Düşüncə Jurnalı

header photo

Blog posts : "İNTİM HƏYAT"

Dünyada ən seksual qadının gözəllik sirri

 Maksim jurnalının "Dünyanın ən seksual 100 qadını" siyahısında birinci olan Kandis Svanepoel bütün dünyanın ən gündəmdə olan modellərindən biridir.

Alt geyim markası "Victoria's Secret"in modeli olan Svanepoel gözəlliyinin sirrini açıqlayıb. 

Gözəl model bədəninin bu cür gözəl formada qalmasını tək bir hərəkətlə əlaqələndirib - əyilmək. Məşhur model hər imkan olduğunda əyilərək gözəl bədən quruluşunu qoruduğunu deyib.

Şəkillərində hər zaman gözəl ayaqlarını önə çıxarmaqdan çəkinməyən 25 yaşlı model "Vogue" jurnalına verdiyi müsahibədə gözəl bədən quruluşunun sirrinin əyilmək olduğunu etiraf edib.

Eyni zamanda çox yüksək faktorlu günəş kremindən istifadə edərək və gündəlik həyatda makiyaj etməməyi üstün tutaraq dərisinin yeniliyini qoruyur.

ailem.az

 

Go Back

Qadın və kişiləri seksual edən amillər

Aparılan araşdırmalar zamanı kişi və qadınların həftədə təxminən 2 dəfə özlərini güvənli və güclü hiss etdikləri açıqlanıb.

 Hər iki cins üçün tətil, günəşli gün, deyilən təriflər, idman salonuna getmək, bir neçə dostlarla birlikdə olmaq özlərini cazibədar hesab etməkdə əhəmiyyətli rol oynayan 20 amilin sırasındadır.

 Cazibədarlıq və özünəgüvən hər 5 qadından biri üçün daxili gözəlliklə əlaqəli olduğu halda, kişilərin bu məsələdə nisbəti yüzdə 15 olub.

Ailem.az qadın və kişiləri seksual hiss etdirən səbəbləri təqdim edir.

 

Qadınlar üçün...

Yeni saç modeli

 

Günəşli hava

 

Dikdaban ayaqqabı geyinmək

 

Yeni bacarıq

 

Tətil sifariş etmək

 

Tüksüz ayaqlar

 

Dodaq nəmləndiricisi istifadə etmək

 

Parlaq dəri

 

Qara mini geyim

 

Marka ətir

 

 

Kişilər üçün...

Günəşli hava

 

Yeni təraş edilmiş üz

 

Yeni kostyum

 

Yeni fırçalanmış dişlər

 

Təraşdan sonra istifadə etdiyi gözəl qoxulu losyon

 

 İş yerində tərif edilmək

 

Yenicə kəsilmiş saç

 

Təmiz yataq dəstində yatmaq

 

Yeni bir şey bacarmaq

 

Görüş təklifinin qarşı tərəfdən qəbul edilməsi

ailem.az

 

Go Back

Pamela Anderson uşaqlıqda 2 dəfə zorlanıb

Məşhur aktrisa Pamela Anderson şok etiraf edib.

Ailem.az-ın xarici mətbuata istinadən xəbərinə görə, kanadalı aktrisa və model Pamela gəncliyi ilə bağılı şok açıqlamalar verib.

Pamela Anderson uşaqlığı boyunca cinsi istismara məruz qaldığını və 2 dəfə zorlandığını açıqlayıb.

O, 6-10 yaşları arasında dayəsinin cinsi istismarına məruz qaldığını, 12 yaşındaykən 25 yaşlı bir kişi tərəfindən zorlandığını açıqlayıb. Anderson həm də məktəbdə oxuyarkən sevgilisi və onun 6 dostu tərəfindən seksə məcbur edildiyini etiraf edib.

Onsuz da çətin bir həyat yaşayan anasını üzməmək üçün bu yaşadıqlarını ona deməyən Anderson heyvanlara olan sevgisinin onu ayaqda saxlayan yeganə şey olduğunu deyib.

 

Go Back

Ana olan qadınlar seks istəmir?

Nə qədər müddətdir seksdən uzaqlaşmısınız?" Qadınlara ünvanlanan bu sualın cavabları sizi çox təəccübləndirəcək.

"Family Circle" adlı xarici jurnal qadınlar arasında sorğu təşkil edib.

