Düşüncə Jurnalı

header photo

Nəticə göstərilir : "Ailə psixologiyası"

Delfin Terapiyası

Xüsusi Qayğıya ehtiyacı olan şəxslərə ənənəvi metodlarla yanaşı qeyri-ənənəvi metodlardan istifadə edilərək də yardım göstərilir. Qeyri-ənənəvi metodlar dedikdə heyvan dəstəkli terapiyalar da nəzərdə tutulur.Heyvan dəstəkli terapiyalar ədəbiyyatlarda “Pet therapy “adı altında ümumiləşdirilir.Heyvan dəstəkli terapiyalar aşağıdakılardır:

-Hipoterapiya(atlarla terapiya)

-Delfino terapiya

-Konis terapiya(itlərlə terapiya)

-Cat therapy(pişiklərlə terapiya) və.s

İndi isə dünya təcrübəsində geniş istifadə olunan Delfino Terapiya haqqında danışaq.Terapiyanın əsasını xəstənın tibbi-psixoloji reabilitasiyası üçün hazırlanan sistem təşkil edir.Delfinlərin müalicə edici xüsusiyyəti uzun illər əvvəl məlum olmuşdur.80-ci illərdə ABŞ-ın Florida ştatında  Doctor Nathonson delfinlər və uşaqlarla işləməyə başladı.Kiçik Daun sindromlu uşaqla delfinlər arasında  təmas yaratdı və qısa zaman sonra uşağın davranışında xeyli irəliləyişlərin olduğunu gördü.Həmin vaxtdan bu günə qədər delfinlərlə terapiya haqqında bir çox araşdırmalar aparılır.

Delfinlər insan bədənində olan hər hansı uyğunsuzluğu,narahatlığı güclü hissiyat üzvləri sayəsində çox tez hiss edərlər.Delfinlərin beyinində olan boş bir sahədə yüksək titrəyişli səs dalğaları  istehsal olunur.Bu səs dalğalarını  delfinlər bir-biriylə əlaqə yaratmaqda,istiqamətlərini təyin etməkdə,qida tapmaqda və.s istifadə edirlər.Fizioloji olaraq biz bu ultra səsləri eşidə bilmirik,ancaq suyun dərinliyində olarkən yada digər istisna hallarda bu səsləri cuzi də olsa hiss etmək mümkündür.

Yüksək titrəyişli səs dalğalarının maddələrin içərisindən keçə bilmə xüsusiyyəti vardır.Eyni zamanda delfinlərin istehsal etdiyi bu səs insan vücudunun içindən də keçmə qabiliyyətinə malikdir.Bunun əsasında beyin rezonanslarına daxil olan səs dalğları beyinin işini yaxşılaşdıran biokimyəvi maddələri də stimullaşdırır.

Delfin terapiya əqli,psixi və fiziki problemləri olan şəxslərə reabilitasiya məqsədilə tədbiq olunur.Xüsusi təlim almış delfinlərlə insanlar qarşılıqlı təmasa girirlər.Bu terapiyada uşaqların daha əvvəllər qazanmadığı bacarıqlar tez bir zamanda özünü biruzə verir.Məsələn ilk gülümsəmə,göz kontaktı qurma,uzun müddət bir yerdə dayanıb delfinlərə baxma və.s .Delfinlərlə yarım saat üzmək uşağın xarici aləmə  marağını artırır,daxili dünyasına qapanılmanı  isə azaldır.

Delfino terapiya əsasən Daun Sindromu,Autizm,əqli gerilik,Psixi İnkişaf Ləngiməsi,USİ(Uşaq Serebral İflici) və digər sindromlar da tədbiq olunur.Delfino terapiya uşaqlara psixoji olaraq çox yaxşı təsir edir.Əvvəllər adi yüksək səsdən qorxan uşaqlar artıq çəkinmədən delfinlərlə təmasa girməyi bacarırlar.Beləliklə uşaqlarda həmdə özgüvən yaranır.Motorika,dəri hissiyatı üçün də ideal seçimdir.Delfino Terapiyadan sonra “Xoşbəxtlik Hormonu” adlanan Dopamin və Serotonimin miqdarında da artım müşahidə olunur.Bu hormonların stimullaşması isə uşağın daha şən,həvəsli olmasına kömək edir.Eyni zamanda araşdırmalar nəticəsində müəyyən olmuşdur ki,delfino terapiya zamanı sağ və sol beyində eyni anda artma qeyd olunur.Bundan başqa Alfa və Betta beyin spektrındakı aşağı beyin dalğalarında da yüksəlmə müşahidə olunub.

Davranış pozulmaları olan uşaqlar üçün də bu terapiya ideal seçimdir.Bu metodla uşaqlar düzgün olmayan davranışları azaldır,əvəzində isə yeni yararlı bacarıqlar qazanırlar.

Xüsusi qayğıya ehiyacı olan uşaqlarda öyrənmə bacarığı aşağı səviyyədədir.Amerikada autizm sindromlu uşaqla aparılan araşdırma sonrası məlum olub ki,uşağın normalda 6 ay,1 ilə öyrənəcəyi bilik və bacarıqları delfino terapiya ilə 2-3 aya öyrənməsi mümkündür.Əgər uşaq həm pedaqoji,həmdə loqopedik  yardım alarsa bu zaman terapiyanın nəticələri daha effektiv olur.

Təəssüf ki,ölkəmizdə delfino terapiya tədbiq ediləcək mərkəzlər fəaliyyət göstərmir.Lakin qonşu ölkələrdən Türkiyə bu sahədə illərin təcrübəsinə malikdir.

                               Nuray Lətifzadə

Go Back

PANİK ATAK

 

   Panik atak, başda panik pozuntu olmaq üzrə bir çox psixiatrik pozuntularda və bəzi fiziki xəstəliklərdə görülən sıx qorxu, qayğı,narahatlıq qarışığı bir narahatçılıqdır.Günümüzün dəyişən, həyat mühitlərində, həyat qayğılarının artması, maddi və mənəvi xaos ilə qeyri-müəyyənlik vəziyyətinin yaratdığı "heçlik duyğusu" nun çoxalması paralellik göstərən panik atak, bütün dünyada cəmiyyət sağlamlığını təhdid edər ölçüyə gəlmiş vəziyyətdədir."Psixoloji bir sindrom" olaraq təsvir edilməsinə qarşı, xəstə, əksəriyyətlə yaşadıqlarının həqiqətən fiziki qaynaqlı problemlər olduğunu amma kimsənin xəstəliyinin gerçək səbəbini tapa bilmədiyini düşünməkdədir. Həkimlərin xəstənin vəziyyətinə "psixoloji" diaqnozu qoymasının ardından, bu səfər də şüursuz xəstə yaxınlarının rəftarı xəstəyə zərər verməkdədir. Panik atağın əhəmiyyətsiz bir problem olduğunun düşünülməsi və adama "xəstəlik xəstəsi" yaraşdırmasının edilməsi çaxnaşma Ataklı xəstənin vəziyyətini çətinləşdirir. Özünü yalnız və çarəsiz hiss eden xəstə isə sonsuz caresizlik içinə girməkdədir.

       Xəstəliyin başlanğıc yaşı dəyişənlik göstərir. Uşaqlarda çox nadir ortaya çıxan xəstəliyin ilk ortaya çıxış illəri 18-25 yaş arasıdır. Xəstəlik 30-40′lı yaşlarda üzünü ciddi şəkildə göstərir. Panik atagın genetik olub olmadığı mövzusunda hər hansı bir tapıntıya rast gəlinməmişdir. Panik atak böhranı gəldiyində 5-45 dəqiqə davam etməkdə və şiddəti xəstədən xəstəyə dəyişməkdədir. Panik atak xəstənin həyat keyfiyyətini mənfi təsir edən bir xəstəlikdir. Böhranlar və ölüm qorxusu kimi səbəblərlə xəstə evdə tək başına qala bilməmə, tək başına çölə çıxamamak kimi mənfiliklərlə rastlaşır. Davamlı başına pis bir şey gələcəyi və heckimsenin ona kömək etməyəcəyinə qorxan bəzi xəstələr peşələrini ictimai həyatlarını buraxmaq məcburiyyətində qala bilirlər. Xəstə bəzən şüur altında yığdığı qorxularını sanki gerçəkmiş kimi görə bilər. Qorxuların və yaşananların ciddi alınmaması isə ailəvi əlaqələrin zədələnməsinə belə yol aça bilməkdədir. təcrid bir həyat yaşayan xəstələrin vəziyyəti isə ağırlaşmaktadır.

     Panik atak müalicəsindəki ən böyük problem xəstənin fiziki bir narahatlığı olduğuna inanması və bu səbəblə psixoloji dəstəyi gec axtarışıdır. Edilən araşdırmalar, çaxnaşma hücum diaqnozu qoyulan xəstələrin yüzdə yetmişinin xəstəliyin nə olduğunu tapmaq üçün ən az on həkimə getdiyini göstərir.Psixiatrlar və psixoloqlar tərəfindən müalicə edilən və dövr dövr dərman istifadə da tələb müalicə mərhələsində xəstənin həkiminə güvənməsi çox əhəmiyyətlidir.Güvən duyulan və rahat hissedilən bir mütəxəssisə gedilməsi müalicə müddətini tezləşdirəcək.Panik atağın bir psixoloji xəstəlik olduğu qavranmalı, buna görə müalicəyə davam edilməli psixoloquna güvənməlidir.

                            AFAQ SALAMZADƏ

Go Back

Autizm Zamanı Davranış Problemləri

Autizmli uşaqların əksəriyyətində müəyyən davranış pozulmaları özünü göstərir.Bu pozulmalar uşaqların təlim naliyyətlərinə,inkişafına mənfi təsir göstərir.Eyni zamanda özünə yada başqalarına qarşı zərər vurmaq vərdişi formalaşdırır.Əsasən məktəbə qədər dövrdə yada məktəb yaşı dövründə davranışlar daha çox aktivləşir.Əsasən 10 yaş civarında davranış pozulmaları stimullaşsa da  ümumilikdə bütün yaş dövrlərində rast gəlinə bilər.

