Massaçusets Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən "Neumitra" və "Affectiva" startaplarının hazırladığı ələ taxılan datçiklər stressin müalicəsində yardımçı olacaq. Cihaz öz sahibinə fizioloji dəyişikliklər (məsələn, bədən temperaturun yüksəlməsi ) barədə məlumat verir.
Alqoritmlər toplanılmış məlumatları strukturlaşdıraraq narahat vəziyyəti doğuran səbəbi aşkar etməyə imkan verəcək. Kiçik ekrana malik datçiklər qayış vasitəsilə biləyə bərkidilir.
Tədqiqatçıların qarşısında çətin tapşırıq qoyulub: onlar fiziologiyaya təsir edən stress hadisələrini müəyyənləşdirməlidir. Datçikin qiyməti 2 min dollardır, lakin 1-2 ildən sonra istehlakçılar üçün daha ucuz model istehsal edilə bilər.