Düşüncə Jurnalı

header photo

Blog posts : "Maraqlı"

İndiyə qədər eşitmədiyiniz ən maraqlı məlumatlar

-Coca Cola hazırlanarkən rəngləndiricidən istifadə edirlər,əsl rəngi yaşıldır.

-Saat icad edilməmişdən əvvəl müəyyən bir vaxt ərzində yanmaya hazırlanmış şam saatları var idi. Zəng qurmaq lazım olduğu zaman şama iki tərəfdən mıx keçirilir, şam o səviyyəyə qədər yanır və mıxlar bir-birinə dəyərək səs çıxarırdı. 

-Əgər baharatlı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, o sizin hərarətinizi azaldacaq.

-Almaniyada bir çox qocalar evinin önüdə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var.

-Dalğıcların üzərindəki su qırmızı və sarı işığı filtrləyərək hər şeyin mavi tonda olmasını təmin edir . Süni bir işıq qaynağıyla dalmaq isə su altının  gerçək rənglərini görmənizi təmin edə bilər .

-Bütün qütb ayıları solaxay olur.

-Fillər bellərindəki dəri qırışıqlıqlarını ağcaqanadları öldürmək üçün istifadə edirlər.

-Bir qaba çoxlu fıstıq yığsanız,bir müddət sonra özü partlayacaqdır.

-Paraqvayda hər iki tərəfdə qeydə alınaraq qan bağışlamaq üçün duel etməkləri sərbəstdir.

-Napaleonun penisi 2012-ci ildə bir uroloq tərəfindən 40 min dollara satın alınmışdır. 

-Rusiyanın gəlirinin 10%i vodka satışlarının payına düşür.

-Çində uşaqlar anadan olduğu andan 1 yaşında sayılırlar.

-Arıların başlarında 3 kiçik, ön tərəfdə isə 2 böyük göz olmaqla, 5 gözləri var. 

-Yin-yang motivi bilindiyinin əksinə olaraq Çində deyil, Romada görülmüşdür. 

-Sinqapurda sakkız çeynəmək və ya saxlamaq qadağandır.

-Zürafə dili ilə qulağını təmizləyə bilir.

-Qədim Misirlilər pişikləri öldükləri zaman qaşları dibindən kəliyərək yas saxlayırdılar.

-Kenquru sürüsü ingiliscə “mob” yəni “şəbəkə”  adlandırılır

-İnsanın burnu və qulaqları ömrü boyu böyüdüyü halda, gözləri heç vaxt böyüməz.

-Bir ilbiz 1 millik yolu 115 günə gedə bilər.

-Bir Amerikan dolları bankotunun ortalama ömrü 18 aydır.

-Tək yumurta əkizi olan iki qadın, tək yumurta əkizi olan iki kişi ilə evlənsə onların uşaqları genetik olaraq qardaş olur.

-Çilidəki Atacama çölünə bu günə qədər yağış yağmayıb.

-Dünyanın ən uzun ağacı olan “Hyperion”nun yeri bir neçə elm adamından başqa heç kimsə tərəfindən bilinmir. 

-Timsahlar dillərini bayıra çıxara bilmirlər.

-Bir qurtum dəniz suyunda milyonlarla bakteriya, yüz minlərlə bitki mənşəli plankton və on minlərlə heyvan planktonları mövcuddur.

-Pişiklər şirin şeylərin dadını bilmirlər.

İsmət Abbas/Aktual.az

Go Back

“Wi-Fi” şüasının zərələri

“Wi-Fi” texnologiyası interneti xeyli sayda istifadəçi üçün daha əlçatan edib. İndi bir qurğudan digərinə kabel çəkməyə ehtiyac yoxdur, sadəcə “Wi-Fi” router vasitəsilə internetə qoşulmaq olar. Bəs əgər “Wi-Fi” şüası zərərlidirsə?

Hər şeydən əvvəl qeyd edək ki, “Wi-Fi” şüasının zərəri haqda məqalələrin əksəriyyəti elmi fakt və ya tədqiqatlara əsaslanmayıb. Faktların olmamasına baxmayaraq, “Wi-Fi” şüasının sağlamlığa zərərli olması iddiasının tərəfdarları hər gün çoxalır.

Bu barədə ciddi elmi araşdırmalar keçirilməyib. Hətta hər hansı ölkə tərəfindən araşdırma keçirilsə belə, çətin ki, simsiz texnologiyaların tərəfdarları və ya əleyhdarlarının sayı azalacaq.

Britaniyada Sağlamlığın qorunması assosiasiyasının alimləri mobil rabitə şüasını “Wi-Fi” ötürücüdən çıxan şüa ilə müqayisə ediblər. Məlum olub ki, birincinin intensivliyi ikinci ilə müqayisədə 5000 dəfə çoxdur, yəni sadə mobil telefon “Wi-Fi” qoşulma ilə müqayisədə daha çox zərərlidir.

kayzen.az

Go Back

Ata-ana laqeydliyi gələcəkdə infarkt yaradır

 

Uşaq vaxtı diqqətdən kənarda qalan uşaqların gələcəkdə infakrt keçirmə riski böyükdür. 

 

ABŞ alimlərinin 286 nəfər üzərində apardığı araşdırma sübut edir ki, bu cür uşaqlıq keçirmiş şəxslər digərləri ilə müqayisədə 3 dəfə artıq infarkt riskinə sahibdir. Nəticələr şəkər xəstəliyi, idman, siqaret vərdişi, ürək və digər narahatçılıq faktorları da nəzərə alınmaqla hazırlanıb. Maraqlıdır ki, daha öncə aparılan bəzi araşdırmalar uşaqlığa qarşı laqeydliyin gələcəkdə ruh xəstəliklərinə səbəb olduğunu üzə çıxarmışdı. 

 

Bundan başqa, daha çox hər ikisi işləyən valideynlərin uşaqlarında bu kimi hallar üzə çıxır. Alimlər müəyyənləşdirib ki, bu uşaqlar ata-anasından qayğı gözlədiyi halda, bu istəklərinə adekvat cavab ala bilmirlər.

(musavat.com)

 

Go Back

Bugün Azərbaycanda SU ÇƏRŞƏNBƏSİ kimi qeyd olunur

Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur

Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu mərasimlər özündə 4 həftəni birləşdirir. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Su çərşənbəsi fevralın 25-nə düşür. İnama görə, həmin gün sular təzələnir. Gün doğmazdan öncə kənd yerlərində insanlar bulaq üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək həmin sudan çay qoyarlar. Deyilənə görə, Su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, Su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, tapmacaların, bilməcələrin sayı-hesabı yoxdur:

Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq eylə,
Nə çıxar yamanlıqdan.

Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən, mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad, xürrəm keçirsinlər. Su çərşənbəsinə qoşulan nəğmələrin birində belə bir ifadə var: "Allah, məni su elə, su gözəllər yüküdür". Həqiqətən də, çox gözəl deyimdir, həm də məntiqli düşünülübdür. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də bulaqların aynasında güzgülənən sevdası daha təmiz və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız...", yaxud da "Küçlərə su səpmişəm, yar gələndə toz olmasın". Su ilə qarşılayıb su ilə yola salmaq bir ənənədir. Aşıq Ələsgər məşhur qoşmalarının birində bildirir ki, "Çərşənbə günündə çeşmə başında" bir alagöz gözələ vurulub. Çox güman ki, bu da Novruz mərasiminin elə Su çərşənbəsi ilə əlaqədar keçirilən təntənə ilə bağlıdır.

Turanə İbrahimi

simsar.az

Go Back

Gözlərimiz niyə yaşarır

Gözlərin yaşarması adətən bir çox səbəblərə görə baş verir. Bu iltihabi proses, allergiya, yorğunluq və bir sıra başqa səbəblər ola bilir.

Belə ki, gözlər yaşarırsa buna fikir vermək məslətdir, çünki bu orqanizmdə baş verən dəyişikliyin və ya hər hansı bir problemin çağırış zəngi ola bilər.

Bu kimi problemlərin səbəbini öyrənmək və gələcəkdə belə problemlərlə rastlaşmamaq üçün nə etmək lazım olduğunu məqaləmizdə sizə qısa olaraq bildirmək istəyirik.

Orqanizmdə  bir sıra vitamin və mikroelementlərin defisiti, xüsusən də B2  vitamini və kaliy mikroelementinin defisiti belə problemin başlıca səbəbi ola bilər. Gözlərinizin məhz bu səbəbdən yaşarmasını öyrənmək üçün bir sıra əlamətlərə fikir vermək lazımdır. İlk olaraq göz yaşarması əlaməti ilə bərabər işığa olan antipatiya və ağız qırağında yaranan yaralar bu vitaminə olan çatışmazlıq deməkdir. Kaliy defisiti adətən duz, tünd çay, qəhvədən çox istifadə etdikdə, yuxugətirici və sidikqovucu preparatların qəbulu zamanı çox təsadüf edilir. Bundan əlavə əl və ayaqların soyuq olması və gecə qıcolmaları, insanın tez yorulması və yuxulu vəziyyətdə olması da bu vəziyyətə aiddir. Bu əlamətlər sizdə varsa,  gözlərinizin niyə yaşardığı bəllidir, ən əsası bununla necə mübarizə aparmalı? Qida rasionunuza  banan, xiyar, paxlalı bitkilər və başqa kaliy mikroelementi ilə zəngin olan məhsulları əlavə edin.

İkinci səbəb, kontakt linzalar ola bilər. Linzaların dioptriyaya uyğun gəlməməsi, daimi əzələ gərginliyinə səbəb olur. Linzaları taxarkən gözlər həddən çox yaşarması, gözün buynuz təbəqəsinin həddən artıq hissiyatlı olması və ya gözlərin linza saxlanması üçün istifadə olunan vasitələrə olan allergiyası ola bilər. Bunu yoxlamaq asandır. Çalışıb bir neçə gün linzasız keçinin,müsbət dəyişiklik hiss etdikdə həkimə müraciət edib, görmə qabiliyyətini yenidən yoxlatdırın. Həmçinin unutmayın ki, yaz aylarında uçan tozcuqlar gözə düşərək qıcıqlanma yarada bilər. Çalışın yaz ayları və küləkli havalardan gün eynəklərindən istifadə edin.

Üçüncü səbəb, adətən qadınların istifadə etdiyi kosmetik vasitələrdir (tuş, karandaş, pudra və s.). Adətən belə hallar ucuz kosmetikadan istifadə zamanı yaranır, lakin bahalı kosmetikanın da hər bir insan üçün uyğun olub, olmayacağı bəlli olmur. Kosmetika hər bir insan üçün individual məhsuldur. Gözlərin yaşarmasının məhz kosmetikadan olub olmamasını öyrənmək üçün, eyni qaydada bir neçə gün istifadə etdiyiniz kosmetikadan imtina edin. Nəticə müsbət olduqda bu markanı dəyişməniz məsləhət görülür. Bu müddət ərzində gözləri çay və çobanyastığı məhlulu ilə yuyub, gələcəkdə tərkibində konservantlar olmayan hipoallergen kosmetikadan  istifadə edin. Məhz konservatlar allergiyaya səbəb olurlar.

Gözləri sakitləşdirmək üçün bir neçə məhlul resepti:

Tünd çay dəmləyin, onu soyuduqdan sonra pambıq disklərini istifadə edərək gözləriniz bağlı vəziyyətdə üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Həmçinin soyulmuş kartof da gözlərə sakitləşdirici təsir edir.

Çobanyastığ məhlulu hazırlayıb, onu buz qabına süzün. Buz halına gəldikdə təmiz əsgiyə büküb gözlərinizin üzərinə qoyun. Bu prosesi 1 dəqiqədən artıq davam etdirməyin... əks təsiri ola bilər.

Həmçinin gözlərin sakitləşməsi üçün göz idmanı etmək də məsləhət görülür.

 

Go Back

Uşağınızı dodaqdan öpməyin

Mütəxəssislər valideynlərə xəbərdarlıq edib. Onların sözlərinə görə, uşaqlıq dövründə dodaqdan öpmək onların cinsi həyatına təsir edir.

Bəs, ana və ataların uşaqlarını dodağından öpməsi onların gələcəkdə hansı problemlər yaşamasına yol açır?
Uşaqlar hesab edirlər ki, bir şey ya yaxşıdır, ya pisdir. Uşaq şüuraltı müsbət duyğu yaşadıqda onu yaxşı kimi qəbul edir. Mənfi duyğu yaşadıqda isə təbii olaraq onu pis hadisə kimi qəbul edir.  Ana və atanın övladının dodağından sevgi ilə öpdükdə bu, uşağın xoşuna gəlir. Bu hadisəni yaddaşında yaxşı kimi qeyd edir.
Uşaq başqa adamların da dodağından öpməsinə etiraz etmir. Çünki uşaq düşünür ki, ana və atasının hər hərəkəti doğrudur. Dodaqlar beyində ən çox neyron sayına malik bölgələrdən biri olduğu üçün bu duyğunun daimi olmasına da səbəb olur.
Uşaq sonra böyüklərin onun dodağından öpməsini arzulaya, ya da onların bu istəyinə müsbət cavab verə bilər. Bu vəziyyət təəssüf ki, uşağı təcavüzdən müdafiəsiz hala gətirir.
Uşaq əcnəbi şəxsləri ayırd edəcək yaşa gələndə də, bu davranışa etiraz etməsi ehtimalı aşağı düşür, başqalarını dodaqdan öpməyə də meylli olurlar.
Bu uşaqlarda cəmiyyətdə başqalarına, xüsusilə, yaşıdlarına qarşı əxlaqsız hərəkətlər etməsi də müşahidə edilə bilər.
Atanın qızını, ananın oğlunu dodaqdan öpməsi uşağın gələcəkdəki cinsi həyatına da mənfi istiqamətdə təsir göstərə bilər.
Atanın oğlunu, ananın qızını dodağından öpməsi isə uşağın gələcəkdə həmcinsinə aşiq olması yönümündə problemlərə səbəb ola bilər.
Bu cür uşaqların yetkinlik dövrlərində tez və sağlam olmayan cinsi münasibətlərə məruz qalması da müşahidə edilə bilər.
Odur ki, sevgi və qayğınızı uşaqların dodaqlarından deyil, yanaqların öpməklə nümayiş edin.

publika.az

Go Back

Kabus və qarabasma görməyə başlamısınızsa... - DİQQƏT

Doqquz Eylül Universiteti (DEU) Tibb Fakültəsi Nevrologiya üzrə fundamental elm sahəsinin tədris üzvü, prof. dr. Barış Baklan uşaqlıq, yetkinlik dövrlərində və psixi xəstəliklərdən əziyyət çəkənlərin daha çox kabus gördüklərini bildirib.

Yetkinlərin tez-tez kabus görməsinə hansısa işlərinin yolunda getməməsi, həmçinin gizli depressiya səbəb ola bilər. Baklanın fikrincə, bu, iş və ya şəxsi həyatda problemlər, həmçinin psixi pozğunluqlardan da qaynaqlana bilər. Lakin sağlam və xoşbəxt insanlar da bəzən kabus görə bilər. Xoşbəxt insanlar anası, atası, övladı, sevgilisi, çox sevdiyi insanların başına pis bir iş gəldikdə bunu yuxuda görə bilərlər. Gözəl yuxu görmək üçün isə gündüz işlərin yolunda getməsi lazımdır. Eyni zamanda gecə qidalanma da ağır olmamalıdır, çünki bu, avtonom sinir sistemini yorduğu üçün tərləməyə səbəb olur və bu narahatlıq da yuxuda əks olunur.

Hər kəs yuxu görür və yuxu bədənin bir funksiyasıdır. Lakin bəzi insanlar gördükləri yuxunu xatırlamaya bilər. Yuxu mərkəzi ilə bağlı araşdırmaları zamanı yuxu əsnasında elektrofiziki dəyişikliklər müşahidə etdiklərini qeyd edən Baklan yuxu zamanı gözlərin hərəkət etdiyini, xüsusilə göz bəbəklərində bu hərəkətin daha nəzərəçarpan olduğunu söyləyib.

Yuxuları “məntiqli” və “məntiqsiz” olaraq 2 qrupa ayırmaq olar. “Məntiqli” yuxular daha çox ağ-qaradır və adətən gündəlik həyatla bağlıdır. Yuxunun erkən mərhələsində görülür. Non-rem (yuxuya getdikdən sonra ilk 45 dəqiqədəki yuxu mərhələsi) yuxulardır və yuxuya gedər-getməz görülür.