Bəs davranış problemləri hansı fəsadlarla özünü göstərir?

-öyrənmə bacarıqlarının məhdudlaşması

-sosial çevrə ilə ünsiyyətin məhdudlaşması

-həmyaşıdları ilə münasibətlərin pozulması

Uşaqlarda davranış problemlərinin 1 çox səbəbi ola bilər.Əsasən uşağın psixoloji və bioloji vəziyyətilə bağlı davranış problemləri ortaya çıxır.Ancaq ümumilikdə davranış pozulmaları aşağıdakı səbəbdən baş verə bilər:

-diqqət çəkmək

-İstədikləri 1 şeyi əldə etmək üçün

-İnadçılıq duyğusu

-ailədaxili münasibətlər

-olduğu mühiti sevməməsi

-Sevmədiyi bir insanın və ya əşyanın  ətrafında olması

-yanlış rol model alması(ətrafında olan davranış pozuntulu şəxsin etdiklərini örnək alma)

-günlük rutinlərinin pozulması və.s

Davranış problemi olan uşaqlara ailələri tərəfindən çox həssas yanaşılmalıdır.Çünki valideynlərin bu mövzuda məlumatlı olması bu problemin aradan qaldırılmasında mühim rol oynayır.Davranış problemləri çox vaxt özünə və ya ətrafına zərər vurmaqla biruzə verir.Məsələn uşaq davamlı olaraq əllərini,barmağını dişləyir və ya başını divara vurur.Eyni zamanda dediklərimin eynisini digər şəxslərə qarşı edir.Bu hallarda uşaqlar çox aqressiv olurlar.Adi bir toxunuş belə onlarda vəziyyəti daha da ağırlaşdıra bilər.Yuxarıda qeyd etdiyim kimi davranış problemi  daha çox məktəbə hazırlıq yada məktəb dövründə stimullaşır.Buna səbəb uşağın həmin dövrdə yeni mühitə daxil olmasıdır.Ailə daxilində daim valideynləri tərəfindən qayğısı çəkilən uşaq üçün təlim dövrü dözülməz görülür.Bir misal göstərim.Autizmli 1 uşaq ilk dəfə təlim almaq üçün mərkəzlərdən birinə gətirilir.Psixoloji,loqopedik dərslər zamanı otağın abu-havası,orada olan əşyalar ona fərqli görünə bilər.Üstəlik təlimçi ondan  stulda oturaraq verilən tapşırıqları yerinə yetirməsini istədikdə vəziyyət daha da kəskinləşir.Uşaq stulu itələməyə çalışır,qələmləri sındırır,dəftərləri cırır,təlimçini vurmağa başlayır və.s

Autizmli uşaqlarda bu cür davranışların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var.Problemi tez bir zamanda həll etməyə çalışmaq uşaqda ailəsinə,valideynlərinə qarşı güvənsizlik,aqressiya hissi yarada bilər.Uşaqlar normalda düzgün olmayan davranışları hansısa səbəbə bağlı olaraq edirlər.Məsələn uşaq valideynlərinin diqqətini çəkmək üçün yüksək səslə qışqırıb ağlaya yada evdəki hansısa əşyanı sındıra bilərlər.Bu tip davranışlar diqqəti öz üzərini cəlb etmək üçün edilir.Belə hallarda davranışı azaltmaq üçün uşağa xoş dillə düzgün yol göstərmək lazımdır(çətində olsa).Təbii ki,hər 1 uşaq sevmədiyi bir şeyi etməmək üçün ağlaya,mızıldana bilər.Həmçinin autizmli uşaqlarda eyni davranışı göstərə bilərlər.Əgər bu tip davranışlar aşırı dərəcədə çox deyilsə nisbətən görməzdən gəlmək və yenədə uşağa uyğun dillə başa salmaq lazımdır.

Autizmli uşaqların evdə yada olduğu digər mühitdə sevmədiyi yüzlərlə fərqli vəziyyət ola bilər.Davranış problemlərini aradan qaldırmaq üçün valideynlər bu vəziyyətlərdən ibarət bir siyahı tərtib etməlidirlər.Və çalışdıqları qədər uşağı bu  vəziyyətlərdən uzaq tutmalıdırlar.Daha sonra bu vəziyyətlərin uşaqlarda yaratdığı davranış problemlərinə diqqət yetirmək lazımdır.İlk öncə uşağın özü və ətrafı üçün təhlükə yaradacaq davranışlar üzərində iş aparılmalıdır.

Davranış problemlərini aradan qaldırarmaq üçün “mükafatlandırma” üsulundan da istifadə etmək məqsədə uyğundur.Burada əsas məqsəd uşaqda uyğun olmayan davranışları minumum azaldıb faydalı davranışları artırmaqdır.Bu üsuldan istifadə edərkən uşağın sevdiyi şeylərdən yararlanmaq olar.Məsələn autizmli bir məşğələlərə getməmək üçün hər gün məşğələ saatı isterik davranışlar nümayiş etdirirdi:yüksək səslə bağırmaq özünü divara vurmaq vəs. Bu üsuldan istifadə edən zaman uşağa məşğələyə gedəcəyi halda qayıdarkən ona  sevdiyi bulku alacağımızı dedik.Bir müddət sonra uşaq heç bir hədiyyə gözləmən məşğələlərə getməyə başladı.Ancaq diqqət etmək lazımdır ki,bu üsul uşaqda alışqanlıq yaratmasın.

Davranış problemlərini aradan qaldırmaq üçün əsla və əsla Psixi(qorxutmaq) və ya Fiziki şiddət göstərmək olmaz(!).Çünki şiddətlə uşaq yalnız keçici vaxt ərzində davranışlarını məhdudlaşdırır.Ancaq şiddətin buraxdığı tramvanın izləri uşağın bütün həyatı boyu davam edir.Cəza üsulunundan yalnız mükafatlandırma ilə birgə istifadə etmək olar.Yəni uşağa hər hansı düzgün olmayan davranışı etməyəcəyi təqdirdə söz verdiyiniz mükafatı verməməklə cəza tədbiq edə bilərsiz.Ancaq bu vəziyyət uşağın psixoloji vəziyyətinə təsir edəcəksə bunu da uzun müddət etmək olmaz.

İstənilən halda uşağınızdakı davranış problemlərini aradan qaldırmaq üçün ən optimal yolu siz seçə bilərsiz.Çünki heç kim sizin qədər uşağınızı,onun sevdiklərini,sevmədiklərini,duyğularını  bilə bilməz..

                                     Nuray Lətifzadə

Go Back

Kəkələmənin psixoloji tərəfləri

Kəkələmə nədir?  Kəkələmə nitq aparatının əzələlərinin qıc olması nəticəsində nitq tempinin və ritminin pozulmasıdır. Təxminən 5 yaş və ondan biraz tez və ya gec yaşda (2-7 yaş arası) başlayır. Danışarkən hərflərin, hecaların təkrarlanması, tutulmaların olmasıdır. Məsəslən, sa...lam, i...nsan və s. Kəkələmənin 3 əsas növü vardır: klonik. Tonik və qarışıq (klonik və tonik kəkələmə bir yerdə). Klonik kəkələmə  hecaların uzadılması şəklində özünü göstərir. Tonik kəkələmə də isə tutulma olur. Xüsusiyyətlərinə görə isə damaq, qırtlaq, nəfəs və düşüncə kəkələməsi vardır. Ən ağır kəkələmə növü qarışıq kəkələmədir.Bəzən kəkələmə ilə pararlel tik, Toretto sindromu, zəka yaşının aşağı olması, diqqət əksikliyi  halları da müşahidə olunur.

Kəkələmənin yaranmasının çox səbəbləri vardır. Səbəblər içərisində fizioloji, psixoloji səbəbləri xüsusi ilə qeyd etmək lazımdır.Fizioloji səbəbə beyin yarımkürələr qabığının nitq mərkəzində paroksizimlər, dezorqanizasiya, qıcıq, kəkələmə ocağının olması, psixoloji səbələrə uşağın gərgin, sterssli  situasiyadan aldığı travma aiddir. Məsələn avtoritar , mükəmməliyyətci ailə modelinin hökm sürməsi və s.

Kəkələn uşaqlarda özgüvən əksikliyi, həyacan təşviş, stressə davamsızlıq  və bunardan yaranan digər problemlər olur.

Həyacan nədir? Bizim üçün əhəmiyyətli, vacib işlərdən əvvəl, işin  gedişi zamanı keçirdiyimiz hisslər: narahatlıq, mədəmizdə (bəzən də digər daxili orqanlarımızda )  “döyünmə” halının yaranmasıdır. İnsan həyacanlanan zamamn ona elə gəlir ki, bu saat onun  ürəyi “yerindən çıxacaq”. İnsan həyacanlananda  tənəffüs prosesi tezləşir, tər vəziləri fəaliyyətini sürətləndirir və s. kimi fizioloji proseslər baş verir.  Bəs həyacan təşviş nədir? Yuxarıda qeyd olunduğu kimi konkret hadisədən əvvəl və ya gedişi zamanı baş verirsə bu normal haldır, yəni situativ həyacandır. Lakin həyacan gündəlik olaraq, ən kiçik, xırda, vacib olmayan iş zamanı baş verirsə demək ki, bu həyacan təşvişdir.

Bəs necə olur ki, həyacanlama zamanı yuxarıdakl fizioloji göstəricilər  baş verir?  İlk öncə hər şey düşüncədən irəli gəlir. İnsan hadisənin və ya işin onun üçün çox vacib əhəmiyyətli olduğunu düşünür, özü üçün bu işi dramatikləşdirir, işi reallaşdıra bilməyəcəyini düşünür. Həmin vaxtı beyindən gələn əmrə əsasən böyrəküstü vəzdən adrenalin hormonu qana ifraz olunur. Adrenalin hormonu isə ürək əzələlərinə təsir edərək ürəyin işini  sürətləndirir. Qan –damar sistemi tənəffüs sistemi ilə  birbaşa əlaqəli olduğu üçün tənəffüs tezləşir və digər proseslər baş verir. Kəkələyən uşaqlarda həyacanın təşviş fonunda olmasının səbəbi onların öz güclərinə inanmamaları və bu halı dəfələrlə yaşayıb,problemi gözlərində böyütmələridir.

