Düşüncə Jurnalı

header photo

" Autist uşaqlarda digər sağlam insanlar kimi adlarını tarixə yazdıran şəxsiyyətlərdən ola bilərlər." - AYGÜN MƏCİDLİ

Autizm – erkən yaş dövrlərindən  başlayan, sosial münasibətlər və ünsiyyət sferasında  problemlərin  olması ilə özünü  göstərən  ümumi  inkişaf  problemidir.Autizm  özünə  qapanma, real  həyatdan  uzaqlaşma  kimi  təzahür  edir.Autizm  kifayət  qədər  geniş  yayılmış  haldır.Belə ki, təxminən  min uşaqda  5-də  müşahidə  olunur. Ümumiyyətlə dünyada 67 milyon insan autizm sindromundan əziyyət çəkir.

Autizm  sözü  yunanca autos  sözünün  kökündən  gəlir.Autos  sözünün mənası  öz və ya özü deməkdir.İlk  dəfə  autizm  sözündən  məşhur  isveçrəli  psixiatr E.Bleuler  istifadə etmişdir.1910-cu ildə  Bleuler  autizm  termini  ilə  şizofreniya  xəstələrində  müşahidə  olunan  özünə  qapanma  və  ətrafdakı  dünyadan təcrid  olunma  əlamətlərini  təsvir  etmişdir.

Autizm  pozuntusunu  təsvir edən ilk həkimlər  L.Kanner  və H.Asperger  müşahidə  etdikləri  uşaqlarda  şizofreniya  xəstəliyinin  olmadığını görür.Və buna görə də  onlar  bu  uşaqları  “öz aləmlərində olduğuna”  görə onların  vəziyyətini təsvir  etmək  üçün  autizm  terminindən  istifadə etmişlər.

Autizm 1-4 yaşlarında özünü qeyri-iradi hərəkətlərlə ,nitqin olmaması və təkrar nitqlə,göz təmasından yayınma ilə depressiv formada özünü büruzə verən sindromdur.Autizm  əsasən  sosial  münasibətlərdə, nitq  və ünsiyyətdə, təsəvvür etmədə pozğunluqların  olması ilə  xarakterizə  olunur:

  • Sosial  münasibətləri  qurmaqda  çətinlik  çəkirlər
  • Göz kontaktı qurmurlar
  • Digər  uşaqlarla oynamamaq və oyuna qarşı marağın  olmaması
  • Başqaları  ilə  ünsiyyətdən  qaçmaq
  • Eyni  mövzu ətrafında  uzun müddət  danışmaq
  • Səbəbsiz  ağlama,gülmə,qəribə davranışlar etmək
  • Predmetləri  dayanmadan çevirmək
  • Monotonluğa-eyniliyə meyllik
  • Dəyişikliklərə  qarşı dərhal reaksiya  vermək
  • Təkliyə  meyillik
  • Ağrı  hissinə  qarşı  laqeyidlik
  • Təmasdan  qaçmaq,qucağa alınmaqdan  xoşlanmamaq
  • Exolaliya tipli  nitq,yəni cavab vermək əvəzinə  özünə  deyilənləri  təkrar  etməsi
  • Səslərə qarşı  həddindən artıq  həssaslıq  və ya tam tərsi-laqeyidlik
  • Hiperaktivlik  və ya hipoaktivlik

Hal-hazırda autizmin  yaranma səbəbi tam dəqiq bəlli deyil.Lakin  mütəxəssilər belə hesab edirlər ki, autizm  həm  irsi,həm doğuşdan  əvvəlki, doğuş zamanı, doğuşdan sonra qazanılmış bir sıra  inkişafa  təsiredici  faktorlarla, maddələr  mübadiləsinin anadangəlmə  pozulması və ya üzvi  zədələnməsi ilə bağlı ola bilər.

