Məqalə hekayə formasındadır. Məqalədə Autizmdən əziyyət çəkən uşağın xüsusiyyətləri, sonradan özünü dəyişməsi və autizmə qalib gələrək fərqli bir insan olması əks olunur.
Autizm əsasən erkən yaş dövründə başlayan bir sıra fərqli əlamətlərilə müşahidə edilən neyropsixiatrik pozuntudu. Autizm - “ auto “ yəni insanlardan, cəmiyyətdən ayrı olmaq, özünə qapanmaq kimi təzahür edilir. Autizm sindromunu ilk dəfə olaraq Amerika psixoloqu leo Kanner aşkar etmiş onu “ Erkən uşaqlıq autizmi “ adlandırmışdır. Autizm fərqlilik, heç kəsə bənzəməməkdir. Fikrimcə, Autizm sindromu xəstəlik hesab olunmur , beyində müəyyən səbəblərdən yaranan psixoloji bir pozuntudur. Əsasən ananın keçirdiyi travma , qorxu, stress nəticəsində yaranır.
Autizm sindromu məndə 2 yaşından başlayıb. Ailəm autizm haqqıında elədə məlumata malik deyildi. Sonradan mənə xüsusiyyətlərimi danışdıqca erkən yaş dövründə bu sindroma tutulduğumu öyrənmişdim. Keçmişdə autizm çox az hallarda, az uşaqda təsadüf olunurdu. Amma müasir dövrdə hər 3 uşaqdan biri autizmdir. Məndə autizmə aid olan əlamət çox olub. Qapalı, aqressiv, insanlardan uzaq, əşyalara maraq göstərən , əşyalardan müəyyən bir obraz yaratmaq, sözlərin təkrarlanması, göz təması qurmamaq.
Fantastik şeylərə bağlı insan idim. Məktəbə təzə getdiyim günləri xatırlayıram. Hər hansısa bir mühitə uyğunlaşmağım çətin olduğu üçün valideynlərim çox qorxurdu. Bağça həyatında çox yaxşı olmuşam. Mühitini çox sevmişəm. Amma məktəbi heç sevmirdim. Məktəb həyatını qorxulu bir məkana bənzədirdim. Səs- küylü yerləri, çox danışan insanları heç sevməzdim. Məktəbdə də həmçinin. Usaqların səsləri, müəllimlərin həyəcanı, onların üz ifadələri məni qorxuzurdu. Bura nə üçün gəldiyimi dərk etmirdim. Uşaqların və müəllimləri sırada düzlənməsi mənə yad gəlirdi. Hissiyyatım çox güclü idi. Hiss edirdim ki, məktəbdə tələblər çoxdu. Mənim üzərimə gələcəklər, döyəcəklər kimi fikirlər daha da gərgin olmağıma səbəb olurdu. Hərəkətsiz halda dayanır, anama qısılırdım. “ Ana məni tək buraxma “ deyirdim . Ətrafımda olan insanları özümdən çox güclü, iradəli hiss edirdim. Insanları gördükcə mənə vahimə gəlirdi. Əllərim əsir, tərləyirdi. Nəfəs ala bilmirdim. Dərslərdə də geri qalırdım. Nə yazır, nə danışır nə müəllimə, nə də insanlara reaksiya verirdim. Üzərimə gələn situasiyalardan qorxurdum. Istəmirdim nəsə məcburi olsun. Heç kəs mənim həyatıma daxil omasın. Azadlıq, əşyalarım, birdə tək otağım olmasını istəyirdim. Əşyalardan müəyyən obrazlar yaradırdım. Əsasən insan obrazı.
Otaga qapılaraq tək başına oturmağı, əşyalarla oynamağı sevirdim. Mənə mane olduqca daha da aqressiv olurdum. Qışqırır, əlimə düşən hər şeyi sındırırdım. Əşyalardan insan obrazı yaradaraq rol icra edirdim. Rəssam obrazı yaratmağı çox sevirdim. Rəssamlığa , rəssamlara marağım çox idi. Kimsəni görmək , danışmaq istəməzdim. Basqa insanı görəndə qorxardım. Sadəcə gülümsəyər, yada cəld kənarlaşardım. Özümə söz vermişdim ki, başqa bir insanın yanında danışmaq olmaz. Belə də edirdim. Əyləncə yerlərini, toyları , qonaq getməyi sevməzdim. Məcburi aparanda da ağlayırdım. Insanların fikirləri məni heç maraqlandırmazdı. Güclu hafizəm vardı. Əsərlər çox yaxşı yadımda qalırdı. Çox məsuliyyətli idim. Evə verilən dərslərin hamsını yerinə yetirirdim. Əsər oxuyarkən obrazları gözümün qabağında canlandırır, o həyatda özümü təsvir edirdim. Fərqliliyi, yaradıcılığı , nəyisə yaratmagı xoşlayırdım.
Uşaq ikən babamın bağçası vardı. Təbiət mənim üçün istədiyim məkan idi. Arzularıma sanki bu bağçada qovuşurdum. Babam gəldiyi vaxt məni də bura gətirir, o əkinlə məşğul olardı. Mən də xəyallarıma yaxın olan yeri - bağçanı seyr edirdim. Güllər ətrafında uçuşan kəpənəyin qanadındakı rahatlıq məni sakitləşdirirdi. Onları seyr etdikcə gərginlik bədənimi tərk edirdi. Gülümsəyirdim. Quşların pırıltısı qəlbimin səsinə cavab verirdi. Köhnə bir yelləncəkdə vardı. Yelləndikcə sanki əlimlə azadlığı, səmalara qalxdığımı hiss edirdim. Gözlərimi yumub duyğularıma qapılırdım. Bir gün hər şeyin yaxşı olacağına ümid edirdim. Xəyallar qurmağı sevirdim. Xəyal qurub onun ümidi ilə yaşayırdım.
Heyvanları özümə yaxın dost bilirdim. Çox həvəs, qayğı, sevgi göstərirdim. Həyatıma rəng qatan göyərçinlərim də vardı. Ovcumda çörək verirdim, oxşayırdım. Çox gözəl idilər. Oxşadıqca, elimi onlara toxundurduqca sakitləşirdim.Hər şeyin gözəlliyini hiss edirdim.
Allaha çox bağlı bir insan idim. Zaman keçdikcə Allah daha çox bağlanır, çox dua edirdim. Sanki bir qüvvə mənə deyirdi quranı, ayələri oxu. Hər şeyin yaxşı olcağını ümid edərək oxuyurdum. O qədər oxuyurdum ki, ayələri əzbərdən bilirdim. Gecələr pəncərədən gördüyüm vaxt ayla söhbət edirdim. Ayın üzərində olan ləkələri insana bənzədirdim. Mənə kömək etməsini istəyirdim. Ona dua edirdim. Danışdıqca ağlayardım. Heç kəs bilməzdi ağladığımı, nə hiss etdiyimi.
Zaman keçdikcə fikirlərim dəyişirdi. Hər şey mənə daha da ağır gəlirdi. Dəyişmək başqa biri olmaq istəyirdim. Əslində bu autizmli uşaq üçün “ irəliləyiş “ hesab olunurdu. Amma hər şeyi dəyişmək, hər şeyə yenidən başlamaq çətin idi.
Ailəmə çox əziyyət verirdim. Gözümün qarşısında necə kədərləndiklərini hiss etmirdim. Anam mənə dəfələrlə başa salır, normal başqa uşaqlar kimi olmağı desə də özümlə bacarmırdım. Risk edə bilmirdim. Qorxurdum.
İllər keçir, daha da pisləşirdim, aqressiv olurdum. Heç kimlə ünsiyyətim olmadıgına görə diqqətim, hafizəm də getdikcə zəifləyirdi. Artıq məktəbi bitirirdim. Təhsil almaq, oxumaq istəyirdim. Fikirləşirdim ki, başqa həyata başlaya bilərəm. Yeni bir başlanğıc qoymaq istəyirdim. Amma hər şeyin alına biləcəyindən , yeni başqa bir insan ola biləcəyimdən qorxurdum. Özümə inanmırdım. Çalışmaq, heç kəsdən arxada qalmaq istəmirdim. Rəqabət aparırdım. Dayandıqca dahada hər şeyin pis olacağı ağlıma gəlirdi. Heçbir fəndən məşğələyə getmirdim. Ailəm mənim üçün pis olmayım, oxuyum deyə bütün vəsaitləri alırdı. Səhər tezdən oyanar, özümə məşğələ keçərdim.
