün hər şeyi ilə imtahana çəkir, dostları vasitəsilə onu vaxtilə atıb getdiyi ailəsinin məhvedilməsi , boğazına xəncər dirəyərək ölümün dadını hissetməsi , bir zamanlar toxunulmaz olan şərəfi ilə. Bu da öz effektini göstərir, Danieli bomj olmaqdan, hər səhər ” lənət olsun yenə ölmədim” deyərək içərək ölümü gözləməkdən xilas edib sahib olduqlarının qədrini bilməyə vadar edir.

Deməli insan öz dəyərini, əlindəkilərin dəyərini biləndə depressiya ondan uzaq olur. İnsanlar istər məndən böyük olsun, istər yaşıd,istərsə də kiçik, çalışıram məsləhəti elə tərzdə verim ki, bu məsləhətə əməl etmə ehtimalı daha çox olsun. Sonda kartları aça bilərəm: məqsədim yazını oxuyanlara depressiyadan uzaq durmaq üçün yol göstərmək idi, bunu Daniel və Pyer Leman fonunda göstərdim, Danielin depressiyası heç kimə xeyir gətirmədi,lakin ondan daha artıq acı çəkmiş Pyerdəki həyata bağlanma ailəsini xilas etdi. Hər şey öz əlinizdədir, istəyirsiz Daniel olun, istəyirsiz Pyer. Sizin həyatınızdı, amma unutmayın bu həyatın sahibi yox, qonağısınız, nə qədər xoş yaşasaz bir o qədər yaxşı :)

Adını unutduğum bir müəllifin sözləri ilə yazımı bitirirəm: Xoşbəxt olmaq istəyirsizsə, Xoşbəxt olun :)

Lalə Əhmədova

Bakı Dövlət Universitetinin, Mexanika-Riyaziyyat fakültəsinin tələbəsi

pcc.az

Go Back

Nərminə Hacıyeva - CEK LONDONUN “MARTİN İDEN” OBRAZININ TƏHLİLİ

Depressiya- bu suisidin mütləq sələfidirmi və ya birbaşa suisidə səbəb olarmı ? Əlbəttə ki, yox.

İki yol ayrıcında depressiya durursa, ayrılan yolun birinin suisidə aparma ehtimalı nə qədər yüksək olsa belə, nəzərə almaq lazımdır ki , əvvəlki aktiv həyata dönüş kimi ikinci yol da mövcüddür. Bəs o zaman digər ürəkaçmayan statik göstəricilər siyahısına artmaqla olan intihar cəhdlərinin qoşulmasının, hər il dünyada 1 000 000 insanın suisidə cəhd etməsinin səbəbi nədir ? Psixoloji problemlər, anlaşılmazlıqlar, sosial vəziyyət, uğursuzluqlar ? Ya bəlkə gənc yaşda qazanılmış baş gicəlləndirən böyük zəfər ? Formalaşmış dominant “İntihar edənlər zəif, iradəsiz insanlardır.” fikri bütün hallardamı keçərlidir ?

Cek Londonun eyni adlı əsərinin baş qəhrəmanı Martin İden obrazını nəzərdən keçirək.

Martini iradəsiz adlandırmaq olardımı ? O Martini ki qısa bir müddətdə çalışqanlığı, əzmi, istedadı sayəsində cəmiyyətin aşağı təbəqəsindən yüksək burjuaların səviyyəsinə qalxmağı bacarır. 21 yaşlı, savadsız matrosdan dövrünün ən məşhur yazıçısına çevrilir. Lakin bütün bunlar keçmiş cənnnətini birdəfəlik itirmiş, yeni dünyasında isə cənnəti tapa bilməyən Martinin içindəki yaranmış nəhəng boşluğu doldura bilmir. Yüksək məntiq və dərin düşüncəsi Martin ilə dənizçi dostları arasında “uçurum” yaradır. Çevrəsindəkilərin ona olan hörməti isə yalnız bank hesabındakı məbləğ artdıqca artır. Cəmiyyətin yüksək təbəqəsi öz timsalında hər parıldayanın qızıl olmaması həqiqətini Martinin gözləri önünə sərir. Daha çox xəyallarında ideallaşdırdığı , obrazını sevdiyi Ruf isə savadına rəğmən müdrikcəsinə düşünüb Martinin yazıçı ruhunun özülündə duran yüksək idrakı anlaya bilmir.

Martin düşünür ki, əslində “qara camaat” onun əsərləri ilə nə ifadə etmək istədiyi anlamır, sadəcə qısa bir müddətdə yazdığı çoxsaylı əsərlər onların diqqətini çəkməyi bacarıb. O, özü də bir vaxtlar Kiplinqin yaşadığı acı taleyə məhkumdur. Bütün bunlar Martinin bu vaxta qədər həyatının hərəkətverici qüvvələrinin sadəcə boş xülya olduğunu düşünməsinə, özünə inamının itməsinə səbəb olur. Baş verən bu psixoloji böhran dövründə məyusluq fırtınasına qərq olmuş Martin həyatın sıxıcı olduğu qənaətinə gəlir. O, məqsədini itirmişdi. ” Həyata can atmayan insan ölüm yolları axtarır”. Suinbernin şeirlərini oxuduqdan sonra o, çıxış yolunu intiharda görür. ” “Həyat işgəncə və əzaba çevrildiyi zaman əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər asandır.”

İntihara cəhdin son anında bəşəriyyətlə bir doğulmuş özünümüdafiə instinkti zəfər çalır, yaşamaq eşqi Martinin də ruhun hakim kəsilir. O, iradəsindən asılı olmayaraq xilas olmağa can atır, lakin bunu istehza ilə qəbul edərək , “Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm iradəm var.” deyə düşünür və özünü iradəsinin ağlasığmaz gücü bahasına daha dərinə dalmağa məcbur edir. ” O, həyat eşqini aldatmışdı.”

Yox. Martin iradəsiz deyildi. Freyd deyirdi ki, ” İnstinkt məğlubedilməzdir.” , lakin Martin şüuru vasitəsilə şərtsiz refleksi belə ram etməyi bacarmışdı. Hərçənd bir şəxs kimi Martinin davranışını təqdirəlayiq hesab etmək düzgün olmazdı. İradəsini özünü məhv etməyə yox , yaşamaq uğrunda mübarizəyə həsr etmək idi, ən gözəl çıxış yolu . Martin ən asan yolu seçdi.

Bəzən mübarizə sadəcə zamana zaman verməkdir ki, həyat yenidən öz axarı və əlvanlığı ilə davam etsin.

Nərminə Hacıyeva

Azərbaycan Tibb Universitetinin, müalicə-profilaktika fakültəsinin tələbəsi

Go Back

20 nəticə göstərilir