Düşüncə Jurnalı

header photo

Heç Gözləmədiyiniz Anda Bu Xəstəliyə Tutula Bilərsiniz: MS XƏSTƏLİYİ

MS (dağınıq skleroz) xəstəliyi və  xəstələrin psixologiyası

Bir MS xəstəsi, MS'i bu örnəklə ifadə edir:"Elektrik kabellərini düşünün.Tellərin üzəri, izolyasiyanı təmin edən plastiklə örtülüdür.Müəyyən səbəbdən kabellərin üzərindəki plastik qopur və ya bəzən açılır.Bu vəziyyətdə açıq tellər bir-birinə dəyir və elektrik qapanması olur.İnsan bədənində da minlərlə kilometr sinir var və bu sinirlərin üzəri mielin deyilən yağlı bir maddə ilə örtülüdür. MS`də bu mielin bəzən yox olur və bədəndə sanki elektrik qapanması yaranır. "

MS xəstəliyi,digər bir adı ilə multiple (dağınıq) skleroz,beyin və onurğa iliyi (mərkəzi sinir sistemi) xəstəliyidir.Bu xəstəliyə multiple skleroz deyilməsinin səbəbi xəstəliyin beyin və onurğanın bir çox yerində sərtləşmiş toxumalar meydana gətirməsidir.Mərkəzi sinir sistemi sinirlər boyunca bədənimizin müxtəlif yerlərində elektrik siqnalları göndərən bir telefon stansiyası kimidir.Bu siqnallar şüurlu və şüursuz bütün hərəkətlərimizi idarə edir.MS xəstəliyi də bu siqnalların düzgün bir şəkildə çatdırılmasını pozur.Sağlam sinir liflərinin çoxu siqnalların çatdırılmasını asanlaşdıran mielin deyilən yağlı bir maddə ilə əhatə olunmuşdur.Bu toxuma sinir liflərinin elektrik siqnallarını çatdırmasına kömək edir.MS xəstəliyində mielin parçalanır və mielinin yeri sərtləşmiş toxumalarla əvəz olunur.Beləcə siqnalın keçidi maneə törədir və ya ilişir.Nəticədə bədən funksiyaları nəzarət olunmur,çünki siqnallar səhv yerə getdiyi üçün lazım olduğu şəkildə göndərilə bilmir.

MS xəstəliyi tibb baxımından hələ də qeyri-müəyyənliklə zəngin olsa da xəstələrin psixologiyasını da yaxşı dəyərləndirmək lazımdır.Hər xəstə həm xəstəliyinin vəziyyətiylə,həm də fərdi davranışlarıyla doğru olaraq fərqli reaksiyalar verir,fərqli şəkildə təsirlənir.

Xəstələr, ilk öncə xəstəliyi imtina, üsyan və qəzəb reaksiyaları verirlər. Bunu xəstələrin davranışlarında da müşahidə etmək mümkündür.Daha sonra qəbul etmə və narahatlıq vəziyyəti ortaya çıxır."İndi nə olacaq?başıma nələr gələcək?yaxınlarım,yoldaşım dostum eşitsə nə olar?xəstəliyim irəliləsə mənə necə davranarlar?tək qalaram?" kimi bir çox suallar ortaya çıxır və bu sualların cavabları da çox zaman  mənfi xarakter daşıyır.Xəstələrin bir çoxu xəstəliyini öyrəndikdən sonra diqqətə çarpan reaksiyalar verirlər. Bunları müəyyən mərhələlərdə ifadə etmək olar:

1.Şok mərhələsi - MS diaqnozunu öyrəndikdə həm xəstəliyə aid məlumatsızlıq,həm də qeyri-müəyyənlik səbəbiylə yaşanan şok vəziyyəti

2.İnkar mərhələsi - Xəstəliyi qəbul etməmək,"yanlış diaqnoz qoyulmuşdur" gözləntisinin ortaya çıxdığı mərhələ

3.Qəzəb mərhələsi - "Niyə mən,bu xəstəlik niyə məni tapdı" şəklində sorğulamaların edildiyi və başına gələnlərə dair qəzəb hiss etdiyi mərhələ

4.Pozitiv düşünmə mərhələsi - "Həkimə gedib yoxlansam,dərmanları nizamlı istifadə etsəm mütləq sağalaram və bir daha xəstələnmərəm.Olmamalıyam.Bu mənim başıma gəldisə,mütləq qurtuluş yolu var" düşüncələriylə xəstəliyə və ətrafdakılara qarşı pozitiv düşünmə mərhələsi

5.Depressiya və anksiyetə mərhələsi - "Hər şey mənfiyə doğru dəyişəcək,bu xəstəliklə necə mübarizə aparacam,uşaqlarım var,onlara kim baxacaq" narahatlığı ilə gələcəyə yönəlik neqativ narahatlıqların və buna bağlı depressiyanın ortaya çıxdığı mərhələ

6.Qəbul etmə və mübarizə aparma mərhələsi  - Xəstələrin köməyə açıq və şüurlu olduqları dövrdür. Artıq xəstəliklərini tanıyır və xəstəliklərini yaşamağa qarşı olan maneə kimi dəyərləndirmirlər.Qəbul ediblər.Terapiya ilə məşğul olan həkimlərin təkliflərini diqqətlə tətbiq edir,mübarizə aparır,digər xəstələrə kömək etməyə çalışırlar.Hətta xəstəliklərinə baxmayaraq həyata bağlanır və əldə etdikləri müvəffəqiyyətləri digər insanlarla paylaşmaqdan zövq alırlar.

