Düşüncə Jurnalı

header photo

Ən yaxın dostuna aşiq olanlara 8 məsləhət

Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz. Sözsüz ki, burada söhbət oğlan və qız dostluğundan gedir. 

1. Onun nə düşündüyünü bilirsiniz
Onun düşüncələrini bildiyiniz üçün hər hansı mövzu haqqında fikirlərini öyrənməyə çalışmaq lazım deyil. Buna görə həddindən artıq analiz, bir-birini tanımağa istiqamətlənən cəhdlərə ehtiyac yoxdur.

2. Seks əyləncəli bir hal alır 
Bir-birinizə cinsi həyatınız daxil hər şeyi danışdığınız bir insanla sekslə məşğul olmağa başlayanda bunun gerçək olduğuna təəccüblənib gülə bilərsiniz. Sonra bir də görəcəksiniz ki, cinsi həyatınız mükəmməldir. 

3. Günün 25 saat olmasını istəyərsiniz 
Onunla artıq dostluğun tələb etdiyindən daha çox sevgili olmanın verdiyi üstünlükləri də paylaşmağa başlayacaqsınız. Dost olan zaman etmədiklərinizi və qaçırdığınız fürsətləri kompensasiya etmək istəyərkən, həyatınızdakı digər insanlara laqeyd yanaşmayın. 

4. Bir-birinizlə zarafat edə bilərsiniz 
Açıq zarafatlarınız bir-birinizin xətrinə dəyməyəcək. Uşaqlığınızdan qalma xatirələri, sizi utandıran halları danışacaq, zarafatlaşacaq və gülüşəcək çox şey var. 

5. «Birdən onu itirərəm» fikri 
Bu, adətən sevgilidən ayrılmaq deyil, həyatınızdakı ən vacib dostun da itirilməsi anlamına gəlir. Nəticədə, sevgililik bitdikdən sonra dostluq əlaqəniz də kəsiləcək. Problemləriniz varsa, bunu paylaşmaqdan, kömək almaqdan çəkinməyin. 

6. Təxmin etdiyinizdən daha çox dalaşa bilərsiniz
Nəticədə, o, sizin özünüzü necə hiss etdiyinizi, nə düşündüyünüzü söyləməkdən çəkinmədiyiniz bir insandır. Münasibətlərinizin romantik müstəviyə keçməsi bunun dəyişəcəyi mənasını vermir. Bundan başqa, ən yaxın dostunuz onsuz da sizin limitlərinizi bilir. Buna görə də mübahisələri öz düşüncənizdə çox da böyütməyin. 

7. Görünüşünüzə əhəmiyyət verməyə başlayırsınız 
O, əvvəllər sizi yüzlərlə dəfə ev geyimində, səliqəsiz formada görə bilər. Amma artıq onun gözündə necə göründüyünüzə əhəmiyyət verməyə başlayacaqsınız və detallara diqqət edəcəksiniz. 

8. Buna dəyər 
Ən yaxın dostunuza aşiq olmağın yaxşı bir hal olmadığını söyləyənləri dinləməyin. Əgər işlər yolunda getməsə, sevdiyiniz birini itirə bilərsiniz, amma heç kimlə qura bilmədiyiniz bir bağ da qura bilərsiniz. Gələcəkdə peşman olmaqdansa, sınayın.

kayzen.az

 

Go Back

Sorğu göndər