“Məntiqsiz” yuxular isə rem mərhələsinə aiddir. Bu zaman eşitmə, toxunma və görmə duyğuları çalışır, canlı yuxulardır. Bəzi insanlar bu mərhələdə uçduğunu və ya cəmiyyət içində çılpaq gəzdiyini söyləyir. Bu da yuxuya getdikdən təxminən 1,5 saat sonra gerçəkləşir.

saglamolun.az

Go Back

Xoşbəxtlik hormonu - BƏLKƏ DƏ SİZDƏ ƏSKİK OLAN BUDUR

İnanmaq nə qədər çətin olsa da, xoşbəxtlik hissinin səbəbi tam olaraq bir kimyadır.

Yaşadığımız sərhədsiz həzz hissi - çətin biokimyəvi prosselərin zənciridir. Onları idarə edənlər isə xoşbəxtlik hormonlarıdır.

Xoşbəxtlik hormonu həm insanlarda həm də hevyanlarda baş beyində istehsal olunur. Əhvalımıza təsir edən 2 əsas maddə vardır:

Seratonin.

Daxildən işıq saçan insanlar bu hormona ehtiyac duymurlar və özlərini ikiqat xoşbəxt hiss edə bilərlər, belə ki,alimlər müəyyən ediblər ki, bu natural kimyəvi element insanı xərçəng xəstəliyindən qoruya bilir. Serotonin, bəzi hüceyrələrin özünü məhvetməsinə  hökm verə biləcək xüsusiyyətə  malikdir. Hal hazırda alimlər bu fenomen əsasında xərçəngin müalicəsinin yeni  metodu üzərində çalışırlar.

Serotonin gərginliyi aradan qaldırır, yuxu və iştaha təsir edir, həzz hissini formalaşdırır və əhvalı yüksəldir. Şokolad, banan, xurma və əncirdə onun miqdarı böyükdür.

Belə ki, serotoninn miqdarı çoxaldıqca əhval yaxşılaşır, əhval yaxşılaşdıqda da serotoninin miqdarı  çoxalır.

Endorfin.

Endorfinin çox olduğu halda - insan özünü tam güclü, enerji dolu, optimistik və təmamilə xoşbəxt hiss edir. Bu bioloji aktiv birləşmələr (neyropeptidlər) beyin hüceyrələri və sinir sistemi tərəfindən istehsal olunur. Onlar da xoşbəxtlik hormolarına aid edirlirlər. Xüsusi reseptorlarla birləşərərək, beyində yerləşən həzz mərkəzinə gedən sinir impulslarının gedişatını yüngülləşdirirlər. Bu sinir mərkəzini oyadılması bizə yüngüllük, gumrahlıq və sevinc hissi verir.

Endorfinlər həmçinin güclü ağrıkəsici, hərarət salma və iltihabəleyhi təsirə malikdirlər. Buna misal olaraq, hamiləlik zamanı onların miqdarı artır, doğuşdan sonra isə kəskin olaraq azalır. Məhz bu doğuşdan sonrakı depressiyaya səbəb olur.

Bizi ən çox nə xoşbəxt edir...

İntensiv fiziki yük. Yarım saat məşq ərzində qanda "xoşbəxtlik hormonu " konsentrasiyası  5-7 dəfə artır. Həzz 1-2 saat davam edir. Bu vasitə əsasən kişilərə yaxşı təsir edir.

Qida. Əhalinin 40% - i yaxşı yeməyi həzz mənbəyi hesab edir. Lakin hər  yemək endorfin sintezinə təsir etmir. Bu sahədə birinci yerdə karbohidratlı qida və şokoladdır. İkinci yerdə isə banan. Eyni təsirə dondurma da malikdir. Digər şirnilər isə endorfini istehsalını aşağı səviyyədə stimullaşdırma təsirinə malikdirlər.

Hamiləlik qadına xoşbəxtlik hissini 9 ay müddətində verir. Endorfinin istehsal səviyyəsinin  pik nöqtəsi doğuş zamanı baş verir.

Ultrabənövşəyi. Orqanizmdə serotoninin konsentrasiyasını çoxaldır. Məhz bu səbəbdən isti və günü uzanması insanlara müsbət təsir göstərir.

Soyuq. Kanadalı alimlərin fikrinə əsasən dozalanmış soyuq temperatur xoşbəxtlik hormonun istehsalını çoxaldır. Hətta qarın üstündə ayaqyalın qaçmaq və gəzməklə nevroz və depressiyanı müalicə edirlər.

Gülüş. Biz güldüyümüz zaman endorfinin miqdarı kəskin olaraq artır.

İncəsənət. O xəstələr ki müalicəvi dozada musiqi və rəssamlıq təyin edilmişdir,onlarda digərləri ilə müqayisədə daha az ağrıkəsici preparatlara ehtiyac qalmışdır. Bundan əlavə onların qan təzyiqi normallaşmışdır.

 

Go Back

Doğulduğun ay ürəyinə necə təsir edir

Kolumbiya Universitetinin alimləri insanın doğulduğu ayla xəstəlik kodu arasında əlaqə olduğu ilə bağlı araşdırma aparıblar. Araşdırma nəticəsində ümumilikdə 55 xəstəliyin doğum ayı ilə bağlı olduğu bildirilib.

Açıqlanan son statistikaya görə, ölümün 40 faizi ürək xəstəliklərindən qaynaqlanır. Professor Əli Mətn Esen aparılan son elmi araşdırmalar nəticəsində ürək xəstəlikləri və xroniki xəstəliklərin böyük  bir qisminin doğulduğumuz ayla əlaqəli olduğunu açıqlayıb. Onun sözlərinə görə, ürək xəstəlikləri üçün ən problemsiz aylar sentyabr, oktyabr, may, iyun aylarıdır. Ən riskli aylar isə yanvar, mart və apreldir.
Yanvar və aprel aylarında anadan olanlar daha çox risk daşıyır

Türkiyəli kardioloq bildirib ki, sentyabr-dekabr ayları arasında anadan olanlar ürək damar xəstəliklərinə qarşı müqavimətli olurlar, yanvar-aprel ayları arasında anadan olanlar isə əksinə, bu xəstəliyə daha meyilli olublar. O, "Buna səbəb ananın yanvar və mart ayları arasında keçirdiyi infeksiyalardır. Məsələn, 1918 H1N1 adı verilən qrip virusu ilə dünyaya gələn uşaqlar daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkirlər”- deyib.

Sağlam qidalanma və idman uzun həyatın sirridir

Kardioloq ürək çatışmazlığının ən çox mart ayında anadan olanlarda, yüksək təzyiq probleminin isə ən çox iyun ayında anadan olanlarda rast gəlindiyini ifadə edib.

Türkiyəli mütəxəssis sonda onu da bildirib ki, mövcud riskləri minimuma endirmək əslində, hər bir insanın öz əlindədir. Bunun üçün sağlam qidalanmaq və mütəmadi idman etmək lazımdır.

qadinlar.biz

Go Back

SAQQIZIN ZİYANI HAQQINDA

Saqqız dəbli bir atrıbuta çevrildi. Bir çox insanlar saqqız çeynədikdə özünü daha sərbəst və özünə güvənən hiss edirlər.

Digərləri saqqız sakitləşdirir, stresdən azad olmağa kömək edir. Yeri gəlmişkən, həkimlər təsdiq edirlər ki, çeynəmə prosesi (bu hər hansı qida, saqqız ola bilər) streslə mübarizədə kömək edir.

Lakin insanların əksəriyyəti nə saqqızın tərkibi, nə də onun orqanizmə olan təsiri haqqında heç nə bilmirlər.

Saqqız ta qədimdən mövcuddur. Bizim ulu babalarımız bu məqsədlə müxtəlif ağaclardan ifraz olunan qatrandan istifadə edirdilər. İlk saqqız Amerikada XIX əsrin axırlarında istehsal olunub. Onun əsas hissəsini iynəyarpaqlı ağacların qatranı təşkil edirdi.

Müasir saqqızın tərkibində təbii maddələri tapmaq çətindir və ya heç mümkün deyil. Onun əsas hissəsini sintetik polimer təşkil edir. Saqqıza dad və iy əlavə etmək üçün xüsusi rəng və dadvericilər istifadə olunur. Bu maddələr allergiyaya səbəb ola bilər, onlardan bəziləri kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətlərinə malikdir. Müxtəlif saqqızlara şəkər (karies əmələ gətirə bilər), aspartam maddəsi (baş ağrısı və ürəkbulanmasına səbəb ola bilər), ksilit (işlətmə xüsusiyyətlərinə malikdir) əlavə olunur. Beləliklə, saqqızın tərkibi heç də tam ziyansız deyil. Bu səbəbdən uşaqlara saqqız yalnız istisna hallarda verilə bilər (qida qəbulundan sonra). Bundan əlavə uşaq saqqızların tərkibində şəkər çoxdur və bu heç də xeyirli deyil.

