Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Seminarlar"

KOQNİTİV BİHEVİORAL TERAPİYA KURSU

Psixologiya Elmi-Tədqiqat İnstitutu yeni mövsümün ilk kursu olan

KOQNİTİV BİHEVİORAL TERAPİYA Kursunu sizə təqdim edir.

Kurs Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu Aydan Xasməmmədzadə

tərəfindən tədris olunacaq, nəzəriyyə və praktikanı özündə birləşdirməklə 6 modul üzrə

24 saat müddətində davam edəcək. Kursu bitirən hər kəs kurs proqramı çərçivəsində imtahanda

iştirak edəcək, imtahandan 50% və daha yüksək nəticə göstərənlərə sertifikat təqdim olunacaq.

Kursun proqramını sizə təqdim edirik:

- Pasienti koqnitiv bihevioral terapiyaya yönəltmək;

- Hədəflərin müəyyən olunması;

- Günün məqsədinin müəyyənləşməsi;

- Ev tapşırıqları;

- Qeyri-adaptiv fikir və inancların müəyyən olunması;

- Qeyri- adaptiv fikirlərlə mübarizə;

- Fəaliyyətin bərpa olunması (Davranış texnikaları);

- Psixiatrik pozuntular (DSM-V və XBT-10),(hər xəstəlik qrupu analiz olunacaq);

- Problemi həll etmə (KDT praktiki tətbiqi);

- Müalicənin sonu və gələcək dəstək;

- Praktiki hissə.

Koqnitiv Bihevioral Terapiya Kursunun ilk modulu 28.09.2019-cu il tarixində,

saat 14:00-18:00 aralığında baş tutacaq.

Kurs ödənişli əsaslarla tədris olunacaq.

1 modulun ödənişi 40 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) 30 AZN,

tam kursun ödənişi 210 AZN, tələbələr üçün 150 AZN təşkil edir.

Öncədən qeydiyyatdan keçmək mütləqdir!

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what's App).

Go Back

"ÖYRƏNƏK VƏ YARDIM EDƏK" - maarifləndirici seminar. 05.10.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi tam fərqli konsepsiyalı, xeyriyyə məqsədilə təşkil olunan

"ÖYRƏNƏK VƏ YARDIM EDƏK" adlı maarifləndirici  seminara dəvət edir.

Seminarda üç peşəkar mütəxəssisin üç fərqli mövzuda çıxışını dinləyəcək, həmçinin sual

qutusuna anonim olaraq yazıb yerləşdirdiyiniz sizi maraqlandıran bütün suallarınıza cavab tapacaqsınız.

Seminarda çıxış edəcək mütəxəssisləri və məruzə mövzularını sizə təqdim edirik:

1.Gülər Məmmədova - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı.

Mövzu: "Cinsi problemlərə psixoloji yanaşma";

2. Əli Xəlilov - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu,

Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müəllimi.

Mövzu: "Motivasiya və məqsədli davranış - psixoloji yanaşma".

3.Aydan Xasməmmədzadə - Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu.

Mövzu: "Asılılığın psixologiyası". Qeyd edək ki, seminar xeyriyyə məqsədilə təşkil olunur

və seminardan toplanan vəsait valideyn himayəsindən məhrum olan uşaqların ehtiyaclarının qarşılanmasına xərclənəcək.

Əgər siz də  maariflənməyə və dəstəyə ehtiyacı olan həmvətənlərimizə yardım etmək istəyirsinizsə,

hər birinizi "Öyrənək və Yardım Edək" adlı xeyriyyə seminarımızda iştirak etməyə dəvət edirik.

Seminar 5 Oktyabr 2019-cu il tarixində saat 12:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutacaq.

Ödəniş: 10 AZN.

Öncədən qeydiyyat mütləqdir!

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what's App).

 

Go Back

"OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI"

 Aprel ayını tam fərqli konsepsiyalı NƏZƏRİ və PRAKTİK təlimlə başa vururuq. 