Kəkələyən uşaqlarda diafraqma döş boşluğuna doğru çox meyllidir və bununla əlaqədar ağciyərlərin  hava tutumu az olduğu üçün bu uşaqlar nəfəsini tənzimləyə bilmirlər.

Həmçinin daxili orqanların və həycan mərkəzi uzunsov beyində yerləşdiyi üçün bu uşaqlarda kəkələmə problemi yaşanır.

Kəkələmə nitq qüsüru  (neyroloqopedik) olduğu üçün həmin uşaqlar öz natamamlıqlarının fərqindədirlər. Ümumi olaraq bütün insanlarda  natamamlıq hissi olur və bu hiss insanı fəaliyyətə təhrik edir. Yəni natamamlıq hissi motiv rolunda çıxış edir. Bu zaman insan cəhd edir və bacardığını görür. Lakin kəkələn uşaqlarda bu cür cəhd olmur. Hər dəfə danışanda kəkələdikləri üçün özlərinə olan inamı yox olur. Nəticədə məğlub olduqlarını düşünürlər. Bu səbəbdən də onlar çəkingən, utancaq, insanlarla ünsiyyətə girməyən olurlar, yəni, özgüvən əksikliyi problemi yaşayırlar.

Kəkələyən uşalqar gərgin vəziyyətə düşdükdə kəkələmələri artır. Niyə? Bu uşaqlar öz güclərinə inanmadıqları üçün  çətin vəziyyətin öhdəsindən gəlməyəcəklərini düşünürlər və çıxış yolu tapmağa cəhd etmirlər. Nəticə də həyacanlanırlar, özünə nəzarəti itirirlər və kəkələyirlər. Bu hal bir deyil bir neçə dəfə təkrarlandığı üçün stressə davamsızlıq ortaya çıxır.

Kəkələmə problemi olan insanlarla kompleks iş aparılmalıdır. Nevropatoloq dərman müdaxiləsi ilə beyində olan fizioloji prosesi normal vəziyyətə gətirməlidir. Loqoped nəfəs və digər loqopedik təfələrini işləyir.  Psixoloq isə uşağın özgüvən əksikliyi, həyacan təşviş, stressə davamsızlıq problemləri üzərində işləməlidir.

 Hər şeydən əvvəl özgüvən əksikliyi aradan qalxmalıdır ki, uşağın özünə nəzarəti formalaşıb, çətin vəziyyətdə hayacanlanmasın və çıxış yolu tapsın. 

                                   Arzu Ələkbərova

                 NUPM Gəncə filialının  psixoloqu

Go Back

KAPGRAS SİNDROMU

 

Psixoloji xəstəliklər sırasında çox nadir eşitdiyimiz, ancaq Avropa ölkələrində həm psixiatrların, həm də klinik psixoloqların rastlaşdığı bir neçə qəribə sindrom var. Bunlardan ən tanınmışı və maraqlısı Kapgras sindorumudur.

       Kapgras sindromu olan şəxslər xüsusi ilə emosianal əlaqə qurduqları şəxslərə, əşyalara ya da heyvanlara qarşı yadlaşma hissinin olması ilə tanınırlar. Şəxslərin üzlərini xatırlamaqlarına baxmayaraq, onlarla bağlı duyğuları xatırlaya bilmirlər. Məhz bu səbəbdən Kapgras sindromu olan şəxslər  tanıdıqları birini gördükdə “Görəsən onun yerinə başqası keçib mi?” düşüncəsini yaşayırlar. Emosianal əlaqə qura bilmədiklərindən bu sindormu yaşayan şəxslər həmin tanıdıqları insanlrdan qaçmağa, onlarla ünsiyyəti məhdudlaşdırmağa və özlərini qorumaq üçün müxtəlif vasitələrə əl atmağa çalışırlar. Beyinlərində həmin şəxslərin onlara ziyan verə biləcəyini və ya onlardan istifadə edəcəyi düşüncəsini yaşayırlar. Sindorumu uzun müddət yaşayan şəxslərdə isə öz yaxınlarına qarşı aqressivləşmə, onlara qarşı müəyyən fiziki zərbənin yetirilməsi də müşahidə edilib. Xəstələr çıxılmaz olduğunu düşündükləri vəziyyətlərdə isə intihara da cəhd edə bilirlər.

     Beyinin təpə payında ( parietal lobe) hər hansı bir tarvmaya ya da şişə bağlı yaranan dəyişikliklər Kapgras Sindorumunun səbəblərindən biri olaraq bilinir. Beyinin həmin bölgəsi şəxslərin və ya digər canlıların tanınması, onların şəxs üçün hansı mənanı verməsi və onların oxşarlıqları arasında yaşanan duyğu fərqinin anlanmasına səbəb olan bölgədir. Məhz reallıq duyğusu bu şəkildə yaranır. Normal vəziyyətdə insanlar təkcə başqalarını, əşyaları yox, həm də öz mənliklərini, ya da bədənini bu bölgə sayəsində tanıyırlar.  Təpə payında yaranan hər hansı pozuntu zamanı travmanın dərinliyindən asılı olaraq sadalanana xüsusiyyətlərin hamısı ya da bir neçəsi deaktiv olduğundan, xəstələr bəzi vəziyyətlərdə öz bədənlərini hiss edə bilmirlər. Bədən üzvlərinin özlərinə aid olmamasını belə düşünə bilirlər. Bu isə ayrılıqda asomatognozi termini ilə ifadə olunur.

                                SALAMZADƏ AFAQ

Go Back

Ulrixa-Nunana Sindromu

Nunana sindromu vücudun fərqli yerlərində normal inkişafı ləngidən genetik bir patalogiyadır.Həm uşaqlarda həm də yetkinlərdə rast gəlinə bilər.Bu sindromdan əziyyət çəkən şəxslərdə müxtəlif qüsurlar ola bilər:özünəməxsus üz quruluşu,qısa boy,ürək qüsurları,digər fiziki problemlər və əqli gerilik.

Sindrom ilk dəfə olaraq 1883-cu ildə qalın boyun,qulaq qığırdağında anomaliya olan,saçının arxa hissəsində keçəllik olan 20 yaşında oğlan uşağında müəyyən edilmişdir.

Bu sindrom genetik mutasiya nəticəsində baş verir.Beləki embrional dövrdə valideynlərdən birindən aldığı kopya gen ümumi inkişafa təsir edir.Yəni genetik olaraq sindrom yaranır.Sindromdan əziyyət çəkən şəxsin gələcəkdə doğulacaq uşaqlarının patologiyaları olma  şansı 50%-dir.2006-ci ildə aparılan araşdırmalar nəticəsində bu sindromla bağlı 3 gen aşkar olunmuşdur:PTPN11(50%), KRAS(5%)və SOS1(10%).Xəstəliyin yaranmasında spontan mutasiya da qeyd edilir.

Ümumi olaraq genetik ürək xəstəlikləri,skelet qüsurları ilə müşayət olunurlar.

Əlamətləri

Üz quruluşu-şəxsin üz quruluşu kliniki diaqnoz üçün əsas meyarlardan hesab olunur.Lakin əlamətlər yaş səviyyəsinə görə dəyişə bilər.Məsələn 1 aydan kiçik körpə aşağı zillənmiş və geniş məsafəli gözlərə,sallanan qulaqlara,üst dodaqda dərin bir oyuqa sahib olur.Yaş artıqca qalın göz qapağı olan gözlərə və özünəməxsus quruluşu olan buruna sahib olarlar.Yeniyetməlik dövründə əsasən  üzdə ifadəsizlik,süstlük müşahidə olunur.

Ürək qüsurları-araşdırmalara görə Ulrixa-Nunana Sindromundan əziyyət çəkən şəxslərin 80%də anadan gəlmə ürək qüsurlarına rast gəlinir.Bu zaman uşaqları ilk öncə pediatirik kardioloqlara yönəltmək lazımdır.Bu uşaqlarda ən çox ürək əzələsinin qalınlaşması,başqa sözlə desək hipertrofik kardiyomiyopatiyaya rast gəlinir.30-40% şəxs bu qüsurdan əziyyət çəkir.Bunun nəticəsində  qeyri müəyyən səbəbdən ürəkdə böyümə və ya qalınlaşma prosesi gedir.

Əzələ-skelet problemləri-normalda bu sindromlu şəxslərdə çökək və ya qabarıq formada olan döş qəfəsi olur.Skeletin quruluşunda anomaliyalar,boyun sümuyunun qısa və qalın olması da xarakterin əlamətdir.

Görmə problemləri-bu şəxslərin xarakterik əlamətlərindən biridə məhz gözlə bağlıdır.Göz qapaqları ya normadan çox qalın yada çox nazik ola bilər.Beləki göz quruluşunda kənara çıxmalar müxtəlif görmə qüsurlarına səbəb olur.Əsasən astiqmatizma,miyopi,hipermetropi,nistagmus kimi göz xəstəliklərindən əziyyət çəkirlər.

Böyümə ilə bağlı problemlər-uşağın çəkisi normal hesab olunsa da çox vaxt qidalanma ilə bağlı problemlər yaşamış olurlar.Normal halda yetkinlik dövründə uşaqlarda böyümə prosesi sürətlənir.Lakin bu sindromlu şəxslərdə bu proses fərqli inkişaf edir.Skelet qüsurları ilə əlaqədar olaraq uşaqlarda böyümə 20 yaşdan sonra da davam edə bilər.

Klinik əlamətləri sırasına qanaxmaların olması,əllərdə və ayaqlarda şişkinlik,böyrək xəstəlikləri,cinsi problemlər(ən çox oğlanlarda) da daxildir.Bu uşaqların cild tonları da dəyişkən olur.Saçları çox vaxt ya qıvırcıq yada çox sərt ola bilər.

Pedaqoji cəhətdən nəzər yetirsək görərik ki,uşaqlarda əqli geriliyin yüngül forması(debil)müşahidə olunur.Yəni bu sindromlu şəxslərə mütləq şəkildə psixo-pedaqoq,loqoped,psixoloq nəzarəti lazımdır.Ancaq böyük əksəriyyətində intelektin səviyyəsi normaldır.Nitq qüsurlarının olması isə əsasən eşitmə qüsurları ilə bağlıdır.

Müalicəsi üçün əsasən tibbi müdaxilələr edilir.Məsələn uşaqlarda olan boy problemlərini aradan qaldırmaq üçün hormonal dərmanlar təyin olunur.Somatik qüsurlar üçündə bəzən cərrahi müdaxilələrdən istifadə olunur.

                        Nuray Lətifzadə     

Go Back

İPOXONDRİYA NƏDİR?

  “Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.

        Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.

       İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər.

Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi  ola bilər.

       Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.

       İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.

           SALAMZADƏ AFAQ

Go Back

MARTİN –BELL SİNDROMU

  Kövrək X-xromosomu sindromu – dominant, cinsiyyətlə-ilişikli keçən, zəif penetrantlığa malik xəstəlikdir. Kişilərdə bir X xromosomu olduğuna görə, əgər həmin xromosom mutant allel daşıyırsa xəstəlik üzə çıxır. Qadınlarda iki X xromosomu olduğuna görə, onların normal allel alma şansı iki dəfə artır. Mutant FMR1 geninə malik qadın xəstə də ola bilər, sağlam da. İkinci X xromosomunun rezerv kopya ola bilməsinə baxmayaraq, X inaktivasiya nəticəsində hər hüceyrədə yalnız bir X xromosom aktiv olur. Martin-Bell sindromlu kişi xəstəliyi yalnız qızlarına ötürə bilər. Qadınlar isə 50% ehtimalla xəstəliyi həm qızlarına, həm də oğlanlara verə bilər.

       Oğlanlar 3,5-4 kq. ağırlığında doğulurlar. Xəstəliyin müəyyən fenotipik əlamətləri var: hündür və geniş alın olan böyük baş, uzun sifət və çənə, üzün orta hissəsinin bir az yastılığı, burunun ucunun azca dimdiyəbənzər əyilməsi. Qulaqlar böyük və nisbətən aşağıda yerləşmiş olur. Əl və ayaq pəncələri, həmçinin distal falanqalar geniş, oynaqlar çox hərəkətliliyə malik olur. Əlamətlərin hamısının birlikdə olması vacib deyil – bir və ya bir neçəsi ola bilər. Nevroloji əlamətləri bütün digər kəmağıllı uşaqlardakı kimi olur. Sindromun əsas simptomu intellektual gerilik və özünəməxsus nitqdir. Belə xəstələr tez, qırıq danışır, mırıldanan nitqə malik olurlar. Həmçinin davranışlarda aqressivlik və hərəki tormozlanma kimi pozğunluqlar üzə çıxa bilər.

      Kövrək X-xromosomu sindromunun müalicəsi yoxdur, lakin gələcək tədqiqatların yeni terapiya imkanları yaradacağına ümid var. İndiki zamanda xəstəliyin simptomlarını koqnitiv-davranış terapiyası, xüsusi öyrətmə, dərman və lazım gələrsə fiziki qüsurların müalicəsi yolları ilə yüngülləşdirmək olar. Ailəsində kövrək X-xromosomu sindromu olan şəxslər hamiləlik planlaşdıran zaman genetik məsləhət almalıdırlar. Tədqiqat zamanı kövrəkliyi folat az olan mühitdə tapmaq mümkün olduğundan, belə uşaqları fol turşusu ilə müalicə etmək təklif olundu. Uşaqların müalicəsi yetkinlərə nisbətən daha effektivdir: aqressivlik itir, diqqət artır, hərəkət və nitq yaxşılaşır. Həmçinin, belə xəstələri psixostimulyatorlar ilə müalicə etməyi yoxlayırlar.

                               SALAMZADƏ AFAQ

Go Back

Hiperaktivlik zamanı İdmanın faydaları

Fiziki çalışmalar və idman uşağın inkişafında mühim rol oynayır.Stress,depresiya səviyyəsinin azalmasına,beyindəki funksiyaları inkişaf etdirməyə,hafizəni gücləndirmə və digər proseslərə saysız-hesabsız kömək edir.Davamlı edilən fiziki çalışmalar beyindəki dopamin,serotonim kimi maddələrin artmasına kömək edir.İdman uşağın yuxusunu normallaşdırır,diqqətini artırır və qidalanmada olan problemləri aradan qaldırır.

Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,davamlı edilən idman hiperaktiv uşaqlarda yalnızlıq,utancaqlıq,ümidsizlik,aqressivlik,hiperaktivlik kimi halların azalmasına səbəb olur.Hiperaktiv uşaqları hər hansı 1 idman növünə istiqamətləndirərkən,uşağın maraq dairəsini də nəzərə almaq lazımdır.Basketbol,futbol kimi hərəkətlilik tələb edən oyunlar daha yaxşı seçimdir.Uzun fasilələri olan idman növləri isə heç də yaxşı seçim deyil.Karate,Aykido kimi idman növləri displin və müəyyən rutin(planlama)tələb edir.Odur ki,bu cür idman növləri uşaqlarda həm  displin baxımından həmdə zehni inkişafını möhkəmləndirmək baxımından önəm daşıyır.Bu idman növləri ilə məşğul olarkən uşaq öz enerjisini idarə etməyi öyrənir.

Xüsusilə döyüş sənətlərinin hiperaktiv uşaqlar üzərində olan təsirindən danışmaq lazımdır.Məşhur həkim Dr.Matthew K.Morand New-Yorkdakı Hofstra Universitetində diplom işini müdafiə edərkən tədqiqat mövzusu olaraq “Hiperaktiv uşaqlarda döyüş idman növlərinin təsiri”-ni seçmişdir.Beləki o tədqiqat məqsədilə 2 qrup seçmişdir.Qruplardan 1-i 12 həftəlik döyüş sənətiylə məşğul olmuşdur.Sonra isə 2 qrup qarşılaşdırılmışdır.Araşdırmanın nəticəsinə görə döyüş sənəti proqramına qatılan uşaqlarda ev tapşırıqlarını vaxtında həll etmə,akademik performansda yüksəlmə,sinifdə qaydalara riayət etmək,sinifdə icazəsiz şəkildə yerindən durub başqa yerə keçmə kimi davranışlarda azalma qeyd olunmuşdur.Dr.Morand qeyd edirdi ki,döyüş sənəti idman növlərində meditasiya təsiri var.Eyni zamanda nəfəs almaya nəzarət,qrup üzvlərinə uyğunluq,müəyyən olunmuş əxlaqi və fəlsəfi prinsiplərin olması bu idman növünü digərlərindən fərqləndirir.Məsələn Aykido-nun fəlsəfəsində “özünə və dünyaya uyğun olmaq”,”sülh və sevgi” kimi nəzəriyyələr var.Sözsüz ki,bu prinsiplərin hiperaktiv uşaqların davranışında böyük təsirləri vardır.Müəyyən idman növündə 1 hərəkətin təkrar-təkrar edilməsi hiperaktiv uşaqların səbrli olmasına,müəyyən plana uyğun hərəkət etməsinə də kömək edir.

Bəzən ailələr döyüş idman növlərinin uşaqların davranışında mənfi təsirlər yaradacağından narahat olurlar.Fikirləşirlər ki,uşaqlar daha aqressiv və davakar ola bilər.Ancaq Dr.Morand bildirib ki,əksinə döyüş sənətində  fiziki gücdən istifadə son çarə olaraq öyrədilir.Burada onlara yalnız özünü müdafiə texnikalarını öyrədilir,fiziki güc tədbiq etməzdən əvvək digər prinsiplərdən istifadə məsləhət bilinir.

Ümumiyyətlə idman deyərkən gündəlik sadə idman hərəkətləri,velosiped sürmək,qaçış və.s nəzərdə tutulur.Bu sadaladıqlarımızdan istənilən birinin tədbiq edilməsi hiperaktiv uşaqların günlük yaşam şəraitini yaxşılaşdırmış olar.

 Tərcümə etdi: Nuray Lətifzadə

Go Back

Konis Terapiya-İtlərlə Terapiya

Uzun illərdir ki,heyvanlar insanların can yoldaşı,ən sadiq dostu olmuşdur.Ədəbiyyatlarda Pet Terapy, pet psixoterapiya,heyvan dəstəkli terapiya və.s kimi terminlər işlədilmişdir.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,heyvanlarla edilən terapiya insanın psixoloji,sosial və fiziki inkişafında böyük rol oynayır.

Xüsusilə ev heyvanları ilə edilən bu cür heyvan dəstəkli terapiyalar daha əlverişlidir.Konis terapiya,başqa sözlə desək itlərlə terpaiya 1944-cu ildən rəsmi şəkildə tədbiq olunmağa başlayıb.Fiziki,psixoloji,ruhsal və sosial problem yaşayan uşaqlarla edilən bu terapiyalarda böyük uğurlar qazanılmışdır.Terapiyalarda itlərin bədən istiliyindən,bio-ritmlərindən,tükləri ilə təmasdan və insanlar üzərindəki motivasiyaedici xüsusiyyətlərindən istifada olunur.İtlərlə olan terapiyanın faydalarına nəzər yetirək.

-Uşaqlarda empatiya qurmaq hissini formalaşdırır.Beləki uzun müddət itlərlə birlikdə olan uşaq artıq onların bədən dilini öyrənməyə başlayır və empati qurmağa başlayır.

-Özünə qapanıq olan,sosial unsiyyətə həvəs göstərməyən uşaqlar itlərin sayəsində daha xaricə meyilli olurlar.