Saqqızın müəyyən müsbət xüsusiyyətləri də var. Qida qəbulundan sonra çeynədikdə saqqız ağız boşluğunu qıda qalıqlarından təmizləyir. Saqqız ağız suyunun miqdarını artırır. Ağız suyu isə antiseptik xüsusiyyətlərinə malikdir. Bütün bunlar isə kariesin profilaktikasını təmin edir. Lakin bunun üçün saqqız şəkərsiz olmalıdır və insan onu yalnız 5-10 dəqiqə ərzində çeynəməlidir.

Ümumillikdə saqqızı yalnız qida qəbulundan sonra və yalnız 5-10 dəqiqə ərzində çeynəmək olar. Daha çox müddət ərzində çeynədikdə saqqız ziyan gətirə bilər.

Saqqızdan süi-istifadə edən insanlar öz həzm sisteminə ciddi ziyan vura bilərlər. Saqqızın çeynənməsi zamanı çox miqdarda ağız suyu ifraz olunur. Bu ağız suyu daha sonra mədəyə düşərək onun turşuluğunu azaldır. Bunun nəticəsində mədə şirəni ifraz edir. Mədə şirəsinin tərkibində isə çox aqressiv olan xlorid turşusu var. Bu turşu qidanı həzm etməyə kömək edir və adi halda mədəyə ziyanlı təsir etmir. Lakin insan uzun müddət ərzində və xüsusilə acqarına saqqız çeynədikdə mədədə xlorid turşusunun miqdarı artır, turşu mədənin divarlarına dağıdıcı təsir göstərməyə başlayır və bunun nəticəsində insanda qastrit və mədə xorası kimi xəstəliklər inkişaf edə bilər.

Bundan əlavə saqqız tüpürcək vəzilərini stimullaşdırır. Bu stimulyasiya uzun müddət ərzində baş verdikdə, tüpürcək vəziləri daha az miqdarlarda ağız suyunu ifraz etməyə başlayır. Nəticədə insanın ağzında quruluq yaranır. Bu isə həm dişlər, həm də həzm sistemi üçün ziyanlıdır. Bildiyimiz kimi, ağız suyu antiseptik xüsusiyyətlərinə malikdir. Bundan əlavə ağız suyu həzm proseslərində də iştirak edir - ağız boşluğuna düşən qidanı sonrakı həzm prosesləri üçün hazırlayır.

Diş plombları, breketlər, protezlər üçün də saqqız ziyanlıdır (plomblar düşə bilər, breketlər sına bilər).

Xroniki mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar saqqız çeynəməkdən imtina etməlidir. Gəyirmədən əziyyət çəkən insanlar nanəli saqqız çeynəməməlidir. Əks halda gəyirmə daha da güclənəcək.

Ağzında plomblar və breketlər olan, damaq xəstəliklərdən əziyyət çəkən insanlara da saqqız çeynəmək məsləhət görülmür.

Həkimlər sübut ediblər ki, çeynəmə prosesi beyinin fəaliyyətini ləngidir, fikrini cəmləşdirməyə mane olur.

 

Mənbə: www.myfamilydoctor.ru

 

Go Back

Lovğalanmaq sağlamlığa xeyirdir

Özünü öymək insan psixikasına müsbət təsir göstərir.

Rusiya mətbuatının verdiyi məlumata görə, psixoloqların araşdırması belə deməyə əsas verir. İnsan elə yaranıb ki, o, daim nailiyyətə can atır. Özünə qapılma depressiya və məyusluğa səbəb olur. Hansısa nailiyyətlə loğvalanmaq isə ətrafdakıların reaksiyasına səbəb olur. Psixoloqların fikrincə, məhz bu məqam insana müsbət təsir göstərir.

Araşdırma göstərib ki, bəzi hallarda insan ətrafdakıların zərrə qədər də olsa diqqətini çəkmək üçün xəstəliyi ilə belə, öyünür.

Tədqiqatçılar ən xırda nailiyyətə görə də öyünməyi məsləhət bilir. Onların sözlərinə görə, bu, gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına kömək edir.

qadinlar.biz

Go Back

Soyuq səthin üstündə oturmanın ziyanı

Uşaqlıqdan biz eşidirik ki, soyuq daşın, skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.

Bu nə dərəcədə düzdür? Həkimlərin fikirinə görə, bu həqiqətən belədir. Soyuq yerdə oturduqdan sonra qadınlarda yumurtalıqların iltihabı, sistit, kişilərdə isə prostatitin inkişafının riski yüksəlir. Yumurtalıqların iltihabı isə sonsuzluğun inkişafına yol aça bilər.

Bundan əlavə soyuq səthlərdə müəyyən müddət ərzində oturduqdan sonra insanda radikulit inkişaf edə bilər və ya bu xəstəlik artıq varsa - kəskinləşə bilər.

Soyuq səthdə oturmaq babasilin inkişafına da səbəb ola bilər. Babasili olan insan özünü daim soyuqlamadan qorumalıdır.

Kəskin yerli soyuqlama çanaqda qan dövranının pozulmasına səbəb olur. Bu isə öz növbəsində müxtəlif iltihablara yol açır.

 
 

Soyuq səthlərdə oturmaq uşaqlar üçün xüsusilə təhlükəlidir. Buna heç zaman yol verməyin! Soyuq fəsillərdə uşağa soyuq daşın, skamyanın üzərində oturmağa icazə verməyin.

 

Go Back

Dırnaqlarımız sağlamlığımızın xəbərçisidir

Dırnaqlarınıza nəzərən səhhətiniz haqqında düzgün olmayan bir neçə məlumatı öyrənə bilərsiz. Dırnaqlarınızda vaxtaşırı gördüyünüz dəyişikliklər əslində sizə sağlamlığınızla bağlı nələrisə deyir.

Qırılan dırnaqlar

Asan qırılan, səliqəsiz və soyulan dirnaqlara sahib olmaq olduqca can sıxıcıdır. Bu vəziyyət dırnaqların rütubətə çox məruz qalmasından və ya asetonun dırnağı zədələməsindən irəli gəlir. Qırılan dırnaqların digər səbəbi isə dəmir azlığıdır. Dəmir azlığı dırnaqların qırılmasına səbəb olduğu kimi baş ağrısı və iştahsızlıq yaradır. Bu kimi hallarla qarşılaşırsınızsa, həkimə müraciət etməyinizi məsləhət edirik.

Mavi dırnaqlar

Təbii ki, burada mavi boyalı dırnaqlardan danışmayacayıq. Əgər dırnaqlarınız soyuq olmadığı halda solğun mavi rəngdə olursa, həzm sisteminizi yoxlatdırmağınızı məsləhət edirik. Belə olanda qanda oksigen azalır. Yəni müdaxilə olunması lazım olan məsələdir. Mütləq həkiminizə müraciət edin.

Əyriliklər

Əgər dırnaqlarınızın üzərində kiçik çuxurlar diqqətinizi çəkməyə başlayıbsa, bu ekzema, (yunanca “qaşınıram” deməkdir və ən qədim dəri xəstəliyidir) ya da sədəf xəstəliyinə işarə ila bilər. Eyni zamanda əgər dırnaqlarınızı yeyirsinizsə, səbəb bu da ola bilər.

Dırnaqlarda ağ işarələr

Normal halda çox sıx rastlanan və digərlərinə nisbətən elə də əhəmiyyətli sayılmayan qüsurlardan biridir. Həyəcan təbili çalmaq o qədər də vacib deyil.

Solğun dırnaqlar

Dırnaqların solğun olmasına səbəb kimi anemiyanı (qan azlığı) deyə bilərik. Solğun və əyri dırnaqlar qanınızda lazimi miqdarda oksigenin olmadığını bildirir. Bu səbəbdən mütləq həkiminizə müraciət edin.

qadin.net

Go Back

Ayaqlarım və əllərim niyə üşüyür? SƏBƏBLƏR

Soyuq fəsillərdə bəzi insanları əllərin və ayaqların daim soyuq olması narahat edir.

