Ailə həyatı quranda 23 yaşım var idi.Bir müddət sonra hamilə olduğumu öyrəndik. 9 ay sonra əkiz körpələrimi qucağıma alacaqdım.Çox sevincli idik.Hamiləliyim çətin irəliləyirdi.2- ci ayımda ağrılı dönəmlə üzləşdiyim üçün həkimimə müraciət etdim.Əkizlərimin biri məni tərk etmişdi.Bu dönəm və hamiləliyimin geri qalan hissəsi mənim üçün çox ağrılı keçdi.
Oğlumu qucağıma alanda onun gözəlliyi məni heyran etmişdi.Bir gündəlik tutaraq oğlumun hər yeni hərəkətini və bütün inkişaf dönəmini yazmağa başladım.Hər şey öz qaydasında davam edirdi.
1yaş 6aylıq olanda oğlum çox ağır bağırsaq infeksiyasına yoluxdu.Uzun müddət xəstəxanada müalicə almalı olduq.Davamlı olaraq mədə və bağırsaqları yuyulurdu. Xəstəliyin yoluxma səbəbi tapılmadı.Bir müddət müalicədən sonra biz normal həyatımıza geri döndük,lakin oğlumda ciddi laqeydliyin başladığının fərqinə vardım.İndiyə kimi səsimə reaksiya verən oğlum artıq adına reaksiya vermirdi. Bilərəkdən möhkəm səslər çıxarmağa başladım lakin o yenədə reaksiyasız qalırdı.
Əllərini gözlərinin önünə gətirib barmaqlarıyla oynayırdi.Özünəməxsus səslər çıxarır,saatlarla bir küncdə oturub tərpənmirdi.İxtisasım psixologiya olduğundan ilk diaqnozu özüm müəyyənləşdirmişdim,lakin xeyali idi.Bilirdim amma ki, inanmırdım.Ailəmə bu haqqda danışanda onlar inanmadılar,”ola bilməz,sən sadəcə psixoloq olduğun üçün məsələyə həssas yanaşırşan,o yaxşıdı,keçib gedəcək” dedilər.Mən isə hər gün gözümün önündə geriləyən oğlumun ciddi bir problemlə üzləşdiyinin fərqində idim.Tez bir zamanda oğlumu psixiatrın yanına apardıq.Müayinədən sonra ilk sözüm “həkim,autizmdir?”oldu.İlk həkimimiz bunu təsdiqləmişdi və tək yolun təlim olduğunu izah etmişdi,lakin bu bizim üçün pis yuxudan başqa bir şey deyildi.Biz qane olmadıq oğlumla birlikdə İran və Türkiyəyə getdik.Psixiatrların müşahidısindən sonra bizə fərqli birşey deyən olmadı.Geri döndüyümüzdə oğlumun təlimləri davam edirdi.
Bir gün oğlumun hər gözəl anını qələmə aldığım gündəliyi açdım və başladım oxumağa.Bir müddət sonra təkrar cümlələri oxuduğumun fərqinə vardım.1yaş 6 aylığına kimi yazdığım bütün cümlələr eyniylə 3yaşına kimi təkrarlanırdı.Dünyam bir daha başıma fırlanmışdı,sevinclə yazdığım o gündəliyi lənətləyircəsinə bütün vərəqlərini tək-tək cıraraq tulladım.Günlərim çox çətin keçirdi bəzən yalqızlıq alıb məni aparırdı,bəzən isə oğlum üçün ayaqda dimdik duraraq ona dayaq olmağa çalışırdım.
Son çarəmi elminə çox güvəndiyim tanınmış psixiatr müəlliməmdə gördüm.O məni ilk dəfə görəndə tanımadı.”Sənə nə olub?”deyə sual verdi.Oğlumu 90 dəqiqə müşahidə etdi,müşahidə zamanı mənə tək dediyi:”oğlunun artıq 4yaşı var,ikinci övladı düşünmənin səncə vaxtı deyil?” oldu.
Artıq hərşeyi anlamışdım.Son qapınıda bağladıq,maddi və mənəvi bütün gücümüzü toplayaraq oğlumun təliminə sərf etdik.Bu dünəmdə ikinci hamiləliyimi keçirirdim.Növbəti ağır gələn dönəmlərdən biridə qızım doğulduqda xəstəxanada yatdığım dövr idi.Ətrafında yeni körpə dünyaya gətirmiş bütün anaların 2ya da 3cü körpələri dünyaya gəlmişdi.İlk övladları telefon vasitəsiylə analarıyla danışırdılar, bəziləri ağlıyırdı “darıxıram ana gəl” deyə, bəziləriysə anaları üçün xəstəxanadadı deyə narahat olurdu.Mən onlara baxırdım birdə telefonuma,oğlum zəng vurmurdu, o nənəsinin yanında idi və mənim yoxluğumun fərqində deyildi.Bax o zaman anladım Autizmli bir Dünyaya sahib olmanın gətirdiyi ağır və gerçək hissləri(Gənc ananın gözəl gözləri yaşla doldu).
Hər insan heyatında hansısa çətinliklərlə üzləşir.Bu çətinliklərlə başa çıxmağın tək yolu ilk növbədə onları qəbul etməkdir.Autizmdə belədir.Autizmli övladınız varsa ilk növbədə onun müsbət xüsüsiyyətlərini ön plana çıxarın və inanınki bu sizin stimulunuz olacaq.
Oğlumun yumru əşyalara marağ var,eləcədə toplara.Biz bunu idman dərsində oyuna çevirdik təlimçisi ilə birlikdə.İndi oğlum çox yaxşı masaüstü tennis oynayır,hətta yaşıdlarıyla kiçik yarışlarda keçirirlər.Mən çox istəyərdimki dövlət səviyyəsində sırf autizmli uşaqların iştirak edəbiləcəyi idman yarışları çekirilsin, uşaqlarımızın bir çoxu bu sahədə çox yaxşı inkişaf ediblər.
Oğlum mənə qarşı çox həsasdır.Mən nə vaxtsa xəstə yada halsız olanda oda eyniylə bunu yaşayır,nə vaxt ki,mən xoşbəxtəm və gülümsəyirəm o zaman oğlumda xoşbəxt olur.Bax mənim dayağım elə budur.
Autizmli uşaqların takıntıları vardır,evimizdəki əşyalara məxsus qaydaları oğlum bəlirləyir,məs:qapılar adətən bağlı qalmalıdır,özünə məxsus əşyaları hər zaman eyni qaydada olmalıdır, ayaqqabını çıxardığı yerdə eyni qaydada səhər geyinməlidir və s.
Qızım oğlumun həyatına rəng qatdığı kimi oğlumda qızımın həyatını zənginləşdirir.Oğlumun 8 yaşı var və aldığı təlim sayəsində artıq məktəb təhsili almağa hazırdır və bunda qızımın roluda böyük olmuşdur.
Bəzən insanlar elə düşünürki autizmli bir uşaqda öyrəniləcək heçnə yoxdur,lakin tam əksinə,diqqətli və dəqiq olmağı,eyni qaydada görünməyi,səliqəli olmağı və s. kimi bir çox xüsusiyyətləri onlardan daha dəqiq öyrənmək mümkündür.
Autizmli uşaqların cəmiyyətə inteqrasiyası çox vacibdir. Oğlunuzla birlikdə evdən çıxdığınız zaman hansı çətinliklərlə qarşılaşırsız?sualıma gənc ana belə cavab verdi:
-Biz xalq olaraq qonaqpərvərik.Qapını çalan qonağı ən yaxşı şəkildə qarşılayırıq hər zaman.Autizm də gözlənilmədən qapımızı çalan qonaq idi.Onu biz dəvət etməmişdik!
Oğlumla evdən kənar mühitlərdə həmişə eyni şeyi yaşayırıq: insanların qəribə baxışları və arxamızdan dedikləri sözlər-“belədə ana olar uşaq özünü öldürdü heç çevrilib baxmırda”,”uşağa belə tərbiyə verməzlər qızım”,”ay xanım bəsdir uşağınız səs-küy saldı insanlar narahat olur zəhmət olmazsa məkanı tərk edin” və s.
