Düşüncə Jurnalı

header photo

Blog posts : "Kulinariya"

Meyvələri Necə Dondurmaq Lazımdır?!

 

Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.

Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.

Əsas tələblər

Dondurmaq istədiyiniz meyvələr tam yetişmiş olmalıdır. Lakin istisna hal da var. Əgər dondurduqdan sonra meyvələri kompot və ya mürəbbə bişirməyə istifadə edəcəksinizsə, tam yetişməmiş meyvələrdən də istifadə etmək olar.

Dondurmazdan 2 saat əvvəl yığılmış giləmeyvələr bu proses üçün ideal sayıla bilər. Bu halda meyvələr həm təravətli, həm də daha vitaminli olur. Diqqətli olun, xərəb və çürük meyvələr gözünüzdən qaçmasın.

Əvvəlcə meyvələri nədə və necə qablaşdıracağınıza qərar verin-kiçik və ya böyük porsiyalarla, paket və ya xüsusi qablarda. Buzxananızın ölçüsünü nəzərə alın. Qışda sizə hansı meyvələr və nə üçün lazım olacaq və s. bu kimi sualları əvvəlcədən düşünün.

Əslində giləmeyvələri şəkər tozu ilə dondurmaq daha yaxşı olar. Əks halda onlar deformasiya olur və formasını itirir. 1kq giləmeyvəyə 0,3 kq şəkər tozu əlavə olunmalıdır. Meyvələri artıq istifadə olunmuş paketlərə yığmaq olmaz. Bir qablaşdırmaya 600-700 qramdan artıq giləmeyvə yığmağınız məsləhət deyil. Diqqət edin ki, qabın içində hava qalmasın

Dondurma qaydası

Giləmeyvələri yaxşıca yuyun və təmizləyin. Kağızın üstündə qurudun və iri tasa yığıb şəkər tozunu səpin. Sonra isə artıq onları paketlərə və ya plastik qablara yığıb 2-3 saatlıq soyuducuya qoyun. Meyvələrin suyunun çıxmağını gözləyin. Sonra onları çıxardın, giləmeyvələri öz şirəsi ilə birlikdə plastik qablara yığın və buzxanaya üstü açıq şəkildə qoyun. 1 gündən sonra yenidən çıxardıb, sıx şəkildə qablaşdırın və artıq qışa qədər buzxanaya yerləşdirin.

metbex.net

Go Back

Noxud Kotleti

Vəsaitlər:
1 kasa noxud 
1 yumurta 
1 soğan 
2 diş sarımsaq 
yarım paket qabartma tozu 
duzqara bibər  
cəfəri

 Keyfiyyətini təyin etmək üçün
un

Batırmaq üçün:

1 yumurta 
     Çörək qırıntıları 

Hazırlanması:

 Qaynadılmış nohutları qaba əlavedin. Üzərinə soğansarımsaqları əlavə edərək, püre edin. Bu qarışığın üzərinə yumurtanı qırın.  Cəfərini doğrayın. Qabartma tozuduz və ədviyyatları əlavə edin. Unlakonsistensiya sahəyə qədər qarışdırın. Xəmir halına gəlincə qoz kiçik toplar edib əvvəl yumurtaya sonra da çörək qırıntılarına batırıb qızğın yağda qızardın. İlıq xidmət edin.
 
Nuş Olsun!
woman.joy.az

Go Back

Fındıqlı Ev Dondurması

Ərzaqlar (4-6 nəfərlik) :
0,5 stəkan (75gr) fındıq
6 yemək qaşığı (75gr) toz şəkər
2 stəkan süd
1 çay qaşığı vanil
4 yumurta sarısı
 
