Düşüncə Jurnalı

header photo

Dissosiyativ şəxsiyyət pozğunluğu (cəm şəxsiyyət)

 

Dissosiyativ şəxsiyyət pozğunuğu əsasən ayrı-ayrı şəxsiyyətlərə durmadan çoxlu növ parçalanma olaraq görülür. Xəstəliyin yaratdığı problemlər, bir maddənin və ya ümumi tibbi vəziyyətin psixoloji təsirlərindən çox uzaqdır. Bəzi mütəxəssislər dissosiyativ şəxsiyyət pozğunluğu xəstələrinin asanlıqla hipnoz edildiyini və bu xəstələrin simptomlarının yatrogen olduğunu, yəni terapistin təkliflərinə cavab olaraq ortaya çıxdığını düşünür. Digər tərəfdən, bəzi beyin görüntüləmə işləri bəzi xəstələrdə şəxsiyyət keçidləri ilə bağlı göstəricilərə çatmış vəziyyətdədir.

 Dissosiyativ şəxsiyyət pozğunuğunda xəstə; şəxsiyyət, yaddaş və şüurunu tək bir           şəxsiyyətdə yığmaqda çətinlik çəkər. Xəstənin əsas şəxsiyyəti adətən ona verilən adla tanınır və bu şəxsiyyət; passiv, asılı, günahkar və yatırılmış bir xarakter təəssüratı çəkir. Xəstənin büründüyü hər bir xarakterin öz hekayəsi, fərdi imici və şəxsiyyəti vardır. Bu xüsusiyyətlərin hamısı, adamın əsas şəxsiyyətindən çox fərqlidir.  

 Əlamətlər:

 Dissosiyativ şəxsiyyət pozğunuğu yaşayan xəstələrdə iki və ya daha çox şəxsiyyətin xüsusiyyətləri olur. Bu fərqli şəxsiyyətlərin  sayı 2 də ola bilər 100-dən çox da ola bilər. Adətən bu sayı 10-a qədərdir. Bu xarakterlərin ən azı ikisi, insanın davranış modellərini nəzarət altına alır. Hər xarakter öz hekayəsinə, fərdi görünüşünə, davranış modellərinə, fiziki xüsusiyyətlərinə və ada malikdir. Bəzi xarakterlər isə bəzi vəziyyətlərə xas olaraq ortaya çıxar. Alternativ şəxsiyyətlər çox qısa müddət ərzində dəyişə bilir, biri digərini basdıra bilir. Bir şəxsiyyətdən digərinə keçid psikososyal stresslə əlaqədardır.

 Bu xəstəliklə yaşayan insanların şəxsi keçmiş, insanlar, məkanlar, hadisələrə dair yaddaşlarında ciddi boşluqlar var. Fərqli şəxsiyyətlər müxtəlif hadisələri xatırlaya bilər. Ancaq adətən passiv xarakterlərin yaddaşları daha məhduddur. Dissosiyativ şəxsiyyət pozğunluğu yaşayan insanlarda depressiya, narahatlıq, passivlik, asılılıq və ya günah kimi simptomlar görülür. Bu insanların uşaqlıq çağlarında davranış problemi və ya məktəbdə diqqət yetirmə problemi tez-tez görülür. Özünə zərər vermə və ya aqressiv davranışlar nümayiş etdirmə bir başqa simptom ola bilər. Dissosiyativ şəxsiyyət pozğunluğu yaşayan insanlarda görmə və ya eşitmə hallüsinasiya ortaya çıxa bilər. İlk simptomların görülməsi xəstəliyin müəyyən edilməsi arasında keçən müddət adətən 6-7 il şəklindədir.

 Səbəblər:

 Bəzi insanlar dissosiyativ şəxsiyyət pozğunluğu yaşayarkən bəzilərinin bunu yaşamamasının səbəbi tam olaraq bilinmir. Ancaq mütəxəssislər,dissosiyativ şəxsiyyət pozğunluğu xəstələrinin çoxunun uşaqlıq çağlarında fiziki və ya cinsi istismara məruz qalmış insanlar olduqlarını deyir. Həmçinin dissosiyativ şəxsiyyət pozğunluğu olan insanlarda adətən travma sonrası stress pozğunluğu da görünə bilər. Mütəxəssislər xəstəliyin irsi xüsusiyyətlərinə də diqqət çəkir. Belə ki, aparılan bir çox iş dissosiyativ şəxsiyyət pozğunluğu xəstəsi olan insanların bioloji yaxınlarında eyni xəstəliyin görülme sıxlığının, digər insanlara görə daha yüksək olduğunu göstərir. Həmçinin xəstəlik nə qədər çox gördükcə, diaqnozu da o qədər çətinləşir.

 Müalicə:

 Dissosiyativ şəxsiyyət pozğunluğunun əsas müalicəsi uzun müddətli psixoterapiyadan keçir. Müalicənin hədəfində isə fərqli şəxsiyyətlərin parçalanıb, daha sonra tək bir xarakterdə birləşdirilməsi yer alır. Xəstəliyin müalicəsi üçün xüsusi bir dərman olmur ancaq mütəxəssislər antidepressant, qorxuyla mübarizə edən və ya sakitləşdirici xüsusiyyətinə malik dərmanları, xəstəliyə bağlı digər simptomların yüngülləşdirilməsi üçün təklif edə bilir.

 

 

Mustafayeva Sünbül

NUPM Könüllü Qrupunun üzvü

http://www.uplifers.com/tum-yonleriyle-coklu-kisilik-bozuklugu-tanimi-belirtileri-nedenleri-tedavisi/

 

 

 


 

 

 

 

Go Back

Sorğu göndər