Dünyada zəka qalib gələcəkmi?-bu sual hər zaman insanları düşündürüb.Bunun üçun yüksək səviyyədə təhsilin olması çox önəmlidir.Mən bu qənaətə gələrək yeni üsülla keçilən dərslərə nəzər saldım.Bu gün təlimdə yeniliklər çoxdur:”didaktik tələblər”,dialoq və əməkdaşlığın vacib sayılması,tədqiqat aparanın şagird,bələdçinin müəllim olması,şagirdlərin mövzu ilə bağlı araşdırmalar aparması,əqli fəallığın güclənməsi,faktların şagird tərəfindən toplanılması,müxtəlif imformasiyalar ilə dünyagörüşünün artılmasının təminatının görülməsi və s.Bütün bunlar onu göstərir ki,məktəblərdə tədrisin əsas məqsədi sagirdlərə hazır bilik vermək deyil,onların faktlar və mənbələrlə sərbəst işləmək,təhlil etmək,şəxsi nəticələr əsasında bacarıqlar inkişaf etdirməkdən ibarətdir.Burada hazır,illər bundan əvvəl mənimsənilmiş elmin öyrədilməsi deyil,oxuyaraq qavranılan mətn,mövzuya yaradıcı yanaşmaq,məntiqi düşünərək ümumiləşdirməyə müvəffəq olmaq,müstəqil işləmək əsas götürülür.Deməli,interaktiv metod məqsəd sayılmır,vasitə sayılır.Məqsəd Kurikulumda təsbit olunmuş məzmun standartlarını reallaşdırmaq bacarığıdır.Müəllim isə məqsədə nail olmaq üçün düzgün standartları seçməli və ən səmərəli fəaliyyət modelindən,təlim üsulundan istifadə etməlidir.Bütün bunlar sinfin səviyyəsinə uyğun təşkil edilməlidir.Bu tədris metodu elmi mətnlərlə işləmək -düşüncə,nitq,diskusiya,danışma qabliyyəti,analtik təfəkkür,söz ehtiyat bacarıqlarını aşılayır.
Motivasiya hissəsində müəllim “danışma bacarığı”na üstünlük verməli ,sualları düzgün qurmalı,müxtəlif nitq situasiyalarını şagirdlərdən almalıdır.Əvvəlki sualıma qayıdıram:”qalib gəlməyə”can atanlar yeni dər üsulunun səmərəsini görəcəklər.”Dünyada qalib gəlmək “göründüyü kimi təkcə öz həyatını qorumaq deyil,elm,bacarıq,deyilmiş bütün məlumatları birləşdirən fikirləri,ideyaları dərk etmək nəticəsində olar.Aydın,anlaşıqlı dildə yazılan vəsaitlərlə müəllimlərin bələdçilik yolunu işiqlandıraraq ”dünyada qalib gəlməy”ə nail olarıq.Dünyanın əşrəfi olan insanın sabahkı taleyi yeni təlim üsulu ilə verilən təhsildən asılıdır.Əmin olaq ki,gələcək nəsillərdən də ixtiraçı,alim,professor,elm xadimləri,yaradıcılıq dahiləri meydana gələcək.
XI əsrdə yaşamış fars şairi Nasir Xosrov (1004-1088) yazırdı: