Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Psixologiya"

Sevgide ayrılıq dramı-Psixoloji yanaşma

  

 

Sevgi bir dramdır...

Sevgi - bəzən qarşılıqlı, bəzən platonik; bəzən ağrılı, bəzən sevincli; bəzən göz yaşı, bəzən isə çox yüngül bir təbəssüm...

Sevgi, kainatın möhtəşəm gözəllik və nizam içində yaradıldığı zamandan bəri mövcuddur. İlk insanla birlikdə insanlar arasında ən rəngli, ən zövqlü, ən zəngin bir duyğudur eşq. İnsanları gözü bağlı cəzb edən bu sirr kürəsi çox şirindir, çox gözəldir və çox zövq vericidir...

Sevgi özü ilə birlikdə sahiblənməyi gətirir, sahib olduğumuz şeyləri itirməksə, ağrı verir. Aşiq olduğumuz zaman sevdiyimiz insanı o qədər sahiblənirik ki, ayrılığı ölüm kimi qiymətləndiririk. Sevgilidən uzaqlaşma ölümə məhkumluğu yaşadır. Sevgini bir növ siqaretə bənzətmək olar: asılılıq yaradan bütün maddələr kimi yoxluq vəziyyətində sevən insana əzab verir.

Hər ayrılıq sonrası sancılı bir müddətdir. Bir münasibəti davam etdirmək adına göstərdiyimiz cəhdlərin və gələcək üçün qurduğumuz xəyalların birdən sonlanması bizi dərin boşluğa atır. Həyatda ən dəyərli varlığımızı itirmiş  kimi hiss edirik. Sanki sahib olduğumuz tək dəyərli şey odur və bir daha heç vaxt əldə edə bilməyəcəyik kimi düşünürük.

Ayrılıqdan sonra hiss olunan dərin boşluq o qədər narahat edicidir ki, ayrılıq kədərini yüngülləşdirmək, sakitləşdirmək və sevgi əzabından xilas olmaq üçün hər şey etməyə çalışırıq. Əksər insanlar bu vəziyyətdə özünü çox gücsüz və çarəsiz hiss edir, bu kədərin heç vaxt bitməyəcəyini düşünür. Bəzən onu geri qazanmaq istəyirik amma edə bilməyəcəyimizi anlayırıq.

Bu halda nə etmək olar? Necə edək ki bu əzabdan qurtulaq?

İlk növbədə özünüzü mühakimə edin; “Mən niyə bu qədər qəmginəm? Məndə nə əksikdir? Yoxsa özümü dəyərsizmi hiss edirəm?”

Çəkdiyimiz ağrılar problemlərimizi görməyə kömək edir. Duyğularımız isə hərəkətə keçməyimiz üçün avtomatik siqnal rolunu oynayır. Necə ki bədənimizdə hiss etdiyimiz ağrı bizə xəstəliklərin siqnalını verir, yaşadığımız kədər dolu duyğular da bir şeyin qaydasında getmədiyi haqqında siqnallar ötürür. O siqnallara diqqət yetirmək lazımdır, çünki bu zaman özümüzü dəyişdirmə yoluna giririk. Əgər ağrı varsa, o zaman dəyişmə tələbata çevrilir.

İlk öncə sizin üçün vacib olanları müəyyənləşdirin. Nə istədiyinizi araşdırın. Həyatınızı necə bir insanla davam etdirmək istərdiniz?  Əsas vacib və çətin məsələ qərar qəbul etməkdir. Əgər o insanla ömrünüzü davam etdirə biləcəyinizi düşünürsünüzsə, onda  bütün problemlərinizi həll etməyə çalışın. Əgər ayrılmağa qərar vermisinizsə, o zaman ayrılığın yaratdığı fəsadları ortadan qaldırın.

Ayrılıq acısından necə xilas ola bilərik?

1) Bunun keçici proses olduğuna özünü inandırmaq

İlk növbədə özünüzü prosesin keçəcəyinə inandırın, çünki insan hər şeyi unudur və heç bir kədər boşuna olmaz. Əgər o hüznün içində hədiyyəni görməyi seçsəniz sizə çox şey öyrədəcək. Afrika atalar sözünə əsasən: “Hər tragediya digər əlində hədiyyə ilə gəlir; amma biz kədərlə o qədər məşğul oluruq ki, verilən mükafatı görmürük, o da gəldiyi kimi itib gedir."

2) Geri dönüş üçün ümidlənmə!

Hər tərk edilən, tərk edib gedənin səhvini başa düşəcəyini, peşman olacağını və bir gün geri qayıdacağını ümüd edir. Çünki özü hələ sevir. Bu, qarşılıqsız sevginin ağırlığı altında əzilməkdir. Bu ağrını yaşayan insan elə düşünür ki, problemin həlli qarşı tərəfin geri dönməsi və münasibətlərin bərpasıdır. Onun da özünü  sevdiyini amma başqa şərtlərə görə getmək məcburiyyətində qaldığını düşünür. Lakin bilmək lazımdır ki, gedən geri qayıtmaz, çünki onun gedərkən səbəbləri var, geri dönəcəyi haqqında düşünürsən, ümid edirsən heç vaxt unuda bilmirsən.

3) Hadisələrə qarşı adaptiv yanaşma

İnsanlar stəkanın boş tərəfini görməyə meyillidirlər, hələ ki bu sevgi kədəri çəkdikləri zaman. Bir daha xoşbəxt olmayacağını, bir daha onun kimi birini tapa bilməyəcəyini düşünür. Halbuki onun xaricində hər kəs bunun yanlış olduğunu bilir. Hansısa bir hadisəyə neqativ baxarkən özünüzü düzəltməyə və müsbət yanaşmağa çalışın. Yaşadığın hadisələrə utanc qaynağı olaraq baxmaq yerinə onların səni daha da güclü etdiyinə fokuslanın. Etdiyin səhvlərə görə özünü cəzalandırmaq əvəzinə onlardan dərs almağa çalışın.

4) Keçmiş sevgilinizi günahlandırmayın

Ona olan  bütün nifrətinizi yox edin. Nifrət vasitəsi ilə keçmiş sevgilinizlə enerji bağlantınızı saxlayacaqsınız, daima onu düşünəcəksiz və beləliklə öz enerjinizi  neqativ  fikirlərə sərf etmiş olacaqsınız. Bu sizə lazımdır?

5) Keçmişi və keçmiş sevgilinizi xatırladan hər şeydən azad olun

Onun verdiyi hədiyələri, yazdığı mesajları, şəkillərini  silin, birlikdə dinlədiyiniz mahnıları, baxdığınız kinoları unutmağa çalışın. Keçmiş gözəl anları xatırlamaq nə qədər  yaxşıdırsa, ayrıldıqdan sonra onun üçün darıxmaq insanda neqativ duyğuların yaranmasına səbəb olur.

6) Özünü günahlandırma

Ayrıldıqdan sonra qarşı tərəfin yaşadıqlarını özünüzə aid edirsiniz, davamlı olaraq onu izləyərsiniz. Onun addımları ilə özünüzü yoxlayırsınız. Əgər o pis olarsa, həyatına kimsəni almırsa xoşbəxt olar, özünüzü dəyərli hiss edirsiniz. Lakin o çox xoşbəxtdirsə, sevgilisi varsa özünüzü həm dəyərsiz hiss edər həm də kədər içində olarsınız. Bunların tək səbəbi isə onu izləmək ya da ondan daimi xəbər almaqdır. Məsələn, ayrılandan sonra keçmiş sevgilinizin facebookda əyləncəli müsiqi paylaşmasını sizə ünvanladığını hiss edər, romantik  mahnı paylaşdığı zaman isə sizi unutmadığını düşünərsiniz. Halbuki bunların heç biri doğru olmaya bilər.

8) Yeni münasibətə hazırlıq  

Çox vaxt bəzi insanlar ötən münasibətdə çətinliklər yaşadığı və bunların təkrarlanmasından qorxduğu üçün yeni münasibətə başlamaqdan qorxurlar. Çünki digər insanın da öncəki kimi onu tərk edəcəyindən çəkinirlər. Lakin situasiyaya psixoloji aspektdən yanaşanda görürük ki, əslində həmin insanlarda özlərinə qarşı güvən olmur.

Bəzi mənbələrdə qeyd olunur ki öncəki münasibətin ağrısından qurtulmaq üçün yeni münasibətə başlayın. Lakin bu doğru yanaşma deyil. Çünki insan keçmiş travmanı unutmayıbsa gələcəyə köklənə bilməz. Əgər unuda bilmirsə, bu zaman keçmişdəki şəxsi yeni insanda axtarmağa çalışır, onun xüsusuyyətlərini həmin insanda formalaşdırmaq istəyir.

Bütün bunlardan qaçınmaq üçün çalışın, keçmiş  sevgilinizi ideal partnyor  olaraq görməyin. Unutmayın ki, sizi xoşbəxt edəcək yeganə insan o deyil.

Həyat keçmişdə ilişib qalacaq qədər uzun deyil, çalışın bugünü və gələcəyi düşünün, sevin və sevilin!

Nərmin Sucayeva

klinik psixoloq

Go Back

Qurtula bilmədiyimiz STRESS

Stress insanın özünü hüzursuz, narahat və gərgin hiss etməsi ilə fizioloji ve psixoloji göstərdiyi reaksiyadır! Gündəlik həyatda biz stresslə qarşı-qarşıya qalırıq. Məsələn: iş və ya ev həyatında, ayrılmalarda, övlad və ya valideyn arasındakı münaqişələrdə, hamiləlik zamanı, boşanmalarda, işsizlik, ailə ile iş zamanın düzgün bölünə bilməməsində və bir çox bu kimi hadisələrdə stress yaşaya bilərik !

Stressdə olduğumuzu necə hiss edə bilərik ?

*səhər yorğun oyandıqda

*yuxu problemi yaşadıqda

*tez əsəbləşmək

*diqqətsizlik

*baş ağrıları

* əvvəl həzz aldığınız işdə artıq heç bir həzz almama

*ürək döyüntülərinin artması, nəfəs darlığı

*siqaret və ya narkotik tərkibli maddələrə meyillilik və s.

Stress zamanı vücud özünü muüdafiəsi üçün stress hormonu ifraz etməyə başlayır, bu zaman enerji bərpa olunması üçün yağ yandırması qanda xolesterinin və yağın artması səbəbindən ürək – damar xəstəliklərinə yol aça bilər!

Özünüzü stressdə hiss etdiyiniz zaman nə etməliyik ?

*əlinizdəki işi buraxın və gərginliyin fərqinə varı

*gərgin olduğunuz məkandan mümkünsə uzaqlaşmağa çalışın

*gözlərinizi yumun və rahat hiss etdiyiniz yerdə özünüzü xəyal edin

* yüngül idman hərəkətləri və az da olsa yerimək müsbət nəticə verə bilər, yavaş və ağır nəfəs almağa çalışın!

Daha uzun müddətli stressdən uzaq olmağın yolları:

*akvariumda balıq saxlamaq

*havanın dəyişməsi və dəniz suyu ilə təmas

*massaj

*toxuma və ya hörmə

*yoqa ilə məşğul olmaq

*səyahət etmək

*gündəlik yerimək

*idmanla məşğul olmaq

*yatmazdan əvvəl kitab oxumaq ( kortizol səviyyəsinin stress hormonunun düşməsinə və yeni günə daha gümrah oyanmanızı təmin edər )

Stessiz günlər diləyirəm !!!

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Manipulyator insanlar - Kimdir Onlar?!

Manipulator üçün insanın varlığı yalnız onu idarə etmək üçün var. Heç bir insan manipulator doğulmur- “tabula rasa” anlayışı kimi yaradılan bir körpə, adaptasiya olduqca “öyrənir”.

Şüursu seçilən bu strategiya insanda manipulasiya formasını avtomatizma çatdırır.

Real hisslərin gizlədilməsi – bəzən özünə belə

Riskdan qaçış, özünü müdafiə pozisiyası

Manipulyatorlar o inasanlardı kı, özünə və başqalarına obyekt kimi yanaşaraq, istifadə və kontrola məruz qalırlar. Müasir manipulyator elmi və bazar yanaşmasının məhsulunu təşkil edir.

Hər birimizin daxilində manipulator var, az və ya çox. Müxtəlif rollar oynadığımıza görədə, fərqli manipulasiya növünü seçirik.

Passiv manipulyator bununla əlaqədar olaraq belə mövqeyi tutur: “Mənimlə olan heç nəyi idarə bilmirəm əgər…. Beləliklə, mən ümumiyyətlə heç nəyə nəzarət etməyəcəyəm!” Passivlər sırasına Əski, Yapışqan, Əla oğlan, Müdafiəçi aiddirlər.