Bəzən bəsdi heçnə dəyişən deyil. Onsuzda oxumayacam. Oxumaq mənə görə deyil. Axı mən fərqliyəm. Necə olacaq? Hər mövzuda hər şeyi dərin düşünürdüm. Sonunu fikirləşirdim. Düşünürdüm ki, əgər mən fərqli olsam, dəyişsəm hamı mənə güləcək. Əvvəllər niyə belə deyildim? kimi suallardan qorxurdum. Insanların düşüncələrindən, üzərimə gəlmələrindən çox qorxurdum. Ümidimi itirirdim. Zaman keçdikcə məndə təəssüf hissi yaranırdı. Itirdiyim hər şeyə peşman olmağa başlamışdım. İtirdiyim vaxta heyfislənirdim. Məşğələ arxasınca gedən uşaqlara baxıb təəssuflənirdim. Məndə hamı kimi olmaq , fərqli bir obrazda olmaq istəyirdim. Amma bacarmırdım. Sanki bir addım atsam zaman dayanacaq və məni heç istəmədiyim bir aləmə salacaq. Nə qədər məsuliyyət, məqsəd olsada irəli getmək üçün addım atmaq lazım idi. Hər şeyə rəğmən içimdə irəliləyişin qığılcımını hiss etmək məni yaşadırdı. Bir gün günəşin mənim üçün doğacağına , həyatımda yeni bir işıq başlayacağına inanırdım. Dərsə demək olar ki getmirdim. Məktəbdə heç bir uşaqla əlaqə axlamırdım. Gətsəm uşaqlardan kənarda qalacam, sıxılacam deyə evdə oturmağı seçirdim. Amma məni çox istəyirdilər. Onlara heç bir qayğı göstərmirdim. Həmişə mənimlə əlaqə saxlayır, qayğı göstərirdilər. Bir gün yenə qarşılaşacağımıza, hər şeyin yaxşı olacağına inanırdım.
O gün bir gün oldu. Senytabr ayları idi. Özümdə hiss etmədən. Möcüzə oldu. Həyat bir möcüzəni mənə bəxş etdi. Bu Tanrıdan göndərilən bir pay idi. Bəxşiş idi. Məni yenidən həyata gətirdi. Gözlərimdə hər şey fərqli görünürdü. Sanki yenidən doğulmuşdum. Hər şey gözəl idi. Hər şey istədiyim kimi idi. Çox xoşbəxt idim. Yeni həyat, yeni ümidlər . Bundan gözəl nə ola bilərki ? Axı o gün günəşin mənim üçün doğacağına ümid etmişdim. O gün arzularımın, xəyallarımın doğacağı gün oldu. O gün hər şeyi bir kənara qoyub addım atdım. Bəsdir , artıq mübarizə aparmaq vaxtıdır. Əvvəlcə özümü topladım, hər şeyin gözəl olacağını özümə söz verdim. Düşündüm ki, hər şey mənə bağlıdır. Əgər belə davam etsəm hər şey daha da pis olacaq. Hər zaman arxada qalacam. Heçnə edə bilməyəcəm. Həyatımın qaranlıq tərəflərini yox etmək vaxtıdır. Ilk uğurum zəng etmək oldu. Ailəmlə əlaqə saxladım. Telefonda “ mən dəyişdim artıq. Hər şey sizin istədiyiniz kimi oldu. Sizi çox sevirəm ” - dedim. Səsimi eşitdikdə təəccübləndilər. İnanmırıq, “ bu sən deyilsən “ deyirdilər. Çox xoşbəxt idilər. Başqa insanlarla da əlaqə saxladım. Qonaq getdim. Çox fərqli insan oldum. Hər kəs o qədər həyəcanlı, o qədər təəccüblü idi məni daha da həvəsləndirirdi. Hər şeyi bir gündə etmək istəyirdim. Deməli hər zaman həyata qarşı cəhd etməlisən. Hər şey o qədər gözəl idi ki, bir anlığa özümü arzularımın həyata keçdiyi sehrli bir aləmdə hiss etdim. Bir anda insanda motivasiya bu qədərmi güclü olarmış?