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, "Hipnoz" Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında "OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI" təliminə dəvət edir. 
Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla zəngin təlim qeyd olunan mövzuları əhatə edəcək:

 Obsessiv-kompulsiv pozuntunun mahiyyəti, klinik-psixoloji təsviri, tarixi.
 Obsessiv-kompulsiv pozuntuya müxtəlif yanaşmalar. Obsessiv-kompulsiv pozuntunun yaranma səbəbləri; nələr obsessiv-kompulsiv pozuntu hesab olunur?;
 Obsessiv-kompulsiv pozuntunun simptomları, inkişaf etməsində risk amilləri;
 Obsessiv-kompulsiv pozuntuda fərqli görüntülər ( kimlərdə necə təzahür edir?);
 "AĞ AYI" testi (PRAKTİK ÇALIŞMA). Zehni nəzarət paradoksu.
 Obsessiyalara qalib gəlmə;
 Obsessiv-kompulsiv pozuntuların aradan qaldırılmasında psixoterapevtik metodlardan istifadənin rolu ( relaksasiya, hipnoterapiya, koqnitiv terapiya, geştalt terapiya, art-terapiya və s.).

Təlim 28 Aprel 2019-cu il tarixində saat 13:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcəkdir. 
Təlimdə iştirak ödənişlidir.
Ödəniş: 30 AZN, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə 15 AZN təşkil edir. 

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/ what's app)

Go Back

"PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI" təlimi. 21.04.2019

Dostlar, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi,  təlim-tədris mahiyyəti daşıyan, ierarxik texnologiyaya əsaslanan İnkişafetdirici və İstiqamətləndirici Təlim Layihəsini təqdim edir. 

Biz sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin psixologiya müəllimi Şükran Dədəyevin təqdimatında 3 hissədən və 15 xüsusi istiqamətdən ibarət, tam fərqli konsepsiyalı "PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI" Təliminə dəvət edirik. 
Təlimdə bu sahədə çalışmaq istəyən və artıq işləyən bütün mütəxəssislərə Psixoloji Xidmət və Psixoterapevtik fəaliyyət üçün lazım olan professional bilik bacarıqları, beynəlxalq səviyyəli iş mexanizmlərini əhatə edən daha effektiv fəaliyyət istiqamətləri, mütəxəssislərin, xüsusilə də işə başlamaq istəyənlərin tələbat duyduqları, arzuladıqları, amma fərdi şəkildə heç yerdə əldə edə bilmədikləri universal biliklər ÖYRƏDİLƏCƏK! 

TƏLİMİN KEÇİRİLƏCƏYİ MƏKAN: 
Psixologiya Elmi-Tədqiqat İnstitutu

TƏLİMİN KEÇİRİLƏCƏYİ TARİX: 
21.04.2019, saat: 11:00-15:00

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞLİDİR! 
ÖDƏNİŞ: 25 Azn, tələbələr üçün ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə: 20 Azn.

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR! 

QEYDİYYAT ÜÇÜN ƏLAQƏ NÖMRƏSİ: 070 268 27 08 ( mob/what's app).

Go Back

"Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı təlim. 05.04.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı ÖDƏNİŞSİZ təlimə dəvət edir. 
 Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir.

1.Qəbul imtahanına psixoloji hazırlıq;
2.İmtahan stressinin idarə olunması;
3.Özünə inam;
4.Hədəfə yönəlmə;
5.Müvəfəqiyyətə köklənmə;
6.Motivasiya.

Təlimin keçiriləcəyi məkan: Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38).

Təlimin keçiriləcəyi tarix: 
05.04.2019, saat: 14:00-16:00

Təlimdə iştirak ÖDƏNİŞSİZDİR. 

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!

Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08

Go Back

"HƏYƏCANIN ARADAN QALDIRILMA TEXNİKALARI" təlimi. 31.03.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi sizi "HƏYƏCANIN ARADAN QALDIRILMA TEXNİKALARI" adlı praktik təlimə dəvət edir.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, "Gənc Tədqiqatçılar" komandasının rəhbəri Fuad Əsədovun  təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir:
✔Həyəcan pozuntusu niyə yaranır?;
✔Həyəcan pozuntusunun digər problemlərə keçidi;
✔Həyəcanı aradan qaldıran texnikalar ( praktik çalışma).