Aktiv manipulyator başqa cür hərəkət edir: o başqaların acizliyindən istifadə edir. Öz könüllü qurbanları üzərində nəzarəti qurur və bunu əldən verməmək üçün hər şey edir. Buraya Diktator, Kalkulator, Dələduz, Hakim aiddirlər.

1. DİKTATOR. Öz gücü ilə hamını qorxuda saxlayan insan rolu. Qurbanlarını idarə etmək istəyən belə insanlar əmr verməyi sevirlər.

2. ƏSKİ. Adətən Diktatorun qurbanı rolunda çıxış edir və onun düz ziddiyyətini təşkil edir. Özünü qurban göstərməyi sevən biri. Mazoxist düz çıxar. əslində bu insanlar məhs əzilməkdən həzz alırlar və bununla güclü hiss etmədən latent idarəni ələ keçirirlər. O öz həssaslığını və zəifliyi göstərir, unudur, eşitmir, o passivdir və susqundur.

3. KALKULYATOR. Hamımızda olan bir manipulasiya növü. Bu insanlara  “yüz ölç, bir biç” anlayışı aiddir. Nəzarəti sevən bu növ manipulatorlar adətən qalib çıxır.

4. YAPIŞQAN. Məsuliyyətsizliklə qalibiyyəti əldə edən, öz vecsizliyi ilə idarə edən, bu insan nə etsə belə onun üçün bir cəza kəsilmir. O başqalarına onun işini onun üçün etməyə icazə verir.

5. DƏLƏDUZ. Təcavüzkarlıq, sərtlik və bədxahlıq göstərir. O təhdidlərin köməyi ilə ətrafındakılarları idarə edir. Hər bir yola əl atan varlıqlar.

6. ƏLA OĞLAN. Səmimi, qayğıkeş, diqqətli, həmişə yanınızda olan bir tanış. O sadəcə öz mehribanlığıyla öldürür. Çox güclü bir manipulator. Pisliyini təsdiq etmək mümkün olmayan. Bu insanlara “çox yaxşı, yaxşı deyil” anlayışı yaraşır.

7. HAKİM. Tənqidi vurğulanmışdır və skeptikdir. O heç kəsə etibar etmir, daim ittiham edir və hiddətlənir, tez küsəndir və kinlidir. Paranoid fikirlər bu insanda birinci yer tutur. Şübhələr ona qalib gəlməyə kömək edir.

8. MÜDAFİƏÇİ. Bəlkə bu manipulatoru “Dayə” adlandırsaq daha düzgün olar. Hamını bağışlayan, köməyə gələn, tənqiddən uzaq. Hakimin ziddiyyəti. Himayə etməyi sevən bu insanlar məhs bu yolnan hər şeydən xəbərdar olurlar.

Dəyişmək heç vaxt gec deyil:manipulatorda çevirilib aktualizator ola bilər.

Əgər manipulyator — çoxtərəfli şəxsiyyətdirki, müxtəlif tərəfləri konflikt ziddiyyətindədir, aktualizator —hərtərəfli şəxsiyyətdirki, tərəfləri bir-biri ilə vəhdət təşkil edir.

Özünüzü öyrənin, sevin, ideala çatmaq arzusunda olun. Və  bir gün aktualizator olub özünüzü və ətrafdakıları tam tanıyacaqsız.

P.S. Manipulatorlar  təsnifatı Everet Şostromun  “İnsan-manipulyator. Aktuallaşdırmaya manipulyasiyadan daxili səyahət. əsəri əsasında götürülmüşdür.

Aydan Xasməmmədzadə,

Psixologiya və Konsultasiya mərkəzinin klinik psixoloqu, psixoanalitik.

pcc.az

Go Back

HƏYƏCAN POZUNTUSU YAŞAYIRSINIZ?

Həddindən artıq həyəcan, bəzi zamanlarda normal qəbul edilsə də, gündəlik həyatı təsir edəcək dərəcədə yaşandığında bəzi tədbirlər alınaraq qarşısının alınması lazımdır. Həyəcanlanma gündəlik həyatda tez-tez yaşanan bir duyğudur. Yeni bir iş, yeni bir avtomobil, sevdiyi biriylə qarşılaşma kimi faktorlar şəxslərin müəyyən dərəcə heyecanlanmasına səbəb olur. Həyəcanın müəyyən bir səviyyədə olması halında, adamın daha diqqətli olmasına və edilən işdən zövq almasına səbəb olur. Cəmiyyətdə ictimai həyatda müvəffəqiyyətli olan, sənətkar kəslərdə bir miqdar həyəcan olduğu bilinir. Kişilərin həddindən artıq həyəcanlı olduğu çoxu zaman davranışlarından bəlli olur. Lakin bəzi kəslərin çöldən baxıldığında həyəcanı müəyyən olmaz. Adamın həyəcanlı və həssas olması müəyyən nisbətdə üstünlük olaraq qəbul edilir. Həddindən artıq həyəcanlı olma adamda səhv etməyə və psixoloji problemlərə səbəb ola bilər. Bu vəziyyət adamın öz davranışlarını idarə etməsinə mane olur. İnsanlarda olan yüksəklik fobisi, ictimai fobi, panik atak, kekemelik kimi problemlər həyəcanı nəzarət altına ala bilməmə təsiriylə yaxından əlaqədardır. Bu vəziyyətdə həyəcanı necə kontrol etməliyik: Çox həyəcan bəziləri üçün şəxsiyyətli əlaqəli olsa da, alınan bəzi tədbirlər adamın həyəcanını nəzarət altına almasına köməkçi ola bilər. Bu tədbirlər arasında ən təsirli olanı tənəffüsün doğru edilməsidir. Tənəffüsün kafi və doğru olması adamdakı qayğısın azaldıcı bir faktordur. Ayrıca adamın boşalma texnikalarını öyrənərək, Həyəcanlandığı vəziyyətlərdə boşalmağa çalışması özünə köməkçi olacaqdir. Bunun xaricində insanlar həddindən artıq heyecanlanmalarına səbəb olan hadisələri tez-tez etsələr, bu vərdiş halına gələcəyindən heyecanlanmaya mane olur. İmtahan həyəcanı çəkənlər, tez-tez imtahanlara girsələr həyəcanına hakim ola bilərler. İnsanlar özlərinə həyati məqsəd əldə etməli və həyata müsbət baxmağı öyrənməlidir.

Həyəcana səbəb olan faktorlar və bunlarla başa çıxma yolları

Həyəcanın kompleks halına gətirilməməsi: Həddindən artıq həyəcan adamın məhsuldarlığına, başqaları əlaqəsinə zərər vermədiyi təqdirdə bu vəziyyət problem olaraq görülməməlidir. Həyəcandan narahatlıq duyma qayğını artırır və həyəcanın daha çox artmasına səbəb olur. Artıq kontrol itirildikdəpsixoloq mütəxəssisə müraciət edə bilər və fərdin hüzuru özünü kontrolu fərqindəliyi həyəcanını idarə etməsi mütəxəssis tərəfindən tənzimlənəcəkdi

Validə Abbasova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

MÜKƏMMƏLLİYƏTÇİ İNSANLAR

Mükəmməlliyyətçi insanlar ən yüksək mərtəbəyə çatmalı və heç vaxt səhv etməməli olduqlarına inanan insanlardır. Bu ilk baxışda müsbət bir xüsusiyyət kimi görünsə, də əslində çox narahatlıq yaradan bir xüsusiyyətdir. Mükəmməlliyətçi insanlar davranışları ilə özlərinə zərər verdiklərinin fərqində olmurlar. Mükəmməlliyətçi insanlar yüksək gözləntilərinə görə şəxslərarası münasibətlərində də çətinliklər yaşayırlar. Bəs əslində mükəmməlliyətçilik nədir? Mükəmməlliyətçilik çox vaxt əlindən gələnin ən yaxşısını etməklə qarışdırılır. Lakin sağlam bir formada bir işi görmək üçün əlindən gələni etməklə mükəmməlliyətçilik arasında fərq vardır. Ən yaxşısını etmək üçün çalışan insanlar hədəflərinə çatmaq üçün qarşılaşdıqları əziyyətdən zövq alırlar. Mükəmməlliyətçi insanlar isə heç vaxt səhv etməməli olduqlarına inandıqları üçün öz işlərindən həmişə şübhə duyar, narahatlıq içində yaşayarlar. Gordon H. və Paul L. 3 cür mükəmməlliyətçilik ayırmışdır. 1.Özünə yönəlik.Bu vaxt insan öz qarşısına yüksək məqsədlər qoyur və heç bir səhv etməsinə imkan vermir. Hər problemdə özündə səhv axtarır. 2. Başqalarına yönəlik mükəmməlliyyətçilik. Qoyulan yüksək qaydalara başqalarının mütləq əməl etməli və bacarmalı olduğunu düşünmə. Çoxluqda əsəb və rahat münasibət qura bilməmə. 3. Sosial gözləntilər. Başqalarının ondan çatılması çətin olan yerlərə çatmasını gözlədiyini düşünmək. Bəs mükəmməlliyətçilik niyə yaranır və insan nəyə görə mükəmməl olmaq istəyir. Bunun səbəbini aşağıdakı düşüncə xətaları ilə izah edə bilərik. Bacarıqsız olma qorxusu, səhv etmə qorxusu, təsdiqlənməmə qorxusu, -malı, -məli cümlələr- etməliyəm,bacarmalıyam və s.

Bu mənfi xüsusiyyəti özümüzdən uzaqlaşdırmaq üçün nə etmək olar?

İlk növbədə mükəmməl olmanın müsbət və mənfi tərəflərini aydınlaşdırmaq lazımdır. Ya həmişə, ya heç vaxt düşüncəsini özümüzdən uzaqlaşdırmalıyıq. Sonra isə bacara biləcəklərimiz barəsində real düşünmək və buna uyğun hədəflər qoymaq. Ən əsası isə qarşı tərəfdən gələn tənqidləri qəbul etməyi öyrənməliyik.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

CİNSİ İSTƏKSİZLİYİN ALTINDA YATAN DEPRESSİYA

Depressiya qadınların cinsi həyatına da təsirsiz keçmir. Qadınlar üçün cinsi əlaqə zəhmət verici və lazımsız bir şey kimi qəbul olunur. Ona görə də hətta yoldaşından ayrı yatar, yoldaşının ona toxunma, öpməsindən diksinə bilər. Daha əsəbi, daha gərgin bir vəziyyətlər bu cür hallarda müşahidə oluna bilər. Yoldaşının başqa qadınlarla görüşməsinə, hətta evlənməsinə belə həmən ruh halı ilə razılıq verə bilər. Buna görə də cinsəl həyatı normal olduğu bir halda günün birində cinsəl həyatın pis və lazımsız bir hala gəlməsi zamanı digər səbəblərlə yanaşı depressiya da biləcəyini də fikirləşmək lazımdır. Depressiyalı qadınların çoxu  ayrılmaqla hər şeyin düzələcəyini fikirləşər. Problemin ana səbəbini araşdırmağa meyil göstərməzlər.

Bir faktı qeyd etmək lazımdır ki, günümüzdə ailələrdə ən çox rast gəlinən problemlərdən biri cinsi münasibətin yolunda getməməsidir. Əgər bir ailədə hormonal dəngədə oynama və çatdırma varsa, bu mütləq ailənin gündəlik həyatına təsirsiz ötüşmür.

Cinsi təminatı, düz getməyən bir qadın mütləq şəkildə dönəm – dönəm tükənmişlik sindromu, depressiya yaşaya bilər. Demək olar ki, çox rastlaşdığımız hallardan biri cinsi münasibətin yolunda getməməsindən dolayı ailədaxili konflikt və münaqişələrin sayının artmasından dolayı olunan müraciətlərdir. Psixoanalizlə problemin ana səbəbinə endikdə görürük ki, əsas ailədəki problemlərin səbəblərindən biri də cinsi uyğunluğun olmaması, temperament tiplərinin bir-birini tamamlamasıdır.

