Düşüncə Jurnalı

header photo

10 addımda psixoloji durumunu öyrən

İnsan psixologiyası motor kimi sistemli kimi çalışır. Bəzənsə pozulur. Yaşadığımız xoşbəxt anların dəyərini bilib sayını artırmalı, bədbəxt anlarımızın fərqinə varıb sayını azaltmalıyıq.

Bəs siz son günlərdə özünüzü necə hiss edirsiniz? Xoşbəxt, bədbəxt, ya depressiyadasınız?

1. Kədərli hiss etdiyiniz anlar

a) Demək olar ki, olmur

b) Arada olur, ancaq asanlıqla əhvalımı düzəldə bilirəm      

c) O qədər çox olur ki, bezmişəm.

 

 2. Ağlamaq

a) Əvvəlkindən fərqli olaraq, çox ağlamıram

b) Bu aralar həssas olmuşam, içimdən ağlamaq keçir

c) Çox ağlayıram...

 

3. Gələcəyə ümidləriniz

a) Ümidliyəm, məncə, gələcəkdə hər şey daha yaxşı olacaq

b) Zaman-zaman ümidsizliyə qapılıram

c) Gələcəyə heç bir ümidim yoxdur

 

4. Daha öncə sizə zövq verən şeylər...

a) Hələ də zövq verir

b) Bəzən heç nə etmək istəmirəm

c) Heç nədən əvvəlki kimi zövq ala bilmirəm

 

5. Son həftələrdə yuxunuz…

a) Yaxşı yatıram

b) Bəzi günlər çox, bəzi günlər az yatıram

c) Yuxu sistemim pozulub, yata bilmirəm

 

6. İştahanız

a) İştahamda bir dəyişiklik yoxdur

b) Əvvəlkindən fərqli olaraq, bir az artıb (və ya azalıb)

c) Heç nə yemək istəmirəm

 

7. Ətrafdakılarla münasibətiniz

a) Hər şey qaydasındadır

b) Bəzən bayıra çıxmaq istəmirəm

c) Neçə həftədir heç kimlə görüşüb danışmaq istəmirəm

 

8. Güzgüyə baxanda...

a) Özümdən razıyam

b) Bəzən şikayətlərim, narazılığım olur

c) Özümü bəyənmirəm, razı deyiləm

 

9. Özünüzü dəyərləndirdikdə

a) Dəyərləndirəcək çox tərəflərim var

b) Çox da bacarıqlı deyiləm

c) Tam bacarıqsızam

 

10. Son həftələrdə problemlər yaşayanda

a) Ətrafdakılarla məsləhətləşib həll etdim

b) Bəzən tək başına həll etməli oldum

c) Heç kimlə paylaşmıram, heç kimdən dəstək almıram

 

NƏTİCƏLƏR 

Cavablarınızda A variantı çoxluq təşkil edirsə: Əhvalınız və psixoloji vəziyyətiniz öz yerindədir. Depresiyyada deyilsiniz. Özüylə barışıq, xoşbəxt və sosial birisiniz. Özünüzə və ətrafınızdakılara vaxt ayırmaq, problemləri üst-üstə yığmadan həll etmək və sağlamlığınıza diqqət etmək bu cür qalmağınıza kömək edəcək. Həyata baxışınız müsbətdirsə, hər məsələyə "bir həlli var", - deyə yanaşırsınızsa, həm sizi, həm də ətrafınızdakıları sağlam bir həyat gözləyir.

Cavablarınızda B variantı çoxluq təşkil edirsə: Bir az düşünməyiniz lazımdır. Ümumi olaraq, xoşbəxt ola bilərsiniz, ancaq sanki sizi narahat edən, içinizdə toplanan nələrsə var. Həll etmədiyiniz problemlər, önəmsiz saydığınız nələrsə ola bilər. Tək qalın, sizi narahat edən sualları cavanlandırın, cavab tapmadıqlarınızı mütəxəssislə cavablandırmağa çalışın. Bu zaman hər şey yaxşı olacaq.

Cavablarınızda C variantı çoxluq təşkil edirsə: Depresiyyada ola bilərsiniz. Son dönəmdə həyatınız yolunda getmir. Ancaq ən önəmlisi həm fiziki, həm də ruhi çətinliklər yaşayırsınız. Əmin olun ki, hər problemin bir həlli var. Mütləq bir psixoloqa müraciət edin.

ailem.az

Go Back



Sorğu göndər