 

TƏLİMİN KEÇİRİLƏCƏYİ TARİX: 31.03.2019, saat: 12:00-15:00

TƏLİMİN KEÇİRİLƏCƏYİ MƏKAN: Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38).

Təlimdə iştirak ödənişlidir: 15 AZN,
Tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə: 10 AZN

Təlimdə iştirak edənlərə SERTİFİKAT təqdim olunacaq.

İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

 Əlaqə nömrəsi: 070 268 27 08 ( what's app da aktivdir).

Go Back

"UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA"

 

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsi sizi "UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA" adlı praktik təlimə dəvət edir.

İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir:
Uşaq tərbiyəsində istifadə edilən metodlar;
Mükafatlandırma və cəza sistemi nədir?;
 Ailədə düzgün disiplin necə qurulmalı?!;
-Mükafatlandırma və cəza sisteminin düzgün tətbiqetmə qaydaları və texnikaları;
Düzgün davranış modelinin qurulması (praktik çalışma)

TƏLİMİN KEÇİRİLƏCƏYİ TARİX: 17.03.2019, saat: 12:00-15:00

TƏLİMİN KEÇİRİLƏCƏYİ MƏKAN: Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38). Təlimdə iştirak ödənişlidir: 15 AZN,
Tələbələrə ( tələbə biletini təqdim etmək mütləqdir) xüsusi güzəştlə: 10 AZN

Təlimdə iştirak edənlərə SERTİFİKAT təqdim olunacaq.

İştirak etmək üçün öncədən qeydiyyat mütləqdir!

Əlaqə nömrəsi: 070 268 27 08 ( what's app da aktivdir).

Go Back

Bakı Humanitar Kollecinin tələbələri ilə görüş

28.02.2019 tarixində Bakı Humanitar Kolleci, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında " Özünü Kəşf" adlı təlim keçirildi. Təlim Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutdu. 
Təlimdə Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və sədr müavini, müəllim və tələbə heyəti iştirak etdilər. Klinik psixoloq öz çıxışında mövzu üzrə ətraflı məlumat verdi, tələbələrin suallarını cavablandırdı.
Görüşdən məmnun ayrıldıq. Təlimin təşkilində təşəbbüs göstərən hər kəsə təşəkkür edir, tələbələrə isə uğurlar diləyirik!

Go Back

TƏLİM: UŞAQLARDA ÖZGÜVƏN PROBLEMLƏRİ

Narınc Psixologiya Mərkəzi tərəfindən yeni təlim təşkil olunur. Öncədən qeydiyyatdan keçmək şərtilə buyurub iştirak edə bilərsiniz.

Qeyd: Sonda sertifikat verilir.
Mövzu: “Uşaqlarda özgüvən problemləri”
Təlimçi: Vüsalə Hüseynova. Narınc Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialının psixoloqu
Tarix: 03.02.2019
Saat: 12:00-14:00
Ödəniş: 10 AZN. (Tələbələr üçün 5 AZN.)                                                                                                                                                                                                                                   Məkan: Psixologiya Elmi-Tədqiqat İnstitutu. Ziya Bünyadov 38.
Qeydiyyat və informasiya üçün əlaqə nömrəsi: 0555342700

Go Back

"İNNOVATİV PSİXOLOGİYA" təlimi (workshop)

Psixologiya Elmi-Tədqiqat İnstitutu Prof.Dr.Mehmet Engin Deniz təqdimatında "İNNOVATİV PSİXOLOGİYA" təlimini (workshop) təqdim edir!


İspaniya Təhsil Nazirliyinə aid CİSC təşkilatı tərəfindən aparılan tədqiqatda Türkiyənin ən uğurlu 2000 elm xadimləri siyahısında yer alan və zəngin biliyə sahib olan Prof.Dr.Mehmet Engin Deniz bəy yalnız 2 gün və yalnız bizdə mükəmməl təlim keçirəcək.