Qadınların cinsi düşüncələri tamamilə fərqli, kişilərin cinsi düşüncələri tamamən fərqlidir. Bir qadın sevgi görmədiy bir insanla birlikdə olmaq istəmədiyi bir halda bir kişi öz tələbatlarını ödəmək üçün sevmədiyi qadınlarla da birlikdə ola bilər. Qadınlar bunu hədsiz fəlakətləşdirsələr də, kişilər üçün adi haldır. Ancaq bəzi xırdalıqları bilmək ailədə olan problemlərin sayını müəyyən dərəcədə azaldır deyə bilərik. Məsələn: bir qadın üçün

1. Sevgi

2. Qayğı, nəvaziş

3. Ehtiras və cinsi istək

4. Qida durursa,

Bir kişi üçün bu sıralama dönəm-dönəm dəyişə bilər:

1. Ehtiras və cinsi istək

2. Qida

3. Sevgi, qayğı

Demək qadın və kişinin istək və arzuları tamamilə fərqlidir.

Əgər bir qadın planlamada 1 hissəyə sevgi və qayğını qoyursa, bir kişi 1 hissədə ehtiras və cinsi həyatının tətmin olunmasını qoyur.

Burda da qadın ucalığı və müdrikliyi özünü yenə biruzə verir.

Yox, bütün sevgi, qayğı, nəvaziş olduğu halda cinsi istəksizlik varsa, hər iki tərəfdə demək artıq xəstəlik siqnalları yanır. Onda mütləq şəkildə dərman müalicəsi və psixoloji dəstək almaq lazımdır ki, bu bizim gələcəyimizə, düşünələrimizə və münasibətlərimizə hasar vermədən keçə bilsin.

Lalə Əhmədova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Enerjimizi azaldan 3 DÜŞÜNMƏDİYİMİZ AMİL

İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur.

Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.

Susuzlaşma

Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır.

Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.

Qəcetlər

Smartfonlardan çox fəal istifadə müasir insanın enerjisini azaldan əsas faktorlardan biridir. Smartfonlardan yalnız zəruri hallarda istifadə edin. Sosial şəbəkələrin fəal istifadəçilərinin bir çoxlarında yuxu problemləri, sinir gərginliyinin artması, əsəbilik, tez yorulma kimi hallar tez-tez müşahidə olunur.

Mənfi emosiyalar (hirs, kədər, incimə, paxıllıq, qısqanclıq, peşmanlıq və s.)

Mənfi emosiyalar insanın enerjisini sovurur, insanı zəif və gücsüz edir. Streslərdən uzaq olun, streslərdən qaçın, köhnə pis xatirələrlə yaşamayın. Bu sizi daha güclü və enerjili edəcək.

 

Go Back

STRESSLƏ BACARMAĞIN YOLLARI

Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. Demək olar ki, həyatımızın hər anında stresslə üz-üzə qalırıq: səhər işə gedərkən yollarda tıxac yaranıbsa, iş yerində hər kəs gərgindirsə, borclar çoxalırsa, uşaqların istəkləri bitmirsə və s. buna bənzər bir çox misallar çəkmək olar. Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji xəstəliklər durmadan çoxalır. Ancaq bu problemlərin çoxluğu o demək deyil ki, biz stressə məhkum yaşamalıyıq. Bəs onda insalar stressli həyat şəraiti ilə necə başa çıxmalıdırlar və yaxud biz həyat şəraitimizi dəyişə bilmiriksə, bu stresslə yaşamağı necə öyrənməliyik. Gün ərzində stressimizi atmaq üçün bir neçə yoldan istifadə edə bilərik. Bunlar aşağıdakılardır:

1. Hər hansı bir idman növü ilə məşğul olmaq. Məs: futbol oynayan insanların evə gəldikdə hər zamankindən daha rahat göründükləri, ailə üzvləri tərəfindən diqqəti cəlb edib. Buna səbəb oyun vaxtı onların qışqırmağı, diqqətlərinin oyuna yönəlməyi və qısa müddət də olsa, öz problemlərindən uzaqlaşmaqlarıdır.

2. Parkda oturmaq da stress atmaq üçün bir yol ola bilər. Siz gün ərzində 10-15  dəqiqə parkda oturub quşları, parkda əylənən uşaqları izləməklə beyninizin rahatlamasına və gərginliyinizin atılmasına köməklik göstərə bilərsiniz.

3. Bundan əlavə evdə ritmik bir musiqiyə qulaq asmaq, mahnı oxumaq, gülməli bir verlişə və yaxud filmə baxmaq da sizin stressinizi azaldacaq.

4. Bəzən insan güclü stress vaxtı nəisə atmaq, qırmaq və yaxud dağıtmaq ehtiyacı duyur. Bunun əvəzinə həmin vaxt dərindən nəfəs almaq və yaxud yerimizdə sürətli qaçma hərəkəti etmək gərginliyinizi çıxarmağınıza kömək edə bilər.

Siz də bu yuxarıda sadaladıqlarımızı etməklə gün ərzində stressinizi az da olsa, azalda bilərsiniz.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Ağlamağın və gözyaşının psixologiyası, növləri, faydalı təsirləri

 
Bəzən özümü bir otağa bağlamaq və saatlarla orada öz başıma heç susmadan ağlamaq istəyirik...

Bəzən o qədər çox ağlamaq istəyirik ki, olduğum mühit uyğun olmayınca sanki o göz yaşları içimizə axır və bizi daha da çox böhrana salır...

Yaxşı, qadınlar niyə məhz ağlamalarıyla məşhurdurlar?

Niyə kişilərə nisbətlə daha çox ağlayıblar?

Ağlamaq rahatlaşdırar mı? Ağlamağın faydası varmı?

Niyə bəzi qadınlar çox tez ağlayarkən. bəziləri heç ağlamırlar?

Bəs niyə bəzən ağlamaq istədiyimiz zamanlarda ağlaya bilmirik?

Dünyaya ilk gəldiyimizdə və ilk nəfəsimizi ciyərlərimizə çəkdiyimizdə ağlamağa başladıq. Körpəykən qarınımız acdığında, bir ağrımız olduğunda ağladıq. Çünki əlimizdən başqa bir şey gəlmirdi.

Ağlamağın və gözyaşının Psixologiyası

Uşaqkən istədiklərimizi əldə etmək üçün ağlama silahından istifadə etdik.Yetkinlik çağına gəldiyimizdə insan içində ağlamadıq . Artıq tək qaldığımız zamanlarda çətinlikdən, kədərdən, eşqdən və ayrılıqdan ağlar olduq. Böyüdükcə gözyaşlarımızı daha az tökdük. Həyata gözlərimizi yumduğumuzda bu səfər ağlayan biz deyil, sevdiklərimiz oldu. Qısacası ağlamaq, həyatımızın hər mərhələsində bizimləydi. Gözyaşları ilə dünyaya gəldik və dünyadan yenə göz yaşları ilə ayrılacağıq.

Hamımız çox yaxşı bilirik ki hər gözyaşı ağlamaq deyil. Elm adamları gözyaşlarını dörd ana qrupa ayırırlar:

Əsas Gözyaşları: Bu gözyaşı əsas olaraq su və duzdan meydana gəlir və göz üzərimizin  sürüşgən qalmasını təmin edir. Orta hesabla gündəlik 150-300 qram qədər ifraz olunur. Və bir müddət sonra burun boşluğuna axır.

Refleks Gözyaşları: Ani vəziyyətlərdə gözü qorumaq məqsədiylə ifraz olunan gözyaşlarıdır. Soğan doğrayarkən, ya da gözümüzə toz düşdüyündə  gözlərimizin yaşarması nəticəsində ortaya çıxan göz yaşlarıdır. Refleks gözyaşları ifraz olunanda, biz bu vəziyyəti ağlamaq olaraq adlandırmırıq, daha "çox gözlərim yaşardı" ifadəsindən istifadə edirik.

Romantik Gözyaşları: Hər hansı bir duyğu nəticəsində axan gözyaşı , bu gözyaşının tökülməsini ağlamaq olaraq adlandırırıq. Romantik gözyaşları digər gözyaşlarından% 25 daha çox zülal ehtiva edir. Və təzyiqi salıb toksinlərin çölə atılmasını təmin edir. Bədənin yaxşılaşmasına köməkçi olur. Zərərli bakteriyaların təmizlənməsi yenə bu gözyaşları sayəsində olur. Və araşdırmalar, romantik gözyaşının adamı depressiyadan uzaq tutduğunu göstərir. Yəni ağladığımızda yalnız ağlamış olmuruq; bir tərəfdən rahatlarkən, digər tərəfdən özümüzü depressiyadan uzaq tuturuq. Ağlama sonrasında özümüzü rahatlamış hiss etməmiz bu testi dəstəkləyir.

Patoloji Gözyaşları: Son illərdə ədəbiyyatda bir ağlama növü daha diqqət çəkir, patoloji ağlamaq. Xüsusilə bəzi psixoloji problemlərə məruz qalan xəstələrdə o an ki, vəziyyətlə əlaqəsi olmayan əlverişsiz ağlamalar görünür. Məsələn, xəstəyə yemək yedirirken, xəstənin yataq örtüsü toplanarkən xəstənin də idarəsi xaricində reallaşan ağlamalar patoloji ağlama olaraq xarakterizə edilir. Yəni təsir edən faktörlə gözyaşı arasında doğrudan bir əlaqə var. Və ən əhəmiyyətlisi də bu ağlamağın xəstənin istəyi xaricində reallaşmasdırı. Xəstə da nə  səbəbdən ağladığını bilmir. Xüsusilə, Parkinson və Alzheimer xəstələrində patoloji ağlama görülə bilir.

Niyə ağlıyırıq?

Ağlamamıza gətirib çıxaran əsas faktor, duyğu yoğunluğudur. Bəzən olur, o qədər sevinirik ki, "xoşbəxtlik gözyaşları" tökürük. Bəzən də o qədər qəmlənirik ki, "hüzn gözyaşları"yanağlarımızdan süzülür.Qorxduğumuz vəziyyətlərdə isə "qorxu gözyaşları" tökürük. Dözülməz ağrılara məruz qaldığımızda, çarəsizliyimizin dozası artdıqda gözlərimizdən "əzab göz yaşları "süzülür. Bəzən də peşmanlıq duyğusu bizi o qədər qucaqlayır ki "peşmanlıq gözyaşları" özünü göstərir.

Ağlamağa təsirli olan faktorlar nələrdir?

Bizdə duyğu sıxlığı meydana gətirən hallar xarici qaynaqlı ola bildiyi kimi daxili qaynaqlı da ola bilir. Xarici ətrafımızda yaşadığımız bir hadisə (ölüm, müvəffəqiyyət, xəstəlik) bizi ağlada biləcəyi kimi, daxili dünyamızda, zehnimizdəki düşüncələr ya da keçmiş xatirələr bizi ağlada bilər.

Ən çox nə vaxt ağlayırıq?

Zaman baxımından baxdığımızda, körpəliyimizdə və uşaqlığımızda daha çox ağladığımızı söyləyə bilərik. Yetkinlikdən sonra azalan ağlama, yaşlılıqla birlikdə yenidən artmağa başlayır. Yaxşı, ən çox hansı duyğu sıxlığına daha çox gözyaşı tökürük? Sevinc göz yaşlarımız daha çoxdur, yoxsa acı göz yaşlarımız? Araşdırmalar% 49 nisbətən daha çox"hüzn gözyaşları" tökdüyümüzü göstərir. Bunu% 29 nisbətən "xoşbəxtlik gözyaşları" təqib edir. Ən son sırada isə% 4 ilə "qorxu gözyaşları" iştirak edir.

Niyə Qadınlar Daha Çox Ağlıyor?

Edilən araşdırmalar yetkinlik dövrünə qədər kişilərlə, qızların eyni nisbətdə ağladığını göstərir. Bu dövrdən sonra ortalama olaraq qadınlar kişilərdən dörd qat daha çox ağlayır.

Qadınlar ildə ortalama 64 dəfə ağlayarkən kişilər 17 dəfə ağlayır. Yaşları 18-75 arasında olan 331 könüllünün  30 gün müddətində  "gözyaşı gündəliyi" tutmaları istənilir. Araşdırma nəticəsində, qadınların kişilərdən 4 dəfə çox ağladığı görülür. Araşdırmanı edən Dr. Frey, bunun səbəbini qadınlardakı hormonal tarazlığa bağlayır.

Bunun yanında, mədəni faktorların kişilərin ağlamasına mane olduğuna da, toxunur. "Kişi adam ağlamaz", "Ağlamaq zəiflik göstəricisidir" kimi inanclar kişilərin duyğularını saxlamalarına səbəb olur.

