Düşüncə Jurnalı

header photo

"Valideyn mehriban davranmalı, maksimum səbrli olmalıdır." - CƏMİLƏ QASIMOVA

 

Autizm latın sözü olub, autos-özü deməkdir. Autizm ətraf aləmin dərk etməsinin və digər insanlarla ünsiyyət qurmasının pozulması ilə xarakterizə olunan xəstəlikdir. Autizm uşağı cəmiyyətdən,ünsiyyətdən, göz təmasından ayıran travmatik psixoloji porblemdir. Xarici ölkələrdə bu xəstəlik 30-40 ildir ki , tanınır. Xəstəlik əsasən 3 yaşına qədərki uşaqlarda aşkarlanır.əgər bu yaşa qədər uşaq yaşidları kimi düzgün inkişaf etmirsə autizm diaqnozu qoyurlar.Onlar danışmır, gözə baxmır.

Ilk dəfə elmdə autizm haqqında amerikalı alim Leo Kaner 1947-ci ildə məlumat verib.Ölkəmizdı isə təxminən 2000-ci ildən uşaqlarda autizm sindromu diaqnozu qoyulur. Bəs bu uşaqlar həmyaşıdlarından nə ilə fərqlənir? Bu uşaqlar özünə qapanır, sanki ətraf aləmi görmür və eşitmir. Ona görə də çox vaxt həkimlər buhal ilə müraciət edən valideynlərə görmə yaxud eşitmə ilə bağlı problem olması diaqnozu qoyurlar. Düzdür ilk baxışdan bu ehtimala əsas versə də araşdırmalardan məlum olur ki, onların əsas problemi psixolojidir.

Onlar əqli cəhətdən normal olurlar, sadəcə onların hərəkətlərinin səbəblərini anlamalı və onları cəmiyyətə uyğunlaşdırmaq lazımdır. Bundan başqa, onlar öz aləmlərində olduqlarından ətrafda baş verənlərə diqqət etmir, öz-özünə yellənirlər. Bu uşağlarda dil inkişaf etmir. Onlar istəylərini dil ilə ifadə etmirlər. Məsəslən, istədiyi bir şeyi dil ilə ifadə etmədəkdənsə özünə yaxın olan birin əlini aparıb qoyurlar həmin əşyanın üstünə. Ünsiyyətə girə , ətrafı görə bilmirlər. Özlərinin qız ya oğlan olmaqlarını belə dərk etmirlər.

Bu problem əsasən oğlanlarda müşahidə olunur.Dəcəllik edirlər.Bunun da əsas səbəbi ətrafdakıların diqqətini çəkmək olur.Yəni əgər ailədə istədiyi diqqəti göməzsə ətrafı dağıdıdır, özünə ziyan vurur ki, diqqət çəksin . Əslində nəyisə dağıtmaları onların ifadə dilidir,bununla  var olmalarını ətrafdakılara çatdırmaq istəmələridir. Bunları bütün uşağlarda  da müşahidə etmək olar. Məsələn dağıtmaq dəcəllik etmək normal uşaqların da ən sevdiyi oyunlardır.

Bu əlamətlər müşahidə olunan uşaqları fərqləndirmək üçün onların oyuncaqları ilə necə oynamaqlarına diqqət etmək lazımdır. Məsəslən autizmli uşaq bir oyuncağı təkrarən hərəkət etdirməyi sevir, normal uşaqlar isə sadəcə oyuncaq kimi oynayır. Lakin, bir əlamətə görə demək olmaz. Müəyyən əlamətlərə görə dəqiqləşməlidir.

Mütəxəssislər bu sindromun bir neçə səbəbdən yarana biləcəyini müəyyənləşdirsələr də tam səbəb müəyyənləşməyib. Bunlardan birincisi genetic faktordurş Bundan başqa infeksiyalar nəticəsində baş beyində inkişaf pozğunluğu yaranır. Lakin hər zaman ailədəki bütün uşaqlarda belə olmur.

Müalicə ilə psixoloq, loqopedlər məşğul olurlar. Uş yaşa qədər uşaqlarda müşahidə nə qədər erəkən aşkarlansa müalicə də o qədər effektiv olar. Xəstəlik aşkarlanandan normal səviyyəyəy çatana qədər müayinələr aparılmalıdır.Gec aşkarlanarsa problem ömürluk qala bilər.

Müalicə olunmazsa uşaq daha çox özünə qapanacaq. Psixloji müayinələr qədər, ailədə onlarla olan münasibət də ona kömək ola bilər. Valideyn mehriban davranmalı, maksimum səbrli olmalıdır.

Bu problem bəzən sonradan da yarana bilər.

Autizm psixoloji problem olduğundan ilk baxışda bu uşağları tanımaq olmur. Onların bəzisi ümumiyyətlə danışmır sakit olur, bunların ilk baxışda autist olduğlarını müəyyən etmək üçün gərək onlarla ünsiyyətə girəsən. lakin bəziləri kənarda özlərini tanıdır.

Cəmiyyətdə bu haqda kifayət qədər məlumat yoxdur. Valideynlər çox vaxt bundan xəbərsiz olduğlarından davranışlarda da yalnıçlığa yol verirlər. bəzən də laqeyd yanaşırlar uşaqdır düzələr deyə..sonradan isıə müalicəsi çətinlik yaradır. Belə uşaqlar nəyəsə reaksiya vermir, yumor hissindən də məhrum olurlar. Onların ana sevgisinə daha çəx ehtiyacı olmaqlarına baxmayaraq biruzə verə bilmirlər.belə uşaqlar tək oynamağı xoşlayırş özlırinə əzab verir, ağrı hiss etmirlər.

Valideynlər maksimum diqqətli olmalı , hər hansı fərqəi davranışlar müşahidə etdikdə mutəxəssisə müraciət ederək gec olmadan müalicə etdirsinlər.bu xəstəliyə səbəb bəzən də hamiləlik dövründə anada olan hər hansı problemdın dolayı yaranır.

Autizm beyinin bir çox hissələrinə təsir edir , bu təsirin də necə olması məlum deyil..

 

Qasımova Cəmilə  

Go Back

Sorğu göndər