Səhrada yollarını azmışdılar... Susuzluqdan paltarlarını gecə çıxardıb yerə sərirdilər və sonra nəm olmuş paltarları sıxıb suyunu içirdilər.Bir neçə dəfə bunu təkrar etdilər,dostlardan biri çantasından bir portağal tapdı və onu iki yerə bölüb yalamağa başladılar.Onları tapana qədər onlar 1 portağalı yalamaqla sağ qalmışdılar.Həmin portağalı çantasından tapan şəxs xatirələrində belə bir sətir yazmışdı...''Siz bilmirsiniz portağal nədir amma mən bilirəm.''
İndi biz bilmirik qadın nədir.Uşaqlığımızdan bu yana həmişə bir şeyin qədrini itirəndən sonra bilmişik.Amma qadını itirmək başqa şeyləri itirməyə bənzəmir.Bir qadının dəyəri səhradakı Portağalın dəyərinə bərabərdir - sağ qalmağa. Sol tərəfimizdə ürəyimiz sağ tərəfimizdə qadın.
Yadınızdadırsa, məktəbdə oxuyanda sinifinizdə bir dəcəl şagird olanda deyirdilər ''filan sinif nadinc sinifdir'' lakin, sinifinizdə bir şagird yaxşı oxuyanda isə deyirdilər ki, filan uşaq yaxşı oxuyur. Onu heç vaxt həmin sinifə aid etmirdilər. Həyatda da belədir…Bir neçə qadının xoşagəlməz xarakterinə görə illərlə qadınları pisləmişik. Hər dəfə namus deyəndə ağlımıza qadınlar gəldi. Halbuki, ətrafımızda o qədər namussuz kişi ola-ola...Bir növ bütün günahları onların üstünə atdıq. Heç düşünmüsünüz ki,qadınlar bizdən haqqlarını tələb etsələr nə olar ? 1 % -ni belə ödəyə bilmərik .Hər zamanda sual veririk və şikayətlənirik.
''Qadınlar nə istəyir ?''
- Dürüst olmağı..
Öz vicdanınızla cavab verin, həmişə dürüst olduq? Heç vaxt aldatmadıq ? Aldatdıqlarımız bir qırağa qalsın, o göz zinalarının cavabını verə bilməyəcəyik. Anlamırıq ki, qadın xoşbəxt olsa cəmiyyət xoşbəxt olacaq və cəmiyyət xoşbəxt olsa bütün dünya xoşbəxt olacaq. Qadını isə kişi xoşbəxt edir..Sizcə biz dünyanı xoşbəxt edə bilmərik..? Edə bilərik, sadəcə biz qısa müddətli zövqlərimizin ucbatından, xoşbəxtliyimizi öz əlimizlə basıdırırıq və arsız-arsız üstündən su tökürük...Bəzən o qədər hirsli oluruq ki, onları tərk edirik, İstədiyimiz kimi davranmağa qürur imkan vermir. İstədiyin kimi yaşamağa, bu sətirlərdəki vərdişlərini tərgitməyə yenə qürur imkan verməyəcək. Bu artıq bünövrə kimi şüuraltımıza yeridilib. Hisslərimizin azadlığını başqalarının sərhədində görürük. Halbuki,o azadlıq özümüzdən və o qadına verdiyimiz dəyərdən asılıdır. Dəyər verdikcə azadlıq sərhədləriniz daha da genişlənəcək və xoşbəxtliyə daha tez çatacaqsınız.
Ən pisi də bu tərketmələrdir, hər dəfə bizi tərk edən qadını mühakimə edirik, amma heç vaxt özümüzü günahlandırmırıq və heç vaxt da günahlandırmayacayıq. Çünki, həmişə biz ön planda olmağı sevmişik, biz haqsızlığı "podkabluçnikliklə’’ səhv salmışıq. Başqalarının reaksiyasından qorxaraq sevdiklərimizə xoş söz deyə bilməmişik.Son dəfə Ananıza,bacınıza və ya digər sizə yaxın olan qadına onu çox sevdiyinizi və dəyər verdiyinizi söylədiyiniz yadınızdadır ?Qorxuram cənnətə kişilər getməsin, oturub cəhənnəmdə bir- birimizi günahlandıraq.Amma həmin vaxt gec olacaq.Gec olmağını bilirəm siz də istəmirsiniz.O zaman gözünüzü monitordan çəkin və ən yaxınınızda olan qadına varlığı üçün təşəkkür edin.Hələ gec deyil.Hələ bu sizin sevdiyiniz qadındırsa…
Unutmayın atanız varsa sizin dayağınız var,ananız varsa köməyiniz, qardaşınız varsa gücünüz, bacınız varsa sirdaşınız var amma həyat yoldaşınız varsa deməli hər şeyiniz var..Çalışın hər şeyinizi itirməyin… Əziz oxucular,uzun sətirlər yazıb sizləri yormaq istəmədim,onsuzda qadınlara qarşı olan münasibətimiz bizi yorub...
P.S : İllər öncə belə bir sətir yazmışdım...''Allah kişilərə layiq olduqları qadınları nəsib etsəydi,kişilərin 85 % -i fahişə ilə evlənərdi''.Çoxları bu sətirimi qınadı.Amma haqsız deyildim.Həqiqətən haqlı idim. Ən azından insan utanmalıdır.Ömrünü fahişələrlə keçirmiş biri, pak birinə toy gecəsində sahib olur.Bu haqqsızlıq deyil...? Susun heçnə deməyin,ağzınızı yumun və başınızı aşağı salın çünki,
"Ayıbdır,camaatın Anası-bacısı var”…!
Hacıağa Əliyev