Düşüncə Jurnalı

header photo

AMNEZIYA NƏDİR?

     

Amneziya yaddaş və xatirələrin itirilməsi halıdır, tam və ya hissəvi olmaqla amneziya iki formada müşahidə edilir.Hissəvi anmeziyada yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanır, lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Amneziyanın ehtimal olunan səbəbləri:

     Dissosiativ amneziya - yaxın zamanlarda baş vermiş vacib hadisələrin, şəxsi həyata aid faktların itirilməsidir ki, bu zaman bütün digər xatirə və bacarıqlar saxlanır. Əksər hallarda psixi travmalar, tragik hadisələr, yaxınlardan birinin itkisindən sonra yaranır. Vacib məqamlardan biri budur ki, amneziyanın bu formasında beyində heç bir üzvi dəyişiklik, intoksikasiya əlamətləri və ya hədsiz yüklənmə olmur. Yaddaşın belə itirilməsi  xəstə ayıq olduğu zaman özünü göstərsə də, hipnoz altında hadisələrin gedişi bərpa olunur.Posthipnotik amneziya - hipnoz seansı zamanı baş verənlərin xatırlanmaması halıdır.Dissosiativ fuqa - psixogen amneziyadır, xəstənin psixi travma və ya ekstremal situasiyadan qaçma istəyi ilə izah olunur. Xəstə doğrudan da yaşadığı və işlədiyi yerdən uzaqlaşaraq bir neçə saat, bir neçə gün, bəzən isə daha uzun müddət bütün tərcümeyi-halını unudur. Sonra birdən-birə hər şeyi xatırlayıb fuqa müddətində baş verənləri unuda bilir.

     Amneziya bəzən baş beyin xəstəliyinin tək əlaməti ola bilər. Xəstə itirilmiş xatirələrin yerini yalançı xatirələrlə - konfabulyasiyalarla doldura bilir və ya onları təhrif edir - bu, hal paramneziya adlanır.

    Diaqnoz

    Amneziyadan şikayət edən bütün xəstələr elekrtoensefaloqrafiya, maqnit-rezonans tomoqrafiya, kompüter tomoqrafiyası, qanın müayinəsi, biokimyəvi və toksikoloji müayinələrdən keçməli, nevroloqun, psixiatrın və narkoloqun baxışı aparılmalı, testlər vasitəsilə yaddaş funksiyaları qiymətləndirilməlidir. Xəstə yaddaşının nə dərəcədə itirməsini obyektiv dəyərləndirə bilmədiyi üçün ətrafında olan yaxınlarının, iş yoldaşlarının və qohunlarının diaqnozun qoyulmasında böyük yardımı olur.

    Yaddaş pozulmasının profilaktikası

    Yaddaş pozulmasının qarşısını almaq üçün sağlam həyat tərzi ən vacib şərtdir. Alkoqollu içkilər, dərman preparatları və narkotik maddələrdən uzaq durmaq, yuxu rejimini gözləmək, fiziki cəhətdən aktiv olmaq, piyada gəzmək, tam rasional qidalanmaq və ən əsası isə yaddaşı daim məşq etdirməklə buna nail olmaq mümkündür.Beynin normal fəaliyyətini təmin etmək üçün müxtəlif növ qidalar vacibdir - mal əti, yağlı balıq sortları, yağsız süd və süd məhsulları, yumurta, qarabaşaq və yulaf sıyıqları, sərt buğda unundan hazırlanmış makaron məmulatları, təbii bal, meyvə və tərəvəzlərdən kartof, pomidor, brokkoli kələmi, ispanaq, banan, şaftalı, armud, alma, qaragilə, həmçinin sarıkök, darçın, cirə, tünd şokolad və qoz sinir sistemi üçün faydalıdır.

      Məqaləni yazdı  :   

                                        Salamzadə Afaq

Go Back

Sorğu göndər