2 GÜN+14 SAATLIQ PROQRAM+WORKSHOP+2 SERTİFİKAT olacaq təlimdə iştirak edərək innovativ psixologiya haqqında dəyərli biliklərə sahib ola bilərsiz.

TƏLİMİN MƏKANI:
Psixologiya Elmi-Tədqiqat İnstitutu (Konfrans Zalı)

TƏLİMİN TARİXİ:
12-13 Yanvar | 10:00-17:00 (2 gün,ümumi 14 saatlıq təlim proqramı)

İnformasiya və qeydiyyat  üçün əlaqə nömrələri:
Telefon: 012-563-00-44
What's app: 070-268-27-08
 

Go Back

Psixologiya Elmi-Tədqiqat İnstitutu yeni təlimi təqdim edir- Özünüdərk və Etnopsixologiya

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Nəzəri və Eksperimental Psixologiya Şöbəsi”  10 noyabr tarixində Psixologiya elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimini təqdim edir.

Təlim saat 12 də başlayacaq və 3 saat müddətində davam edəcəkdir!

İştirak ödənişsizdir, öncədən qeydiyyat mütləqdir!

Təlimdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər! Qeydiyyat üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir.

Qeydiyyat üçün: 070 268 27 08

Psixologiya elmlər doktoru, professor Ramiz Əliyev haqqında ətraflı məlumat:

Qısa bioqrafik məlumat:

09 noyabr 1954-cü ildə Azərbaycan Respublikası, Gədəbəy , Arısu kəndində anadan olmuşdur. 1970-ci ildə Gədəbəy rayonu, Miskinli kənd orta məktəbini bitirib. Ailəlidir iki oğlu var. 2006-cı ildən əməkdar müəllim fəxri adı almışdır.

Təhsili:

Ali təhsillidir. 1975-ci ildə APXDI-ni ingilis dili müəllimi ixtisası üzrə bitirib. 1978-ci ildə psixologiya üzrə əyani aspiranturaya daxil olmuş, 1985-ci ildə Kiyev şəhərində namizədlik, 2004-cü ildə BDU-da doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə professor elmi adı almışdır.

 

Əmək fəaliyyəti :

1983-2001-ci illərdə ETPEI-də elmi işçi, aparıcı elmi işçi;

2001-2013-cü illərdə Təhsil Problemləri Institutunda şöbə müdiri;

2013-cü ildən hal-hazıradək  Azərbaycan Dövlət  Pedaqoji Universiteti  Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində çalışır;

Tədris etdiyi dərslər:

-Eksperimental psixologiya

-Təhsildə sosial-psixoloji xidmət

-Test nəzəriyyəsi

-İstedadlı uşaqlara psixoloji xidmət konsepsiyası

Elmi fəaliyyəti:

10 elmi monoqrafiya, 3 dərs vəsaiti, 1 dərslik, , 9 proqram,   163-dən artıq məqalə,  tezisin, 7 metodik vəsait müəllifidir.

  1. Şəxsiyyət və onun  formalaşmasının etnopsixoloji əsasları (2000);
  2. Psixologiya tarixi (2006);
  3. Tərbiyə psixologiyası (2006);
  4. Etnopsixologiya : qloballaşma və millilik (2007);
  5. Mentalitet (2009);
  6. Praktik psixologiya məsələləri (2011);
  7. Mühit. Ideologiya. Şəxsiyyət (2015) və s. əsərləri göstərmək olar.