Hətta isti otaqda olanda, isti corab (əlcək) taxanda, gecə isti yorğanın altında yatanda da bu insanların əlləri və ayaqları "buz kimi" soyuq olur. Əgər bu hal sizi daim narahat edirsə, həkimə müraciət edin. Bu orqanizmdə olan bəzi xəstəliklərin və pozulmaların simptomu ola bilər. Bu pozulmalar arasında:

- qan dövranı pozulmarı

- damar xəstəlikləri, varikoz xəstəliyi

- qalxanvari vəzi xəstəlikləri (hipotireoz - qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi)

- şəkərli diabet

- Reyno sindromu

- osteoxondroz

- dəmirdefisitli anemiya

- arterial təzyiqinin dəyişilməsi.

Yalnız əsas xəstəliyi aşkar edib müalicə edəndən sonra siz bu xoşagəlməz simptomdan qurtula bilərsiniz.

Lakin bəzən insanda heç bir ciddi pozulma aşkar olunmur. Bu halda daha çox hərəkət etməyə çalışın (oturaq iş də bu pozulmaya səbəb ola bilər), yaxşı qidalanın, ayaqlar və əllər üçün kontrast vannaları (isti və soyuq suyun növbələşməsi) edin (bu vannalar damarları möhkəmləndirir).

saglamolun.az

Go Back

Dünya hələ də bu 3 sirri bilmir

 
Dünyada üstü açılan çox sirr var. Amma hələ də sirr olaraq qalan bəzi şeylər var ki, araşdırmalar nəticəsində də onları müəyyən etmək mümkün olmayıb.

1. Coca - Colanın Formulu.
Dünyanın ən çox qazanc əldə edən şirkətlərindən olan Coca Colanın formulunun indiyədək saxlamasından daha təbii bir şey yoxdur. Bir çox Cola markasının olmasına baxmayaraq hələ dünyanın lideri olmaqdadır. Tərkibi çox sadə görünsə də və ya bir çox ölkədə istehsal olunsa da, əslində əsl Coca-Colanın dadını heç biri vermir.
Bəs kim bilir? — 2 adam. Onlar birlikdəykən tam formul / düstur ortaya çıxır.
Bəs necə sirr olaraq saxlanılır? — Formulun originalı və kopiyaları Atlantadakı SunTrust Bankında saxlanılır. Bu sirrin yaxşı saxlanması üçün şirkət SunTrust Bankına 48.3 milyon dollar pay ayırıb. Coca-Cola şirkətinin siyasətləri arasında sirri bilən 2 adamın eyni təyyarələrdə səyahət etməsi qadağandır. Bütün bu sirrə baxmayaraq, Colanın tərkibində coca bitkisindən bir qatqı olduğu bilinir.

2. KFC-nin 11 şəfalı otu və Sousu.
KFC firmasının menyu sirləri 1930-cu ildə benzindoldurma məntəqəsi işlədən Harland Sanders`in müştərilərinə satdığı toyuqlardan gəlir. KFC ― Kentucky Fried Chicken. Sanders 1936-ci ildə öz əyalətindən medal da alıb. Bu sahədəki müvəffəqiyyətlərini davam etdirən Sanders restoranlar açmaq qərarına gəlir. Şirkətin ən böyük nailiyyətlərindən biri 11 şəfalı ot və xüsusi sousların hazırlanmasıdır.
Bəs kim bilir? — Coca-Cola firmasında olduğu kimi yalnız 2 idarəçi bu sirri bilir.

Bəs necə sirr olaraq saxlanılır? — KFC-nin baş şirkət binasında saxlanılır. Açıqlamalara görə, sirr 2 metr qalınlığında divarları olan kameralarla dolu otaqda, 2 fərqli açarı, 2 fərqli PİN şifrəsi olan məkanda saxlanılır. Bəli, bunlar bir toyuq üçün edilir, amma dünyanın ən böyük toyuqsatan firması bunu edincə insana o qədər də qəribə gəlmir.

3. OLİVER CROMWELL`in başının olduğu yer.
Oliver Cromwell 1600-cü ildə İngiltərədə monarxiya quruluşunu tək başına sona çatdıran əhəmiyyətli adlardan biridir. Oliverin ölümündən sonra monarxiya quruluşu təkrar qurulub. Kral II Çarlsin əmriylə məzarı qazılaraq ölü olan Cromwell`in təkrar öldürülməsi əmri verilib. Cəsədini 12 saat ipdə asılı tutan Kral Çarls Cromwellin başını kəsdirmişdi. Daha sonra Cromwell`in kəlləsi muzey tərəfindən alındı, daha sonra isə bir kolleksiyaçıya satıldı. Kəllənin son sahibi 1957-ci ildə vəfat etdi və oğlu kəlləni saxlamaq istəmədi. Kəlləni basdırmaq üçün 3 il yer axtaran ailə sonunda bunu reallaşdıra bildi. Hazırda 2 adam kəllənin yerini bilir.

Bəs kim bilir? — Cambridge Universitetindən 2 professor.

Bəs necə sirr olaraq saxlanılır? — Məzarın üstündə heç bir işarə yoxdur amma yaxınlarında məzarın istiqamətini göstərən bir işarə var.
 

qadinlar.biz

Go Back

Kabusların öhdəsindən necə gəlməli

 

Kabuslar xam maddəsini qorxularımızdan alan ürküdücü, qorxuducu, narahat edici röyalardır. Yəni gecə terrorudurlar. Kabuslarda tək oluruq. Bir anormaldan qaça bilmərik, bizi hər yerdə tapar. Bir şeytana bıçaq batırarkən plastik kimi bükülür. Həmin an oyanmaq istəyərik. Halbuki, yatağımızda güvəndəyik. Yetkin insanlar ayda bir dəfə kabus görür. Həddən çox yemək yemək, həddən çox stress, yer dəyişdirmə, ağır daxili hesablaşma və hücuma məruz qalma kabusa səbəb ola bilər. Uşaqlar ana və atalarıyla eyni yerdə yatanda kabusları azalır. Əslində yuxudakı tək gerçək düşmən özümüzün qorxusudur. Bu qorxu yuxumuzda simvolik olaraq qarşımıza çıxar. Bu səbəblə bacarmağın yolu qorxu ilə üzləşməkdir. Kabusları dəf etməyin yolu primitiv qəbilələr olan Senoi yerlilərindən modern elm adamlarına kimi öyrənilmişdir. Üzləş və onu ram et, üzləş və onu məğlub et.

 

Uzlaşılmayan bir yuxu fiquru ilə qarşılaşınca qaçmaq yerinə onun üzərinə getmək lazımdır. Bəzən də dost bir yuxu surəti köməyə çağırmaq işə yarayar. Düşmən kimi davranan yuxu surətləri, şəxsiyyətimizin qurtarmaq istədiyi tərəfidir. Yuxuda dönüb sən kimsən? Məndən nə istəyirsən? Mənə demək istədiyin nədir? Niyə belə rəftar edirsən?” deyə soruşmaq və ya rəftar etmək lazımdır. Təcavüz və uşaq ikən baş vermiş tacizlərdən qaynaqlanan təkrarlanan kabuslar vardırsa, yuxudakı təcavüzkarı yox etmək kabusdan qurtarmağa kömək edə bilər. Bəs bunu necə edəcəyik? Əvvəlcə yuxunu sakit bir mühitdə xatırlamağa çalışacayıq. Xəyali sürətləri yaradın və söhbət edin. Sınayın. Yuxu surətinin verdiyi cavabları da bir yerə yazın. Dinləyin və həmsöhbət olun. Lazımsız bilməyin. Ya da yuxuda bir dostunuzu köməyə çağırdığınızı xəyal edin. Bunu hər gün məşq edin. Kabus bitəcəkdir. Siz bitirəcəksiniz!

 

Yuxunuzda təqib edilirsinizsə, qaçmağı buraxıb dayanın. Sizə hücüm edirsə, siz də qarşılıq verin. Yıxılsanız, sakitcə yerə və ya yumşaq bir zəminə enməyi təsəvvür edin. İflic keçirir və tərpənə bilmirsinizsə, rahatca yuxunun bitəcəyini və təcrübəni anlamağa çalışın. Bu zaman mütləq yuxudan oyanılır. Oyanarkən yuxunu məşq etmək və hətta başqa bir ssenariyaya çevirmək təkrarlanan kabusları azalda bilir. Bu sadəcə bir yuxudur. Qorxu sizin izn verdiyinizdən daha güclü ola bilməz.

