Düşüncə Jurnalı

header photo

Yuxuda daş-qaş görmək nə deməkdir?

Yuxuda daş-qaş görmək yaxşı işarədir

Yuxuda daş-qaş görmək məmnunluq və zənginlik deməkdir. Özündə onları görmək şöhrətpərəstliyə işarədir. Başqalarında onu görmək siz və ya dostlarınızın qazanacağı şöhrətə işarədir.

Yuxuda daş - qaşla bəzənmiş paltar görmək nadir tapılan uğura işarədir. Əgər yuxuda daş - qaş sizə miras qalıbsa, bu, maddi vəziyyətinizin yaxşılaşacağını göstərir. Yuxuda sizə daş-qaş hədiyyə olunubsa, bu sizin hazırkı vəziyyətinizi təhlükə altında qoyur. Gənc qadın yuxuda daş-qaş hədiyyə alıbsa, onu arzuolunan evlilik gözləyir. Əgər qadın daşqaşını itiribsə, bu o deməkdir ki, o, çaşqınlığa salan insanlarla qarşılaşacaq. 

Daş-qaş tapmaq maraqlandığınız işlərdə tezliklə parlaq uğur əldə edəcəyinizdən xəbər verir. Onları almaq bir çox işlərdə, ürək məsələlərində böyük uğur vəd edir.

 

Go Back

Şərh yazmaq funksiyası bu məqalə üçün ləğv edildi.