Düşüncə Jurnalı

header photo

Psixologiya Elmi-Tədqiqat İnstitutu yeni təlimi təqdim edir- Özünüdərk və Etnopsixologiya

Psixologiya Elmi-Tədqiqat İnstitutu “Nəzəri və Eksperimental Psixologiya Şöbəsi”  10 noyabr tarixində Psixologiya elmlər doktoru, professor Ramiz Əliyevin təqdimatında “ÖZÜNÜDƏRK VƏ ETNOPSİXOLOGİYA” təlimini təqdim edir.

Təlim saat 12 də başlayacaq və 3 saat müddətində davam edəcəkdir!

İştirak ödənişsizdir, öncədən qeydiyyat mütləqdir!

Təlimdə yalnız qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər! Qeydiyyat üçün aşağıdakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir.

Qeydiyyat üçün: 070 268 27 08

Psixologiya elmlər doktoru, professor Ramiz Əliyev haqqında ətraflı məlumat:

Qısa bioqrafik məlumat:

09 noyabr 1954-cü ildə Azərbaycan Respublikası, Gədəbəy , Arısu kəndində anadan olmuşdur. 1970-ci ildə Gədəbəy rayonu, Miskinli kənd orta məktəbini bitirib. Ailəlidir iki oğlu var. 2006-cı ildən əməkdar müəllim fəxri adı almışdır.

Təhsili:

Ali təhsillidir. 1975-ci ildə APXDI-ni ingilis dili müəllimi ixtisası üzrə bitirib. 1978-ci ildə psixologiya üzrə əyani aspiranturaya daxil olmuş, 1985-ci ildə Kiyev şəhərində namizədlik, 2004-cü ildə BDU-da doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə professor elmi adı almışdır.

 

Əmək fəaliyyəti :

1983-2001-ci illərdə ETPEI-də elmi işçi, aparıcı elmi işçi;

2001-2013-cü illərdə Təhsil Problemləri Institutunda şöbə müdiri;

2013-cü ildən hal-hazıradək  Azərbaycan Dövlət  Pedaqoji Universiteti  Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində çalışır;

Tədris etdiyi dərslər:

-Eksperimental psixologiya

-Təhsildə sosial-psixoloji xidmət

-Test nəzəriyyəsi

-İstedadlı uşaqlara psixoloji xidmət konsepsiyası

Elmi fəaliyyəti:

10 elmi monoqrafiya, 3 dərs vəsaiti, 1 dərslik, , 9 proqram,   163-dən artıq məqalə,  tezisin, 7 metodik vəsait müəllifidir.

  1. Şəxsiyyət və onun  formalaşmasının etnopsixoloji əsasları (2000);
  2. Psixologiya tarixi (2006);
  3. Tərbiyə psixologiyası (2006);
  4. Etnopsixologiya : qloballaşma və millilik (2007);
  5. Mentalitet (2009);
  6. Praktik psixologiya məsələləri (2011);
  7. Mühit. Ideologiya. Şəxsiyyət (2015) və s. əsərləri göstərmək olar.

 

 

Go Back

Sorğu göndər