Düşüncə Jurnalı

header photo

SELFİEMANİYA - Günün aktual problemi

“Selfie” sözü tərcümədə “mən” mənasını verir. Lakin müasir həyatımızda bu sözlə özünün şəklini çəkmək kimi izah vermək olar. Insan özünün şəklini çəkən zaman əlbətki heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin, hər bir marağın bir dərəcəsi varki, bir zaman normal sayılan, o biri dərəcədə artıq anormal sayılır.

Psixoloji problem. XBT -10 uygun olaraq F63.8 Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfiedan asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daimi selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişə cəhdlər, şəkilin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir. Bir müddətdən sonra insan tərəfində problem müəyyən ola bilər. Lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır. Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün dahada çox dozanı (şəkil sayını) artırmaq istəyir.

Ən böyük problemi isə gözəl şəkilləri çəkmək üçün riskə gedən insan sayılır. Insanda azart o qədər yüksək nöqtəyə çatırki, insan qarşısı alınmaz olur.

Bir alimlər bu xəsətəliyi narsisiszm sayır, o birir qrupp meyl və adət pozuntularına aid edirki, bizdə məqalədə sırf meyl pozuntusu kimi qəbul edirik. Lakib əlbətki, sual yaranır ki, niyə məhs selfie, adi şəkil yox. Narsissizm mərhələsini hər bir insan inkişaf dövründə keçdiyi kimi, bizim instinktlər bazasında bu özünü qoruma hissinin bir hissəsi ilə rastlaşa bilirik. Lakin niyə bu instinkt bizi qorumağa deyi, dağıtmağa yönəlir?! Bu sualın cavabını yalnız psixoanaliz cavab verə bilər.

Gün ərzində 5 selfie şəklinin çəkilib və sosial şəbəkədə nümayişi artıq SOS siqnalıdır.  Bu xəstəliyin müalicəsi, əlbətki hər bir digər psixi pozuntular kimi kompleks yanaşma tələb edir. Medikamentoz müalicə ilə yanaşı psixoterapiyanın müxtəlif növləri istifadə edilə bilər: psixoanaliz, CBT və rasional psixoterapiya. Ən əsası isə həyat tərzinin dəyişməsi, həyata yenikliklər qatmaqla insanı öz daxili resurslarını tanımaqla xəstəlikdən uzaqlaşdırmaq mümkündür.

Aydan Xasməmmədzadə 

Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu və psixoanalitiki 

pcc.az

 

Go Back

Sorğu göndər