Spirtli içki istifadə etmələri, hamiləlikdən sonra çəkilərini necə atmaları və hətta hansı sıxlıqla sekslə məşğul olduqları ilə bağlı keçirilən sorğu maraqlı nəticələr ortaya qoyub.

Araşdırmaya görə...

Hər hansı yaşdakı anaların 32 faizi bir neçə il, 36 faizi bir neçə ay, 27 faizi bir neçə həftə və sadəcə 5 faizi bir neçə gün sekssiz yaşayır.

Evdə uşaq varkən, yaşı neçə olur olsun, cinsi həyatı əvvəlki kimi, öz tempində davam etməyin nə qədər çətin olduğunu bilsək də, həyat yoldaşı ilə sağlam və xoşbəxt bir münasibətin davam etməsi üçün seksin lazım olduğunu da unutmamalıyıq.

"Newsweek"ə görə, cütlüklərin sadəcə 15-20 faizi evliliklərini sekssiz davam etdirirlər. Sekssiz evlilik isə ildə 10 dəfədən az cinsəllik yaşamaq deməkdir.

Bir sözlə, kişilər evləndikləri insandan, münasibətlərindən getdikcə uzaqlaşır. Müasir cütlüklər həm iş həyatında, həm də ev işlərində aktiv olurlar və bu, onların cinsi həyatına mənfi təsir göstərir. Halbuki kişi nə qədər yorğun iş görsə də, həyat yoldaşını seks baxımından razı saldığı deyilir.

Bəs boşanma riski hansı hallarda aşağı düşür?

Aparılan araşdırmaya görə, kişi əgər ev işlərinin 40 faizini edirsə, ya da qadın evin maddi ehtiyacının 40 faizini ödəyirsə, onda boşanma riski aşağı olur.

Araşdırmaya qatılan və 20 ildir evli olan cütlük hər səhər seks üçün zəngli saat qurduqlarını deyiblər: "Hər səhər iki dəfə zəngli saat qururuq. Birinci zəng zamanı oyanaraq bir-birimizi qucaqlayır, öpüşür, yaxınlaşırıq. İkinci zəngli saat isə yataqdan qalxmağımız üçün qurulur. Beləliklə, hər səhər bir-birimizə vaxt ayırmış oluruq".

Seks üçün həyat yodaşınızla gün təyin edin. Həyat yoldaşınızla aranızda sözsüz razılaşma imzalayın və heç vaxt bir-birinizi rədd etməyin.

Bəzi qadınlar sadəcə kişilərin seksdən zövq aldıqlarını düşünürlər. Halbuki ən azından bir dəfə həmin hissləri zövqlə yaşasanız, bəlkə sonra həyat yoldaşınızdan daha istəkli olacaqsınız. 

ailem.az

 

Go Back

Tələbi ödənilməyən qadın xəyanət edir

Orqazmı olmayan və qarşısındakı kişinin aktivliyindən narazı qalan qadın kişi ilə müqayisədə 8% daha çox xəyanət edir

Münasibətdə tərəflərin bir-birinə xəyanət etmə səbəbləri əksər hallarda eyni olur. ABŞ-ın İndiana Universitetində mütəxəssislərin apardığı bir araşdırma nəticəsində məlum olub ki, qarşısındakı insanın onun cinsi tələblərini ödəmədiyini düşünüən qadın və kişi əksər hallarda xəyanət edir. Bu araşdırmada göstərilir ki, orqazmı olmayan və qarşısındakı kişinin aktivliyindən narazı qalan qadın kişi ilə müqayisədə 8% daha çox xəyanət edir. Bunun qarşılığında isə yataqda öz cinsi aktivliyindən narazı olan kişilərin 6%i öz qadınları ilə deyil, başqa qadınlarla intim münasibət yaşamaqda maraqlı olurlar.

Kristen Markın rəhbərlik etdiyi bu təcrübədə iştirak edən kişilərin yüzdə 23-ü, qadınların isə yüzdə 19-u həyat yoldaşlarının onları başqa biri ilə aldatdığını öyrəndikləri halda məmnuniyyətlə münasibətlərini bitirəcəklərini bildiriblər. Bu araşdırmalara görə, kişilər qadınlara nisbətən daha asan yoldan çıxırlar. Kristen Markın bu barədəki fikirlərinə əsasən kişilər həyat yoldaşlarının evdə nə qədər vaxt keçirməsi, qadınlar isə ərlərinin üzərində tük axtarmaq əvəzinə bütün diqqətlərini yataq otaqlarına istiqamətləndirsələr, daha xoşbəxt yaşa bilərlər. (kishi.az)

 

Go Back

Yerkökü cinsi istəyi artırır

Tibbin inkişafı insanların daha rahat və sağlam yaşamasına xidmət edir. Son illər tibb sahəsində aparılan əsas araşdırmalar sırasında cinsi aktivliyin artırılması üçün görülən tədbirlər üstünlük təşkil edir. Harvard Universitetində aparılan növbəti araşdırmada isə alimlər hansı təbii qidaların insanlarda cinsi aktivliyi artırdığı məsələsinə diqqət yetirməyə çalışıblar.