-Özünə xidmət vərdişlərinin formalaşmağı üçün itlərlə terapiya ən əyləncəli üsuldur.Yemək yemə vərdişi formalaşmayan uşaqlarla aparilan konis terapiya daha böyük nailiyyətlər əldə edir.Beləki uşaqlar itlərə yemək,su verməklə tədricən özləridə yemək yemə,qidalanma vərdişinə yiyələnirlər.Eyni zamanda qaşıqdan istifadə etməyi öyrənir.Xırda dişli daraqla itlərin tüklərinin daranması uşaqları çox əyləndirir həmdə özünə xidmət bacarıqlarını inkişaf etdirir. Bu daha çox Daun Sindromlu,Autizmli uşaqlarda işə yarayır.

-Emosional sabitlik baxımından da işə yarayır.Beləki uşaqlar və itlər arasında olan səmimi dostluq onların daha çox xoşbəxt olması,özünü güvəndə hiss etməsinə şərait yaradır.

-İnsanlardan fərqli olaraq itləri insanın necə göründüyü,nə danışdığı maraqlandırmaz.Önyarğıları olmaz.Buda problemli uşaqlarda özgüvənin yaranması və özünü qəbullanma baxımından çox önəmlidir.

-Terapiyalarda itlərlə uşaqlar arasında,uşaqlarla terapistlər arasında,uşaq,terapist və ailələr arasında çox səmimi münasibət yaranır.Xüsusilə əvvəl sosiallaşmağa meyilli olmayan,ünsiyyətdən qaçan uşaqlarda ünsiyyətə meyillilik yaranır.Onlar itlərlə keçirdi xoş vaxtı öz ailələri,ətrafında olan insanlarla bölüşmək üçün can atarlar.

-İtlər Mental Stimulasiya baxımından da yardımçı olurlar.Uşaqlarda uzun müddətli və qısa müddətli hafizənin inkişaf etməsi,diqqətini toplaya bilmək bacarığı,ünsiyyət vərdişləri,yamsılama bacarıqları və digər proseslərdə irəliləyişlər müşahidə olunur.

-İtlərin insan üzərində ən çox faydalı olduğu sahələrdən biridə fiziki göstəriciləridirşTanıdığı heyvanla birlikdə olmaq insanlarda rahatlıq effekti yaradır.Bu baxımından edilən testlər yüksək qan dövranının və ürək döyüntülərinin normaya düşdüyünü göstərir.Eyni zamanda itlərlə təmas quraraq yuxuya gedən uşaqlarda bədən tonusunun normallaşdığı qeyd edilir.Taktil stimulasiya baxımından əllər və ayaqların itlər tərəfindən yalanması zaman tonus qaydaya düşür,üzvlərə nəzarət artır.Həmdə uşaq öz bədən üzvlərini uzun müddət hiss edə bilir.

-Uzun müddət ağır tibbi,pedaqoji müdaxilələrdən yorulan uşaqlar üçün itlərlə  terapiya 1 növ motivasiya artırıcı funksiya daşıyır.Müxtəlif əyləncəli oyunların oynanılması uşaqlarda hərəkət bacarıqlarını inkişaf etdirir.Əvvəl məcburən edilən hərəkətləri uşaqlar artıq sevə-sevə edirlər.Xırda və böyük matorikasının inkişafı üçün itlərlə müxtəlif oyunlar oynayır.

Ancaq bu terapiyanı tədbiq etməzdən əvvəl uşağın hər hansı 1 alerjik reaksiyasının olub-olmaması müəyyənləşməlidir.

                              Nuray Lətifzadə

Go Back

Gəzən cəsəd- Kotard sindromu

Kotard sindromu ilk dəfə 1880 ci ildə Fransız psixiatr Jules Cotardın onu “dèlire des nègations” adlandırması ilə təsvir olunub. Sindromun xarakterik əlamətləri nihilistik yanlışlıqdır. Tipik olaraq, xəstələr orqanlarını, qanını və ya bədən hissələrini itirdiklərinə, hətta ölü olduqlarına inanırlar. Bu nisbətən nadir sindrom olub,  depressiya, şizofreniya və ümumi vəziyyətlərdən qaynaqlanan psixiatrik pozuntusu olan xəstələrdə rast gəlinir və sızlıqla demans ilə əlaqələndirilir.

 Deluziya ( aldanma) nevroloji xəstəliklərdə psixozun əsas təzahürüdür. Kotard sindromu və digər spesifik məzmunlu deluziyalar nevroloji xəstəliklərdə, beynin orqanik zədələnmələrində, və travmatik beyin zədələrində müşahidə edilir.

Bu sindromlu insanlar bəzən ölü olduqlarını sübut etmək üçün intihara cəhd edirlər. Bu yönü ilə xəstəlik ətrafından çox insanın özü üçün ölümcül nəticələr yaradır. Depressiya və intihara meyilli sindromu olan xəstə, ümumiyyətlə öldüyünü və gəzn bir cəsəd olduğunu düşünür. Bu xəyal xəstənin öz çürümüş ətlərinin qoxusunu alması, və bədnində qurdların gəzdiyini iddia etmə dərəcəsinə qədər uzanır.

Olduqca az rast gəlinən sindrom 2008 ci ildə 53 yaşında Filippinli bir qadında görüldü. Ölü olduğunu iddia edən qadın ailəsindən morqa aparılmasımı istəmişdi. “ Gəzən cəsəd sindromu” xəstələrinə dərman bə beynə elektrik şoku verməklə müalicə tətbiq olunur. Xəstəlik hələ yeni olduğu üçün dəqiqləşdirilmiş bir müalicə üsulu yoxdur.

Qadınlarda daha çox rast gəlinən xəstəliyin ortalama başlanğıc yaşı 52-dir. Nadir hallarda isə yeniyetməlik dövründə də rast gəlinir .

    Tərcümə etdi: Firuzə Qənizadə

Go Back

Prenatal Stressin körpəyə təsirləri

Qadınların bir çoxu hamiləlik müddətində siqaret, spirtli içkilər və narkotikanın körpənin inkişafına mənfi təsir etdiyinin fərqindədir. Lakin, onlar bilmirlər ki, bununla yanaşı hamiləlikdə yaşanan stress də dölün inkişafında diqqətə çarpacaq nəticələrə yol aça bilən bir risk faktorudur. Yəni hamiləlik müddətində yaşanılan stress, körpənin inkişafı, immunitet sisteminin funksiyası və onun koqnitiv inkişafı üzərində qalıcı təsirə malikdir.

Hamiləlik dövründə stresli hallara məruz qalmış döldə həm koqnitiv, həm davranış baxımından, həm də fiziki inkişafında müəyyən geriləmələr yaranır.

Prenatal stressin idrak və qavramaya təsiri:

Araşdırmalar göstərir ki, prenatal stress, uşaqların idrak- qavramalarına və ya koqnitiv bacarıqlarına təsir göstərərək intellektual cəhətdən və dil, nitq qabiliyyətlərində geriləmələri üzə çıxardır.

Prenatal stressin davranışa təsiri:

Prenatal stressin uşaqların davranışlarına təsir etdiyinə dair tutarlı sübutlar müvcuddur. Belə ki, stressə məruz qalan körpə, inkişafının sonrakı mərhələlərində diqqətini cəmləməkdə çətinlik çəkər, və ailədaxili və ya həmyaşıdları arasında aqressiv davranışlar sərgiləyər.

Mütəxəssislərin fikrincə, stressin hamiləliyin 12-22 ci həftələrində yaşanması halında təsirlənmənin daha çox olacağı düşünülür. Nəticədə, uşağın 3-5 yaş dövründə əqli gerilik, diqqət defisiti, nitq qabiliyyətinin olmaması və ya nitqin gecikməsi, hiperaktivlik, depresiya, həyəcan-təşviş pozuntularının yaranma ehtimalı artır.

                                Firuzə Qənizadə

Go Back

Uşaq Serebral İflici Zamanı Rast Gəlinən Digər Problemlər

Xüsusi Pedaqogikanın əsas kateqoriyalarından birini də “Dayaq-Hərəkət Aparatı Pozulmuş Uşaqlar” təşkil edir.Bu kateqoriyanın əsas kontingentini isə Uşaq Serebral İflic-i təşkil edir.USİ müxtəlif təsirlər nəticəsində baş beyindəki hərəkət mərkəzlərinin zədələnməsi ilə meydana çıxır.USİ-nin pataloji,anatomik və klinik təsvirini verən M.Y.Britian qeyd etmişdir ki,bu xəstəlik zamanı təkcə hərəkət sferası deyil həmdə intelekt,nitq,görmə,eşitmə və digər sahələr də zərər çəkir.

USİ zaman aşağıdakı sahələrdə problemlər də qeyd olunur.

Görmə-Bu sahədə ən çox rast gəlinən problem çəpgözlükdür.Bir çox körpələr bəzən çəp baxa bilərlər.Amma bu müəyyən müddət keçdikdən sonra bərpa olunur.6 aydan böyük çəpgöz uşaqlar isə mütləq həkimə aparılmalıdır.Çünki bunu təxirə salmaq uşağın yalnız 1 gözündən istifadə edə biləcəyi mənasına gəlir.Bəziləri əməliyyatla qaydasına düşə bilər.Bir qismində isə həkimin rəyi ilə təyin olunan eynək kömək edir.

Beyində görmə funksiyasına nəzarət edən 1 çox mərkəz vardır.USİ-li uşaqlarda isə bu mərkəzlər çox vaxt zədələnmiş olur.Bundan başqa kiçik yaşdan etibarən düzgün fiziki inkişaf etməyən,boynunu düz tuta bilməyən,əl-göz koordinasıyası olmayan uşaqda görmə inkişafdan geri qalır.Bunun üçün də qüsurun erkən aşkarlanması və müdaxilə edilməsi vacibdir.USİ-li uşaqlarda görməni nisbətən inkişaf etdirmək üçün:

-mütamadi olaraq onun ətrafı dərk etməsi üçün eşitmə,görmə,taktil duyğularından istifadəsini təmin etmək

-Danışarkən üzünüzü uşağa yaxınlaşdırıb danışmaq

-Olduğu mühiti kifayət qədər az və sadə əşyalarla təmin etmək.Çünki çox və qarışıq əşya uşağın görmə qavramasını ləngidir.

Eşitmə-Bəzi uşaqlarda,xüsusilə atetoid serebral iflicli uşaqlarda eşitmə problemləri sıx görünür.Eşitmə probleminin olması uşaqda nitq inkişafını da ləngidir.Əgər azda olsa uşaqda eşitmə probleminin olduğundan şübhələnirsizsə həkimə müraciət edin.Bəzən təyinatlı eşitmə cihazları ilə problem aradan qaldırılır.

Qidalanma-Qidalanma dil,dodaq və boğaz əzələlərinə nəzarət etmə funksiyası ilə bağlıdır.USİ-li uşaqlarda əzələ tonusu zəif olduğu zaman çeynəmə və udma  ilə bağlı problem ortaya çıxır.USİ-də qidalanma problemləri uşağın elə ilk günlərindən meydana çıxır.Əmmə refleksinin inkişafsızlığı ilə əlaqadar olaraq uşaq ana südünü qəbul edə bilmir,qida ağzında axaraq xaricə ifraz olunur.Dodaq əzələ sisteminin pozulması ilə əlaqadar olaraq uşaq əmziki götürmək üçün dodaqlarını önə uzada bilmir,tez-tez tıxanır,ağız suyu çoxalır.USİ üçün çeynəmə ən mürəkkəb proses hesab olunur.Çünki bu funksiyalar çənə əzələlərinin çevirici hərəkətlərini,dilin hərəkətliliyini,dodaq və yanaqların yığılmasını tələb edir.Bütün bu problemlərə baxmayaraq valideynlər uşağın kifayət qədər yeməsini təmin etməlidirlər.Xüsusilə bərk qidaların uşaq tərəfindən qəbul edilməsi üçün çox çalışmalıdırlar.

Danışmaq bacarığı-Artikulasyon üzvlərdə olan əzələ spastikliyi və beyinin nitq mərkəzlərinin zərər görməsi bu uşaqlarda nitq ləngiməsinə,nitq inkişafsızlığına gətirib çıxarır.Ən çox rast gəlinən nitq qüsuru dizarteriyadır.Görülmə sıxlığı 31-88% arasındadır.Əsas əlaməti artukilasiyanın pozulması,nitqin tepminin,ritminin və intonasiyasının pozulmasıdır.USİ zamanı,alaliya,anartriya,kəkələmə və mutizm,oxu və yazı pozulmaları və.s kimi nitq qüsurları da meydana çıxır.Amma istənilən halda düzgün təşkil edilmiş korreksiya işi ilə uşaqları azda olsa nitq bacarıqlarına yiyələndirmək olar.

Böyümə-Qidalanma ilə bağlı olan problemlərə görə bu uşaqlarda yaşıdları ilə müqayisədə çəki azlığına da rast gəlinir.Hemiparetik formalı uşaqlarda zədələnmiş ayaq və əl digər əl-ayağa nisbətən daha nazik və daha qısadır.

İntelektual İnkişaf-təbii ki,danışa bilməyən uşaqda intelektual inkişafda gerilik olması gözlənilən haldır.Ətraf aləmi dərk etmək üçün lazım olan üzvlərin fəaliyyətsizliyi uşaqda əqli problemlər yaradır.Amma bu o demək deyildir ki,USİ-li uşaqların hamısında intelektual inkişaf ləngiyir.Yüngün formalı USİ-lərin əksəriyyətində intelekt yaxşı vəziyyətdədir.

Şəxsiyyət və davranış problemləri-Fiziki məhdudiyyətli olmaq,həmyaşıdları kimi qaçıb,tullana bilməyən uşaqda birmənalı olaraq özgüvən əksikliyi yaranır.Bu uşaqlar öz qüsurlarından sıxılaraq bəzən özlərini tamamilə cəmiyyətdən təxris edirlər.Hərəkət məhdudiyyəti bəzən onları başqalarının köməyinə möhtac edir.USİ-li uşaqlar xüsusilə yetkinlik yaşına çatmışlar bundan dərin psixoloji sarsıntı keçirə bilərlər.Bir qrup isə sanki ətrafını günahlandıraraq öz yaxınlarına qarşı aqressiya göstərə bilər.Bu uşaqlar çox vaxt səbrsiz və aqressiv olurlar.

Epilepsiya-Epilepsiya krizləri müxtəlif yaşlarda meydana çıxa bilər.Xüsusilə nəzarətsiz və uzun müddət davam edən krizlər beyinə ciddi ziyan vurur.Epileptik krizlər müəyyən dərman preparatlarının köməyilə nəzarətdə saxlanıla bilər.

Kriz anında etməli olduqlarımız:

-od,elektrik,kəsici,deşici kimi vasitələrdən uzaqlaşdırmaq

-əyni qalındırsa bir qədər naziltmək

-Tüpürcəyin ağızdan çölə axması və daha yaxşı nəfəs alması üçün yana doğru uzatmaq

-Kriz bitənə qədər yanında qalmaq

-krizdən sonra huşsuz vəziyyətdə ola bilər,bu zaman yatmasını təmin etmək.

-kriz anında əsla və əsla uşağın ağzına su və ya digər qida tökmək olmaz..

                                       Nuray Lətifzadə

Go Back

Depressiyanın Bədən Dili

Müasir dövrdə həyat şəraiti,sosial,ekoloji problemlərlə əlaqəli olaraq depressiya həddindən çox artıb.Yaxınlarımızda,ətrafımızda olan insanların əksəriyyəti bu problemdən əziyyət çəkir.Təbii ki,bir insanın depressiyada olub-olmadığını soruşaraq müəyyən etmək olmaz.İnternetdə depressiyanın psixoloji əlamətləri ilə bağlı yeterincə məlumat var.Ancaq bir insanın fiziki əlamətlərinə görə də depressiya olub-olmadığını müəyyən etmək olar.Çünki insan öz daxili əhval-ruhiyyəsini öz bədən dilində də əks etdirir.Əgər aşağıdakı bədən dili göstəricilərindən ən azı 3 və ya 4-ü sizdə və ya ətrafınızda olan insanlardan hansındasa varsa o zaman müəyyən qədər nələrinsə yolunda getmədiyini anlamaq olar.

Pis Duruş(Qamət)-Depressiyanın ən açıq bədən dili göstəricilərindən biridir.Çiyinləri önə doğru əyilmiş və qozbel,donqar şəklində olan duruş və oturma forması xarakterikdir.Bu cür əlamətləri olan 1 çox insana rast gəlmək olar.Bu formada duruş hər hansı onurğa pozulması nəticəsində yada vərdiş halını alan zaman yaranır.Eyni zamanda ağır və uzun müddət davam edən depressiyanın da nəticəsi ola bilər.Bundan başqa bu insanlarda başın önə doğru əyilməsi də müşahidə olunur.Bu sankı təslim olmağın,hər şeyin bitdiyi anlamına gələn bir hərəkətdir.Ancaq başın bu cür əyilməsi insanın təməl duruş forması da ola bilər.

Gülümsəmə-gülümsəmənin depressiya əlaməti olduğu nə qədər qəribə səslənsə də  araşdırmalar nəticəsində məlum olmuşdur ki,depressiyada olan insanlar ya həddən artıq gülürlər yada çox az.Xüsusilə də çox gülməli olmayan bir şey həddən çox gülmək insanın qayğı və qəbullanmaq probleminin olduğunu göstərir.Eyni zamanda öz acısını gizlətmək istəyən insanlar da toplum içində sanki aşırı gülüşlərini göstərərək hər kəsə “ mən çox xoşbəxtəm,həyatımda hər şey qaydasındadı” mesajını vermək istəyir.Bununla yanaşı çox gülməli olduğu halda həmin sitiuasiyadı məcburən gülmək,yada ümumiyyətlə gülə bilməmək həmin şəxsin daxilində fırtınalar qopduğundan,ünsiyyət problemi yaşadığında xəbər verə bilər.

Göz kontaktı-Adətən öz güvən əksikliyi yaşayan şəxslər qarşılarındakı ilə göz təması qurmaqdan yayınarlar.Danışdıqları zaman ya gözünü aşağı dikər yada partnyorlarının ətrafına baxaraq danışarlar.Ancaq özgüvən əksikliyi olan insan danışan zaman bütün diqqətini mövzuya kökləməyi bacarar.Yəni bu insanlarda göz təmasının olmaması çəkincəklikdən yaranır.Depressiv insanlarda isə bu bir qədər fərqlidi.Belə ki onlar söhbət əsnasında qarşısındakı ilə  tam olaraq göz təması qura bilirlər.Ancaq problem ondadır ki,qarşısındakının nə danışdığı zərrə qədər də o insanları maraqlandırmaz.Söhbətdən yorulmuş bir göz ifadələri olar.Buna görə də göz kontaktında tez-tez ayrılmalara rast gəlinir.

Kiçilmək-Normalda 1 insan öz çiyinləri məsafəsində ayaqlarını qoyar.Məsələn supermanın duruşuna fikir versək görərik ki,ayaqlarını yerə möhkəm dirəyərək bütün tamlığı ilə öz bədənini irəli çəkir.Depressiyadan əziyyət çəkən insanlar sanki özlərini gizlətmək üçün bacardıqları qədər özlərini kiçildərlər.Ayaqlarını hardasa bir-birinə bitişik şəkildə qoyarlar.Daha kiçik görünmək üçündə bellərini əyərək hərəkət edərlər.

İfadəsiz üz-Digər bədən dili göstəricilərindən biridə danışarkən yada kimisə dinləyərkən donuq bir sifətlə baxmaqdır.Günlük həyatımızda eşitdiyimiz,haqqında danışdığımız mövzulara uyğun olaraq üz ifadəmizdə müxtəlif reaksiyalar verir.İfadəsiz bir üz danışılan mövzu nə qədər maraqlı da olsa heç bir reaksiya vermir,şəkil almır.Bu depresiyyanın əlaməti sayılır.Bəzən danışarkən gülümsəmə ilə qarşılaşa bilərik.Ancaq bilmək lazımdır ki,həqiqətən gülümsəyən zaman gözlərin içi də gülümsəyər,parlaq görünər.Depressiv şəxslər də isə sadəcə ağız gülmək funksiyasını yerinə yetirər,gözlərdə isə böyük boşluq hiss olunar.Belə bir fikir var ki,əgər insan gülərkən göz kənarlarında “qaz ayağı” adlandırılan qırışlar yaranırsa onda həqiqətən də ürəkdən gülümsünmüş olur.

