Düşüncə Jurnalı

header photo

Piti

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Hazırlanma qaydası: 
qabaqcadan isladılmış noxud küpədəki suyun içinə tökülərək bişirilir. 
30-40 qrama yaxın doğranmış sümülü və sümüksüz ət noxud qaynayan qaba atılır, içinə duz, soğan salınır. Kəfi alınır. 

Ümumiyyətlə xörəklər, xüsusən piti, nə qədər dəmlə bişərsə, bir o qədər dadlı olar. Bişənə yaxın içinə ədviyyat (sarıkök, istiot), olsa albuxara, olmasa təzə və yaxud qurudulmuş alça salınır. 

Bundan sonra soyulub yuyulmuş kartof, əgər iridirsə iki bölünərək bişən ətin içinə atılır. Piti süfrəsində mütləq soğan olmalıdır.

Bəzi ailələr pitinin suyuna çörək doğrayıb ayrıca yeyirlər, sonra isə həmin qabda ətini əzib yeyirlər. Bəziləri isə ətlə suyunu biryerdə qarışıq yeyirlər. Zövqə görə bunların hər ikisi ləzzətlidir.

kayzen.az

Go Back

Sorğu göndər