Hazırlanması:
1. Fındıqları sobada qovurun.
2. Sonra sobadan çıxardıb soyumağa buraxın.
3. Təmiz bir mətbəx dəsmalının arasına qoyub, dəsmalı sürtərək fındıqların qabıqlarını çıxardın.
4. 2 yemək qaşığı şəkərlə birlikdə çox incə olaraq ət maşınında çəkin.
Dondurma qarışığını hazırlamaq üçün:
1. Südü və vanili kiçik bir qazanda isdilədin.
2. Südün üzərində qabarcıqlar meydana gəlincə, oddan alın.
3. Bir tel çırpıcı və ya da mikserlə yumurta sarılarını çalın.
4. Qalan şəkəridə az-az əlavə edərək, qarışıq mat sarı rənginə dönənə qədər( təxminən 10-15 dəq) çalmağa davam edin.
5. Qarışdırmağa davam edərək, südü süzgəcdən keçirdikdən sonra çox yavaş bir şəkildə əlavə edin.
6. Qarışığı, içində su olan qazanın üzərinə oturdulmuş bir kasanın içinə qoyun.
7. Döyülmüş fındıqları əlavə edib vam odda qarışdırın.
8. Kasanın altındakı su qaynadığında, krem də konsistensiyasını tapıb qarışdırdığınız qaşığın arxasına yapışdığında (təxminən 20-25 dəq) oddan götürüb soyumağa qoyun.
9. Dondurma qablarına töküb buzluqda gözlədin.
10. Buzluğa qoyduqdan sonra təxminən 3 dəfə saat başı çəngəllə və ya mikserlə hamar olana qədər çırpın və səhəri gün nuş canla yeyin.
Nuş Olsun!

Go Back

Limonlu Cheesecake

Ərzaqlar

  •  1,25 kq yağsız kəsmik
  •  200 q suxarı
  •  400 q şəkər tozu
  •  100 ml qaymaq
  •  150 q kərə yağı
  •  6 yumurta + 2 yumurtanın sarısı
  •  40 q nişasta
  •  1 limonun sedrası (qabığı)
  •  0,5 ç.q. duz
  •  giləmeyvə (bəzək üçün)

Hazırlanması

  1. Suxarını mətbəx kombaynında xırdalayıb 150 q şəkər tozu və su hamamında əridilmiş kərə yağı ilə qarışdırın. Perqament döşənmiş siniyə töküb bərabər qaydada yayın.
  2.  Kəsmiyi nişasta ilə qarışdırın. Mikserlə 6 yumurta və 2 yumurta sarısını qalan şəkər tozu, duz və limon sedrası ilə çalın. Qaymağı ayrıca çalıb buna əlavə edin. Eynicinsli qarışıq alınana qədər qarışdırın.
  3.  Sinidəki xəmirin üzərinə yayın. Üzərini hamarlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin.
  4. Çizkeykin qıraqları bişib ortası isə hələ “titrəyən” vaxt sobanı söndürün, amma çizkeyki oradan çıxarmayın. Qoyun oradaca soyusun. Əgər çox bişirsəniz, o, ortadan çatlayacaq və doğrayanda ovulub töküləcək.
  5. Lap soyumamış, bir az isti olarkən adi tikiş sapının köməyilə doğrayın. Bu zaman o, ovulmur. Üzərini giləmeyvə ilə bəzəyib süfrəyə verin.

Go Back

Limonlu Cheesecake

Əsası üçün 
2 paket istənilən peçenyə
80 qram kərə yağı
Kremi üçün;  
1 paket labne pendiri 
1 su stəkanı qatıq 
2 ədəd yumurta  
2 yemək qaşığı un  
1 su stəkanı şəkər tozu
  1 paket vanil  
1 limon qabığı rəndəsi
Limon sousu üçün
40 qram kərə yağı
  1 yumurta  
1 çay stəkanı toz şəkər
  1/4 çay stəkanı limon suyu
  bir az limon qabığı rəndəsi