Statistikalara görə, ABŞ-dakı  qadınların  1/3-dən  çoxunda izafi  yəni artıq cəki  var.Qadının  hamiləlik  dövründə  izafi  çəkili  olması  uşağın  autizmlə  doğulma  riskini  1.6 dəfə  artırır.Autizm  xəstəsi  olan  uşaqların  20% -nin  analarında  artıq  çəki  olub.

Genetik  faktorlara gəldikdə  isə  tək  yumurta əkizləri bir-birinin  eyni olduğu  üçün  onlardan  birinin  autizmli  olması  digərinində  eyni vəziyyətdə olması  riskini  35-70% artırır. Fərqli  yumurta əkizlərində də risk  mövcuddur,lakin nisbətən  az-0-23%  təşkil edir.

Autizmin  korreksiyasında  bir neçə  üsul vardır.Xarici  ölkələrdə  daha  çox aşağıdakı  üsullardan daha  çox istifadə edirlər.

TEACCH-bu metod zamanı  uşağın  daha rahat  inkişafı  üçün  xüsusi  mühit yaradır və bütün  qıcıqlandırıcı  amillər  aradan qaldırılır.Bu sistemlə tərbiyəedilən uşaq ciddi  rejimə tabe olur.Hər bir əşyanın öz yeri olur və yerlər dəyişdirilmir.Bu metodika ABŞ-ın Şimali Karolina Universitetində  geniş yayılıb və hazırda Belçika,Danimarka,ABŞ-ın bir çox şitatlarında,eləcə də Rusiyanın dövlət müəssisələrində  autist uşaqların təliminin  dövlət  proqramı  kimi  istifadə  edilir.

ABA-davranışın modifikasiya  metodikasıdır.Bu metod daha ağır formalar üçündür.Hər bir hərəkət  uşağa  təklikdə  öyrədilir,daha sonra  zəncir  şəklində  birləşdirilir.Düzgün  həyata keçirilən  hərəkətlər  avtomatlaşdırılır.Uşaq bir-biri ilə əlaqəsiz  bir  neçə  vərdişə yiyələnə  bilər.Onları qruplaşdırmaq pedaqoqun,psixoloqun  öhdəsinə düşür.

Son-Rise proqramı-uşaqğın şəxsi  motivasiyasına  əsaslanır.Uşağın autistik  aləmini  dağıtmadan  ona  təkrarlanan və ritual  hərəkətlərlə  yanaşaraq  uşağın  autistik davranışlarına yeni  anlam və məna verir.

Eyni zamanda autizmin korreksiyasında qum terapiyasından,animalterapiyadan istifadə etmək olar.

Autistik uşaqların valideynlərin qayğısına çox ehtiyacı vardır.Ona görə də valideynlər autistik uşaqlarına xəstə uşaq kimi yoxda, fərqli xarakterə malik olan övlad kimi baxsınlar və sevsinlər.Onları necə varsa elə də qəbul etsinlər.Hər zaman onların yanında olub,onlara dayaq olsunlar.Ətraf aləmə,insanlara adaptasiyasında yardımçı olsunlar.Unutmayaq ki, heç bir uşaq autizmi və digər xəstəlikləri özləri seçmirlər.

Və  autist uşaqlarda digər sağlam insanlar kimi  adlarını tarixə yazdıran şəxsiyyətlərdən ola bilərlər.

Məşhur autistlər: Endryu  Cekson- ABŞ-ın VII prezidenti

Deril Henna- aktrisa;  Syu Rubin-aktrisa;  Bod Dilan-musiqiçi; Vinsent  Van Qoq-istedadlı  rəssam.

Bundan başqa İsaak Nyuton,Albert Eynşteyn və Stiven Spilberqinində davranışlarında  autistik  cizgilər vardır.

 

Məcidli  Aygün  Eldar  qızı         20  yaş.

AMİ-ŞƏKİ Filialı

Təhsildə  sosial-psixoloji xidmət ixtisası, IV kurs

 

Go Back

Sorğu göndər