Düşüncə Jurnalı

header photo

Uşağınızın yaddaşını yoxlayın!- TEST

Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Həkimə müraciət edərkən, valideynlər uşaqlarında sonradan yaranmış yaddaş zəifləməsi, halsızlıq, yorğunluq kimi şikayətləri qeyd edirlər. Uşaq məktəb proqramının mənimsənilməsində çətinlik çəkir, bu isə valideynlərin narahatçılığına səbəb olur.

Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.

İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:

- Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)

- Qurd invaziyası

- Lyamblioz

- Disbakterioz zamanı və sairə. Yaddaşın pozulmasının digər səbəbləri:

- Kəllə-beyin travması

- Xroniki stress, xroniki yorğunluq

- Hipovitaminoz

- Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.

Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.

20 saniyə ərzində cədvələ baxın.

Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.

Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz - yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.

Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.

Daha az rəqəm - aşağı yaddaşdan xəbər verir.

Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Lunar.az

Şəhla Rüstəmova

 

Go Back

Sorğu göndər