peçenyəni hər hansı bir üsulla əzib yumşaq halına gətirin və icində böyük hissəciklər qalmamasını təmin edin. Kərə yağı əridib un halına gətirilmiş peçenyənin içərisində töküb qarışdırın qabın içərisinə yaxşıca yayın Hazırladığınızı soyuducunda 25-30 dəqiqə saxlayın. Once pendir və qatığı birlikdə çırpın. Sonra şəkər əlavə edərək hamar bir məhlul əldə edənə qədər çırpın. Qarışığa yumurtaları tək tək əlavə edin və çırpma sürətinizi azaldın Dərhal sonra un, vanil və limon qabıqlarını da əlavə edib çırpma əməliyyatını son verin. Axıcı bir krem əldə etmiş olacaqsınız.Soyuducunda gözlətdiyiniz qab üzərinə hazırladığınız krem tökün və Əvvəldən isidilmiş sobada təxminən 180 dərəcə istilikdə yarim saat qədər bişirin.Keks bişdikdən sonra soyuducuya qaldırın və soyumağa qoyun.Keks soyuyarkən sousunu etməyə baslayin. Benmari üsulu olmaq şərtilə bütün sous vəsaitlərini bir qaba qoyub bişirin. (benmari üsulu buxarda bişirilməyə deyilir bu zaman yumurtaları -1-1 qatmaq lazımdırkı bişməsin) Limon qatırıq sonra keksin üzərinə tökürük . Nuş olsun

.p.s. Bu resepti başqa meyvələrlə də hazırlamaq mümkündür.

Go Back

Ev Şəraitində Hazırlanan Pizza

 

Tərkibi:

Çörək
Toyuq döş əti
Soğan
Sarımsaq
Mayonez
Ketçap
Sarı pendir
Duru yağ

Hazırlanma qaydası:

Toyuğun döş ətini kvadrat şəkilli doğrayın. Yağda dağ olunmuş soğanla qarışdırın. Üzərinə ketçap, sarımsaq vurun. Ocağın üstündən götürdükdən sonra 1 qaşıq mayonez əlavə edin. Çörəyi yastı halda iki yerə bölün. Ketçap, duru yağ və mayonezdən souz hazırlayın. İkiyə bölünmüş çörəyin alt hissəsinin içinə çəkin. Toyuq döşündən hazırladığınız içliyi sousun üstünə əlavə edib, yayın. Pendiri üzərinə rəndələyin və əvvəlcədən qızdırılmış sobaya yerləşdirin. Ev şəraitində pizzanız hazırdır. Nuş olsun!

 

Go Back

Tiramisu

Tiramisu 

ƏRZAQLAR
1 qutu “kedi dili” biskviti
1 stəkan şəkər tozu
2 stəkan kofe
2 ədəd yumurta
200 qram “labne” pendiri
300 qram krem şanti
Bir qədər kakao

HAZIRLANMASI
1. Yumurta və şəkəri mikserlə qarışdırın. Sonra üzərinə “labne” pendirini də əlavə edib yaxşıca
qarışdırın. Bir az çaldıqdan sonra “Krem Şanti”ni də oraya əlavə edib, 10-15 dəqiqə də qarışdırın.
Sonra həmin qarışığı soyuducuya qoyub 1 saat saxlayın.
2. Kofeni 1 stəkan qaynar suda həll edin.
3. “Kedi dili” biskvitlərinin yarısını tək-tək suda əritdiyiniz kofedə isladıb qabın alt dibinə düzün.
Üzərinə hazırladığınız kremin yarısını yayın. Qalan biskvitləri də kofedə isladıb kremin üstünə
düzün və qalan kremi də əlavə edib yayın.
4. Hazırladığınız tiramisunu ən azi 2 saat soyuducuda saxladıqdan sonra üzərinə kakao səpin.

 

Go Back

Pomidorlu düyü şorbası

Duru yeməklərə üstünlük verənlər üçün əla resept. Qida rasionunuza yenilik əlavə edin.

