Düşüncə Jurnalı

header photo

Xəyanət

İnsan əvvəl özünə xəyanət edər, əvvəl özünü yaralar. Hər insanın içində bütün mükəmməlliyə sahib bir ruh vardır və insanın ilk məsuliyyəti əvvəla ona qarşıdır.

 Deyilən hər yalan, tutulmayan hər söz, başqalarına edildiyi zənn edilən hər cür pislik əvvəl edənin ruhunda dərin bir yara açar. Çünkü özünə xəyanət etmiş və razılaşmanı pozmuşdur. Ən böyük acını yenə o insanın ruhu çəkər. Insan hər nə qədər fərqində olmasa da içində doldura bilmədiyi dərin bir boşluq yaranar və həyatı o boşluğu doldurmağa çalışmaqla keçər.

          İnsan özünə ilk xəyanətini, çox vaxt öz hisslərini və öz iç səsini dinləməyib, başqa şeylər ardınca qaçdığı zaman edər. Bu danışılan şey pul ola bilər, karyera ola bilər və ya camiyyətdə hörmət qazanmaq ola bilər. Bu xəyanətin arxasından nə qədər uğurlu və xoşbəxt görünürsə görünsün; tək başına qaldığı ilk anda o dərin boşluq heç cür yaxanı buraxmaz.

Xəyanətin bir neçə növü vardır:

Verilən sözlər tutulmalıdır deyirlər. Söz verərkən əvvəl özünə söz verir insan; o zamanda onu edəcəm deyir. Buradakı ilk razılaşma insanın özü ilə olan razılaşmasıdır. Pozanda da ilk yaraladığıda və hörmətini itirdiyi insan yenə özü olacaqdır. Bu özünə etdiyi bir xəyanətdir.

Yalan danışmaq; bu da insanın özünə ən böyük xəyanətidir. Özünü bilərərək və istəyərək etdiyi hər hansı bir şeyi başqalarından qorxaraq  gizləməsi, başqalarına özündən daha çox dəyər verdiyi mənasına gəlir ki, bu da əvvəla özünə xəyanətdir.

Oğurluq, fırıldaqçılıq və ağlımıza gələ biləcək hər cür pislik edən insanlar, əslində ən böyük pisliyi özlərinə etdiklərinin fərqində olmazlar.

Bəzən yalan danışan, məni aldatmağa çalışan, verdiyi sözləri tutmayan insanlarla qarşılaşdığı zaman çox məyus oluram. Öz ruhlarına necə əziyyət verdiklərinin fərqində olmadıqlarını düşünərkən çox təəssüf edirəm. Ruhlarının çəkdiyi acını hiss edərkən, mənə etdikləri zənn edilən pislik ağlıma belə gəlməz.

Insan başqasına sancdığını zənn etdiyi hər bıçaqda,əvvəl öz ruhunu yaralar.

Insan əvvəl özünə xəyanət edər.

 

Tərcümə edən: Elmira Gərayzadə

 

https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fblog.milliyet.com.tr%2FIhanet%2FBlog%2F%3FBlogNo%3D174278&h=ATO23LRn_IV4djAxibdAtXwZlvEE71MRXuvAGdKApJcGI0lyC4B1S6PsnxrNxe3aUzIaZ-2WnpShEvxguEdv8123jHzL4nln3h92hMuKhiaRqxFGLN229lK6vT3X42q_TU0JJz0

Go Back

Sorğu göndər