Yavaş hərəkətlər-Bir insan normalda etdiyi hərəkətlərdən yavaş hərəkət etməyə başlayırsa bu depressiyanın bir başqa göstəricisi ola bilər.Enerji və həyacanın nə qədər azaldığını göstərdiyi üçün depressiyanın əsas bədən dili siqnallarındandır.Nələrisə yığırdırarkən,maşına minərkən,yemək bişirərkən,yatarkən,qalxarkən və.s davranışlara diqqət edin.Depressiyada olan şəxslər üçün ediləcək hər bir iş həddin artıq enerji tələb etdiyi üçün daha çox zamana ehtiyacı olduqlarını düşünürlər.

Yuxarı da qeyd etdiyim kimi,bu əlamətlərin hər zaman depressiya əlaməti olmaya da bilər.

                                       Nuray Latifzada

Go Back

Şerşevski Terner sindromu

X və ya Y xromosomu olmayanda ortaya çıxan sindromdur. Bir X daşıyan yumurta hüceyrəsi cinsiyyət xromosomundan məhrum bir spermatozoid ilə (O) mayalandıqda XO tipli rüşeym meydana çıxır. Belə adamların somatik huceyrelerinde 46 deyil, 45 xromosom (44 A+X=45) olur. Belə insanlar anatomik quruluşca qadınabənzər olurlar.

Autosom xromosomlari normada olub (44) bir X xromosomu olan və Y xromosomundan məhrum olan fərd qadın genotipində meydana çıxır və ya onda  qonadalar olmadıqda "neytral" fərdiyyət dünyaya gəlir. Xəstəliyin klinik əlamətləri cox müxtəlif ola bilər. Belə xəstələrin xarici cinsiyyət orqanları qadınlarınkı tipdədir, boyları qısa, qulaq seyvanları normal yerindən aşağıda yerləşir, döş qəfəsləri geniş zirehə bəznəyir, süd vəziləri aralı olur, balalıq inkişaf etmir, yumurtalıq fibroz genəlmədən ibarət olur. Bəzi hallarda aortanin stenozu müşahidə edilir ki, bu da qan təziqinin  artmasına səbəb olur. Xəstələrin boyu 150 sm- dən cox olmur, boynun arxa hissəsində dəri qırışlar aydın seçilir. Bu xəstəliyin rastgəlmə tezliyi 0,7:1000 nisbətinədir.

Bu sindroma yalniz qadinlarda rast gəlinir. Bütün hüceyrələrdə (XO) və ya hüceyrlərin bir hisssinin ( mozaika varianti) bir cinsi xromoapmun olmaması ilə xarakterizə olunur. Xəstələrin somatik görünüşü tipikdir. Boylarının kəskin inkişafdan qalması ilə bərabər onlar öz yaşlarindan  yaşlı gorunurlər. Üzləri qocaya bənzər qırış-qırış , alın və boyunda saç sərhəddinin pozulması, çox aşağıda yerləşən və deformasiyalı qulaqlar enli və qısa boyun ,peysərdən çiyinlərə sıx tüklərlə örtülmüş qanada bənzər dəri qatları müşahidə olunur. Xəstələrə bədən quruluşunun displastikliyi xarakterikdir: döş qəfəsi boçka şəkilli olur. Süd vəziləri olmur. Damağı qotik ,diş sırasının bu inkişafinin pozulması ,dişləmin anomaliyası,çox dərində örtülmüş və dördkünc formada dırnaqlar və dəridə piqment ləkələrinin çoxluğu müşahidə oluna bilər. Bədən və sifət quruluşunun özünə məxsusluğu “ Sfinks” görünüşünə bənzəyir. Şerşebski -Ternor sindromu intellektual inkişafinin quruluşuna  xüsusi təsir göstərir və onu atipik edir. Beləki psixi infantilizmin cizgiləri mimikanın donuqluğuna  oyuna maraqlarının üstün olmasına fantaziyanın primitivliyinə səbəb olur. Xəstələrdə intellektual inkişafın quruluşuna məkanın tərkib və təhlilinin inkişafsızlığı ilə fərqlənir. Xəstələrdə motorikanın pozulması dinamik qeyd edilir.  

      Aparılan katamnestik tədqiqatlar təsdiqləyib ki, vaxtında dərman terapiyası daimi tibbi-pedoqoji korreksiya onların səviyyəsinə uyğun erkən əmək təliminə bu xəstəliklər böyük ehtiyac duyurlar .   

Tərcümə etdi: Dehniya Aytac (Narinc könüllü qrupunun üzvü)

Go Back

Autizm və Epilepsiya

Bildiyimiz kimi autizm zamanı digər nevroloji xəstəliklər də özünü biruzə verir.Bunlara epilepsiya,tiklər,mutizm,psixiatrik pozulmaları və.s misal göstərmək olar.

Autizmli şəxslərdə epilepsiyanın görünmə sıxlığı 5-46% arası dəyişir.Autizmlilərdə epilepsiyanı müəyyən etmək bəzən çətin olur.Çünki epilepsiya halında olarkən yaşanan bəzi vəziyyətlər elə autizm üçün xarakterik olan hallarla qarışdırılır.Məsələn streotip hərəkətlər,davamlı ağlama və qəzəb,motor tiklər və.s bu hallara misal ola bilər.1998(Rapin)-ci ildə 180 autizmli uşaqla aparılan təcrübədə müəyyən olunmuşdur ki,bu uşaqlardan 30%-də müəyyən kriz halı müşahidə olunub.Bunlardan 11%-də epilepsiya geri qalanın da isə sadəcə kriz xarakterli bir hal yaşandığı aşkara çıxarılıb.Epilepsiya krizlərinin daha dəqiq müəyyən olunması üçün elektroensefaloqrafiya müəyinəsi aparılır.Uzun müddət aparılan Elektroensefaloqrafiya(EEG) araşdırmalarından sonra müəyyən olunub ki,autizmli uşaqların üçdə birində EEG pozulmaları yaşanılır.Bu pozulmalar təbii yuxu şəraitində aparılan EEG nəticəsində daha asan aşkara çıxarılır.Lakin bəzən EEG zamanı da yanlışlıqlar yaşana bilər. Yəni epilepsiyanın aşkara çıxarılmasında digər amillər də rol oynaya bilər.Çünki autizmli şəxsin aktivliyini poza bilən metobolik problemlər,bakterial ensefalit və digər problemlərdən də şübhələnmək olar.

Bir çox epilepsiya xəstələrinin autizm xüsusiyyətləri daşıdığını qeyd edən mütəxəssislər qeyd edirlər ki,epilepsiya krizləri beynin sosial fəaliyyətinə təsir edən nevroloji funksiyaların fəaliyyətini pozur.Bu zaman dodakların yalanması,qolların silkələnməsi,gözlərin tez-tez qırpınması kimi hallar müşahidə olunur.

Epilepsiya əlamətlərinin daha çox autizmin asperger formasında rast gəldiyi qeyd edilir.Bu isə xüsusilə yeniyetməlik və yetkinlik yaşına çatmış aspergerlərdə rast gəlinir.

Ailələri ən çox narahat edən məsələlərdən biri də autizmlilərdə epilepsiyanın müalicədir.Anti-epileptik dərman preparatları ilə müalicə mümkün olmadığı halda anti-epileptik preparatlarla müalicə ön plana çıxır.Ancaq bəzən yenə də krizlərə nəzarət etmək mümkün olmur.Bunun arxasında autistik şəxsdə olan metobolik və ya genetik pozulmalar ola bilər.Ona görə də hər hansı müalicə prosesudu başlatmazdan öncə şəxsin spesifik genetik  xüsusiyyətləri nəzərə alınmalıdır.Son dövrlərdə immunitet sisteminə mənfi təsir edən amillərdən qorunmaq üçün autistik şəxslərə immuniglobulin müalicəsi,karbohidrat diyetləri və digər bu kimi vasitələr tədbiq olunur.Və müalicələrdən sonra müəyyən olunmuşdur ki,autizmi şəxslərdə krizlər nisbətən azalmış və onlara nəzarət etmək mümkün olmuşdur.

                                     Nuray Lətifzadə

Go Back

Dismorfobiya – Özünü Bəyənməmə Xəstəliyi

Özünü bəyənməmə xəstəliyi kimi bilinən dismorfobiya müalicə edilməsi lazım olan psixoloji xəstəlikdir. Xüsusilə yeniyetməlik dövründə başlayan və insanın bədəni ilə bağlı qüsur yaratması ilə xarakterize olunan xəstəlikdir.

 Dismorfobiya çox vaxt gizli qalan bir xəstəikdir. Bu xəstəliyə yoluxan insanlarda tez-tez güzgüyə baxma və özündə gördüyü fiziki qüsuru gizlətmə cəhdləri özünü göstərir. Qırışıqlar, yara izləri, damar izləri, dəri rəngindəki solğunluq və qızarıqlıq, saçın nazikliyi, üzdə həddindən artıq tüklənmə kimi şişirdilmiş qüsurları olduğunu düşünərlər. Belə xəstələrin, demək olar ki, hamısı sosial mühitlərdən qaçmağa çalışarlar. Hətta şişirdilmiş qüsurlarına görə ələ salınmaqdan qorxduqları üçün evdən çixmaz hala gəlirlər.

Bu xəstəliyə tutulmuş xəstələrin beşindən birində intihara meyillilik özünü göstərir. Bəs hansı insanlar daha çox risq daşıyırlar?