Müəllif: Sultan Tarlacı

Tərcümə Aidə Mahmudova

qadin.net

Go Back

Su depressiyadan qoruyur

Hər il depressiyadan əziyyət çəkən insanların sayı artır.
Amerikalı tədqiqatçılar bu tendensiyanı müasir insanların rasionunda suyun azalmasılə əlaqələndirirlər.
Tədqiqatçılar eksperiment zamanı bir qrup insanlara lazımi qədər, diqər qrupda olan insanlara isə məhdudlaşdırılmış miqdarda su verirdilər. Nəticədə ikinci qrupda olan insanlar yorğunluq, məyusluq hiss edir, daha tez-tez əsəbləşirdilər.
Mütəxəssislər qeyd edirlər ki, insan orqanizminin normal fəaliyyəti üçün gün ərzində orta hesabla 8-9 stəkan adi su tələb olunur.

qadinlar.biz

Go Back

Dünyanın ən səxavətli müdirləri və onların çılğın jestləri

Biri şirkətin gəlirini işçilərlə bölür, o biri ən bahalı tətillərə zorla göndərir... 

Öz məvacibindən vaz keçən müdir 

ABŞ-da, Siettldə Gravity adlı bir texnologiya şirkətinin qurucusu və rəhbəri olan Dan Prays insan qaynaqları departamentindən gələn "işçilərin bədbəxt olması ilə bağlı" analiz sənədi ilə tanış olandan sonra unikal addım atıb. O, öz məvacibini haradasa sıfıra qədər azaldıb və hər kəsə yüzdə 400-ə qədər məvacib artımı edib. Praysın bu radikal qərarı nəticəsində şirkətdəki ən aşağı məvacib isə aylıq 18 min, illik 70 min dollar oldu. 

"İndi ofisi tərk edib, dərhal istirahətə çıxın"

FullContact şirkətinin rəhbəri Bart Lorant isə hər kəsi istirahətə çıxmağa məcbur edir və bunun üçün işçilərinə hər il məvacib xaricində 7 min 500 dollar ödəyir. Amma iki şərti var: birincisi bu tətil, həqiqətən də, yaxşı bir tətil olacaq və işçilər yaxşı tətil keçirdiklərini sübut edəcəklər. İkincisi də, iki həftə boyunca bir dənə də elektron məktuba cavab verməməli, şirkətdən heç kimlə əlaqə qurmamalıdılar. Lorant bir müsahibəsində aşağıdakıları deyib: "Bunu işçilərimin xoşbəxtliyi üçün yox, işimin uğuru üçün etdim. Və gözlədiyim nəticəni də aldım". 

"Lazım olmadıqca ofisə getmək qadağandır"

Hər şeyi başlayan əslində NetflixE Dijital yayıncılığın lider firması, şirkətin bütün siyasətini "ofissizlik" və "iclassızlıq" üzərində qurub. Bunun ardınca media dünyasının başqa bir nəhəngi olan Virgin Group'un rəhbəri Riçard Branson işçilərinə ofisə gəlməyi qadağan edib. O, bildirib ki, təcili bir vəziyyət olmadığı halda, iclas keçirməyəcək və işçilərini də bir araya gətirməyəcək. Hazırda Virgin Group şirkəti işçilərinin 80 faizi evdən işləyir.

6400 nəfər işçisi ilə Fransaya uçub 

"Tiens Group Company"nin sahibi, məşhur çinli milyarder Li Jinyuan şirkətinin 6 min 400 nəfər işçisi ilə birlikdə eyni anda Fransaya tətilə gedib. Məşhur iş adamının bu səxavətinə isə şirkətin quruluşunun 20-ci ildönümü səbəb olub. Maraqlıdır ki, 6 min 400 nəfər işçinin Fransa və Monako tətilinin maliyyəti 15 milyon dollar olub. 

1700 işçisi ilə gəmiyə minib getdi... 

Başqa bir toplu tətil həvəskarı isə məşhur televiziyaçı Opra Uinfridir. O isə şirkətin yox, özünün 55-ci ad günündə 15 günlük bir Ağdəniz turu təşkil edib və 1700 işçisini də özü ilə aparıb. Nəhəng bir gəmi ilə Türkiyədən İspaniyaya bütün Ağdəniz sahillərini dolaşan heyətin tək bir əməkdaşının tətilinin maliyyəsi isə 7 min dollar olub. 

"Təhsil xərcləri məndən..."

"Boxed" adlı oyun şirkətinin rəhbəri Chieh Huangın addımı isə olduqca fərqli olub. Belə ki, o,  işçilərinin daha çox öz uşaqlarının gələcəyi ilə bağlı narahatlıq keçirdiyini hiss edib. Günlərin bir günü o, 1222 işçisinə heç gözləmədikləri bir anda bu açıqlamanı verib: "Neçə uşağınızın olmasının və onların xərclərinin nə qədər olmasının heç bir önəmi yoxdur. Onların bütün universitet xərcləri mənim üzərimdədir". 

Huang məhz bu hərəkətinə görə 2015-ci ilin ən yaxşı müdiri seçilib. 

"100 milyon dolları bölüşün"

Single Platform adlı start-up-ın qurucusu və rəhbəri Viley Cerilli isə şirkətini sıfırdan qurub, 100 milyon dollara satıb. Özü heç bir pul almadan, bu məbləği işçiləri arasında bölüşdürüb. Bölmə zamanı işçilərin iş stajı, performansları da nəzərə alınıb. Maraqlıdır ki, ən yüksək məbləğ 1 milyon dollar, ən aşağısı isə 10 min dollar olub. 

"Hər kəsə məndən ev, maşın, almaz..." 

Almaz taxanların dünyanın ən varlı adamları, onu çıxaranların isə ən kasıb olmaları iqtisadi ədalətsizliyin ən böyük simvollarından biri sayılır. Ancaq Divali-də vəziyyət fərqlidir. Almaz şirkəti Divali bütün işçilərinə lotoreya ilə 570 maşın, 200 ev və 300-dən çox almazdan hazırlanmış ləl-cəvahirat hədiyyə edib. Üstəlik, bunun üçün xüsusi bir səbəb də olmayıb. 

Hər şey pul, tətil deyil hər halda. Önəmli olan niyyətdir. Kiçik bir texnoloji şirkətin qurucusu olan Dan Rays və heyəti bir  Game of Thrones azarkeşi idi. Həm özünün, həm də heyətinin bu aludəçiliyini görüb, o, bazar ertəsi günü yayımlanan verilişi izləmək üçün ildə 10 gün (10 bölüm üçün) işə gəlməyi qadağan edib. 

Bu da onların xəsis versiyası... 

ABŞ-da aparılan müşahidələr göstərir ki, hər 4 amerikalı milyonerdən biri 100 dollardan baha olmayan ayaqqabı geyinir və hər 10-u isə öz kostyumuna maksimum 200 dollar pul ödəyir. Yalnız 50 faiz milyoner 240 dollardan baha olmayan saat almağa razıdır və onların üçdə bir hissəsi hələ 3 ili tamam olmamış avtomobil istifadə edirlər. 

Varlıların harada yaşamasına gəlincə, qeyd edək ki, onlar daha çox London və Nyu-York şəhərlərini tərcih edirlər. Araşdırmalara görə, dünyada illik xərclənə biləcək sərvəti 100 milyon dollardan çox olan 63 min nəfər yaşayır. Bu adamların toplam sərvətləri isə 39,9 trilyon dollar təşkil edir. 

Rəqəmlərlə bu qədər. Bu günlərdə mərkəzi Nyu-Yorkda olan The Luxury Institute maraqlı araşdırma hazırlayıb. Həmin araşdırmaya görə, sərvət sahibləri və milyarderlərin lüks həyat tərzi ilə bağlı bir çox yanlışlar var. Yanlışların sıralaması isə belədir:

1.Varlılar pulu asanlıqla qazanıb, asanlıqla xərcləyirlər. Halbuki onlar nəyisə satın almadan öncə yanlarında çalışan araşdırmaçıları onlara məlumat verir, ən ucuz və sərfəlisini alırlar.

