Kabuslar xam maddəsini qorxularımızdan alan ürküdücü, qorxuducu, narahat edici röyalardır. Yəni gecə terrorudurlar. Kabuslarda tək oluruq. Bir anormaldan qaça bilmərik, bizi hər yerdə tapar. Bir şeytana bıçaq batırarkən plastik kimi bükülür. Həmin an oyanmaq istəyərik. Halbuki, yatağımızda güvəndəyik. Yetkin insanlar ayda bir dəfə kabus görür. Həddən çox yemək yemək, həddən çox stress, yer dəyişdirmə, ağır daxili hesablaşma və hücuma məruz qalma kabusa səbəb ola bilər. Uşaqlar ana və atalarıyla eyni yerdə yatanda kabusları azalır. Əslində yuxudakı tək gerçək düşmən özümüzün qorxusudur. Bu qorxu yuxumuzda simvolik olaraq qarşımıza çıxar. Bu səbəblə bacarmağın yolu qorxu ilə üzləşməkdir. Kabusları dəf etməyin yolu primitiv qəbilələr olan Senoi yerlilərindən modern elm adamlarına kimi öyrənilmişdir. Üzləş və onu ram et, üzləş və onu məğlub et.
Yuxunuzda təqib edilirsinizsə, qaçmağı buraxıb dayanın. Sizə hücüm edirsə, siz də qarşılıq verin. Yıxılsanız, sakitcə yerə və ya yumşaq bir zəminə enməyi təsəvvür edin. İflic keçirir və tərpənə bilmirsinizsə, rahatca yuxunun bitəcəyini və təcrübəni anlamağa çalışın. Bu zaman mütləq yuxudan oyanılır. Oyanarkən yuxunu məşq etmək və hətta başqa bir ssenariyaya çevirmək təkrarlanan kabusları azalda bilir. Bu sadəcə bir yuxudur. Qorxu sizin izn verdiyinizdən daha güclü ola bilməz.
Müəllif: Sultan Tarlacı
Tərcümə Aidə Mahmudova
qadin.net