Düşüncə Jurnalı

header photo

Narınc Uşaq Psixologiya Mərkəzində 1 İYUN-la əlaqədar "NARINCI BAYRAM" keçirildi

31.05.2015 tarixində NARINC UŞAQ PSİXOLOGİYA MƏRKƏZİNDƏ 1İYUN Uşaqların Müdafiə Günü İlə Əlaqədar Olaraq "NARINCI BAYRAM" keçirildi!!!!

Bayramda uşaqların iştirakı ilə hazırlanmış bədii hissə ilə yanaşı, qonaqlarımızın ürək sözləri, bayramda aktiv iştirak edən uşaqlarımızın TƏŞƏKKÜRNAMƏ VƏ DİGƏR HƏDİYYƏLƏRLƏ təltif olunma mərasimi keçirildi!

Tədbir Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun açılış nitqi ilə başladı.

Daha sonra söz Ulduz Şokalad Fabrikinin nümayəndəsi Kəsirə Quliyeva uşaqlara öz hədiyyələrini təqdim edən Ulduz Şokalad Fabriki uşaqların sevincinə sevinc qatdı.

Tədbirin bədii hissəsi Narınc rəqs ansamblının rəqsi ilə başladı. Daha sonar uşaqlar tərəfindən hazırlanmış səhnəciklər, milli və xarici rəqslər, uşaqların ifasında şerlər nümayiş olundu.

Tədbirin üçüncü hissəsində uşaqların Əl işlərindən ibarət sərgiyə baxış və səsvermə mərasimi keçirildi. Səs Çoxluğu ilə 3 ədəd qalib müəyyən olundu.

Birinci yeri tutan qalibə Narınc Uşaq Psixologiya Mərkəzi tərəfindən 100 azn-lik psixoloji konsultasiya kuponu və “Apple Dental” müasir stomotoloji mərkəz tərəfindən ödənişsiz olaraq hər növ stomotoloji xidmət kuponu, ikinci və üçüncü yerin sahiblərinə isə Koala Park Uşaq Əyləncə Mərkəzindən 20 azn-lik hədiyyə kuponu və “Apple Dental” müasir stomotoloji mərkəz tərəfindən ödənişsiz olaraq hər növ stomotoloji xidmət kuponu hədiyyə edildi!

Qaliblərlə yanaşı bayramda aktiv iştirak edən bütün uşaqlar TƏŞƏKKÜRNAMƏ ilə təltif edildi.

Tədbirinin sonunda uşaqlarla birlikdə tort kəsildi və xatirə foto çəkildi!

 

 

Go Back

Sorğu göndər