2.Varlılar başqa bir aləmdə yaşayan harınlardır. Bu da elə birinci bənddəkinə bənzər bir yanlışdır. Əslində varlılar bir çox kasıblardan və ya orta sinif nümayəndələrindən fərqli olaraq daha az alış-veriş edir. Milyonerlərin həyata dair ən böyük narahatlığı isə uşaqlarını yaxşı yetişdirmək, yaşadıqları həyat standartını qoruya bilmək, eyni şəkildə valideynlərinin də yaşlılıqlarında rahat yaşayışını təmin etməkdir.

3. Milyonerlər üçün bir malın bahalı olması hər şeydən önəmlidir. Bunun yanlışlığını isə iqtisadi araşdırmalar ortaya qoyub. Varlılar həyat təcrübəsinin də qatqısı ilə keyfiyyətli malı dərhal ayırd edə bilir. Onların qabağına onlarla marka qoysan, mütləq ən keyfiyyətlisini seçəcək.

4. Varlı müştərilər heç vaxt müştəri məmnunluğu ilə bağlı rəy sorğularına qatılmırlar. Əksinə, əksər varlı müştərilər savadlı olduqları üçün bilirlər ki, markanın önəmini bu cür rəylər müəyyənləşdirir. Ona görə də maksimum aktiv olurlar.

5. Milyonerlər internetdən çox istifadə etmir. Bu da yanlış bilgidir. Vaxtının çoxunu işləməklə keçirən varlılar onlara zaman qazandıra biləcək hər şeydən istifadə edirlər. Bunların sırasında isə internet ön yerlərdədir. Onlar internetə daha çox lüks mallar, lüks xidmətləri axtarmaqla yanaşı, işlərini daha sürətlə istifadə etmək üçün baş vururlar. Yəni bank əməliyyatları və internet vasitəsilə alış-veriş üçün...

6. Bazar araşdırmaları və rəyləri varlıların satın alma qərarları üzərində təsirli deyil. The Luxury Institute'un araşdırmasında məlum olub ki, varlıların 80 faizi güvənli hesab etdikləri şəxslərin və qurumların qərarlarına önəm verir.

7. Lüks marka sahibləri, sadəcə, ən varlıları hədəf almalıdır. Əslində araşdırmalar göstərib ki, savadlı və həyatı anlayan varlılar üçün uşaqlarının, özünün səyahət planları, sağlam yaşam tərzi daha çox önəm daşıyır.

Forbes jurnalında tez-tez ən varlı adamların sırasında yer alan, 67,8 milyard dollarlıq sərvəti ilə birinci olan Karlos Slim 12 yaşından bu günə qədər yediyi, içdiyi və aldığı paltarlar da daxil olmaqla, bütün xərclərini bir kənara qeyd edir. 13 ildən sonra dünyanın ən varlı insanı ünvanını əldən qaçıraraq ikinci olan Bill Geyts isə dünyanın ən bahalı evində yaşayıb. Amma özəl bir təyyarəsi, gəmisi olmayıb. Heç lüks partilərə də qatılmayıb. Sərvəti 56 milyard olan Geyts gündə 17 saat çalışıb və saniyədə 250 dollar qazanır. Dünyanın ən varlıları siyahısında üçüncü olan Varren Buffetti isə maliyyə dünyasının dahisi adlandırırlar. Amma bu dahi 20 ildir eyni pul qabından istifadə edir.

1930 təvəllüdlü iş adamı Varren Buffett isə öz sərvətinin 31 milyard dolarını Bill & Melinda Gates Vəqfinə keçirməklə ABŞ-da bu günə qədərki ən böyük xeyriyyə əməlinə imza atıb. 6 yaşında ikən Coca Colaları 5 sentlik gəlirlə sataraq pul qazanmağa başlayıb. Hələ də 1958-ci ildə satın aldığı 31 min 500 dollarlıq evdə yaşayır. Varren harasa getmək üçün sürücüdən istifadə etmir. Yuxarıda da dediyimiz 20 ildir eyni pulqabından istifadə edir. Və ən maraqlısı: günorta yeməyini yemək üçün özünün idarə etdiyi maşınla McDonalds-a gəlir.

Düzdür, bayaq Paris Hiltonu alış-veriş xəstəsi kimi təqdim etdik. Amma onun barəsində də bilmədiklərimiz var. 50 milyon dollarlıq bir sərvətə sahib olan, 1981-ci il təvəllüdlü Paris Hiltonun gördüyü işlər sırasında modellik, müğənnilik, aktrisalıq da var. Hər səhər 6-da yuxurdan oyanır. O ərəfədə hansı işlə məşğul olursa, səhər saatlarında o işin dalınca gedir. Cəmi bir gecədə qatıldığı bir məclisə və ya tanıtım tədbirinə görə 1 milyon dollar qazana bilir. Elə bunun nəticəsidir ki, Hiltonun 6,2 milyon dollarlıq evində 200 kvadrat metr sahəyə malik bir geyim otağı var. Həftədə orta hesabla 30 saatını alış-verişə sərf etsə də, bu, sərvətini azaltmır. Əksinə, bəzi markalar ona öz mallarını havayı verirlər ki, reklam olsun. Məhz bu cür məsuliyyətsiz davranışlarına görə bu xanım babası Barron Hiltonun 335 milyon dollarlıq sərvətindən məhrum edilib.

musavat.com

Go Back

İlk dəfə eşidəcəyiniz məsləhətlər

Şamanlardan sizə həyatla bağlı nəsihətlər

1.     Yolda gedərkən tapdığınız quş tükünü evə gətirin. Güldana qoya bilər, hardansa asa bilər,  ya da rəfə qoya bilərsiniz. Bu cənnətdən sizin üçün gələn güclü bir tilsimdir. Bu sizin üçün bir işarədir.

2.     Çaylardan daş yığın. Bu daşların enerjisi və gücü insana müsbət təsir edir.

3.     Bütün gücünüzlə digər insanlara yardım etməyə çalışın. Əgər kiməsə xeyriniz dəymirsə, heç olmasa zərər verməyin.

4.     Problemlərdən qorxmayın. Ciddi problemləriniz də olsa, pozitiv olmağa çalışın. Çünki ancaq bu yolla problemlərin həllini rahatlıqla həll etmiş olarsınız.

5.     Bir xəyala reallaşdırmaq üçün bəzən bir addım atmaq lazımdır. Çətinliklərdən qorxmayın, onlar həmişə olub və olacaq. Hamınıza məqsədlərinizə çatmaq üçün uğurlu yollar!

6.     Əxlaqlı olmaq üçün yaşayın. Əgər sizin əxlaqınız kiməsə zərər verirsə, dəyişin. Bu prinsip çox güclü olmalıdır. Sadəcə bunu fikirləşin: “Heç vaxt heç kimə zərər verməyəcəyəm”.

7.     Canlıların xoşbəxtliyi üçün yaşaya bilərsiniz. Çünki bunu siz belə istəyirsiniz. Başqalarına ziyan vurmaq istəyəndə də sizə ziyan gələcək bunu unutmayın. Ziyan vurmazdan əvvəl bir daha düşünün!

8.     Gündə ən azı 1 saat səssizcə dayanın. Çünki beyninizin buna ehtiyacı var.  

9.     Sevəbilmə bacarığı dünyada ən vacib bacarıqdır. Hərkəsi sevməyi öyrənin, düşmənlərinizi belə.

10. Axar sulara zibil atmayın! Suyun ruhu əsəbləşə bilər. Ruhu sakitləşdirmək üçün çörək, süd və ya qəpik ata bilərsiniz.

11. Bəzi hallarda keçmişimizin “qızıl” olduğunu deyirik. Bunu deməyin. Çünki yaşayırıqsa, artıq bu “qızıl”  deməkdir.

12. Mükəmməl bir din və ya inanc yoxdur. Pis də din yoxdur. Allah təkdir. İstədiyiniz kimi dua edə bilərsiniz, dininizdən və irqinizdən asılı olmayaraq. Amma bunu unutmayın, hansı dindən olursunuz olun, dürüst yaşayın, böyüklərinizə hörmət edin və onları sevin.

13. Əgər dünyanı dəyişdirmək istəyirsənsə, buna ilk olaraq özünüzdən başlamalısınız. Sevginin və həyatdan zövq almağın enerjilərini öyrənin. Bu hisslər bir insanın açar anlarıdır. Gülümsəmək, qəhqəhə atmaq və hər şeydən zövq almağın çox müsbət yanları var. Bunu bir dəfə öyrəndikdən sonra özünüzə sevginin qapısını açacaqsınız.