 

 

Go Back

"KARYERA MƏRKƏZİ" layihəsi

Biz Sizə Ən Yaxşı Fürsəti Təqdim Edirik!
Mərkəzimizə olan çoxsaylı müraciətləri nəzərə alaraq Təhsil və Tədqiqat Şöbəsi nəzdində "Kariyera Mərkəzi" nə start verdik!
Artıq müraciət etdiyiniz vakansiyalarda praktik bacarıqlarınızın olmamasından əziyyət çəkmiyəcəksiniz. Əziz dostlar gəlin, peşə təcrübənizi Narınc komandamızla birgə təkmilləşdirək. Bu layihəmizə qoşulmaqla qısa zaman ərzində biliklərinizi genişləndirmə şansı qazanacaqsınız. 
Kariyera Mərkəzində siz peşəkar bir mütəxəssis kimi özünüzü hərtərəfli inkişaf etdirə bilərsiniz! * Geniş proqram çeşidi içərisindən özünüzə uyğun olanı seçə bilərsiniz!
* Vaxtlar sizin asudə zamanlarınıza uyğun olaraq tərtib ediləcək!
* Proqram sonunda göstərdiyiniz nəticəyə uyğun olaraq iştirak sənədi,sertifikat və ya diplom əldə edəcəksiniz!
*Proqram ödənişlidir və seçəcəyiniz proqramın növündən asılı olur.
Ətraflı məlumat üçün: 055 534 27 00.

Go Back

Narınc Məktəbəqədər Tədris Mərkəzinə qeydiyyat başlamışdır!


NARINC MƏKTƏBƏQƏDƏR TƏDRİS MƏRKƏZİ fevral ayından öz fəaliyyətinə başlayır. İndi isə qruplar yığılır, qeydiyyat vaxtıdır.

Go Back

Psixoloji Konsultasiya Prosesi - 8 praktik dərs (XÜSUSİ ENDİRİM)

Məşhur psixoloq Elnur Rüstəmovun təqdimatında "Psixoloji Konultasiya Prosesi" mövzusunda praktik dərs saatları keçiriləcəkdir! Kurs Narınc Uşaq Psixologiya MərkəzininTəhsil-Tədqiqat Şöbəsinin təşəbbüsü ilə təşkil olunmuşdur.  Uluslararası Psikoloklar Derneginin üzvləri üçün isə 50 % endirim ediləcəkdir! 

Düşüncə Jurnalı ilə illərdir əməkdaşlığı nəzərə alaraq Narınc Uşaq Psixologiya Mərkəzi saytımızın izləyicilərinə xüsusi Endirim təklif etmişdir! Əgər elan haqqında məlumatı dushunce.az saytından əldə etdiyinizi söylərsəniz, 30% Endirim haqqı qazanacaqsınız! Əziz izləyicilər bu şansı qaçırmayın! 

Narınc Uşaq Psixologiya Mərkəzinə bu xüsusi diqqət üçün təşəkkür edir, əməkdaşlığımızın daimi olmasını diləyirik!

Qeydiyyat üçün: 070 239 27 00

Go Back

“I BEYNƏLXALQ AİLƏ VƏ UŞAQ PSİXOLOGİYASI

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə 2-3 iyun tarixlərində Azərbaycanda ilk dəfə “I BEYNƏLXALQ AİLƏ VƏ UŞAQ PSİXOLOGİYASI” konfransı baş tutacaqdır! Konfrans üçün son qeydiyyat tarixi 20 may tarixinə qədərdir!
Konfrans içəriyinə daxildir,Açılış,qapanış mərasimləri, 6 ayrı ayrı mövzularda panellər, 6 ədəd beynəlxalq sertifikat və konfransmateriallarının çap olunduğu elmi jurnal və Sürpriz qonağımız :)

Bütün bunlar sadəcə 70 azn, Tələbələr üçün isə 50 azn təşkil edir! 

Qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün:070 239 27 00
 
 
 
 
 
 
 
 
 

Go Back

Azərbaycan I Ailə və Uşaq Psixologiyası- ELMİ-PRAKTİK KONFRANS

 

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə 2-3 iyun tarixlərində Azərbaycanda ilk dəfə “I BEYNƏLXALQ AİLƏ VƏ UŞAQ PSİXOLOGİYASI” konfransı baş tutacaqdır! Türkiyədən və Rusiyadan mütəxəssislərin məruzəçi qismində dəvət olunduğu elmi-praktik konfrans üçün TEZİS qəbulu elan edilir!

