Düşüncə Jurnalı

header photo

Onlar niyə sağlam və uzunömürlüdürlər?

Yaponiyada orta ömür həddi 84,5 ildir. Yaponlarda köklük problemi yoxdur, yaşından asılı olmayaraq hamı arıq və sağlamdır. Bəs, görəsən, buna necə nail olurlar?

Etiraf etməliyik ki, yaponlar sağlam olmaq üçün böyük fədakarlıq göstərmirlər. Onlar sadəcə həyat tərzlərinə uyğun yaşayırlar. Yaponiyanın mətbəxi bu ölkənin insanlarının ən böyük şansıdır. Çünki onların mətbəxi sağlam qidalarla zəngindir. Bizim sadəcə pəhriz zamanı yediyimiz qidalar onların gündəlik qida menyusuna daxil olur. Balıq, soya, düyü, meyvələr, dəniz yosunları, tərəvəzlər və yaşıl çay bu ölkənin mətbəxində çox önəmli yer tutur. Onlar unlu qidalardan, yağ, qırmızı ət və şirniyyatdan demək olar ki, istifadə etmirlər. Dünyada ən çox balıq yeyən xalq yaponlardır.
Onlar öyünlərdə yeməklərini kiçik porsiyalar şəklində yeyirlər. Yeməyi çox çeynəyir və yavaş-yavaş yeyirlər. Yeməklərinin çoxu buxarda bişirilir. Bir neçə yeməklərində qızartma olsa da, heç bir şey 5 dəqiqədən artıq qızardılmır.
Demək olar ki, şirniyyat yemirlər. Mətbəxlərində bir neçə şirniyyat növü var. Bunları da kiçik porsiyalarla təqdim edirlər.
İdman yaponiyalı insanlar üçün böyük əhəmiyyət kəsb edir. Ölkədəki hər kəs idmanla məşğul olur. Kimi yeriyir, kimi qaçır, kimi də velosiped sürür. Bütün məktəblərində idman zalları var. İdman dərslərinə girmək və aktiv olmaq zəruridir.
Gördüyünüz kimi, uzun və sağlam ömür sürmək hər kəsin öz əlindədir. Siz də sağlam həyat tərzini seçərək uzun illər sağlamlığınızı qoruya bilərsiniz.

publika.az

Go Back

Sorğu göndər