Düşüncə Jurnalı

header photo

Mən kiməm?

Bəziləri bu sualı özlərinə heç vaxt verməz, bəziləri hər gün verər bəziləri isə boş vaxtlarında oturub fikirləşəndə. Mən kiməm? Bu  dünyaya niyə gəlmişəm, niyə yaşayıram, kimə görə və nəyə görə mübarizə aparıram, hansı yoldayam, məqsədlərim nədir,nə istəyirəm?

Mən həftənin 5 günü eyni avtobusla, eyni metroyla üniversitetə gedib gələn, hər gün eyni ortamda və eyni insanların əhatəsində olan, demək olarki hər gün eyni şeylər edən bir insanam. Avtomatlaşdırılmış kimi. Amma eyni zamanda mən öz məqsədləri, arzuları, xəyalları olan,bütün səhvlərim və düzlərimlə özümü qəbul edən, özümü sevən, hər yeni günümdə bir sevinc axtaran, bəziləri üçün pis bəziləri üçün yaxşı olan biriyəm. Əgər bizim arzularımız, xəyal qurmaq bacarığımız, məqsədlərimiz və həyatdan gözləntilərimiz varsa, nə qədər hər gün eyni şeyləri təkrar etsək də demək biz avtomatlaşdırılmamışıq, demək o hər eyni keçən günün içində fərqli bir şey vardır.

Mən kiməm? Bu sualın cavabı insanın dünyagörüşündən, yetkinliyindən, həyata baxış prizmasından asılıdır. Bizim dünyagörüşümüz, yaşımız artdıqca həyata baxışımız da dəyişir və buna görə də sualın cavabı da dəyişir. Sual eyni qalır cavablar isə dəyişir.

            Bəziləri bu həyatı yaşadığı yerlə, gördüyü işlə məhdudlaşdırıb çərçivəyə alar bəziləri isə həyatı dolu-dolu yaşamağı bacarar, çərçivə tanımaz. Və sən nə qədərki “Mən kiməm?” sualına qısa cavablar verəcəksən, nə qədərki bu suala dar mənada yanaşacaqsan bir o qədər də həyat çərçivən dar və mənasız olacaq. Sən öz həyatının mərkəzindəsən, sən öz həyatını yaşayırsan başqasınınkını yox. Demək elə həyat sən özünsən və sən bu suala cavab verməklə bütün həyatının suallarını cavablandırmş olursan. Hər şey sənin özündən asılıdır elə bu sualın cavabı da.

 

 

 Narınc Uşaq Psixologiya Mərkəzinin könüllü qrupunun üzvi Gərayzadə Elmira

Go Back

Sorğu göndər