Timsah Gözyaşları

Çox istifadə edilən bir gözyaşı məsəlidə. "timsah gözyaşları"dır. Timsah gözyaşları tökür demək bir şeyə kədərlənmədiyi halda, kədərlənmiş kimi etmək deməkdir. Saxtakarlıq, ikiüzlülük kimi mənfi bir mənası vardır. Timsah gözyaşları deyilməsinin səbəbi isə timsahların ovlarını yeyərkən, ağızlarını çox açdıqlarında gözlərindən bir maye ifraz olmasıdır. Əslində gözyaşı kimi görünən bu mayenin kədərlə bir əlaqəsi yoxdur.

Ya ağlaya bilmirsinizsə? ..

Araşdırmaların, ağlamağın insan bədəni və psixologiyası üzərində rahatlaşdırıcı təsiri buraxdığını  söyləmişdik. Yaxşı, ağlayamayanlar nə olacaq? Əgər ağlaya bilmirsinizsə fərqində olduğumuz (şüurlu) ya da fərqində olmadığımız (təhtəlşüur) ağlamamızı bloka edən səbəbləri tapıb onları ortadan qaldırmamız lazımdır. Lazım olsa bu nöqtədə bir psikologdan professional bir kömək almağı belə seçim edə bilərik.

Xülasə, hər nə qədər indiki vaxtda ağlamaq zəiflik göstəricisi olaraq görülsə və göstərilsə də gözyaşı tökməkdən çəkinməməmiz lazımdır. Çünki ağlamaq ruhumuzda yığılan çirkləri atıb yüngülləşməyimizi  təmin edir.

Ağlamağın elmi səbəbləri və gözyaşlarının əsas səbəbi:
Romantik bir hadisədən sonra ağladığımızda, gözyaşlarımızda yığılan və stresin səbəb olduğu zülallar çox daha sıxdırlar. Hətta William H. Frey, Muriel Langseth kimi tanınmış araşdırmaçılar, 1985-ci ildə nümayiş olunan'' Ağlamaq: Gözyaşlarının Sirri-Crying: The Mystery of Tears'' adlı kitablarında gözyaşının əhəmiyyəti haqqında yazmışlar. Tədbir olsun deyə də söyləməliyik ki, uzun davamlı və təkrarlanan ağlama halı, ciddi depressiya səbəbiylə həkimin reseptli olaraq verdiyi antidepresan dərmanlarının beyindəki kimyəvi quruluşu dəyişdirməsiylə əlaqəli ola bilər.
Amma ümumi olaraq, gələcək səfər ağlamaq istədiyinizdə, özünüzü ağlamağa buraxın getsin. Unutmayın, ağlamaq bir zəiflik əlaməti deyil.
azadqadin.az

Go Back

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir. 
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
1. Gələcəyinizi yazın
Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə motivə edəcək.
2. Gələcəyi gözünüzdə canlandırın 
Gözlərinizi yumun və özünüzü gələcəkdə etmək istədiyiniz işi görərkən canlandırın. Sağlam bir şəkildə idmanla məşğul olursunuz, bağçanızdakı çiçəklər ilə maraqlanırsınız və ya çalışırsınız. Nümunə üçün; xəyalınızda kiçik bir iş yeri açmaq varsa, özünüzü təqdimat günündə, müştəriləriniz və işçiləriniz ilə salamlaşarkən xəyal edin. Beləcə, xəyallarınızı reallaşdıra bilərsiniz.
3. Keçmişi gözünüzdə canlandırın
Keçmişi gözünüzdə canlandırarkən, daha əvvəl harada olduğunuzu və nə qədər yol qət etdiyinizi görəcəksiniz. Planlı hədəflərinizə nə qədər çatdığınızı və harada səhv etdiyinizi başa düşəcəksiniz. Və bu, sizin doğru yolla irəliləməyinizə şərait yaradacaq. Məsələn, hər hansı bir sürücü yalnız qarşısına baxsa və arxa güzgüdən istifadə etməsə nələrlə qarşılaşa bilər? Zaman-zaman keçmişə baxmaq, ən azından sürücünün arxa güzgüyə nəzər yetirməsi qədər faydalıdır. 
4. Dərindən düşünün
Gələcəyinizlə bağlı hərtərəfli düşünməkdən qorxmayın. Bu, qısa müddətli uğursuzluqlara tab gətirməyinizi asanlaşdıracaq. Əngəllər sizə mane olmayacaq. Çünki, sizin gözləriniz böyük hədəfə zillənmiş olacaq. Uzun müddətli ayrılıqdan sonra sevdiyinizə qovuşacağınızı düşünün, onu qarşılamağa gedərkən, sizi bütünlüklə isladan yağış narahat edə bilərmi? 
5. Özünüzü maarifləndirin
Hədəf və ya arzunuz ilə bağlı hər şeyi öyrənin, oxuyun, araşdırın, dinləyin və təcrübədən keçirin. Əgər yazıçı olmaq istəyirsinizsə, təhsil alın, mütaliə edin, yazın, digər yazıçılar ilə əlaqə saxlayın, məsləhətləşin. 
6. İntizamlı olun
Səliqəli, zövqlü və yüksək səviyyədə təşkil olunmuş ev, ofis də əhvalımıza müsbət təsir edir. Fiziki dağınıqlıq, zehni dağınıqlığa səbəb olur. İntizamlı, sistemli bir həyatınız olsun, beləcə özünüzü hər gün daha da yüksəkdə hiss edəcəksiniz. Nümunə üçün; gecə yatma, sabah qalxma saatınız mütəmadi olsun. Səhərlər mütləq nahar edin və ən azı yarım saat idmanla məşğul olun. 
7. Evinizdə və ofisinizdə sizi motivasiya edəcək şeylərə yer ayırın 
Evinizdə, ofisinizdə, avtomobilinizdə, portmanatınızda sizə hədəflənmiş və xəyallarınızı xatırladacaq simvollara, işarələrə, qeydlərə və ya obyektlərə yer ayırın. Bu əşyalar, sizin motivasiyanızın davam etməsi üçün şərait yaradacaq. Son model bir avtomobilə sahib omaq istəyirsinizmi? O zaman xəyalınızdakı avtomobilin şəkillərini otağınızın divarlarına asın, portmanatınızda saxlayın və ehtiyac duyduğunuz an baxıb, hədəfinizi xatırlayın. 
8. Könüllü işlərə qoşulun
Könüllü olaraq başqa insanlara kömək edin. Bunu etdikdə, digər insanları sevindirməyin nə qədər məmnunedici bir şey olduğunu dərk edəcəksiniz. Həftə sonları, həyat yoldaşınızla birlikdə “Körpələr evi”nə getmək yaxşı ideya ola bilər. 
9. Öz motivasiyanız ilə başqalarını başqalarına müsbət enerji verin 
Ən yaxşı öyrənmə metodu, öyrətməkdir. Uşaqlarınızın daim yüksək ruh yüksəkliyində olmalarına, dostlarınızın daha effektli hədəflər müəəyyənləşdirmələrinə, həyat yoldaşınızın şəxsi arzularını reallaşdırmağa kömək edin. Onlara kömək etdikdə, əslində özünüzə də kömək etmiş olursunuz.
10. Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla vaxt keçirmək sizə perspektiv qazandıracaq. İş və ya özəl həyatınızdakı narahatlıqlar, uşaqlarınız ilə əyləndikdə əriyib gedəcək. Uşaqlar hər şeyə asan yolla baxarlar və hətta bunu öyrənmək bizim üçün faydalı ola bilər.
11. İdmanla məşğul olun və avtomobil idarə edin
Ətrafı gəzin və ya olduğunuz istiqamətdə avtomobilinizlə dolaşıb, rahatlaşın, sərbəst vaxt keçirin. Hamımızın istirahətə ehtiyacı var və əslində sürətli qaçış, avtomobil sürmək, həqiqətən yaxşı bir həlldir. Bu şəkildə etdiyiniz məkan dəyişikliyi, üzərinizdəki mənfi emosiyaları dağıdacaq.
12. Uğurlu hekayələr oxuyun
Ətrafınızdakı insanların uğurlu hekayələrini oxuyun. Hətta gündəlik qəzetlərdə belə, sizə ilham verəcək, ruhlandıracaq və enerji verəcək parçalarla zəngin kiçik uğurlu hekayələr var. Kitabxanalar insanların həyat yolundan bəhs edən bioqrafiya və avtobioqrafiya ilə zəngindir. Bu kitablar sizləri uğur əldə etmək üçün rəflərdə həyacanla gözləyir. 
13. Musiqi dinləyin
Musiqi sakitləşdirir, həyəcanlandırır, kədərləndirir və hətta ruhlandırır. İdmanla məşğul olarkən Rocky-nin film musiqisini dinləmək, musiqini mötivator olaraq istifadə etməyə ən gözəl nümunədir. Sizi ruhlandıran musiqiləri seçin və ehtiyac duyduğunuz zamanlarda onlardan faydalanın.
Məsələn, səhərlər ofisimdə və ya təhsil verəcəyim şirkətə gedərkən, xalq mahnısı dinləmək məni ruhlandırır.
14. Ruhlandırıcı filmlər izləyin
Sizi ruhlandıran filmlərin siyahısını tırtib edin və kiçik bir arxiv hazırlayın. Nümunə; “Forrest Gump” filmini izləmək bir çox insanı ruhlandıra bilər. Bilirik ki, bu filmdə İQ’su normal insandan daha çox ağılsız bir insan kimi böyük uğurlar qazanır. 
15. Sağlam şəkildə qidalanın
Xoşbəxt həyat üçün, düzgün qidalanma çox vacibdir. Düzgün pəhriz, sizin vücüdunuz üçün lazım olan bütün qida, vitamin və mineralları özündə birləşdirir. Daha artığı isə təbii ki, zərərli ola bilər. Necə deyərlər “sağlam bədəndə, sağlam ruh olar”. Vücudunuz və motivasiyanız üçün sağlam qidalanın. Siqaret və içkidən uzaq durun. 
16. Kifayət qədər yatın
Bəzi insanlara 6 saat yuxu kifayət edərkən, bəziləri üçün isə 8 saat kifayət edə bilər. Kifayət qədər yatdığınıza əmin olana kimi yatın. Ancaq, 8 saatdan artıq olmamasına da fikir verin. Davamlı bir yuxuya sahib olmağın, həm vücudunuz, həm də zehniniz baxımından nə qədər faydalı olduğunu görəcəksiniz. 
17. Davamlı mütaliə edin
Ən önəmli dərs budur. Ətrafınızdakı dünya haqqında davamlı öyrənməyə davam edin və əsla dayanmayın. Sizi maraqlandıran şeylər haqqında oxuyun, dinləyin və araşdırın. Məsələn; sizə ünvanlanan hər hansı bir suala “bilmirəm” deyə cavab verdikdən sonra, dərhal o haqda bilmədiklərinizi öyrənin. Maraqlı olun. Bilirsiniz, maraq elmin müəllimidir.
18. Hədəflərlə çalışın. Hədəflərlə bağlı ən önəmli ipucu budur. Hədəflərlə çalış..!
Hədəflər, həyatınızın bütün sahələrindəki inkişafınız üçün önəmlidir, hədəfsiz çalışsanız, inkişafınızda çətinliklərlə qarşılaşarsınız. İstədiyinizi əldə etmək üçün, işinizi şansın öhdəsinə buraxmağınız heç də ağıllı fikir deyil. Earl Wilson’un gözəl bir sözü var. “Uğurmu? Uğur tamamilə şansa bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun...!” Hədəflərlə çalışın, onlar sizə uğuru və yanında dirilik alması olan xoşbəxtliyi gətirəcəklər.
19. Beyin fırtınası yaradın
Təmiz kağız və qələm götürün. Uyğun bir məkan seçin. Kiminsə sizi narahat etməyəcəyi, telefonlardan uzaq bir məkan tapın. Sonra düşünün, düşünün və təkrar düşünün. Ağlınıza gələn hər ideyanı yazın. Maliyyə hədəfləri, şəxsi hədəflər, ictimai hədəflər, sağlamlığınız ilə əlaqəli olanlar və s. Bütün fikirləri yazın. 
Bitirdikdə, üzərində çalışmaq üçün lazım olan bir çox hədəfləriniz olacaq. Bunlar arasından sizin üçün mühüm olanları seçin. 
20. Hədəfinizi kağız üzərinə yazın
Üzərində çalışağınız hədəfi seçmədən öncə, onu bir kağızda yazın, hədəfinizin reallaşmasını təmin edin. Beləcə, sizin üçün lazım olub-olmamasına daha asan qərar verə bilərsiniz.
21. Hədəfi seçmə səbəblərini yazın 
Nə üçün məhz bu hədəfi seçdiniz? Hədəflərinizin hər biri üçün, “Bunun mənə nə xeyri var” sualını verin. Hədəfi seçmə səbəblərinizi asanlıqla açıqlaya bilməlisiniz. Əgər açıqlaya bilmirsinizsə, bu hədəfi siyahıdan silin və 
digərinə keçin.
22. Hədəfinizin spesifik olmasını təmin edin 
Hədəfinizin effektli ola bilməsi üçün, onu spesifik olaraq ələ alın. “Uşaqlarınız ilə ünsiyyətinizi inkişaf etdirmək” çöx mühüm və dəyərlidir, ancaq hədəfiniz adına çox geniş bir təqdimat olacaq. Bunun əvəzinə, daha spesifik hədəf müəyyənləşdirin. Məsələn, bazar günləri birlikdə gəzintiyə çıxmaq, şam yeməklərini 19:00-20:00 arasında birlikdə etmək və ya gecə yatmazdan əvvəl onlarla 1 saat söhbət edərək məlumat və təcrübələrinizi bölüşmək kimi. Bu, sizi hədəfinizə daha asan yaxınlaşdıra bilər.
23. Başlanğıc tarixindən istifadə edin
Termin mühimdir, ancaq onun qədər mühim olan başqa bir mövzu daha var ki, bu da başlanğıc tarixinin konkret olmasıdır. Hədəfiniz üçün yola çıxarkən, başlanğıc tarixini ertələməyə yönəlmiş bir sıra səbəbiniz olacaq. Bunun öhdəsindən gəlmək üçün, başlanğıc tarixini müəyyən edin və o tarixə sadiq qalın. 
24. Özünüzü çox yükləməyin 
Lazım olandan artıq və ya eyni anda bir sıra hədəf üzərində çalışmayın. Başlamaq üçün birlə üç arası hədəf uyğundur. 
25. İrəliləyişlərinizi ölçün
İşlərinizdəki irəliləyişləri olçün. 300 səhifəlik bir roman yazmaq istəyə bilərsiniz. 300 səhifəni birdən hədəfə almayın. 25-lə 50 səhifəlik artımlar şəklində planlaşdırın və tamamladığınız səhifələrin gündəlik siyahısını tutun. İrəliləməyinizi ölçmək, hədəfiniz reallaşana kimi əhval-ruhiyyənizi yüksək səviyyədə saxlayacaq. 
26. Özünüzü mükafatlandırın
Özünüz üçün mükafatlar müəyyənləşdirin. Hədəfinizə nail olduqda və ya kiçik də olsa bir addım atdığınız zaman özünüzü mükafatlandırın və bunu qeyd edin. Çox çalışdınız və buna layiq oldunuz. Ailənizlə evdən kənarda nahar edin, qısa bir səyahətə çıxın və ya sizi həvəsləndirəcək başqa şeylər edin. 
Davranış hər şeydir. Aşağıdakı ipucları, müsbət davranışlara sahib olmağınıza köməkçi olacaq. 
27. Düzgün kəlmələrdən istifadə edin
Gündəlik ünsiyyətinizdə, “ Bunu bacara bilərəm” və ya “Bir çıxış yolu taparıq” kimi müsbət cümlələrdən istifadə etməyə diqqət yetirin. Qurduğunuz cümlələrin sizin psixologiyanız və davranışlarınız üzərində son dərəcə önəmli təsiri olduğunu unutmayın.
28. Yoldaşlarınızı seçin
Yoldaşlarınızın mənfi davranışları varmı? Bu sizə təsir edirmi? Birlikdə vaxt keçirdiyimiz insanlar, çox vaxt bizə təsir göstərə bilər. Əgər ofisinizdəki və ya evinizdəki insanlar sizi mənfi enerji ilə yükləyirlərsə, bu vəziyyəti dəyişdirəcək lazımlı addımları atın. 
29.Digərlərinin nə dediyini dinləyin
Özümüzə pozitiv bir insan olduğumuzu söyləməkdən zövq ala bilərik, lakin bu hər zaman doğru deyil. Yoldaşlarınızın və ailənizin sizin davranışlarınızla bağlı söylədiklərini dinləyin, eşitmək istəməyəcəyiniz şeylər söyləyə bilərlər. Ancaq unutmaq lazım deyil ki, həyatdakı ən müsbət dəyişikliklər, tənqidlərdən sonra yaranır.
30,Sizi nələrin narahat etdiyini öyrənin
Sizi nələrin narahat etdiyini bildiyiniz zaman, içində olduğunuz neqativ vəziyyətdən uzaqlaşa bilər və bunun nəticəsi olaraq ortaya çıxan gərginlik və yorğunluqdan qoruna bilərsiniz. Əgər uzaqlaşa bilməyəcəyiniz bir vəziyyətdirsə, onu aradan qaldırmaq üçün nələr edə biləcəyinizi düşünün.
31.Fasilə edin
Tez-tez açıq havada gəzintiyə çıxın, sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.
32.Hərəkətə keçməzdən əvvəl iki dəfə düşünün
Hərəkətə keçməzdən əvvəl, səbəbləri ilə birlikdə hərəkətləriniz haqqında düşünün. Əgər işçiniz, sizə də təsir edə biləcək müəyyən yanlışlıq edibsə, dərhal özünüzdən çıxmayın. Ən düzgün çıxış yolu üzərində düşünün. Bunu iki dəfə etdikdən sonra hərəkətə keçin. İki dəfə dinləyib, bir dəfə danışmağımız üçün, iki qulağımız və bir ağzımız olduğunu unutmayaq.
33. Sahib olduğunuz şeylərin dəyərini bilin
Ətrafınıza baxın və sahib olduğunuz hər şeyin dəyərinin fərqinə varın. Yoldaşlarınız, ailəniz, karyeranız, eviniz və ya başqa hər hansı bir şey. Hətta bu öz-özlüyündə xoşbəxtlik qaynağıdır. Mənfi şeylərin həyatımıza necə girdiyinin əhəmiyyəti yoxdur, biz sahib olduğumuz şeylər üçün şükr etməliyik. Fərqli bir yöndən baxın və həyatınızdakı gözəl şeylərin dadını çıxarın.
34. Həmişə xoşbəxt olmaq məcburiyyətində deyilsiniz
Bəzən, özünüzü pis hiss etməyinizin heç bir mənfi tərəfi yoxdur. Hər zaman sevincli, emosional, enerjili olmaq məcburiyyətində deyilsiniz. İşlərin yolunda getmədiyi, özünüzü pis hiss etdiyiniz günlər də olacaq. Dərd etməyin, problemlər də keçər.
35. Məntiqlə hərəkət edin
Problemlərə məntiqlə yanaşın. Hisslərinizlə hərəkət etsəniz, nəticələrlə barışmaq məcburiyyətində qalarsınız. 
36. Dedi-qodudan uzaq olun
Ətrafınızda gəzən neqativ söhbətlərə qoşulmayın. Əgər qarşınızdakının bu istiqamətdə davam etdiyini görsəniz, üzr istəyərək mədəni şəkildə ordan uzaqlaşın.
37.Günə gözəl başlayın
Günə gülümsəyərək başlayın. Bugün, bacara biləcəyiniz və xoşladığınız bir çox şeyə sahib olacaqsınız. Həyat qısadır...! Ancaq, bu gün geriyə qalan həytınızın ilk günü. Bunu əsla unutmayın. 