Araşdırma zamanı belə məlum olub ki, sarı və narıncı rəngli meyvə-tərəvəzlər kişilərdə cinsi istəyi artırır. Bu baxımdan xüsusi əhəmiyyətli sayılan qidalardan ən birincisi isə yerköküdür.

Mütəxəssislərin apardığı bu araşdırma nəticəsində belə məlum olub ki, yerkökünə rəng verən karotenoid kimyəvi maddəsi digər meyvə-tərəvəzlərlə müqayisədə sperm istehsalını daha da artırır. Alimlər həmçinin, onu da qeyd ediblər ki, kökün tərkibində olan antioksidanlar DNT-yə zərər yetirə biləcək sərbəst radikalların qarşısını alır, onları təsirsizləşdirir.

Bu nəticəyə gəlmək üçün alimlər 200 gənc üzərində təcrübə keçiriblər. Təcrübədə iştirak edən kişilərə müxtəlif meyvə-tərəvəzlər yedizdirilib və hansı qidaların sperm istehsalına təsir etdiyinə diqqət çəkilib. Araşdırmaların nəticəsi belə deməyə əsas verib ki, sarı və narıncı rəngli qidalar xüsusən də kök bu baxımdan ən məqsədəuyğun qida növüdür. O kişilərdə spermanın hərəkət gücünü 8-10% artırır, ata olmaq şansını yüksəldir. (kishi.az)

 

Go Back

Öpüşün faydaları

Öpüşlə bağlı aparılan araşdırma zamanı iştirakçıların öpəcəkləri adamı əvvəl o qədər də qəşəng hesab etmədikləri, ancaq öpüşdən sonra onu cazibədar hesab etməyə başladıqları müəyyən olunub. Araşdırmaçılar qeyd ediblər ki, iki insanı bir-birinə bağlayan fərqli amillər olsa da, ilk öpüş əvəzedilməzdir.

Qadınlar üçün öpüşün əhəmiyyəti nədir?

Kişilər ayrılarkən cinsi həzz almaq üçün, qadınlar isə münasibətlərinin necə irəlilədiyini, gerçəkliyini və dəyərini anlamaq üçün öpüşürlər.

Kişilərin hansı öpüşlərdən xoşları gəlir?

Qadınlar, kişilərdən fərqli olaraq öpüş olmadan sevişmək belə istəmir və sevişməyi rədd edirlər. Ən qəribəsi isə kişilərin öpüşsüz seksə üstünlük vermələridir. Qadınlardan fərqli olaraq kişilər öpüşü yaxşı bacarmayan birilə də sevişə biləcəklərini ifadə ediblər. Kişilərin dildən istifadə edərək və dodaqları aralayaraq öpüşə başlamaqdan xoşları gəlir. Araşdırmaçılar bunu, kişilərin tüpürcəyində cinsi istəyi artıran testesteron hormonunun olmasıyla əlaqələndirirlər.

Ön sevişmə qadınlar üçün niyə əhəmiyyətlidir?

Cinsi həyat sağlam insan davranışının təbii parçasıdır, ancaq qadın və kişinin həm fiziki, həm ruhi baxımdan fərqli davrandığı bir sahədir. Kişilər qadınlardan fərqli olaraq, daha tez razı qalırlar. Ancaq qadınlar razı qalmaq üçün ön sevişmə deyilən duyğusal davranışlara ehtiyac duyar.

Buna görə öpüşmə cinsi yaşamın sağlamlığı üçün əvəzedilməzdir. Öpüşmək sadəcə dodaqların birləşməsi deyil, həm də duyğusal və erotik dərinliyi artırır. Öpüşmə və sığal ilə hər iki tərəf sevib-sevilməyi bir-birindən yenidən öyrənmiş olurlar.

Ailem.az

 

Go Back

7 blog posts