14. Olduqca gözəl bir deyim var. “Əl tutmaq Əlidən qalıb”. Əgər mümkünsə ehtiyacı olanlara pul yardımı edin. Miqdarı vacib deyil, təki bunu siz istəyib, edəsiniz.

15. Həyat çox qısadır. Bunu göz yaşları, davalar, qarqışlarla keçirməyin. Yaxşılıqlar edə bilər, dostluqlar qura bilərsiniz. Bu sizi də xoşbəxt edəcək.

16. Əgər sevdiyiniz insanlar günahkar olmadığınız halda sizi günahlandırırlarsa, onları bərk qucaqlayıb, sakitləşənə qədər buraxmayın.

17. Ruhunuzda bir yalnızlıq və yorğunluq hiss edirsinizsə, mahnı oxuyun. Ürəyiniz hansı mahnını istəyirsə, onu oxuyun. Amma bəzən belə insanlar var ki, danışıb, içini sakitləşdirmək istəyir. O zaman danışın, ruhunuzu dincəldin.

18. Həmişə bir şeyi xatırlayın. Doğru din , doğru inanc deyə bir anlayış yoxdur. Allah təkdir. O dağın zirvəsindədir. Fərqli din və inanclar bu təpəyə çatmağın fərqli yollarıdır. Kimə istəyirsiniz dua edin. Ancaq bunu unutmayın, sizin məqsədiniz günahsız olmaq deyil, Allaha çatmaqdır.

19. Əgər bir iş görmək istəyirsinizsə, özünüzə güvənin. Qorxu sizi özünüzdən və doğru yolunuzdan azdırmağa çalışacaq. Əgər birinci dəfə  bacarmadınızsa, ümidinizi itirməyin. Bir daha yoxlayın alınacaq əmin olun. Hər balaca qalibiyyət sizi daha da böyük qalibiyyətlərə çatdırar.

20. Bunu yaddan çıxarmayın. Hər kəs haqq etdiyini tapar. Problemlərinizin ruhunuza və düşüncələrinizə girməyinə icazə verməyin. Beləliklə problemləriniz bədəninizə girə bilməz.

21. Həyat sizə yaxşı üzünü də görsədə bilər, pis üzünü də. Ancaq hər şeyin sizin əlinizdə olduğunu unutmayın. İnsanlar haqqında pis düşüncələriniz, sizə qayıdacaq. Qısqançlıq da axırda sizə qalacaq. Buna niyə ehtiyacınız olsun axı? Qısqanc olmaq heç də yaxşı bir şey deyil, bunu etməyin. Çünki bir insanın avtomobili varsa, bu o demək deyil ki, o daha gözəldir. Qızıl əslində çirkli medaldır. Qısqanc olmağa ehtiyac yoxdur. Həyata daha çox gülümsəyin ki, həyat da sizə gülümsəyə bilsin.

22. Sizə hörmət olunmağını istəyirsinizsə, sizdə ətrafınıza hörmət edin. Yaxşılıq edin ki, qarşılığında yaxşılıq görəsiniz. Çünki pisli etsəniz, qarşılığında yalnız pislik görəcəksiniz. Unutmayın, sizə pislik edin yaxşı olacaq deyən bir insan varsa, ətrafınızda onu  uzaqlaşdırın. Çünki həmin adam sizin alçalmağınızı istəyir.   

23.  İçki içməyin. Heç içməyin! Spirt bədəni, beyni və ruhu öldürür. Əgər siz şamansınızsa, içki sizin bütün gücünüzü öldürəcək. Bir müddət sonra isə ruhlar sizi cəzalandıracaq. Spirt doğurdan da insanları öldürür. Rahatlamaq üçün hamama gedin, əylənmək üçün mahnı oxuyun və bir qadını tanımaq üçün ona şirniyyat verin!

24. Heç vaxt peşmanlıq duymayın! Nə olursa olsun ruhların istəyi ilə olur və bu həmişə ən yaxşısı olur.

25. Heyvanlara bənzəyən daşları özəl bir gün olmasa, yerdən götürməyin. Yoxsa ciddi bir nəzərə düşərsiniz. Əgər belə bir daş tapmısınızsa və onu götürmək istəyirsinizsə, olduğunuz yerin ruhundan icazə alın. İcazə aldıqdan sonra onu ağ əskiyə büküb sonra götürün.

26. Gözəl musiqiyə qulaq asırsınızsa, həmin gün neqativ enerjilərdən uzaqlaşarsınız. Musiqi meditasiya deməkdir. Sizi yenidən özünüzə və həyata gətirə bilər.

27. Ürəyinizdə hər hansı bir sıxıntı olmadan yaşamaq istəyirsinizsə, ağlamağı bacarmalısınız.

28. Əgər hər hansı bir məsələnin həllini tapa bilmirsinizsə və bu məsələnin həlli mümkün deyilsə, əsəbləşməmək üçün əlinizi stola vurun və deyin. “Cəhənnəmə həll olun” bu halda əsəbləriniz sakitləşəcək.

29. Özünüzdə bir şey haqqında kədərləndiyinizi hiss etdiyiniz anda, bədəninizi rəqs edirmiş kimi fırladın. Bu pis enerjini insan bədənindən çıxarır və neqativ düşünməyə imkan vermir.

atv.az

Go Back

Səhər yuxudan oyana bilməyənlər üçün

Nahar vaxtı gəzintiyə çıxın. Çalışın günün çox hissəsini açıq havada keçirəsiniz. Bununla siz yaxşıca yatıb, səhər də gümrah oyanmağa nail olacaqsınız.

 

Axşamlar idmanla məşğul olun. Yaz aylarında idmanla səhər tezdən durarkən məşğul olmaq lazımdır. Qışda isə fitnes və gimnastikanı axşama keçirin. Tədqiqatçılar iddia edir ki, axşam məşqləri daha effektli olur.

 

Saat 20:00-dan sonra televizora baxmayın. Elektron ekranın göy işığı melatonin (yuxu, gecə və gündüzün ritmini təyin edir) hormonunun ifrazına mane olur. Qeyd edək ki, elektromaqnit sıxlığı artdıqca hormonun ifrazı azalır.

Yatmazdan qabaq şam və ətirli lampa yandırın. Düzgün seçilmiş şam sizin rahat yuxuya getməyinizə şərait yaradır, şamın isti işığı isə sizi gün ərzində gümrah saxlayacaq. Lakin sonradan şamı söndürməyi unutmayın.

 

Yatmazdan qabaq səhər yeməyinə dadlı şirniyyat yeyəcəyinizə söz verin. Axşam yatmazdan qabaq heç nə yeməyin. Səhər yuxudan yüngül aclıq hissi ilə duracaqsınız. Özünüzə söz verdiyiniz səhər şirniyyatı barədə düşünəndə dərhal çarpayıdan duracaqsınız.

 

Pəncərəni açıq qoyun. İnsan gecə ərzində külli miqdarda karbon qazı hasil edir. Bu isə insana yuxu gətirir. Ona görə də pəncərəni  açıq qoymaqla səhər tezdən dura bilərsiniz.

 

Zəngli saatı çarpayıdan bir qədər uzağa qoyun. Çalışın zəngli saatı otağın uzaq küncünə, qapının ağzına və ya digər bir otağa qoyasınız. Onu söndürmək üçün siz mütləq ayağa duracaqsınız.

 

Melodik musiqi sədaları altında oyanın. Zəngli saatın möhkəm və xoşagəlməz siqnalını unudun. İndi mağazalarda təbiətdəki səsləri təqlid edən ritmik musiqili saatlar satışdadır.

 

Səhər duran kimi işığı yandırın. Melatonin hormonunun ifrazı işıqda azalır, qaranlıqda isə artır. Bu isə sizə yuxu gətirə bilər.

 

Səhər yeməyindən əvvəl 1 stəkan su için. Bu, çox sadə və effektli metoddur. Su nəinki sizin yuxudan oyanmanıza kömək edir, hətta orqanizminizi təmizləyərək həzm sisteminiz yaxşılaşdırır.

 

Açıq pəncərəyə yaxınlaşıb, bir neçə dəfə dərindən nəfəs alın. Küçədə hava soyuq olsa belə, bu prosedur sizi yuxulu vəziyyətdən xilas edəcək.

 

millixeber.com

Go Back

20 blog posts