Mənbə: Marketinq jurnalı

Go Back

Axmaq puma sindromu

Şimali Amerika çöllərinin ən sürətli heyvanlarından biri olan pumanın ovlarına “münasibəti” müasir insanın həyatı üçün əsl nümunə təşkil edə bilər. Bu ağıllı canlının “estafet”inə nəzər salarkən ilk baxışdan təəccüblü bir şey görünmür: puma ya qurbanını ələ keçirərək onu parçalayır, ya da ov qaçaraq yırtıcıdan canını qurtarır. Amma iş burasındadır ki, puma hansı heyvanın ardınca nə qədər qaçmağı, başqa sözlə onu ələ keçirməyə nə qədər enerji sərf etməyi əvvəlcədən müəyyən edir. Əgər ovu tutmaq üçün xərclənən enerji onu yeməkdən qazanılacaq enerjidən çox olacaqsa, puma “estafet”i yarımçıq tərk edir və özünə başqa yerdə qurban axtarmağa başlayır. Məsələn, o, heç vaxt ceyranı tutmaq üçün qət etdiyi məsafə qədər dovşanın ardınca qaçmır. İqtisadi ədəbiyyatlarda istifadə edilən “axmaq puma sindromu” anlayışı da məhz bununla izah olunur. Yəni heç bir məntiqə sığmayan hərəkətlərlə bir dovşanın ardınca illərlə qaçan insanlar bəşəriyyətin “axmaq puma”larıdırlar. 
Uğur qazanmaq üçün “puma fəlsəfəsi”ni – xərclənən əmək ilə əldə ediləcək nəticə arasındakı uzlaşmanı yaxşı mənimsəmək lazımdır. İndi isə öz həyatımıza nəzər salaq. Qarşımıza qoyduğumuz hədəflər, qazandığımız uğurlar, işdən aldığımız ləzzət və karyeramız onlar üçün sərf etdiyimiz vaxta və enerjiyə dəyərmi? Yəni qazandıqlarımızın verdiyi enerji itirdiklərimizin apardığı enerjini layiqincə kompensasiya edə bilibmi?

Sırf inadkarlıq və prinsip naminə enerjimizi israf etmrikmi? “Axmaq puma sindromu” nəticəsində işlədiyimiz müəssisəyə nə qədər itki veririk? Getdiyimiz yol yüz faiz məğlubiyyətlə nəticələnəcəksə, lazımsız yerə inad edib yola davam etmək əvəzinə planlarımıza yenidən nəzər salıb “zərərin yarısında dönmək də kardır” düşüncəsi ilə geri qayıtmışıqmı? Təkrar-təkrar eyni işləri görərək fərqli  nəticə əldə edəcəyimizi zənn edib, amma istədiyimiz sonuca nail olmayaraq təəccüblənmişikmi? 
Bütün gücümüzü mənasız “Leyli”lərin yolunda xərcləyərək əldən düşmüş “Məcnun” olmaq istəmiriksə, bizi əhatə edən dünyaya real gözlə baxmağı bacarmalıyıq. Real dünyamızı xülyalarımızla formalaşdırdığımız xəyal dünyasından ayırmağı bacarmalıyıq.   
Əgər hələ də sərf olunmamış enerjimiz qalıbsa, pumaları özümüzə repetitor seçə bilərik! Amma diqqətli olun ki, “müəllim” yanına getmək üçün xərclədiyiniz vaxt və enerji “dərs”dən qazanacağımız enerjidən artıq olmasın! Əks təqdirdə gələcəkdə biz də pumalara yem ola bilərik.

 

Mənbə: SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif: SƏLİM ÖZDƏMİR

Go Back

Özgüvəni Artırmağın 12 Yolu

Hamımız zaman – zaman özümüzə inamımızı itirərik. Içimizdən bir səs “edə bilməyəcəksən” deyə fısıldayar. Məhz həmin vaxt anlayırıq ki, bununla baş etmə zamanı gəlmişdir. Hadisələri gözdən keçirməli və özgüvəni yenidən qazanmalıyıq. Necə?

1.    Özünə inan! Hər nə qədər çətin olsa da çalışın ki, daxili səsiniz sizi zəiflətməsin. Özünüzü pozitivə kökləyin və yaxşı şeylər olacağına inanın. Unutmayın, inam müvəffəqiyyətin yarısı deməkdir. Inanc gücü ilə nələrə sahib ola biləcəyinizi kaş bilsəniz… 

2.Idmanla məşğul olun, aktiv olun! Bildiyimiz kimi, sağlam bədəndə sağlam ruh olar. Sağlamlığınızı qoruyun ki, həyata sağlam düşüncə və sağlam nəzərlərlə baxa biləsiniz. Fürsət tapdıqca qaçın, idman edin, fitnesə gedin. Mütləq aktiv həyat tərzi keçirin. Passivlikdən və süstlükdən qaçın. Bu sizin fəaliyyətinizi məhdudlaşdırar. 