Əksər vaxtlar subay və ya boşanmış insanlardır, sosial bacarıqları məhduddur, insanlarla əlaqələri zəifdir. Özlərini başqalrı ilə müqayisə edərlər və bəzən dostlarından, bəzən ailəsindən, bəzən isə heç tanıçsdığı insanlardan özləri ilə bağlı yaxşı sözlər eşitmək istəyərlər. Bu xəstələr utancaq, çəkingən insanlardır. Bədənləri ilə əlaqəli tənqidlərə qarşı çox həssasdırlar. Əgər xəstəlik yeniyetməlikdə başlayarsa çox az dost qazanarlar. Yaşıdlarından uzaqlaşarlar. İnsanlara daha az görülmək üçün təkcə çox gec saatlarda evi tərk edər və ya evə qapanarlar. Hətta işlərindən istefa edə bilər, məktəblərindən ayrıla bilərlər.

Dermotoloqlar və estetik cərrahlar bu insanların tez-tez müraciət etdikləri insanlardır. Bu insanlar estetik cərrahlar və ya diş həkimlərindən tez-tez müxtəlif şeylər istəyərlər. Lakin bu müvəqqəti bir rahatlama yaradar. Gözlədikləri çox yüksək olduğu üçün nəticədən heç vaxt razı qalmazlar. Xəstəliyin müalicəsində dərmanlardan, psixoterapiyadan və davranış terapiyasından istifadə edirlər.

              Tərcümə etdi:Lalə Fətəliyeva

Go Back

Autizmli uşaqlara tədbiq edilən Gluten Və Kazein Dietası

Bildiyimiz kimi autizmin korreksiyasında dünya təcrübəsində 1 çox üsullardan istifadə olunur.Buraya davranış terapiyaları,alternativ terapiya növləri və eyni zamanda bio-tibbi terapiyalar da daxildir.Bio-Tibbi Terapiyalar dedikdə,Kazein və Gluten dietası,”Qidalı Maddələrin Çatışmazlığı”dietası,Katagenik dieta,Venadaxili imunoqlobin müalicəsi,Vitamin B6 dəstəyi,Maqnezium dəstəyi və.s nəzərdə tutulur.

Son dövrlərdə autizmli şəxslərə ən çox təyin olunan bio-tibbi terapiya növü isə Gluten və Kazein dietasıdır.1neçə il əvvəl bu tip üsulların tədbiqi insanlara çox absurd görünürdü.Ancaq indi Autism Research İnstitute-nin “Defeat Autism Now” protokolunda hər autist uşağın ən azı 3 ay glutensin və kazeinsiz dieta tədbiq etmələrini tövsiyyə edir.

İlk öncə qeyd edim ki,həm Gluten həmdə Kazein bir protein növüdür.Glutenə buğda,arpa,çovdar,yulaf kimi taxıl bitkilərində rast gəlinir.Kazein isə süd və süd məhsullarında olur.Bir çox autizmli uşaqlarda gluten və kazein “zəhər” effekti verir.Bu tip qidalar bağırsaqda keçiricilik yaradır və həzm olunmamış qidalar autizmli şəxslərin beyinlərində olan asılılıq(afyon)reseptoruna bağlanırlar.Nəticə olaraq isə autizmli uşaq buğda və süd məhsulları qəbul etdikcə sanki onlarda Morfin təsiri yaradır.Baxmayaraq ki,ailələr öz praktik təcrübələrində “autizm və diyeta” arasında bağlılığın olduğunu bilirlər,lakin elmdə bununla bağlı araşdırmalar hələ də davam edir.

Bu dietlərin tədbiq edilməsinin səbəbi hər hansı qidaya qarşı olan “Alergiya”deyildir.Bunun səbəbi autizmli uşaqların bir çox proteini parçalaya bilməməsindədir.İngiltərədə aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,bəzi peptitlər(proteinlərin parçalanmış halı) sidikdə afyon fəaliyyət yaradır.Buda öz növbəsində autizmdə biruzə verir.

Bu dietə başlamazda əvvəl valideynləri 1 çox sual maraqlandırır.Bəzən uşaqların günlük qida rasyonu yalnız süd və taxıl məhsullarından ibarət olur.Bu vəziyyətdə valideynlər daha çox narahatlıq keçirirlər.Düşünürlər ki,bu qidaları rasiondan çıxarsalar uşaqları aclıqdan ölə də bilərlər.Bəzənsə “uşağım südsüz neyliyəcək” deyə narahatlıqlar keçirirlər.Təbii ki, süd məhsulları kalsium mənbəyi olaraq uşaqlar üçün çox faydalıdır lakin,elmə nəzər yetirsək inək südünün tərkibində insanda kalsiumun əmilməsini bloklaşdıran 1 maddə olduğu da aşkara çıxarılmışdır.Yəni heç kim istəməz ki,öz övladına bilə-bilə “zəhər” içirtsin.Odur ki,bu cür narahatlıqlar əsassızdır.

Bir çoxları süd məhsullarını rasiondan çıxartmağın Glutenə nisbətən daha asan olacağını fikirləşir.Gluten tərkibli qidaların rasiondan çıxarılması çox böyük cəsarət tələb edir.Çünki günlük istifadə olunan əksər qidaların tərkibində gluten vardır.Əgər gluteni birdən-birə çıxartmaq çətindirsə onda ilk növbədə kazeini(süd) çıxardıb daha sonra isə glutenə keçmək olar.Mütəxəssislər nəticə verməsi üçün ən azı 3 ay bu dietin tutulmasını məsləhət görürlər.Ancaq çox diqqətli olmaq lazımdır.Yəni tam olaraq glutensiz və kazeinsin qidalar daxil edilməlidir.

Diyet üçün reseptləri  www.glutenfreemall.com kimi saytlardan həmçinin digər online mənbələrdən əldə etmək olar.

                              Nuray Lətifzadə

Go Back

Davranış pozuntuları

Davranış pozuntusu, digər şəxslarin təməl hüquqlarının, ictimai dəyərlərin,heçə sayıldığı, təkrarlayıcı və davamlı bir pozuntudur. Davranış pozuntusu olan insanlar, digırlərinin duyğuları, arzu və istəklərini diqqətə almaz və empatiya qura bilməzlər. Təhdid edici reaksiyalar göstərir və bu reaksiyalarında haqlı və məntiqli olduqlarına inanarlar. Güclü görünməyə çalışsalar da özlərinə inamları olduqca aşağı olur.

Valideyn laqeydliyi,  fiziki və cinsi istismar, zorakılıq, diqqət əksikliyi, ailədə böyüklərin sayının çox olması, uşağa qulluq edənlərin tez-tez dəyişməsi davranış pozuntularına səbəb olan amillər arasındadır.

Ən çox görülən əlamətlər yetkinlərə qarşı gəlmə, mənfi və düşməncə davranışlar, şifahu təhdidlər və fiziki təcavüzkarlığı ehtiva edən davranışlardır. Qızlarda bu davranışlar oğlanlara nisbətən daha passiv, şifahi və dolayı yolla təcavüzkarlıq şəklində özünü göstərir. Təşviş pozuntusu və depressiya ilə yanaşı diqqət əskikliyi və hiperaktivliklə birlikdə də müşahidə olunur. Davranış pozuntularının ortaya çıxmasında sosial problemlər, yoxsulluq, ailədaxili istismar, valideynlərin əsassız davaranışları, tez-tez və yersiz cəzalandırma kimi faktorlar yer alır.

Davranış pozuntularına  evdən və məktəbdən qaçma kimi qaydaları aktiv olaraq pozma hərəkətləri, başqasının əşyasına və ya şəxsinə qarşı təcavüz, təhdid, qəsb, oğurluq, fırıldaqçılıq, cinsi istismar, heyvanlara qarşı əziyyət kimi davranışlar daxildir.

Loeberə görə davramış pozuntuları 3 yol vasitəsilə inkişaf efə bilər:

1. Nüfuz ilə qarşıdurma yolu; 12 yaşından, əvvəlcə inadkarlıqla başlayır, əleyhdar olma və qarşı gəlmə davaranışları (məktəbdən qaçma, evdən qaçma, gecə evə gəlməmə) ortaya çıxır.

2. Gizli yol; 15 yaşından, əvvəlcə kiçik, gizli hərəkətlərlə başlayır (tez-tez yalan danışma, mağazalardan oğurluq etmə), ikinci mərhələdə mülkə zərər vermə vardır, üçüncü mərhələdə orta dərəcədə cinayətə meyilli davranışlar (cibgirlik, fırıldaqçılıq), dördüncü mərhələdə isə ciddi cinayət, cəhd davranışlar (qəsbkarlıq, maşın oğurlama) ortaya çıxır.

Açıq yol; Bu yol kiçik hücumlarla başlayar (zorakılıq kimi), 2ci mərhələdə fiziki döyüşlər və şəbəkə döyüşləri meydana gələr, 3cü mərhələdə isə ciddi təcavüzkarlıqlar ortaya çıxar. 

              Tərcümə etdi: Firuzə Qənizadə.

Go Back

Fiziki Xəstəliklər və Psixoloji səbəbləri

Louise L. Hay tərəfindən yazılan  “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir.Qeyd edilir ki,yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir.Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək,fiziki cəhətdən də gümrah olarıq.Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji  problemlər var.Məsələn mədə problemləri,ağır stressdən,bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər.Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür.

İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq:

Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir.

Alkoqolizm-özünü qəbullanmama,yararsızlıq,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər.

İştahsızlıq- Səbəbləri rədd edilmə,insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır.

Artıq çəki problemi-həyatdan qorxma,başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar.

Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir.Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır.

Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur.

Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər.

Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır.

Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən,başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir.

Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar.

Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər.

Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür.Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır.

Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər.

Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür.Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər.

Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir.

Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”,”məni də dinləyin” kimi psixoloji problemlər olur.

Bel ağrıları-həyatdan maddi,mənəvi dəstək almaq istəyən insanlarda görülür.Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq,kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən,belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır.

Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir.

Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən,qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar.

                               Nuray Lətifzadə

Go Back

20 nəticə göstərilir