Düşüncə Jurnalı

header photo

"Uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur ." - AYTƏN SƏFƏROVA

Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizmin inkişaf etmə səbəbləri tibbdə hələki dəqiq müəyyən edilməyib. Ən real səbəb  hamiləlik zamanı anada virus infeksiyasının olması sayılır. Həkimlərin müşahidələrinə göre autizm bir çox hallarda hamiləlik zamanı qızılca, məxmərək, suçiçəyi keçirmiş anaların uşaqlarında inkişaf edir. Autizmi olan insanların baş-beyninde müəyyən orqanik pozulmalar müşayət olunur. Oğlanlarda qızlarla müqaisədə bu xəstəliyə daha tez-tez hallarda rast gəlinir. Autizmin bir neçə forması var. Bu xəstəliyin dioqnozu uşağa 3 yaşından sonra qoyulur. Bu zaman autizmi olan uşağın adi uşaqla olan fərqi daha gözə çarpan olur. Adətən valideynlər ilk dəfə həkimlərə bu kimi şikayətlərlə müraciət edirdi: uşaq digər uşaqlarla oynamır, danışmır, onun üçün yeni olan şəraitdən qorxur və s. Xəstəliyin dioqnozu nə qədər tez qoyularsa, uşağın ətraf aləmlə uyğunlaşması da o qədər müvəffəqiyyətli olacaq. Autizmin ilk əlamətləri uşağın 3 ayında üzə çıxmağa başlayır. 3 ayında olan adi uşaq tanış adamları, xüsusilə ananı görəndə sevinir və gülümsəyir. Autizmi olan uşaq heç kimi tanımır, gülümsəmir, ananın döşündən imtina edir və ya çox zəif əmir, uşaqda yuxusuzluq olur. Sağlam uşaq ananın qucağında olduqda anaya sıxılır,  autizmi olan uşaq isə əksinə belini əyir və ana onu sinəsinə sıxa bilmir. Daha böyük uşaqlar öz çarpayısında oturanda uzun müddət ərzində bir tərəfdən o tərəfə yellənir və bu zaman ətrafda baş verənlərə fikir vermir. Bir çox hallarda valideynlər autizmi olan uşaqda eşitmə qabiliyyətinin zəif olmasından və ya uşağın kar olmasından şübhələnərək həkimə müraciət edirlər. Lakın belə uşaqlarda eşitmə ilə heç bir problem yoxdur. Autizmi olan uşaqların nitq inkişafı da gecikir. Adətən onlar yalnız 2 yaşından sonra danışmağa başlayır. Bu uşaqların nitqində qeyri-adidir. Autizmi olan uşaqlar digər uşaqlarla deyil, böyüklərlə ünsiyyət qurmağa üstünlük verir. Lakin bu “ünsiyyət” də zəif olur ki, belə uşağın diqqətini cəlb etmək olduqca çətindir. Autizmi olan uşaqlar ətrafda olan şərait dəyişilməsinə çox həssas olur. Hər hansı bir əşyanın, mebelin və s. yerinin dəyişilməsi bu uşaqlara çox agır təsir edir, onları çaşdırır,onlar bilmir hara getsin, nə ilə məşğul olsunlar. Bu xəstəliyin müayinəsi çox çətin və uzunmüddətli prosesdir. Uşağın valideynləri ağır və hər zaman lazım olan nəticə verməyən mübarizəyə hazır olmalıdırlar.                                                                       

  Autizmi olan uşağın müalicəsində hansı qaydalara əməl  etmək lazımdır?                                                                                                                      

  1) Təcrübəli psixiatri seçin. Həkimi dəyşməyin, bu yalnız xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxardacaq.                                                  

  2) Autizmi olan uşağın müalicəsi yalnız həkimin deyil, bu uşağın bütün ailəsinin işidir. Müalicə evdə, çöldə, uşaq bağçasında və s. davam edir.                                                                                                             

 3) Autizm xəstəliyi olan uşağın müalicəsi daim təkrarlanmaqdan ibarətdir. Hər gün eyni hərəkətləri təkrar etmək lazımdır.                               

4) Uşağın gününü dəqiqliklə planlaşdırmaq lazımdır. Uşaq hər zaman hər hansı işi və s. bitirdikdən sonra nə ilə məşğul olduğunu bilməlidir. Belə dəqiq plan olmadıqda uşaq özünü itirir.                          

5) Uşağı əhatə  edən mühit dəyişilməməlidir. Bütün əşyalar daim eyni yerdə olmalıdır.                                 6) Uşağın diqqətini cəlb etməyə çalışın. Bunun üçün uşağı bir neçə dəfə çagırın. Səsinizi qaldırmayın.

Uşagı vurmaq və ya zorla sizə fikir verməyə məcbur etmək olmaz.                                                                 

Aitizmi olan uşaqların müalicəsi onların ömrünün sonuna kimi fasiləsiz davam edir

Səfərova Aytən

 

Go Back

Sorğu göndər