Ərzaqlar
- 1,25 kq yağsız kəsmik
- 200 q suxarı
- 400 q şəkər tozu
- 100 ml qaymaq
- 150 q kərə yağı
- 6 yumurta + 2 yumurtanın sarısı
- 40 q nişasta
- 1 limonun sedrası (qabığı)
- 0,5 ç.q. duz
- giləmeyvə (bəzək üçün)
Hazırlanması
- Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.
- Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.
- Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
- Çizkeykin qıraqları bişib ortası isə hələ “titrəyən” vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.
- Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.