Düşüncə Jurnalı

header photo

Ş- Yuxu Yozumları

ŞAMPİNYON GÖBƏLƏYİ: Vəzifə yüksəlişinə işarədir.

ŞƏHƏR: Yuxuda özünü naməlum şəhərdə görmək o deməkdir ki, qəmli bir hadisə sizi öz işinizi, həyat tərzinizi və hətta yaşayış yerinizi dəyişməyə səbəb olacaq.

İnsan yuxuda öz şəhərinin giriş qapısını görübsə, şəhərə daxil olur və ya çıxırsa, həyatda nə etsə də istədiyinə nail ola bilməyəcək.

ŞƏLALƏ: Yuxuda şəlalə görmək yaxşı əlamətdir, tale arzularınızın həyata keçməsində üzünüzə güləcək.

ŞAR: Yuxuda Yerə doğru yaxınlaşan alovlu kürə görmək – gələcəkdə planetimizi dağıdacaq böyük meteroit təhlükəsinə işarədir. Belə yuxu bədbəxtlik əlamətidir. Yuxuda Yer kürəsi görmüsünüzsə, bu yuxu planetinizin real təhlükə altında olduğuna işarədir.Bu təhlükə kənardan deyil, məhz insanların özlərindən gələcək. Məsələ ondadır ki, planetin sakinləri zərif ulduzun üzərində yaşadıqlarını tamamilə unudublar. Hər bir konkret ölkə, hətta hər bir insana elə gəlir ki, o digərlərindən güclüdür və onların ən başlıca istəyi bütün dünyaya öz varlıqlarını silah və zorakılıqla göstərməkdir. Yuxuda Yerə yaxınlaşan iri, tünd kerə görmək – planetimizi ekoloji böhran gözlədiyinə və onun müxtəlif zavodlar tərəfindən atılan tullantılar hesabına yaranacağına işarədir. Elə bir zaman gələcək ki, Yerə boz bulud düşəcək və insanlar hava çatışmazlığından əziyyət çəkəcəklər. Yuxuda yerin üzərində parlayan kürə görmüsünüzsə, belə yuxu Yerə digər planetlərdəncanlı varlıqların gələcəyinə və onların planetimizin insanları ilə əlaqə yaradaraq çoxlu maraqlı məlumatlar verəcəyinə işarədir. Belə yuxunu görən insan gələcəkdə onu qorxuya salan, o vaxta kimi ona məlum olmayan hadisə ilə qarşılaşacaq. Yuxuda odlu kürədən qaçmaq – qorxulu müharibədən xəbər verir.Bu yuxunu görən insan üçün müharibədə böyük itkilər verəcəyinə və bu dəhşətli vuruşmada fəal iştirak edəcəyinə işarədir.

ŞLYAPA: Papaq, şlyapalar nadir hallarda yozma planında xüsusi maraq daşıyır.Bir qayda olaraq, yuxuda güc və hakimiyyətin davaml hesab olunur. Qarşımızdakı şlyapasını çıxarıbsa – bu qarşıdurmaya dəvətdir. Şlyapanı kiməsə vermək –sevgi hisslərini ifadə etməkdir. Yuxuda şlyapa həmçinin keçəllışməyə işarə ola bilər.Bir çox hallarda şlyapa bir hadisəni sadəcə xatırlama əlaməti ola bilər.Məsələn, peşəkar komandaların idman yarışları və.s

ŞABALID: 

Yuxuda əlinizdə şabalıd tutmusunuzsa, bu, işlərinizdə zərərə, həyatda isə yaxşı həyat yoldaşına işarədir. Əgər şabalıd gələcək kədər əlamətidirsə, son nəticədə o kədəri xoşbəxtlik əvəz edəcək. Gənc qadın yuxuda şabalıd yeyirsə və yaxud onunla fala baxırsa, bu varlı pərəstişkar və yaxşı səhhətə işarədir.

ŞAFTALI: 

Yuxuda şaftalı yeyirsinizsə və yaxud ona baxırsınızsa, bu, uşaqların xəstəliyi, biznesdə gəlirlə bağlı məyusluğa işarədir. Əgər ağacda şaftalı görsəniz – istədiyiniz mövqeyi qazanacaqsınız. Bir çox səylər və sağlamlığınızı və pulunuzu riskə atmaqla işləriniz yolunda gedəcək. Yuxuda şaftalı qurusu görmək düşmənlərinizin sizi ötüb keçəcəyinə işarədir. Gənc qadın yuxuda gözəl ətirli şaftalılar görübsə, bu onun cazibəsi və ağlı sayəsində varlı və ağıllı bir insana ərə gedəcəyinə işarədir. Dərdiyi şaftalılar yaşıl və bərkdirsə, o, qohumlarının qəddarlığı və gözəlliyini əlindən alan xəstəliklə üzləşəcək.

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.