Düşüncə Jurnalı

header photo

PSİXOSOMATİK XƏSTƏLİKLƏR

Psixosomatik xəstəliklər,yaranmasında ruhi faktorların əhəmiyyətli rol oynadığı müəyyən bəzi somatik xəstəliklərdir. Qədim dövrlərdən bəri ruh – bədən bütövlüyünü müdafiə edən həkimlər və ya filosoflar olmuşdur (Hipokrat, Əflatun, Aristotel, Galen, İbni Sina). Duyğuların somatik reaksiyalar meydana gətirdiyini göstərən xalq deyimləri vardır:Utancdan üz qızarması,hirsdən başın ağrıması,kədərdən iştah kəsilməsi,xülyadan yuxu qaçması kimi.Bəzi somatik pozuntuların ruhi üsullarla (təlqin, hipnoz) yaxşılaşdığı ən azından keçən əsrdən bəri bilinməkdədir.

Xəstəliyin görüldüyü sistemə görə təsnifat:

1. Tənəffüs sistemi ilə əlaqəli olanlar:Allergik rinit (saman soyuqdəyməsi),bronxial astma, hiperventilyasiya (tez-tez nəfəs alma)

2. Qan dövranı ilə əlaqəli olanlar:Hipertensiya ( qan təzyiqi yüksəkliyi),hipotensiya (qan təzyiqi aşağılığı) ,tac (ürəyi bəsləyən) damar xəstəliyi,miqren

3. Həzm sistemi ilə əlaqədar olanlar:Mədə və duodenum (on iki barmaq bağırsağı) xorası , ülserativ kolit (qalın bağırsaq iltihabı),əsəbdən dolayı qusmalar,əsəbdən dolayı qəbizlik , irritabl (həssaslıq) bağırsaq sindromu ,enkoprez (nəcis qaçırma)

4. Metabolik-endokrin (daxili ifrazat bezləri ) sistem ilə əlaqədar olanlar:Diabetes mellitus (şəkər xəstəliyi),guatr və hipertiroidi ( tiroid vəzinin həddindən artıq ifrazı ),həddindən artıq köklük,qidalanma pozuntuları ( anoreksiya nervoza və bulimiya nervoza )

5. Ürogenital sistemlə əlaqədar olanlar:adət nizamsızlıqları,cinsi funksiya pozuntuları,yalançı hamiləlik, enurez (sidik qaçırma ),infertilite (sonsuzluq)

6. Əzələ-skelet sistemi ilə əlaqəsi olanlar:Oynaq ağrıları ,revmotoid artrit

7. Dəri ilə əlaqədar olanlar: ekzema,qurdeşən,qaşınma ,psöriazis (sədəf xəstəliyi),verrucae vulgaris ( ziyil)

Bu xəstəliklərin böyük əksəriyyətində meydana gələn səbəbləri çox faktorludur.Bu faktorların hamısının birlikdə hər xəstəlikdə olması lazım deyil.Müəyyən bir xəstəlikdə bunlardan bir ya da bir neçəsi daha çox əhəmiyyətli ola bilər.Bütün bu faktorların birlikdə olacağı, bir-birlərindən təsirləndiklərini əvvəldən vurğulamaq lazımdır:Varislik,zədələr,qidalanma problemləri,maddə istifadəsi,immun sistemini zəiflədən faktorlar,şəxsiyyət xüsusiyyətləri və həyat forması,psixososial faktorlar …

Bir çoxunun müalicəsi,ümumiyyətlə,dərmanlar,əməliyyat və ya fizika müalicə kimi üsullardır.Lakin bu xəstəliklərlə məşğul olan həkimlər,mənfi ruhi faktorların müalicəni nə cür çətinləşdirdiyini yaxşı bilirlər. Sadalanan pozuntuların xaricində qalan bir çox xəstəlikdə də ruhi faktorların yeri ola bilər.Həmçinin hər somatik xəstəlikdə psixoloji faktorlar xəstəliyin gedişinə təsir edər.

Bütün bu pozuntuların cəmiyyətdə epidemiologiyasını ölçmək çətindir.Lakin bunların hər cəmiyyətdə çox məşhur,bilinən xəstəliklər olduğu da həqiqətdir.Birinci pillə sağlamlıq mərkəzlərində və xəstəxanalarda bu tip xəstəliklər ən sıx görülən pozuntulardır.

Cərrahiyyə və daxili xəstəliklər şöbələrində yatan xəstələrin əhəmiyyətli bir seqmentində ( 30-50% ) öncəliklə depressiya və qayğı olmaq üzrə dəyişik ruhi pozuntuları da somatik xəstəliklərlə birlikdə görüldüyü bilinməkdədir.Məsələn nevroloji şöbələrdə rastlanan enmə faktlarında % 60-a çatan yüksək nisbətdə depressiya inkişaf edə bilməkdədir.Əsas sağlamlıq mərkəzlərinə müraciət xəstələrdə depressiyanın yayılmasının 10%-i aşmaqdan və başqa ruhi pozuntularla birlikdə bu nisbət 25%-i tapmaqdadır.

Ümumi xəstəxanalarda nevroloji,kardioloji,gastroenteroloji,endokrinoloji,dəri xəstəlikləri,onkoloji, transplantasiy və digər cərrahiyyə şöbələrində yatan xəstələrdə tez-tez psixiatrik konsultasiyaya ehtiyac duyulmaqdadır.Bu ehtiyaca cavab verməyə çalışan psixiatrlarla,bu sahələrdə çalışan həkimlərin qarşılıqlı əməkdaşlıq içində olmaları gedərək artmaqdadır.Əvvəllər yalnız məsləhət xidməti verilən bu sahələrdə əlaqəli əməkdaşlıq ( liyezon ) prosesi də inkişaf etməkdədir.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

Sorğu göndər