Konfrans mövzuları:
- Ailə və uşaq psixologiyası (ailədaixli münasibətlər, ailə krizisli situasiyaları doğru yönətmə, ailə danışmanlığı, valideyn və övlad münasibətlərinin düzgün qurulması və s.)
- Uşaqlarda psixoloji problemlər
- Uşaqlarda inkişaf və yaş problemləri

Məqalələr AAK ( Ali Attestasiya Komissiyası) tərəfindən tanınacaq və elmi jurnal şəklində çap olunacadır.

Tezislər mütəxəssislər tərəfindən seçilərək çap olunacaqdır! 

Tezislərinizi aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:

nupm.official@gmail.com

Ödəniş: 70 azn

TƏLƏBƏLƏR ÜÇÜN: 50 azn

ÖDƏNİŞƏ DAXİLDİR: Tezisin çapı, elmi jurnal və 2 günlük elmi-praktiki konfransda iştirak haqqı.

SERTİFİKAT VERİLİR! 

Əlavə məlumat üçün: 070 239 27 00
 

Go Back

ABİTURİYENTLƏRLƏ 1 GÜN - Psixoloq ELNUR RÜSTƏMOV ilə

12 fevral 2017-ci il tarixində saat 10:00-da Psixologiya və Konsultasiya Mərkəzində (PCC), psixoloq Elnur Rüstəmovun təqdimatında “ABİTURİYENTLƏRLƏ 1 GÜN adlı seminar keçiriləcək.

Go Back

"Psixoloji konsultasiya" kursu - 03.12.2016

Psixologiya və Konsultasiya Mərkəzində Psixoloq Elnur Rüsütəmovun təqdimatında Psixologiya Məktəbi layihəsi çərçivəsində "Psixoloji Konsultasiya" kursu keçiriləcəkdir! 

2 ay davam edəcək olan kurs həftədə 1 dəfə 3 saat müddətində keçiriləcəkdir!

Dərslər həm nəzəri,həm praktiki formada təşkil olunmuşdur.

Qeydiyyat üçün: 055 258 27 00

Go Back

ÜMUMİ PSİXOTERAPİYA KURSU - 17.09.2016

17 sentyabr 2016-cı il tarixdə saat 15:00-da Psixologiya və Konsultasiya Mərkəzində (PCC), Psixoloq Elnur Rüstəmovun təqdimatında “Ümumi psixoterapiya” kursu keçiriləcəkdir.

ÜMUMİ PSİXOTERAPİYA

• Psixoanaliz
• Analitik psixologiya və psixoterapiya
• Adlerin individual psixologiyası
• Qeştalt psixologiya
• Tranzakt analiz
• Pozitiv psixoterapiya
• Koqnitiv terapiya
• Rasional psixoterapiya
• Psixosintez
• Bixeviorizm
• Ekzistensional terapiya

 

Go Back

“KLİNİK PSİXOLOGİYA VƏ PRAKTİKİ PSİXOPATOLOGİYA” SEMİNARI - 18.09.2016

18 sentyabr 2016-cı il tarixdə saat 12:00-da Psixologiya və Konsultasiya Mərkəzində (PCC),klinik psixoloq Təhmasib Cavadzadənin təqdimatında “Klinik psixologiya və praktiki psixopatologiya” seminarı keçiriləcəkdir.

Klinik psixologiya

  • Klinik psixologiyanın yaranması
  • Klinik müsahibə, psixodiaqnostika

Psixopatologiyalar

  • Nevrotik pozuntular
  • Neyropsixoloji pozuntular
  • Psixotik pozuntular
  • Şəxsiyyət pozuntuları
  • Narkotik asılılıq pozuntusu
  • İnkişaf pozuntuları

____________________________________

Kursun müddəti: 3 ay (2 ay nəzəriyyə, 1 ay praktika, həftədə 1 dəfə 3 ssat olmaqla)

Saat: 12:00-15:00

ÖDƏNİŞLİDİR!

 

Go Back

20 nəticə göstərilir