Tərkibi:
8 stəkan ətin suyu
200 qram tomat pastası
1 ədəd pomidor
Yarım qaşıq duz
100 qram düyü
Yarım dəstə göyərti

Hazırlanma qaydası;
Tomat pastası, ətin suyu, duz, düyü və qabıqları soyulmuş, doğranmış pomidor bir qazana əlavə olunur. Qazanın qapağı örtülərək yarım saata qədər qaynadılır. Düyünün yumşalması ilə bərabər göyərtilər dəşorbaya əlavə edilir və bir neçə dəqiqə də o vəziyyətdədə qaynadıldıqdansonra qazandan çıxarılır. Süfrəyə gətirərkən şorbaya limonu sıxmaq da olar.

 

 

Go Back

Yoqurtlu Tort

YOQURTLU TORT

Lazım olan ərzaqlar:
200 qram peçenye
50 qram kərə yağı
20 qram jelatin
1000 mlq. şirin, 2,5%-li yoqurt
3 paçka müxtəlif rəngli jele

Hazırlanması;
Tortun əsası üçün peçenyeləri xırdalayın, yumşaldılmış kərə yağı ilə eynicinsli kütlə alınanadək qarışdırın, kərə yağı çəkilmiş kənarları açılan formanın (28 sm diametrli) içinə qoyub hamarlayın. Bunu bir neçə dəqiqə dondurucuda saxlayın. Üç müxtəlif jeleni qablaşdırmasının üstündə göstərildiyi qaydada hazırlayın. Bunları çox da hündür olmayan üç ayrı qaba qoyun. Soyuducuda bərkiməsi üçün bir müddət saxlayın. Sonra çıxarıb kubiklərə bölün. Jelatini bir qədər isti suda həll edib şişməsi üçün saxlayın. Sonra su hamamına qoyub jelatin tam əriyənədək saxlayın (qaynatmaq olmaz). Bunu nazik axınla durmadan qarışdırdığınız yoqurtun içinə tökün. Bundan sonra dərhal yoqurtla jelatin qarışığını (yoqurt çox tez qatılaşır) peçenyedən hazırladığınız korjun üstünə qoyun. Bunun üstünə müxtəlif rəngli jele kubiklərini qoyun, tortu soyuducuya yerləşdirin.
Süfrəyə verməzdən əvvəl tortu soyuducudan çıxarın, bir neçə saniyə içində qaynar su olan ləyəndə saxlayın. Belə etdikdə jele formanın kənarlarından asanlıqla ayrılır. Bundan sonra tortu ehtiyatla çıxarıb qaba qoyun.

Qeyd: Bu tortun içinə meyvə də qoymaq olar. Təzə, yaxud konservləşdirilmiş meyvəni xırdalayıb peçenye korjunun üstünə düzün, jelatinli yoqurtu isə üstünə çəkin.

Go Back

Lavaş Salatı

LAVAŞ SALATI
Lavaş salatı asan və tez hazırlanan salat hesab olunur. Bu salatı qısa müddət ərzində hazırlamaqla özünüzü, sevgilinizi, yaxınlarınızı sevindirə bilərsiniz.

Ərzaqlar:
2 ədəd iri ölçülü lavaş
2 ədəd yerkökü
2 ədəd kartof
200 qram holland pendiri
200 qram toyuğun döş əti
2 diş sarımsaq
2 ədəd xiyar turşusu
zövqə görə mayonez, duz və istiot

Hazırlanması:
1.Lavaşı düz yerə sərib üstünə mayonez sürtün;
2. Lavaşın üstünə sürtkəcdən keçirilmiş kartof, yerkökü qoyub üstünə 2-ci mayonezli lavaşı sərin.
3. İkinci qat lavaşın üstünə sürtkəcdən keçirilmiş xiyar turşusunu, toyuğun didilmiş döş ətini, sürtkəcdən keçirilmiş holland pendirini, əzilmiş 2 diş sarımsağı səpib istiot və duz da əlavə edib lavaşları rulet kimi bükün.
4. Sonra isə 20 dəqiqə soyuducuda saxlayıb dilimləyərək süfrəyə verin.

Go Back

10 blog posts