Düşüncə Jurnalı

header photo

"AUTİZM - sadəcə və sadəcə FƏRQLİLİKDİR !!!" - ƏMİNƏ İSRAFİLZADƏ

Autizm uşağın ünsiyyәt bacarıqlarında pozğunluqla özünü göstәrәn psixoloji bir sindromdur. Autizmin yaranmasına sәbәb tam mәlum deyil. Sәbәbi nә zaman tapılarsa insan beynindә olan bütün xәstәliklәrin dә çarәsi tapılacaqdır. Ancaq son illәrdә araşdırmalar göstәrir ki, әn real sәbәbi hamilәlik zamanı virus infeksiyasına yoluxmuş anaların uşaqlarında bu problem inkişaf edir. Digәr sәbәb ana ilә körpә arasında ünsiyyәtsizlik göstәrilir. Autizmin әlamәtlәri әsasәn 2 yaşdan başlanır. Autizmin әlamәtlәri bunlardır:Göz tәmasından qaçma; Ağrı hissinin olmamısı- buna görә dә onlarla özlәrini ziyan vura bilәrlәr, әl-qollarını dişlәyә bilәrlәr. Tәkliyi sevmә, özünәqapanma, insanlardan qorxmaq-normal inkişaf etmiş uşaqlar kimi xarici alәmә açılmaq, insanlarla әlaqәyә girmәk autistlәrә yaddır. Dәyişikliyә hәddәn artıq reaksiya- uzun müddәt ananın evdә olmadığını hiss etmәsәlәr belә evdә yeri dәyişilәn xırda bir әşyanın yoxluğunu hәmin an hiss edәr vә bu dәyişikliyi qәbul etmәyәrәk saatlarla ağlayarlar. Buna görә dә autistik övladı olan valideynlәr dәyişikliyә yol vermәmәlidir. Әks halda bu autistik uşaqda travma yarada bilәr. Sәbәbsiz gülüb ağlama- autistik uşaqlarda fәrqli şәxsiyyәt formalaşır, Bu uşaqlar özləri üçün özünəməxsus aləm yaradır və sanki bu aləmdə yaşayırlar, hisslәrinә, daxili yaşadıqlarına uyğun hәyat tәrzi sürәrlәr, ona görә dә öz dünyalarına qapanıb sәbәbsiz gülüb yaxud ağlayırlar; Nitq problemi- autistik uşaqlar danışmağa meyilli olmurlar. Cәmi 50%-i 5 yaşına gәlәrkәn tәk sözlәrlә danışa bilir.Danışmağı da әlaqә qurmaq üçün yox, ehtiyaclarını ödәmәk üçün istifadә edirlәr. Onlarda exolaliya problemi dә vardır ki, sualı cavablandırmaq әvәzinә,ona verilәn sualı dәfәlәrlә tәkrar edәrlәr; Qucağa alınmaqdan, öpülmәkdәn,sevilmәkdәn,gülümsәmәkdәn xoşları gәlmәz- bu hiss hәr bir normal inkişaf etmiş uşağın arzuladığı bir hiss olmasına baxmayaraq autistlәri narahat edәn bir hissdi; Oyun oynamaqda çәtinlik- autik uşaqlar davamlı olaraq eyni oyunu oynarlar vә oyunun әhәmiyyәtini bilmәzlәr. Mәsәlәn maşınla oynamaq әvәzinә onun tәkәrlәrini saatlarla fırlada bilәr yaxud da maşını top kimi yerә atıb-tutur, axı oyuncağın nәyә lazım olduğunu bilmirlәr. Buna görә dә valideynlәr sәbrlә uşağın әlinə çox götürdüyü oyuncağını götürüb oyuncağın adını, oynamaq qaydasını uşağa dәfәlәrlә başa salmalıdır.

Autik uşaqlar әqli, görmә, eşitmә әngәlli deyillәr. Baxmayaraq ki, ilk әvvәllәr adını deyәndә eşitmir kimi eşitmә әngәlli, baxmır kimi görmә әngәlli, anlamır kimi zәka әngәllini tәsirini bağışlayırlar. Autizm sırf sosial әngәldir. Autizmlә mәşğul olan psixoloq, defektoloq vә valideyn kompleks halda işlәmәlidirlәr. Әgәr ana uşağı mütәxәssis yanına aparıb evdә özü mәşğul olmursa, bu uşaqda heç bir nәticә baş vermir. Psixoloq yaxud defektoloq uşağı 1-2 saat müddәtindә görürsә, ana övladını 20-22 saat saat müddәtindә görür. Uşaq çağırırkən baxmır,lakin ana onu min bir metodlarla buna həvəsləndirməyi bacarmalıdır.Səbrlə edilərkən nəticəsi uğurla sona yetir,artıq uşağ çağırırkən baxır,hər hansı bir göstərilən əşyaya diqqət edir.Bunun üçün ana ilk əvvəl uşağa adını,valideynlərinin adlarını,bacı-qardaşının adlarını öyrətməlidir.

Bunu da unutmayaq ki, autik elementlәrlә autizm eyni deyil. Autik elementli uşaq o demәk deyil ki, autizmdir. Autik elementlәr hәm psixi inkişaf lәngimәsi, hәm oliqofren, hәm dә әqli anormaliyalar da ola bilәr. Uşağın birindә autistik element var deyәndә valideyn elә başa düşür ki, uşağı autizmdir. Halbuki uşaqda olan problem psixi inkişaf lәngimәsidir vә onda autik elementlәrdәn әsasәn streotiplәr vardır. Psixi lәngimә zamanı psixi proseslәr dә lәngidiyi üçün tәbii olaraq uşağın nitqi dә lәngiyәcәkdir. Bu lәngimә dә bәzi boş vәrdişlәrin - streotiplәrin yaranmasına gәtirib çıxarır, hәmçinin nitqsiz, psixi inkişafda lәngimә uşağı ünsiyyәtdәn çәkindirir, özünә qapandırır, bunu da bәzilәri autizmlә qarışdırır. Mәlumdur ki, hәr bir insan orqanizmindә vәrәm çöplәri, xәrçәng daşıyıcıları kimi infeksiyaların kökü vardır. Kimdә normadan çox olarsa vәrәmә yaxud xәrçәngә yoluxa bilәr. Hәmçinin autizmdә belәdir. Autistik elementlәr hәr birimizdә var. Mәsәlәn, özünәqapanma, ünsiyyәtdәn qaçma, dәyişikliyi sevmәmә, mәqsәdsiz streotiplәrin olması: әlini bir neçә dәfә bir yerә vurmaq, qayçının ağzını açıq saxlamamaq, tez- tez tozları silmәk, tez-tez әllәri yumaq. Bu elementlәr az da olsa hәr birimizdә var. Sırf autizm diaqoznozunu mütәxәssis tәrәfindәn elmi әsaslarla qoyulmalıdır.

AUTİZM - Xəstəlik deyil

AUTİZM - Əlillik deyil

AUTİZM - Kəm ağıllıq deyil

AUTİZM - sadəcə və sadəcə FƏRQLİLİKDİR !!! və bu fərqlilik onun özəlliyidir . Məsələ bu özəlliyi xor görüb cəmiyyətdən dışlamaq deyil , əsl məsələ bu özəlliyin fərqinə varıb , onu olduğu kimi qəbullanmaq , lakin bununla barşmamaq və üzərinə gedib normallaşdırmaqdır.

 Әminә İsrafilzadә,

ADPU'nun Pedaqogika vә Psixologiya fakültәsinin

4cü kurs tәlәbәsi

Go Back

Sorğu göndər