Autizmin insalar arasında maarifləndirilərək normal bir hala çevrilməsini çox istəyərdim.İlk növbədə bunu düşünməliyik autizmdən əziyyət çəkən bizim körpələrimizdir.Daha sonra onların ailələri yəni bizlərik.Cəmiyyət burda heçbir əziyyət çəkmir.Biz övladlarımızı olduğu kimi qəbul edib onlara normal yaşamın nə olduğunu aşılamağa çalışırıq,lakin cəmiyyət bunu anlamaq istəmir və qəbul etmir.
Bir müddət bundan öncə oğlumla alış-veriş mərkəzlərindən birində idik.Oğlumun krizi tutdu.Bu hərzaman ola bilər çünki onlar hərşeyə qarşı həssasdır,bizim hiss etmədiyimiz qoxular,eşidibdə fikir vermədiyimiz səslər,insan kütləsi və.s onlar üçün çox narahat edicidir.Krizin gələ biləcəyini düşündüyüm stuasiyalardan hərzaman onu qorumağa və uzaqlaşdırmağa çalışıram,lakin bunu hərzaman kontrol etmək və nəzarətdə saxlamaq mümkün deyil.
Krizin yaşandığı vaxt mən onun əlindən tutub mağazadan koridora çıxardım.O bərkdən qışqıraraq ağlıyır.Qarşıdan isə bir yaşlı kişi və qadın bizə baxaraq irəliləyirlər.Mən krizə reaksiyaya verməmək məcburiyyətindəyəm,insanlara qəribə baxmasınlar deyə oğluma pislik edə bilmərəm.Yaşlı kişi xanımına “belədə ana olar,uşağı dünyaya gətirirlər tərbiyə verməyi bacarmırlar,uşaq özünü öldürür heç vecinədə deyil”deyərək gözlərimin içinə baxdı.
Biz analar həmişə nədənsə cəmiyyətin qınaq obyektinə çevrilirik.Mən bəlkədə ixtisasım səbəbiylə bu vəziyyəti daha tez qəbul edə bildim,lakin illərlə depresiyada olan analar var.Vəziyyəti qəbul edə bilmirlər və bu kimi ifadələr onları intaharada sövq edir.Mərkəzə övladını gətirən bir ana var burda,bir dəfə söhbətimizdə o mənə dediki:
-Mən hər dəfə evdən kənara çıxanda yolda,körpünün üzərində dayanıram və düşünürəm görəsən bu dəfə cəhd edimmi?Sonra düşünürəm bəs birdən mən ölsəm qızım sağ qalsa,yada şikəst olsa ona kim baxacaq axı o mənsiz yaşaya bilməz və buna görədə bu düşüncəmdən uzaqlaşıram.
Ailənin maddi durumu çoxda yaxşı deyil.Sırf uşaqları ictimai nəqliyyatda insanların tənqid və təhqirlərinə məruz qalmasın deyə kreditlə maşın alıblar.
Mənim oğlum autizmlidir.
Mən oğlumu bağçaya qoymuşdum.Bir müddət sonra valideyn iclasına çağırıldım,mövzu bəlli deyildi.Bütün valideynlər və bağça müəllimələri toplanmışdılar.Bir kütlənin qarşısına məni çağırdılar və “sizin uşağınızın yeri bura deyil,götürün uşağınızı gedin”deyə müraciət etdilər.
Autizmli uşaqların steriotip hərəkətləri olur və bağça yaş dönəmi də uşaqların təqlid dönəmi olduğu üçün oğlumun steriotip hərəkətlərini digər uşaqlar öyrənmiş və bunu təkrarlamağa başlamışlardı.Müəllimələrdə valideynlərdə bundan narazı idilər.O gün oğlumun bağçaya getdiyi son gün oldu.
Autizmli Dünyaya sahib bir Ana
Mənim oğlum autizmlidir.