Hər xəstənin bu mərhələləri keçirmək və son mərhələ olan qəbul etmə və mübarizə mərhələsinə çatma müddəti fərqlidir.Bu prosesi sürətləndirmək və qarşılaşacaq problemlərlə daha asan mübarizə etmək üçün psixoloji dəstək çox əhəmiyyətlidir.

MS xəstələrinin bilmələri lazım olan ən əhəmiyyətli şey, psixoloji və fiziki olaraq bu xəstəliyi necə idarə edəcəkləridir.Bu da ancaq mütəxəssis bir qrupun təqibində olan prosesdir.Doğru insanlardan doğru məlumatları əldə etmək,xəstəliyin ataklarını tanımaq və bu atakları ən yaxşı şəkildə idarə etmək,həkimlərin təklifiylə tibbi müalicəni təşkil edərək təqib etmək kimi bir çox baxımdan doğru addımlar atıldıqda MS'in təsirlərini mümkün qədər asan keçirmək mümkündür.

MS xəstələrinə:

Bu xəstəliklə ilk qarşılaşdığınızda keçirdiyiniz narahatlıq,qorxu hissi və bu kimi müşahidə edilən bir çox hallar təbiidir.Çünki o ana qədər bəlkə də adını belə eşitmədiyiniz bir xəstəliyə tutulduğunuzu və bunun ömür boyu davam edəcəyini öyrənirsiniz.Bu xəstəliyə qarşı necə bir duyğu inkişaf etdirməniz üçün qəti qaydalar yoxdur və kimsə sizin nə hiss edəcəyinizi,necə qarşılayacağınızı təyin edə bilməz.Xəstəliyə qarşı reaksiyanız tamamilə sizin hadisəni qavrama formanızdan asılıdır.

Bəzi MS xəstələri bu xəstəliyə tutulmanın öz cinayətləri olduğunu,özlərinə yaxşı baxmadıqları üçün başlarına gəldiyini düşünə bilərlər və ya cəzalandırıldığına inanan xəstə sayı da çoxdur.Halbuki gerçək bunların heç birisi deyil və başınıza gələn xəstəlik eynilə digər xəstəliklər kimi bir vəziyyətdir və sizin günahınız deyil.

Xəstəliyinizi başqalarına söyləmək və ya söyləməmək tamamilə sizin ixtiyarınızdadır.Bu sizə aid bir məlumatdır və lazım olmadıqca başqaları ilə bölüşmək istəməyə bilərsiniz.Bu son dərəcə təbii bir vəziyyətdir.Ancaq xatırlatmaqda fayda var ki;sevinclər paylaşıldıqca çoxalar,kədərlər paylaşıldıqca azalar.Zaman-zaman MS xəstələriylə bir araya gəlmək,onların bu səfərdə necə yol aldıqlarını müşahidə etmək, təcrübə toplamaq və mübarizə üsullarını onlardan dinləmək tək olmadığınıza imkan verir. Həyatınızda yeri olan insanlar,yaxınlarınız xəstəliyinizin bilərsə sizə necə kömək ola biləcəkləri mövzusunda onları məlumatlandırsanız köməyə ehtiyacınız olduqda doğru istiqamət göstərə bilər və gərəksiz suallarla ya da narahatlıqlarla sizi qəzəbləndirməzlər.

Hər kəs sizi anlamaya bilər,bu da təbiidir.Onları günahlandırmaq və ya hirslənmək haqsızlıq olar.Çünki sizi anlamaları da sizin onlara xəstəliyinizin doğru anlatmanızla əlaqədardır.Vəziyyətinizi saxlayaraq,sizi anlamalarını gözləyin.

MS xəstəliyinə adaptasiya olmağınız zaman ala bilər,təbiidir və tələsməyə ehtiyac yoxdur.Özünüzə bir az zaman tanıyın.Xəstəliyin gedişatı ilə əlaqədar fiziki problemlər mövzusunda həkimlər sizi məlumatlandıracaq və müalicənizi aparacaq.Siz həyatınıza davam edə bilər,sosial həyatınızı davam etdirə bilərsiniz.Hətta bu xəstəliyə tutulduqdan sonra bir çox MS xəstəsi həyatı yaxşı yaşamağa başladıqlarını ifadə edib.Siz də sevdiyiniz mövzuları həyatınıza daxil edə və hər anınızın dadını çıxararaq yaşamağa davam edə bilərsiniz.

 

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

Go Back

Sorğu göndər