3.  Uzun müddət xoşbəxt hiss etmək üçün pozitiv olun! Insanoğlu üçün məqsədsiz bir şəkildə zamanın neqativ axışında itməkdən daha asan bir iş yoxdur. Siz bu axına doğru getməyin, zərcirləri qırın və yalnız öz yolunuzla irəliləyin. “Edə bilmərəm” yox, “edə bilirəm və edəcəyəm” deyin! Gülümsəyin!
4.  Özünüzə qulluq edin! Saçlarınıza, geyiminizə, ümumiyyətlə xarici görkəminizə xüsusi fikir verin. Ətrafdakılar tərəfdən necə də gözəl, sağlam, gənc və təravətli göründüyünüzü eşitdikcə özgüvəniniz artacaq. Gün boyu pozitiv əhval – ruhiyyə sizinlə olacaq.
5. Mükəmməlliyətçilik deyə bir şey yoxdur!
Hamı hər şeyi mükəmməl edə bilməz. Hər kəs fərqli bacarıq və qabiliyyətlərə sahibdi. Kimisi yaxşı mahnı oxuyur, kimisi gözəl rəqs edər və ya şəkil çəkər. Buna görə də hər an, hər şeydə və xüsusən də özünüzdə mükəmməllik axtarmayın. Bu həqiqətən yorucu və sıxıcıdır.
6.    Sağlam qidalanın!
Yemək rejiminə, nə yeyib – içdiyinizə fikir verin. Çox yağlı, ədviyyatlı qidalardan qaçın. Günün hansı saatlarında nə deyinizə önəm verin. Axşam saatlarında kalorili yeməklər yeməyin. Sağlamlıq və gözəlliyiniz üçün bunlar şərtdir. 
7.    Neqativlikdən uzaq durun!
Neqativ və pessimist əhval gülüş kimi, bir insandan digərinə çox tez yayılar. ətrafınızda belə neqativ insanlar varsa, onlarla mümkün qədər ünsiyyətdə olmamağa çalışın. Çünki, onlarla münasibət istər – istəməz sizin özgüvəninizin aşağı düşməsinə səbəb olur. 
8.    Inandığınız şeyləri sonuna qədər müdafiə edin!
Siz xüsusisiniz. Düşüncələriniz də elədir. Reallaşacağına inandığınız arzularınızın ardınca gedin! Əgər səssiz və sakit bir xarakterə sahibsinizsə, onu bir kənara atın və yeni “sən” ilə yola çıxın. Düşüncələrinizə hörmət edin və onları qoruyun…
9.    Ümidinizi itirməyin!
Heç bir şey birdən – birə məhv olmaz. Geriyə mütləq bir ümid işığı həmişə qalır. Ümidinizi itirməyin və bacaracağınıza inanın. Tunelin sonundakı işığı görün.
10.    Qeyd edin!
Sizin üçün önəm daşıyan hadisələri, yerinə yetirdiyiniz vacib tapşırıqları bir yerə qeyd edin. Zamanla nə qədər çox şey bacardığınızı həmin qeydlərə baxdıqda daha yaxşı anlayacaqsınız. Bu sizi motivə edəcək stimul olacaqdır.
11.    Hazırlıqlı olun!
Insan həmişə xoşbəxt və sevincli anlar yaşamır. Bəzən xoşagəlməz və canımızı sıxacaq hadisələrlə üzləşirik. Problemlər qaçılmaz deyildir, buna görə də pisliklərə və üzüntülərə həmişə hazırlıqlı olun.  Amma unutmayın ki, onların mütləq sonu vardır!
12.    Özünüzü həsr edin!
Bir iş görəcəksinizsə bütün var qüvvənizi ona verin və tamamən əla, möhtəşəm bir şey ortaya çıxarmaq üçün çalışın. Çətin də olsa mübarizə aparın, etdiyiniz hər şey ola bilər ki, yaxşı nəticə verməyəcək. Ancaq, bunlar müvəffəqiyyət yolunda olan əngəllərdir. Sonda mükafat vardır… 
 
motivasiya.com

Go Back

“Yağış altında insan” şəkil vasitəsilə interpretasiya

Beyninizdən bütün fikirləri uzaqlaşdırın və rahat olun. Qarşınıza ağ vərəq qoyun. Yağış altında bir insanı təsəvvür edin və onu vərəqdə təsvir edin. Şəkil çəkərkən ən çox sevdiyiniz rənglərdən, plamaster, karandaş, fırça- bir sözlə ürəynizcə hansıdırsa ondan istifadə edin.
Rəsmi bitirdikdən sonra onu bütünlükdə qəbul edin. Rəsimdə ən əsas şərt ona “hiss etmək”dir. Öz hisslərinizi, qəlbinizin səsini dinləyin, özünüzə sual verin: “Mən çəkdiyim şəkilə baxanda nə hiss edirəm? Onun hər detalı mənim üçün nə anlam kəsb edir?”.
Yağış bu rəsimdə bir maneəni, çətinliyi simolizə edir, hansı ki, insanın həyatda bunlar ilə qarşılaşması qaşılmazdı. Rəsmin hər detalını diqqətlə analiz edin. Rəsimdəki insan nə edir- o çətir tutub, yağışdan qoruyucu tavanın altında əyləşib, yoxsa yağışın altında gəzir? Biz sizə rəsmin sizin haqqınızda nə deyə biləcəyinə dair məsləhətlər göstərəcəyik.
Personajın hansı əhval-ruhiyyədə olduğnu təyin edin (sevincli, şən, gəmgin, fikirli və s.) o özünü köməksiz hiss edir yoxsa əksinə özünü hər çətinliyə qarşı güclü hiss edir, hər çətinliyə sakit və odekvat yanaşır, hər prablemi normal qarşılıyır.
Çox saylı buludlar xoşagəlməz hadisənin simvoludur. Gölməçə, palçıq xoşagəlməz hadisənin fəsadlarını simvolizə edir –o fəsadlar ki, yağışdan sonra qalır. Gölməçənin yerləşməsinə formasınada diqqət yetirin (o insanın qarşısında yoxsa arxasındadır, hər tərədən əhatə edib yoxsa insan elə gölməçənin üstündə dayanıb.) 
Əgər insan gedərkən təsvir olunubsa, bu insanın vəziyyətdən, çətin həyatdan da qaçması kimi götürülə bilər, əgər insan vərəqin yuxarısında təsvir edilibsə burda insanın reallıqdan müccərrəd aləmdə özünü tapması kimi qəbul edilə bilər. İnsan özünü təsvir etdiyi dünyada tapır.
İldırım insanın həyatında yeni mərhələnin inkişafına və dramatik dəyişikliyə işarədir. ildırımdan sonra yaranan göyqurşağı günəşin görünməsini xəbər verir, arzunun mümkünsüzlüydən kamilliyə doğru getməsini simvolizə edir.
Geyimin funksiyası- qoruyucu funksiyasındadır. 
Çətir xarici xoşagəlməz təsirlərdən psixoloji olaraq qorunma deməkdir. 
Bütün əlavə detallar ( ev, ağac, oturacaq, maşın) inanın təlabatı və predmetlər, hansıları ki insan əlində saxlayır (çanta, gül, kitab), problemdən qaçış yolu kimi hesab edilə bilər.

 

Tərcümə etdi: Orucova İlahə

kayzen.az

Go Back

6 addımda istədiyinizi əldə edin

Nədənsə özümüzü hər istədiyimizi əldə edə bilməyəcəyimizə inandırmışıq. Bu düşüncəni mənimsəmiş olsaq da, ətrafımızda ağlına qoyduğu hər şeyi edən, istədiyini əldə edən bir çox insan var. Bəs bunu necə edirlər? Hüquqşünaslar kimi insanları asanlıqla razılığa gətirə bilən və adətən, istədiklərini əldə etməyi bilən insanların vərdişlərinə nəzər salaq.
Konkret danışmaq! 
İnsanlar hələ zehin oxumağı kəşf edə bilmədiyi üçün ağlınızdan nə keçirsə, konkret şəkildə deməlisiniz. Konkret olaraq ifadə edə bilmədiyiniz şeylərin həyata keçməsini gözləmək elə də məntiqli deyil. Öz ehtiyaclarınızı müəyyən edib, istəklərinizi açıq şəkildə dilə gətirmək üçün əvvəlcə özünüzə güvənməlisiniz. Dəqiq ifadələrlə nə istədiyinizi bildirdikdə qarşınızdakı insanları razı salmağınız və istədiyiniz şeyi almağınız asanlaşacaq. 
Başqasının sizin fikrinizi kəşf etməsinə icazə verin!
Əgər razı salmağın çətin olduğu biri ilə qarşı-qarşıyasınızsa, öz fikrinizi birbaşa demək yerinə, söhbəti açıb danışdığınız insanın sizin düşüncələrinizi mənimsəməsinə çalışın. Adətən, insanlara yeni bir fikir təqdim etdikdə ilk reaksiya qarşı çıxmaq olur. Ancaq insanların o fikri öz-özlərinə kəşf etməsinə icazə versəniz, qarşınızda heç bir əngəl qalmaz. “Bunun haqqında nə düşünürsən?”, “Ağlındakı həll yolu nədir?” kimi cümlələrlə müzakirələri istiqamətləndirib istədiyiniz nöqtədə dayana bilərsiniz. 
İşlətdiyiniz sözlərə diqqət edin! 
İstədiyiniz şeyi əldə etməyə çalışarkən istifadə etdiyiniz sözlərə diqqət edin. Ağlımız müəyyən bir mövzu üzərinə fokuslandığı üçün müzakirə zamanı qarşımızdakı insana qarşı kobud sözlər deyə bilirik. Ünsiyyət həm sözlərlə, həm də sözlər olmadan qurula bilən bir şeydir. Başqalarının sizin fikrinizə qoşulmasını istəyirsinizsə, özlərini müdafiə etməyə başlamasını istəməzsiniz. Elə buna görə də mimikalarınıza və seçdiyiniz sözlərə diqqət etməlisiniz. 
Münasibətlərinizə əhəmiyyət verin. 
Ofisdəki ən çalışqan insan siz olsanız da, heç kəslə kəlmə kəsmədən bir küncə çəkilirsinizsə, istədiklərinizi başqalarına qəbul etdirməyiniz bir az çətin ola bilər. İş yoldaşlarınızı, müdirinizi və ətrafınızdakı insanları yaxından tanımalı və necə rəftar edəcəklərini təxmin etməlisiniz. Həmçinin insanların tanıdıqları insanların fikirlərinə etibar etdiyi də sübut olunmuş bir həqiqətdir. 
Kömək istəyin 
Səbəbini bilməsək də, bizlər çətinlik çəkdiyimiz mövzularda kömək istəməkdən çəkinirik. Ancaq kömək almaq işlərimizi xeyli asanlaşdıra bilər. Başqalarından kömək istəməyin sizi gücsüz göstərəcək bir şey olmadığını anlamalısınız. Öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz hər problemi başqalarından gələcək kiçik bir dəstək ilə həll edə bilərsiniz. 
Deyilənlərə qulaq asın! 
Danışarkən dinlədiyinizi zənn edirsiniz, amma əslində ürəyinizdə danışmaq üçün sizin sıranızın gəlməsini gözləyirsiniz. Təkcə öz düşüncələrinizi ifadə etmək üçün sıranızı gözləyirsinizsə, deməli sizə köməkçi olacaq vacib nöqtələri qaçırırsınız.

kayzen.az

 

Go Back

Qışda özünüzü depressiyadan qoruyun - TÖVSİYƏ

 

Soyuq havaların başladığı bu günlərdə orqanizmimizdə müəyyən dəyişikliklər yaşanır.  İnsanların səhhətilə yanaşı, psixi durumu da xarici amillərdən təsirlənə bilər. Türkiyəli psixoloq Bülent Baykal depressiya və özünü pis hiss etmənin hava şəraiti ilə əlaqəli olduğunu deyir. Aile.lent.az mütəxəssisin bu haqda fikirlərini təqdim edir.

 

B.Baykalın sözlərinə görə, insanlar qış aylarında özünü daha depressiv və kədərli hiss edir: “Bəzi depressiyalar hava şərtləri ilə bağlı yaşana bilir. İnsanlar qapalı yerlərdə özlərini pis hiss edirlər. Belə halda etməli olduğumuz tək şey öz-özümüzə bu vəziyyətin müvəqqəti olduğunu təkrarlamaq və yaxşı şeylər düşünməkdir”.

 

 Mənfi hisslərin keçici olduğunu xatırlayın

 

Depressiyanın ən qabarıq əlamətinin həyatdan zövq almamaq duyğusu olduğunu deyən psixoloq bildirir ki, əzginlik, özünü xoşbəxt hiss etməmək, yataqdan qalxmamaq istəyi kimi əlamətləri də ciddiyə almaq lazımdır.

 

Havanın daha tez qaralması və günlərin qısalması da bizi depressiyaya itələyir: “Belə halda insanlar bunun fərqində olmalıdırlar. Səhər qalxmaq istəmirəm, yorğunam, heç bir iş görmək istəmirəm dediyinizdə artıq hərəkətə keçməlisiniz. “Bəli, bu hal indilik belədir, amma  keçəcək”, - deyərək özünüzə toxtaqlıq verin. “Özümü daha yaxşı hiss edəcəm, gün keçdikcə daha xoşbəxt olacam” kimi cümlələrlə özünüzü motivasiya etməlisiniz”.

 

Açıq havada piyada gəzin

 

Özümüzü pis hiss etdiyimiz anlarda açıq havada piyada gəzməyin də əhəmiyyətini vurğulayan B.Baykal deyir ki, insanlarda tez-tez ancaq yatmaq istəyi, özünə qapanmaq hissi ola bilər: "Belə halda dərhal bayıra çıxıb oksigen qəbul etmək vacibdir. Dostlarınızla artıq görüşmür, həyatdan zövq ala bilmirsinizsə, üstəlik, gərginlik, şiddətli əzələ ağrılarınız varsa, “Mən bu həyatda nə edirəm?”, - deyə özünüzə sual verirsinizsə, deməli, durum çox kritikdir və ən qısa zamanda mütləq mütəxəssisdən yardım almalısınız". 

 

aile.lent.az

Go Back

STRESSLƏ BACARMAĞIN YOLLARI

Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. Demək olar ki, həyatımızın hər anında stresslə üz-üzə qalırıq: səhər işə gedərkən yollarda tıxac yaranıbsa, iş yerində hər kəs gərgindirsə, borclar çoxalırsa, uşaqların istəkləri bitmirsə və s. buna bənzər bir çox misallar çəkmək olar. Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji xəstəliklər durmadan çoxalır. Ancaq bu problemlərin çoxluğu o demək deyil ki, biz stressə məhkum yaşamalıyıq. Bəs onda insalar stressli həyat şəraiti ilə necə başa çıxmalıdırlar və yaxud biz həyat şəraitimizi dəyişə bilmiriksə, bu stresslə yaşamağı necə öyrənməliyik. Gün ərzində stressimizi atmaq üçün bir neçə yoldan istifadə edə bilərik. Bunlar aşağıdakılardır:

1. Hər hansı bir idman növü ilə məşğul olmaq. Məs: futbol oynayan insanların evə gəldikdə hər zamankindən daha rahat göründükləri, ailə üzvləri tərəfindən diqqəti cəlb edib. Buna səbəb oyun vaxtı onların qışqırmağı, diqqətlərinin oyuna yönəlməyi və qısa müddət də olsa, öz problemlərindən uzaqlaşmaqlarıdır.

2. Parkda oturmaq da stress atmaq üçün bir yol ola bilər. Siz gün ərzində 10-15  dəqiqə parkda oturub quşları, parkda əylənən uşaqları izləməklə beyninizin rahatlamasına və gərginliyinizin atılmasına köməklik göstərə bilərsiniz.

3. Bundan əlavə evdə ritmik bir musiqiyə qulaq asmaq, mahnı oxumaq, gülməli bir verlişə və yaxud filmə baxmaq da sizin stressinizi azaldacaq.

4. Bəzən insan güclü stress vaxtı nəisə atmaq, qırmaq və yaxud dağıtmaq ehtiyacı duyur. Bunun əvəzinə həmin vaxt dərindən nəfəs almaq və yaxud yerimizdə sürətli qaçma hərəkəti etmək gərginliyinizi çıxarmağınıza kömək edə bilər.

Siz də bu yuxarıda sadaladıqlarımızı etməklə gün ərzində stressinizi az da olsa, azalda bilərsiniz.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

GƏLİN MƏNİM SÜPÜRGƏMDİR -Psixoloji baxış

Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir ? Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi? Qaynana və gəlin probleminin başlıca yaranma səbəbi “sahiblənmə” duyğusudur. Arasdırmalar göstərib ki, qadınlarda kişilərlə müqayisədə sahiblənmə duyğusu daha yüksəkdir! Ana övladını, evini, yolaşını, işini demək olar ki hər şeyi sahiblənir! Oğul mənimdirsə, onun evi də, yoldaşı da, övladları da mənimdir deyə sahiblənməyə başlayır. Burada isə nəzərə alınmalıdır ki, gəlin də bir qadındır və onun sahiblənmə duyğusu var və elə burada “qaynana- gəlin” problemi yaranmağa başlayır! Bunun həlli isə gəlinin və yoldaşının üzərinə düşür. Yəni ki gəlin nəzərə almalıdır ki, qaynanası oğlunu itirmək qorxusu yaşayır. Bu məqamda gəlinlər biraz daha təmkinli olmalıdırlar. Kişinin üzəinə düşən vəzifə isə yoldaşına “mənim anama yaxın ol yaxud mənim anamı sev və ya mənim anama hörmət saxla” kimi sözlərdən istifadə edərək yoldaşınızı sıxışdırmayasınız çünki sizin israrınız ilə yaranan bir münasibət əlbəttə bir yerdə qırılacaq və davamlı olmayacaqdır! Və əsla ananız və yoldaşınızı müqayisə etməyin və belə bir şəraitin yaranmasının qarşısını alın! Qaynanalar isə gelinə hər şeyi öyrətməyə çalışır, yeni ki artıq o gəlnini tam hazır bir şəkildə görmək istəyir lakin burada diqqət etməlidir ki, gəlnin yaş və təcrübəsi eyni deyil! Nəyisə öyrətməyə çalışmayın, buraxın zaman öyrətsin. Gəlinlər qaynananın müdaxiləsinə icazə verməlidirlər. Yəni ki, əgər qaynana evdə nəyisə dəyişmək istəsə, yaxud səhv tapsa onu dəstəkləyin. Çünki qaynanalar təsdiqlənməyi sevirlər. Bu isə müvəqqəti bir hissdir, yəni zamanla itirmək qorxusu ləğv olduqda artıq qarışmayacaq! Ər- arvad münaqişələrinin səbəbi isə evdə yoldaşın danışmamağı, yaxud da telefon və s. kimi texnoloji vasitələrdən istifadə edərək vaxt ayırmaması və s. Xanımlar ilk növbədə baxmalıdır ki, yoldaşının anası ilə münasibət necədir? Anası onunla necə rəftar edir? Yoldaşı özünə bağlamağın ən yaxşı yolu anasından öyrənməkdir! Və yoldaşınızın marağı nəyədir? Məsələn : futbol, maşın, siyasət və s. Onun maraq dairəsindən danışın və beləliklə artıq yoldaşınız sizi həm dinləməyə, həm də danışdırmağa meyil edəcəkdir! Bu gün ailələrə mənfi tərəfdən müdaxilə çoxdur! Qohumlar, qonşular, dost-tanışlar ailəyə müdaxilələr etməyə çalışırlar! Bu cür danış, bu tərzdə cavab versən yaxşıdır yaxud mən sənin yerində olmaq istəmərəm və s. kimi cümlələrdən istifadə edərək ailədəki kiçik bir problemin həll olunmaz vəziyyətə gətirib çıxarmağı bacarırlar! Yaxşı olardı ki, buna icazə verməyəsiz ailəniz sizin məhrəmiyyətiniz və şəxsi məkanınızdır, başqasının ora müdaxiləsi düzgün deyil, bu sizin ən yaxınınız olsa belə!

Aytən Əlizadə

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Go Back

Puberfoniya

Puberfoniya nədir, əlamətləri nələrdir? İnsanda özgüvən probleminə yol açan bu səs probleminin müalicəsi mümkündürmü? 

Yeniyetməlik dövründə böyümə və hormonların təsiri ilə tənəffüs, fonasiya (səslənmə) və rezonans orqanları inkişaf etməyə, bu səbəbdən səsin pərdə və keyfiyyəti dəyişməyə başlayır. Bu dəyişikliklər oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha qabarıq olur. Yeniyetməlik dövründə pərdə və səs qırılmaları, stabillik və səs qısıqlığı kimi problemlər görülə bilər. Qırtlaq toxumasında hər hansı bir problem olmamasına rəğmən səs qalınlaşmayıb nazik qala bilər. 

“Səsim uşaq səsinə bənzəyir”
Mutasion falset, digər adı ilə puberfoniya adlanan, yeniyetməlik çağında ortaya çıxan, müalicə edilmədiyi təqdirdə irəli yaşlara qədər davam edə bilən, səs pərdəsinin anormal səthdə olması, pərdə qırılmaları və tək pərdədən danışma ilə xarakterizə edilən səs problemidir.

Xəstələr əsasən “səsim çox nazik çıxır, danışanda qəfildən nazikləşir, ya da qısılır” kimi şikayətlər edir. Belə xəstələrdə səs teli müayinəsində anatomik və fiziki bir problem müşahidə edilmir. 

Danışarkən vokal tellərin ancaq ön qisminin titrəməsi səsin incəlməsinə, fısıltılı, ya da nəfəsli olmasına səbəb olur. Mutasion nadir görülən problem deyil. Səs problemindən dolayı həkimə müraciət edənlərin 2-3%-də bu problem ortaya çıxır. Bu şəxslər çox vaxt telefonla danışarkən cinsiyyətləri aydın olmadığından lağ obyekti olurlar. 

Əlamətləri nələrdir?
Zəif, fısıltılı, boğuq səs, səs qırılmaları, səs qısıqlığı. 

Səbəbləri nələrdir?
Yeniyetməlik dövründəki dəyişikliklərə qarşı çıxmaq, yeniyetməlik dövründən sonrakı səsdən xoşlanmamaq, gənc qalmaq istəyi, utancaqlıq, psixoloji problemlər. 

Necə müalicə edilir?
Bu problemin müalicəsi daha rahatdır. Dəqiq müsbət sonluqla nəticələnir. Səs müalicəsi ilə ilk seansda xəstə öz səsinə qovuşmuş olur. Səs seansının vaxtı 45 dəqiqədir. Bu müalicədə xəstəyə psixoloji müalicə almaq da tövsiyə edilir. 

Bunun səbəbi isə problemin xəstənin həm psixoloji, həm də sosial baxımdan travmalar yaşamasıdır. Mutasion falset insanda özgüvən problemlərinə yol açır. Bu insanlar özlərinə qapanmış, utancaq biri olurlar. Sosial münasibətlərində problem yaşayırlar.

kayzen.az

Go Back

DİQQƏT- ÇOXCƏHƏTLİ PSİXİ PROSES KİMİ

Gündəlik həyatda insana yüzlərlə qıcıqlayıcılar təsir göstərir. Lakin insan onların hamısını əks etdirmir, ən vaciblərini seçib ayırır, fəaliyyətinin icrasına kömək edənləri saxlayır. Bunlar diqqətin fəaiyyəti ilə bağlıdır. Diqqət, idrak proseslərindən biridir. Başlıca xüsusiyyətlərinə görə diqqət digər idrak proseslərindən (duyğu, qavrayış, təfəkkür, hafizə və s.) fərqlənir.
Diqqət psixi fəaliyyət obyektinin aşkar əks etdirməsini təmin edir. İş nə qədər çətin və mürəkkəb olarsa, o qədər artıq diqqət tələb edir. Deməli, diqqət fəaliyyət prosesi zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəffəqiyyətli cərəyan etməsini təmin edir.

Diqqət – şüurun müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarət psixi hadisədir.

Bu halda fərdin həm sensor, həm də intellektual hərəki fəallığının səviyyəsi yüksəlir, bu cisim və hadisələrə seçici münasibət bəsləməyə başlayır. Seçicilik təkcə müəyyən fəaliyyətin təsirinin ayırd edilməsində deyil, eyni zamanda onların hifz olunmasında (onların uzun müddət şüurda saxlanılmasında) təzahür edir. Demək ki, diqqət, şüurun müəyyən bir obyekt üzərinə yönəlməsində, onun üzərində mərkəzləşməsində və nəticədə cism və hadisələrə seçici münasibət bəsləməsində təzahür edir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə onun obyekti ayırd edilməlidir. Diqqətin obyekti həm xarici aləm, cisimlər, həm də insanın rəftarı və davranışı ola bilər.