Əyləncə mərkəzlərindən birində idik.Uşaqlara bi nəfər şar paylayırdı.Bütün uşaqları şarı əlinə alıb oynayırdı.Mənim oğlumsa şarı əlinə aldı və yerə atdı.Şarı verən şəxsin dediyi cümlə bundan ibarət idi:”sənə necə tərbiyə veriblər axı,sən bilmirsən ki,sənə kimsə nəsə verəndə sağ ol deməy lazımdır,hələ bir şarı yerədə atırsan”.
Autizmli Dünyaya sahib bir Ana
Mənim böyük qızım autizmlidir.
Bir gün Kukla teatrından tamaşadan çıxmıdıq,qızım bulvarda gəzmək istədi.Qış idi.Qızımın immuniteti çox zəifdir.Belə soyuq havada gəzsək xəstələnəcəyini bildiyim üçün ona izahli şəkildə yox dedim.Qızım kriz keçirdi.Bu vaxt avtobus dayandı və qızımla birlikdə avtobusa mindik.Bir müddət avtobus hərəkət etmədi. Mən qızımla məşğul olmaqda idimki şofer ayağa qalxdı və dedi:
“mən avtobusumda dəli daşımıram,tez olun düşün”.
Bütün insanların gözü önündə bizi avtobustan çıxardı və mən evə çatana kimi hönkür-hönkür ağladım.
Autizmli Dünyaya sahib bir Ana
Mənim kiçik qızım autizmlidir.
Bir gün market alış-verişinə qızımla çıxdım.Qızım şokalad istədi,mən isə ona şokalad yeyə bilməyəcəyini izah edtim.Çünki dieta tətbiq edirik qızıma,şokalad ona çox pis təsir etdiyindən qadağan olunanlar siyahısındadır.Qızıma şokalad vermədiyimi görən satıcı xanım:
“Can mama sənə şokalad vermir.Gəl xala sənə şokalad versin.Ay xanım nə olacaq bir şokaladdan qoyun yesində”.
İki fikir arasında çaşqın qalan qızım kriz keçirdi və biz marketdən çıxmalı olduq.
Autizmli Dünyaya sahib bir Ana
Mənim kiçik oğlum autizmlidir.
Biz paltar almaq üçün mağazaya getmişdik.Bilmirəm onun o anki krizinə nə səbəb oldu.Anidə çox bərk qışqıraraq ağlamağa başladı.Yerə uzanıb döşəməni təpikləyirdi.Mühafizəçi bizə yaxınlaşdı:
“Xanım tez mağazadan çıxın.Müştərilər uşağın səsindən narahat olub mağazanı tərk edirlər”.
Biz mağazadan çıxanda hər kəs qınayıcı baxışlarla bizə baxırdı,bəziləri bir-birinin qulağına nə isə pıçıldayırdı.
Autizmli Dünyaya sahib bir Ana
Cəmiyyətimizin dəyərli üzvləri”qınadığını can bədəndən çıxmadan yaşayarsan” deyə bir kəlam var.Hayatlarını düşünmədən sərf etdiyiniz kobud sözlərlə çərçivəyə saldığınız bu insanların da hamı kimi,istədikləri yerə istədikləri vaxt getmə hüquqları vardır.Onları qınaq obyektinə çevirmədən öncə özünüzü o insanların yerinə qoyun,bir neçə saniyə belə olsa bunu yaşaya bilərsinizmi?
Bir körpənin autizmli doğulması nə o körpənin öz seçimi deyil,nə də ana atasının günahı deyil!İlk öncə bunu düşünək,daha sonra bu insanların övladlarını normal həyata inteqrasiya etmək üçün etdiyi kifayət qədər mənəvi və maddi xərclərini göz önünə gətirək.Onlara bu çətin yolda ən azından qınamayaraq bir yardımı bəlkədə bizlər edə bilərik!
Məqaləmin ərsəyə gəlməsində yaşadıqları həyat hekayələrini danışan bütün gözəl analara və mərkəzdə sorğu keçirtməyimə şərait yaratdığna görə Uğur inkişaf mərkəzinin rəhbəri Kəmalə Əliyevaya sonsuz təşəkkürlər.
Tünzalə Talıblı.Xəzər universiteti.İxtisas psixologiya