- deməli insan hər zaman həyata qarşı cəhd etməlidir. Əgər məqsəd varsa, bir işi həyata keçirmək istəyiriksə, bu günün işini sabaha qoymamalı, daima irəliyə doğru getməliyik. Bu yolda təsir edən, mane olan hallara fikir verməmək lazımdır. Ancaq özünə inanmaq, hər şey əla olacağını fikirləşmək lazımdır. Həqiqəqən də insanın dəyişməsi, yazdığım bu şərtləri etməsi çox sadə imiş. Əgər bir işi yerinə yetirməyi bacardınsa, o birilər də reallaşdırmaq istəyəcəksiz. Hər işə cəhd etmək, addım atmaq lazımdır. Hər şey bir - birinə , insana bağlıdır. Amma hər şey arxada qalmışdı. Hər kəs uzaqda idi. Zamanın durduğu an idi sanki. Itirdiyim hər şeyə təəssüflənsəmdə , həyata yenidən başlamaq, davam etməliydim. Yenidən qəlbimdə ümid yaratmağa başladım. Və geridə qoyduğum hər şeyi itirdiklərimi qaytarmağa başlamaq istədim. “İtirdikcə hər şeyi insan həyata yenidən başlamaq istəyir ”. Zamanı dəyərləndirmək. Həyatı sevmək. Hər gününü, hər anını gözəl yaşamaq. Həyat davam edir. Zamanın çox hissəsini itirsəmdə düşündüm ki , hər şeydən vacibli olan bir şey var həyatda “ sevgi “
Qəlbimdə sevgiyə daha çox yer ayırdım. Aqressivliyi, soyuqluğu aradan qaldırdım. Ailəmə sarıldım. Bir daha heç vaxt buraxmadım. Onların qədrini bilməyi və sevməyi özümə söz verdim.
Insan həyatı sevməli, daha çox sevməli , hər bir şeyin daxilində sevgini hiss etməyi bacarmalıdır. Sizi sevən, sizin üçün yaşayan, yaşadan ailənin, dostların qiymətini bilmək vacibdir. Qəlbimdə daha çox yer ayırdım sevgiyə. Ailənin sevgisini hiss etdim. Əvvəlki dostlarımla münasibətim yarandı.Yeni dostlar qazandım. Başqa bir insan oldum. Özümə inam hissimi artırdım. Qarşıma məqsəd qoyaraq gələcəyimi, hədəflərimi seçdim.
Çox şükür ki, hər şey yaxşı oldu. Autizmə qalib gəldim. Hər şey istədiyim kimi oldu. Mən yalnız öz gücümlə deyil ən çox , Allahın iradəsilə qalib gəldm. O gücü mənə verən Allah oldu. Səsimə səs verdi. Həyatda hər bir şeyi möcüzəni , ümidləri
yaradan Allahdır. Həyatıma möcüzə gətirdi. Hər zaman Alllahı sevmək və dua etmək lazımdır. Çünkü O (c.c) hər zaman təkdir və əbədidir.
Sonda bir məqamı da qeyd etmək istəyirəm. Hər kəs autizmdən əziyyət çəkən uşaqlara qayğı göstərməlidir. Onlara ən böyük yaxşılığı biz sevgimizlə, qayğımızla verə bilərik. Unutmayın! Autizmdən əziyyət çəkən hər bir insanın sagalmaq ehtimalı var. Ümid edirəm ki , məqalənin kiməsə köməyi olacaq.
Düşüncə jurnalında çalışan bütün kollektivə dərin təşəkkürümü bildirirəm. Çox sağolun.
Bədirova Nərmin, 23 yaş.
Şirvan şəhəri 1 nömrəli məktəb- liseydə psixoloq