Düşüncə Jurnalı

header photo

V- Yuxu Yozumları

VADİ, DƏRƏ: Yuxuda gözəl, yaşıl dərədə gəzmək işlərin uğurlu gedəcəyinə işarədir. Sevgililər üçün bu yuxu həmrəylik rəmzidir. Darıxdırıcı bir vadidə gəzmək hər şeyin pisləşəcəyinə işarədir. Bataqlıq xəstəliyə işarədir.

VAHƏ: Düşünmədiyiniz hərəkətləri edirsiniz. Vahə- məhsuldarlıq və bolluq əlamətidir. Buz kütlələri arasında vahə görmək – bu şimalda həyat tərzinin yaxşılaşacağına işarədir. Bolluq, firavanlığın dekabrdan fevrala qədər olacaq.Vahədə çoxlu müxtəlif vəhşi heyvanlar görmək o deməkdir ki, zəngin təbii ehtiyatlara malik olan cənub ölkələrindən biri bir sıra inkişaf etmiş ölkələrin maraq obyektinə çevriləcək. Vahənin üzərində boz buludlar görmək o deməkdir ki, Yer günəş ətrafında tam dövrünü başa çatdıracaq. Vahə axtaran hərbçilər görmək – xeyirdən çox ziyan gətirən torpaq resurslarından istifadəyə yeni vergilər qoyulacaq.

VAMPİR: Yuxuda vampir görmək dəhşətli olaylardan, çoxlu əzab və qan gətirəcək fəlakətli hadisələrdən xəbər verir. Vampirin sizə hücum etməsi sizi taleyin ağır zərbəsinin göpzləməsi deməkdir, ola bilsin ki, sizə yaxın və əziz olan adamı itirəsiniz. Vampirə çevrildiyinizi görmək ehtiyatlı olmamanız və ya həddindən artıq özünüzə qürrələnməyiniz üzündən həyatınızı təhlükəyə atacaq, bundan yalnız möcüzə nəticəsində xilas ola biləcəksiniz. Qan içən vampir görməkdoğma adamın uzun və əzablı xəstəliyidir.

VANNA: Gənc adam yuxuda vanna qəbul edirsə, bu onun sevgilisi haqqında ürəyində keçirdiyi həyəcanlar və onun xoş rəftarını itirmək qorxusu deməkdir. Hamilə qadın üçün belə yuxu mümkün bədbəxt hadisədən xəbər verir, evli adam üçün etibarsızlıq, inamsızlıq əlamətidir. Əgər kimləsə yuyunmağa hazırlaşırsınızsa, siz həyatda pislik və şər atan insanlardan özünüzü qorumalısınız.Vannada çirkli su pis əlamətdir. Soyuq və təmiz su sevinc və yaxşı sağlamlıq əlamətidir. Ümumiyyətlə, belə yuxular ehtiyatlı olmaq, öz hərəkətləriniz haqqında düşünmək üçün xəbərdarlıq edir

VAZA: Yuxuda vaza görmək yaxşı əlamətdir.Ailə həyatında sizi xoş hadisələr gözləyir. Yuxuda hər hansı qabdan və yaxud fincandan su içmək sizə sevinc və gizli eşqin iztirablarını vəd edir. Sınıq vaza görmək tezliklə bədbəxt hadisə olacağına işarədir. Gənc qadına hədiyyə almaq (vaza) o deməkdir ki, o, ürəyində tutduğu arzusuna çatacaq.

Vaza yuxuda qəlbi rəmzi əks edirən qabdır. Yuxuda gözəl təmiz vaza görmək o deməkdir ki, sizi xoş təəssüsrat gözləyir, heç kim sizin rahatlığınızı poza bilməz, siz harmoniya tapa bilmisiniz və indi onu itirməmək vacibdir. Yuxuda vazanı sındırmaq çox pis əlamətdir, qəlb ağrısı və kədərdən xəbər verir, qəlbiniz kədər və qüssədən parçalanacq, lakin sizin nəyisə dəyişməyə gücünüz çatmayacq. İçərisində gül olan vaza özzünüz də bilmədən fəlakətə düşmüş adama yalnız onunla danışmaq və öz fikirlərinizi bölüşməklə kömək edəcəksiniz.

 

 

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.