Diqqətin funksiyaları

İlk olaraq seçmə funksiyası tələbatlarla bağlı mövcud fəaliyyətə uyğun gələn təsirləri seçməkdən təzahür edir. Bu funksiyayla yanaşı olaraq, idrak fəaliyyəti və ya davranış aktı başa çatana qədər diqqətin onların üzərində saxlanması funksiyası da vardır. Diqqətin mühüm funksiyalarından biri də fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdən ibarətdir.
Bu funksiyalar iki mühüm nəticə çıxarmağa imkan verir:
1. Diqqət mürəkkəb psixi proses kimi bütün hadisələrə sensor fikrı və hərəki proseslərə nüfuz edir, onların fəaliyyətinin daha səmərəli olmasını şərtləndirir.
2. Diqqət hadisəsi mühüm idrak prosesi olan hafizənin nəinki bir sıra ixtiyari proseslərinin mahiyyətini düzgün başa düşməyə, həm də onları məqsədə uyğun surətdə təşkil etməyə imkan verir.

Diqqətin növləri

Fəaliyyətin məqsədindən asılı olaraq, eləcə də diqqətin ixtiyarı şəkildə tənzim edilmə səviyyəsindən asılı olaraq bu psixi hadısənin 3 növünü fərqləndirmək olar :

1. Qeyri-ixtiyarı diqqət
2. İxtiyari diqqət
3.İxtiyari diqqətdən sonrakı diqqət

Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir. Qeyri-ixtiyari diqqət zamanı insandan xüsusi səy tələb olunmur. Bu diqqət növü insanın hazırlığı olmadan qıcıqlandırıcının bilavasitə təsiri ilə əmələ gəlir və yalnız qıcıqlandırıcının təsir etdiyi müddətdə mövcud olur. Qeyd etmək lazımdır ki, hər bir hadısə və ya qıcıqlandırıcı qeyri-ixtiyarı diqqət yaratmır, bunun üçün qıcıqlandırıcının bəzi xüsusiyyətləri olmalıdır:

1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri
2. Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi
3. Obyektin hərəkətdə olması

İxtiyarı diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədi ilə bağlıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı əmələ gəlib və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.
İxtiyarı diqqət zamanı cisim və hadisələr insan üzərində deyil, əksinə insan onların üzərində hakim olur. İxtiyari diqqət prosesində biz heç də təsir edən bütün qıcıqlandırıcıları deyil, yalnız məqsədimizə müvafiq olanları seçirik. İxtiyari diqqətin əmələ gəlməsi üçün bir sıra şərtlər vardır :

1. Fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi üçün borc və məsuliyyəti aydın dərk etmək
2.İcra edilən işin və ya fəaliyyətin məqsədini tam dərk etmək
3. Adəti iş şəraitinin olması 
4. Əlavə maraqların yaranması

Diqqət onunla xarakterizə olunur ki, o nə dərəcədə bu və ya digər obyekt üzərində mərkəzləşə bilir. Diqqətin nə qədər obyekti əhatə edə bilməsi, bir obyektdən digərinə nə dərəcədə asanlıqla, ya da çətinliklə keçə bilməsi və s bu kimi cəhətlər isə diqqətin xüsusiyyətləri ilə bağlıdır.

Diqqətin xüsusiyyətləri

1. Diqqətin mərkəzləşməsi
2. Diqqətın həcmi
3.Diqqətin paylanması
4. Diqqətin davamlılığı
5. Diqqətin keçirilməsi

Diqqətin mərkəzləşməsi zamanı şüurumuz bir obyekt və ya fəaliyyətə yönəlir, başqalarından uzaqlaşır. Diqqətin mərkəzləşməsi obyektə olan dərin, fəal maraqla bağlıdır.
Diqqətin həcmi eyni vaxtda əhatə olunan, aydın dərk olunan obyektlərin miqdarı ilə müəyyən edilir. Əgər eyni vaxtda təsir edən 10 obyektdən 5-i aydın qavranılırsa, deməli, diqqətin həcmi 5 obyektə bərabərdir. Diqqətin həcminin böyük olması bir sıra fəaliyyət sahələrində çox əhəmiyyətlidir. Məsələn, kəşfiyyatçı eyni zaman içərisində nə qədər çox obyekti əhatə etsə, kəşfiyyat işi bir o qədər səmərəli olar.

Diqqətin paylanması eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı ilə xarakterizə olunur. Əgər eyni vaxtda 2 və ya 3 işlə məşğul olursunuzsa, deməli, diqqətiniz 2 və ya 3 iş üzərində paylanır. Avtomobil idarə edən insanın diqqətini bir neçə yerə paylaması vacibdir. Bir sahədə lazımı vərdiş toplamış insanlarda diqqətin paylanması müvəffəqiyyətlə baş verir.

Diqqətin davamlılığı onun ümumi bir məqsədə tabe olan obyektlər üzərində uzun müddət və fasiləsiz olaraq saxlanılmasında ifadə olunur. Burada diqqət bir obyektdən başqasına keçirsə də onlar ümumi məqsədə tabe olan fəaliyyət obyektləri kimi qalır. Şagird misal həll edərkən, onun diqqəti dərsliyə, oradakı misallara, rəqəmlərə,işarələrə, keçmiş təcrübəyə yönəlsə də, əgər misal həlli davam edərsə, deməli, diqqət davamlıdır. Çünki burda bütün bu obyektlər ümumi məqsədə- misal həll etmək məqsədinə tabedir.

Diqqətin keçirilməsi  onun şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətədən başqa fəaliyyətə yönəldilməsidir. Bu, fəaliyyətin ümumi istiqamətinin dəyişməsi ilə əlaqədardır.
Diqqətin keçirilməsi onun yayınmasına çox oxşayır, lakin onlar arasında keyfiyyətcə fərq var.
Diqqətin yayınması onun hazırda qarşıda duran məqsədlə ılaqədar olmayan cisim və hadisə üzərinə yönəlməsində ifadə olunur. Müəllimin dərs izah edərkən şagirdin küçəyə baxması onun diqqətinin yayınmasını göstərir.

Diqqətlilik və ya diqqətsizlik şəxsiyyətin xarakter əlamətinə çevrilə bilir, insanlara münasibətdə də təzahür edir. Bu cəhət şəxsiyyətin aldığı tərbiyədən, öz üzərində işləmək, özünütəkmilləşdirmək cəhdindən, onun sərvət meyllərindən, dünyagörüşü və əqidəsindən və s. asılıdır.
Unutmaq olmaz ki, insanlara diqqətli olmaq şəxsiyyətin mənəvi aləmini xarakterizə etmək üçün ən vacib göstəricidir.

Mənbə:  Ə. Əlizadə, Ə. Bayramov “Psixologiya”
Hazırladı : Psixoloq Rübabə

fitret.az

 

Go Back

YAŞ ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ

İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, davranışda impulsiv hallar), həm də keyfiyyət dəyişiklikləri və yeni xüsusiyyətlərin əmələ gəlməsi baş verir və psixi inkişaf müəyyən dövrlər və mərhələlər keçərək öz xüsusiyyətləri ilə biri digərindən fərqlənir.
İnsanın ömrü mütləq yaş (xronoloji), fərdi inkişafın mərhələləri isə şərti yaş termini ilə ifadə olunur. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir.

1. XRONOLOJİ, yəni pasport yaşı
2. BİOLOJİ və ya funksional yaş
3. SOSİAL, yaxud vətəndaşlıq yaşı
4. PSİXOLOJİ, yaxud psixi yaş

Bu yaş kateqoriyaları həm rəngarəng insan həyatını, həm onun mənalı ömür yolunun fiziki obyektini, həm də bioloji orqanizm olan sosial şəxsiyyətin mənəvi aləminin zənginliklərini əks etdirir. Həmin yaş növləri bir-birilə dialektik vəhdətdə inkişaf edir, biri digəri üçün zəmin rolunu oynayır.

Xronoloji (təqvim) yaşla insanın ömrü aylara, illərə, mərhələlərə ayrılır, onunla ömür yaşı – mütləq yaşı müəyyənləşdirilir. Bu, uşaq anadan olan gündən hesablanır. Elə buna görədir ki, şagirdlərin komplektləşdirilməsi doğum haqqında şəhadətnamədə göstərilən təvəllüd tarixinə əsasən aparılır. Pasport yaşı ilə insanın vətəndaşlıq hüququ, həddi-buluğa çatdığı da təsdiqlənir.
Fərdin inkişaf mərhələləri isə şərti yaş məfhumu ilə xarakterizə olunur. Fərdin yaşının real hüdudlarını mütləq yaşla (xronoloji) təyin etmək mümkün deyil. Çünki çağalığın, körpəliyin, cavanlığın , qocalığın hansı gündə, hansı saatda başlanıb-qurtaracağını dəqiq müəyyənləşdirmək mümkün deyil. Ona görə də şəxsiyyətin fərdi inkişafının bioloji, sosial və psixoloji olmaqla üç istiqamətini, yəni yaşın üç əsas növünü -bioloji, sosial və psixoloji yaşı fərqləndirmək elmi cəhətdən daha məqsədəuyğundur.

Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsini, süd dişinin çıxmasını, fizioloji amilləri, cinsi yetişgənliyi, orqanizmin inkişafının daxili ritm və sürətini əsas götürürlər, bəziləri isə ontogenez inkişafa filogenez inkişafın təkrarı kimi baxırlar.
Uşaq və gənclərdə boyun, dərinin sümüyün, əzələ sisteminin, daxili sekresiya vəzilərinin, sinir sisteminin, analizatorların, ümumi somatikanın, cinsiyyətin inkişafının diferensial getməsi, kamillik yaşına kimi müxtəlif variantlarda birinin digərindən fərqli yetişməsi bioloji yaşı səciyyələndirir. Bioloji yaş orqanizmin inkişafı,yetkinləşməsi, qocalması – psixoloji yaşın formalaşması üçün təbii zəmin rolunu oynayır.

Sosial yaş isə insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən fərdin şəxsiyyətə çevrilməsi, başqa sözlə, şəxsiyyətin formalaşması və inkişafını sosial cəhətdən şərtləndirən həyat yolu, insanın qrupdakı mövqeyi, cəmiyyətdəki fəaliyyəti ilə bağlıdır. Həyat yolu ailə və ictimai təcrübədə, insanın cəmiyyətdəki mövqeyində, sinfi statusunda, fəaliyyətin əsas mərhələlərində, tarixi inkişafın gedişində dəyişir, kamilləşir, şəxsiyyətin təşəkkül tarixi olur.

Psixoloji yaş isə digər yaş növlərindən fərqli olaraq, birinci növbədə insanın fəaliyyəti ilə xarakterizə olunub, onun daxili hesablama sistemilə ölçülür. Burada insanın psixoloji yaşını müəyyənləşdirmək üçün onun psixoloji vaxtının fərdi xüsusiyyətlərini bilmək lazımdır.
İkincisi, insan öz gələcəyinin, gələcəkdə qazanacağı nailiyyətlərin,tutacağı mövqeyin, nüfuzun samballılığı, onların genişlənməsi hesabına, psixoloji baxımdan, mənən cavanlaşa, yaxud əksinə, acınacaqlı keçmiş hesabına daxilən xeyli qocala bilər.
Üçüncüsü, psixoloji yaş bir qədər çoxcəhətli məfhum olduğundan bəzən o, insan həyatının bütün sahələrinə uyğun gəlməyə də bilər. Məsələn, adam ailədə bütün düşünülmüş həyat planlarını tam surətdə yerinə yetirdiyi halda, peşə, sənət, ixtisas sahəsində psixoloji imkanları hələ sərf edilməmiş qala bilər.
Beləliklə, şəxsiyyətin psixoloji yaşı onun psixoloji vaxtının sərf olunması ilə müəyyən edilməklə, bioqrafik miqyasda, şəxsiyyətin psixoloji xarakteristikası ilə, insanın daxili mənəvi inkişaf mənzərəsilə; psixoloji vaxtının səmərəli planlaşdırılması, həmin vaxtdan faydalı istifadəsi, şəxsiyyətin əldə etdiyi yüksəliş, uğurlar və bunların onun həyatında necə iz buraxması ilə müəyyənləşdirilir.

Psixologiyada xronoloji, psixoloji, sosial yaşın keyfiyyəti kimi ağıl yaşı (ingilis dilində Mental Age) anlayışı da işlənir. Ağıl yaşı uşağın həmyaşıdlarının icra etdiyi tapşırıqlara uyğun məsələləri yaş norması çərçivəsində həll edə bilməsi ilə müəyyənləşdirilir. Ağıl yaşı -MA xronoloji yaşa, başqa sözlə, yaş normasına uyğun gəlirsə uşağın (insanın) əqli normal inkişaf etmiş hesab olunur.

Mənbə : Ələddin Qədirov “Yaş Psixologiyası”
Hazırladı : Psixoloq Rübabə

fitret.az

Go Back

20 nəticə göstərilir