Düşüncə Jurnalı

header photo

"Ailədə autistik uşaq varsa ən böyük məsuliyyət valideynlərin üzərinə düşür" - TURANƏ RZAYEVA

Bu gün cəmiyyətdə əksər insanların bu sindrom haqqında heç bir məlumatı yoxdur. Belə uşaqlara təsadüf etdikdə tezliklə onlardan uzaqlaşmağa çalışır, onlarla eyni ortama düşmək istımirlər. “Dəli” adlandırıb yan keçirlər. Bu gün əksər insanların, xüsusən, yeni valideyn olmağa hazırlaşan gənclərin bu haqda heç bir məlumatı olmadığı üçün doğulmuş uşaqlarda bu əlamətləri görmürlər və ya düzgün başa düşmürlər. Əksər vaxtlar valideynlər həkimə uşaqlarinin görməməsi və ya eşitməməsi ilə bağlı müraciət edirlər. Çünki belə uşaqlar daim bir yere baxır, baxışlarınlı yayındırmırlar, həmçinin onlari hətta yüksək səslə çağırdıqda belə reaksiya vermirlər. Əlamətlər uşaqda 3 aydan sonra biruzə verir. 3 aylıq uşaq tanış adamları, xüsusən anasını görəndə gülümsəyir, sevinir, anasının qucağında olanda ona sığnır. Autistik uşaqlar isə əksinə olaraqheç kimə reaksiya vermir, ananın qucağından çıxmağa çalışır.                                                                                

İlk dəfə elmə autizm haqqında amerikalı alım Leo Kanner məlumat vermiş, “Erkən uşaqlıq autizmi” adlandırmışdır. Tibb inkişafının ən yüksək  mərhələlərindən birini yaşasa da hələki autizmin yaranma səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır. Bəzi alimlər autizmin səbəbi kimi genetikani göstərirlər. Əgər səbəb genetikadırsa, ailədə dünyaya gələcək digər uşaqlarda da autizm olma ehtimalı yüksəkdir. Bəzi alimlər hamiləlik zamanı ananın keçirdiyi bir çox xəstəliklər- qızılca, məxmərək və s. əsas hesab edirlər. Bəzən autizmin sonradan valideyn diqqətsizliyindən də yaranması ehtimalıni irəli sürürlər. Belə ki, əgər uşağa az diqqət ayrılırsa və ya valideynlər arasında münaqişə uşağın gözünün qabağında olursa, onda özünəqapanma yaranır. Əgər ailədə autist uşaq varsa, sonrakı uşaqların bu sindirom olma riski 5-15%-dir. Tədqiqarlar bu uşaqların 75-%-də zəka geriliyi, yalnız 10%-də normal zəka olduğunu göstərir. Onların riyaziyyata, musiqiyə, rəsmə böyük marağı olur. Həmçinin müşahidələr autistik uşaqların daha çox oğlanlar olduğunu göstərir. Hər dörd autistik uşaqdan üçü oglandır.                                                                                                       

Əgər müalıcə simptomlar özünü biruzə verdiyi müddətdən başlayarsa, daha effektiv nəticə əldə etmək olar. Gec müalicəyə başlamaq bu simptomun ömür boyu onunla gedəcəyinə işarədir. Autistik uşaqlar utancaq olur. Ətrafdakı insanlarla ünsiyyət qurmurlar. Bəlkə də ünsiyyət qurmaq istıyirlər, lakin bunu necə etmək lazım olduğunu bilmirlər. Anaın uzun müddət yanında olmamasına fikir verməyə bilərlər, lakin otaqda hər hansı bir əşyanın yerinin dəyişməsini hiss edirlər. Bizim üçün adi olan, bəzən heç eitmədiyimiz səslər onlar üçün işgəncə ola bilər. Etmək istəmədiyi şeylərə onları məcbur etmək olmaz.                                                    

   Ailədə autistik uşaq varsa ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Onlar səbrlə, təmkinlə övladlarına qulluq etməyə çalışmalıdırlar. Normal uşağa bir dəfə başa saldığımızı autistik uşağa 5-6 dəfə, hətta daha çox təkrarlamaq lazım gəlir. Onların müalicəsi psixoloq, loqoped, pedaqoqlar tərəfindən sistemli aparılmalıdır. Yeniyetmə uşaqları valideynlər yedizdirib, geyindirməməlidir. Bunları özünün etməsinə şərait yaratmalıdır.                                                      

Təəssüflər olsun ki, bu gün ölkəmizdə autistik uşaqlar üçün ayrı məktəb yoxdur. Onlar digər nevroloji problemi olan uşaqlarla birgə təhsil alırlar. Lakin hər xəstəliyin fərqli əlaməti var. Xarici ölkələrdə onların ayrı məktəbləri var. Ümid edək ki, bizim də ölkəmizdə bu simptomda olan uşaqlara xüsusi qayğı göstəriləcək və ayrıca məktəb açılacaq.                                                                                 

     Autiz olmaq onların seçimi deyil. Onlar da bizlərdən biridir. Buna bir xəstəlik deyil, fərqli qabiliyyət kimi baxmağı bacarmağa çalışaq.                              

 

 

Turanə Rzayeva 

Go Back

Sorğu göndər