Düşüncə Jurnalı

header photo

" Mən elə bir mənəmki..." - AYGÜL RÜSTƏM

                                       

Əziz kiçik yaşlarından,həyatı və dünyası fərqli idi.O,soyuq bir qış günü dünyaya gəlmişdi.Valideynlərinin gözünün ilki,ruhlarının pəncərəsi idi.Gözləri,Qırmızı dənizin dərinliyindəki,səmanın bahar fəslindəki olan  masmavi rəngi idi.Sanki bütün saflığı,bütün gələcək ruh aləmi ilk doğulduğu gündən simasına yazılmışdı,balaca Əzizin.İllər bir-birinin ardınca düz 3 il keçdi,Əziz ilk əvvəllər çox gözəl böyüyürdü,hamı onun gözəlliyindən,ağlından danışırdı.Bir gün,qəfildən hər şey dəyişməyə başladı.Əziz daha əvvəlki kimi deyildi.Heç kimlə danışmır,insanlardan gözəl,mənalı mavi gözlərini qaçırdırdı.Həyat ona yeni surprizlər  hazırlayırdı.O isə bunlardan,xəbərsiz,kiçik bir körpə idi.Valideynləri artıq Əzizin yeni yaranmış davranışlarından narahat olub,həkimə apardılar.Həkimin uzun müddətli yoxlanışından,valideynlərlə söhbətindən sonra,yenə tam əmin olmaq üçün MR çəkildi.Nəticədə isə,beynində dəyişiklik olmadığı və körpə Əzizin artıq daha fərqli olacağı,xüsusi olacağı aşkar edilib,diaqnoz qoyuldu.Körpə Əziz Autizm idi,fərqli idi.Doğrudur,bu heçvaxt keçməyəcəkdi,yaxud Əziz bunu yaşayacaq tək insan deyildi, ya da əqli gerilik deyildi.Əzizin valideynlərinin pis qayğısı nəticəsində də yaranmamışdı,yaxud ruhi xəstəlik ,pozuntu da deyil idi.Sadəcə artıq çox fərqli olacaqdı.Onun xüsusi qayğıya,xüsusi sevgiyə,xüsusi diqqətə ehtiyacı var idi,eyni ilə onun kimi fərqli uşaqlarla birlikdə.Valideynləri Əzizi xüsusi məktəbə yazdırırlar.Artıq,həftənin hər günü,axşam saatlarına qədər,Əzizin yeni həyatı başlamışdı.Əziz yeni dostlar qazanacaq,həyatını özü yenidən kəşf edəcəkdi.
İllər keçirdi,artıq Əzizin 7 yaşı var idi.Bu illər ərzində,o bəzən çox yorulub,çox çəkilmişdi geriyə,lakin bu onun fərqli olduğunu dəyişmirdi.İnsanlarla göz-gözə gəlməyə,başqalarını gördüyü an üz ifadəsini dəyişməyə,bədən dilindən istifadə etməyə,başqaları ilə özünü,öz həyat maraqlarını bölüşməyə maraq göstərmirdi.Nitqi isə,bəzən çox zəif olurdu,bəzənsə həyəcanlanmadan özünü ifadə edə bilirdi.Əzizin qidalanması normal idi,bəzən məktəbdə insanlara hücum edirdi.
Əziz,digər Autizmli,fərqli uşaqlarla bir məktəbdə oxusa da,onda fərqli bir istedad var idi.Əziz,rəsm dərsləri zamanı,qeyri adi,rəsmlər çəkirdi.Müəllimlər,valideynləri çəkilən şəkillərdən,heyrətə gəlirdi,hələ 7 yaşlı bu balaca oğlan öz rəsmləri ilə bütün şəhərə səs salmışdı,hər kəs onun çəkdiyi bu rəsmlərə baxmağa gəlirdi.
17 yaşına çatdığında,Əziz sərgilərini keçirdir,öz qeyri-adi əsərlərini insanlara nümayiş etdirirdi.Böyüdükcə,aldığı özəl dərslər nəticəsində,insanlara hücumu azalmışdı.Artıq Əziz öz fərqliliyi ilə,Autizmi ilə,barışmışdı.Sanki,Autizm olmasa idi,Əziz 17 yaşındakı,saysız sərgiləri keçirdilmiş gənc rəssam olmayacaqdı.
Kiçik yaşlarında olarkən,bir gün,Əziz anasına sual verir,mən niyə başqa insanlar kimi deyiləm?
Anası isə cavabında bildirmişdi:-“Əziz balam,dəniz gözlü oğlum,Əzizim,heç bilirsən,dünyada sənin kimi,fərqli olmaq istəyən,sənə oxşamaq istəyən nə qədər uşaq var? Heç sənin kimi,şəkil çəkə bilən biri varmı? Oğlum mən səninlə,fəxr edirəm.”
Nəhayət Əziz,bütün dünyaya adı yayılmış,əsərlərinin dünya sərgisi keçirilmiş,məşhur rəssam olmuşdur.Əziz,öz fərqli ruhunu sevirdi.Məzuniyyəti günü,Əziz,hər kəsə minnətdar olduğu anda,ilk dəfə öz hisslərini ifadə edə bilmiş və ağlamışdı.Anası bu an səhnəyə gəlmiş,tribunaya çıxaraq,göz yaşları içində ən gözəl çıxışını etmişdir,-“Əziz,analar mən oğluma güvəndim,onun fərqli olması uğurlarının qarşısına keçmədi,onu daha da əzmli,çalışqan etdi.Övladlarınıza güvənin,həyatı dəyişdirəcək insanlar var ki,onlara inandığımızda möcüzələr yaradırlar.” Ana Əzizi bağrına basdı,eyni ilə ilk anadan olduğu andakı,sevinc və qürur göz yaşları ilə...

Mən bir Mənəm
Mən bir mənəm,
İçimdə,fırtına,gözlərim sakit,
Ruhuma tökülüb,fərqlilik tumu.
Gün olur,gözünə baxa bilmirəm,
Öz doğma anamın,məsum atamın.
Susqunluq hakimdir,adım gələndə,
Gülmək,ağlamaqtək ögeydir mənə.
Mən bir mənəm,
Dayaz dəniz təki niqtimlə varam.
İçimdə fərqlilik atəşi yanır,
Autizm adıyla məni hamı tanır.
Mən bir mənəm,
Necəyəmsə,eləyəm.
Məsumam,həm safam heç yalanım yox,
Məni sevən sizlərə.
Qəlbimdə yer çox!

                                                                

 

 Aygül Rüstəm...
                                                    
                                                     HR,Psixoloq
                                                            

                                                                
                                                           
                         
                                             

Go Back

Sorğu göndər